Məhkəmə qərarları › İş №1(102)-680/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-680/2023

02.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-680/2023 02.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Yevlax Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Re spublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 sentyabr 2022-ci il tarixli qərarı ilə isə cinayət əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsinə dair cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı Cabbarlı Bəhruz Qənbər oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Yevlax Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Əlizadə Ruslan Əliyar oğlu) Məhkum, xx xxx 1972-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, heç yerdə işləməyən, əvvəllər Şəki Ağır Cİnayətlər Məhkəməsinin 27 noyabr 201 5-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin 15 mart 2016-cı il tarixli qərarı ilə cəzasının çəkilməmiş 10 (on) ay 27 (iyirmi yeddi) gün müddətində hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Yevlax Rayon Məhkəməsinin 15 sentyabr 2016-cı il tarixli qərarı ilə “28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Qərarına əsasən cəzadan azad edilmiş, məhkumluğu ödənilmiş, Yevlax Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli qərarı ilə barəsindəki CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilmiş, ünvan 1 ünvanda yaşamış, CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejmli cəzaçəkmə müəssisəsində çəkməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum qəsdən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan heroini əldə etmiş, saxlamış və satmışdır. Belə ki, Məhkum, qəsdən satış məqsədi ilə qanunsuz olaraq 0,960 qram miqdarında narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib üzərində saxlamış, 07 oktyabr 2021-ci il tarixdə saat 22 radələrində, Yevlax şəhəri, H.Əliyev prospektində yerləşən Respublika bankın yaxınlığında həmin narkotik vasitə o lan heroinin 0,301 qram miqdarında olan hissəsini bir ağ rəngli sellofan bükümdə tanışı Şahid3 15 manata satmış, qalan 0,659 qram miqdarında narkotik vasitə olan heroini satış məqsədi ilə üzərində saxlamış, Məhkum narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən 25 oktyabr 2021-ci il tarixdə saat 14:35 radələrində Yevlax şəhəri, Nizami prospektində Məhkum qanunsuz narkotik dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb Yevlax rayon polis şöbəsinə gətirilərək saat 15:20 radələrində müdafiəçinin iştirakı və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində üzərində olan həmin təmiz çəkisi 0,659 qram miqdarında narkotik vasitə olan heroin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırıl araq götürülmüş, Şahid3 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən 07 oktyabr 2021-ci il tarixdə saat 23:00 radələrində Yevlax şəhəri, H.Əliyev prospektində saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilmiş, üzərində həmin gün saat 23:25 dəqiqədə müdafiəçinin iştirakı və video çəkilişlə keçirilmiş şəxsi axtarış nəticəsində əynindəki şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli sellofan bükümdə Məhkum ona satdığı cəmi 0,301 qram miqdarında narkotik vasitə-heroin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 sentyabr 2022 -ci il tarixli qərarı ilə (hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmiş, Yevlax Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli hökmü Məhkum CMnin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə aid hissədə dəyişdirilmiş, onun cinayət əməli CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilərək ona həmin maddə əsasında cəzasını ümumi rejmli cəzaçəkmə müəssisəsində çəkməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarından dövlət ittihamçısı B.Q.Cabbarlı kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin y eni apellyasiya baxışına təyin edilməsi haqqında qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində sübutetmə və sübutların qiymətləndirilməsinə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMnin) normalarına, habelə cinayət əməlinin hüquqi tövsifi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair “ 17 mart 2011-ci il tarixli Qərarında əksini tapmış hüquqi mövqeyinə və İnsan Hüquqları üzrə Avropa Mhkəməsinin bəzi Qərarlarına istinad edəərək işin müəyyən edilmiş faktiki hallarını mübahisələndirən dövlət ittihamçısı B.Q.Cabbarlı kassasiya protestini onunla əsaslandırmışdır ki, işə baxan apellyasiya instansi yası məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə əsasən tədqiq edilməmiş, bunun nəticəsi olaraq Məhkum əməli əsassız olaraq CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin bu qənaətə gəlməsinə əsas iş üzrə təyin edilmiş məhkəməbioloji ekspertizasının 28 dekabr 2021-ci il tarixli 17/875 nömrəli rəyi olmuşdur ki, həmin rəylə də Şahid3 və Məhkum üzərlərindən ayrı-ayrılıqda götürülmüş narkotik vasitə olan heroinin öz tərkiblərinə görə fərqli olması müəyyən edilmişdir. Lakin, hər iki şəxsin üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin məhz heroin olması Məhkum əldə etdiyi narkotik vasitənin bir hissəsini Şahid3 satmasını təsdiq edir və sonuncuya qarşı da məhz bu əməli törətdiyinə görə əsaslı olaraq CM-nin 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Bu ittiihamı təkzib edərkən apellyasiya instansiyası məhkəməsi bir tərəfdən iş üzrə toplanmış digər sübutları nəzərə almamış, digər tərəfdən isə narkotik vasitəni Məhkum alan Şahid3 barəsindəki Yevlax Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli hökmünün preyudisial xarakter daşımasına əhəmiyyət verməmişdir. Dövlət ittihamçısı qeyd edir ki, Məhkum əməlinin CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi məhkumun həddindən artıq yüngül cəzaya məruz qalmasına, bununla da sosial ədalət prinsipinin pozulmasına səbəb olmuşdur. Qeyd olunan dəlillərə əsas lanaraq dövlət ittihamçısı B.Q.Cabbarlı onun kassasiya protestinin təmin edilməsini xahiş edir. Kassasiya protestinə baxılmasının vaxtı və yeri haqqında cinayət prosesi iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin ona təyin edilmiş cəzanı çəkib qurtarmış Məhkum məhkəmə iclasına naməlum səbəblərdən gəlməmişdir. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısı H.B.İmranovun rəyini dinləyərək və CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından k imlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya protestinin məzmunundan göründüyü kimi, işin faktiki hallarını mübahisələndirən dövlət ittihamçısı B.Q.Cabbarlı həmin protestdə apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların qanuna müvafiq qaydada tədqiq edilməyərək düzgün qiymətləndirilməməsini, Məhkum əməlinin tövsifində səhvə yol verildiyiniməsini və nəticədə ona yüngül cəzanın təyin edilməsini iddia edərək bunlarla bağlı apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutul muş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, törədilmiş əməlin tövsifində səhvə yol verdikdə və məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı B.Q.Cabbarlının kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum olunmasına dair cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. İlk növbədə məhk əmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarı lmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlah iyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanunili yi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araş dırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Daşa sonra, məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxsl ərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb ctimai təhlükəlilik dərəcəsi yüngül olan cinayət törətmiş şəxslərin onların törətmədiyi daha ağır əməllərə görə cinayət məsuliyyətini cəlb edilmələrinin, təqsirli bilinmələrinin və cəzalandırılmalarının yolverilməzliyini də nəzərdə tutur. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutların axtarılmasını və be lə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən i mtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. CM-nin 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan R espublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında əksini tapmış hüquqi mövqedən də irəli gəlir. Həmin qərara görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üç ün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olma yan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. CM-nin 7.1-ci maddəsində müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. CPM-nin 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri te zliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində i ştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 12.1-ci maddəsində tələb olunur ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etsinlər. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar hadisənin cinayə t hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər halları göstərməlidir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM- nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut et mə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Y alnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməs idir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuş olsun. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, Yevlax Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli hökmündən verilmiş apellyasiya şikayətinə qismən məhkəmə istintaqı aparmaqla və əlavə sübutl ar tələb etməklə baxmış apellyasiya instansiyası məhkəməsi iş üzrə qəbul etdiyi qərarında ibtidai araşdırma orqanı tərəfindən təqdim olunmuş, həm özü tərəfindən, həm də birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə ibtidai araşdırma orqanının və birinci instansiya məhkəməsinin iş üzrə gəldikləri nəticədən fərqli olaraq həmin qərarında Məhkum ona elan olunmuş ittiham üzrə cinayətin obyektiv cəhətinə aid olan hərəkətləri etməsi barədə qənaətə gəlmiş, lakin araşdırılmış sübutlara əsasən narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı ittiham olunduğu əməli məhz satış məqsədilə törətməsini, yaxud da narkotik vasitəni satm asını müəyyən etməyərək onun həmin əməlini CM-nin 234.1-ci maddəsinə tövsif etmişdir. Eyni zamanda məhkəmə araşdırılmış sübutların Məhkum həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Protestdə göstərilən və yalnız ehtimal xarakteri daşıyan dəlillərlə razılaşmayan məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum satış məqsədi olmadan narkotik vasitələri qanunsuz olaraq əldə etməsinə və üzərində saxlamasına dair təqsirliliyinin mötəbərliyi heç bir ş übhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla tam təsdiq edilir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticənin əksinə olaraq, dövlət ittihamçısı belə qənaətə gəlir ki, Məhkum üzərində daşıdığı narkotik vasitə olan heroinin bir hissəsini 15 manata Şahid3 satması onun məhz həmin narkotik vasitəni satış məqsədilə əldə edib saxlamasını və daşımasını təsdiq edən haldır. Məhkəmə kollegiyası isə hesab edir ki, Məhkum məhz satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşıması, onun özünün etirafedici ifadəsi, məhkəmə-bioloji ekspertizasının 26 oktyabr 2021-ci il tarixli 17/773 nömrəli və 28 dekabr 2021-ci il tarixli 17/875 nömrəli, məhkəmə-nar koloji ekspertizasının 29 dekabr 2021-ci il tarixli 1569 nömrəli rəyləri ilə və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum hələ ilkin araşdırma zamanı verdiyi izahatında, həmçinin sonralar ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən və eyni zamanda apellyasiya şikayətinə məhkəmə baxışı iclasında ardıcıl olaraq verdiyi eyni məzmunlu ifadələrində narkotik vasitələrdən istifadə etdiyini bildirmiş və üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitəni yaşadığı binanın yaxınlığında gəzən zaman yerdən tapdığını və özünün istifadə etməsi üçün üzərində saxlayaraq daşımasını etiraf etmiş, lakin hər hansı şəxsə, o cümlədən Şahid3 narkotik vasitə satmasını göstərməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhku m üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni satmaq niyyətində olmasına dəlalət edən hər hansı sübutun mövcudsuzluğunda onun etirafedici ifadələri, iş üzrə toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış digər sübutlarla üst-üstə düşdüyündən və məntiqi baxımdan həmin sübutları tamamladığından daha mötəbər hesab edilməli və bu baxımdan apellyasiya instansiyası məhkəməsinin bu sübutlara əsaslanaraq məhkumun əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli olması barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, Məhkum üzərində aşkar edilmiş narkotik vasitənin məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması barədə ibtidai araşdırma orqanının və birinci instansiya məhkəməsinin ehtimal xarakterli nəticəl əri apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət işinin materiallarına əsaslanmaqla və araşdırılmış sübutlar tədqiq edilməklə yoxlanılmış və məhkəmə iş üzrə gəldiyi nəticəni qəbul etdiyi qərarından kifayət qədər, inandırıcı şəkildə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarında onun gəldiyi nəticənin arxasında duran bütün bu sübutlar ətraflı təsvir olunmuş və məhkəmə bununla kifayətlənməyərək hər bir sübutu ayrı-ayrılıqda və məcmu şəkildə qiymətləndirərək Məhkum onun təqsirli bilindiyi, yəni CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsinin tam sübuta yetirilməsini hesab etmiş, onun narkotik vasitəni satış məqsədilə əldə edərək üzərində saxlamasına və ya narkotik vasitəni satmasına dair Şahid3 ziddiyyətli i fadələrindən başqa isə heç bir sübut əldə olunmamış, kassasiya protestində də belə sübutlara istinad olunmamışdır. Belə vəziyyətdə məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırki iş üzrə qanuni və əsaslı qərar qəbul edilərkən aşağıda təsvir olunanlara da əməl edilmişdir. Hazırki cinayət işinin materiallarından göründüyü kimi, istər birinci, istərsə də apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclaslarında cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmələri üçün bərabər şərait və imkanlar yaradılmış və cinayət işinə baxılarkən yalnız ittiham tərəfinin təqdim etdiyi sübutlar araşdırılmış, lakin bu araşdırmaların nəticəsi olaraq məhkəmələr Məhkum törətdiyi cinayət əməlinin h üquqi tövsif ilə bağlı fərqli qənaətə gəlmişlər ona görə ki, məhkum olunmuş şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı törətdiyi cinayətin subyektiv cəhətinə aid olan həmin narkotik vasitəni əldə edib saxlayaraq satmaq niyyətində olmasını təsdiq edən hər hansı sübut ittiham tərəfi olaraq həm ibtidai araşdırma orqanı, həm də dövlət ittihamçıları tərəfindən məhkəmələrə təqdim olunmamış, məhkəmələr də belə sübutları araşdırmamışlar. İş materiallarından həmçinin görünür ki, Məhkum apellyasiya şikayətinə məhkəmə baxışı iclasında da özünü ona qarşı irəli sürülmüş ittiham üzrə qismən, yəni CM-nin 234.1ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, 24 oktyabr 2021-ci il tarixdə saat 14 radələrində yaşadığı binanın yaxınlığında gəzən zaman yerdə sellofana bükülmüş bükülü görmüşdür. Həmin bükülünü açıb içərisinə baxan zaman həmin bükülünün içərisində narkotik vasitə olan heroin olduğunu görmüş və özü istifadə etmək üçün əynindəki şalvarın cibinə qoymuşdur. 25 oktyabr 2021-ci il tarixdə saat təxminən 14:30 radələrində Yevlax şəhəri Nizami prospektində olan zaman iki nəfər polis əməkdaşları özlərini təqdim edərək ona narkotik vasitə istifadə etməkdə, üzərində saxlamaqda və satmaqda şübhəli olduğunu deyərək Yevlax RPŞ-nə gətirmişlər. Polis şöbəsində təhqiqatçı CM-in 234.1-ci maddəsi ilə şübhəli olduğunu bildirərək onu tutmuşdur. Təhqiqatçı hüquq və vəzifələrini izah etmiş və üzərində axtarışa başlamışdır. Təhqiqatçı üzərində olmuş qanunsuz əşyaları çıxararaq təqdim etməsini təklif etmişdir. Həmin vaxt üzərində olan narkotik vasitəni cibindən çıxardaraq təqdim etmişdir. Polis əməkdaşları bükülünün içərisindəki kütləyə baxaraq onun narkotik vasitə olan heroinə bənzədiyini demişlər. Həmçinin Məhkum ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, o, Şahid3 bir qonşu kimi tanısa da ona heç vaxt narkotik vasitə satmamış, sonuncu Yevlax Rayon Məhkəməsində işə baxılarkən dindirilməmiş, polis şöbəsində üzləşdirmə aparılarkən də Şahid3 ona narkotik vasitə satdığını deməmişdir. Şahid3 ibtidai araşdrma zamanı və özünün barəsindəki cinayət işinə birinci instansiya məhkəməsində baxılarkən onun üzərindən 07 oktyabr 2021-ci il tarixdə aşkar edilərək götürülmüş 0,301 qram narkotik vasitə heroini 15 manat məbləğində pul müqabilində Məhkum aldığını bildirsə də, digər ifadələrində, o cümlədən Məhkumla üzləşdirmə zamanı (bu istintaq hərəkətinin aparılmasını əks etdirə n videoçəkiliş cinayət işinin materiallarına əlavə edilmişdir) göstərmişdir ki, o, 07 oktyabr 2021-ci il tarixdə narkotik vasitə əldə etmək məqsədilə tanışı Məhkum 15 manat məbləğində pul vermiş, sonuncu da pulu götürüb harasa getmiş və 15 dəqiqədən sonra qayıdıb ona bir bükümdə narkotik vasitə olan heroin vermiş, o, da aldığı narkotik vasitəni cibinə qoyub yaşadığı evə tərəf gedərkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. İş materiallarına görə, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanda artıq 07 oktyabr 2021-ci il tarixdə Məhkum Şahid3 narkoik vasitə satması barədə məlumat olmuş, lakin naməlum səbəblərdən Məhkum narkoiik vasitələri əldə etməsi, saxlaması və istehlakı barədə əməliyat məlumatının daxil olması barədə Yevlax RPŞ-nin Narkotiklərlə mübarizə qrupunun əməliyat müvəkkili Şahid1 raportu yalnız 25 oktyabr 2021-ci il tarixdə tərtib edilmiş, buna qədər on səkkiz gün ərzində Məhkum ətrafında hər hansı əməliyyataxtarış tədbirləri həyata keçirilməmiş, həmin raportda sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olması göstərilməmiş və ilkin araşdırma zamanı toplanmış sübutlara əsasən onun barəsində cinayət işi CM-nin 234.1-ci maddəsi ilə başlanmışdır. Qeyd olunmalıdır ki, sonradan Məhkum əməlinin CM-nin 234.2-ci maddəsi ilə tövsif edilməsinə əsas yalnız Şahid3 ilkin izahatı və ifadələri olmuşdur ki, bu izahat və ifadələr də onun tərəfindən artıq 07 oktyabr 2021-ci tarixdə verilmişdir. İş üzrə apellyasiya instansiyası məhkəməsinin də müəyyən etdiyi daha bir ziddiyyətli məqam ondan ibarətdir ki, ibtidai araşdırma orqanı tərəfindən Məhkum qarşı satış məqsədi ilə qanunsuz olaraq 0,960 qram miqdarında narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib üzərində saxlamasına, 07 oktyabr 2021-ci il tarixdə saat 22 radələrində, Yevlax şəhəri, H.Əliyev prospektində yerləşən “Respublika bankın” yaxınlığında həmin narkotik vasitə olan heroinin 0,301 qram miqdarında olan hissəsini bir ağ rəngli sellofan bükümdə tanışı Şahid3 15 manata satmasına, qalan 0,659 qram miqdarında narkotik vasitə olan heroini satış məqsədi ilə üzərində saxlamasına, yəni faktiki olaraq əldə etdiyi narkotik vasitəni iki hissəyə bölməsinə görə ittiham irəli sürülsə də, ibtidai araşdırma zamanı keçirilmiş məhkəmə-bioloji ekspertizasının 28 dekabr 2021-ci il tarixli 17/875 nömrəli rəyi ilə həmin narkotik vasitələrin (Şahid3 üzərindən 07 oktyabr 2021-ci il tarixdə və Məhkum üzərlərindən 25 oktyabr 2021ci il tarixdə aşkar edilərək götürülmüş) tərkiblərinə görə fərqli olmaları olmaları müəyyən edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, işin bu mühüm halı Məhkum elan olunmuş ittihamın özünün də toplanmış sübutlara ziddiyət təşkil etməsinə dəlalət etməsinə dəlalət edir və təqsirsizlik prezumpsiyasına əsasən aradan qaldırılması mümkün olmayan həmin ziddiyyətin məhz Məhkum xeyrinə həll edilməsinə əsas yaradır. Digər tərəfdən, Məhkum narkotik vasitələrin aludəçisi olması, onun üzərində aşkar edilmiş narkotik vasitəni – 0,659 qram çəkidə heroini məhz öz şəxsi istifadəsi üçün əldə edərək üzərində saxlaması və daşıması məhkum olunmuş şəxsin etirafedici ifadələri ilə yanaşı məhkəmə-narkoloji ekspertizasının 29 dekabr 2021-ci il tarix li 1569 nömrəli rəyi ilə də təsdiq edilir. Həmin rəyə görə, Məhkum narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə etmə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Qeyd olunanlarla yanaşı, məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, şəxsin əməlində CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olması haqda nəticəyə gəlmək üçün CM-nin 234.1-ci maddəsində göstərilən əməllərin satış məqsədilə (cinayətin subyektiv cəhətinə aid olan hal) törədilməsi, yaxud da cinayətlərin predmeti sayılan narkotik vasitələri və ya psixotrop maddələri satması (cinayətin obyektiv cəhətinə aid olan digər hal) sübuta yetirilməlidir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Burada göstərilən maddə və vasitələrin miqdarı, onların daşınması, gəzdirilməsi, saxlanması yerləri, müddəti, şəraiti və üsulu, habelə satışın həyata keçiriməsi üçün müəyyən avadanlığın (məsələn, tərəzinin, qablaşdırmaq üçün üçün avadanlığın) alınması və narkotik vasitəl ərin, psixotrop və güclü təsir edən maddələrin istifadəçilərinin axtarılması və sair bu kimi halların müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 8-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun (burada “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu nəzərdə tutulur) 1.0.11-ci maddəsində şərh verilməsi qeyd edilərək məhkəmələrə izah edilmişdir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya ya xınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Qərarın 9-u bəndində məhkəmələrin nəzərinə çatdırlmışdır ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yan aşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Hazırkı iş üzrə Məhkum narkotik vasitəni satış məqsədi ilə əldə etməsi və daşıyaraq üzərində saxlaması ibtidai araşdırma zamanı toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutlarla təsdiqini tapmamış, onun narkotik vasitəni Şahid3 satması barədə nəticə isə yalnız sonuncunun ziddiyətli və digər sübutlarla təkzib olunan ifadələrinə əsaslanmışdır. Şahid3 CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Yevlax Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli hökmünün hazırki iş üzrə preyudisial xarakter daşımasına dair kassasiya protestinin dəlillin ə cavab olaraq məhkəmə kollegiyası vurğulayır ki, bu dəlil də həm işin faktiki hallarına, toplanmış və araşdırılmış sübutlara, həm də cinayət-prosessual qanunveiciliyinin aşağıdakı tələblərinə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” 08 yanvar 2020-ci il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyə uyğun deyil. Belə ki, CPM-nin 142.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” Azərbay can Respublikası Konstitusiya Məhkəməsinin 08 yanvar 2020-ci il tarixli Qərarına görə, ədalət mühakiməsi mahiyyət etibarilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.Abbasovanın şikayəti üzrə 2016-cı il 14 oktyabr tarixli, F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli və s. qərarları). Bu hüququn məzmunu Konstitusiyanın norma və prinsipləri, o cümlədən hüquqi müəyyənlik prinsipinin tələbləri nəzərə alınmaqla başa düşülməlidir. Həmin prinsipi təmin edən vasitələrdən biri qanuni qüvvəyə minmiş məhkəmə aktlarının preyudisiallığıdır. Preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi z ərurətindən azad olunmanı nəzərdə tutur. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisial əhəmiyyətinin tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu müəyyən edilməlidir. Konstitusiya Məhkəm əsinin Plenumu mülki mübahisələr üzrə qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisiallığının hədləri ilə bağlı hesab etmişdir ki, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Göründüyü kimi, qanunverici cinayət prosesində sahədaxili (Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsi) və sahələrarası preyudisiyanı (Cinayət-Prosessual Məcəlləsinin 142.2-ci maddəsi) müxtəlif cür müəyyənləşdirmişdir. Belə ki, cinayət prosesində sahədaxili preyudisiyanın tətbiqi zamanı qüvvəyə minmiş məhkəmə hökmündə müəyyən olunan hallar və onların hüquqi qiyməti s onrakı cinayət işləri üzrə icraatda məcburi olduğu halda, sahələrarası preyudisiyaya görə mülki, inzibati və ya iqtisadi işlər üzrə qanuni qüvvəyə minmiş qərarlar yalnız hadisənin, yaxud hərəkətin olub-olmaması hissəsində məcburidir. Həmçinin nəzərə almaq lazımdır ki, cinayət-prosessual qanunvericiliklə sübutların toplanılmasına, yoxlanılmasına və qiymətləndirilməsinə dair təsbit edilmiş müddəalar işin həqiqətə uyğun olan faktiki hallarının müəyyənləşdirilməsinə xidmət etməklə yanaşı, həm də şəxsiyyətin hüquqlarına aid vacib prosessual təminatlar kimi çıxış edir. Göstərilən təminatlar sisteminə isə Konstitusiyadan irəli gələn cinayət mühakimə icraatının vacib prinsiplərindən hesab edilən təqsirsizlik prezumpsiyası, cinayət işi üzrə sübutetmənin ittiham tərəfinin üzərinə qoyulması, müdafiə hüququ və s. aiddir. Onlara riayət olunması cinayət işi üzrə icraatın aparılması zamanı qanunçuluğun təmin edilməsinin ayrılmaz şərtini təşkil edir. Məhkəmə kollegiyası qaunvericiliyin tələblərindən, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən çıxış edib Şahid3 barəsindəki hökmün də yalnız məhkum olunmuş həmin şəxsin ifadələrinə əsaslanmasını, bu hökmlə Məhkum təqsirliliyinin müəyyən edilməməsini, sonuncuya qarşı irəli sürülmüş ittihamın toplanmış və araşdırılmış mötəbər sübutlarla uzlaşmamasını nəzərə alaraq və təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə qənaəə gəlir ki, dövlət ittihamçısının istinad etdiyi hökm hazırki iş üzrə preyudisial əhəmiyyətə malik deyil və Məhkum CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinməsi üçün əsas kimi qiymətləndirilə bilməz. Buna görə məhkəmə kollegiyası hesab edir ki, bütün şərh olunanlara qanuna müvafiq qaydada qiymət verib R.İ.Əsgərovun əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməsi barədə qanuni və əsaslı nəticəyə gələn apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin aşağıdakı normalarının tələblərinə də əməl etməklə bütün şübhələri onun xeyrinə həll etmişdir. Belə ki, təqsirsizlik prezumpsiyası təsbit edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin I-III hissələrinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinm əsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutlurur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli s ubyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Cinayət mühakimə icratının eyni prinsipini nəzərdə tutan CPM-nin 21.1-21.3-cü maddələrində göstərilmişdi r ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirlənd irilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 349.5-ci maddəsinə əsasən, aşağıdakı hallarda məhkəmənin hökmü (apellyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi yekun qərarı-m.k) əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.2-ci maddəsinin tələbinə görə isə, məhkəmənin ittiham hökmü (həmin hökmün apellyasiya qaydasında yoxlanılması nəticəsində apellyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi yekun qərarı-m.k) ehtimallara əsaslana bilməz və yalnız məhkəmə b axışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi həm də bu normaların tələblərindən çıxış edib işin faktiki hallarına (araşdırımış sübutlara) əsaslanaraq Məhkum narkotik vasitələri məhz satış məqsədilə əldə edərək saxlamasını və daşımasını müəyyən etməmiş, buna görə ehtimal xarakterli qərar qəbul etməkdən imtina edib bütün şübhələri təqsirləndirilən şəxsin xeyrinə həll edərək onun cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli olması barədə qanuni və əsaslı nəticəyə gəlmişdir. Kassasiya protestinin Məhkum barəsində seçilmiş cəza tədbirinin açıq-aşkar yüngül olması barədə dəlili ilə bağlı məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, cinayət törətmiş şəxsə təyin edilən hər bir cəza törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, həmin şəxsi səciyyələndirən, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, şəxsin cinayətin törədilməsində iştirakçılıq dərəcəsinə, onun həm bundan əvvəl, həm də bundan sonrakı davranışına və bu məsələnin həlli zamanı mühüm əhəmiyət kəsb edən digər hallara uyğun olmalı, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Bunu cinayət qanunvericiliyinin aşağıdakı normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələri tələb edir. Yalnız bu tələblərə, hüquqi mövqeyə və tövsiyələrə əməl olunmaqla təqsirləndirilən şəxsə təyin edilmiş cəza ədalətli və qanunu hesab edilə bilər. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 9.2-c maddəsində vurğulanmışdır ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 41.2-ci maddə sinin tələblərinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hall ar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-nin 61.2 və 61.3-cü maddələrinin tələblərinə görə isə cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar, habelə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal təkrar nəzərə alına bilməz. CPM-nin 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərd ə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdırıcı hallar barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-nin 349.5-ci maddəsinin mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cəza tədbirinin seçilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Qanunvericiliyin bu tələblərinə həmçinin təqsirkar barəsində cinayət-hüquqi xarakterli tədbirin seçilməsi zamanı da riayət olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədi lməsinə görə tətbiq olunan cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-nin 48-ci maddəsinin, CM-nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. A zərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şərai tinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qa nunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarı ilə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prin sipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələ si müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu z aman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini ü zrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, məhkumun törətdiyi cinayət əməllərinə görə təqsirli bilindiyi CM-nin 234.1-ci maddəsinin sanksiyasında üç ilədək azadlığın məhdudlaşdırılması və ya üç ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur ki, apellyasiya instansiyası məhkəməsi də Məhkum cəza təyini məsələsini həll edərkən bu cəzalardan daha ağırını – azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq bilmiş və bu zaman iş üzrə toplanmış və araşd ırılmış sübutlara əsaslanaraq onun tərətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı CM-nin 59.2-ci maddəsinin tələblərinə uyğun olaraq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi halı –onun törətdiyi cinayət əməlini səmim etiraf edərək peşmançılıq hissi keçirməsini, habelə CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini həm düzgün, həm də kifayət qədər nəzər almışdır. Beləliklə, apellyasiya instansiya məhkəməsi tərəfindən CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrinin tələblərinin pozulmasına yol verilməməsini müəyyən edən məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək belə nəticəyə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya pro testi təmin edilməməli, Məhkum CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 sentyabr 2022-ci il tarixli qərarı isə kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D I: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 sentyabr 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar