Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-680/2017 04.05.2017 ALİ MƏHKƏMƏ İş № 1(102)-680/2017 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ xx xxx 2017-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər İlqar Səyyad oğlu Qılıcov (sədrlik edən və məruzəçi), İnqilab Maşallah oğlu Nəsirov və Fərhad Kazım oğlu Əliyevdən ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Yusifov İlkin Fərhad oğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cina yət kollegiyasının xx xxxxxxx 2016-cı il tarixli hökmündən dövlət ittihamçısı Zəfər Ramazanov tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli hökmü ilə (sədrlik edən T.T.Hüseynova) xx xxxxxx 1989-cu ildə Şamaxı rayonunun Saqiyan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMin 315.1, 132, 128-ci maddələri ilə təqsirli bilinib, 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Şamaxı rayonunun Saqiyan kəndində qeydiyyatda olan, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CMin 67-ci maddəsinə əsasən hökmlə təyin olunmuş 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2011-ci il tarixli hökmü ilə təyin edilmiş 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 8 (səkkiz) ayı qismən birləşdirilməklə qəti olaraq, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edimişdir. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxx 2013-cü il tarixdən hesablanmışdır. Həmin hökmlə həmçinin X2 da məhkum edilmişdir, lakin hazırda onun barəsində kassasiya şikayəti və ya kassasiya protesti daxil olmamışdır. İ Ş İ N H A L L A R İ: Birinci instansiya məhkəməsinin hökmünə əsasən X 2 və Məhkum ona görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişlər ki, zərərçəkmiş şəxs X7 ilə təqsirləndirilən şəxs Məhkum arasında 2011-ci ildə polis işçiləri Məhkum axtararkən və X9 İsgəndərovun olduğu yeri polis işçilərinə dediyinə görə onların arasında bu səbəbdən münasibət pisləşmiş, xx xxxx 2013-cü il tarixdə Məhkum Arif İbrahimovu ot alan şəxslərin yanında görüb ona sözü olmasını deyib həmin məsələni müzakirə etmək istəyərkən Arif İbrahimov işinin olduğunu deyib getmiş, Məhkum isə orada adamların çox olmasını görüb bir söz deməmiş və Arif İbrahimov pul almaq üçün X3 həyətinə gedərkən itlərinin hürməsini eşidib oraya daş atmış və Tükəzban Osmanovanın həyətinə girmiş, Məhkum də onun dalınca həmin həyətə girmiş və onlar arasında müb ahisə yaranmış, mübahisə zəminində Məhkum Arif İbrahimovun bədəninin bir neçə nahiyyəsinə yumruq və təpiklə vuraraq xəsarətlər yetirmiş, eşidib hadisə yerinə gələn Fariz İsgəndərov da yumruqla Arif İbrahimovun bədəninin müxtəlif nahiyyələrindən vurmuş, hadisə yerinə gələn Təbriz və Fariz İsgəndərovların anası Tehran İsgəndərova onları aralaşdırıb aparmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2013-cü il tarixli qərarı ilə (sədrlik edən hakim R.S.İsgəndərov, hakimlər M.H.Zeynalov və N.R.Mövsümovdan ibarət mə hkəmə tərkibi) Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasını n xx xxxxx 2014-cü il tarixli qərarı ilə (sədrlik edən hakim H.Q.Nəsibov, hakimlər Ə.S.Seyfəliyev və İ.M.Cəfərovdan ibarət məhkəmə tərkibi) kassasiya protesti təmin edilmiş, iş yeni apellyasiya baxışına təyin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxxxxxx 2015-ci il tarixli hökmü ilə (sədrlik edən hakim S.Qafari, hakimlər E.Rəhimov və L.Məmmədovan ibarət məhkəmə tərkibi)apellyasiya protesti qismən təmin edilmiş, hökm ləğv edilmiş, Məhkum CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək cəlb etmə müddətinin keçməsi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilmiş, Fariz İsgəndərovun ittiham olunduğu cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyindən ona bəraət verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2016-cı il tari xli qərarı ilə (sədrlik edən hakim G.L.Rzayev, hakimlər F.A.Kərimov və İ.T.Hacıqayıbovdan ibarət məhkəmə tərkibi) kassasiya protesti təmin edilmiş, iş yeni apellyasiya baxışına təyin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxxxxxx 2016-cı il tarixli hökmü ilə ( V.C.Cəfərov sədrlik edən, hakimlər H.Ə.Nəbiyev və N.M.Nəsibovdan ibarət tərkibdə) apellyasiya protesti təmin edilmiş, hökm ləğv edilmiş, X2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib və aylıq qazancından 20 (iyirmi) faiz məbləğində pulun dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmiş, X2 ona təyin edilmiş aylıq qazancından 20 (iyirmi) faiz məbləğində pulun dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasını çəkmiş hesab ed ilmişdir. Məhkum Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinmiş və 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Məhkum Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli hökmü ilə təyin edilmiş 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasını çəkib qurtarması nəzərə alınmış və o, qəti olaraq 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hazırki hökmlə Məhkum Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə, şərti hesab edilmiş və 6 (altı) ay sınaq müddəti müəyyən edilmişdir. Qeyd edilən hökmdə Ali Məhkəmənin cinayət kollegiyasının xx xxx 201 6-cı il tarixli qərarına istinad edən apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, Məhkum və X1 Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinmələri barədə birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, onların əməllərində Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin əlamətləri olduğundan onlar məhz həmin maddə ilə təqsirli bilinməlidirlər. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2016-cı il tarixli qərarından dövlət ittihamçısı Zəfər Ramazanov kassasiya protesti verərək qeyd olunan apellyasiya qərarının Məhkum aid hissədə ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. K A S S A S İ Y A P R O T E S T İ N İ N D Ə L İ L L Ə R İ: Dövlət ittihamçısı kassasiya protesti ni onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsi Məhkum CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilərək cəza təyin etdikdən sonra CMnin 67-ci maddəsinin tələbinə uyğun olaraq ona Şamaxı rayon Məhkəməsinin xx xxxx 2011-ci il tarixli hökmü ilə təyin olunmuş cəzanın çəkilməmiş hissəsini təyin edilmiş cəzaya toplamamış və beləliklə cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, kassasiya protesti təmin edilməlidir. Kassasiya protestinə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkumlar və iş üzrə zərərçəkmiş şəxs məhkəmə iclasında i ştirak etməmişlər. Buna görə də məhkəməkollegiyasıAzərbaycanRespublikasıCPM-nin 419.4cümaddəsinəəsasənişəonların iştiraklarıolmadanbaxılmasınımümkünhesabetmişdir. H Ü Q U Q İ M Ə S Ə L ƏL Ə R: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya protestindən göründüyü kimi, protestdə Məhkum əməlinin tövsifi məsəl əsi mübahisələndirilməmiş, yalnız ona cəza təyini zamanı cinayət qanunun normasına əməl olunmadığı göstərilmişdir. Məhkəmə kollegiyası kassasiya protestinin qeyd edilən dəlillərini əsaslı hesab edir. Belə ki, Məhkum Şamaxı rayon Məhkəməsinin xx xxxx 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 315.1, 132, 128-ci maddələri ilə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Qaradağ Rayon məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli qərarına əsasən isə o, Azərbaycan Respublikası CM-in 76.3.1-ci maddəsinə əsasən həmin cəzadan 8 ay vaxtından əvvəl şərti azad olunmuşdur. Hazırkı iş üzrə cinayət əməli Məhkum tərəfindən xx xxxx 2012-cü il tarixdə, yəni xx xxxx 2011-ci il tarixli hökmlə təyin olunmuş çəzanın çəkilməmiş hissəsi ərzində t örətmişdir. Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən cinayət törətdikdə, məhkəmə ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Cinayət Məcəlləsinin hökmlərin məcmusu üzrə cəzanın təyin edilməsi adlanan 67-ci maddəsinin tələblərinə əsasən Hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Lakin, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2016-cı il tarixli hökm ündən göründüyü kimi, məhkəmə kollegiyası cinayət qanunun tətbiqində səhvə yol verərək, Məhkum öz hökmü ilə CM-nin 221.2.1-ci maddəsi ilə təyin etdiyi 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə onun Şamaxı rayon Məhkəməsinin xx xxxx 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası təyin olunmuş 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının Bakı şəhəri Qaradağ Rayon məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli qərarına ilə 8 ay vaxtından əvvəl şərti azad olunduğu, yəni çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirməmişdir. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin yuxarıda qeyd edilən maddələrinin tələbləri baxımından hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum yalnız yuxarıda qeyd olunan qaydada hökmlərin məcmusu üzrə cəzanın təyin etdikdən sonra onun Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli hökmü ilə təyin edilmiş 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasını çəkməsini nəzərə almaqla, hökmlərin məcmusu üzrə cəzanın təyin edilmiş yekun cəzadan həmin müddəti çıxa bilərdi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 nömrəli Qərarının 28-ci bəndində əsasən cəza təyini məsələsi hökmdə elə formada əks olunmalıdır ki, icra zamanı onun növü və ya həddinə münasibətdə heç bir şübhə meydana çıxmasın. Azərbaycan Respublikası CPM-in 353.4-cü maddəsinə uyğun olaraq hökmün nəticəvi hissəsində hər bir cinayət üzrə məhkuma təyin olunan əsas və əlavə cəzaların növləri və miqdarları, cinayətlərin və hökmlər in məcmusu üzrə məhkumun çəkməli olduğu əsas və əlavə cəzaların növü və miqdarı öz əksini tapmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının hazırkı cinayət işi üzrə xx xxxxxxx 2016-cı il tarixli hökmü Məhkum cəza təyininə dair hissədə ləğv edilsin. Cinayət işi həmin hissədə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın. Sədrlik edən: Hakimlər: İlqar Qılıcov İnqilab Nəsirov Fərhad Əliyev
Məhkəmə qərarları › İş №1(102)-680/2017
Ali Məhkəmə Qərar — İş №1(102)-680/2017
04.05.2017 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver