Məhkəmə qərarları › İş №1(102)-683/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-683/2019

12.06.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-683/2019 12.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Rüstəmova - Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X2 Bəraət almış şəxs Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1974-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, hal hazırda həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.3.2-ci madd əsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 iyul 2018-ci il tarixli hökmü ilə (hakimlər: S.İ.Əliyev (sədrlik edən), E.H.İsmayılov və C.İ.Hüseynov) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə bəraət verilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 24 yanvar 2019cu il tarixli qərarı ilə (sədrlik edən hakim S.A.Mirzəyev, hakimlər: F.A.Qasımov və E.Y.Şamayev) apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 iyul 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham olunmuşdur ondan ötrü ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə ünvan 2 ünvanında yerləşən özünə məxsus qeydiyyat sənədi olmayan fərdi yaşayış evini Zərərçəkmiş şəxs göstərib, 80.000 manat müqabilində ona satacağına dair yalan vəd verib aldadaraq, 19.02.2013-cii il tarixdə həmin ünvanda Zərərçəkmiş şəxs 80.000 manat pul alıb ələ keçirməklə, vədinə əməl etməyib, həmin evi X1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçi rib zərərçəkmiş şəxs R8 80.000 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs işlədiyi kərpic zavodunda iş qurub qazanc əldə edərək qısa müddətdə qaytaracağına dair yalan vəd verib aldatmaqla, ondan 11 mart 2013-cü il tarixdə ünvan 3 ünvanda yerləşən özünə məxsus qeydiyyat sənədi olmayan fərdi yaşayış evində 31.000 manat pul alıb, sonradan həmin pulun 17.476 manat olan hissəsini Zərərçəkmiş şəxs qaytarmaqla, qalan 12.524 manat pulunu ələ keçirməklə, vədinə əməl etməyib, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib, Zərərçəkmiş şəxs 12.524 manat məbləğində külli miqdarda ziyan vurmaqla dəl əduzluq etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması xahiş olunur. Protest müəllifi qeyd edir ki, məhkəmələr tərəfindən təqsirləndirilən şəxsin cinayət əməlini sübut edən, işin faktiki halları ilə sıx bağlı olan və biri digərini tamamlayan ibtidai istintaq və məhkəmə istintaqında araşdırılan sübut növlərinə əhəmiyyət verilməmiş, yalnız təqsirləndirilən şəxsin ehtimallar üzərində qurulmuş və bir-birinə zidd olan ifadəsinə əsaslanaraq ona əməldə cinayət tərkibi olmaması əsası ilə bəraət verilmişdir. Dövlət ittihamçısı hesab edir ki, məhkəmənin hökmündə Təqsirləndirilən şəxs pulu Zərərçəkmi ş şəxs iş görmək məqsədi ilə faizə aldığı qənaətinə gəlməsi heç bir sübuta, məhkəmədə araşdırılmış cinayət işinin hallarına əsaslanmadığına və sübuta yetirilmədiyinə görə əsassızdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin, kassasiya protestinin təmin edilməməsi barədə bəraət almış şəxs Təqsirləndirilən şəxs çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya prot estinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Protest müəllifi qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində ittiham edildiyi dələduzluq cinayətinin törədilməsində təqsiri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq məhkəmələr həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində bəraət hökmü çıxarmışlar. Məhkəmə kollegiyası kassasiya protestində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr haqlı olaraq Təqsirləndirilən şəxs bəraət vermiş, habelə bu vaxt cinayət və cinayət-prosessual qanunvericiliyinin normaları düzgün tətbiq edilmiş, tam əsaslı olaraq iş üzrə aradan qaldırılması mümkün olmayan sübutlar Təqsirləndirilən şəxs xeyrinə həll olunmuşdur. Məhkəmə kollegiyası cinayət işi materiallarına istinad edərək qeyd edir ki, zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Baş Prokurorluğuna ərizə ilə müraciətində ünvan 4 ünvanında yerləşən 2 mərtəbəli evi X3 ona satmaq istədiyini və evi S6 80.000 min manata almağa razılığa gəldiklərini və həmin pulun ondan alınmasına baxmayaraq S6 tərəfindən aldadıldığını bildirsə də, istintaqda isə evi Təqsirləndirilən şəxs aldığını və Dürdanə tərəfindən aldadıldığını bildirmişdir. Birinci instansiya məhkəməsi apa rılmış məhkəmə istintaqının nəticələrinə əsasən sübutları qiymətləndirərkən hesab etmişdir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın və həyata keçirilmiş ibtidai araşdırmanın əsasını cinayət prosesini həyata keçirən istintaq orqanın subyektiv mülahizələri təşkil etmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldatması və ya etibarındandan sui-istifadə etməsi halları iş materiallarından müəyyən edilməmişdir. Ona görə də birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlində ittiham olunduğu, CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibi olmaması, onunla zərərçəkmiş şəxs kimi tanınmış Zərərçəkmiş şəxs arasında yaranmış mübahisələrin mülki xarakter daşıdığı nəticəsinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin qərar ı ilə razılaşmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi hər iki epizod üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs olmuş və məhkəmədə onun dindirilməsi ölkə hüdudlarını tərk etdiyindən mümkün olmamış, ittihamın sübutunun əsas mənbəyi məhkəmə iclasında tədqiq olunmamışdır. Həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiya məhkəməsində də işin baxışı zamanı zərərçəkmiş şəxsin tapılaraq dindirilməsi mümkün olmamış və məhkəməyə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətindən daxil olmuş cavabda Zərərçəkmiş şəxs 07.06.2017-ci il tarixdə ölkə hüdudlarını tərk etdiyi qeyd olunmuşdur. Ədalət mühakiməsinin əsas prinsiplərindən olan tərəflərin məhkəmə iclasında iştirakı və təqsirləndirilən şəxsin onu ittiham edən şəxsləri dindirmə hüququ nun zərərçəkmişin məhkəməyə gəlməməsi səbəbindən təmin olunması mümkün olmamış, bu əsasda ittihamın istinad etdiyi mötəbər sübutun yoxlanılması mümkün olmamışdır. Məhz yuxarıda qeyd edilənlərə əsasən məhkəmələr tam əsaslı olaraq hesab etmişlər ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.1ci maddəsinə əsasən cinayət hadisəsi olmaması əsası ilə bəraət verilməlidir. Avropa Məhkəməsi qeyd edir ki, istənilən şübhə vicdanlı şübhə olmalıdır. X4rşı məhkəmə işi üzrə qərarında məhkəmə qeyd etdi ki, şübhənin həqiqi və vicdanlı olması onun əsaslığının zəruri elementlərindən birini təşkil edir. Lakin şübhə yalnız o halda əsaslı sayıla bilər ki, şübhəli şəxsin güman edilən cinayətlə əlaqəsi olduğunu obyektiv olaraq göstərən faktlara və ya informasiyaya əsaslans ın. Buna görə də, sözügedən şəxsin törətdiyi hərəkətlərin onun hüquq pozuntusunda iştirakını birbaşa təsdiq etdiyini göstərən, yaxud sənədlərlə və ya məhkəmə-tibb ekspertizasının nəticələri ilə təsdiq edilən sübutlar olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqs irləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq olsun, yəni qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidir lər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsində qeyd edilir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökm ü əməldə cinayət tərkibi olmadıqda çıxarılır. Azərbaycan Respublikası CPM-in 399.3-cü maddəsində qeyd edilir ki, işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.0.1-416.0.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir və qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktla rı araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və haqlı olaraq əməlində cinayət tərkibi olmaması əsası ilə Təqsirləndirilən şəxs bəraət verilmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq həmin protestin təmin edilməsi üçün əsaslar tapmır və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli qərarı əsaslı olduğundan, kassasiya protestində onun ləğvi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan protestin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Məhkəmə kollegiyası qeyd olu nanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin. Bəraət almış şəxs Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar