Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-681/2021 04.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu, Müdafiəçilər – Bakı Şəhəri 02 saylı Vəkil Bürsonun vəkilləri Mahmudov Vidadi Cəmil oğlu və Quliyev Şəmsəddin İbrahim oğlunun iştira kları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 dekabr 2020-ci il tarixli ilkin baxış qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Xankişiyev Mirzə Aslan oğlu, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət tərkibdə) xx.xx.1980-ci ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Ünvan1 ünvada qeydiyyatda olmaqla, Ünvan2 ünvanda kirayədə yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hökmdən müdafiəçi Quliyev Şəmsəddin İbrahim oğlu və Məhkum tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim E.E.Rəhimov, hakimlər F.A.Qasımov və K.H.Əkbərovdan ibarət tərkibdə) 11 dekabr 2020-ci il tarixli qərarı ilə Məhkum CM-nin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli hökmü və həmin məhkəmənin hazırki iş üzrə 18 sentyabr 2019cu il t arixli hazırlıq iclasının qərarı ləğv edilmişdir. Hökmdən müdafiəçi Quliyev Şəmsəddin İbrahim oğlu və təqsirləndirilən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxılmasına xitam verilmiş və cinayət işi birinci instansiya məhkəməsinə məhkəmənin hazırlıq iclası mərhələsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 dekabr 2020-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, satış məqsədi və qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən naməlum şəraitdə və vaxtda külli miqdarda ümumi 1060,076 qram təmiz çəkidə xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasit ə tiryəki əldə edib üzərində və etibarnamə ilə idarə etdiyi “BMW 523” markalı 90-RF1379 dövlət qeydiyyat nişanlı avtomobildə daşımaqla saxlamış, Məhkumun qanunsuz əməli barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində o, 09 aprel 2019-cu il tarixdə saat 20:00-da Bakı şəhəri, Sabunçu rayonu ərazisində Sabunçu dairəsi adlanan yerin yaxınlığında dayandırdığı həmin avtomobilin yanında saxlanılaraq əvvəlcə üzərinə baxış keçirilərkən qeyd edilən narkotik vasitənin bir hissəsi olan 55,076 qram təmiz çəkidə tiryək onun əynindəki açıq boz rəngli şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi 01 ədəd politilen bükümdə, eləcə də həmin yerdə saxlad ığı “BMW 523” markalı **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonuna baxış keçirilərkən qeyd edilən narkotik vasitənin qalan hissəsi olan 1005 qram təmiz çəkidə tiryək isə həmin avtomobilin salonunda sürücüyə aid oturacağın altından çıxarıb təqdim etdiyi 01 ədəd qara rəngli polietilen torbada aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti onunla əsaslandırılmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11.12.2020-ci il tarixli ilkin baxış qərarı əsassız olaraq çıxardığından, həmin qərar ləğv olunmalı və cinayət işi yenidən ilkin apellyasiya baxışına təyin edilməlidir. Belə ki, cinayət işinin materiallarından görünür ki, ilki n araşdırma zamanı müvafiq əməliyyat tədbiri keçirildikdən sonra, 10 aprel 2019-cu il tarixdə Məhkumun hüquqlarını dövlət hesabına müdafiə etmək üçün 6 saylı Vəkil Bürosunun vəkili Əliyev Əzizağa Əlibala oğlu şəxsin özünün istəyi əsasında ona iş üzrə müdafiəçi qismində təyin edilmiş və təqdim olunub bir daha razılığı alındıqdan sonra Məhkumun müdafiəçisi qismində cinayət prosesində iştirakı təmin edilmişdir. Həmin hal ərazi üzrə vəkil qurumunun siyahısının və müdafiəçinin Məhkuma təqdim olunması barədə iş materiallarında olan protokollarla da tam təsdiqini tapmışdır (cild 1, səhifə 16- 20). Bundan sonra isə, prosessual ardıcıllığa tam riayət olunmaqla Məhkum iş üzrə şübhəli şəxs qismində tutulmuş, şübhəli şəxsin tutulması haqqında protokola əsasən, həmin protokolun tərtibatı Bakı şəhəri 06 saylı Vəkil Bürosunun vəkili, müdafiəçi Əliyev Əzizağa Əlibala oğlunun iştirakı ilə 10.04.2019-cu il tarixdə, saat 00:55-də başlanmış, 01:05-də isə başa çatmışdır. Lakin apelyasiya instansiyası məhkəməsinin təqsirləndirilən Məhkumun müdafiə hüququnun real təminatının mübahisəli olmasına dair gəldiyi qənaətin nəyə əsaslanması mücərrəd qalmış, məhkəmənin daha hansı sübutlarla müdafiə hüququnun təminatını əsaslı hesab edəcəyi haqlı suallar doğurmuşdur. Bununla belə, müdafiəçinin, onun iştirakı olmadan aparılmış prosessual hərəkətlərin nəticələrinə dair protokolu imzalamasının səbəblərinin araşdırılması məhkəmənin ilkin baxış mərhələsinin deyil, baxış mərhələsinin predmetinə aid olması istisna olunmur, lakin bu hal təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması kimi qiymətləndirilə bilmə zdi. Bundan başqa, məhkəmənin müdafiə tərəfinin vəsatətində göstərilmiş və əsaslı hesab etdiyi digər hallarla, yəni təqsirləndirilən şəxsə növbətçi vəkillə görüşmək imkanı yaratmaq əvəzinə ona ərazi üzrə vəkil qurumunun ümumi siyahısının təqdim olunması, təyin olunmuş müdafiəçinin götürmə protokoluna imza etməklə iş üzrə şahid qismində iştirak etməsi ilə bağlı gəldiyi qənaət də tam əsassız olmuşdur. Belə ki, iş materiallarına istinad etsək, şəxsə real olaraq müdafiəçi dəvət olunduğundan, yaxud onun istədiyi vəkili dəvət etmək və seçdiyi vəkil vasitəsilə dövlət hesabına müdafiə olunmaq imkanı təmin edildiyindən növbətçi vəkilin ona təqdim olunmaması müdafiə hüququnun pozulması anlamına gəlmir və həmin hal CPM-nin 92, 92.14 və 153-cü maddəsinin hüquqi mahiyyətinə tam uyğun olmuşdur. Apelyasi ya instansiyası məhkəməsi isə yuxarıda qeyd olunan halları ümumiyyətlə nəzərə almadan müdafiə tərəfinin əsassız vəsatətinə üstünlük vermiş, məhkəmənin Məhkumun müdafiə hüququnun real təminatının mübahisəli olması barədə gəldiyi qənaət yalnız formal mülahizələrə əsaslanmış, işdə olan sənədlər onun müdafiə hüququnun pozulmasını faktiki olaraq təsdiq etməmişdir. Göründüyü kimi, iş materialları ilə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ümumiyyətlə təsdiq olunmur, digər tərəfdən məhkəmə tərəfindən müdafiə hüququnun kobud pozulmasına dair gəlinmiş qənaəti nəzəri olaraq əsaslı hesab etdikdə belə, bu pozuntunun ibtidai istintaq orqanı tərəfindən hansı real təminatlar və imkanlar daxilində aradan qaldırılması mümkün olmamaqla məhkəmənin qərarında da əsaslandırılmamışdır. Bu halın öz ü də, məhkəmənin gəldiyi qənaətin inandırıcı və real olmamasını sübut etmişdir. Odur ki, göstərilənlərə əsasən Məhkumun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 dekabr 2020-ci il tarixli ilkin baxış iclasının qərarını ləğv etməklə cinayət işinin ilkin apelyasiya baxışına təyin olunması barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya protestində qeyd olunan xüsusatları bir daha vurğulayaraq protestin t əmin edilməsini xahiş etdi. Kassasiya məhkəmə baxışında çıxış edən müdafiəçi V.C.Mahmudov hüquqlarını müdafiə etdiyi Məhkum barəsində 09 aprel 2019-cu il tarixdə axtarış əməliyyat-axtarış tədbirinin keçirildiyini, 10 aprel 2019-cu ildə isə axtarış protokolunun tərtib edildiyini, əməliyyat-axtarış haqqında qanuna, Azərbaycan Respublikası CPM-nə görə, 48 saat ərzində ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurorun məhkəməyə təqdimatı əsasında əməliyyat-axtarış tədbiri haqqında qərarın qanuniliyini təsdiq edilməli olduğunu, lakin əməliyyat-axtarış tədbiri haqqında qərarın məhkəməyə təqdim olunduğu tarixin saxtalaşdırıldığını, həmçinin Baş prokurorun birinci müavinin təqdimatı olmadan məhkəmə qeyd edilən qərarın qanuniliyi təsdiq etmək səlahiyyətinin olmadığının, bununla da ə məliyyat-axtarış tədbiri haqqında qərarın hüquqi qüvvəsinin olmadığını, vəkil təyin olunması haqqında qərarın sıra nömrəsinin əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərardan sonra olduğunu, lakin əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında protokolda isə həmin vəkilin imzasının olduğunu, bu isə vəkilin müdafiəçi yox şahid qismində cinayət işində iştirak etdiyini göstərdiyini, həmçinin Məhkuma təyin olunmuş vəkilin axtarışda iştirak etdiyini onun ciblərini yoxladığını və ciddi qanun pozuntularına yol verildiyini bildirib, kassasiya protestinin təmin edilməməsini xahiş etdi. Bundan başqa, müdafiəçi Ş.İ.Quliyev çıxış edərək, Məhkumun işi üzrə toplanmış sübutların cinayət prosessual qanunvericiliyinin tələblərinin kobud puzuntusu ilə əldə olunduğunu, müdafiəçi V.C.Mahmudovun m övqeyi ilə razı olduğunu bildirib, kassasiya protestinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarı nı kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin ilkin baxış qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində apellyasiya məhkəməsi tərəfindən apellyasiya şikayətinə baxılmasına əsassız olaraq xitam verildiyi, cinayət işinin birinci instansiya məhkəməsinə məhkəmənin hazırlıq iclası mərhələsinə əsassız olaraq göndərildiyi iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.20-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 dekabr 2020-ci il tarixli ilkin baxış qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsi barədə, müdafiəçilərin isə kassasiya protestinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 dekabr 2020-ci il tarixli ilkin baxış qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin ilkin baxış qərarından görünür ki, məhkəməyədək icraat mərhələsində təqsirləndirilən Məhkum cinayət prosessual qanunvericiliyində və Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş hüquqları kobud şəkildə pozulmaqla cinayət təqibi davam etdirilərək işə mahiyyəti üzrə baxılmış, cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması ilə davam edən cinayət təqibi məhkəmədə başa çatdırılaraq yekun akt qəbul olunmuş və təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması halları müəyyən edilmişdir. Belə ki, iş materiallarından görünür ki, «Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair» qərarın tarixi “09 aprel 2019-cu il” qeyd edilmiş və Azərba ycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi H.Aslanov tərəfindən 10 aprel 2019-cu il tarixdə təsdiq olunmuşdur. (cild 1, səhifə 6) Məhkum 09 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi H.Aslanova ərizə ilə müraciət edib,... kirayədə yaşadığı evə və həyətyani sahəsinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. (cild 1, səhifə 10) 10 aprel 2019-cu il tarixdə şübhəli şəxs Məhkum vəkillər siyahısının təqdim edilməsi barədə protokol tərtib olunmuş və eyni tarixdə müdafiəçi dəvət olunması haqqında qərar qəbul edilmişdir. (cild 1, səhifə 14-16) İşdə olan 000498№-li 10 aprel 2019-cu il tarixli Vəkil orderindən görünür ki, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Əliyev Əzizağa Əlibala oğlu Məhkum hüquqi yardım göstərilməsi üçün ayrılmışdır. 10 aprel 2019-cu il tarixdə vəkil Əliyev Əzizağa Əlibala oğlu Məhkum müdafiəçi qismində təqdim edilmiş, buna dair müvafiq protokol tərtib olunmuşdur. (cild 1, səhifə 20) 10 aprel 2019-cu il tarixli «Əməliyyat tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə» protokoldan görünür ki, Məhkum üzərinə baxış keçirilməsi 09 aprel 2019-cu il tarixdə, saat 20:05-də başlanılmış, saat 20:25-də başa çatmışdır. Məhkum idarə etdiyi avtomaşına baxış keçirilməsi 09 aprel 2019-cu il tarixdə saat 20:30-da başlamış, saat 21:10-da başa çatmışdır. Məhkum yaşadığı ünvana baxış keçirilməsi həmin tarixdə saat 21:45-də başlanılmış, saat 22:20-də başa çatmışdır. «Əməliyyat tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə» 10.04.2019-cu il tarixli protokol un tərtibi saat 00:10-da başlanılmış və 00:50-də qurtarmışdır. Protokolu saxlanılan Məhkum, hal şahidləri: Şahid, T.Ə.Rzayev, iştirakçılar E.R.Quliyev, A.T.Tahirov, S.N.Əliyev və müdafiəçi Əliyev Əzizağa Əlibala oğlu imza etmişlər. (cild 1, səhifə 21-23). İşdən görünür ki, 10 aprel 2019-cu il tarixli «Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında» protokolun tərtibatı saat 00:55-də başlanılmış, 01:05-də qurtarmış və Bakı şəhəri 06 saylı Vəkil Bürosunun vəkili, Əliyev Əzizağa Əlibala oğlu prosessual hərəkətdə iştirak etmiş və statusu “müdafiəçi” qeyd olunmuşdur. (cild 1, səhifə 25) Göründüyü kimi, «Əməliyyat tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə» və «Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında» 10.04.2019-cu il tarixli protokollarda Bakı şəhəri 06 saylı Vəkil Bürosunun vəkili, müdafiəçi Əliyev Əzizağa Əliabala oğlunun iştirakı qeyd edilsə də, «Müdafiəçi dəvət olunması haqqında» 10.04.2019-cu il tarixli qərar, həmin tarixli qərarın Bakı şəhəri 06 saylı Vəkil Bürosuna göndərilməsi barədə müşayiət məktubu və «Müdafiəçi təqdim edilməsi haqqında» protokoldan görünür ki, müdafiəçinin prosesdə iştirakı qeyd edilən prosessual hərəkətlərdən sonra baş verməsi əks olunmuşdur. Yuxarıda təsvir olunanlardan müəyyən olunur ki, 09 aprel 2019-cu il tarixdə, ilkin olaraq saat 20:05-də başlanılmış prosessual hərəkət nəticəsində Məhkum üzərinə, bir müddət sonra idarə etdiyi avtomaşına və daha sonra yaşadığı ünvana müəyyən vaxt intervalı daxilində baxış keçirilmiş, bundan sonra cinayət təqibi üzrə prosessual hərəkətlər 10.04.2019-cu il tarixdə saat 00:10-dan 00:50-dək protokollaşdırılmışdır. Sonrakı mərhələdə isə müdafiəçinin prosesdə iştirakı qeyd edilən prosessual hərəkətlərdən sonra baş verməsi rəsmiləşdirilmiş, halbuki vəkil Ə.Əliyev müdafiəçi qismində “Əməliyyat tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə” protokolu imzası ilə təsdiq etmişdir. Beləliklə, cinayət işinin materialları ilə müəyyən olunmuşdur ki, 09 aprel 2019-cu il tarixdə Məhkum saxlanılmış və bu tarixdə saat 20:05-dən 22:20-dək ilkin istintaq hərəkətləri icra edilmiş, bundan sonra 10 aprel 2019-cu il tarixdə «Əməliyyat tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə» protokol tərtib olunmuş, istintaq hərəkətinin başlanğıcı - saat 00:10, başa çatması - 00:50 qeyd olunmuşdur. Bakı şəhəri 06 saylı Vəkil Bürosunun vəkili Əliyev Əzizağa Əlibal a oğlu müdafiəçi qismində bu protokolu imza etmişdir. Bundan sonra, vəkil Əliyev Əzizağa Əlibala oğlu 10 aprel 2019-cu il tarixdən başlayaraq Məhkum müdafiəçisi qismində ibtidai araşdırma prosesində iştirak etmiş və ittiham aktı təsdiq edilib cinayət işi baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Göründüyü kimi, 09 aprel 2019-cu il tarixdə saat 20:05-də başlanılan ilkin istintaq hərəkətlərində vəkil Əliyev Əzizağa Əlibala oğlu iştirak etsə də (10 aprel 2019-cu il tarixdə «Əməliyyat tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə» protokolu imza edərək hərəkətlərin gedişini təsdiq etmişdir ) onun müdafiəçi statusu yalnız 10 aprel 2019-cu il tarixli 000498№-li Vəkil orderi əsasında yaranmışdır. Göründüyü kimi, «Əməliyyat tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə» protokolun 10 aprel 2019-cu il tarixdə saat 00:10-dan 00:50-dək tərtib edildiyi zaman vəkil Əliyev Əzizağa Əliabal oğlu Məhkum müdafiəçisi deyil, iş üzrə digər proses iştirakçısı olmuş, buna baxmayaraq, cinayət prosesini həyata keçirən vəzifəli şəxs tərəfindən sonrakı mərhələdə müdafiəçi qismində prosesə cəlb olunmuş, prosesə buraxılmış və müdafiə tərəfi olaraq prosesdə iştirak etmişdir. Bu vəziyyətdə müdafiəçiyə etiraz edilmədikdə və bundan sonra o, özü-özünə etiraz etməli olduğu halda, qanunvericiliyin sözü gedən tələbi təmin olunmamış, eyni şəxs tərəfindən təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsi sonrakı mərhələdə də davam etmiş və istintaqın yekunu olaraq cinayət işi baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası CPM- in 391.8-ci maddəsinə əsasən Bu Məcəllənin müddəalarının aşağıdakı kobud pozuntularına yol verildiyi hallarda apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə və apellyasiya protestinə baxılmasına xitam verilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialların birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarır: 391.8.1. birinci instansiya məhkəməsində məhkəmə baxışı bu Məcəllənin 303.3-cü maddəsinin tələbləri pozulmaqla keçirildikdə; CPM-nin 303.3-cü maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar aşağıdakı kobud poz untulara yol verildikdə çıxarılır: 303.3.1. təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün); CPM-nin 391.9-cu maddəsinə əsasən bu Məcəllənin 391.8-ci maddəsində nəzərdə tutulmuş hallarda apellyasiya instansiya məhkəməsi öz qərarı ilə məhkəmə baxışının nəticələri üzrə çıxarılmış birinci instansiya məhkəməsinin hökm və ya qərarını mütləq ləğv edərək cinayət işini, məhkəməyədək sadələşdirilmiş icraat materialını və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialları birinci instansiya məhkəməsinə məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə və ya yeni məhkəmə baxışına göndərir. Odur ki, göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tamamilə haqlı olaraq, cinayət təqibinin kobud prosessual pozuntulara yol verilməklə aparılması, məhkumun müdafiə hüququnun pozulmasını nəzərə alaraq, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli hökmü və həmin məhkəmənin hazırki iş üzrə 18 sentyabr 2019-cu il tarixli hazırlıq iclasının qərarının ləğv edilməsi, hökmdən müdafiəçi Quliyev Şəmsəddin İbrahim oğlu və təqsirləndirilən Məhkum tərəfindən verilmiş apelyasiya şikayətlərinə baxılmasına xitam verilməsi və cinayət işinin birinci instansiya məhkəməsinə məhkəmənin hazırlıq iclası mərhələsinə göndərilməsi barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin ilkin baxış qərarı əsaslı olduğundan dəyişdi rilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin ilkin baxış qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci m addəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 dekabr 2020-ci il tarixli ilkin baxış qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-681/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-681/2021
04.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver