Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-683/2020 28.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Nəsirov İnqilab Maşallah oğlu və X1 ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X2, Məhkum, müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2, zərərçəkmiş hüquqi şəxs “xxxxxxx” MMC-nin nümayəndələri X4, X5 və Zərərçəkmiş şəxs2 iştirakları ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasi ya Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli qərarından məhkumun müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə (hakimlər: M.A.Xankişiyev (sədrlik edən), İ.A.Mahmudov və S.S.Hüseynov) xx xxxxxxx 1965-ci ildə Kəlbəcər rayonu Oruclu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkumolunmamış, Kəlbəcər rayonu 19 saylı tam orta məktəbdə psixoloq işləmiş, Kəlbəcər rayonu Ağcakənd kəndində qeydiyyatda olan və halhazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək, CM-in 62.1-ci maddəsi tətbiq olunmaqla 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum xx xxxx 2017ci ildən xx xxxx 2017-ci ilədək tutulduğu 2 gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla,üzərində qəti olaraq 03 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış,cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin xx xxxxxx 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum və onun müdafiəçisi,habelə zərərçəkmiş şəxs “xxxxxxx” MMC-nin nümayəndəsi tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər: Q.X.Babayev (sədrlik edən), F.A.Qasımov və K.H.Əkbərov) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü dəyişd irilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsi tərəfindən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə ünvan 1 ünvanda yerləşən, lombard fəaliyyətiilə məşğul olan hüquqi şəxs "xxxxxxx” MMC-nin qanuni təmsilçisi Zərərçəkmiş şəxs1 etibarnı qazanaraq sonuncuya məxsus olan qızıl-zinət əşyalarının "xxxxxxx” MMC-yə girov qoyması müqabilində hissə-hissə, yəni 28 avqust 20l3-cü ildə 10.000 manat, xx xxxxxx 2014-cü ildə 20.000 manat, xx xxxxxx 2014-cü ildə 15.000 manat, xx xxxxxx 2014-cü ildə 48.000 manat, xx xxx 2014-cü ildə 15.000 manat, xx xxxx 2014-cü ildə 25.000 manat, xx xxxx 2014-cü ildə 20.000 manat pulun hər ay 5 faiz və əsas məbləği ödəmək şərti ilə götürmüş, götürülm üş vəsaitin faiz və əsas məbləğinin bir qismini ödədikdən sonra ümumilikdə 103.000 manat pulun hər ay 5 faiz və əsas məbləğini ödəyəcəyinə yalan vəd verərək götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadan pulu əvəzsiz və qanunsuz özünün xeyirinə keçirərək zərərçəkmiş şəxs "xxxxxxx” MMC-yə məxsus 103.000 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib dövlət mülkiyyətində olmaqla Abşeron rayonu İcra Hakimiyyətinin istifadəsində olan, lakin Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, keçmiş 3 nömrəli X9 ərazisində 433764.7270, 433763.9990, 433705.1010, 433691.3850, 433751.2010, 4477200.8510, 4477201. 1810, 4477214.7000, 4477155.7500, 4477142.1810 koordinatları üzrə yerləşən 0,36 ha torpaq sahəsini ona satmaq və həmin torpaq sahəsinə zəruri sənədləri düzəldəcəyinə dair yalan vəd verib aldadaraq ondan 2016-cıilin dekabr ayında Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna yaşayış sahəsində göstərilən torpaq sahəsində 16.200 manat, həmin vaxtı tikintiyə icazə almaq adı ilə yalan vəd verib aldadaraq ondan 350 manat, ümumilikdə 16.550 manat pulu vahid niyyətlə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs3 16.550 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib dövlət mülkiyyətində olmaqla Abşeron rayonu İcra Hak imiyyətinin istifadəsində olan, lakin, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, keçmiş 3 nömrəli X9 ərazisində 433781.1950; 433722.1500; 433705.1010; 433763.9990; 4477275.0790; 477288.9300; 4477214.7000; 4477201.1810 koordinatları üzrə yerləşən 0,45 ha torpaq sahəsini ona satmaq, həmin torpaq sahəsinə zəruri sənədləri düzəldəcəyinə və tikintiyə icazə almaq adı ilə yalan vəd verib aldadaraq ondan xx xxx 2017-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna yaşayış sahəsində olan Kəlbəcər rayon 19 saylı tam orta məktəbin yanında 5.000 manat, İx xxx 2017-ci il tarixdə Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna yaşayış sahəsi, 150 B/12 saylı evin qarşısında 16.000 manat, 2018-ci ilin mart ayının axırları Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna yaşayış sahəsi, 150 B/12 saylı evin qarş ısında 8.140 manatı, vahid niyyətlə ümumilikdə 29.140 manat pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 29.140 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir Kassasiya şikayətlərinin dəlilləri: Məhkumun müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və Məhkum CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifləri qeyd edirlər ki,apellyasiya instansiyası məhkəməsi CPM-nin 143- 146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etməmiş, cinayət tərkibinin əlamətləri olmadan və cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxarmışdır. Belə ki, Məhkum ittihamının 1-ci epizodu “xxxxxxx” MMC-nin qanuni təmsilçisi Zərərçəkmiş şəxs1 etibarını qazanaraq hər ay 5 faiz və əsas məbləği ödəmək şərti ilə götürülmüş vəsaitin bir hissəsi qaytarılmamışdır. Məhkum verilən ittihama əsasən guya ona müxtəlif tarixlərdə hissə-hissə pul verilib və girov qoymadığı üçün girov biletləri tərtib edilib. Müstəntiqin sübutların qiymətləndirilməsinə dair qərarında Məhkum “xxxxxxx” MMC-dən götürdüyü ssudaların girov biletləri ittihamın əsası kimi götürülmüşdür. Lakin iş materiallarında ittihama uyğun tarixlərə aid girov biletləri yoxdur. İş materiallarına girov biletlərinin surətləri əlavə edilmişdir ki, bunlar da sübut kimi qəbul edilə bilməz. Müdafiəçilərin fikrincə, girov biletlərində Məhkum imzası olmadığı üçün həmin sənədlərin əslinin də heç bir sübut əhəmiyyəti yoxdur. Müdafiə tərəfi hesab edir ki, girov biletlərinin təqdim edilən kserosurətlərinin rekvizitləri arasında olan ziddiyyətlər də həmin sənədlərin saxta olması və zərərçəkmiş şəxs tərəfindən sonradan tərtib olunmasının sübutudur. İşdə olan ziddiyyətli məqamlardan biri də ondan ibarətdir ki, Məhkum barəsində həbs qətimkan tədbiri seçilməsi, həbs müddətinin uzadılmasına dair təqdimatlarda sübut kimi istinad edilən 4 ədəd girov biletləri, sonradan Məhkum verilən ittihamda sadalanan girov biletləri ilə eyni olmamasıdır. Halbuki, məhkəmə-mühasibat ekspertinin rəyində və audit rəyində təqdimatlarda olan girov biletlərinə əsasən Məhkum borcu müəyyən edilmişdir. Müdafiəçilər həmçinin hesab edirlər ki, Məhkum “xxxxxxx” MMC-dən götürdüyü ssudaların ü mumi məbləği 153 min manat, qaytardığı pulun məbləği 156 min manatdır. Bunu zərərçəkən də etiraf edir. Belə olan halda, dələduzluq cinayətindən söhbət gedə bilməz. Belə ki, Məhkum götürdüyü pulu qaytarmaq niyyəti olmuş və artıqlaması ilə qaytarmışdır. Müdafiə tərəfi hesab edir ki, Məhkum Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 qarşı dələduzluq etməsinə dair verilən ittihamlar da əsassızdır. Belə ki, hər iki şəxs məhkəmədə və məhkəməyə təqdim etdikləri notarial qaydada təsdiq olunmuş ərizələrində Məhkum hər hansı bir tələb və şikayətlərinin olmadığını, hüquq mühafizə orqanlarına ondan şikayət etmədiklərini bildirmişlər. İş materiallarında hər iki şəxsin Məhkumla bağlı hansısa dövlət orqanına müraciət ərizəsi və onlara qarşı dələduzluq əməlinin törədilməsi və ziyan vurulması ilə bağlı ərizəsi və yaxud müraciəti yoxdur. Müdafiəçilər kassasiya şikayətində bir daha vurğulamışdır ki, cinayət işinin materiallarından da tam sübut olunur ki, Məhkum əməlində hər hansı bir cinayət tərkibi yoxdur. Ona qarşı irəli sürülmüş ittiham ancaq nəzəri formada irəli sürülmüşdür. Ona qarşı irəli sürülmüş ittihamda təqsirli olmasını, cinayət əməlini hansı formada törətməyini təsdiq edən və ya əlaqələndirən sübut yoxdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun və müdafiəçilərinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının, zərərçəkmiş şəxsin və zərərçəkmiş hüquqi şəxsin nümayəndələrinin çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya insta nsiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tə rəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessual normalarının tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi mübahisələndirilir və iş ü zrə icraata bəraətverici əsaslarla xitam verilməsi xahiş olunur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə təhlil edərək qanunvericilikdə təsbit olunmuş normalara, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında verilən şərhlərə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarlarında verilən tövsiyələrə istinad etməklə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit edilir ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. CPM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasın ın cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamağını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamağını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinin hüquqi prosedurlarını müəyyən edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi də bu maddədə təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ona yönəlmişdir ki, qan unla cinayət hesab olunan əməli törətmiş hər bir şəxsi ifşa etmək və cinayət məsuliyyətinə cəlb etmək mümkün olsun, cinayət törətməkdə təqsiri olmayan heç kəsi cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına almaq, ittiham və ya məhkum etmək mümkün olmasın, heç kəs qanunsuz və ya zərurət olmadan prosessual məcburiyyət tədbirlərinə, insan və vətəndaş hüquq və azadlıqlarının digər məhdudiyyətlərinə məruz qalmasın. CPM-nin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən, həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından, cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq, cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək, cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. CPM-nin 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. CPM-nin 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Cinayət-Prosessual Məcəllənin 145-ci maddəsində təsbit olunmuşdur ki, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Cinayət-Prosessual Qanunun 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış s übutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmənin hökmünə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsi hökmün qanuni və əsaslı olmasını tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü aşağıdakı hallarda əsaslı hesab edilir: _ məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda (maddə 349.5.1); _ bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (maddə 349.5.2); _ məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (maddə 349.5.3). Cinayət-prosessual qanunun 353.2.2-ci maddəsinə əsasən məhkəmən in ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və onun tərəfindən digər sübutların rədd edilməsinin motivləri göstərilməlidir. Təsvir olunan normaların işığında kassasiya şikayətinin dəlillərini baxılan işin materialları, o cümlədən iş üzrə qəbul edilmiş yekun qərarlarla müqayisə etməklə yoxladıqda aşağıdakılar müəyyən olunur. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmündən göründüyü kimi məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində məhkəmədə tədqiq olunmuş sübutları təsvir etdikdən sonra onların məcmusunun Məhkum ittiham aktında göstərilən əməllərdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilmək üçün əsas verməsi, eləcə də onun əməllərində həmin maddənin nəzərdə tu tduğu cinayətin tərkibinin olması haqqında nəticəyə gəlmiş, bu nəticə ilə apellyasiya məhkəməsi də razılaşmışdır. Halbuki, Məhkum, şahidlərdən alınmış ifadələri, sənədləri, məhkəmə ekspertizalarının rəylərini, digər sübutları işin müəyyən edilmiş sayılan halları və Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin dispozisiyası, dələduzluq cinayətinin tərkibinin əlamətləri ilə müqayisə etdikdə, həmin sübutların işin müəyyən edilmiş sayılan, sözügedən cinayət tərkibinin əlamətləri ilə şərtləndirilən hallarla uzlaşmadığı aydın olur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin dispozisiyasına görə dələduzluq şəxsin etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməsi və ya əmlak hüquqlarını ə ldə etməsidir. Bu müddəaya görə aldatmadan, etibardan istifadə edən şəxsin qəsdi birbaşa və məhz həmin üsulların köməkliyi ilə əmlakın ələ keçirilməsinə, əmlak hüquqlarının əldə edilməsinə yönəlməlidir. Odur ki, dələduzluq cinayətinin subyektiv cəhəti aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçirən şəxsin əmlakı ələ keçirmək niyyətinin həmin əmlakın ona verilməsinədək mövcud olmasını və buna müvafiq olaraq məqsədinin digər talama cinayətlərində olduğu kimi əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə (mülkiyyətçini, sahiblik edəni əmlakdan məhrum etməyə) yönəlməsini ehtiva edir. Dələduzluq cinayət qanununda maddi tərkibli cinayət olaraq təsbit edildiyindən, əməl özgə əmlakının aldatma yolu ilə ələ keçirilməsinə yönəldikdə, əmlakın faktiki olaraq ələ keçirilməsi (təqsirkar ın həmin əmlak üzərində real olaraq sərəncam vermək imkanı əldə etməsi) anından bitmiş olur. Odur ki, əmlakı sahibliyinə keçirərkən (məsələn, müəyyən razılaşmaya, müqaviləyə əsasən) şəxsdə bu cür (aldatma, etibardan sui-istifadə etməklə özgə əmlakını əvəzsiz olaraq ələ keçirmə) niyyətinin olmaması, sonrakı dövrdə əmlak, əmlakın əvəzi hər hansı bir səbəbdən mülkiyyətçiyə (sahiblik edənə) qaytarılmadıqda şəxsin belə hərəkət etməsi CM-in 178-ci maddəsinin dispozisiyası nöqteyi-nəzərindən cinayət-hüquqi məna kəsb etməyərək əvvəlki razılaşmanın (müqavilə üzrə öhdəliyin) lazımınca icra olunmaması, yəni mülki-hüquqi xarakterli pozuntu kimi çıxış edir və göstərilən hal şəxsi mülki-hüquq münasibətlərinin sübyektindən dələduza çevirmir. Birinci instansiya məhkəməsinin hökmündə təsvir edilmiş Məhkum ifadələrinə görə “xxxxxxx” MMC-dən götürdüyü pulu qaytarmamaq niyyəti olmamış, həmin pulu tam şəkildə faizi ilə birlikdə ödəmişdir. Məhkəmənin tədqiq etdiyi şahid ifadələri və başqa materiallar da Məhkum “xxxxxxx” MMC-dən götürüdüyü pulun öhdəliklərindən boyun qaçırmaq (borcu ödəməmək) niyyətində olması haqqında məlumatları əks etdirmirlər. Məhkum “xxxxxxx” MMC-nin qanuni təmsilçisi Zərərçəkmiş şəxs1 etibarını qazanaraq, hissə-hissə olmaqla ümumilikdə 159.000 manat pulun hər ay 5 faiz və əsas məbləği ödəmək şərti ilə götürüb, götürülmüş vəsaitin faiz və əsas məbləğinin bir qismini ödədikdən sonra “xxxxxxx” MMC-yə məxsus 103.000 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etməsində təqsirli bilindiyi epizod üzrə ittihamın əsasını və borcun 103.000 manat olmasını təsdiq edən sü but kimi girov biletləri, xx xxxx 2017-ci il tarixli müstəqil auditor rəyi və xx xxxxxxx 2018-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyi göstərilmişdir. Lakin bu materiallar məhkəmə tərəfindən cinayətin subyektiv cəhətinin araşdırılması aspektindən (Məhkum həqiqi niyyətinin nədən ibarət olmasının, məqsədinin nəyə yönəldiyinin müəyyən edilməsi baxımından) qiymətləndirilməmiş, həmçinin həmin sübutlara dair ziddiyyətlər məhkəmələr tərəfindən tədqiq edilməmişdir. Belə ki, verilən ittihama əsasən xx.xx.2013 – xx.xx.2014 tarixləri arasında Məhkum “xxxxxxx” MMC-dən hissə-hissə pul götürüb, girov qoymadığı üçün girov biletinin tərtib edilib lakin imza etdirilmədiyi qeyd olunmuşdur. İş materiallarında girov biletləri ilə qeyd olunan tarixlər arasında olan ziddiyyətlər məhkəmələr tərəfi ndən nəzərə alınmamışdır. Həmçinin girov biletlərinin iş materiallarında əslinin olmaması, həmin girov biletlərini Məhkum imzalamaması həmin sənədlərin həqiqiliyinə və mötəbərliyinə şübhə yaradır ki, bu hallara məhkəmələr tərəfindən qiymət verilməmişdir. Bundan başqa, ittihamda sübut kimi qeyd edilən müstəqil auditor rəyi ittihamda göstərilən dövrlərdə deyil, fərqli dövrlərdə aparılması, həmçinin pulun götürülməsi və Məhkum borclu olmasına dair auditor rəyində qeyd olunan tarixlə, ittihamda göstərilmiş tarixin fərqli olması qeyd olunan auditor rəyi ilə ittiham arasında ziddiyyətlər təşkil edir və məhkəmə kollegiyası hesab edir ki, həmin ziddiyyətlərin məhkəmələr tərəfindən aradan qaldırılmalı olduğu halda buna diqqət yetirilməmişdir. Həmçinin, xx xxxxxxx 2018-ci il tarixli məhkəmə-mühasiba tlıq ekspertizasının rəyi həm ittiham həm də audit rəyindən fərqli dövrləri əhatə edir ki, bu da ekspertiza rəyi ilə ittiham arasında ziddiyyətlərin olmasını göstərir. Məhkum təqsirli bilindiyi digər epizod isə Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 qarşı xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi barədədir. Məhkəmə kollegiyası hesab edir ki, həmin epizod üzrə sübutlar arasında ziddiyyətlər olduğundan həmin sübutlar yenidən araşdırılmalı və düzgün hüquqi qiymət verilməlidir. Belə ki, iş materiallarında olan notarial qaydada təsdiq edilmiş ərizələrdən və məhkəmə iclas protokollarından görünür ki, qeyd olunan şəxslərin Məhkum qarşı hər hansı tələb və şikayətləri yoxdur, onlar tərəfindən hansısa mühafizə orqanına müraciət olunmayıb, onlara Məhkum tərəfindən heç bir ziyan dəyməyib. Belə o lan halda qeyd olunan epizod üzrə sübutlar yenidən araşdırılmalı, Prosessual qanunvericiliyə uyğun tədqiq edilməlidir. Belə olan halda, Prosessual qanunvericiliyə əsasən həmin sübutların məhkəmədə tədqiqi zəruridir. Lakin məhkəmə bu ziddiyyətləri aradan qaldırmayaraq CPM-nin 144-145ci maddələrinin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinin tələblərinə riayət etməyərək iş üzrə toplanmış sübutları hərtərəfli araşdırmamış, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə obyektiv qiymətlən dirməmiş və Məhkum dələduzluq etməsinə dair toplanmış sübutlar ziddiyyət təşkil etsə də, həmin sübutlar əsas götürülmüşdür. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq olsun, yəni qanuni yolla əldə olunmuş olsun. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” xx xxxxxx 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” xx xxxxxxxx 2001-ci il, “X7rşı” xx xxxxxx 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” xx xxxxxx 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisə ləndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Təsvir olunanlardan müəyyən olunur ki, birinci və apellyasiya instansiyası məhkəmələri Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə yekun nəticəyə gələrkən sübutların tədqiqinə və qiymətləndirilməsinə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144, 145 və 146-cı maddələrinin tələblərinə əməl etməmiş, yəni məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini tələb edən cinayət-prosessual q anunun 416.0.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol vermişlər. Sübutetmə qaydalarının pozuntuları ilə əldə olunmuş Məhkum əməlində dələduzluq cinayətinin tərkibinin olması və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinməsi barədə nəticə isə mötəbər sayıla bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cinayət işində olan ziddiyyətli məqamlara aydınlıq gətirilməsi, təqsirləndirilən şəxs Məhkum əməllərinə düzgün hüquqi qiymət verilməsi üçün Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilməli və iş baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçü n mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Məhkum barəsində olan xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilsin, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-683/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-683/2020
28.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver