Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-680/2019 29.05.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) – 680/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ "29" may 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlunun iştirakı ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 02 avqust 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 noyabr 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi Bədəlov Emil Nizami oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 02 avqust 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Əhmədov Fəqan Rövşən oğlu) xx xxxxx 1987-ci ildə Ermənistan Respublikasının Qafan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, “xxxx” MMC-nin quşçuluq fabrikində fəhlə işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 2 ünvanında yaşayan Məhkum Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə, 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 02 avqust 2018-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, nəqliyyat vasitəsini idarə etmək hüququ verən “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə 15 dekabr 2017-ci ildə saat 1200 radələrində mülkiyyətində olan “VAZ-21074” minik markalı AZ**-BT-*** dövlət qeydiyyat nişanlı avtomobili Pirşağı-Mehdiabad şosesi ilə 50 km/saat sürətlə idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsini n 3-cü bəndinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı olduğu halda, həmin tələbləri yerinə yetirməməsi, diqqətini daim dəyişən yol şəraitindən ayırmaqla ehtiyyatsızlıqdan yol hərəkəti qaydalarını pozması yolun Pirşağı dairəsindən Mehdiabad istiqamətinin 3 km-də avtomobilin idarə edilməsinin itirilməsinə, yoldan çıxaraq yolun kənarından 0,5 metr torpaqlıq yolda hərəkətdə olan piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq hissəsi ilə vurub zərərçəkmişin Xİİ döş fəqərəsinin cisminin yerini az dəyişən fəsadlaşmamış kompression sınığı, ənsə-təpə nahiyəsinin dərialtı hematoması və sağ bud nahiyəsinin qançırından ibarət sağlamlığın uzun müddətdə pozulması ilə nəticələnən sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər almasına səbəb olmuşdur. Hökmdən məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakimlər Səfərov Rizvan Kamal oğlu, hakimlər Abbasov Mirzəli Əbdüləli oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan ibarət tərkibdə) 07 noyabr 2018-ci il tarixli qərarı ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 02 avqust 2018-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum təyin olunmuş azadlıqdan məhrum etmənin müddəti 01 il 06 aya, həmçinin nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzasının müddəti 01 il 06 aya endirilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 noyabr 2018-ci il ta rixli qərarından Məhkum müdafiəçisi Bədəlov Emil Nizami oğlukassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və Məhkum təyin edilmiş cəzanın minimum həddə salınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum müdafiəçisi Bədəlov Emil Nizami oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş və digər yüngülləşdirici halları nəzərə almamış, belə ki, Məhkum əməlini səmimi etiraf etmiş, hadisə baş verəndən dərhal sonra zərərçəkmiş şəxsə köməklik göstərərək onu xəstəxanaya çatdırmış, bundan sonra da onunla maraqlanmış, eyni zamanda onun himayəsində iki azyaşlı övladı vardır ki, bununla bağlı müvafiq sənədlər ibtidai araşdırma zamanı təqdim edilmi şdir. Həmçinin Məhkum ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, əvvəllər məhkum olunmamışdır. Bundan başqa, şikayətdə qeyd edilmişdir ki, məhkum zərərçəkmiş şəxslə barışmağa cəhd göstərilsə də, zərərçəkmiş və yaxın qohumları Məhkum onlara dəymiş 10.000 manat ziyanı ödəmələrini bildirmişlər. Lakin, bu tələblərini hər hansı sübutla əsaslandırmamış, buna görə də Məhkum şikayətçi olduqlarını bildirmişlər. Halbuki, sonuncu və yaxın qohumları dəfələrlə zərərçəkmiş tərəflə barışmağa cəhd göstərmişdir ki, məhkəmə bu halı da nəzərə almamışdır. Apellyasiya instansiyası məhkəməsində baş tutan proses zamanı məhkəmə iclasları dəfələrlə təxirə salınsa da zərərçəkmiş şəxslər heç birində iştirak etməmişlər. Buna görə də müdafiə tərəfi hesab edir ki, məhkəmə qərarı ədalətli deyildir, hədd indən artıq sərt cəza təyin etmiş, yüngülləşdirici halları nəzərə almamışdır. Qeyd olunanları nəzərə alaraq müdafiə tərəfi apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və Məhkum təyin edilmiş cəzanın minimum həddə salınması barədə qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə çıxışını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 noyabr 2018-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq aşağıdakıları qeyd edir: Apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum təqsirli bilindiyi cinayət əməli birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər i ş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmiş, apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair nəticəsi ilə razılaşmışdır. Məhkum hərəkəti Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı, həmin tərkiblə tam əhatə olunduğu üçün onun əməli düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Bunlara dair apellyasiya məhkəməsinin gəldiyi nəticənin və qərarının qanuniliyini şübhə altına almağa əsas yoxdur. Kassasiya şikayətində də bu məsələlər mübahisələndirilmir. Kassasiya şikayətində təyin edilmiş cəzanın sərt olduğu iddi a edilir və buna dair dəlillərə istinad olunur. Belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında həmin dəlillərlə əlaqədar göstərilmişdir ki, “...məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb, apellyasiya şikayətini müdafiə edən məhkumun və onun müdafiəçisinin, hökmün dəyişdirilmədən və apellyasiya şikayətinin təmin olunmadan saxlanılması barədə dövlət ittihamçısı X2 çıxışlarını dinləyərək hesab edir ki, hökm dəyişdirilməli, məhkuma təyin edilən azadlıqdan məhrum etmənin müddəti azaldılmalı, apellyasiya şikayəti təmin olunmalıdır. C inayət işinin materiallarından görünür ki, məhkumun ittiham olunduğu cinayət əməli ona özünün etirafı ilə, zərərçəkmiş şəxsin, şahidin ifadəsi ilə və işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq onlara düzgün qiymət vermişdir, çıxarılmış hökm cinayət işinin materiallarına, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğundur. Məhkum cinayət əməli Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə düzgün olaraq tövsüf edilmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin Məhkum təyin etdiyi cəza sərtliyinə görə onun şəxsiyyətinə və cinayətinin ağırlığına uyğun olmayan cəzadır, belə olan halda hökm qüvvədə qala bilməz, dəyişdirilməli, Məh kum təyin olunmuş əsas və əlavə cəzaların müddəti azaldılmalı, apellyasiya şikayəti təmin edilməlidir...”. Göründüyü kimi, apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibətini bildirmiş, onlarla razılaşdığının səbəblərini qərarda göstərmiş, gəldiyi nəticəni işin hallarına və qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin gəldiyi bu nəticə işin faktiki hallarına, qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya şikayətinin heç bir dəlili yuxarıda göstərilən nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümləd ən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya m əhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin. Sədrlik edən: Əli Seyfəliyev Hakimlər: Hafiz Nəsibov Tahir Kazımov
Məhkəmə qərarları › İş №1(102)-680/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-680/2019
29.05.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver