Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-682/2020 02.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Cəlilov Aydın Əli oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət işi üzrə icraata xitam verilmiş şəxs - mülki cavabdeh və onun müdafiəçisi Bədirli Rüfət Mirrafiq oğlunun iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə mülki cavabdehın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 213.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunması və barəsində cinayət təqibinə xitam verilməsi barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından barəsində cinayət işi üzrə icraata xitam verilmiş şəxs - mülki cavabdeh müdafiəçisi Bədirli Rüfət Mirrafiq oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən hakim Cəfərov Əllədin Adil oğlu) Mülki cavabdeh, xx xxxx 1972-ci ildə Türkiyə Respublikasında anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, müvəqqəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş və onun barəsində olan cinayət işinin icraatına xitam verilmişdir. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən mülki cavabdeh ittiham olunaraq təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ona görə ki, o, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentində vergi ödəyicisi kimi qeydiyyata olan, hüquqi ünvanı ünvan 3R X9 X14 Sanayi Ticaret Limitec Şirketi"nin Azərbaycan Respublikasındakı filialının (VÖEN: **********) direktoru vəzifəsində işləyərkən, müəssisənin nizamna məsində nəzərdə tutulmuş funksiyaları tam yerinə yetirib, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar aparmaqla rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.4, 72, 78.1, 103-105, 107109, 149, 151-ci maddələrinin tələblərini pozaraq, müəssisənin qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrə bilə-bilə təhrif olunmuş məlumatları daxil edərək, xeyli miqdar təşkil edən 43929,79 manat məbləğində mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, mülki cavabdeh direktoru olduğu "xxxxxxx"nin A zərbaycan Respublikasındakı filialının adından həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən 2015-ci il ərzində əldə etdiyi gəliri 2728591,82 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri 2273826.52 manat, vergiyə cəlb olunan mənfəəti 454765,30 manat 20 faiz dərəcə ilə büdcəyə ödənilməli mənfəət vergisi 90953,06 manat olduğu halda, həmin il üzrə vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyannaməsində ümumi gəlirləri 2728591.82 manat, gəlirdən çıxılan xərcləri 3113175,26 manat, vergiyə cəlb olunmalı mənfəətinin olmadığını, 384583,44 manat zərərinin olduğunu göstərərək, müəssisə tərəfindən ödənilmiş 47023,27 manat nəzərə alınmaqla, 2015-ci il üzrə 43929,79 manat məbləğində mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Cinayət işinə Nizami Rayon Məhkəməsində baxılarkə n keçirilmiş təkrar və komisyon məhkəmə-mühasibatlıq ekspertizalarının rəylərinə görə, mülki cavabdehın 2015-ci il üzrə cəmisi 21058,51 manat (iyirmi bir min əlli səkkiz manat əlli bir qəpik) məbləğində mənfəət vergisi üzrə borcu müəyyən edildiyindən və təqsirləndirilən şəxs törətdiyi əməl nəticəsində vurduğu zərəri iş üzrə birinci instansiya məhkəməsində icraat zamanı tatamilə ödədiyindən, məhkəmə CM-nin 73-2.1-ci maddəsinə əsaslanaraq mülki cavabdehın cinayət məsliyyətindən azad edilməsi və onun barəsindəki cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx xxxxxxxx 2019-cu il tarixli qərar qəbul etmişdir. Həmin qərardan mülki iddiaçının nümayəndəsi - Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini İlham Əmirəliyev tərəfindən verilmi ş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Bayramov Əmir Novruz oğlu (sədrlik edən və məruzəçi), Qasımov Əflatun İbrahim oğlu və Məmmədov Namiq Eyyub oğlundan ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, qeyd olunan idarə tərəfindən mülki iddia təmin edilərək iş üzrə 22871 (iyirmi iki min səkkiz yüz yetmiş bir) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində ödənilməmiş verginin mülki cavabdeh mülki cavabdehdan tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmiş, bu əsasla da birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından cinayət məsuliyətindən azad edilməklə barəsində cinayət işi üzrə ic raata xitam verilmiş mülki cavabdehın müdafiəçisi Bədirli Rüfət Mirrafiq oğlu kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının mülki iddianın təmin edilməsi hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi R.M.Bədirli kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə, eyni məsələ ilə bağlı eyni qurumun tamamilə biri-birindən fərqli rəylər verməsi şübhə doğurmalı haldır. Lakin məhkəmə iş üzrə heç bir araşdırma aparmamış və apellyasiya şikayətində göstərilənləri öz qərarına köçürməklə kifayətlənərək nəzərə almamışdır ki, iş üzrə 4 ekspert rəyimövcuddur. Bunların ikisi ibtidai araşdırma dövründə, digərləri isə birinci instasiya məhkəməsin sübutların araşdırılması zamanı.Birinci instansiya məhkəməsinin təkrar ekspertiza təyin etməsinin səbəbi ibtidai istintaq zamanı verilmiş iki ekspert rəyində vergi növlərinin fərqli (mənfəət və ƏDV) müəyyən edilməsi olmuşdur. xx xxxx 2019-cu il tarixli rəylə müəyyən olunmuşdur ki, mülki cavabdehın rəhbərlik etdiyi Filialın 21058.51 manat məbləğində mənfəət vergisi üzrə borcu mövcuddur. xx xxxxxx 2019-cu il tarixli rəydə də ekspertlər eyni nəticəyə gəlmişlər. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilmiş və bu qərarda vergi borcunun düzgün hesablanmaması barədə nəticəyə gəlmişdirsə, məhkəmə iş üzrə ekspertiza təyin etməli və bunun əsasında nəticəyə gəlməli idi. Çünki, vergilərin ödənilm əsi ilə bağlı iqtisadi münasibətlər xüsusi bilik tələb edən bir sahədir və məhkəmənin öz mülahizəsi ilə vergi borcunu müəyyən etməsi və mülki iddianı təmin etməsi mümkün olmamaqla yanaşı həm də cinayət-prosessual qannvericiliyinin tələbləri baxımından qanun pozuntusudur. Müdafiəçinin qənaətinə görə, belə olan halda apellyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilməli və mülki iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri bilir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMnin) 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini CPM-nin 419.1-ci maddəsi belə müəyyən edir ki, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətləri isə CPM-nin 416-cı maddəsində təsbit edilir. Məhz həmin maddədə nəzərdə tutulmuş əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin məhkəmə kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiəçi kassasiya şikayətində apellyasiya instan siyası məhkəməsi tərəfindən sübutlar qanuna müvafiq qaydada araşdırılmamaqla mülki iddianın düzgün olmayaraq tam həcmdə təmin edilməsini iddia edərək, mübahisələndirilən apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və iş üzrə həmin iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsinə dair tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas CPM-nin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Buna görə, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il taririxli qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərinin hüdudlarında yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “ Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CM-nin 213-cü madəsinin dispozisiyasına görə, həmin maddədə nəzərdə tutulmuş cinayətin tər kibi o halda yaranır ki, təqsirkar şəxs xeyli miqdarda vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sığorta haqlarını ödəməkdən yayınmış olsun. Cinayət qanununun maddi tərkibli bu normasının təhlili göstəir ki, qanunverici vergilərin (sığorta haqlarının) ödənilməsindən yayınma əməlinin cinayət tərkibli əməl hesab edilib-edilməməsini ödənilməyən vergilərin (sığorta haqlarının) miqdarı ilə şərtləndirmiş və x xxxx 2020-ci il tarixdə qüvvəyə minmiş CM-nin 213.1-ci maddəsinin “Qeyd” hissəsinin yeni redaksiyasına görə, həmin maddədə nəzərdə tutulmuş “xeyli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ başa düşülür. CM-nin 213.2 və 213.3-cü maddələrinə əsasən, həmin maddələrdə də nəzərdə tutulmuş cinayət məsuliyyəti CM-nin 213.1-ci maddəsində gös tərilən əməllərin müvafiq olaraq külli miqdarda (iki yüz manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğdə) və xüsusilə külli miqdarda (be yüz min manatdan yuxarı məbləğdə) törədilməsi ilə əlaqələndirilir. Bu isə o deməkdir, həm CM-nin 213.1, həm də CM-nin 213.2 və 213.3cü maddələrində təsbit edilmiş cinayətlərin törədilməsi nəticəsində dövlətə müvafiq olaraq xeyli, külli və ya xüsusilə külli miqdarda zərər vurulur və bu zərərin ödənilməsinin təmin edilməsi üçün cinayət işi üzrə dövləti təmsil edən orqanın mülki iddia qaldırmaq hüququ yaranır. Digər tərəfdən, istər vergi və cinayət qanunvericiliklərində, istərsə də digər normativ-hüquqi aktlarda vergilərin ödənilməsindən yayınma ilə bağlı dövlətə, hər hansı fiziki və ya hüquqi şəxsə başqa zərərin vurulması nəzərdə tutulmam ış və bu da belə nəticəyə gəlmək üçün əsas verir ki, CM-nin 213-cü maddəsi ilə aparılan cinayət təqibi zamanı vergilərin (sığorta haqlarının) ödənilməsindən yayınma faktı müəyyən edildikdən sonra bunun hansı miqdarda edilməsi (cinayət tərkibinin obyektiv cəhətinə aid olan mütləq halın olub-olmaması) aydınlaşdırılmalı və bundan sonra müvafiq icra hakimiyyəti orqanının, o cümlədən vergi orqanının nümayəndəsinə cinayət mühakimə icraatı qaydasında yalnız cinayətin törədilməsi nəticəsində vurulmuş zərər miqdarında mülki iddia vermək hüququ izah edilməlidir. Belə nəticə eyni zamanda cinayət-prosessual qanunvericiliyinin aşağıdakı normalarından da hasil olur. CPM-nin 181.1-ci maddəsinə əsasən, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda m ülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. CPM-nin 181.2-ci maddəsinin tələblərinə görə, bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. 181.3 -ci maddəsində göstrilir ki, maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir: 181.3.1. zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə; 181.3.2. zərər çəkmiş şəxsin dəfninə; 181.3.3. sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə; 181.3.4. əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər. mülki cavabdehın barəsindəki cinayət işinin materiallarından görünür ki, bu iş üzrə ibtidai araşdırma orqanı tərəfindən yuxarıda göstərinlərərə əməl edilərək, təqsirləndirilən şəxsə 43929,79 manat məbləğində (CM-nin 213-cü maddəsinin “Qeyd” hissəsinin x xxxx 2020-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən – xeyli miqdarda) mənfəət vergisini dövlət büdcəsinə ö dəməkdən yayınmasına görə ittiham elan olunmuş və dövləti təmsil edən vergi orqanının nümayəndəsinə həmin məbləğdə mülki iddia vermək hüququ izah edildikdən sonra iş üzrə təqsirləndirilən şəxsə qarşı göstərilən məbləğdə mülki iddia qaldırılaraq törədilmiş cinayət əməli nəticəsində vurulmuş zərərin ondan alınıb dövlət nəfinə ödənilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Mülki iddiaçı tərəfindən verilmiş mülki iddia ərizəsində itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin, itirilmiş gəlirin və ya mənəvi ziyanın ödənilməsi barədə tələblər irəli sürülməmişdir. Lakin, cinayət işinə birinci instansiya məhkəməsində baxılarkən keçirilmiş təkrar və komisyon məhkəmə-mühasibatlıq ekspertizalar ının müvafiq olaraq xx xxxx 2019-cu il tarixli 32841 nömrəli və xx xxxxxx 2019-cu il tarixli 18617 nömrəli rəylərinə əsasən, mülki cavabdehın 21058,51 manat məbləğində (CM-nin 213-cü maddəsinin “Qeyd” hissəsinin x xxxx 2020-ci il tarixədək qüvvədə olan redaksiyasına görə – xeyli miqdarda) mənfəət vergisini ödəməkdən yayınması müəyyən edildiyindən, məhkəmə həmin məbləğin mülki cavabdeh tərəfindən tam ödənilməsini nəzərə alaraq onun cinayət məsuliyyətindən azad edilməklə barəsindəki cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul etmişdir. Göründüyü kimi, birinci intsansiya məhkəməsinin qəbul etdiyi xx xxxxxxxx 2019-cu il tarixli həmin qərarla təqsirləndirilən şəxsin ödənilməsindən yayındığı mənfəət vergisinin miqdarı azaldımaqla mülki cavabdeha elan olunmuş ittiham yüngülləşdi rilmiş və məhkəmədə dövlət ittihamını müdafiə edən prokuror bu nəticə ilə razılaşaraq həmin qərardan apellyasiya protesti verməmişdir. Məhkəmə kollegiyasının fikrincə, bu hal ona dəlalət edir ki, ittihamın həcminin azaldılması ilə razılaşan dövlət ittihamçısı eyni ilə mülki cavabdehın törətdiyi cinayət nəticəsində dövlətə məhz 21058,51 manat məbləğində zərər vurulması və onun məhz həmin miqdarda maddi məsuliyyətə cəlb edilə bilinməsi ilə də razılaşıb işə aid bu məsələni də mübahiləndirməyə əsas görməmişdir, baxmayaraq ki, məhkəmə kollegiyasına aydın olmayan əsasla həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrinin məhkəmə iclasında dövlət ittihamçıları mülki iddianın tam (mülki cavabdeha elan olunmuş ittiham həcmində) təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, mülki iddiaçının apellyasiya şikayətinə uyğun olan bu mövqedən dövlət ittihamçısı yalnız ittihamın həcminin azaldılması ilə razılaşmadığı, yəni bu iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərardan apellyasiya protesti verildiyi halda çıxış edə bilərdi. Məhkəmə kollegiyası hesab edir ki, belə protest olmadığı, mülki iddiaçının isə birinci instansiya məhkəməsinin qərarının yalnız mülki iddianın təmin edilib-edilməməsi hissəsindən apellyasiya şikayəti vermək hüququ olduğu halda, apellyasiya instansiyası məhkəməsi ibtidai araşdırma orqanı tərəfindən mülki cavabdeha elan olunmuş ittihamın həcmində yeni hökm çıxarmaq səlahiyyətində olmamış və buna görə də mülki cavabdehın haqqında belə hökm çıxarmamışdır. Bununla belə, apellyasiya instansyası məhkəməsi əvvəla iş üzrə heç bir araşdırma aparmadan, digər tərəfdən isə iş üzrə toplanmış sübutları CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq qiymətləndirməkdən imtina edərək, eyni zamanda işdə olan ziddiyyətləri aradan qaldırmayaraq, ibtidai araşdırma zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının natamam rəylərinə üstünlük vermiş və nəticədə mülki iddiaçının apellyasiya şikayətini təmin etməklə mülki iddianın tam həcmdə təmin edilməsi, yəni mülki cavabdehın ödənilməsindən yayınması müəyyən edilmiş məbləğdən iki dəfədən çox miqdarda maddi məsuliyyətə cəlb edilməsi haqqında əsaslandırılmamış qərar qəbul etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsinin, bir tərəfdən, mülki cavabdehın CM-nin 73-2.1-ci maddəsinin tələblərinə uyğun olaraq törətdiyi cinayə t nəticəsində vurduğu zərəri tamamilə ödədiyinə görə onun cinayət məsuliyyətindən azad edilməklə barəsindəki cinayət işinin icraatına xitam verilməsi ilə razılaşması, digər tərəfdən isə onun vurduğu ziyandan artıq miqdarda maddi məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul etməsi maddi və prosessual hüquq normalarına əsaslanmayan ziddiyyətli nəticə hesab edilməli və bu baxımdan da apellyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının qüvvədə saxlanılması mümkün deyil. Həmin qərarın nəticəvi hissəsi ilə yanaşı təsviri-əsaslandırıcı hissəsinin də təhlili göstərir ki, apellyasiya instansiyası məhkəməsi bu hissədə də, apellyasiya şikayətində qeyd olunduğu kimi, yalnız ziddiyyətli sübutları (məhkəmə-mühasibatlıq ekspertizalarının rəylərini) sadalamaqla kifayətlənmiş və hansı əsasla mülki iddianı ittihamın müəyyən edilmiş hissəsindən də artıq miqdarda təmin edilməsi hər hansı hüquq normasına istinad etmədən əsaslandırmamışdır. CPM-nin 28-ci maddəsinin tələbinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız bu Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. CPM-nin 33-cü maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən Məcəllənin 143-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 143-146-cı maddələrinə müvafiq sübutların tədqiq edilməməsi məhkəmənin hökm və ya qərarının ləğvinə əsas yarad ır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini təhlil edib cinayət işinin materiallarını yuxarıda göstərilənlərlə birgə nəzərdən keçirməklə və dövlət ittihaçısının kassasiya şikayətinin təmin edilməməsi, mülki cavabdehın və onun müdafiəçisinin isə həmin şikayətin təmin edilməsi barədə çıxışlarını dinləyərək, belə nəticəyə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməklə hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin olunmalıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin qismən edilməsini onun əsaslandırır ki, həmin şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və iş üzrə yeni qərarın qəbul edilməsi tələbinin irəli sürülməsinə baxmayaraq, yaln ız CPM-nin 419.10.5-ci maddəsində nəzərdə tutulmuş halda kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə məhkəmə baxışının nəticələrinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv etmək və yeni qərar qəbul etmək hüququna malikdir. CPM-nin 419.10.5-ci maddəsinin tələblərinə görə, kassasiya şikayətinə və ya kassasiya protestinə məhkəmə baxışı yekunlışdıqdan və cinayət prosesinin tərəfləri çıxış etdikdən sonra kassasiya instansiyası məhkəməsinin hakimləri yalnız hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv etmək və yeni qərar qəbul etmək səlahiyyətindədirlər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Resp ublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Mülki cavabdehın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunması və barəsində cinayət təqibinə xitam verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilərək cinayət işi yeni apellyasiya baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-682/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-682/2020
02.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver