Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-680/2021 09.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Aytac Səfa qızı Əhmədlinin katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin kassasiya instansiya məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyeva Yaqut Bəşir qızının, Zərərçəkmiş iştirakları ilə "xxxx" ASC-nin nümayəndəsi İskəndərov Hümbət Nəsib oğlunun 29 avqust 1968-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətən daşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, "xxxx" MMC-nin təsisçisi və direktoru vəzifəsində işləmiş, Bakı şəhəri, Səbail rayonu, T.Elçin küçəsi, ev 7, mənzil 33 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2, 179.3.2, 213.2.2, 308.2 və 313-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 iyul 2017-ci il tarixli qərarından Məhkum müdafiəçisi Rəfiyev Şahin Hamlet oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 oktyabr 2016-cı il tarixli hökmünə əsasən (hakimlər: R.Ə.Sadıxov (sədrlik edən), F.A.Qəribov və Ə.N. Hacıyev) Məhkum Azərbaycan Respublikası CM-nin Respublikası 178.3.2, 179.3.2, 308.2, 213.2.2 və 313-cü maddələri ilə təqsirli bilinib, CM-in 178.3.2-ci maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 179.3.2-ci maddəsi ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 213.2.2-ci maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 308.2-ci maddəsi ilə 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 313-cü maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında r əhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaqla ona qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum məhkəməyədək həbsdə olduğu 2 gün müddəti ona təyin olunmuş cəzadan çıxmaqla üzərində qəti olaraq 03 (üç) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 13 (on üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum ittihamından CM-nin 213.1-ci maddəsi və zərərçəkmiş şəxs Əmiraslanov Azər Ağaəli oğluna qarşı külli miqdarda ziyan vurmaqla dələduzluq epizodu çıxarılmışdır. Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 27 mart 2014cü il tarixdən hesablanmışdır. İş üzrə mülki iddiaçılara və zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənişinin təmin edilməsi məqsədilə Məhkum məxsus və üzərinə həbs qoyulmuş Bakı şəhəri, Səbail rayonu Nizami küçəsində yerləşən 46 saylı evin 12/13 və 2 saylı mənzilləri, Bakı şəhəri, Nəsimi rayonu 28 may küçəsində yerləşən 21a saylı evin 4, 6, 31, 35, 29, 25, 14, 27, 49, 8 saylı mənzilləri, ünvan 3 ünvanda qeyri-yaşayış sahələri, ünvan 4əşən 1 №-li fotolaboratoriya və 289,25 kv.m qeyri-yaşayış sahəsi, ünvan 5 ünvanda yerləşən 4 saylı atelyenin 172,2 kv.m sah əsi və ünvan 6 ünvanda yerləşən 96,0 kv.m sahələri, ünvan 7a yerləşən “Mehmanxana-ünvan 8inal dəyəri 2 manat olan 853.036 ədəd səhmləri, müsadirə olunmaqla hərrac vasitəsi ilə satılması, hərracdan əldə edilən vəsaitlərin isə ilk növbədə 509524,25 manat vergi borcunun ödənilməsinə, sonra isə "xxxx" ASC-yə vurulmuş maddi ziyanın qalıq hissəsinə – 28.336.000 manatın və "xxxx" ASC-yə vurumuş 2.300.000 manat ziyanın ödənilməsinə yönəldilməsi qərara alınmışdır. Hökmlə həmçinin Hacıyev Cavidan Mustafa oğlu da təqsirli bilinib məhkum olunmuşdur. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən Məhkum müdafiəçisi Babayev Vüqar İsa oğlu tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 iyul 2017-ci il tarixli qərarı ilə (hakimlər: H.H.Əhm ədov (sədrlik edən), M.S.Hüseynov və V.Ə.Mursaqulov) məhkumların müdafiəçilərinin və mülki iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Vergi borclarının alınması idarəsinin rəisi baş vergi xidməti müşaviri Məbud Kərimov və zərər çəkmiş şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Sadıqov Elçin Əli oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 oktyabr 2016-cı il tarixli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikasının CM-in 313-cü maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməmiş, Azərbaycan Respublikasının CM-in 66.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2, 213.2.2, 308.2-ci maddələri ilə təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaqla Məhkum qəti olaraq 2 (iki) il 9 (doqquz) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 13 (on üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin qərardan Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri tərəfindən verilmiş təqdimata və məhkumun müdafiəçisi Ağamoğlanov Əlövsət Hüseyn oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 01.05.2019-cu il tarixli (sədrlik edən hakim T.L.Kazımov, hakimlər H.Q.Nəsibov və Ə.S.Seyfəliyevdən ibarət tərkibdə) qərarı ilə Ali Məhkəmənin sədri tərəfindən verilmiş 03 sentyabr 2018- ci il tarixli təqdimat təmin edilmiş, Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin 26 iyul 2017-ci il tarixli qərarı Ali Məhkəmənin sədri tərəfindən verilmiş 03 sentyabr 2018-ci il tarixli təqdimata münasibətdə ləğv edilmiş, cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilmişdir. İşə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim R.Səfərov, hakimlər R.Abdulov və Q.Babayevdən ibarət tərkibdə) 28.08.2019-cu il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 18.10.2016-cı il tarixli hökmü Məhkum məxsus və üzərinə həbs qoyulmuş Bakı şəhəri, Nəsimi rayonu 28 may küçəsində yerləşən 21 a saylı evin 4, 6, 31, 35, 29, 25, 14, 27, 49 və 8 saylı mənzillərinin ünvan 9 ünvanında qeyri-yaşayış sahələrinin müsadirə olunmaqla h ərrac yolu ilə satılması və əldə edilən vəsaitin vergi borcunun ödənilməsi "xxxx" ASC və "xxxx" ASC-yə vurulmuş ziyanın ödənilməsinə aid hissədə ləğv olunmuşdur. Həmin əmlakların hərrac yolu ilə satılaraq, əldə olunan vəsaitin ilk növbədə Mərkəzi Banka ödənilməsi, hərracdan əldə olunan vəsaitdən artıq qalarsa "xxxx" ASC-yə 28.336.000 manat vurulmuş ziyan və Bakı Şəhəri Lokal Gəlirlər Departapentinə 509.524.25 manat ödənilməsi qərara alınmışdır. Həmin qərardan zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi Qədirova Vəfa İdris qızı tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 02.07.2021-ci il tarixli (sədrlik edən hakim Ə.Ə.Novruzov, hakimlər Ə.C.Seyidov və İ.Ə.Rəcəbovdan ibarət tərkibdə) qərarı ilə Azərbaycan Respublikası Cin ayət Məcəlləsinin 178.3.2, 179.3.2, 213.2.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 avqust 2019-cu il tarixli qərarından zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi Qədirova Vəfa İdris qızı tərəfindən verilmiş kassasiya şikayəti CPM-nin 411-ci maddəsinin tələblərinin yerinə yetirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə geri qaytarılmışdır. Həmin qərardan Məhkum müdafiəçisi Rəfiyev Şahin Hamlet oğlu tərəfindən verilmiş kassasiya şikayəti verilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirib dələduzluq etmiş, ona etibar edilmiş özgənin külli miqda rda əmlakını mənimsəməklə təkrarən talamış, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla əməli ağır nəticələrə səbəb olmuş, vəzifəli şəxs kimi tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmiş və külli miqdarda törədilməklə vergiləri ödəməkdən yayınmışdır. Belə ki, o, "xxxx", "xxxx" və "xxxx" MMC-lərin təsisçisi olmaqla, həmin cəmiyyətlərə faktiki rəhbərliyi həyata keçirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə, vahid qəsdlə ona eti bar edilmiş özgə əmlakını talama niyyəti ilə, həmin cəmiyyətlərin direktoru vəzifəsinə özünün yaxın münasibətdə olduğu şəxsləri formal olaraq rəsmiləşdirərək, şəriki Hacıyev Cavidan Mustafa oğlu ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girməklə, "xxxx" ASC-dən 25 dekabr 2008-ci il tarixli kredit müqavilələri əsasında "xxxx" və "xxxx", o cümlədən Cavidan Hacıyevin faktiki rəhbərlik etdiyi "xxxx" və "xxxx" MMC-lərin adına cəmi 25.000.000 (iyirmi beş milyon) manat, 30 dekabr 2008-ci il tarixli kredit müqavilələri əsasında isə "xxxx" və "xxxx" MMC-nin adına cəmi 5.100.000 (beş milyon yüz min) manat, ümumilikdə isə 30.100.000 (otuz milyon yüz min) pul vəsaitini götürüb, qarşılıqlı öhdəlikləri olmadığı halda, formal olaraq ödənişlərin «hesabın möhkəmləndirilməsi» adı ilə həmin cə miyyətlərin birinin Bank hesabından digərlərinin və ya əksinə köçürülməsini təmin edərək, həmin vəsaitlərin üzərində qanunsuz sahiblik, istifadə və sərancamvermə hüquqları əldə edib, bank hesablarına köçürülmüş göstərilən vəsaitləri nağd olaraq alaraq, aralarında 26 dekabr 2008-ci il tarixdə bağlanmış sazişə əsasən 25.000.000 manat məbləğin 13.000.000 (on üç milyon) manatını özünün, qalan 12.000.000 manatı isə Cavidan Hacıyevin götürməsini müvafiq qaydada razılaşdıraraq, bundan sonra "xxxx" MMC-nin direktoru Abbasov İlqar Mehrəli oğlu ilə "xxxx" ASC arasında «Dərman preparatlarının alınması» üçün bağlanmış 25 dekabr 2008-ci il tarixli 380/08 №-li kredit müqaviləsinə əsasən, Cavidan Hacıyevlə aralarında olan həmin saziş əsasında əldə etdiyi 13.000.000 manat vəsaitdən, 27 dekabr 2008-ci ildə həmin Cəmiyyətin "xxxx" ASC-nin Rabitə filialındakı ******************** saylı valyuta hesabına «Hesabın möhkəmləndirilməsi» adı ilə 10.000.000 ABŞ dollarını (həmin dövrün məzənnəsi ilə 8.000.000 manat) ödəyib, sonradan həmin məbləği "xxxx" MMC-nin qeyd olunan filialdakı hesabından Türkiyə Respublikasında qeydiyyatdan keçmiş və həmin ölkənin ərazisində yük daşıma fəaliyyəti ilə məşğul olan, özünə məxsus "xxxx" Şirkəti ilə formal olaraq klinker alqı-satqısına dair sənədləşdirilmiş 25 dekabr 2008-ci il tarixli müqavilənin ödənişi üçün əsas göstərilməklə həmin Şirkətin İstanbul şəhərindəki «Denizbank A.Ş.»nin Eyup filialında olan bank hesabına köçürülməsini təmin edib, hissə-hissə nağd olaraq götürmüş, Cavidan Hacıyev isə həmin sazişə əsasən ona çatan 12.000.000 manat vəsaitin 4.800.000 mana tını "xxxx" ASC-nin baş ofisinin xəzinəsindən nağd olaraq, qalan 6.988.000 manat vəsaiti isə "xxxx" MMC-nin "xxxx" ASC-də olan hesabından "xxxx" MMC-nin həmin bankda olan hesabına köçürməklə eyni qaydada çıxarıb şəxsi ehtiyaclarına, o cümlədən Türkiyə Respublikasında fəaliyyət göstərən səhmlərinin 78 faizi özünə məxsus olan «Tuplan Bodrum Resort Turizm və İnşaat Anonim Şirkəti»nin borclarının ödənilməsinə, həmçinin sonuncu ilə birlikdə 5.100.000 (beş milyon yüz min) manatı isə 30 dekabr 2008-ci il tarixdə "xxxx" MMC-nin 10.09.2007-ci il və 18.04.2008-ci il tarixli "xxxx" ASC ilə bağlanmış kredit müqavilələri əsasında həmin bankdan götürülmüş və müqavilələr üzrə banka olan borclarının bir hissəsinin ödənilməsinə yönəltmişdir. Daha sonra Məhkum, "xxxx" ASCdən götürdükləri göstərilən kredit v əsaitlərinin əsas məbləğini və fazilərini bağlanmış kredit müqaviləsinin şərtlərinə uyğun olaraq müəyyən edilmiş 12 (on iki) ay ərzində ödəməmələrinə baxmayaraq, 2009-cu ilin dekabr ayında yenidən həmin banka müraciət edərək biznes fəaliyyətlərinin genişləndirilməsi barədə yalan məlumatlar verib, özlərini etibarlı iş adamı kimi təqdim edərək, "xxxx" ASC-i ilə 12 (on iki) ay müddətinə faktiki fəaliyyətinə rəhbərlik etdiyi "xxxx" MMC-nin direktoru Həşimov Rauf Həşim oğlunun arasında 25 dekabr 2009-cu il tarixli 219/09 №-li kredit müqaviləsi ilə 6.614.150 manat, 12 (on iki) ay müddətinə həmin bankla faktiki fəaliyyətinə rəhbərlik etdiyi "xxxx" MMC-nin direktoru Şıxsəidova Tamara Rasim qızının arasında 25 dekabr 2009-cu il tarixli 220/09 №-li kredit müqaviləsi ilə 4.000.000 manat və eyni tar ixli 225/09 №-li kredit müqaviləsi ilə 2.550.900 manat olmaqla cəmi 6.550.900 manat, göstərilən bankla faktiki fəaliyyətinə rəhbərlik etdiyi "xxxx" MMC-nin direktoru İbrahimov Elşən Runşan oğlunun arasında 25 dekabr 2009-cu il tarixli 222/09 №-li kredit müqaviləsi ilə 6.000.000 manat və eyni tarixli 224/09 №-li kredit müqaviləsi ilə 325.681 manat olmaqla cəmi 6.325.681 manat, qeyd olunan vəsaitlərin yekunu olaraq göstərilən cəmiyyətlərlə 19.490.731 (on doqquz milyon dörd yüz doxsan min yeddi yüz otuz bir) manat məbləğində yeni kredit müqavilələri bağlanmaqla, əvvəl götürülmüş kreditlərin ödəmə müddətlərinin uzadılmasına nail olmuş, götürdüyü kredit vəsaitini Banka qaytarmamış, fazilərinin bir hissəsini ödəməklə Bank qarşısında inanılmış, etibarlı müştəri görünüşü yaratmaqla özünə məxsus hə r birinin nominal dəyəri 2,00 (iki) manat olmaqla cəmi 1.706.072 manat dəyərində "xxxx" ASC-nin 853.036 ədəd sənədsiz adi adlı səhmlərinin yuxarıda qeyd edilən MMC-lərin adına götürdüyü kreditlərin, onlara hesablanmış faizlərin və bank qarşısında digər öhdəliklərin qaytarılmasının təminatı kimi - müvafiq olaraq 21 iyun 2010-cu il tarixli 33/10 №-li, eyni tarixli 30/10 №-li və 24/10 №-li sonrakı ipoteka müqavilələri ilə girov kimi rəsmiləşdirmiş, lakin sonradan qeyd edilən əmlakını "xxxx" ASC-nin girovundan azad etmək üçün Bakı Apellyasiya məhkəməsinin 25 may 2010-cu il tarixli 2(103)-2553/2010 №-li icra vərəqəsi əsasında "xxxx" ASC-nin iddia tələbinin yerinə yetirilməsinə görə satış üçün hərraca çıxarılmış "xxxx" ASC-nin özünə məxsus 853.036 ədəd səhmini, əmlak dəyərləndirilməsi aparılması nı tələb etmədən, səhmlərin nominal dəyərində 12.08.2012-ci il tarixdə "xxxx" ASC-nin girovundan çıxarmaq üçün formal olaraq keçirilmiş hərrac vasitəsilə özünün yaxın münasibətdə olduğu Marayev Hüseyn Əhmədoviçə satılmasını təmin etməklə, "xxxx" ASC-dən götürdüyü 30.100.000 (otuz milyon yüz min) manat pulu birlikdə özlərinin şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgənin külli miqdarda əmlakını mənimsəməklə təkrarən talamış, bununla da "xxxx" ASCnin hüquqi varisi "xxxx" ASC-nin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan həmin əməli ağır nəticələrə səbəb olmuşdur. Bundan əlavə, Məhkum təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə, "xxxx" MMC-nin təsisçisi ki mi həmin cəmiyyətin direktoru Məmmədov Çingiz Əkbər oğlunu qeyd olunan cəmiyyət tərəfindən ünvan 10 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasının tikintisinə sərf edilməsi üçün "xxxx" ASC-dən kredit götürəcəyinə inandırıb, həmin yaşayış binasında ümumi sahəsi 5944,1 kv.m olan 46 mənzili Əliyev Fuad Anatoliyeviç və Salamov Çingiz Mustafa oğlunun adına sənədləşdirməsini tələb edərək, fiziki şəxs kimi özü ilə "xxxx" ASC-nin arasında mənzillərin təmiri üçün illik 18 % olmaqla 12 (on iki) ay müddətinə bağlanmış 27.10.2010-cu il tarixli 344 İ №-li kredit xətt müqaviləsi əsasında nağd olaraq götürdüyü 100.000 manat vəsaitin və ona hesablanmış faizlərin təminatı kimi, 27.10.2010-cu il tarixli 344 İ saylı dörd tərəfli tələb hüququnun girovu haqqında müqaviləyə əsasən 21.10.2010-cu il tarixli fərdi yaşayış binasının tikintisinə dair müqavilə ilə Bakı şəhər sakini Salamov Çingiz Mustafa oğlunun adına rəsmiləşdirilmiş ümumi sahəsi 274 kv.m olan 2 mənzilə görə ödənilmədiyi halda, guya sonuncu tərəfindən ödənilmiş 205.500 manat məbləğində pul vəsaitini, həmçinin "xxxx" ASC ilə aralarında eyni məqsədlə və şərtlərlə bağlanmış 29.10.2010-cu il tarixli 345 İ saylı kredit xətti müqaviləsinə əsasən nağd olaraq götürdüyü 2.200.000 manat kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi 29.10.2010-cu il tarixli 345 İ saylı dörd tərəfli tələb hüququnun girovu haqqında müqaviləyə əsasən 21.10.2010-cu il tarixli fərdi yaşayış binasının tikintisi haqqında müqavilələr ilə Əliyev Fuad Anatoliyeviçin adına sənədləşdirilmiş ümumi sahəsi 5670,1 kv.m olan 44 mənzilə görə guya so nuncu tərəfindən ödənilmiş 4.252.575 manat məbləğində pul vəsaitini "xxxx" MMC-dən tələb etmək hüquqlarını Banka girov qoyaraq, etibardan sui-istifadə etmə və aldatma yolu ilə "xxxx" ASC-nin 2.300.000 manat, yəni külli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Həmçinin, o, təkrarən eyni məqsədlə Hacıyev Cavidan Mustafa oğlu ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, sonuncu tərəfindən faktiki fəaliyyətinə rəhbərlik edilən "xxxx" MMC-nin direktoru kimi rəsmiləşdirilmiş Babayev Əzizməmməd Baba oğlu ilə "xxxx" ASC-nin arasında bağlanmış 15 aprel 2011-ci il tarixli 072/11 saylı kredit müqaviləsinə əsasən, mal-material alınması üçün 12 (on iki) ay müddətinə 9.800.000 manat məbləğində götürüləcək kreditin, ona hesablanmış faizlərin və bank qarşısında digər öhdəliklərin yerinə yetirilməsinin təminatı kimi, eyni tarixli 25/11 saylı kredit müqaviləsi üzrə özünə məxsus hər birinin nominal dəyəri 2,00 (iki) manat olmaqla cəmi 1.706.072 manat dəyərində "xxxx" ASC-nin 853.036 ədəd sənədsiz adi adlı səhmlərinin Bakı Apellyasiya məhkəməsinin 25 may 2010-cu il tarixli qətnaməsi üzrə 2(103)-2553/2010 №-li icra vərəqəsinə əsasən "xxxx" ASC-nin iddia tələbinin yerinə yetirilməsinə görə satış üçün hərraca çıxarıldığıni bildiyi halda, bilə-bilə yenidən həmin səhmlərin girov kimi qoyulmasına nail olmaqla 9.800.000 manat (doqquz milyon səkkiz yüz min) manat pulu, Cavidan Hacıyevin tələbinə əsasən Əziməmməd Babayevin MMCnin direktoru kimi imzaladığı və 18 aprel 2011-ci il tarixli TB № 407876 saylı çeklə ban kın xəzinəsindən nağd olaraq götürüb, həmin tarixdə özlərinə verilmiş qeyd edilən məbləği 2009-cu ildən faktiki rəhbərlik etdiyi "xxxx", "xxxx" və "xxxx" MMC-nin, Cavidan Hacıyevin faktiki rəhbərlik etdiyi "xxxx" və "xxxx" MMC-in adına götürdükləri cəmi 9.216.000 manat məbləğində kreditin ödənilməsinə yönəltməklə, öz qulluq mövqeyindən istifadə edib ona etibar olunmuş özgənin külli miqdarda əmlakını mənimsəməklə təkrarən talamışdır. Bundan əlavə, o, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin maliyyə-təsərrüfat fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirən vəzifəli şəxs kimi, hüquqi ünvanı ünvan 11 dekabr 2002-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi «Hüquqi şəxslərin Dövlət Qeydiyyatı üzrə» Zaqatala Bölgə şöbəsi tərəfindən qeydiyyata alındıqdan sonra, həmin cəmiyyəti 08.10.200 9-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən alaraq direktor vəzifəsinə yaxın münasibətdə olduğu Şıxsaidova Tamara Rasim qızını formal olaraq rəsmiləşdirib, cəmiyyətin göstərdiyi fəaliyyət növləri, o cümlədən müxtəlif növ məhsulların istehsalı və realizasiya edilməsi, xidmətlərin göstərilməsi, işlərin görülməsi, xarici və yerli fiziki və hüquqi şəxslərin təlabatının təmini xidmətlərinin göstərilməsi və s. ilə məşğul olmaqla, gəlirlər əldə edib, onun pul vəsaitinə, əmlakına sərəncam verərək, "xxxx" MMCnin adına "xxxx" ASC-dən götürdüyü kredit vəsaitinin 2.039.197 manat hissəsini özünün şəxsi ehtiyaclarına sərf etməklə ilkin mühasibatlıq sənədlərini vergi orqanlarına təqdim etməyərək, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 150.1.7-ci maddəsinə əsasən vergi orqanlarında uçota alınmay an, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə görə həmin fiziki şəxslərə haqq ödəməyərək 2014-cü ilin 1-ci rübündə ödəmə mənbəyindən tutulan 509524,25 manat həcmində külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Rəfiyev Şahin Hamlet oğlu tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 iyul 2017-ci il tarixli qərarının ləğv edilməsi və işin yenidən apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, ibtidai istintaq və məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dinidirilmiş Məhkum özünü ona elan edilmiş ittihamlar üzrə təqsirli bilməyərək ifadələrində göstərmişdir ki, o, heç bir cinayət əməli törətməmiş, heç kimi aldatmamış, heç kimə qarşı dələduzluq etməmiş və heç bir cinayət xarakterli əməllərə yol verməmişdir. Birinci instansiya məhkəməsi öz hökmündə məhkəmə istintaqı zamanı aparılmış sübutları kənara qoyaraq yalnız ittiham aktında qeyd edilən ehtimallar əsasında hökm çıxarmışdır. Lakin buna baxmayaraq hazırki cinayət işinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası da əsassız olaraq hesab etmişdir ki, Məhkum həmin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkum “Şəkərli diabet İİ tip, insulın tələbsiz”, “Hipertoniya xəstəliyi İİ dərəcə” xəstəliklərindən əziyyət çəkir. Həbsdə saxlanıldığı dövrdə onun səhhəti daim həkim nəzarətində olmuş, dövri olaraq müayi nələrə cəlb edilmiş və müvafuq tövsiyyələr verilmişdir. Məhkum hərəkətlərinə düzgün hüquqi qiymət verməmiş, onların əməlində cinayət hadisəsi, cinayət tərkibi olmamasına göz yummuş, yalnız yalan və ziddiyyətli ifadələr əsasında onu qanunsuz olaraq məhkum etmişdir Müdafiəçi hesab edirik, Məhkum əməllərində cinayət tərkibi olmadığı üçün ona bəraət verilməsinə dair qərar qəbul edilməlidir. Məhkum ittiham irəli sürülərkən onun əməlləri də düzgün tövsif olunmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə zərərçəkmiş "xxxx" ASC-nin nümayəndəsi H. İskəndərovun və dövlət ittihamçısı Y.Əliyevanın çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkə n və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Odur ki, məhkumun kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və ədalətli qərarın çıxarılması haqqında tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası faktik i halların kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş sayılan faktiki halları rəhbər tutacaqdır. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində mübahisə edilən məsələ məhkuma təyin edilmiş cəzanın ağır olması, məhkəmə tərəfindən yüngülləşdirici halların nəzərə alınmaması ilə bağlıdır. Ona görə də məhkəmə kollegiyası məhkumun təqsirliliyi ilə əlaqədar sübutların şərh olunmasını zəruri hesab etmir. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi h üquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini cəzasını yüngülləşdirən hal kimi və ağırlaşdıran halların olmamasını düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişd ir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törə tmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşı sını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər..Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində cəza tə yin olunarkən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini cəzasını yüngülləşdirən hal kimi və ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Odur ki, məhkəmə kollegiyası məhkum barəsində bəraət verilməsini məqsədə müvafiq hesab etmir. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması barədə dəlillərini əsassız hesab edir və qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüq uq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etməsi nəticəsinə gəlinərək birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikasının CM-in 313-cü maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməmiş, Azərbaycan Respublikasının CM-in 66.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2, 213.2.2, 308.2-ci maddələri ilə t əyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaqla Məhkum qəti olaraq 2 (iki) il 9 (doqquz) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 13 (on üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 iyul 2017-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaql a əsassız olduğundan, şikayətin təmin edilmədən, həmin qərarın isə dəyişdirilən hissəsində dəyişiklik edilmədən saxlanılması mümkündür. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2, 213.2.2308.2 və 313-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 iyul 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-680/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-680/2021
09.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver