Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-682/2021 02.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru X8 və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan R espublikası CM-nin 131-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 noyabr 2020-ci il tarixli hökmündən məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: İ.A.Mahmudov (sədrlik edən), M.A.Xankişiyev və F.Ə.Qəniyevdən ibarət tərkibdə) 22 sentyabr 2020-ci il tarixli hökmü ilə xx xxxxxx 1986-cı ildə Rusiya Federasiyası, Umet rayonunda anadan olmuş, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, Ağcabədi rayonu, qeydiyyatda olan, Bakı şəhərində yaşayan Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 131-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, bilinərək 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipi cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 25 fevral 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 noyabr 2020-ci il tarixli hökmü ilə (hakimlər: X4 (sədrlik edən), X2 və X3 ibarət tərkibdə) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli hökmü ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən Məhkum həbsdə saxlanıl dığı 8 (səkkiz) ay müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 2 (iki) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 26 noyabr 2020-cı il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, təqsirləndirilən Məhkum 22 may 2019-cu il tarixdə saat 10 radələrində baş fəhlə vəzifəsində işlədiyi ünvan ünvanda yerləşən “xxxx” MMCnin nəzdində fəaliyyət göstərən “xxxx” MMC-nin icarəsində olan sexdə olarkən həmin sexdə onun tabeçiliyində fəhlə işləyən Zərərçəkmiş şəxs ilə aralarında sonuncunun təşəbbüsü ilə iş prosessi ilə bağlı yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs onun ünvanına alçaldıcı ifadələrin və söyüşlərin söyməsi səbəbinə görə sağ yumruqla Zərərç əkmiş şəxs sifət nahiyəsindən qəsdən bir zərbə vurub yerə yıxaraq ona sağ təpəənsə sümüyünün kəllə əsasına keçən sınığı ilə müşaiyət olunan sağ təpə-gicgah nahiyəsinin əzilmiş yaraları və sol gicgah-bazal payında qansızma ilə nəticələnən dərəcələrinə görə sağlamlığına ağır zərər vurma ilə nəticələnən xəsarət yetirdiyindən ehtiyatsızlıqdan onun sağlamlığına ağır zərər yetirmişdir. Kassasiya şikayətinin dəlilləri: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 noyabr 2020-ci il tarixli hökmündən məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayəti vermişdir. Müdafiəçi kassasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi düzgün qərar qəbul edərək hökmdə göstərmişdir ki, Məhkum əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin tərkibi yoxdur və onu n əməli həmin Məcəllənin 126.1-ci maddəsindən 131-ci maddəsinə tövsif edilməlidir. Belə ki, zərərçəkmiş Zərərçəkmiş şəxs yerə yıxılmış və bu zaman başının arxa hissəsi yerdə olan dəmir parçasına dəyməsi nəticəsində ona sağ təpə-ənsə sümüyünün kəllə əsasına keçən sınığı ilə müşayiət olunan sağ təpə-gicgah nahiyəsinin əzilmiş yaraları və sol gicgah-bazal payında qansızma ilə nəticələnən dərəcələrinə görə görə sağlamlığına ağır zərər vurma ilə nəticələnən xəsarət yetirdiyindən ehtiyatsızlıqdan onun sağlamlığına ağır zərər yetirmişdir. Hesab edirik ki, Məhkum vurduğu bir yumruq zərbəsinin ağır bədən xəsarəti kimi ictimai təhlükəli nəticələr verə biləcəyi imkanım lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdir. Beləliklə, Məhkum əməl i ehtiyatsızlıqdan törədilmiş cinayət hesab olunaraq AR CM-nin 131-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası CM-nin 26.1-ci maddəsinə əsasən cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır. Həmin Məcəllənin 26.3-cü maddəsində göstərilir ki, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasma etinasızlıq nəticəsində törədilmiş cinayət hesab olunur. Müdafiəçi Bakı Apellyasiya Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli hökmünü ləğv edərək, Məhkum barəsində AR CM-nin 126.1-ci maddəsindən CM-nin 131-ci maddəsinə tövsif edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun müdafiəçisinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kas sasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktı nın müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətində mübahisələndirilən məsələlərdən biri məhkumun əməlinin əsassız olaraq CM-nin 126.1-ci maddəsi ilə tövsif olunmasıdır. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyə ti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Məhkəmə kollegiyası kassasiya şikayətində məhkumun əsassız olaraq CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyət i, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir CM-nin 126.1-ci maddəsində Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiy asının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma cinayət əməli nəzərdə tutulmuşdur. Məhkum həmin Məcəllənin 126.1-ci maddəsi ilə təqsirli bilinmiş, yəni, qəsdən sağlamlığa ağır zərər vurmaya görə cinayət məsuliyyəti cəlb olunmuşdur. İş materiallarinda olan Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində ifadə vermiş Məhkum ona elan olunan ittiham üzrə özünü qismən təqsirli bi lərək ifadəsində göstərmişdir ki, 2018-ci ilin avqust ayından Rəsulzadə qəsəbəsində dam örtükləri sexində fəhlə işləyirdi. Sexdə işləyən Zərərçəkmiş şəxs ilə bir-birlərini 2011-ci ildən tanıyırlar. Hər ikisi əmək müqaviləsi ilə "xxxx” MMC-də işləyirdi. Münasibətlərimiz həmişə yaxşı olmuşdur. Zərərçəkmiş şəxs dam örtüyü üzrə ustadır. Əvvəllər həmin sexdə İlkin adlı şəxs baş fəhlə qismində işləyirdi. Hadisə baş verməmişdən təxminən 1 ay qabaq İlkin adlı baş fəhlə könüllü olaraq işdən çıxmışdır. İlkin işdən çıxdıqdan sonra müdirləri Bəxtiyar kollektivi yığaraq onu baş fəhlə təyin etmişdir və hamıdan onun sözünə qulaq asmağı tələb etmişdir. Bundan sonra iş günlərdə Səbuhi onun dediklərini etmirdi, sanki onun verdiyi tapşırıqlara biganə yanaşırdı. Sexdə olarkən rulonların yapışqanlı lentlərini açdıqdan sonra lentləri tullamaq üçün Səbuhi dəmirdən zibil qutusu düzəltmişdir. Hadisə baş verməmişdən təxminən 10-15 gün qabaq, o, kranla rulonu dəzgaha gətirərkən Səbuhi söyüşlə qışqıraraq demiş ki, "bu zibil qutusunu nəyə görə düzəltmişəm, lentləri qutuya atın”. Həmin vaxt ona demiş ki, "əgər lent ayağına yapışırsa əlinlə götür qutuya at”. Bundan sonra Səbuhi onunla gah bir gün danışır, gah iki gün danışmırdı. Belə olduqda ona heç bir söz demirdi. Hadisə olan gün yəni 22 may 2019-cu il tarixdə səhər saatlarında işə gəlmişdir. İşdə olarkən mühasibi Orxan demiş ki, 21 may 2019-cu ildə müştəri sifarişi edilmişdir. Dam örtüyünü və dəmir listi hazırlayıb yola salın getsin. O, da dam örtüklərini maşına yüklədikdən sonra dəmir listlərin harada olmasını soruşduqda Orxan ona demiş ki, sifarişi Səbuhi qəbul edib, ondan soruş desin. O, Səbuhidən 21.05.2019-cu il tarixdə qəbul etdiyi sifarişin listlərinin harada olmasını soruşduqda Səbuhi ona cavab verməmişdir. Buna baxmayaraq Səbuhini bir neçə dəfə çağırmışdır. Lakin Səbuhi yenə də ona cavab verməmişdir. Yaxınlıqda olan Vüsal onun dediklərini eşitdiyi üçün listlərin dəzgahda olduğunu bildirmişdir. O, da Vüsala bildirmiş ki, listləri maşına yükləyin. Maşını yola saldıqdan sonra Səbuhiyə yaxınlaşmışdır. Səbuhiyə qəbul etdiyi sifarişin niyə yerini demədiyini soruşduqda ona kobud formada demiş ki, dəftərə baxan sənsən, sifarişin harada olduğunu sən bilməlisən. O, da Səbuhiyə demiş ki, "sifarişi qəbul edən sənsən, mən deyiləm, əgər məndən nəsə narazılığın varsa çölə saxla iş yerində belə şeylər olmasın.” Səbuhi də ona gözlənilmədən söy üşlə demiş ki, "sən baş fəhlə olan gündən özünü yekəxana aparırsan”. Onlar mübahisə etmişlər. Səbuhi söyüş söymüş, o da əsəbləşib sağ əli ilə Səbuhinin sifətinə bir yumruq vurmuşdur. Səbuhi yerə yıxılmış, başı asfalta dəymiş və huşunu itirmişdir. Sexdə işləyən Taleh və Ceyhun adlı oğlanlar Səbuhini qaldırmışlar. Vüsal gəlib Səbuhini çiyninə alıb sexin çıxışına tərəf qaçmışdır. O da onların arxasınca getmişdir. Bir qədər Səbuhinin üzünə su vurmuşlar. Orxan və Bəxtiyar da səs küyə ofisdən çıxaraq gəlmişlər. Bəxtiyarı görüb ona yaxınlaşaraq Səbuhini vurduğunu demişdir. Bir qədər sonra TTYS-nin həkimləri gəlib Səbuhini 1 saylı KTM-nə aparmışlar. Səbuhi üçün təcili tibbi yardımı özü çağırmışdır. Hazırda Səbuhi ilə barışmış və onun müalicə xərclərin və dəymiş ziyanın tam ödənilmişdir. İş materia llarına əlavə edilmiş, zərərçəkmiş Zərərçəkmiş şəxs birinci instansiya məhkəməsində verdiyi ifadəsində göstərmişdir ki, təxminən 2017-ci ildən “xxxx” MMC-də fəhlə işləyirmiş. “xxxx” MMC-nin əsas fəaliyyətim topdan və pərakəndə satış həyata keçirməkdən ibarət olub, sexdə həmin müəssisənin avadanlıqları ilə dam örtüyü və aksessuarları kəsirmiş. Sexdə olan işçilərdən ancaq, o köməkçi-fəhlə qismində işləyirmiş. 22.05.2019-cu il tarixdə həmişəki kimi saat 09 radələrində işə gəlmişdir. Əynini dəyişib işə başladıqdan bir qədər sonra iş yoldaşı Vüsalla birlikdə sifarişi hazırlayırmış. Kranda olan rulonu sexin giriş qapısından sağ tərəfdə olan birinci dəzgaha yerləşdirmək üçün Vüsala rulonu qarşılayıb dəzgaha yerləşdirmişlər. Bu vaxt isə, o, pult vasitəsi ilə kranı idarə edərək rulonu dəzgaha tər əf aparmışdır. Lakin ondan sonra nə baş verməsini xatırlamır. Özünə gələndə xəstəxanada olduğunu görmüşdür. Sonradan kameraya baxış keçirildikdə ona məlum olmuşdur ki, iş yoldaşı Məhkum ilə sözlə mübahisə etdikdə, qəflətən Naib onu vurmuş və onun zərbəsinin təsirindən yerə yıxılaraq xəsarət almışdır. Naibin yumruq zərbəsi onun alnının sol tərəfinə dəyib, orada qansızma əmələ gəlib, daha sonra zərbənin təsiri nəticəsində, o, yerə yıxılaraq baş nahiyənin sağ tərəfinin arxa hissəsindən sümük sınığı xəsarəti almış və mübahisə zamanı Naibi söyüb-söymədiyini xatırlamır. Hazırda təqsirləndirilən şəxsə qarşı heç bir iddia və tələbi yoxdur, onunla barışmışdır. İş materiallarında olan şahidlər: Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid6, Şahid7 işin faktiki hallarına uyğun ifadə vermişlər. İşdə olan Azərbaycan Respubllikası SN-nin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyindən alınmış 03.07.2019-cu il tarixli, 1199 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər sağ təpə-ənsə sümüyünün kəllə əsasına keçən sınığı, sol gicgah-bazal payında qansızma, sağ təpə gicgah nahiyəsində əzilmiş yaralar bərk küt əşyanın təsirindən onun tibbi yardım üçün X7 gətirildiyi 22.05.2019-cu il tarixdə əmələ gəlmişdirlər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası SN-nin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyindən alınmış 27.01.2020-ci il tarixli, 01/1199 nömrəli rəyindən görünür ki, vətəndaş S.E. Cəfərovun bədənində aşkar olunmuş xəsarətlər- sağ təpə-ənşə sümüyünün kəll ə əsasına keçən sınığı, sol gicgah-bazal payında qansızma, sağ təpə- gicgah nahiyəsində əzilmiş yaralar (iki ədəd) bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün X7 gətirildiyi 22.05.2019-cu il tarixdə əmələ gəlmişdirlər, dərəcələrinə görə sağ təpə-ənsə sümüyünün kəllə əsasına keçən sınığı ilə müşaiyət olunan sağ təpə-gicgah nahiyəsinin əzilmiş yaraları və sol gicgah-bazal payında qansızma ümumilikdə və ayrıayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. S.E. Cəfərovun bədənində aşkar olunmuş xəsarətlər qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni 22 may 2019-cu il tarixdə onun sol gicgah nahiyəsinə yumruqla yetirilən zərbədən sonra yıxılaraq sağ təpə-gicgah nahiyəsinin yerin bərk səthinə zərblə dəyməsi nətəcəsində əmələ gələ bilər dilər. Məhkəmə qərarı əsasında Azərbaycan Respublikası SN-nin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT X1 Şöbəsindən alınmış 24.08.2020-ci il tarixli T 215/2020 saylı rəyində vətəndaş S.E. Cəfərovda sağ təpə-ənsə sümüyünün kəllə əsasına keçən xətti sınığı, sağ təpə-gicgah nahiyəsində iki ədəd əzilmiş yara, sol gicgah payında bazal əzilmə olmuşdur. Qeyd edilən xəsarət küt əşyanın təsirindən törənmiş, yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 22.05.2019-cu il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir İşdə olan CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 22.05.2019cu il tarixdə saat 09:09-dan Məhkum Zərərçəkmiş şəxs yanına gələrək sözlə mübahisə edir, 09:16:43- də sağ əli ilə yumruqla sonuncunun sifətin ə zərbə endirir, zərbənin təsirindən Zərərçəkmiş şəxs yıxılır, bu zaman yaxınlıqdan olan şəxslərin mübahisə müdaxilə edərək onları ayırdığı müşahidə olunur... Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş, məhkumun qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilərək əsaslı nəticəyə gəlinmişdir. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya instansiya məhkəməsi cəza təyini məsələ sini həll edərkən maddi hüquq normalarının, o cümlədən CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən halları kifayət qədər nəzərə almamış və ona təqsirli bilindiyi maddə əsasında ədalətli cəza təyin etməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr Məhkum cəza təyin edərkən cəza təyinin ümumi prinsiplərini pozmuş və iş üzrə bir sıra xüsusatları nəzərə almayaraq məhkuma ağır cəza təyin etmişdir. İş materiallarından görünür Apellyasiya məhkəməsi təqsirləndirilən Məhkum cəza təyin edərkən, təqsirləndirilən şəxsin cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə b iləcək zərərin azaldılmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi qəbul etmiş, lakin cəza təyini zamanı tam nəzərə almamışdır. Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən məhkəmənin qəbul etdiyi müstəsna hallar törədilmiş cinayətin məqsəd və motivləri, cinayətin törədilməsində təqsirkarın rolu, təqsirkarın cinayət törədərkən və cinayət törətdikdən sonra davranışı ilə bağlı olmalıdır. Bununla yanaşı, qanunverici CM-nin 62-ci maddəsinin tətbiqinə əsas ola biləcək məsuliyyəti yüngülləşdirən halların dairəsini konkretləşdirmir, yəni belə hallar həm qanunda birbaşa göstərilən, həm də göstərilməyən, lakin obyektiv məzmununa görə belə hal kimi qiymətləndirilən hallar ola bilər. Azərbaycan Respublikas ı Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növ lərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqəda r məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Resp ublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alın ır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respu blikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 8-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayr ı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə həmin hökm və ya qərar kassasiya qaydasında ləğv edilə və ya dəyişdirilə bilər. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhk əməsinin Cinayət Kollegiyasının 26 noyabr 2020-cu il tarixli hökmü cəza təyini hissəsində dəyişdirilsin. Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsinə əsasən ona əsas cəza kimi təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası 2 (iki) ilə endirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum həbsdə saxlanıldığı 8 (səkkiz) ay müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 1 (bir) il 4 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 noyabr 2020-cu il tarixli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-682/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-682/2021
02.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver