Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-68/2024 24.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 aprel 202 3-cü il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinin (hakim Ələkbər Hüseynov) 1(051)-13/2023 nömrəli 06 yanvar 2023-cü il tarixli hökmü ilə xx xxxxxx 1982-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, ailəli, məhkumluğu olmayan, xxxx şəhəri xxxx prospekti ev xx, mənzil xx-də qeydiyyatda olan xxxx massivi xxx-ci küçə nömrəsiz evdə yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 22 may 2022-ci il tarixdən 24 may 2022-ci tarixədək 2 (iki) gün şübhə li şəxs qismində həbsdə saxlandığı müddət CM-in 69.3cü maddəsinə əsasən ona təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 06 yanvar 2023-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə m üvafiq miqdarları özündə əks etdirən 1-ci siyahının 5-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə heroinin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram, həmin siyahının 19-cu bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə qurudulmuş marixuananın şəxsi istehlak miqdarının yuxarı həddi 5 qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 417,39 qram narkotik vasitə qurudulmuş marixuananı və təmiz çəkisi 0,168 qram olan narkotik vasitə heroini əldə edib, bir ədəd gümüşü rəngli kağız bükümdə içərisindən narkotik vasitə heroin olan bükümü əynindəki göy rəngli şalvarının sağ yan cibində, 7,39 qram narkotik vasitə qurudulmuş marixuananı şəffaf rəngli sellofan bükümdə həmin şalvarının sol yan cibində saxlayaraq daşımış, qurudulmuş marixuananın 410 qram hissəsini isə yaşadığı Mingəçevir şəhəri Şəfa Bağ massivi 8-ci küçədə yerləşən yaşadığı mənzilin zirzəmisində dolabın alt rəfində yaşıl rəngli sellofan bükümdə saxlamış, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirləri nəticəsində 22 may 2022-ci il tarixdə saat 22 radələrində Mingəçevir şəhər N.Nərimanov prospektində yerləşən “Kosmos” şadlıq sarayının yaxınlığında saxlanılıb, Mingəçevir ŞPŞ-yə gətirilərək, həmin tarixdə saat 22:35 radələrində üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki göy rəngli şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,168 qram olan narkotik vasitə heroin, həmin şalvarının sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 7,39 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, davam edən tədbirlər nəticəsində Mingəçevir şəhəri Şəfa bağ massivi 8-ci küçədə yerləşən yaşadığı mənzilin zirzəmisində dolabın alt rəfində yaşıl rəngli sellofan bükümdə təmiz çəkisi 410 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Xəqani Səmədov (sədrlik edən və məruzəçi), Akif Eyvazov və İmanverdi Şükürov) 1(107)-114/2023 nömrəli 13 aprel 2023-cü il tarixli qərarı ilə Mingəçevir Şəhər Məhkəməsinin 06 yanvar 2023-cü il tarixli 1(051)-13/2023 nömrəli hökmü dəyişdirilmiş, həmin hökmdən “Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi” ilə bağlı müddəa xaric edilmiş, Məhkum cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunmuş, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 aprel 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti üzrə işə baxılması 24 yanvar 2024-cü il tarixə təyin edilməsi barədə iş üzrə tərəflərə rəsmi məlumat verilmişdir. İşə kassasiya qaydasında baxılarkən dövlət ittihamçısı İmanov Nazim Nəriman oğlu yazılı şəkildə vəsatət verərək, Məhkum vəfat etdiyindən, kassasiya protestinin məhkəmə baxışından çıxarılmasını və geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya protestinin yuxarıda göstərilən normaya uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protesti məhkəmə baxışından çıxarılıb geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət təmin edilsin. Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 aprel 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti məhkəmə baxışından çıxarılıb geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-68/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-68/2024
24.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver