Məhkəmə qərarları › İş №1(102)-681/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-681/2024

27.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-681/2024 27.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun və məhkumun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 iyun 2023-cü il tarixli hökmünə əsasən Məh kum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 avqust 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə) 7 iyun 2023-cü il tarixli hökmü ilə 8 iyun 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 28 iyun 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi hökm edilmiş, həmçinin hökmlə maddi sübutlara və məhkəmə məsrəflərinə dair məsələlər həll edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Hüseyn Cavid Vaqif oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Habil Çingiz oğlu və Allahverdiyev Elbəy Hidayət oğlundan ibarət tərkibdə) 22 avqust 2023-cü il tarixli qərarı ilə apellyasiy a şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum CM-in 126.2.4-cü maddəsi ilə məhkum olunmasına dair 07 iyun 2023-cü il tarixli, 1(101)-394/2023 nömrəli hökmü təqsirləndirilən şəxs Məhkum təyin edilmiş cəzaya münasibətdə dəyişdirilmişdir. Həmin hökmlə Məhkum təyin edilmiş 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 6 (altı) ilə endirilmiş, hökm qalan hissələrdə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə verilən ittihama və birinci instansiya məhkəməsinin hökmünə əsasən o, 27 iyun 2022-ci il tarixdə saat 22:34-də ünvan 2 ünvanında yerləşən "Panoramic” hotelin həyətində tanışı Zərərçəkmiş şəxs onunla aralarında ol an münasibətlərinə son qoyacağını deməsindən hiddətlənərək, heç bir əsaslı səbəb olmadan, üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı, deşici-kəsici xassəyə malik "kəpənək” formalı soyuq silah hesab edilməyən bıçaqla Zərərçəkmiş şəxs döş qəfəsi, sol qol və sol ayaq nahiyəsinə bir neçə dəfə vuraraq ona hemopnevmotoraksla (döş boşluğunda sərbəst qanın və havanın yığılması) müşaiyət olunan döş qəfəsinin sol yarısının bayır divarının daxilə nüfuz edən 1 ədəd, arxa divarının daxilə nüfuz etməyən 1 ədəd, sol bazu nahiyəsinin 1 ədəd və sol diz nahiyəsinin 1 ədəd (cəmi 4 ədəd) deşilmişkəsilmiş yaraları ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirərək, xuliqanlıq niyyəti ilə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində göstərilir ki, Apellyasiya məhkəməsinin Qərarı qanunsuz və əsassızdır, maddi və prosesual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin 7 iyun 2023cü il tarixli hökmünü qüvvədə saxlayan zaman Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci və 41.2-ci maddələrinə istinad etsə də, özünün son qərarında həmin maddələrin mahiyyətindən irəli gələn məsələlərə əhəmiyyət verməmişdir. Apellyasiya məhkəməsi müdafiə tərəfinin birinci instansiya məhkəməsində məhkum tərəfindən zərərçəkmiş şəxsə yetirilən xəsarətlərin iş materiallarında olan fotoşəkillərlə uyğunlaşmadığı dəlilinə şübhə ilə yanaşaraq iş üzrə bədən xəsarətinin ağırlıq dərəcəsi ilə bağlı 29 iyul 2022-ci il tarixli 1367 nömrəli ekspert rəyinə əsaslanaraq, rəydə göstərilən zərərçəkən Zərərçəkmiş şəxs (döş boşluğunda sərbəst qanın və havanın yığılması) müşaiyət olunan döş qəfəsinin sol yarısının bayır divarının daxilə nüfuz edən 1 ədəd, arxa divarının daxilə nüfuz etməyən 1 ədəd, sol bazu nahiyəsinin 1 ədəd və sol diz nahiyəsinin 1 ədəd (cəmi 4 ədəd) deşilmiş-kəsilmiş yaraları müəyyən edilməsini əsas götürmüşdür. Lakin Apellyasiya məhkəməsi öz qərarında Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 140.0.1-ci maddəsinə əsaslanaraq cinayət prosesi gedişində ölümün səbəbi, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri yalnız tibb sahəsində ekspertin rəyinin əvvəlcədən əldə edilməsi və tədqiqi şərti ilə müəyyən edilə bilər tezisinə əsaslanaraq cinayət işinin materiallarına əlavə olunmuş fotoş əkillərə heç bir önəm verməmişdir. Halbuki ittiham tərəfindən əldə olunmuş və cinayət işinin materiallarına əlavə edilmiş həmin fotolar xəsarətin qeyd edildiyi müxtəlif nahiyələrdə deyil, yalnız döş qəfəsinin sol yarısının bayır divarına nüfuz edən xəsarət formasında olmasını görmək olur. Bundan başqa Apellyasiya məhkəməsi qərarında Məhkum əməlində xuliqanlıq niyyətinin olmaması barədə müdafiə tərəfinin mövqeyi ilə razılaşa bilmədiyini qeyd edərək, sübutlardan faktiki olaraq Məhkum əsaslı səbəb olmadan, onunla nəinki qərəzli münasibətdə olmayan, tanıdığı Zərərçəkmiş şəxs sonuncunun söyüş söyməsini bəhanə etməklə, hadisə anı isə ümumiyyətlə hər hansı səbəb olmadan ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı q oyaraq qəsdən bıçaqla zərərçəkmiş şəxsi vuraraq ağır xəsarət yetirməsini qeyd etmişdir. Bu halı əsas götürərək apellyasiya instansiyası məhkəməsi, zərərçəkmiş Zərərçəkmiş şəxs birinci instansiya məhkəməsindəki ifadəsində Əlini söymədiyini, oteldən çıxdıqdan sonra Əlinin ani vaxtda onu vurduğunu və bunun şahid ifadələri ilə də təsdiq edildiyini qeyd etmişdir. Apellyasiya instansiyası Məhkəməsi şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid4 və X4 birinci instansiya məhkəməsindəki ifadələrinə əsaslanaraq guya ki, qəfildən Məhkum zərərçəkmişə tərəf gəldiyini və şalvarının cibindən bir bıçaq çıxararaq qadının qol və qarın nahiyəsinə vurduğunu və həmin anda zərərçəkmiş Zərərçəkmiş şəxs Məhkum söyməsini bilməmələrini göstərmişlər. Baxmayaraq ki, məhkum öz ifadəsində zərərçəkmiş tərəfindən onun valideynl ərinin söyülməsini göstərsə də məhkəmə bu hala heç bir önəm verməmişdir. Məhkum tərəfindən Zərərçəkmiş şəxs şəxsi münasibətlər zəminində həyat üçün təhlükəli olan xəsarət yetirilmişdir. İstər məhkum və istərsə də zərərçəkmiş şəxs tərəfindən verilmiş ifadələrdə, bir-birilərini 1 ildən yuxarı olaraq tanıdıqlarını və bu bir il ərzində mütəmadi olaraq cinsi əlaqədə olduqlarını və hətta evlənmək fikirlərinin olmasını də qeyd etmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə öz hökmündə ədalətlilik prinsipinə istinad etsə də reallıqda ona əməl etməmişdir. Kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 avqust 2023-cü il tarixli qərarının dəyişdirilməsi və əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin tərkibi olmadığından Məhkum əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif edib ona həmin maddənin aşağı həddində cəza verilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə müdafiəçinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzr ə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya a pellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edi lməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilibqiymətləndirilmədiyi, əməlin düzgün tövsif edilmədiyi, ədalətsiz cəza təyin edildiyi iddia edilərək, faktiki olaraq mübahisələndirilən qərarın dəyişdirilməsi barədə tələb məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məh kəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası qeyd ed ir ki, Apellyasiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinməsi barədə yekun nəticənin əsaslı olması qənaətinə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etmir. Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkm iş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurmanın ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulur. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı qərarının 6-cı bəndinə əsasən, qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti iə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürməkdən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, Məhkəmələr n əzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud su rətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyəti ilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzə rə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Məhkəmə kollegiyası məhkum edilmiş şəxsin əməlinin tövsifi ilə bağlı ilk növbədə qeyd edir ki, işin hallarından və məhkəmə istintaqında araşdırılan sübutlardan göründüyü kimi Məhkum ilə Zərərçəkmiş şəxs arasında mübahisə və dalaşmanın zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlanması, həmçinin münaqişənin zərərçəkmiş şəxsin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi müəyyən olunmur. Belə ki, məhkə mələr tərəfindən müəyyən edilmiş hallara əsasən faktiki olaraq Məhkum əsaslı səbəb olmadan, onunla qərəzli münasibətdə olmayan, tanıdığı Zərərçəkmiş şəxs sonuncunun söyüş söyməsini bəhanə etməklə, hadisə anı isə ümumiyyətlə hər hansı səbəb olmadan ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyaraq qəsdən bıçaqla zərərçəkmiş şəxsi vuraraq ağır xəsarət yetirmişdir. Məhkum ifadəsində zərərçəkmiş Zərərçəkmiş şəxs onu söyməsini göstərsə də, bu hal təkzib edilmişdir. Belə ki, Zərərçəkmiş şəxs ifadəsində Məhkum söymədiyini, oteldən çıxdıqdan sonra Əlinin ani vaxtda onu vurduğunu göstərmiş və cinayət işi üzrə dindirilmiş şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid4 və X7 ifadələrində qəfildən Məhkum qadına tərəf gəldiyi ni və şalvarının cibindən bir bıçaq çıxararaq qadının qol və qarın nahiyəsinə vurduğunu göstərmişdir. Həmin şahidlər Zərərçəkmiş şəxs Məhkum söyməsi barədə hər hansı xüsusat bildirməmişlər. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Məhkum davranışı zərərçəkmiş şəxsə qarşı olan hərəkətlərinin məhz xuliqanlıq niyyətindən - özünü zərərçəkmiş şəxsdən üstün, adi sözə görə “cəzalandırmaq hüququna” malik olan şəxs kimi görməsindən irəli gəldiyini göstərir. Məhkum hökmdə təsvir edilmiş qəsdən törədilən əməli ona istinad edilən, dispoziyasına əsasən xuliqanlıq niyyəti ilə qəsdən zərərçəkmiş şəxsin sağlamlığa qəsdən ağır zərər vurma cinayətinə görə məsuliyyət müəyyən edən CM-in 126.2.4-cü maddəs i ilə tam uzlaşır. Belə ki, xuliqanlıq niyyətinin mahiyyəti belə motivlə cinayət törədən şəxsin özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoymasından, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirməsindən ibarətdir, həmin şəxs ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Belə ki, cinayət işi üzrə baş vermiş cinayət hadisəsi zamanı Məhkum özünün şəxsiyyətinin üstünlüyünü göstərmək məqsədilə aralarında baş vermiş mübahisə zəminində zərərçəkmiş şəxsi vurması, niyyət və davranışının fak tiki olaraq bir şəxsin nəzdində bütövlükdə cəmiyyətə hörmətsizlik ifadə etməyə, öz "müstəsna mən”ini başqasına qəbul etdirməyə yönəlməsi kimi halların baş verməsi müəyyən olunmuşdur. Aşağı instansiya məhkəmələri tərəfindən araşdırılmış sübutlar, o cümlədən zərərçəkmiş şəxs və şahidlərin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, həmçinin iş materiallarında mövcud olan digər sübutlarla 27 iyun 2022-ci il tarixdə baş vermiş cinayət hadisəsində Məhkum hərəkətlərinin faktik məzmunu ilə CM-in 126.2.4-cü maddəsinin dispozisiyası arasında uyğunluğun olması öz təsdiqini tapmışdır. Bu baxımdan, kassasiya məhkəmə kollegiyası hüquqi məsələlər üzrə cinayət qanununun və cinayət prosessual qanunvericiliyin normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq bu nəticəyə gəlir ki, Məhkum xuliqanlıq niy yətinin mahiyyətini açıqlayan, yuxarıdaqeyd edilən hərəkətlərə yol verməsi, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmış və onun əməlinin xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərərvurma cinayəti kimi qiymətləndirilməsi əsaslıdır. Belə olan halda, kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi əməlin hüquqi tövsifində səhvə yol vermədiyi qənaətinə gələrək qeyd edir ki, kassasiya şikayətinin bu barədə dəlilləri heç bir hüquqi əsasa söykənməyən dəlillər olmaqla əsassızdır. Belə ki, apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən həmin dəlillərə apellyasiya instansiyası məhkəməsi düzgün hüquqi qiymət verərək qeyd etmişdir ki: - xəsarətlərin ittiham a ktında göstərilən və hökmlə müəyyən edilən sayda olmamasını iddia edərək müdafiə tərəfi iş materiallarında olan fotoşəkillərlə əsaslansa da, CPM-in 140.0.1-ci maddəsinə əsasən cinayət prosesi gedişində ölümün səbəbi, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri yalnız tibb sahəsində ekspertin rəyinin əvvəlcədən əldə edilməsi və tədqiqi şərti ilə müəyyən edilə bilər. -Cinayət işi üzrə bədən xəsarətinin ağırlıq dərəcəsi ilə bağlı 29 iyul 2022-ci il tarixli 1367 nömrəli ekspert rəyi olmuş, rəydə zərərçəkəndə (döş boşluğunda sərbəst qanın və havanın yığılması) müşaiyət olunan döş qəfəsinin sol yarısının bayır divarının daxilə nüfuz edən 1 ədəd, arxa divarının daxilə nüfuz etməyən 1 ədəd, sol bazu nahiyəsinin 1 ədəd və sol diz nahiyəsinin 1 ədəd (cəmi 4 ədəd) deşilmiş-kəsilmiş yaraları müə yyən edilməsi göstərilmişdir. -Müdafiə tərəfi zərərçəkənə ağır xəsarətin yetirilməsi ilə razılaşmış, bədən xəsarətinin ağırlıq dərəcəsini deyil, sayını mübahisələndirmiş, bu əməlin tövsifinə təsir etməməklə yanaşı ekspert rəyi ilə təkzib edilmişdir. Beləliklə, kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-biri ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə Məhkum xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərərvurma barədə ittihamın sübuta yetirilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə haqlı olaraq razılaşmış və məhkumun Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə tövsif edilməsini əsaslı hesab etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, Məhkum zərərçəkmiş şəxsə məhz xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərərvurması barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Kassasiya şikayətinin bu barədə olan dəlilləri hər iki məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. İşin müəyyən edilmiş halları ilə ziddiyyət təşkil edən bu xüsusatlara birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən tədqiq olunmuş sübutlarla, o cümlədən zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, ekspert rəyləri ilə müqayisəli təhlil olunub düzgün hüquqi qiymət verilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsub iyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət proses sual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, tə qsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət q anununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası aşağı məhkəmələrin qərarlarında müəyyən olunan hallar əsasında cinayət əməlinin tövsifi barədə gəldikləri nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmələr tərəfindən Məhkum törətdiyi cinayət əməlinin tövsifində səhvə yol verməmiş, kassasiya şikayətinin məhkumun əməlinin CM-in 126.1-ci maddəsinə tövsi f edilməsi barədə dəlilləri əsassız olmaqla təmin edilə bilməz. Məhkum barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halı və ağırlaşdıran halın olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş növdə və həddə qanuni, əsaslı və ədalətli cəza təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin cəza təyini ilə bağlı mövqeyi ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışı mərhələsində cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya şikayətinə əsasən ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar mövcud deyil. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 avqust 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğund an təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 avqust 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar