Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-681/2025 16.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Məhkum və məhkumun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməs inin Cinayət kollegiyasının 17 oktyabr 2024-cü il tarixli 1(103)-2177/2024 nömrəli qərarından dövlət ittihamçısı Məhkum tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim Pərviz Muradov) 14 avqust 2024cü il tarixli 1(010)- 279/2024 nömrəli hökmü ilə xx xxxxx 1980-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, məhkum olunmamış, VÖEN əsasında fiziki şəxs olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 124.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, ona qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğin də pul tutulmaqla, 2 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum olunmuşdur ona görə ki, o, 01 aprel 2022-ci il tarixdən ünvan 2 ünvanda yerləşən "Carwash" markalı yuyucu aparatı quraşdırılmış "50 qəpik" avtoyuma məntəqəsində faktiki sahibkarlıq fəaliyyəti ilə məşğul olarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları”-nın 9.1-ci bəndinin tələblərinə əsasən- istehlakçı kimi sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına məsuliyyət daşıdığı, eyni zamanda 07 may 1979-cu il tarixdə təsdiq olunmaqla, keçmiş SSRİ-nin tərkib indəki Respublikaların, o cümlədən Azərbaycan SSR-nin avtomobil nəqliyyatının idarə olunmasında icrası məcburi olmuş və hazırda qüvvədə olan "Avtomobil nəqliyyatında əməyin mühafizəsi Qaydaları”-nın 13.2.1 və 13.2.5-ci bəndlərinin tələblərinə əsasən avtomobillərin, aqreqatların və detallarının yuyulması zamanı açıq şlanqla, yəni əl ilə yuma postunu gərginlik altında olan açıq cərəyandaşıyıcı keçiricilərdən və qurğulardan izolyasiya olunmaqla yerləşdirilməsinə, açıq (əl ilə) və qapalı (mexanikiləşdirilmiş) yuma məntəqəsində işıqlandırma mənbəsinin, xətlərin və güc mühərriklərinin hermetik şəkildə olmasına, 220 volt gərginlikdə işləyən maqnit buraxıcı və düymə ilə idarə olunan yuyucu qurğuların istifadəsi zamanı buraxıcı qurğuların və xətlərin hidroizolyasiya edilməsinə, gövdəsinin, kabinəsi və aparaturalarının torpaqlanmasına riayət etməli olduğu halda, bu tələblərə əməl etməyərək "Avtomobil nəqliyyatında əməyin mühafizəsi Qaydaları”-nın 13.2.1, 13.2.5 bəndlərinin tələblərini pozmaqla, öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ya ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, bunları görməyərək, öz vəzifələrinin icrasına cinayətkarcasına etinasız yanaşıb istifadəsində olan Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəb küçəsində yerləşən "50 qəpik" avtoyuma məntəqəsində quraşdırılmış "Carwash" markalı yuyucu aparatın təhlükəsiz istismarını davam etdirməsi nəticəsində 10 iyun 2023-ci il tarixdə, saat 12 radələrində dostuna məxsus velosipedi yumaq üçün qeyd edilən ünvana gəlib "Carwash" markalı yuyucu aparatı işlək vəz iyyətə gətirərək aparatın dəstəyinə hər iki əli ilə toxunan 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs yuyucu aparatın dəstəyindən yüksək gərginlikli elektrik cərəyanının orqanizminə ümumi təsiri nəticəsində ehtiyatsızlıqdan sonuncunun ölümünə səbəb olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Habil Məmmədov (sədrlik edən və məruzəçi), Cavid Hüseyn və Elbəy Allahverdiyev) 17 oktyabr 2024-cü il tarixli 1(103)-2177/2024 nömrəli qərarı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 avqust 2024-cü il tarixli, 1(010)-279/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmişdir. Dövlət ittihamçısı3 kassasiya protesti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 oktyabr 2024-cü il t arixli 1(103)-2177/2024 nömrəli qərarının ləğv edilməsi və cinayət işi üzrə yeni apellyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı3 kassasiya protestinin dəlillərini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyasının həmin qərarı Məhkum yüngül cəza növünün təyin edilməsinə dair hissədə əsassız olduğundan ləğv edilməlidir. Belə ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli toplanmış sübutlarla tam təsdiq olunaraq təqsirlilik məsələsi mübahisə doğurmasa da, məhkəmə kollegiyası işin konkret hallarını, törədilmiş cinayətin baş vermə şəraitini, cinayətin ictimai təhlükəliliyini, xarakterini və şəxsiyyətini düzgün nəzərə almamış, onun şəxsiyyətinə açıq-aşkar uyğun olmayan, cəzanın qanunla müəyyən edilmiş m əqsədinə xidmət etməyən ədalətsiz olmaqla azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan yüngül cəza təyin etmişdir. Məhkəmə eyni faktiki əsaslardan yaranan hallar müxtəlif formada sadalamaqla cəzanı yüngülləşdirən halların siyahısını süni sürətdə genişləndirmiş, cəzanı yüngülləşdirən halların çoxluğu görüntüsünü yaratmışdır. Belə ki, məhkəmə Məhkum cəzasını yüngülləşdirən hal qismində əməlindən peşman olmasını, ağır dərəcəli şəkər xəstəliyindən əziyyət çəkməsini, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin hüquqi varisi və onun ailə üzvləri ilə barışmasını, onlara dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən ona qarşı heç bir şikayət və tələbin olmamasını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayətin törədilməsini, c inayət əməlinin ehtiyatsızlıqdan törədilməsini göstərsə də qeyd edilən cəzanı yüngülləşdirən halların biri - digərini mahiyyət etibari ilə təkrar etməsini nəzərə almamışdır. Həmçinin məhkəmə kollegiyası cinayət qanununda nəzərdə tutulmayan halları cəzanı yüngülləşdirən hallar kimi nəzərə alsa da, həmin xüsusatların nə ilə sübut olunmasını və hansı motivlərə görə cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınmasını hökmdə göstərməmiş və nəzərə almamışdır. Bundan əlavə, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirərkən onun səmimi peşmançılıq çəkməsi halının nədə ifadə olunması və nəyə görə cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsini qərarında açıqlamamışdır. Həmçinin apellyasiya instansiya məhkəmə kollegiyası təqsirləndirilən şəxsin yaşadığı ərazi üzrə müsbət x arakterizə olunmasını, VÖEN əsasında fiziki şəxs olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını yüngülləşdirici hal kimi nəzərə almaqda haqlı olmamışdır. Belə ki, şəxsin yaşadığı ərazi üzrə müsbət xarakterizə olunması, VÖEN əsasında fiziki şəxs olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olması onu cəmiyyətin digər üzvləri kimi ictimai təhlükəli əməlləri törətməmək vəzifəsindən azad etmir. Əks hal cəmiyyətdə Konstitusiya ilə müəyyən edilmiş bərabərlik hüququnun pozulmasına gətirib çıxara bilər. Bundan başqa məhkəmə kollegiyası cəza təyin edərkən Məhkum əvvəllər məhkum olunmamasını onun cəzasını yüngülləşdirici hal kimi nəzərə alsa da, məhkəmə kollegiyası nəzərdən qaçırmışdır ki, şəxsin cinayət törətməməsi onun cəmiyyətdə normal davranışı kimi qəbul edilir. Şəxsin cinayət məsuliyyətinə (ilk və ya sonrakı dəfələr) cəlb edilməsi və ya məhkumluğunun olmaması onun müsbət ictimai xarakterizəsi üçün əsas ola bilməz. O cümlədən qanun şəxsin ilk dəfə hadisələrin təsadüfi axarı zəminində böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməsini cəzanı yüngülləşdirən hal kimi qəbul edir. Hadisələrin təsadüfi axarı zəminində törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsində yanılma, cinayətkar əməllər törədən və konkret şəxsi həmin əməllərə cəlb edən şəxslərin əhatəsində, dairəsində təsadüfən olmada ifadə oluna bilər. Lakin Məhkum cinayət əməlinin xarakterindən də görünür ki, bu halların ona tamamilə aidiyyəti yoxdur, çünki o, sahibkarlıq fəaliyyətini həyata keçirərkən müvafiq normativ aktların tələblərinə riayət etməli olduğu halda, bu vəzifəsini yerinə yetirməmişdir. Yuxarı da sadalanlara münasibətdə kassator hesab edir ki, məhkəmə tərəfindən Məhkum təyin edilmiş islah işləri cəzası nə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, nə onun törədilməsi şəraitinə, nə də təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun olmamışdır. Bununla da məhkəmə tərəfindən təyin edilən cəza şəxsin islah olunması üçün yetərli hesab edilə bilməz. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciə tin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin cinayət və cinayət prosessual qanunlarının normalarına riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən süb utların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-in 124.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Həmçinin kassasiya protestində əməlin tövsifi məsələsi mübahisələndirilməmişdir. Kassasiya protestinin başlıca dəlili Məhkum cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinin, həmçinin cəzanı yüngülləşdirən halların düzgün nəzərə alınmaması və nəticədə ona yüngül cəzan ın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimaitəhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətinin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərin tətbiqinin genişləndi rilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2017-ci il tarixli sərəncamında böyük ictimai təhlükə törətməyən və az ağır, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması neqativ hal kimi qiymətləndirilmiş və məhkəmələrə tövsiyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısını alınması məqsədilə tətbiq edildiyi əsas tutsunlar və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixl i Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalar ının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. İşdən görünür ki, birinci instansiya məhkəməsi müvafiq olaraq hökmün əsaslandırıcı hissəsində maddi hüquq normalarının tətbiqinə istinad edərək nəticə hissəsində bu normalara riayət etməklə təqsirləndirilən şəxs Məhkum əməlindən peşman olması, ağır dərəcəli şəkər xəstəliyindən əziyyət çəkməsini, yaşa dığı ərazi üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin hüquqi varisi və onun ailə üzvləri ilə barışmasını, onlara dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən ona qarşı heç bir şikayət və tələbin olmamasını, hadisələrin ehtiyatsızlıqdan təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayətin törədilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alaraq ona təqsirli bilindiyi CM-in 124.1-ci maddəsinin sanksiyası (iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə) həddində olan 2 il müddətinə islah işləri cəzası təyin etmişdir. Cinayət işinin materiallarından da aydın olur ki, yuxarıda sadalanan hallar məhkəmələr tərəfindən cinayət işinin sübutları əsasında müəyyən edilmiş və onların məhkumun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Apellyasiya instansiyası məhkəməsinin təqsirləndirilən şəxsin yaşadığı ərazidə müsbət xarakterizə olunmasını və VÖEN əsasında fiziki şəxs qismində sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını cəzanı yüngülləşdirən hallar kimi əsassız şəkildə qəbul etməsi barədə kassasiya protestində irəli sürülmüş iddiaya gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, göstərilən hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkumun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilməmişdir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından məhkuma təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ağır növ azadlıqdan m əhrum etmə cəzası təyin edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qəbul etdiyi qərarlarında milli məhkəmələrə dəfələrlə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr cinayət qanunu normalarının tələblərinə, yuxarıda qeyd edilən Azərbaycan Respublikası Prezidentinin sərəncamında və Azərbaycan Respublikası Konstitusi ya və Ali Məhkəmələri Plenumunun qərarlarında məhkəmələrə verilmiş tövsiyələrə düzgün əməl etmişlər. Hökm və qərardan görünür ki, məhkəmələr Məhkum təyin edəcək cəzanın növünü müəyyən edərkən işin hallarını və məhkumun şəxsiyyətini və ailə vəziyyətini nəzərə almışlar. İşin materiallarında da Məhkum cəzasının ağırlaşdırılması üçün digər əsaslar müəyyən edilməmişdir. Odur ki, kassasiya protestinin dəlilləri əsassızdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilən hallarda kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya protestində cəza təyini ilə bağlı göstərilən dəlillər apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsinə əsas vermir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum təyin edilmiş cəza onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə və işin hallarına uyğun gəlir, məhkumun islah edilməsi üçün yetərlidir və cəzanın digər məqsədlərinə cavab verir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq həmin protestin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 oktyabr 2024-cü il tarixli 1(103)2177/2024 nömrəli Məhkum haqqındakı qərarının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 124.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 oktyabr 2024-cü il tarixli 1(103)-2177/2024 nömrəli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-681/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-681/2025
16.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver