Məhkəmə qərarları › İş №1(102)-681/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-681/2023

22.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-681/2023 22.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Abdulov Rəşad Məhərrəm oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum və onun müdafiəçi Qəhrəmanov Zabil Köçəri oğlunun iştirakları ilə, Şəki Ağır Cinayətlər M əhkəməsinin 01 sentyabr 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 126.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 noyabr 2021-ci il tarixli qərarından Məhkum müdafiəçisi Z.K.Qəhrəmanov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli hökmü ilə (hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən və məruzəçi), Mirzəyev Nahid Namiq oğlu və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə) Məhkum, 20 avqust 1995-ci il tarixdə Zaqatala rayonunun Əliabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhk um olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Zaqatala rayonunun Əliabad qəsəbəsində qeydiyyatda olan və həmin ünvanda yaşamış, CM-nin 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 (on) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum 22 oktyabr 2019-cu il tarixdə, saat 02 radələrində Zaqatala rayonunun Əliabad qəsəbə sakini, dostu Şahid1 ilə birlikdə gecələmək məqsədi ilə sonuncunun həmin qəsəbədə yerləşən evinə gəlmiş, evə girmək istəyərkən həyətdən səs gəldiyini eşidib Şahid1la birlikdə həmin yerə getmiş, orada sərxoş vəziyyətdə Əliabad qəsəbə sakini X7 görüb, ondan gecə vaxtı Şahid1 məxsus həyətə hansı məqsədlə gəldiyini soruşmuş, X2 həyətə haradan və nə məqsədlə gəldiyini izah edə bilmədikdə, onu yerə yıxaraq boğaz nahiyəsindən tutub üz nahiyyəsinə əli ilə sillə vurub doğru danışmasını tələb etmiş, X2 ayağa qalxdıqdan sonra xilas olmaq məqsədi ilə qaçıb həyətdə olan tövləyə girmiş, tövlədə olan beli götürüb çölə çıxaraq onların ünvanına nalayiq ifadələr işlətmiş, söyüşlərə görə X2dan qisas almaq məqsədilə tövlənin divarına söykənmiş 129 sm uzunluğunda, 6 sm enində və 4 sm qalınlığında olan ağac parçasını əlinə götürüb tövlənin girişi istiqamətinə gedərək yaxın məsafədən X2un baş nahiyəsinə qəsdən zərbə endirərək ona ümumilikdə baş-beyinin ağır dərəcəli əzilməsi, sıxılması və sol alın-təpə-gicgah nahiyəsinin epidural və beyindaxili hematoması, sol alın təpə-gicgah sümüklərinin sınıqları, başın sol alın-təpə-gicgah nahiyəsinin yumşaq toxumlarına qansızma ilə müşayiət olunmaqla həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid və sağlamlığa zərər vurmadığından dərəcələri təyin edilməyən burunun, sol alın-təpəgicgah nahiyəsinin sıyrığı, döş qəfəsinin sol yarısının məməüstü nahiyəsinin qançırı xəsarətləri yetirmiş, həmin xəsarətlərdən başın ağır küt travması ilə əlaqədar baş beyin toxumasının qişaları altına qansızma, kəllə tağı sümüklərinin sınığı, beyinin və beyin kötüyünün ödemi səbəbindən 26 oktyabr 2019-cu il tarixdə, saat 11:45-də Respublika Neyrocərrahiyyə Xəstəxanasında ölümü ilə nəticələnməklə qəsdən sağlamlığa ağır zərər vuraraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X5 ölümünə səbəb olmuşdur. Hökmdən Məhkum müdafiəçisi Z.K.Qəhrəmanov tərəfindən verilmiş apell yasiya şikayətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Eyvazov Akif Məhərləm oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə) 17 noyabr 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 noyabr 2021-ci il tarixli qərarından Məhkum müdafiəçisi Z.K.Qəhrəmanov kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və hüquqlarını müdafiə etdiyi şəxsin barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avr opa Konvensiyasının 6-cı maddəsinə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin (bundan sonra CPM-nin) bir sıra normalarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bəzi Qərarlarına və iş üzrə toplanmış sübutlara istinad edərək işin faktiki hallarını mübahisələndirən müdafiəçisi Z.K.Qəhrəmanov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən Məhkum barəsindəki cinayət işinə baxılması nəticəsində şahidlərin ziddiyyətli ifadələrinə, habelə məhkəmə-tibbi ekspertizasının natamam rəylərinə əsaslanaraq ədalətsiz və qanunsuz yekun məhkəmə aktları qəbul etmişlər. Müdafiəçinin qənaətinə görə, iş üzrə araşdırılmış sübutlar Məhkum ona istinad olunan cinayəti törətməməsinə dəlalət etsə də, əksinə, bu sübut larla sonuncunun təqsirsizliyi təsdiq olunsa da, işə baxan məhkəmələr təqsirsizlik prezumpsiyasına və tərəflərin bərabərliyi prinsipinə uyğun olaraq həmin sübutları, xüsusən də məhkəmə-tibbi ekspertizasının rəylərini və məhkəmə-tibb ekspertinin ifadələrirni onun xeyrinə həll etmək əvəzinə, məhkumun ziyanına təfsir etmiş, araşdırılmış sübutlar düzgün qiymət verməmiş və nəticədə Məhkum əsassız və qanunsuz olaraq məhkum edilmişdir. Belə k, işdə olan ifadələrdən görünür ki, məhkum edilmiş şəxs ağac parçasını zərər çəkmiş şəxsə təxminən 5 metr məsafədən atmış, lakin bunun nəticəsində X2a onun ölümünə səbəb olmuş xəsarətləri yetirməmiş və sonuncu həmin xəsarətləri hadisə zamanı çəpəri aşarkən yıxılması nəticəsində almışdır. Buna baxmayaraq, ekspertlər qeyd olunan halla bağlı onların qarşısında q oyulmuş sualı düzgün cavablandırmamış, məhkəmələr iş üzrə müəyyən edilmiş zidiyyətlərə fikir verməmiş, işin hallarını düzgün araşdırmamış və nəticədə Məhkum barəsində ədalətsiz qərar qəbul etmişlər. Kassasiya şikayətində daha ətraflı təsivr edilmiş dəlillərə əsaslanaraq müdafiəçi Z.K.Qəhrəmanov onun kassasyia şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışı iclasının keçirələcəyi yer və vaxt barədə məlumatlandırılmış zərər çəkmiş şəxsin hüquqi varisi X17 naməlum səbəblərdən məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə Ali Məhkəmənin Cinayət Kollegiyasına məlumat verməmişdir. Məhkəmə kollegiyası cinayət prosesi iştirakçılarının bununla bağlı rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə göstərilən şəxsin iştirakı olma dan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, müdafiəçi Z.K.Qəhrəmanovun verdiyi həmin şikayətin əsas dəlilləri ondan ibarətdir ki, işə baxmış məhkəmələr Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli olmasına dair yekun məhkəmə aktlarının əsasına qoyulmuş sübutlara düzgün hüquqi qiymət verməmiş və nəticədə sonuncunun barəsində qanunsuz və əsassız ittiham hökmü çıxarılmış, apellyasiya instansiyası məhkəməsi də əsassız olaraq bu hökmün qüvvədə saxlanılması barədə qərar qəbul etmişdir. Bununla da, müdafiəçi Z.K.Qəhrəmanov apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.2 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2 və 416.1.11-ci maddələrinin tələblərinə görə isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: Odur ki, məhkəmə kollegiyası müdafiəçi Z.K.Qəhrəmanovun müraciətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olm ayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunveiciliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəmə sinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Daha sonra məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyanın (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq xatırladır ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından Məhkum müdafiəçi Z.K.Qəhrəmanov tərəfindən verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması və araşdırılması zamanı sübutetməyə və digər məsələlərə dair qanunvericiliyin tələblərinə əməl olunub-olunmaması nı, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi ilə bağlı məhkəmə kollegiyası ilk növbədə vurğulayır ki, Azərbaycan Respublşikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstittusiyanın 26-cı maddəsinin II hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin I hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə haki miyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Büununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın və ümumilikdə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını və müdafiə olunmasını, belə qəsdlərdən z ərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsini, onların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını tələb etmək hüququnun cinayət mühakmə icraatını həyata keçirən orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edilməsini, hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların təqsirlilikləri sübuta yetirildikdə barələrində bu və ya digər cinayəthüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi za manı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyət kəsb edən bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin II hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. CM-nin 3-cü maddəsində təsbit edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfda r çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraa tının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2-ci maddəsinin tələbinə görə, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-nin 33.3-cü maddəsində müəyyən edilmişdir ki, cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. CPM-nin 33.4-cü maddəsinə əsasən, hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəs b edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139.0-cı maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Qanunun bu normalarının mənasından çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, CPM-nin 139.0.3-cü maddəsinin tələbinə və mənasına əsasən “əməldə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayətin əlamətləri də sübutlar əsasında müəyyən edilir” dedikdə, bu və ya digər cinayətin tərkib əlamətləri ilə (obyektiv və subyektiv cəhətlər, obyekt və subyekt) yanaşı, həmçinin həmin cinayətin tövsifedici əlamətlərinin də olubolmamasının və əməlin düzgün tövsif edilməsi üçün onun törədilməsinin hər hansı nəticəyə səbəb olub-olmamasının da sübutlar əsasında müəyyən edilməsi tələb olunur. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yox lama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ə dalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Qanunvericiliyin bu tələblərinə həmçinin təqsirkar şəxsin barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsi zamanı da əməl olunmalıdır. Yalnız belə olduqda, CPM-n in 21 və 349.5-ci maddələrində tələb olunduğu kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. CPM-nin 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. CPM-nin 349.5-ci maddəsinin tələblərindən görünür ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; - 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilə n şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirs izlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Qanunvericiliyin təsvir olunan normalarına uyğun hüququi mövqe həmçinin “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərarda qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakim əsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu bu Qərarında öz hüquqi mövqeyini müəyyənləşdi rərkən eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konsti tusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). Göründüyü kimi, qanunvericiliyin normalarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra mə sələlər üzrə verdiyi şərhlərinin ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarından araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı və yalnız bundan sonra əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. Bu vəzifənin yerinə yetirlməməsi və ya natamam yerinə yetirilməsi nəticəsində məhkəmənin iş üzrə çıxardığı yek un məhkəmə aktı əsaslı və qanuni hesab edilə bilməz. Məhkum barəsindəki cinayət işinin öyrənilməsi və həmin iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların təhlili göstərir ki, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələrinin həmin sübutlara əsasən müəyyən etdikləri faktiki hallar ondan ibarətdir ki, Məhkum 22 oktyabr 2019-cu il tarixdə, saat 02 radələrində Zaqatala rayonunun Əliabad qəsəbə sakini, dostu Şahid1 ilə birlikdə gecələmək məqsədi ilə sonuncunun həmin qəsəbədə yerləşən evinə gəlmiş, evə girmək istəyərkən həyətdən səs gəldiyini eşidib Şahid1la birlikdə həmin yerə getmiş, orada sərxoş vəziyyətdə Əliabad qəsəbə sakini X7 görüb, ondan gecə vaxtı Şahid1 məxsus həyətə hansı məqsədlə gəldiyini soruşmuş, X2 həyətə haradan və nə məqsədlə gəldiyini izah edə bilmədikdə, onu yerə yıxaraq boğaz nahiyəsindən tutub üz nahiyyəsinə əli ilə sillə vurub doğru danışmasını tələb etmiş, X2 ayağa qalxdıqdan sonra xilas olmaq məqsədi ilə qaçıb həyətdə olan tövləyə girmiş, tövlədə olan beli götürüb çölə çıxaraq onların ünvanına nalayiq ifadələr işlətmiş, söyüşlərə görə X2dan qisas almaq məqsədilə tövlənin divarına söykənmiş 129 sm uzunluğunda, 6 sm enində və 4 sm qalınlığında olan ağac parçasını əlinə götürüb tövlənin girişi istiqamətinə gedərək yaxın məsafədən X2un baş nahiyəsinə qəsdən zərbə endirərək ona ümumilikdə baş-beyinin ağır dərəcəli əzilməsi, sıxılması və sol alın-təpəgicgah nahiyəsinin epidural və beyindaxili hematoması, sol alın-təpə-gicgah sümü klərinin sınıqları, başın sol alın-təpə-gicgah nahiyəsinin yumşaq toxumlarına qansızma ilə müşayiət olunmaqla həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid və sağlamlığa zərər vurmadığından dərəcələri təyin edilməyən burunun, sol alın-təpə-gicgah nahiyəsinin sıyrığı, döş qəfəsinin sol yarısının məməüstü nahiyəsinin qançırı xəsarətləri yetirmiş, həmin xəsarətlərdən başın ağır küt travması ilə əlaqədar baş beyin toxumasının qişaları altına qansızma, kəllə tağı sümüklərinin sınığı, beyinin və beyin kötüyünün ödemi səbəbindən 26 oktyabr 2019-cu il tarixdə, saat 11:45-də Respublika Neyrocərrahiyyə Xəstəxanasında ölümü ilə nəticələnməklə qəsdən sağlamlığa ağır zərər vuraraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X5 ölümünə səbəb olmuşdur. İş materiallarından göründüyü kimi, bu nəticənin əsasında duran sübutlar qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, o cümlədən kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq məhkəmələr yekun qərarlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə Məhkum, ölmuş zərər çəkmiş şəxsin hüquqi varisinin, şahidlərin dindirilmələri, zəruri olan ekspertizalar keçirilərək həmin ekspertizaların rəylərinin alınması, müxtəlif istintaq hərəkətlərinin aparılması zamanı, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl etmiş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı ko bud qanun pozuntusuna yol verməmişlər. Bundan başqa, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları zamanı həmçinin “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqların pozulmasına da yol verilməmiş, nəticə etibarı ilə isə ibtidai aradırma orqanı tərəfindən məhkumun ona qarşı irəli sürülmüş ittiham üzrə cina yət əməlini törətməsi barədə nəticəyə gələrək onun həmin əməlinin CM-nin 126.3-cü maddəsi ilə tövsif edilməsi və sonuncunun bu maddə ilə təqsirli bilinərək cəzalandırmasını qanuni və əsaslı saymışlar. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə qanuni və əsaslıdır və onun şübhə altına alınması üçün heç bir hal iş materialları ilə müəyyən edilmir. Həm kassasiya şikayətinin dəlillərinə cavab verilməsi, həm də öz qənaətini əsaslandırmaqdan ötrü məhkəmə kollegiyası iş üzrə araşdırılmış bir sıra sübutlara müraciət etməyi zəruri bilir. Belə ki, Məhkum məhkəmə iclaslarında özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməsə də, ibtidai araşdırmanın ilkin mərhələsində hazırki qərarın “İşin halları” hisəsində təsvir edilən cinayət əməllərini özü tərəfindən törədilməsini qismən etiraf edərək həmin cinayətin halları barədə göstərmişdir ki, 21 oktyabr 2019-cu il tarixdə saat 07 radələrindən dostu Şahid1un həyətində digər şəxslərlə birlikdə tikiləcək evin fundamentini tökmüş və təxminən günorta saat 15 radələrinə qədər Şahid1 gildə işləmiş, işi qurtardıqdan sonra birlikdə çörək yeyib çay içmişlər. Həmin gün hava qaralana yaxın o, Şahid1, Mamuk, X, İsa, İbu və Ramizlə birlikdə Əliabad pavilyonunda bazarın içərisində yerləşən Fəridənin kafesinə getmiş və orada birlikdə oturub yemək yemiş və bir ədəd 0,5 litrlik araq içmişlər. Gecəç saat 01 radələrində onlar kafedən çıxmış, birlikdə qəsəbədə olan İsa adlı şəxsin mağazasına gedərək, mağazadan siqaret almış, sonra isə ya X, ya da İbu gedib dükandan 2 ədəd iki litrlik pivə al mışdır. Daha sonra həmin şəxslərdən biri gedib yenidən 2 ədəd iki litrlik pivə alıb gətirmiş, İsanın mağazasının yanında yolun digər tərəfində skamyalarda oturub həmin pivəni də içmişlər. Bundan sonra o, evə getmək istədiyini bildidikdə Şahid1 ona öz evində gecələməyi təklif etmiş, o, da bu təkliflə razılaşaraq Şahid1la birlikdə sonuncunun evinə gəlmiş və evin yerləşdiyi həyətə daxil olan zaman Şahid1un qonşusu Şahid3gil tərəfdən it hürməyə başlamış, həmin vaxt Şahid1 həyətdə kiminsə olmasını bildimişdir. Bundan sonra onlar Şahid1un yaşadığı evin yerləşdiyi həyətdə tövlənin olduğu tərəfə keçmiş və Şahid1 iki ədəd fındıq ağacının kəsilmiş hissələrini götürüb birini ona vermiş, birini isə özü götürmüşdür. Həmin vaxt Şahid3 evinin işığı Şahid1 gilin həyətini işıqlandırdığından, Şahid1 gillə Ş ahid3 gilin evlərini ayıran şifer arakəsmənin yanında kiminsə dayandığını görmüşlər. Şahid1 ondan kim olmasını soruşduqda həmin şəxs onlara tərəf çevrilmiş və bu an Şahid1 onu tanıyaraq qəsəbə sakini X2 olduğunu demişdir. X2ın şalvarının qayışı açıq olmuş və şalvar bir qədər onun dizinə tərəf aşağı düşmüşdür. Şahid1 ona verdiyi ağac parçasını atmasını təklif etmiş və o, da bu təklifi yerinə yetirdikdən sonra onlar X2a yaxınlaşaraq ondan Şahid1un həyətində nə etməsini soruşmuş, sərxoş vəziyyətdə olan sonuncu isə qonşu Şahid3 evini göstərib ora gəldiyini demiş, buna görə də Şahid1 zəng edib Şahid3 öz həyətinə çağıraraq X2ın onlara gəlib-gəlmədyini dəqiqləşdirmək istəmişdir. Şahid3 şifer arakəsmədən aşıb onların yanına gəlmiş və X2 bu vaxt Şahid1un həyətinə Şahid3 həyətindən yox, başqa istqam ətdən gəldiyini bildirmiş, buna görə də Şahid3 X2ı söymüşdür. Belə olanda X2 Mərdanın oğlunun toyundan gəldiyini və sərxoş olmasını deyib əli ilə fındıqlıq tərəfdən olan dəmir barmaqlıqları göstərib oradan gəldiyini bildirmişdir. Həmin vaxt o, yəni Məhkum X2un sinəsindən itələmiş, X2 da, arxası üstə yıxılmışdır. Bundan sonra sonuncu ayağa qalxmış, o, isə başqasının həyətinə girməsinə görə irad tutub onu ikinci dəfə sinəsindən itələmiş və X2 bir daha yerə yıxılmışdır. X2 ayağa qalxdıqdan sonra Şahid3 onlara X2ı evlərinə aparmalarını təklif etmiş və bunun üçün Şahid1 onun qolundan tutmuş, lakin X2 Şahid1un əlindən çıxıb Şahid1la Şahid3 həyətini ayrıan şifer arakəsməyə tərəf qaçıb oraya dırmaşmaq istəmiş, lakin dırmaşa bilməmiş, sonra tövlə tərəfə qaçmış və tövlənin qarşısına çəkilmiş dəmir b armaqlıqlara dəyib tövlə tərəfə düşmüş və oradan da qaçıb tövlənin içərisinə girmişdir. Həmin vaxt Şahid1 və Şahid3 tövlənin pəncərələrindən ona işıq salmış, belə olanda X2 tövlədən lopatka götürüb çölə çıxaraq onların ünvanına söyüşlər söymüş, həmin vaxt o, qorxduğu üçün qaçıb həyətin digər tərəfinə keçmiş və oradan dəmir arakəsmənin arasından baxmağa başlamış, X2ı görmədikdə yenidən tövlə olan tərəfə keçmiş, Şahid1 həmin vaxt orada olsa da, Şahid3 artıq olmamış, onun da hara getməsini bilməmişdir. Bundan sonra o, Şahid1dan X2ın harada olmasını soruşmuş, o, da X2ın tövləyə girdiyini demişdir. Daha sonra o, tövləyə bitişik olan darvazanın yanında üstüstə olan iki ədəd taxta parçasından birini götürüb “ay X2, ay X2” deyib X2ı çağırmış, X2 yenə söyüş söyüb “gəlirəm” deyərək əlində lopatka tövlədən çıxmış, tövlənin qarşısına çəkilmiş, o, da dəmir barmaqlıqlardan bayıra çatmamış iki əliylə tutub ağacı onun tərəfə atmışdır. Taxta X2a dəysə də, harasına dəydiyini görməmiş, X2 zərbənin təsirindən yıxılmış, Şahid1la ona yaxınlaşan zaman onun burnunun üzərində cızıq görmüşdür. Bundan sonra Şahid1 yerdə olan X2ın götürdüyü lapatkanı aparıb tövləyə qoymuş, o və Şahid1 X2ı yerdən qaldırdıq qapıdan çölə çıxarmışlar ki, evlərinə aparsınlar. Həmin vaxt Şahid1 X2ın kürək hissədən paltarından tutmuşdur. O, həmin vaxt X2dan nəyə görə onları söydüyünü soruşsa da, X2 cavab verə bilməyib zarımışdır. Buna görə, Şahid1a X2ın üzünü bulaqda yumasını təklif etmiş, bunu etdikdən sonra isə onu evlərinə tərəf aparmış və sonuncu yolda iki dəfə yıxılmışdır. Daha sonra X2gilə çatmamış yolda onlara X ras t gəlmiş, Xa X2ın Şahid1 gilin həyətinə girdiyini və onu evlərinə apardıqlarını dedikdə X da, onlara qoşulmuş və X2ı birlikdə evə aparan zaman onun evinə 50-100 metr qalmış X2 qışqırdığı üçün onun səsinə qonşuları Maarif çıxmışdır. Şahid1 Maarifə də X2ın onun evinin həyətinə girməsini, özünü ora-bura vurub daha sonra lopatkanı götürüb onların üstünə cummasını, lopatkanı onun əlindən alıb evlərinə aparmasını bildirmişdir. Həmin vaxt X polisə zəng etmələrini təklif etsə də, Maarif “yazıqdır, içkili olanda onun-bunun həyətinə girir” demişdir. Səhv etmirsə, X2 yenə yerə yıxıldıqda X onun köynəyindən tutub qaldırmaq istəmiş, lakin o, qalxmamış, X yenə onun köynəyindən tutan zaman köynək onun əynindən çıxmışdır. Daha sonra X köynəyi X2ın üstünə atmış, onlar Maariflə söhbət edən zaman X2 özü duru b yaşadığı evin həyətinin darvazasına doğru getmiş və evlərinə keçmişdir. Onlar darvazanın açılıb-örtülməsi səsini eşitdikdə X2ın evə girməsinə əmin olmuşlar. Həmin vaxt X2ın ayaqqabısının bir tayı çıxıb yolda qalmışdır. Bundan sonra X dayısı gilə getmiş, o, və Şahid1 isə sonuncunun evinə qayıtmış və onlar gecəni orada yatıb səhər işə getmişlər. Hadisə vaxtı X2dan spirtli içki iyi gəldiyini hiss etmiş, taxta parçasını ona atan zaman düşünməmişdir ki, X2 taxtanın ona dəyməsi nəticəsində ağır xəsarət ala və ölə bilər. Hadisədən sonra həqiqətən də Şahid1la birlikdə Şahid3 ilə söhbət edərək Şahid3 də baş vermiş hadisə ilə bağlı onların sözü ilə üst-üstə düşən sözlər deməsini ona tapşırmışdır. X2a taxta ilə xəsarət yetirməsini yalnız Şahid1 bilmiş, bu barədə başqa heç kimə deməmişdir. Hadisə ye rindən başqa bir taxta parçası götürülsə də, onun taxtanı götürdüyü yerdə üst-üstə iki taxta parçası olmuş, o, həmin taxta parçalarından yalnız birini götürüb X2a xəsarət yetirmişdir. Onun X2a zərbə vurduğu taxta parçası, hadisə yerindən götürülmüş ikinci taxta parçası ilə hadisə zamanı tamlıq təşkil edən, yəni vahid vəziyyətdə olmamışdır. X2a atdığı taxtanı darvazanın tövləyə bitişdiyi hissədə hasarın dibindən götürmüşdür. X2a bir dəfə sillə də vurmuşdur.Törətdiyi əməldən peşimandır. Məhkəmə iclaslarında Məhkum mərhum X5a tərəf taxta parçasını atmasını etiraf etsə də, bunun nəticəsində ona ağır xəsarət yetirməsini inkar etmiş və ümumiyyətlə X5un ölümünə səbəb olan xəsarətlər yetirmədiyini bildirmişdir. Məhkəmələr isə haqlı olaraq məhkumun cinayət təqibinin müxtəlif mərhələlrində ifadələri ni dəfələrlə dəyişməsini, bu ifadələrin həm biri-biri ilə, həm də araşdırılmış digər sübutlarla ziddiyət təşkil etməsini nəzərə alaraq onun məhkəmə iclaslarında verdiyi ifadələrini məsuliyyətdən yaxa qurtarmaq məqsədilə verilmiş ifadələr kimi qiymətləndirmiş, araşdırılmış digər mötəbər sübutları isə yekun məhkəmə aktlarının əsası kimi qəbul etmişlər. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X17 məhkəmə istintaqı zamanı ifadə verərək göstərmişdir ki, hadisə olan gecə, yəni 22 oktyabr 2019-cu il tarixdə təxminən saat 02 radələrində onun mərhum əri X2 qapını çırpıb, evə daxil olmuş, həmin vaxt o, və qayınanası yatmamış, X2 toya getdiyi üçün onun evə gəlməsini gözləmişlər. X2 axsaraq pilləkənə tərəf gəlmiş, lakin yuxarı qalxa bilməmiş, buna görə o, ərinə köməklik göstərərək onu pilləkənlərlə qaldırıb çarpayıya tərəf aparmışdır. X2ın bədəni həmin vaxt soyuq olmuş, sonuncu üşümüş və yata bilməmiş, narahat halda tez-tez yerindən qalxmış, onun başı ağrımış və birdən 3-4 dəfə qusmuşdur. Hesab etmişdir ki, X2 sərxoş olduğuna görə qusmuşdur. Səhər onlar həkim çağırmış və həkim X2 kimi onlara ərini təcili olaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparmalarını bildirmiş, o, və qaynanası da təcili tibbi yardım maşını ilə X2ı xəstəxanaya aparmışlar. Orada onu müayinə etmiş, MRT müayinəsindən sonra həkim X2ı təcili Bakı şəhərində yerləşən "Neyro Cərrahiyyə” xəstəxanasına aparmalarını təklif etmiş, buna görə də ərini həmin xəstəxanaya aparmış, orada X2ı əməliyyat etmişlər. Əmliyyat qurtardıqdan sonra onu edən həkim X2ın komada olduğunu, gözləmək lazım oldu ğunu, komadan ayılandan sonra bir söz deyə biləcəyini bildirmişdir. X2 isə komadan ayılmamış və 26 oktyabr 2019cu il tarixdə vəfat etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, 22 oktyabr 2029-cu il tarixdə gecə saat təxminən 01 radələrində Məhkumla birlikdə yaşadığı evin həyətinə daxil olmuş, evə çatmağa 50 metr qalmış qonşular tərəfdən itin hürmə səsini eştmişlər. Bu vaxt Məhkum tövlə tərəfdə kiminsə olduğunu demiş, tövlə tərəfə yaxınlaşıb qapını açmış və orada bir nəfərin dayandığını görmüşdür. Həmin şəxsin X2 olduğunu bilmişdir. X2dan orada nə etdiyini soruşan zaman, X2 ona bilmədiyini demişdir. Həmin vaxt Məhkum onun yanında olmuşdur. X2 söyüş söyəndən sonra Məhkum ona bir sillə vurmuş və X2dan nə etdiyini, haradan gəldiyini soruşmuşdur. X2 Şahi d3gildən gəldiyini dediyinə görə, o, telefonla zəng edərək Şahid3 öz həyətinə çağırmış, lakin sonuncu gəlib X2dan gəldiyini soruşduqda X2 Şahid3 onlar tərəfdən deyil, bu biri tərəfdən gəldiyini bildirmişdir. Orada dayanıb söhbət edən zaman, birdən X2 qaçıb dəmir şiferdən olan hasardan keçmək istəmiş, ancaq keçə bilməyib yıxılmış, sonra qaçıb tövlənin qabağında dəmir arakəsməyə dəyib yerə yıxılmış və qalxıb tullanan zaman kənarda olan tirlərin üstünə yıxılmışdır. O, yenidən qalxıb tövləyə girmiş və əlində olan kürəklə tövlədən çıxıb Məhkum tərəf gedərək ona söymüşdür. Həmin vaxt o, və Məhkum hərəsi ayrı istiqamətə doğru qaçmış, Şahid3 isə öz evlərinə getmişdir. Bundan sonra Məhkum əlinə taxta götürüb X2a tərəf atmış, X2 zərbənin təsirindən yerə yıxılmış, o, isə kürəyi götürüb kənara qoymuş, daha sonra Məhkumlə birlikdə X2ı evlərinə aparmışdır. X2ı apararkən yolda həmkəndliləri X və Maariflə qarşılaşmış, onlara da X2ın həyətlərinə girdiyini və onu öz evinə apardıqlarını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadələrindən görünür ki, 22 oktyabr 2019-cu il tarixdə gecə saat 2-3 radələrində onun mobil telefonuna zəng gəlmiş və o, zəng edənin şahid1 olduğunu bilmişdir. şahid1 ona "sizin həyətdən kimsə keçəndə tutmuşam” demişdir. O, şahid1dan həmin şəxsin kim olmasını soruşsa da, sonuncu onu öz həyətinə gəlməsini təklif edərək həmin şəxsin orada görə biləcəyini bildirmişdir. Buna görə o, şifer arakəsmədən keçib Şahid1un yaşadığı evin həyətinə gəldikdə orada həmkəndlisi X2un olmasını görmüş və bu vaxt X2 Şahid1un həyətinə onun, yəni Şahid3 həyətin dən deyil, başqa istiqamətdən gəldiyini bildirmişdir. Həmin vaxt Məhkum X2dan düzgün danışmasını tələb etdikdə sonuncu yalan danışmadığını demiş və Məhkumin üstünə tərəf getmişdir. Məhkum iki-üç dəfə X2ı yerə yıxmış, sonra X2ın boğazından "səni boğaram” deyib tutmuş, X2 yenə də "mən düzünü deyirəm, onların həyətindən keçməmişəm, mən bu tərəfdən gəlmişəm” demişdir. O, Rüstəm və şahid1a X2ın sərxoş olduğunu, onu buraxmalarını təklif emiş və sonuncular bu təkliflə razılaşıb X2un qolundan tutaraq yola tərəf aparmaq istədikdə X2 onların əlindən çıxıb qaçaraq tövləyə girmişdir. Daha sonra Məhkumlə şahid1 tövləyə girmiş və bu zaman X2 əlində təxminən 1-1,5 metr olçüsü olan odun basdırmanı götürüb şahid1 və Məhkumun üstünə tərəf getmiş, həmin vaxt Şahid1 dəmir arakəsmənin üstündən tullanmış, Məhku m isə tövlənin çölə çıxan qapısından çıxıb, həyətə tərəf qaçdıqda X2 da ona tərəf qaçmışdır. Bu vaxt onun, yəni Şahid3 anası onu evə çağırmış və buna görə o, getmişdir. Öz evində olarkən o, Məhkumun X2a əlindəkini yerə atmasını dediyini eşitmiş və X2ın da şahid1la Məhkumun arasında dayandığını görmüşdür. X2 əlindəkini yerə atmamış və həmin anda Məhkum əlində olan odun basdırmasını X2 tərəfə atmış, basdırma X2a arxa tərəfdən dəymiş və X2 çöməlmişdir. Məhkumla şahid1 X2ın qollarına girib, X2ı qaldırmış və tövlənin yanında olan çöl tərəfə açılan qapının yanına gətirmişlər. Ondan sonra isə görmək mümkün olmadığına görə X2ı necə apardıqları barədə məlumatı olmamışdır. Kassasiya şikayətlərinin dəlillərinin əksinə olaraq, şahidlərin ifadələrinin uydurma olması, və bu ifadələri təzyiq və ya təsi r altında, yaxud da kiminsə xahişi ilə vermələri iş materialları ilə müəyyən edilmədiyindən, şahidlərin həmin ifadələrinə şübhə ilə yanaşılması üçün əsasların olmadığını qeyd edir. Cinayət işi üzrə ibtidai araşdırma zamanı hadisə yerinə baxış keççirilməsi haqqında 31 oktyabr 2019-cu il tarixli protokoldan görünür ki, hadisə yeri Zaqatala rayonunun Əliabad qəsəbəsində yerləşən Şahid1 yaşadığı həyətdir. Həmin ev Əliabad qəsəbəsi, Musaxan Musaxanov küçəsində yerləşir. Həyətə 3 yerdən giriş vardır. 1-ci və 2-ci giriş Musaxan Musaxanov küçəsindən, 3-cü giriş isə "Mədrəsə yolu” adlanan küçədəndir. Musaxan Musaxanov küçəsində sol tərəfdə olan 1 -ci giriş 2,87 x 1,80 m ölçülərdə olan 2 tağlı dəmir darvazadan, 2-ci giriş isə həmin darvazanın sağ tərəfindən 7,90 m məsafədə, eni 5,25 m, hündürlüyü 2 m olan 3 tağlı dəmir qapıdandır. Sol tərəfdəki qapıdan içəri girdikdə həyətdə müxtəlif meyvə ağacları müşahidə olunur. 1 -ci giriş darvazasından 15 m irəlidə 2 mərtəbəli yaşayış evi görünür. Yaşayış evinin başlanğıcından 12,80 m irəlidə 2,40 m hündürlüyündə, 5,75 m enində və 9,70 m uzunluğunda üzəri andulin materialı olə örtülmüş altıaçıq vardır. Altıaçığın altında beton döşəmədə müxtəlif açarlar, tikinti materialları, avtomaşın hissələri və s. müşahidə olunur. 1-ci giriş darvazasından başlayaraq sağ tərəfdə zeşt materialdan olan arakəsmə boyu irəlilədikcə 26,80 metrdən sonra 2 m hündürlüyündə, 0,83 m enində kiçik qapı görünür. Qapının üz hissəsi zeşt materialındandır. Həmin qapıdan içəri daxil olduqda 17,50 m enində, 32,63 m uzunluğunda həyətyanı sahə müşahidə olunur. Hadisə yerinə baxışd a iştirak edən Şahid1un deməsinə görə, həmin sahə də onların həyətyanı sahəsidir. Həyətyanı sahədə bir xətt üzrə girişdən 5 m irəlidə müxtəlif hündürlüklərdə 3 ədəd nar ağacı, həmçinin eyni xətt üzrə 1 ədəd gavalı ağacı görünür. Həmin girişdən 5 m sol tərəfdə 3,44 x 1,50 m ölçülərdə dəmir materialdan olan şahmat formasında qapı vardır. Həmin qapı sol tərəfdən 2 ədəd petli ilə dəmir dirəyə qaynaq edilmişdir. Sağ tərəfi isə orta hissədən yumşaq (yanmış) məftillə dəmir dirəyə bağlanmışdır. Həyətə sağ tərəfdə olan 2-ci girişdən 1,05 m sağ tərəfdə 9,70 x 5,75 m ölçülərdə, üst hissəsi çardaq formasında olan və quru ot yığılması üçün nəzərdə tutlmuş tövlə müşahidə olunur. Tövlənin bir hissəsi çay daşından tikilmişdir. Digər hissəsi isə taxta materialdan çəpərlənərək üzəri örtülmüşdür. Tövlənin sa ğ qurtaracağından başlayaraq qonşu N.Babəkoğlunun həyəti ilə sərhəddə asbest materialından 32,63 metr uzunluğunda şifer arakəsmə vardır. Tövlənin qarşısı 1,25 m hündürlüyündə, 5 m enində, 8 m uzunluğunda dəmir barmaqlıqlarla əhatə olunmuşdur. Tövləyə girmək üçün, ilkin olaraq 1,25 x 1,25 m ölçülərdə dəmir barmaqlıq formasında giriş qapısı vardır. Tövlənin qarşısındakı dəmir barmaqlığın iç və çöl tərəfində topa formasında gicitkən kolları görünür. Tövlənin qarşısındakı çəpərlənmiş sahənin çöl tərəfində böyük ölçüdə, topa halında qurumuş mal peyini görünür. Yaşayış evinin sağ qurtaracağı ilə altıaçığın sol divarı arasında olan sahədə 2x0,83 m ölçüdə qapı müşahidə olunur və həmin qapının üzü zeşt materialı ilə bağlanmışdır. Həmin qapıdan keçdikdə sol, qarşı və sağ tərəfdə çoxlu sayda fındıq a ğacları müşahidə olunur. Qapıdan 70 m yol istiqamətində irəlilədikcə "Mədrəsə yolu” adlanan küçədən Şahid1 yaşadığı həyətin fındıqlıq olan hissəsinə giriş müşahidə olunur. Həmin girişdə 1,50 m hündürlükdə 3,80 m uzunluqda ağac materialından düzəldilmiş şahmat formasında qapı vardır və həmin qapı hər iki tərəfdən aşağı və yuxarı hissələrdən dayaqlara bağlanmışdır. Qeyd olunan qapının yanından "Mədrəsə yolu” adlanan küçə keçir. Qapıdan on metr solda, küçənin əks tərəfində "Əliabad mədrəsəsi” yerləşir. Hadisə yerinə baxışda iştirak edən Şahid1 bildirmişdir ki, 22 oktyabr 2019-cu il tarixdə, təqribən saat 02-03 radələrində dostu və həmkəndlisi Məhkumla birlikdə digər tanışları ilə spirtli içki qəbul etdikdən sonra, yaşadığı evə qayıdarkən "Mədrəsə yolu” adlanan tərəfdən həyətlərinə daxil olara q yaşadığı evin yaxınlığına gəlmiş və həmin vaxt həyətlərinin sağ tərəfində qonşuları olan Şahid3 ilə sərhəddə səs gəldiyini eşitmiş, birlikdə kiçik ölçülü qapıdan həmin əraziyə keçərkən qonşu ilə sərhəddə azbest şiferlərin yanında bir nəfərin arxası ilə onlara tərəf durduğunu görmüş, ona yaxınlaşmış, həmin şəxsin üzünə baxan zaman onun həmkəndlisi X2 olduğunu görmüşlər. Həmin vaxt X2dan buraya nə üçün gəldiyini soruşmuş, X2 qonşu Şahid3gildən gəldiyini söyləmiş, buna görə də, o, qonşusu Şahid3 zəng edərək onu öz həyətlərinə çağırmış, Şahid3 gəldikdən sonra, X2 dediyini danaraq Şahid3gildən gəlmədiyini bildirmişdir. Bundan sonra X2 dəmir barmaqlıqları olan şahmat şəkilli qapıya tərəf qaçaraq həmin qapıya dəymiş, Məhkum onu ayağa qaldıraraq qapıdan uzaqlaşdırmış, qapıdan uzaqlaşdıqdan son ra X2 yenidən qonşu Şahid3 ilə sərhədə tərəf qaçaraq şiferlə örtülmüş arakəsmədən qarşı tərəfə keçmək istəmiş, lakin bunu bacarmamış, həmin hasarın dibi ilə irəliləyərək tövlənin qarşısındakı dəmir barmaqlıqlara tərəf getmiş, bu dəfə də həmin barmaqlıqlara dəymiş, lakin yıxılmamış, təkrar həmin barmaqlıqları aşarkən əks tərəfdə yerə yıxılmış, ayağa qalxaraq tövləyə tərəf getmiş, tövlədən lopatkanı götürərək çölə çıxıb onun və Məhkum ünvanına nalayiq ifadələr işlətmiş, çəpərlənmiş sahədən kənara çıxdıqdan sonra, Məhkum onu arxadan qucaqlayaraq tutmuş, o, isə lopatkanı X2ın əlindən alaraq yerinə qoymuş və bundan sonra X2u evlərinə aparmışlar. Baxış zamanı X2un dəmir barmaqlıqları aşaraq tövlənin ərazisinə daxil olduğu yerdə həm çöl, həm də iç hissədən topa halında çəpər boyu hündürlüyü 20 sm -dən 90 sm-dək olan gicitkən kolları nəzərdən keçirilərkən gicitkən kollarında hər hansı qırılma, əzilmə və ya bükülmə, o cümlədən də həmin kolların hər hansı birinin quruması halı aşkar edilməmişdir. Hadisə yerinə baxış zamanı maddi sübut əhəmiyyəti kəsb edəcək hər hansı əşya yaxud predmet götürülməmişdir. Cinayət işinin materiallarında olan 02 noyabr 2019-cu il tarixli taxta parçasına baxış keçirilməsi barədə protokoldan görünür ki, Şahid1 istintaqa təqdim etdiyi Şahid10 zərərçəkmiş X5 xəsarət yetirdiyi taxta parçasının uzunluğu 129 sm, eni mərkəz hissədə 6 sm, qalınlığı 4 sm-dir. Taxta parçasının bir üzü hamar, digər üzü kələkötürdür. Həmin hissədə taxta parçası çürüməyə məruz qalmışdır. Taxta parçasının yuxarı və aşağı qurtaracaqlarında əyilmiş mismarlar müşahidə edilir. Taxta parçası üzərində gözlə görünə bilən qanabənzər ləkələr müşahidə edilmir. Şahid1 ifadəsinin yerində yoxlanması zamanı ona məxsus həyətyanı sahədə yerləşən tövlənin küncündən aşkar edilərək götürülmüş ikinci taxta parçasının uzunluğu 127 sm, mərkəz hissədə eni 9 sm, qalınlığı 4 sm təşkil edir. Taxta parçasının bir üzü hamar, digər üzü kələkötürdür. Həmin hissədə taxta parçası çürüməyə məruz qalmışdır. Taxta parçasının yuxarı və aşağı qurtaracaqlarında əyilmiş mismarlar müşahidə edilir. Taxta parçası üzərində gözlə görünə bilən qanabənzər ləkələr müşahidə edilmir. Taxta parçasının üzərində taxtanın sol qurtaracağından 30 sm məsafədə 01 ədəd paltar lifinə bənzər obyekt müşahidə edilir. Həmin paltar lifinə bənzər obyekt müvafiq formada qablaşdırılmaqla götürüldü. Taxta parçasının sağ qurtaracağından 23 sm məsafədə qurumuş ot kütləsi müşahidə edilir. Həmin qurumuş ot kütləsinin üzərində 01 ədəd tükə bənzər obyekt müşahidə edilir. Həmin tükə bənzər obyekt müvafiq formada qablaşdırılmaqla götürüldü. Hər iki taxta parçası ortadan bölünmə hissələri üzrə birləşdirildikdə tamlıq təşkil edir. Bununla da, baxış başa çatdı, yuxarıda qeyd olunanlardan savayı əhəmiyyət kəsb edə biləcək hər hansı hal müəyyən edilməmişdir. Məhkəmə-tibbi ekspertizasının 27 oktyabr 2019-cu il tarixli 85/-MEŞ saylı rəyinə görə, 1978-ci il təvləllüdlü X2 meyitinin məhkəmə-tibbi müayinəsinə, tibbi sənədlərdə yazılanlara və əlavə laborator tədqiqatların cavablarına əsaslanaraq, qərarda hadisə haqqında göstərilənlər nəzərə alınaq və ekspertiza qarşısında qoyulmuş suallara uyğun olaraq ekspertiza tədqiqatı nəticəsində X2 mey itində aşağıdakı xəsarətlər aşkar edilmişdir:

1. Baş beyinin ağır dərəcəli əzilməsi, sıxılması və sol alın-təpə-gicgah nahiyəsinin epidural və beyindaxili hematoması, sol alın-təpə-gicgah sümüklərinin sınıqları, başın sol alın-təpə-gicgah nahiyəsinin yumşaq toxumlarına qansızma; 2. burunun, sol alın-təpə-gicgah nahiyəsinin, sol diz oynağının və baldırın sıyrıqları, döş qəfəsinin sol yarısının məməüstü nahiyəsinin qançırı. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 23 oktyabr 2019-cu il tarixdə Zaqatala MRX-ya daxil olmasından bir qədər əvvələ uyğun gəlir və dərəcəsinə görə, baş nahiyəsində olan xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər və ölümlə birb aşa səbəbli əlaqələri vardır. Burunun, sol diz oynağının və baldırın sıyrıqları, döş qəfəsinin sol yarısının məməüstü nahiyəsinin qançırı sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqlarından dərəcələri təyin edilmir, qarşılıqlı mübarizə zəminində yarana bilərdilər və bu xəsarətlərin ölümlə səbəbli əlaqəsi yoxdur. X2un ölümünün bilavasitə səbəbi başın ağır küt travması ilə əlaqədar baş beyin toxumasına, qişalarıaltına qansızma, kəllə tağı sümüklərinin sınığı, beynin və beyin kötüyünün ödemi olmuşdur. Ölüm 26 oktyabr 2019-cu il tarixdə saat 11:45-də Neyrocərrahlıq Xəstəxanasında baş vermişdir. X2un meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində zəhərləyici maddələr aşkar edilməmişdir. Məhkəmə-tibbi ekspertizasının 29 yanvar 2020-ci il tarixli 02/-MEŞ say lı rəyindən görünür ki, X2 meyitinin 85/MEŞ saylı məhkəmə-tibbi ekspertizası rəyində yazılanlara və maddi sübutlar (iki hissəyə ayrılmış taxta parçalarının) xüsusatlarına əsaslanaraq, qərarda hadisə haqqında göstərilənlər nəzərə aınlaraq və ekspertiza qarşısında qoyulmuş əlavə suallara uyğun olaraq aparılmış tədqiqat nəticəsində müəyyən edilmişdir ki, X2un baş nahiyəsində olan xəsarətlər - baş beyinin ağır dərəcəli əzilməsi və sıxılması ilə müşaiyət olunan sol alın, təpə, gicgah nahiyəsinin epidural və beyindaxili hematoması, sol alın, təpə, gicgah sümüklərinin sınıqları və həmin nahiyələrə uyğun yumşaq toxumlara qansızma ekspertizaya təqdim edilmiş (maddi sübut) taxta parçalarının tam vəziyyətində deyil, ayrı-ayrılıqda hər bir hissəsi ilə yetirilən zərbəsi nəticəsində yarana bilərdilər. M ərhum X2un meyitində aşkar edilmiş digər xəsarətlər - burunun, sol alın, təpə, gicgah nahiyəsinin, sol diz oynağı nahiyəsinin və baldırın sıyrıqları, döş qəfəsinin sol yarısının ön səthinin qançırı ekspertizaya təqdim edilmiş iki hissəyə ayrılmış taxta parçalarının hər birisinin ayrı-ayrılıqda təsirindən yaranması inkar olunmur. X2un baş nahiyəsində qeyd olunan zədə nahiyəsinin anatomik quruluşundan, xəsarətlərin həcminə və xüsusiyyətlərinə təsir edən küt əşyanın kütləsindən və sərtliyindən, zərbə səthinin ölçülərindən, zərbənin gücündən asılı olaraq demək olar ki, baş beyinin sıxılması tədricən baş verdiyinə görə «İşıqlı dövr» adlanan bir dövr olur ki, bu dövrdə zərərçəkən aktiv hərəkətlər etmək iqtidarında olur (yerimək, mübarizəyə qoşulmaq, ağır yükün yerini dəyişmək, qaçmaq, hətta hücu m çəkənə ölümcül xəsarət belə yetirə bilmə və s.) bəzən belə hərəkətlərin həcmi daha böyük olur. Belə hərəkətlər bir neçə 10 dəqiqələr, hətta saatlar ərzində baş verə bilər. Qeyd olunanlarla yanaşı, məhkəmə iclaslarında tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının 10 aprel 2021-ci il tarixli 02/MEŞ nömrəli ekspert rəyində göstərilmişdir ki, X2 meyitində aşkar edilmiş xəsarətlərin xarakterini, lokalizasiyalarını və maddi sübutların (iki hissəyə ayrılmış taxta parçalarının) xüsusatlarını (ölçüsünü, çəkisini, formasını) nəzərə alaraq demək olar ki, mərhumun baş nahiyəsində olan xəsarətlərin, yəni baş beyinin ağır dərəcəli əzilməsi və sıxılması ilə müşayiət olunan sol alın, təpə, gicgah nahiyəsinin epidural və beyindaxili hematoması, sol alın, təpə, gicgah sümüklərinin sınıqları və həmin nahiy ələrə uyğun yumşaq toxumlara qansızma ekspertizaya təqdim edilmiş (maddi sübut) taxta parçalarının tam vəziyyətində deyil, ayrı-ayrılıqda hər bir hissəsi ilə yetirilən zərbəsi nəticəsində yarana bilərdilər. Qeyd olunan xəsarətin X2un öz boyu hündürlüyündən yıxılaraq yerin bərk səthinə və ya bərk küt əşyaya dəyməsi, çırpılması nəticəsində əmələ gələ bilmələri inandırıcı deyildir. Ekspertizaya təqdim edilmiş maddi sübut olan 2 ədəd taxta parçasının ölçülərini, çəkisini, formasını, cinayət işində olan məlumatları nəzərə alaraq demək olar ki, X2da aşkar edilmiş baş beyinin ağır dərəcəli əzilməsi və sıxılması ilə müşaiyət olunan sol alın, təpə, gicgah nahiyəsinin epidural və beyindaxili hematoması, sol alın, təpə, gicgah sümüklərinin sınıqları və həmin nahiyələrə uyğun yumşaq toxumalara qansızm a xəsarətinin ekspertizaya təqdim olunmuş taxta parçalarının (həm ayrı-ayrılıqda və həm də tam bütöv halda) 1-5 metr məsafədən atılması nəticəsində əmələ gələ bilməsi az inandırıcıdır, həmin xəsarətlərin ekspertizaya təqdim olunmuş taxta parçaları ilə (ayrıayrılıqda) endirilmiş zərbə nəticəsində törənməsi daha çox inandırıcıdır. X2 xəsarət aldıqdan sonra bədəninə yeridilən dərman maddələrinin tam adı, miqdarı (dozası), yeridilmə üsulları dəqiq göstərilmədiyindən həmin dərman maddələrinin təsiri nəticəsində zərərçəkmişin səhhətinin ağırlaşması haqqında konkret fikir söyləmək mümkün deyil. Həmçinin, X2un meyitinin məhkəmə-tibbi müayinəsi zamanı və onun adına olan tibbi sənədlərdə dərman maddələrinin yeridilməsi nəticəsində baş verən ağırlaşmaların əlamətləri aşkar olunmamış, sonuncunun bəd ən temperaturunun xəsarət aldıqdan sonra yüksəlməsi istisna olunmur, onun bədənində aşkar olunmuş baş-beyinin ağır dərəcəli əzilməsi, sıxılması və sol alın-təpə-gicgah nahiyəsinin epidural və beyindaxili hematoması, sol alın-təpə-gicgah sümüklərinin sınıqları, başın sol alın-təpə-gicgah nahiyəsinin yumşaq toxumlarına qansızma; burunun, sol alın-təpə-gicgah nahiyəsinin, sol diz oynağının və baldırın sıyrıqları, döş qəfəsinin sol yarısının məməüstü nahiyəsinin qançırı xəsarətlərinin cinayət predmeti hesab edilən taxta ilə bir zərbə nəticəsində və ya həmin taxtanın bir dəfə atılması nəticəsində əmələ gələ bilməsi mümkün deyildir. İş üzrə keçirilmiş məhkəmə-tibbi və digər ekspertizalarının rəylərinin birgə təhlili məhkəmə kollegiyasına belə qənaətə gəlməyə əsas verir ki, birincisi, ekspertizal arın keçirilməsi zamanı hər hansı bir pozuntuya yol verilməmiş və həmin ekspertizaların nəticələri elmi əsaslandırılmış, ikincisi, ekspertizaların keçirilməsi zamanı ekspertlərə hər hansı təzyiq və ya təsirin göstərilməsi müəyyən edilməmiş, üçüncüsü, rəylər üzrə ekspertlərin gəldikləri nəticələr digər sübutlarla da üst-üstə düşür. Kassasiya şikayətində əsasən yuxarıda təsvir edilən ekspertiza rəylərinin mötəbər sübut kimi dəyərləndirilməsi mübahisələndirilsə də məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən rəylərin şübhə altına alınması və onların yolverilməz sübutlar kimi qiymətləndirilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyası bu qənaətə gələrkən ekspertizanın aparılmasına dair CPMnin XXXV fəslində təsbit edilmiş normaların tələbləri ilə yanaşı həmçinin İnsan Hüquqları üzrə Avro pa Məhkəməsinin presedent hüququnu da nəzərə alır. Belə ki, “Yevgeniya Lazar Ruminyaya qarşı iş üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və istintaqın suallarına cavab verən təkmil rəy ədalətin gücünə inam yarada və inzibati orqanların fəaliyyətinin icrasına kömək edə bilər. Məhkəmə ekspertizasının keçirilməsinin milli rejimi onun səmərəliliyi və etibarlığını müdafiə edən, xüsusilə də ekspertlərə öz rəyini əsaslandırmaq öhdəliyini qoyan yetərli təminatlarla təmin edilməlidir. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, təhlil edilən rəylərlə Məhkum ona istinad olunan cinayət əməlini törətməməsi, yəni onun taxta parçasını müəyyən məsafədən X2un üzərinə ataraq ona yalnız burun nahiyyəsinə d ərəcəsi təyin olunmayan xəsarət yetirməsi barədə həm məhkumun özünün cinayət təqibinin müxtəlif mərhələlərində verdiyi ifadələrində, həm də kassasiya şikayətində göstərilən xüsusatlar öz təsdiqini tapmamış, əksinə, istər həmin rəylərlə, istərsə də digər sübutlarla Məhkum əlində olan taxta parçası ilə X2un baş nahiyyəsinə yaxın məsafədən zərbə vuraraq sonuncunun ölümünə səbəb olmuş xəsarətlər yetirməsi müəyyən edilmişdir. Eyni zamanda, X2un yıxılması nəticəsində də həmin xəsarətləri alması qeyd olunan ekspertiza rəyləri ilə inkar edilmişdir. Cinayət işinin materiallarından, o cümlədən iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarından göründüyü kimi, məhkəmələr ibtidai araşdırma orqanı kimi, məhz kassasiya şikayətində (bundan əvvəl isə müdafiəçi Z.K.Qəhrəmanovun birinci instansiya məhkəməsinin məhkəmə iclasında etdiyi çıxışında və hökmdən verdiyi apellyasiya şikayətində) iddia etdiyi halın, yəni Məhkum taxta parçasını müəyyən məsafədən atması nəticəsində X2a ölümlə nəticələnən xəsarətlərin yetirilməsinin mümkünsüz olmasını müəyyən edərək belə nəticəyə gəlmişlər, Məhkum həmin xəsarətləri özündə olan taxta parçası ilə X2un baş nahiyyəsinə yaxın məsafədən zərbə vurması nəticəsində yetirmiş və həmin xəsarətlər sonuncunun ölümünə səbəb olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, bu nəticə nəinki məhkəmə-tibbi ekspertizalarının rəylərinə, eyni zamanda araşıdırılmış digər sübutlara əsaslanmaqla həmin sübutlarla tam uzlaşır, araşdırılmış bütün sübutlar isə biri-birini tamamlayır. Eyni zamanda məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, araşdırılmış sübutlarla X5un onda aşkar edilm iş xəsarətləri bərk küt əşyanın başından zərbə alması nəticəsində deyil, başqa şəraitdə, o cümlədən yıxılaraq hansısa əşyaya və ya əşyalara dəyməsi nəticəsində də alması olunur və məhz taxta parçası ilə vurulmuş zərbə nəticəsində başından aldığı xəsarətlərlə onun ölümü arasında səbəbli əlaqənin olması təsdiq edilir. Məhkum cinayət əməlinin hüquqi tövsif ilə bağlı məhkəmə kollegiyası əvvəla qeyd edir ki, CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin fakti ki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. CM-nin 126.1-ci maddəsində qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurmağa görə, həmin Məcə llənin 126.3-cü maddəsində isə CM-nin 126.1 və 126.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmasına görə məsuliyyət nəzərdə tutulmuşdur. Qəsdən sağlamlığa ağır zərər vurma cinayətinin obyektini insanların sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, obyektiv cəhətini isə başqa şəxsin sağlamlığına ağır zərər vurulması təşkil edir. Həmin cinayət subyektiv cəhətdən həm birbaşa, həm də dolayı qəsdlə törədilə bilər. CM-nin 25.1-ci maddəsinə əsasən birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. CM-nin 25.2-ci maddəsində müəyyən edilmişdir ki, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələ rini qabaqcadan görmüş və bunları arzu etmişdirsə bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. CM-nin 25.3-cü maddəsində təsbit edilmişdir ki, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur. CM-nin 26-cı maddəsi “Cinayətin ehtiyatsızlıqdan törədilməsi”ni aşağıdakı kimi müəyyən etmişdir: “26.1.Cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır. 26.2. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nətic ələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına özünəgüvənmə nəticəsində törədilmiş cinayət hesab olunur. 26.3. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş cinayət hesab olunur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair" 18 iyun 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, psixoloji kateqoriya kimi təqsir müxtəlif psixoloji elementlərin məcmusundan ibarət olan müəyyən bir məzmuna malikdir. Təqsirin məzmununu təşkil edən psixoloji elementlərə şüur və iradə aiddir ki, onlar da psixoloji akt kimi ictimai təhlükəli davranışın müvafiq əqli və iradi tərəfini təşkil edir. Bu psixoloji elementlər öz növbəsində əməlin (hərəkət və ya hərəkətsizliyin) ictimai təhlükəlilik dərəcəsini formalaşdırır. Göründüyü kimi qanunun mənasına görə, birbaşa və dolayı qəsdin mahiyyəti onunla bağlıdır ki, şəxs öz hərəkətinin ictimai təhlükəli nəticələr doğuracağını real olaraq əvvəlcədən görür, lakin belə nəticə ona nə son, nə də ara məqsəd kimi lazım deyildir. Bununla belə, şəxs vətəndaşların mənafeyinə biganəlik göstərərək əməli törədir. Dolayı qəsdlə törədilən cinayətlərdə şəxsin nə hərəkəti, nə də niyyəti konkret nəticənin baş verməsinə doğru istiqamətləndirilmir, başqa sözlə ictimai təhlükəli nəticənin baş verməsinə şüurlu surətdə yol verilir. Cinayət qanunvericiliyinin yuxarıda qeyd edilən normalarından görünür ki, cinayət törətmiş şəxslərin əməllərinin hüquqi tövsifi zamanı təqsirin dolayı qəsd formasının cinayətkarcasınsa özünə güvənmədən fərqləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Təqsirin həmin iki formasının fərqləndirilməsi üçün şəxsin iradəsinin məzmununun müəyyən edilməsi vacibdir. Cinayəti dolayı qəsdlə törədən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görür, lakin bunları arzu etmir və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verir. Cinayətkarcasına özünəgüvənmə zamanı isə şəxsin törətdiyi əməlin ictimai təhlükəli nəticələrin baş verməsinə şüurlu sürətdə yol verməsi istisna olunur, əksinə təqsirkar hesab edir ki, baş verə biləcək ictimai təhlükəli nəticələrin qarşısını ala biləcəkdir və öz iradəsini həmin nəticələrin qarşısının alınmasına istiqamətləndirir. CM-nin 126.3-cü maddəsində nəzərdə tutulmuş əməl təqsirin qarışıq forması ilə törədilir: şəxsin təqsiri sağlamlığa ağır zərər vurmaya münasibətdə qəsddən, ölümə münasibətdə isə ehtiyatsızlıqdan ibarət olur. Şərh edilən cinayət maddi tərkibli cinayət olduğundan təqsirkarın əməli faktiki baş vermiş nəticələrə görə tövsif edilir. Məhkəmə kollegiyasının qənaətinə görə, bütün yuxarıda geyd olunanlar işə mahiyyəti üzrə baxmış birinci və apellyasiya instansiyası məhkəmələrinin prosessual qanunvericili yinin tələbləri ilə yanaşı maddi hüquq normalarının tətbiqində də, ümumilikdə isə CPM-nin 416-cı maddəsində sadalanan pozuntulara yol verilmədiyini göstərir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Məhkum müdafiəçisi Z.K.Qəhrəmanovun kassasiya şikayətində göstərdikləri dəlillər heç bir sübutla təsdiq olunmur və məhkum olunmuş şəxsin cinayət məsuliyyətindən yayındırılmasına xidmət edən dəlillər kimi qiymətləndirilməlidir. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, baxılan işdə CPM-nin 42ci maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və ya dəyişdirilməsini tələb edən CPM-nin 416-cı maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Kassasiya şikayətlərində müdafiəçi Z.K.Qəhrəmanov Məhk um təqsirli bilindiyi maddə ilə təyin edilmiş cəzanın yüngülləşdirilməsinə dair qərarın qəbul edilməsi barədə tələb irəli sürmədiyindən, apellyasiya instansiyası məhkəməsi isə onun barəsində birinci instansiya məhkəməsinin seçdiyi cəza tədbiri ilə razılaşarkən iş üzrə müəyyən olunmuş bütün halları nəzərə alaraq bu məsələnin həlli zamanı da maddi hüquq normalarının tətbiqində pozuntuya yol vermədiyindən, məhkəmə kollegiyası göstərilən məsələnin təkrarən müzakirə edilməsinə ehtiyac görmür və kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq məhkuma təyin edilmiş cəzanın hər hansı şəkildə yüngülləşdirilməsi üçün əsaslar tapmır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq, müdafiəçi Z.K.Qəhrəmanovun kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək və həmin şika yətin təmin edilməsi barədə Məhkum və onun müdafiəçi Z.K.Qəhrəmanovun, kassasiya şikayətinin təmin edilməməsi barədə isə dövlət ittihamçısının çıxışlarını dinləyərək, belə nəticəyə gəlir ki, müdafiəçi Z.K.Qəhrəmanovun kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-nin 126.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 noyabr 2021-ci il tarixli qərarı isə həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunm asına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 noyabr 2021-ci il tarixli qərarı müdafiəçi Z.K.Qəhrəmanovun kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar