Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-680/2024 28.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Abdulov Rəşad Məhərrəm oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1157/2022 nömrəli, 13 iyun 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxx 1984-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, "xxxx" MMC-nin direktoru vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası, Sədərək rayonu, Sədərək kəndində qeydiyyatda olmaqla yaşamışdır. 2. 01 dekabr 2021-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 23 dekabr 2021-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi or qanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim edib Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə edərək, ünvan 1 ünvanında yerləşən ona məxsus torpaq sahəsində, 32000 (otuz iki min) manat müqabilində 3 (üç) ay 15 (on beş) iş günü müddətində iki mərtəbəli, beş otaqlı, 120 kvadrat sahəyə malik fərdi yaşayış evi inşa edib tam təmirli vəziyyətdə təhvil verəcəyinə dair yalandan vəd verib aldadaraq, onu həmin vədlərinə inandırmaq, habelə vədlərinin həqiqiliyi görüntüsü y aratmaq üçün, 04 aprel 2018-ci ildə təsis etdiyi, hüquqi ünvanı ünvan 2ni təmsilçisi və direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adından 22 dekabr 2018-ci il tarixdə ünvan 3 ünvanında Zərərçəkmiş şəxs7la təmir-tikinti müqaviləsi bağlayaraq, ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq, hissə-hissə olmaqla, 02 yanvar 2019-cu il tarixdə qeyd olunan ünvanda əvvəlcə 5000 (beş min) manat pulunu, 09 yanvar 2019-cu il tarixdə həmin ünvanda 5000 (beş min) manat pulunu, 16 yanvar 2019-cu il tarixdə həmin ünvanda 2500 (iki min beş yüz) manat pulunu, 24 yanvar 2019-cu il tarixdə həmin ünvanda 2500 (iki min beş yüz) manat pulunu, 2019-cu ilin fevral ayının əvvəllərində, istintaqa konkret məlum olmayan tarixdə, həmin ünvanda 5000 (beş min) manat pulunu, bir ne çə gün sonra, yəni 2019-cu ilin fevral ayının əvvəllərində istintaqa konkret məlum olmayan digər tarixdə isə 5000 (beş min) manat pulunu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs7 ümumilikdə 25000 (iyirmi beş min) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən öz qulluq mövqeyindən istifadə etməklə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim edib Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edərək, Göygöl rayonu, Mixaylovka kəndində yerləşən ona məxsus torpaq sahəsində 45000 (qırx beş min) manat müqabilində 90 (doxsan) iş günü müddətində fərdi yaşayış evi inşa edib tam təmirli vəziyyətdə təhvil verəcəyinə dair yalandan vəd verib aldadaraq, onu həmin vədlər inə inandırmaq, habelə vədlərinin həqiqiliyi görüntüsü yaratmaq üçün, 04 aprel 2018-ci ildə təsis etdiyi hüquqi ünvanı ünvan 2ni təmsilçisi və direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adından 18 aprel 2020-ci il tarixdə ünvan 4 ünvanında Zərərçəkmiş şəxs6la təmir-tikinti müqaviləsi bağlayaraq, ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə, davamlı olaraq hissə-hissə olmaqla, həmin gün qeyd olunan ünvanda əvvəlcə 17500 (on yeddi min beş yüz) manat pulunu, 20 may 2020-ci il tarixdə isə ünvan 5 ünvanında 27500 (iyirmi yeddi min beş yüz) manat pulunu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs6 ümumilikdə 45000 (qırx beş min) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui -istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim edib, Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 6 ünvanda yerləşən ona məxsus mənzili 13200 (on üç min iki yüz) manat müqabilində 75 (yetmiş beş) iş günü müddətində tam təmir edib təhvil verəcəyinə dair yalandan vəd verib aldadaraq, onu həmin vədlərinə inandırmaq, habelə vədlərinin həqiqiliyi görüntüsü yaratmaq üçün, 04 aprel 2018-ci ildə təsis etdiyi hüquqi ünvanı ünvan 2ni təmsilçisi və direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adından 15 may 2020-ci il tarixdə ünvan 7 ünvanında fəaliyyət göstərən “AP Plaza” biznes mərkəzinin birinci mərtəbəsində, 36 nömrəli otaqda yerləşən icarəyə götürdüyü ofisdə Zərərçəkmiş ş əxs2la təmir-tikinti müqaviləsi bağlayaraq, ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə, davamlı olaraq hissə-hissə olmaqla, həmin gün qeyd olunan ünvanda əvvəlcə 4000 (dörd min) manat pulunu, 18 iyun 2020-ci il tarixdə isə həmin ünvanda 8000 (səkkiz min) manat pulunu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs2 ümumilikdə 12000 (on iki min) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən öz qulluq mövqeyindən istifadə etməklə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim edib Zərərçəkmiş şəxs8 etibarından sui-istifadə edərək, ünvan 8 ünvanında yerləşən 17 (on yeddi) mərtəbəli yaşayış binasının mansardında, ona məxsus 105 kvadrat metr sahədə 70000 (yetmiş min) manat müqabilində 120 (bir yüz iyirmi) iş günü müddətində 3 (üç) otaqlı mənzil inşa edib tam təmirli vəziyyətdə təhvil verəcəyinə dair yalandan vəd verib aldadaraq, onu həmin vədlərinə inandırmaq, habelə vədlərinin həqiqiliyi görüntüsü yaratmaq üçün, 04 aprel 2018-ci ildə təsis etdiyi hüquqi ünvanı ünvan 2ni təmsilçisi və direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adından 10 iyun 2020-ci il tarixdə ünvan 7 ünvanında fəaliyyət göstərən “AP Plaza” biznes mərkəzinin birinci mərtəbəsində, 36 nömrəli otaqda yerləşən icarəyə götürdüyü ofisdə Zərərçəkmiş şəxs8la təmir-tikinti müqaviləsi bağlayaraq, ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə, davamlı olaraq hissə-hissə olmaqla, həmin gün qeyd olunan ünvanda əvvəlcə 21000 (iyirmi bir min) manat pulunu, 02 iyul 2020-ci il tarixdə isə həmin ünvanda 21000 (iyirmi bir min) manat pulunu alıb, 843 manat dəyərində təmir-tikinti işləri aparıb Zərərçəkmiş şəxs8 ümumilikdə 41157 (qırx bir min yüz əlli yeddi) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim edib Zərərçəkmiş şəxs10 etibarından sui-istifadə edərək, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3123-cü məhəllədə inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən ona məxsus mənzili 12600 (on iki min altı yüz) manat müqabilində 60 (altmış) iş günü müddətində tam təmir edib təhvil verəcəyinə dair yaland an vəd verib aldadaraq, onu həmin vədlərinə inandırmaq, habelə vədlərinin həqiqiliyi görüntüsü yaratmaq üçün, 04 aprel 2018-ci ildə təsis etdiyi hüquqi ünvanı ünvan 2ni təmsilçisi və direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adından 23 iyun 2020-ci il tarixdə ünvan 7 ünvanında fəaliyyət göstərən “AP Plaza” biznes mərkəzinin birinci mərtəbəsində, 36 nömrəli otaqda yerləşən icarəyə götürdüyü ofisdə Zərərçəkmiş şəxs10 ilə təmir-tikinti müqaviləsi bağlayaraq, ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə, davamlı olaraq hissə-hissə olmaqla, həmin gün qeyd olunan ünvanda əvvəlcə 6300 (altı min üç yüz) manat pulunu, daha sonra isə 07 iyul 2020-ci il tarixdə həmin ünvanda 5040 (beş min qırx) manat pulunu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs10 ümumilikdə 11340 (on bir min ü ç yüz qırx) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim edib Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2280A ünvanında yerləşən ona məxsus torpaq sahəsində 67000 (altmış yeddi min) manat müqabilində 210 (iki yüz on) iş günü müddətində iki mərtəbəli fərdi yaşayış evi və həyətyanı sahədə çəpər inşa edib evi tam təmirli vəziyyətdə təhvil verəcəyinə dair yalandan vəd verib aldadaraq, onu həmin vədlərinə inandırmaq, habelə vədlərinin həqiqiliyi görüntüsü yaratmaq üçün, 04 aprel 2018-ci ildə təsis etdiyi hüquqi ünvanı ünvan 2ni təmsilçisi və direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adından 19 avqust 2020-ci il tarixdə ünvan 7 ünvanında fəaliyyət göstərən “AP Plaza” biznes mərkəzinin birinci mərtəbəsində 36 nömrəli otaqda yerləşən icarəyə götürdüyü ofisdə, Zərərçəkmiş şəxs4 ilə təmir-tikinti müqaviləsi bağlayaraq, həmin gün qeyd olunan ünvanda 20100 (iyirmi min bir yüz) manat pulunu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs4 20100 (iyirmi min bir yüz) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim edib Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək, Bakı şəhəri, Sabunç u rayonu, Bilgəh qəsəbəsi ərazisində yerləşən ona məxsus torpaq sahəsində 55000 (əlli beş min) manat müqabilində 180 (bir yüz səksən) iş günü müddətində ikimərtəbəli fərdi yaşayış evi inşa edib, tam təmirli vəziyyətdə təhvil verəcəyinə dair yalandan vəd verib aldadaraq, onu həmin vədlərinə inandırmaq, habelə vədlərinin həqiqiliyi görüntüsü yaratmaq üçün, 04 aprel 2018-ci ildə təsis etdiyi hüquqi ünvanı ünvan 2ni təmsilçisi və direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adından 28 iyul 2020-ci il tarixdə ünvan 7 ünvanında fəaliyyət göstərən “AP Plaza” biznes mərkəzinin birinci mərtəbəsində, 36 nömrəli otaqda yerləşən icarəyə götürdüyü ofisdə Zərərçəkmiş şəxs3lə təmir-tikinti müqaviləsi bağlayaraq, ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə, davamlı olaraq hissəhissə olmaqla, həmin gün qeyd olunan ünvanda əvvəlcə 16500 (on altı min beş yüz) manat pulunu, 20 avqust 2020-ci il tarixdə isə həmin ünvanda 10000 (on min) manat pulunu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs3 ümumilikdə 26500 (iyirmi altı min beş yüz) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim edib, Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edərək, ünvan 10 ünvanda yerləşən ona məxsus mənzili 19450 (on doqquz min dörd yüz əlli) manat müqabilində 75 (yetmiş beş) iş günü müddətində tam təmir edib təhvil verəcəyinə dair yalandan vəd verib aldadaraq, onu həmin vədlərinə i nandırmaq, habelə vədlərinin həqiqiliyi görüntüsü yaratmaq üçün, 04 aprel 2018-ci ildə təsis etdiyi hüquqi ünvanı ünvan 2ni təmsilçisi və direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adından 02 avqust 2020-ci il tarixdə ünvan 7 ünvanında fəaliyyət göstərən “AP Plaza” biznes mərkəzinin birinci mərtəbəsində, 36 nömrəli otaqda yerləşən icarəyə götürdüyü ofisdə Zərərçəkmiş şəxs5 ilə təmir-tikinti müqaviləsi bağlayaraq, ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə, davamlı olaraq hissə-hissə olmaqla, həmin gün qeyd olunan ünvanda əvvəlcə 5835 (beş min səkkiz yüz otuz beş) manat pulunu, 24 avqust 2020-ci il tarixdə isə həmin ünvanda 5835 (beş min səkkiz yüz otuz beş) manat pulunu alıb 4558 manat dəyərində təmir-tikinti işləri aparıb, Zərərçəkmiş şəxs5 ümumilikdə 7112 (yeddi min yüz on iki) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim edib, Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, asfalt zavodunun şimal-qərbində yerləşən, ona məxsus torpaq sahəsində 56060 (əlli altı min altmış) manat müqabilində 150 (bir yüz əlli) iş günü müddətində birmərtəbəli, talvarlı, 140 kvadratmetr sahəyə malik fərdi yaşayaş evi inşa edib tam təmirli vəziyyətdə təhvil verəcəyinə dair yalandan vəd verib aldadaraq, onu həmin vədlərinə inandırmaq, habelə vədlərinin həqiqiliyi görüntüsü yaratmaq üçün, 04 aprel 2 018-ci ildə təsis etdiyi hüquqi ünvanı ünvan 2ni təmsilçisi və direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adından 07 sentyabr 2020-ci il tarixdə, ünvan 7 ünvanında fəaliyyət göstərən “AP Plaza” biznes mərkəzinin birinci mərtəbəsində, 36 nömrəli otaqda yerləşən icarəyə götürdüyü ofisdə, Zərərçəkmiş şəxs1 ilə təmir-tikinti müqaviləsi bağlayaraq, ayrı-ayrı vaxtlarda, vahid niyyətlə əhatə olunan qəsdlə, davamlı olaraq hissə-hissə olmaqla, həmin gün qeyd olunan ünvanda əvvəlcə 12600 (on iki min altı yüz) manat pulunu, 2020-ci ilin sentyabr ayının ortalarında qeyd olunan ünvanda 1000 (bir min) manat pulunu, 2020-ci ilin sentyabr ayının sonlarında isə ünvan 7 ünvanında fəaliyyət göstərən “AP Plaza” biznes mərkəzinin qarşısında 2000 (iki min) manat pulunu alıb ələ keçirərək, Zərərçək miş şəxs1 ümumilikdə 15600 (on beş min altı yüz) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən öz qulluq mövqeyindən istifadə etməklə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim edib, Zərərçəkmiş şəxs9 etibarından sui-istifadə edərək, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 48, M6, 3 nömrəli ünvanda yerləşən ona məxsus mənzili 12600 (on iki min altı yüz) manat müqabilində 60 (altmış) iş günü müddətində tam təmir edib, təhvil verəcəyinə dair yalandan vəd verib aldadaraq, onu həmin vədlərinə inandırmaq, habelə vədlərinin həqiqiliyi görüntüsü yaratmaq üçün, 04 aprel 2018-ci ildə təsis etdiyi hüquqi ünvanı ünvan 2ni təmsilçisi və direktoru olduğu "x xxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adından 16 avqust 2021-ci il tarixdə ünvan 12 ünvanında Zərərçəkmiş şəxs9la təmir-tikinti müqaviləsi bağlayaraq, həmin gün qeyd olunan ünvanda 2520 (iki min beş yüz iyirmi) manat pulunu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs9 ümumilikdə 2520 (iki min beş yüz iyirmi) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-45/2022 nömrəli, 02 mart 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətinə təmir-tikinti sahəsində fəaliyyət ilə məşğul olma hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətinə aza dlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun 2 (iki) gün həbsdə saxlanıldığı müddətin təyin edilmiş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 17 avqust 2021-ci il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verib, himayəsində iki azyaşlı uşağının olduğunu bildirməklə təyin edilmiş cəzanın daha yüngül cəza ilə əvəz edilməsini xahiş etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1157/2022 nömrəli, 13 iyun 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-45/2022 nömrəli, 02 mart 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Kassasiya şikayətində cəzasını yüngülləşdirən halları nəzərə almaqla təyin edilmiş cəzanın daha yüngül cəza ilə əvəz edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.
10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respubli kası CPMnin 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırm ır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Məhkum verdiyi kassasiya şikayətində ona təyin edilən cəzanın ağır olduğunu iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
16. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1157/2022 nömrəli, 13 iyun 2022-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin ci nayəthüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respubl ikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).
18. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
19. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
20. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi və islah məqsədləri daxildir (Vinter və Başqaları Birləmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il).
22. Təsvir edilən maddi hüquq normaların məzmunundan, eləcə də cəza institutunun məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Avropa Məhkəməsinin şərhindən belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması t ələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimaitəhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
23. Məhkəmə kollegiyası Məhkum ona yüngül cəza təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edib apellyasiya instansiyası məhkəməsinin müvafiq mövqeyi ilə razılaşır və hesab edir ki, mübahisələndirilən qəra r bu hissədə maddi cinayət-hüquqi normalara uyğundur.
24. İş materiallarından göründüyü kimi, məhkəmələr Məhkum cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən hal olaraq onun ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli qismən etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və himayəsində azyaşlı uşaqlarının olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, həmçinin zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın ödənilmədiyini nəzərə alıb, ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3- cü maddələrinin tələblərinə tam riayət etmişlər.
25. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətinin araşdırması dövründə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs2 tərəfindən Məhkum qarşı heç bir şikayət, iddia və tələblərinin olmadıqlarına dair notarial qaydada təsdiq edilmiş ərizələr məhkəməyə daxil olsa da, bu sənədlər məhkum barəsində daha yüngül cəzanın təyin edilməsinə əsas vermir ona görə ki, baxılan işin materiallarından müəyyən edildiyi kimi, qeyd edilən iki zərərçəkmiş şəxslə yanaşı cinayət işi üzrə digər şəxslər - Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs4 da zərərçəkmiş şəxs qismində tanınmış, cinayət təqibinin bütün mərhələlərind ə onlara vurulmuş maddi ziyanın ödənilmədiyini, məhkum barəsində şikayətçi olduqlarını bildirmişlər.
26. Təsvir edilənlərlə yanaşı məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.
27. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessua l Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
28. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1157/2022 nömrəli, 13 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilən kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1157/2022 nömrəli, 13 iyun 2022-ci il tarixli qərarı