Məhkəmə qərarları › İş №1(102)-683/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-683/2023

11.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-683/2023 11.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Abdulov Rəşad Məhərrəm oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə, Məhk um və onun müdafiəçisi Məmişov Anar Mövsüm oğlunun iştirakları ilə, Şəki Ağır Cinayətlər Məhkəməsinin 03 mart 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 29, 120.1 və 126.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 oktyabr 2022-ci il tarixli hökmündən məhkumun müdafiəçisi A.M.Məmişov tərəfindən verilmiş kassasiya şikayətinə və dövlət ittihamçısı Abdullayev Abdulla Münasib oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 03 mart 2022-ci il tarixli hökmü ilə (hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən və məruzəçi), Mirzəyev Nahid Namiq oğlu və Məmmədov Bilal Mahi r oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxx 1993-cü il tarixdə Qəbələ rayonunun Zirik kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsili, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Qəbələ rayonunun Zirik kəndində qeydiyyatda olmaqla yaşamış, CM-nin 29, 120.1 və 126.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli biliərək, CM-nin 29, 120.1-ci maddəsi ilə 9 (doqquz) il 6 (altı) ay müddətə, CM-nin 126.1-ci maddəsi ilə 4 (dörd) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə 11 (on bir) il müddətə, CM-nin 69.3-cü maddəsinin tələblərinə uyğun olaraq onun 05 yanvar 2021-ci il tarixdən 06 yanvar 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu bir gün müddət onun cəzasına hesablanaraq həmin cəzadan çıxılmaqla qəti olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 (on) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum CM-nin 29, 120.1 və 126.1-ci maddələri ilə təqsirli bilinmişdir ona görə ki, Məhkum Zərərçəkmiş şəxs1 qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmiş və Zərərçəkmiş şəxs2 insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vuran bədən xəsarətləri yetirmişdir. Belə ki, o, Qəbələ rayon Mıxlıqovaq kənd sakini Zərərçəkmiş şəxs1 və Qəbələ şəhər sakini Zərərçəkmiş şəxs2lə "WhatsApp” sosial şəbəkəsində aparılmış qeyri-etik yazışmalar və bir-birlərinin ünvanlarına sərf etdikləri nalayiq ifadələrə görə araların da şəxsi münasibətlər zəminində yaranmış mübahisəyə görə qisas alıb Zərərçəkmiş şəxs1 qəsdən öldürmək qərarına gəlmiş, sonuncu ilə bu mübahisəni görüşərək aydınlaşdırmaq barədə razılığa gəldikdən sonra istifadəsində olan mobil nömrədən Zərərçəkmiş şəxs1 istifadəsində olan mobil nömrəyə "gələndə görəcəksən, səni deşik-deşik eliyif soxajam görərsən” məzmunlu səsli mesaj atmış, xx.xx.2021-ci il tarixdə, saat İ9 radələrində cinayətkar niyyətini həyata keçirmək məqsədilə qabaqcadan razılaşdıqları yer olan Qəbələ şəhəri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsinin yaxınlığında görüşərək mübahisələrini davam etdirib sərxoş halda əvvəlcədən özü ilə götürdüyü özünə məxsus olan soyuq silah hesab edilməyən açılıb-qatlanan bıçağın kəsici hissəsi ilə Zərərçəkmiş ş əxs1 qəsdən öldürmək məqsədilə ardıcıl 5 bıçaq zərbəsi endirərək sonuncunun həyat üçün təhlükəli orqanı hesab edilən, döş qəfəsinin sağ hissəsində ön qoltuqaltı xətti üzrə VI qabırğa arası, döş qəfəsinin sol tərəfində orta qoltuqaltı xətt üzrə VII qabırğa arası sahədə, qarının ön divarında orta xəttdən sol tərəfdə epiqastral nahiyədə, döş qəfəsinin arxa səthində sağ onurğa kənarı xətt üzrə XI döş fəqərəsi nahiyyəsində daxili qanaxma, mədənin, nazik bağırsağın, qara ciyərin, periton arxası nahiyəni zədələyən və hemotoraksla müşahidə olunan boşluqlara nüfuz edən deşilmiş-kəsilmiş yaraları, sağ əlin ovuc səthindən eyni proyeksiyada əlin üst səthində II-III daraq sümüyü nahiyəsindən xaric olan və medial sinirin zədələnməsi ilə müşayət olunan deşilmiş-kəsilmiş yaraları, boyunun sağ aşağı hissəs inin sıyrıqları kimi, ümumilikdə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, o cümlədən həmin vaxt Zərərçəkmiş şəxs1 ilə birlikdə aktiv şəkildə mübahisə edərək onunla əlbəyaxa olan sonuncunun qohumu Zərərçəkmiş şəxs2 dava-dalaş zəminində həmin bıçaqla qəsdən ardıcıl olaraq 3 dəfə zərbələr vuraraq ona həyat üçün təhlükəli orqanı hesab edilən, döş qəfəsinin arxa səthində kürək xətt üzrə V qabırğa, arxa qoltualtı xətt üzrə VII və eyni xətt üzrə VIII qabırğa arası sahədə daxili qanaxma, sol ağ ciyərin zədələnməsi və soltərəfli pnevmahemotoraksla müşayət olunan döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yaralar, sağ kürək nahiyəsinin, sol bazunun arxa yuxarı 1/3- nin sıyrıqları kimi, ümumilikdə sağlamlığa ağır zərər vurmasına aid olan xəsar ətlər yetirmiş, Zərərçəkmiş şəxs1 onun zərbələrindən yayınaraq özünü müdafiə etməklə bıçağın zərbələrinin öldürücü qüvvəsinin qarşısını alması, habelə hadisə yerində olan kənar şəxslərin fəal müdaxiləsi ilə Zərərçəkmiş şəxs1 ondan uzaqlaşdırması nəticəsində sonuncunun hadisə yerindən qaçıb yaxınlıqda olan avtomobilə əyləşərək qapını kilidləməklə ona qəsdini başa çatdırmasına imkan vermədiyindən, həmçinin vaxtında xəstəxanaya çatdırılaraq ixtisaslı tibbi yardım göstərildiyi üçün həyatı xilas edildiyindən, bilavasitə öz iradəsindən asılı olmayan səbəblərdən qəsdini başa çatdıra bilməyib, qəsdən adam öldürməyə cəhd etmiş və həmin vaxt orada olan Zərərçəkmiş şəxs2 insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vuran bədən xəsarətləri yetirmişdir. Hökmdən Məhkum müdafiəçisi Məm işov Anar Mövsüm oğlu, zərər çəkmiş şəxslərin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətlərinə və dövlət ittihamçısı Mirzəyev Tofiq Mais oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Eyvazov Akif Məhərləm oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə) 26 oktyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri və apellyasiya protesti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 oktyabr 2022-ci il tarixli hökmündən məhkumun müdafiəçisi A.M.Məmişov kassasiya şikayəti, dövlət ittihamçısı A.M.Abdullayev isə kassasiya protest verərək həmin qərarı n ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin və kassasiya protestinin dəlilləri: Əsasən iş üzrə toplanmış və məhkəmə iclaslarında aradırılmış sübutları şərh edərək işin faktiki hallarını mübahisələndirən, bir sıra maddi və prosessual hüquq normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarına istinad edən müdafiəçi A.M.Məmişov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi hüquqlarını müdafiə etdiyi şəxsin barəsindəki cinayət işinə baxarkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM- nin) 416-cı maddəsində nəzərdə tutulan nöqsanlara yol vermiş, sübutları CPM-nin 143-146-cı maddələrində göstərilən tələblərə uyğun tətqiq etməmiş, Məhkum əməli düzgün tövsif edilməmiş, nəticədə isə Məhkum əsassız və qanunsuz olaraq törətmədiyi cinayətə görə təqsirli bilinib ağır cəzaya məruz qalmışdır. Müdafiəçi öz kassasiya şikayətində bildirir ki, hadisə zamanı bıçaq Zərərçəkmiş şəxs2 əlində olmuş və o, Məhkum öldürmək məqsədi ilə bir neçə dəfə ona bıçaq atmışdır. Məhkum çəkilərək bıçağı onun əlindən almış və yerə yıxıldıqdan sonra özünü ona edilən hücumdan qorumaq məqsədilə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, habelə ona hücum edən başqa şəxslərə bıçaqla xəsarətlər yetirmişdir. Araşdırılmış sübutlarla təsdiq olunan işin bu halları hökmdə təhrif olunmuş, hadisənin baş vermə mexanizmi hər hansı bir sübuta əsaslanmayan, cinayət işinin materiallarında öz təsdiqini tapmayan uydurma şəkildə təsvir edilmişdir. Müdafiəçi daha nin fikrincə istintaq orqanı cinayət işi üzrə sənədləri saxtalaşdırmış, hökmdə və apellyasiya instansiyası məhkəməsinin qərarında isə Məhkum elan olunmuş ittihamı möhkəmləndirmək üçün zərər çəkmiş şəxslərin və şahidlərin hadisəyə dair ziddiyyətli ifadələrinə sübut kimi istinad edilmiş, halbuki qanunvericiliyin tələblərinə əsasən qanunsuz yolla əldə edilmiş sübutlar təqsirləndirilən şəxsin barəsində hökm çıxarılarkən sübut növü kimi qəbul edilə bilməz. Həmçinin müdafiəçi öz kassasiya şikayətində bildirir ki, işin halları, o cümlədən cəzanı yüngülləşdirən hallar, Məhkum şəxsiyyəti və ailə vəziyyəti, cəza təyin etmənin əsasları, şərtləri və prinsipləri təsb it edilmiş cinayət qanunvericiliyinin tələbləri kifayət qədər nəzərə alınmadan Məhkum həddindən artıq ağır cəza təyin edilmişdir. Kassasiya şikayətində daha geniş şərh olunmuş dəlillərə əsaslanaraq müdafiəçi A.M.Məmişov onun həmin şikayətinin təmin edilməsini xahiş edir. Cinayət cəzalarının təyin edilməsinə dair cinayət qanunvericiliyinin bir sıra normalarına, CPM-nin 139, 349, 416 və digər maddələrinə, Azərbaycan respublikası Konstitusiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumlarının bəzi qərarlarına, işin müəyən edilmiş faktiki hallarına, araşdırılmış sübutlara və iş üzrə qəbul edilmiş hökmə və apellyasiya instansiyası məhkəməsinin yekun qərarına istinad edərək Məhkum təyin edilmiş cəzanı yüngül hesab edən dövlət ittihamçısı A.M.Abdullayev kassasiya protestini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi Məhkum törətdiyi cinayətin xarakterini, ağırlıq və ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla, yuxarı həddə azadlıqdan məhrum etmə cəzası təyin etməli olsa da bunun əksinə və əsassız olaraq ona həm təqsirli bilindiyi maddələrlə, həm də cinayətlərin məcmusu üzrə aşağı hədlərdə azadlıqdan məhrum etmə cəzası təyin edərkən sosial ədalətin bərpası, məkumlarm islah edilməsi və cəzanın məqsədinə nail olunması istiqamətində ədalətli mövqe nümayiş etdirməmiş, apellyasiya instansiyası məhkəməsi də əsassız olaraq bu mövqe ilə razılaşmışdır. İş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlarla isə müəyyən edilmişdir ki, Məhkum onun təqsirli bilindiyi cinayətləri sərxoş vəziyyət törətmiş, ibtidai araşdırmanın ilkin mərhələsində özünü b u cinayətləri törətməkdə təqsirli bilərək etirafedici ifadələr versə də, sonradan işin faktiki hallarının başqa cür təsvir edərək törətdiyi əməllərə görə peşmançılıq çəkməsini bildirməmiş, zərər çəkmiş şəxslərlə isə barışıq əldə etməmişdir. Bu hallar isə onun törətdiy cinayətlərin ictimai təhlükəlilik dərəcəsini artıran hallara aid olmasına baxmayaraq, məhkəmələr onları nəzərə almamış və nəticə etibarilə məhkəmələrin qəbul etdikləri yekun məhkəmə aktları ilə sosial ədalət bərpa olunmamış, Məhkum təyin edilmiş cəza onun islah edilməsi, həm onun, həm də başqa şəxslər tərəfindən gələcəkdə yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədinə xidmət etməmişdir. Qeyd olunanlara əsasən dövlət ittihamçısı A.M.Abdullayev kassasiya protestinin təmin edilməsini və apellyasiya instansiyası məhkə məsinin qərarın ləğv edilərək işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə və kassasiya protestinə baxılmasının yeri və vaxtı barədə qanuna müvaq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və sonuncunun qanuni nümayəndəsi Qanuni nümayəndə naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası bununla əlaqədar proses iştirakçılarının rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə məhkum zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və sonuncunun qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kass asiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Müdafiəçi A.M.Məmişovun kassasiya şikayətinin məzmunundan göründüyü kimi, həmin şikayətin əsas dəlilləri ondan ibarətdir ki, apellyasiya instansiya məhkəməsi əhəmiyyətli sübutları araşdırmaqdan imtina edərək həmin sübutlara düzgün hüquqi qiymət verməmiş, bunun da nəticəsində Məhkum əməli CM-nin 29, 120.1 və 126.1-ci maddələri ilə düzgün tövsif edilməmiş və o, əsassız və qanunsuz olaraq həmin cinayətləri törətməkdə təqsirli bilinib məhkum edilmiş, habelə iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarının əsasını yolverilməz sübutlar təşkil etmiş və eyni zamanda Məhkum cəzanı yüngülləşdirən nəzərə alınmadan həddindən artıq sərt cəza təyin olunmuşdur. Bununla da, müdafiəçi apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğv olunması haqqında tələbini CPM-nin 416.1.1-416.1.3, 416.1.11, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Dövlət ittihamçısı A.M.Abdullayev isə Məhkum təyin edilən cəzanın həddindən artıq yüngül olunduğunu iddia edərək öz kassasiya tələbini CPM-nin 416.1.21-ci maddələrində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-nin 416.1.1-416.1.3, 416.1.11, 416.1.15 və 416.1.21- ci maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.1. məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2. məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda 416.1.15. məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə; 416.1.15. məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə; 416.1.21. məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə. Odur ki, məhkəmə kollegiyası müdafiəçi A.M.Məmişovnin kassasiya şikayətini və dövlət ittihamçısı A.M.Abdullayevin kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə Məhkum olunmasına dair cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlə rinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiya sı məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya in stansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası t ərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qə bul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin I hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş h üquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın və ümumilikdə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını, hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvaq q aydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7.1-ci maddəsinə görə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəl lənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə ci nayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-nin 144-cü mad dəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-nin 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı he sab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbə r tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, hə qiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Qanunvericiliyin bu tələblərinə həmçinin təqsirkar barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsi zamanı əməl olunmalıdır. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan eyni hüquqi mövqe “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli qərarında da əksini tapmışdır. Həmin qərarda qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı k imi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərin in şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi) “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarına görə, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlam ətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələr lə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinə əsaslanaraq məhkəmə kollegiyası Məhkum müdafiəçisinin kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və işin yenidən apellyasiya istansiyası məhkəməsinə göndərilməsi haqqında tələblərinin əsaslılığını yoxlayarkən işin faktiki hallarının kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə birinci və apelly asiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş faktiki halları rəhbər tutacaqdır. Birinci və apellyasiya instansiyası məhkəmələrinin iş üzrə müəyyən etdiyi faktiki hallar isə ondan ibarətdir ki Məhkum Qəbələ rayon Mıxlıqovaq kənd sakini Zərərçəkmiş şəxs1 və Qəbələ şəhər sakini Zərərçəkmiş şəxs2lə "WhatsApp” sosial şəbəkəsində aparılmış qeyri-etik yazışmalar və bir-birlərinin ünvanlarına sərf etdikləri nalayiq ifadələrə görə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisəyə görə qisas alıb Zərərçəkmiş şəxs1 qəsdən öldürmək qərarına gəlmiş, sonuncu ilə bu mübahisəni görüşərək aydınlaşdırmaq barədə razılığa gəldikdən sonra istifadəsində olan mobil nömrədən Zərərçəkmiş şəxs1 istifadəsində olan mobil nömrəyə "gələndə görəcəksən, səni deşik-deşik eliyif soxajam görərsən” məzmu nlu səsli mesaj atmış, 04 yanvar 2021-ci il tarixdə, saat 19 radələrində cinayətkar niyyətini həyata keçirmək məqsədilə qabaqcadan razılaşdıqları yer olan Qəbələ şəhəri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsinin yaxınlığında görüşərək mübahisələrini davam etdirib sərxoş halda əvvəlcədən özü ilə götürdüyü özünə məxsus olan soyuq silah hesab edilməyən açılıbqatlanan bıçağın kəsici hissəsi ilə Zərərçəkmiş şəxs1 qəsdən öldürmək məqsədilə ardıcıl 5 bıçaq zərbəsi endirərək sonuncunun həyat üçün təhlükəli orqanı hesab edilən, döş qəfəsinin sağ hissəsində ön qoltuqaltı xətti üzrə VI qabırğa arası, döş qəfəsinin sol tərəfində orta qoltuqaltı xətt üzrə VII qabırğa arası sahədə, qarının ön divarında orta xəttdən sol tərəfdə epiqastral nahiyədə, döş qəfəsinin ar xa səthində sağ onurğa kənarı xətt üzrə XI döş fəqərəsi nahiyyəsində daxili qanaxma, mədənin, nazik bağırsağın, qara ciyərin, periton arxası nahiyəni zədələyən və hemotoraksla müşahidə olunan boşluqlara nüfuz edən deşilmiş-kəsilmiş yaraları, sağ əlin ovuc səthindən eyni proyeksiyada əlin üst səthində II-III daraq sümüyü nahiyəsindən xaric olan və medial sinirin zədələnməsi ilə müşayət olunan deşilmiş-kəsilmiş yaraları, boyunun sağ aşağı hissəsinin sıyrıqları kimi, ümumilikdə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, o cümlədən həmin vaxt Zərərçəkmiş şəxs1 ilə birlikdə aktiv şəkildə mübahisə edərək onunla əlbəyaxa olan sonuncunun qohumu Zərərçəkmiş şəxs2 davadalaş zəminində həmin bıçaqla qəsdən ardıcıl olaraq 3 dəfə zərbələr vuraraq ona həyat üçün təhlükəli orqanı hesab edilən, döş qəfəsinin arxa səthində kürək xətt üzrə V qabırğa, arxa qoltualtı xətt üzrə VII və eyni xətt üzrə VIII qabırğa arası sahədə daxili qanaxma, sol ağ ciyərin zədələnməsi və soltərəfli pnevmahemotoraksla müşayət olunan döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yaralar, sağ kürək nahiyəsinin, sol bazunun arxa yuxarı 1/3nin sıyrıqları kimi, ümumilikdə sağlamlığa ağır zərər vurmasına aid olan xəsarətlər yetirmiş, Zərərçəkmiş şəxs1 onun zərbələrindən yayınaraq özünü müdafiə etməklə bıçağın zərbələrinin öldürücü qüvvəsinin qarşısını alması, habelə hadisə yerində olan kənar şəxslərin fəal müdaxiləsi ilə Zərərçəkmiş şəxs1 ondan uzaqlaşdırması nəticəsində sonuncunun hadisə yerindən qaçıb yaxınlıqda olan avtomobilə əyləşərək qapını kilidləməklə ona qəsdin i başa çatdırmasına imkan vermədiyindən, həmçinin vaxtında xəstəxanaya çatdırılaraq ixtisaslı tibbi yardım göstərildiyi üçün həyatı xilas edildiyindən, bilavasitə öz iradəsindən asılı olmayan səbəblərdən qəsdini başa çatdıra bilməyib, qəsdən adam öldürməyə cəhd etmiş və həmin vaxt orada olan Zərərçəkmiş şəxs2 insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vuran bədən xəsarətləri yetirmişdir. İş materiallarının təhlili göstərir ki, kassasiya şikayətinin dəlillərinin əksinə olaraq, bu halları müəyyən edərkən, həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, məhkəmə iclaslıranda isə hərtərəfli və obyektiv araşdırılmış sübutlara əsaslanmış, bu sübutların təsviri yekun məhkəmə aktlarında onlara qanuna müvafiq qaydada qiymət verilməklə əks etdirilmiş və məhkəmələr yekun qərarlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə Məhkum, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, ekspertiza rəylərinin alınması, müxtəlif istintaq hərəkətlərinin aparılması, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl olunmuş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Halbuki, CPM-nin 125.2.1-125.2.10-cu maddələrinin tələblərinə görə, yalnız həmin maddədə göstərilən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməs i nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; -sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. Cinayət işinin materialları ilə həmin h allardan hər hansı birinin mövcud olması müəyyən edilmir. Məhkəmə kollegiyası iş materiallarına əsaslanaraq belə qənaətə gəlir ki, işə baxan məhkəmələr CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-nin 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ona hökmdə və apellyasiya instansiyası məhkəməsinin qərarında istinad olunan cinayət əməllərinin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Araşdırılmış sübutlar həm birinci instansiya məhkəməsinin hökmündə, hm də apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh edilsə də, məhkəmə kollegiyası onların bir hissəsinə hazırki qərarda da istinad etməyi zər uri bilir. İş materialları ilə müəyyən edilir ki, müdafiəçi A.Məmişov kassasiya şikayətində işin faktiki hallarını mübahisələndirərək həmin halları Məhkum cinayət təqibinin sonrakı mərhələsində verdiyi ifadələrə uyğun olaraq başqa cür təsvir etsə də sonuncu ibtidai araşdırma zamanı müdafiəçinin iştirakı ilə, heç bir təsir və ya təzyiq göstərilmədən hazırki qərarın “İşin halları” hissəsində təsvir edilən cinayət əməllərini törətməsini qismən etiraf etmiş və birinci instansiya məhkəməsi tərəfindən bu ifadələr tədqiq edilib digər sübutlarla birlikdə tam əsaslı olaraq ittiham hökmünün əsası kimi qəbul edilmişdir. Belə ki, Məhkum şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ifadələrində özünü Azəbaycan Respublikası CM-in 126.2.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, 04 yan var 2021-ci il tarixdə saat 15 radələrində yaşadığı evdə nahar vaxtı təxminən 150-200 qram spirtli içki olan araq qəbu edib televizora baxmağa başlamışdır. Saat 18 radələrində kiçik qardaşı Şahid1 həmkəndliləri Şahid3 və Nəbi ilə birlikdə evə gəlmiş və qardaşı Şahid1 ona yaxınlaşaraq Whatsapp sosial şəbəkəsində tanımadığı bir şəxsin ona "ay xanım salam” yazdığını, buna görə aralarında mübahisə yarandığını, həmin şəxsin ona "söhbət etmək istəyirsənsə Qəbələ şəhərinin mərkəzinə gəl söhbət edək” dediyini, bundan imtina etdiyi üçün də həmin şəxsin onu söydüyünü bildirmişdir. O, da Şahid1dan həmin 051 *** ** ** saylı mobil nömrəni alaraq öz mobil telefonundan Whatsapp sosial şəbəkəsində yazaraq qardaşına yazan şəxsin kim olması ilə maraqlanmış, həmin şəxs isə cavabında ona "sənin qardaşın mən imlə söhbət etməyə gəlməkdən qorxduğu üçün gəlmədi” dedikdə ona özünün gələ biləcəyini bildirmişdir. Nömrənin sahibi isə onunla görüşə gəlməyəni söydükdə o, sonuncudan hansı ünvana gəlmək lazım olduğunu soruşmuş, tanımadığı şəxs də ona Qəbələ şəhərində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yanına gəlməyini demişdir. Bundan sonra o, yaşadığı evdən xəlvəti olaraq açılıb-qatlanan qara rəngli bıçağı götürərək əynindəki şalvarın sağ yan cibinə qoymuş və qardaşı Rəvan, həmkəndliləri Şahid3 və Şahid2 ilə birlikdə atası Xa məxsus, özünün idarə etdiyi VAZ-2102 markalı dövlət nömrə nişanını bilmədiyi avtomaşınla ona deyilən yerə gəlmiş, lakin oraya çatanda heç kimin olmadığını görüb yenidən qardaşının verdiyi nömrəyə zəng vuraraq nömrənin sahibinə onu rahılaşdırılmış yerdə gözlədiyini bil dirmiş, sonuncu isə “Qoradok” hərbi şəhərciyi istiqamətinə gedən yol ayrıcındakı dairəyə, Qəbələ rayon Hərbi Komisarlığın inzibati binasının yanına gəlməyi təklif etmişdir. Onlar birlikdə həmin ünvana getmiş və orada göy rəngli dövlət nömrə nişanını bilmədiyi VAZ-2107 markalı və qırmızı rəngli dövlət nömrə nişanını bilmədiyi VAZ2106 markalı avtomobillərin ətrafında təxminən 10-12 nəfər tanımadığı şəxslərin olduğunu görmüş, qardaşı Şahid1 və həmkəndliləri Şahid3 və Şahid2 ilə birlikdə avtomaşından düşüb həmin şəxslərə yaxınlaşaraq "burada kim idi mənim ünvanıma söyüş söyən kimdisə çıxsın qabağa” demişdir. Bu vaxt orta boylu, kök bədənli, sonradan tanıdığı Zərərçəkmiş şəxs2 adlı şəxs ondan nə olmasını soruşmuş, o, da təkrarən telefonda söyüşü söyən şəxsin kim olması il maraqlandıqda arıq bəd ən quruluşlu, uca boylu, sonradan adının Zərərçəkmiş şəxs1 olmasını bildiyi şəxs ona yaxınlaşıb əli ilə əynindəki qara rəngli gödəkcənin yaxasından tutaraq başı ilə ağzına bir zərbəsi vurmuş və onun hər iki dodağı qanayaraq üst başı qana bulaşmışdır. Bu zaman Zərərçəkmiş şəxs2 kənardan üzərinə qaçıb gələrək təpiyi ilə sağ böyrünə bir təpik zərbəsi vurmuş və o, müvazinətini saxlaya bilməyib Zərərçəkmiş şəxs1la birlikdə yolun kənarında olan təxminən 60-70 sm hündürlükdəki kubik daşından olan hasarın üzərinə yıxılmış, kubik daşları yerindən söküldüyü üçün hər ikisi oradan yerə yıxılaraq əlbəyaxa olmuşlar. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2ın onu yerdə yumruq- təpik zərbələri vurduqlarına görə, o, əvvəlcədən özü ilə götürdüyü şalvarının sağ yan cibindəki açılıb-qatlanan bıçağı çıxararaq əv vəl Zərərçəkmiş şəxs1ın bədəninin müxtəlif nahiyyələrinə təxminən 4-5 zərbə, sonra isə Zərərçəkmiş şəxs2ın bədəninin müxtəlif nahiyyələrinə 1-2 zərbə vurmuşdur. Hadisəni görən qardaşı Şahid1, həmkəndliləri Şahid2, Şahid3 eləcə də orada olan Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə gələn şəxslər onları ayırmağa başlamışlar. Yoldan keçən və hadisəni görən tanımadığı şəxslər hadisəni sakitləşdirmiş və o, qardaşı Şahid1, həmkəndliləri Şahid3 və Şahid2 ilə birlikdə atasına məxsus avtomaşınla Soltannuxa kəndinə kimi gəlmişlər. Daha sonra o, səhhətində narahatçılıq hiss edərək hadisə zamanı sol qolundan xəsarət aldığından avtomobili idarə etməkdə çətinlik çəkdiyi üçün qardaşı Şahid1dan avtomobili idarə etməsini xahiş etmişdir. Hadisə zamanı o, sol qolundan xəsarət aldığı üçün qardaşı Şahid1dan onu Şəfilli kəndindəki adını bilmədiyi sınıqçının yanına aparmasının xahiş etmiş, yolda olarkən isə Qəbələ RPŞ-nın əməkdaşları ona zəng edərək polis şöbəsinə gəlməsli olmasını demiş, o, da geri qayıdaraq Şəfili kəndinin girəcəyində polis əməkdaşları ilə qarşılaşaraq onlarla birlikdə Qəbələ RPŞ-nə gəlmişdir. Məhkum həmçinin qeyd etmişdir ki, o, Zərərçəkmiş şəxs2a və Zərərçəkmiş şəxs1a bıçaqla xəsarət yetirərkən onları öldürmək niyyəti izləməmiş və yalnız sonuncular qorxutmaq fikrində olmuşdur. Lakin, həm ibtidai araşdırmanın sonrakı mərhələsində, həm məhkəmə iclaslarında verdiyi ifadələrində Məhkum 04 yanvar 2021-ci il tarixdə baş vermiş hadisənin hallarını tamamilə başqa cür təsvir etmiş və həmin ifadələrin araşdırılmış digər sübutlarla təhlili göstərir ki, bu ifadələr nəinki biri-biri ilə, həmçinindiggər sübutlarla, xüsusən də zərər çəkmiş şəxslərin və bir sıra şahidlərin ifadələri ilə ziddiyyət təşkil etmiş və buna görə də məhkəmələr haqlı olaraq bu halı nəzərə alaraq Məhkum inkaredici ifadələrini məsuliyyətdən yaxa qurtarmaq məqsədilə verilmiş ifadələr kimi qiymətləndirmiş, zərər çəkmiş şəxslərin, şahidlərin ifadələrini və digər sübutları isə yekun məhkəmə aktlarının əsası kimi qəbul etmişlər. Məhkəmə kollegiyası Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsini təsdiq edən bu sübutların da bir qisminə hazırki qərarda istinad etməyi zəruri sayır. Belə ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 birinci instansiya məhkəməsinin məhkəmə iclasında göstərmişdir ki, 04 yanvar 2021-ci il tarixdə dayısı oğlu Zərərçəkmiş şəxs2la birlikdə olarkən Zərərçəkmiş şəxs2ı n istifadəsində olan mobil telefona zəng gəlmiş, Zərərçəkmiş şəxs2 və ona zəng edən şəxs bir-biriləri ilə mübahisə etməyə başlamış, sonra isə dayısı oğluna zəng edən həmin şəxs Zərərçəkmiş şəxs2ın ünvanına söyüş söyməyə başlamışdır. O, da Zərərçəkmiş şəxs2nın 16 yaşında olmasına görə böyük kimi telefonu ondan alıb mübahisənin səbəblərini aydınlaşdırmaq məqsədilə Zərərçəkmiş şəxs2a zəng edən şəxsə söyüş söyməməsini xahiş etmiş, lakin həmin şəxs onu da söyüb görüşməyi təklif etmiş, o da tək gələcəyi halda görüşəcəyini bildirmişdir. Qarşı tərəf isə ona glmədiyi halda özü gəlib onu evdən aparacağını bildirmiş, bu zaman da onun ünvanına nalayiq ifadələr işlətmiş, o, da sonuncu ilə görüşməyə razılaşmışdır. Onlar razılaşdıqları yerdə görüşərkən adını sonradan bildiyi Məhkum əlində dəmir armaturla avtomobildən yerə düşmüş, onu vurmaq istəmiş, o, da Məhkumun sağ əlində olan armaturu sol əli ilə tutaraq onlar qarşılıqlı olaraq dalaşmışlar. Bundan sonra Məhkum onun qarın nahiyəsinə bıçaqla 1 dəfə zərbə endirmiş, lakin həmin vaxt o, bunu hiss etməmiş və yalnız bıçaqla ona yetirilən 4-cü zərbə onun ağ ciyərinə daxil olduqda, həmin nahiyyədə möhkəm ağrı hiss edib qışqırmış və bu vaxt Zərərçəkmiş şəxs2 və orada olan digər şəxslər araya girərək onları aralamağa çalışmışlar. Bədəninin müxtəlif nahiyələrindən xəsarətlər aldığı üçün o, çətin də olsa, avtomobilə doğru getmiş və avtomobilin ön sərnişin yerinə əyləşərək qapının kilidini bağlamışdır. Lakin, həmin vaxt Məhkum avtomobilin qapısını açmağa və onu yenidən vurmağa cəhd etmiş, qapı bağlı olduğu üçün isə bunu edə bilməmiş və bundan sonra onu xəstəxanaya aparmışlar. Zərərçəkmiş şəxs1 həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, piyada olaraq “PAKOİL” yanacaqdoldurma məntəqəsinin qarşısına çatdıqda, orada dostları X1, Şahid2 və X2la görüşmüş və Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət xidmətinin Qəbələ rayon şöbəsinin yanında olarkən ona Təyyardan zəng gəlmiş, sonuncu ondan olduğu yeri soruşmuş, o, da yerini dedikdən sonra Təyyargil onların olduqları yerə gəlmişlər. O, qarşı tərəfin tək gəlmədiyini bildiyi üçün tanışı Elminə zəng edərək onu da hadisə yerinə çağırmış, lakin onunla olan şəxslərin heç biri münaqişəyə müdaxilə etməmiş, Məhkum və onunla gələn şəxsləri döyməmiş və yalnız onları aralamağı çalışmışlar. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, hadisədən təxminən iki il əvvəl Şahid1 onun bibisioğlunun nömrəsinə mesaj yazaraq onu narahat etmiş, həmin vaxt bibisioğlunun 15 yaşı olmuşdur. O, da Şahid1ın nömrəsini götürərərk onunla yazışmış və bibisioğlunu nə üçün narahat etdiyini soruşmuş, Şahid1n da ona zarafat etdiyini bildirmişdir. Bundan sonra onun Şahid1la başqa söhbəti olmamış, həmin vaxtdan sonra da sonuncunun nömrəsi onun telefonunun yaddaşında qalmışdır. 04 yanvar 2021-ci il tarixdə telefon rəhbərinə baxarkən adı yazılmayan nömrədən zəng gəldiyini görmüş və kim olduğunu öyrənmək üçün Whatsapp sosial şəbəkəsində həmin nömrəyə mesaj yazmışdır. Zəng edən şəxs ona Şahid1 olduğunu, Zirik kəndindən olduğunu dedikdə, o, Şahid1ı tanımış və ona özünün adının X olduğunu bildirmişdir. Həmçinin, üzrlü hesab etməsini, səhvən yazdığını demiş, lakin bundan sonra Şahid1 onu narahat etməyə başlamış, onun kim olmasını və harada olduğunu soruşmuş və günorta saat 13 radələrində baş vermiş bu söhbətdən sonra o, söhbətin bağlanması üçün Şahid1ın nömrəsini telefonundan silmişdir. Həmin gün təxminən saat 18 radələrində Whatsapp sosial şəbəkəsindən onun telefonuna yenidlən zəng gəlmiş, zəng edən şəxs onun kim olması ilə maraqlanaraq ona günorta saatlarında Whatsapp sosial şəbəkəsində mesaj yazıldığını bildirərək heç bir səbəb olmadan onu söyməyə başlamış, bunu da bibisi oğlu Zərərçəkmiş şəxs1 eşitmişdir. Daha sonra Şahid1 Whatsapp sosial şəbəkəsində ona səs göndərərək onlarla görüşməyi təklif etmiş və görüşə tək gəlməyəcəyini, maşın sürə bilmədiyi üçün qardaşı ilə gələcəyini demişdir. Bundan sonra Şahid1ın qardaşı Whatsapp sosial şəbəkəsində səs göndərərək "mən Qəbələli İbrahiməm, gəlib sizi öldürəcəm” demiş və bu vaxt o, və yanında olan bibisi oğlu Zərərçəkmiş şəxs1 telefonda kənardan səslər gəldiyini eşidib Şahid1ın görüşə tək gəlməyəcəyini bilmiş, buna görə də Zərərçəkmiş şəxs1 öz dostuna zəng etmiş və onlar yanacaq doldurma məntəqəsinin yanında Zərərçəkmiş şəxs1ın dostları ilə görüşmüşlər. Onlar Səfərbərlik və Hərbi xidmətə Çağırış Üzrə Dövlət xidmətinin Qəbələ rayon şöbəsinin yanında olanda qarşı tərəfdən zəng gəlmiş, zəng edən şəxs yenə də nalayiq ifadələr işlədərək olduqları yeri soruşmuş və Zərərçəkmiş şəxs1 həmin şəxsə olduqları yer barədə məlumat verdikdən bir qədər sonra adını sonradan bildiyi Məhkum və onunla birlikdə olan digər şəxslər avtomaşınla həmin yerə gəlmişlər. Əvvəl avtomaşından Təyyar əlində dəmir armaturla maşından düşərək Zərərçəkmiş şəxs1ı həmin armaturla vurmaq istədikdə sonuncu armaturu tutmuş və onlar ikisi dalaşmağa başlamış və tutaşaraq yerə yıxılmışlar. O, qışqırıq səsini eşidib onların yanına gəlmiş və onları ayırmaq istədikdə ona da zərbə dəymişdir. Bu zərbə nəticəsində xəsarət aldığını bilib o, çətinliklə nəfəs aldığından gəldikləri avtomaşının yanına gedərək orada oturmuş və Zərərçəkmiş şəxs1 da gəlib avtomaşında əyləşmişdir. Məhkum Zərərçəkmiş şəxs1ının arxasınca maşına tərəf gələrək və maşının qabağını kəsərək Zərərçəkmiş şəxs1ı öldürəcəyini bildirmiş, lakin kənarda olan şəxslər Məhkumu oradan uzaqlaşdırmışlar. Bundan sonra isə onlar Zərərçəkmiş şəxs1la birlikdə xəstəxanaya getmişlər. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ona ünvanlanan sualları cavablandıraraq h əmçinin bildirmişdir ki, o, hadisə vaxtı 3 bıçaq xəsarəti almış, hadisə zamanı bıçaq yalnız Məhkumda olmuş və sonuncu həmin bıçaqla həm Zərərçəkmiş şəxs1a, həm də ona xəsarətlər yetirmiş və eyni zamanda onunla Zərərçəkmiş şəxs1ın oturduqları avtomaşının hərəkət etməsinə mane olaraq Zərərçəkmiş şəxs1ın hadisə yerindən uzaqlaşmasına etiraz etmişdir. Hadisə yerində olan başqa şəxslər münaqişədə iştirak etməmiş və onlara heç bir xəsarət yetirilməmişdir. Cinayət işi üzrə toplanmış sübutların, o cümlədən çoxsaylı şahidlərin həm ibtidai araşdırma zamanı, həm də məhkmə iclaslarında verdikləri ifadələrin təhlili göstərir ki, Məhkum ilə birlikdə hadisə yerinə gəlmiş və şahid qismində dindirilmiş şahidlər Şahid1, Şahid2 və Şahid6 oğlu cinayt təqibinin müxtəlif mərhələlrində, o cümlədən birinci və ape llyasiya instansiyası məhkəməsinin məhkəmə iclaslarında həm zərər çəkmiş şəxslərin, həm də sonuncularla hadisə yerində olan şahidər Şahid3 oğlunun, Şahid4 və X2 ifadələrinə zidd olan və eyni zaman müxtəlif məzmunda ifadələr vermiş, məhkəmələr də bütün şahidlərin ibtidai araşdırma zamanı verdikləri ifadələri tədqiq etmiş və onlara qanun müvafiq qaydada qiymət verərək Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməsi barədə mötəbər nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmələrin əsaslandıqları ifadələrin hər hansı qanun pozuntusu ilə alınması iş materialları ilə müəyyən edilmir və həmin ifadələr toplanmış və araşdırılmış digər sübutlarla da tam uzlaşır. Belə ki, Məhkum 04 yanvar 2021-ci il tarixdə digər şəxslərlə birlikdə hadisə yerinə gəldiyi VAZ- 2102 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi haqqında 05 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs Məhkum cinayət törədərkən istifadə etdiyi və zərər çəkmiş şəxslərə xəsarət yetirdiyi cib bıçağını avtomobilin salonunun qabaq hissəsinin sağ ayaqaltısının üzərindən götürərək könüllü olaraq ibtidai araşdırma orqanına təqdim edərək həmin bıçaqla Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xəsarətlər yetirdiyini etiraf etmiş və göstərilən bıçaq maddi sübut qismində tanınmışdır. Məhkum məxsus mobil telefona baxış keçirilməsi barədə 07 yanvar 2021-ci il tarixli protokoldan göründüyü kimi, həmin telefona baxış keçirilməsi nəticəsində Məhkum və Zərərçəkmiş şəxs1 arasında tərəflərin bir-birlərini söyüşlərlə söymələri, Məhkum Zərərçəkmiş şəxs1 harada olmasını soruşması və onu tapdıqda bıçaqla xəsarət yetirəcəyi ilə barədə mübahisə xarakterli və söyüşlər olan səsli və mətn mesajları aşkar olunmuşdur. Məhkəmə-tibbi ekspertizasının 13 fevral 2021-ci il tarixli 03 saylı rəyi ilə müəyyən edilir ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində döş qəfəsinin sağ hissəsində ön qoltuqaltı xətti üzrə VI qabırğa arası, döş qəfəsinin sol tərəfində orta qoltuqaltı xətt üzrə VII qabırğa arası sahədə, qarının ön divarında orta xəttdən sol tərəfdə epiqastral nahiyədə, döş qəfəsinin arxa səthində sağ onurğa kənarı xətt üzrə XI döş fəqərəsi nahiyəsində daxili qanaxma, mədənin, nazik bağırsağın, qara ciyəri, periton arxası nahiyəni zədələyən və hemotoraksla müşahidə olunan boşluqlara nüfuz edən deşilmiş-kəsilmiş yaraları, sağ əlin ovuc səthindən eyni proye ksiyada əlin üst səthinə II daraq sümüyü nahiyəsindən xaric olan və medial sinirin zədələnməsi ilə müşayət olunan deşilmiş-kəsilmiş yaraları, qarının ön divarında orta xətt üzərində, döş qəfəsinin sol ön qoltuqaltı xətt üzrə V qabırğa, eyni xətt üzrə VII qabırğarası sahədə və qarının ön aşağı hər iki qalça çuxurunda drenaj edilərək cərrahi işlənmiş yaralar, boyunun sağ aşağı hissəsinin sıyrıqları kimi xəsarətləri vardır. Döş qəfəsinin sağ hissəsində ön qoltuqaltı xətti üzrə VI, döş qəfəsinin sol tərəfində orta qoltuqaltı xətt üzrə VII qabırğa arası sahədə, qarının ön divarında orta xəttdən sol tərəfdə epiqastral nahiyədə, döş qəfəsinin arxa səthində sağ onurğa kənarı xətt üzrə XI döş fəqərəsi nahiyəsində daxili qanaxma, mədənin, nazik bağırsağın, qara ciyəri, periton arxası nahiyəni zədələ yən və pnevmatoraksla müşayət olunan boşluqlara nüfuz edən, sağ əlin ovuc səthindən eyni proyeksiyada əlin üst səthinə II-III daraq sümükləri arasından xaric olan deşilmiş kəsilmiş sayca beş ədəd deşilmiş-kəsilmiş yaralar iti deşici-kəsici xarakterə malik olan alətin o, cümlədən ekspertizaya təqdim edilən bıçağın təsirindən, boyunun sağ aşağı hissəsinin sıyrığı isə küt alətin (əşyaların) təsirindən qərarda göstərilən tarixdə və şəraitdə, yəni 04 yanvar 2021-ci ildə törənməsinə uyğun gəlir. Qeyd olunan xəsarətlər dərəcəsinə görə birlikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə aiddir. Ayrı-ayrılıqda dərəcəsinə görə döş qəfəsinin sağ hissəsində ön qoltuqaltı xətti üzrə VI qabırğa, döş qəfəsinin sol tərəfində orta qoltuqaltı xətt üzrə VII qabırğa arası sahədə, qa rının ön divarında orta xəttdən sol tərəfdə epiqastral nahiyədə, döş qəfəsinin arxa səthində sağ onurğa kənarı xətt üzrə Xİ döş fəqərəsi nahiyəsində daxili qanaxma, mədənin, nazik bağırsağın, qara ciyərin və periton arxası nahiyəni zədələyən, boşluqlara nüfuz edən xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə, sağ əlin ovuc səthindən eyni proyeksiyada əlin üst səthinə II daraq sümüyü nahiyəsindən xaric olan və medial sinirin zədələnməsi ilə müşayət olunan deşilmiş- kəsilmiş yaralar sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmanın əlamətlərinə, boyunun sağ aşağı hissəsinin sıyrığı isə sağlamlığa zərər vumayan bədən xəsarətlərinə aiddir. Zərərçəkmiş şəxs1 bədəni üzərində qarının ön divarında orta xətt üzərindəki, döş qəfəsin in sol ön qoltuqaltı xətt üzrə V qabırğa, eyni xətt üzrə VII qabırğarası sahədəki və qarının ön aşağı hər iki qalça çuxurunda drenaj edilərək cərrahi işlənmiş yaralar onun üzərində 04 yanvar 2021-ci ildə aldığı ağır travmaya görə həyati göstərişlə əlaqədar aparılmış cərrahi əməliyyat zamanı törənmişlər. Məhkəmə-tibbi ekspertizasının 30 yanvar 2021-ci il tarixli 04 nömrəli rəyinə əsasən, Zərərçəkmiş şəxs2 bədəni üzərində döş qəfəsinin arxa səthində kürək xətt üzrə V qabırğa, arxa qoltualtı xətt üzrə VII və eyni xətt üzrə VIII qabırğa arası sahədə daxili qanaxma, sol ağ ciyərin zədələnməsi və sol tərəfli pnevmahemotoraksla müşayət olunan döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yaralar, sağ kürək nahiyəsinin, sol bazunun arxa yuxarı 1/3nin sıyrıqları, döş qəfəsinin ön sol yuxarı hissəsində körpücük xətt üzrə II qabırğa, ön qoltuqaltı xətt üzrə VII qabırğarası sahədə drenaj edilərək cərrahi işlənmiş yaralar vardır. Döş qəfəsinin arxa səthində kürək xətt üzrə V qabırğa, arxa qoltuqaltı xətt üzrə VII və eyni xətt üzrə VIII qabırğa arası sahədə daxili qanaxma, sol ağ ciyərin zədələnməsi və soltərəfli pnevmahemotoraksla müşayiət olunan döş boşluğuna nüfuz edən, sayca üç ədəd deşilmiş-kəsilmiş yaralar iti deşici-kəsici xarakterə malik olan alətin o, cümlədən ekspertizaya təqdim edilən bıçağın təsirindən, sağ kürək nahiyəsinin, sol bazunun arxa yuxarı 1/3-nin sıyrığı isə küt alətin (əşyaların) təsirindən qərarda göstərilən tarixdə və şəraitdə, yəni 04 yanvar 2021-ci ildə törənməsinə uyğun gəlir. Qeyd olunan xəsarətlər dərəcəsinə görə birlikdə və ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə aiddir. Sağ kürək nahiyəsinin və sol bazunun arxa yuxarı 1/3-nin sıyrığı isə sağlamlığa zərər vurmayan bədən xəsarətlərinə aidir. Zərərçəkmiş şəxs2 bədəni üzərində döş qəfəsinin ön sol yuxarı hissəsində körpücük xətt üzrə II qabırğa, ön qoltuqaltı xətt üzrə VII qabırğarası sahədə drenaj edilərək cərrahi işlənmiş yaralar onun üzərində 04 yanvar 2021-ci ildə aldığı ağır travmaya görə həyati göstərişlə əlaqədar aparılmış cərrahi əməliyyat zamanı törənmişlər. Bu və iş üzrə keçirilmiş digər ekspertiza rəylərinin təhlili göstərir ki, həmin rəylərlə zərərçəkmiş şəxslərin bıçaq zərbələri nəticəsində xəsarətlər alması haqqında Məhkum cinayət təqibinin müxtəlif mərhələlərində verdiyi ziddiyyətli ifadələrinin hamısı, o cümlədən zərər çəkmiş şəxsləri n xəsarətlərin qarşılıqlı münaqişə zamanı yetirilməsi barədə ifadələri təkzib olunur və məhkəmələr tam haqlı olaraq bu ifadələrə tənqidi yanaşıb onları özünümüdafiə xarakterli ifadələr kimi qiymətləndirmişlər. Məhkəmə kollegiyası onu da qeyd edir ki, ekspertizaların keçirilməsi zamanı hər hansı bir pozuntuya yol verilməmiş və həmin ekspertizaların nəticələri elmi əsaslandırılmış, digər tərəfdən, ekspertizanın keçirilməsi zamanı ekspertlərə hər hansı təzyiq və ya təsirin göstərilməsi müəyyən edilməmiş, verilmiş rəylərin nəticələri isə üstüstə düşür. Məhkəmə kollegiyası bu qənaətə gələrkən ekspertizanın aparılmasına dair CPMnin XXXV fəslində təsbit edilmiş normaların tələbləri ilə yanaşı həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnu da nəzərə alır. Belə ki, “Yevgeniya Lazar Ruminyaya qarşı iş üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və istintaqın suallarına cavab verən təkmil rəy ədalətin gücünə inam yarada və inzibati orqanların fəaliyyətinin icrasına kömək edə bilər. Məhkəmə ekspertizasının keçirilməsinin milli rejimi onun səmərəliliyi və etibarlığını müdafiə edən, xüsusilə də ekspertlərə öz rəyini əsaslandırmaq öhdəliyini qoyan yetərli təminatlarla təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlara, o cümlədən məhkəmə ekspertizasının rəylərinə və ekspertlərin ifadələrinə əsaslanaraq, birinci və apellyasiya instansiyası məhkəmələrinin sübutları araşdırıb onlara verdikləri qiymətləndirmə əsası nda Məhkum təqsirli bilindiyi cinayətləri məhz ona elan olunmuş ittihamda göstərilmiş şəraitdə törətməsi barədə gəldikləri nəticəni əsaslı hesab edir və eyni zamanda qeyd edir ki, işin faktiki hallarının başqa cür müəyyən edilməsinə, bunun üçün isə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək iş üzrə əlavə araşdırmanın aparılmasına heç bir əsas yoxdur. İş materiallarından göründüyü kimi, istər Məhkum, istərsə də zərərçəkmiş şəxslərin və şahidlərin ibtidai araşdırma zamanı fiziki və ya psixi təsirlər altında həqiqətə uğun olmayan ifadələr vermələri, onların dindirilmələri zamanı hüquqlarının pozulması müəyyən edilməmiş, zərər çəkmiş şəxslərin və onlarla birlikdə hadisə yerinə gəlmiş şahidlərin ifadələri isə iş üzrə araşdırılmış və hökmdə və apellyasiya instansiyası məhkəməs inin qərarında əksini tapmış başqa sübutlara uyğun olmuşdur. Həmin sübutların fövqündə məhkəmə kollegiyası belə nəticəyə gəlir k, həm ibtidai araşdırma orqanı, həm də apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum törətdiyi cinayət əməlləri CM-nin 29,120.1 və 126.1-ci maddələri ilə düzgün tövsif edilmiş və belə hüquqi qiymətləndirmə həm cinayət qanunvericiliyinin tələblərinə, həm Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə, həm də təhlil edilən cinayətlərə dair işlər üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Ali Məhkəmənin Plenumu tərəfindən qəbul edilmiş Qərarlarda əksini tapmış izah və tövsiyələrə uyğundur. Belə ki, CM-nin 120.1-ci maddəsində qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə, CM-nin 126.1-ci maddəsində isə qəsdən sağlaml ığa ağır zərər vurmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. CM-nin 29-cu maddəsində göstərilmişdir ki, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarının 1-ci bəndində məhkəmələrə qəsdən adam öldürmə cinayətlərinin ictimai-təhlükəlilik dərəcəsi nəzərə alınaraq məhkəmələrin diqqətinin törədilmiş cinayət hadisəsinin hərtərəfli, tam və obyektiv araşdırılması zəruriliyinə cəlb edilməsi tövsiyə edilmişdir. İbtidai istintaq zamanı və birinci instansiya məhkəməsində işə baxılarkən qəsdən ölüm hadisəsinin işin düzgün həllinə təsir edən bütün halları aydınlaşdırılmadıqda apellyasiya instansiyası məhkəməsi hökmdən verilən apellyasiya şikayəti və ya protestlərinə CPM-nin 392.1.1-ci maddəsinə uyğun olaraq məhkəmə istintaqı aparmaqla baxılması məsələsini müzakirə etməli və birinci instansiya məhkəmələrinin yol verdiyi nöqsanların aradan qaldırılması üçün bütün zəruri tədbirləri görməlidir. Bu zaman işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar,yəni təqsirin xarakteri,dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri,cinayətin məqsədi,motivi,törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda, belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmiş şəxsin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Burada təqsirkarın niyyəti məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsa rət yetirməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. İş materiallarından (birinci və apellyasiya instansiyası məhkəmələrinin məhkəmə iclaslarında araşdırılmış sübutlardan) görünən odur ki, Məhkum Zərərçəkmiş şəxs1 ondan qisas almaq məqsədilə onun həyat üçün vacib orqanlarından bıçaqla zərbə yetirərkən zərər çəkmiş şəxsin qəsdən öldürülməsi haqqında şüurunda formalaşmış niyyətini axıra qədər həyata keçirmək, yəni əlavə zərbələr vurmaq üçün onu təqib edərək törətdiyi əməlin zərərli nəticələrə səbəb olacağını dərk etmiş, bu nətiəcələrin baş verəcəyini qabaqcadan görmüş və sonuncudan qisas almaq məqsədilə onu həyatdan məhrum olmasını arzu etmişdir. CM-nin 25.2-ci maddəsinin tələbləri nə görə isə, belə əməllər birbaşa qəsdən törədilən əməllər kimi qiymətləndirilir. Belə ki, həmin maddəyə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. İşin müəyyən edilmiş faktiki halları və Ali Məhkəmənin tövsiyələri məhkəmə kollegiyasına belə nəticəyə gəlmək üçün əsas verir ki, Məhkum Zərərçəkmiş şəxs1 ilə və Zərərçəkmiş şəxs2la "WhatsApp” sosial şəbəkəsində aparılmış qeyri-etik yazışmalar və bir-birlərinin ünvanlarına sərf etdikləri nalayiq ifadələrə görə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisəyə görə qisas alıb Zərərçəkmiş şəxs1 qəsdən öldürmək qərarına gəlmiş, Zərərçəkmiş şəxs2 i sə onun sağlamlığına ağır zərər vuran həyat üçün təhlükəli olan bədən xəsarətləri yetirmişdir. Müdafiə tərəfinin Məhkum zəruri müdafiə vəziyyətində hərəkət etməsi barədə dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, sonuncu hadisə günü Zərərçəkmiş şəxs1 onu öldürmək məqsədilə qəsdən ardıcıl olaraq 5 bıçaq zərbəsi endirib onun həyat üçün vacib olan orqanlarının yerləşdiyi bədən nahiyələrinə sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməsi, o cümlədən həmin vaxt Zərərçəkmiş şəxs1 ilə birlikdə aktiv şəkildə mübahisə edərək onunla əlbəyaxa olan sonuncunun qohumu Zərərçəkmiş şəxs2 da həmin bıçaqla qəsdən ardıcıl olaraq 3 dəfə zərbə vurub ona həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid xəsarətlər yetirməsi, yetirilən xəsarətlərin sayı və lokalizasiyası, Məhku m həmin anda hadisə yerində olan kənar şəxslərin fəal müdaxiləsi ilə Zərərçəkmiş şəxs1 ondan uzaqlaşdırması nəticəsində adı çəkilən zərərçəkmişin hadisə yerindən qaçıb yaxınlıqda olan avtomobilə əyləşərək qapını kilidləməsi, avtomobilin qarşısını kəsib Zərərçəkmiş şəxs1 ölməsinə nail olmaq istəyən Məhkum avtomobilin hərəkət etməsinə mane olması, lakin orada olan digər şəxslərin köməyi ilə onun avtomobilin qarşısından kənarlaşdırılması və bu səbəbdən Zərərçəkmiş şəxs1 ölümünə yönəlmiş qəsdini başa çatdırmasına imkan verilməməsi, həmçinin Zərərçəkmiş şəxs1 vaxtında xəstəxanaya çatdırılaraq ixtisaslı tibbi yardım göstərildiyi üçün həyatının xilas edilməsi onu göstərir ki, Məhkum qəsdən adam öldürməyə cəhd etsə də, iradəsindən asılı olmayan səbəblərdən qəsdini başa çatdıra bilməmiş, eyni zam anda həmin vaxt orada olan Zərərçəkmiş şəxs2 insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vuran bədən xəsarətləri yetirmiş və bütün bu halların məcmusu onun zəruri müdafiə vəziyyətində olmasına, yəni özünü ona qarşı edilən hücumdan müdafiə etmək məcburiyyətində qalmasına heç də dəlalət etmir. İşin faktiki hallarını bu cür müəyyən edən məhkəmələr mülahizələrə və ya ehtimallara deyil, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv tədqiq edilərək qanuna müvafiq qaydada qiymətləndirilmiş sübutların məcmusuna əsaslanmış və, göründüyü kimi, Məhkum özünü müdafiə vəziyyətində olması və məhz bu vəziyyətdə onun Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bıçaqla xəsarətlər yetirməsi, digər tərəfdən isə bu əməli törədərkən özünü mü dafiənin həddlərini aşmaması həmin sübutlarla tamamilə təkzib olunur, bu halın mövcudsuzluğu isə işin müəyyən edilmiş faktiki haları ilə yanaşı həmçinin qanunvericiliyin aşağıdakı normalarına verilən təfsirə də uyğundur. Bu qənaəti ilə əlaqədar məhkəmə kollegiyası əvvəla qeyd etməyi zəruri bilir ki, Konstitusiyanın 31-ci maddəsinin II hissəsində təsbit edilmişdir ki, qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır. Konstitusiyanın bu tələbinin mənasından belə nəticə hasil olur ki, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla şəxsin həyatına və fiziki sağlamlığına hər hansı fiziki zorun tətbiq edilməsi belə zorun ictimai təhlükəlilik dərəcəsindən, yəni zorun inz ibati xəta və ya cinayət kimi qiymətləndirilməsindən asılı olmayaraq qadağandır və bu kimi hallarda barəsində zor tətbiq edilmiş şəxsin öz həyatını və sağlamlığını bu və ya digər üsullardan üsullardan istifadə etməklə, o cümlədən qarşılıqlı zorakılıq əməli törətməklə müdafiə etmək hüququ yaranır. Belə hallarda isə həyatına və sağlamılığına edilmiş qəsddən özünü müdafiə edən şəxsin əməli cinayət kimi qiymətləndirilmir o şərtlə ki, sonuncu özünü müdafiə həddini aşmasın. Təsadüfi deyil ki, qanunverici cinayət qanunvericiliyində bu hüququn həyata keçirilməsi təsbit edilmiş xüsusi norma da nəzərdə tutmuşdur. Belə ki, CM-nin 36.1-ci maddəsinə əsasən, zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərin i qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, cinayət sayılmır. CM-nin 36.2-ci maddəsinin tələblərindən isə görünür ki, peşə və ya digər xüsusi hazırlığından və qulluq vəziyyətindən asılı olmayaraq bütün şəxslər zəruri müdafiə hüququna malikdirlər. Bu hüquq, dövlət orqanlarına və ya başqa şəxslərə kömək məqsədi ilə müraciət etmək, habelə ictimai təhlükəli qəsddən yayınmaq imkanından asılı olmayaraq bütün şəxslərə şamil olunur. Göründüyü kimi, qanunun bu normasında həmçinin şəxsə qarşı edilmiş qəsdin ictimai təhlükəlilik dərəcəsi hər hansı şəkildə fərqləndirilməmişdir. Bu isə o deməkdir ki, şəxs istənilən qəsddən özünü müdafiə etmək hüququna malikdir və bu hüququn həyata keçirilməsi zamanı əsas şərt ondan iba rərtdir ki, belə şəxsin tətbiq etdiyi müdafiə üsulları qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olsun. Çünki, CM-nin 36.3-cü maddəsinə görə, qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir. Bundan başqa, cinayət qanunvericiliyi qəsdə məruz qalan şəxsə həmçinin təhlükədən qaçmaq imkanına, yaxud da başqa şəxslərə, ya da dövlət orqanlarına kömək üçün müraciət etmək imkanından asılı olmayaraq da zəruri müdafiədən istifadə etmək hüququ verir. Buna görə də hücuma və ya digər qəsdə məruz qalan şəxs təhlükəni başqa vasitələrlə aradan qaldırmaq imkanının olduğu halda da zəruri müdafə hüququndan istifadə edərək, qəsd edənə zərər vurmaq yolu ilə belə təhlükəni aradan qaldırmışsa, belə fəaliyyət qanuna uyğun hesab edilir. Qəsd edənə zərər vurma yolu ilə ictimai-təhlükəli qəsdin qarşısını almağa yönəldilən hərəkət formal cəhətdən cinayət qanununda nəzərdə tutulan əməlin əlamətlərinə uyğun gəlmiş olsa da zəruri müdafiə vəziyyətində yol verildiyindən məsuliyyəti aradan qaldırır. Qanunun mənasına görə, yol verilən hərəkətlərin zəruri müdafiə vəziyyətində törədilən əməl hesab edilməsi və cinayət məsuliyyətinin aradan qalxması üçün zəruri müdafiə institutuna xarakterik olan iki qrup şərtlərə riayət edilməlidir: 1) qəsd əməli ilə bağlı zəruri müdafiənin hüquqi şərtləri; 2) müdafiə hərəkətləri ilə bağlı zəruri müdafiənin hüqulilik şərtləri. Qəsdə aid olan şərtlər isə ondan ibarətdir ki: - əməl ictimai-təhlükəli olmaqla şəxsiyyətə, cəmiyyətə, yaxud dövlət mənafeyinə mühüm z ərər yetirməklə davam etdirilməli, yaxud bilavasitə zərər yetirmək təhlükəsi yaratmalıdır; - qəsd real olmalıdır, obyektiv olaraq baş verməlidir, qəsd müdafiə edənin yalnış təsəvvürü ilə uydurulmamalıdır; - qəsd mövcud olmalıdır. Kriminal qəsd başlamalı, davam etməli, hələ qurtarmamış olmalıdır və bu zaman intervalında zəruri müdafiə vəziyyəti yaranır. Müdafiəyə aid olan şərtlər isə aşağıdakılardır: - müdafiə şəxsin özünün, başqasının şəxsiyyətinin və hüquqlarının qorunmasına və ya cəmiyyətin, dövlətin mənafeyinin qorunmasına yönəlməlidir; - müdafiə zəruri müdafiə həddini aşmamalıdır; - müdafiə qəsd edənə zərər vurma yolu ilə həyata keçirilməlidir. Məhkəmə kollegiyasının fikrincə, şəxsin zəruri müdafiə vəziyyətində olub-olmamsı, o cümlədən belə vəziyyətdə olaraq zəruri müdafiə həddini aşıb -aşmaması barədə nəticəyə gəlmək üçün yuxarıda göstərilən hər iki qrup şərtlərin olması müəyyən edilməldir. Yalnız belə şərtlərin mövcudluğunda Məhkum ona istinad edilən əməllərin zəruri müdafiə vəziyyətində törətməsi və ya zəruri müdafiə həddini aşaraq törətməsi, kassasiya şikayətində irəli sürülmüş dəlillərə və tələbə müvafiq olaraq müzakirə predmeti ola bilər. Məhkəmə kollegiyası araşdırılmış sübutlarla müəyyən edilmiş işin faktiki hallarını təhlil edib belə qənaətə gəlir gəlir ki, 04 yanvar 2021-ci il tarixdə baş vermiş hadisələrin cərayan etməsi zamanı yuxarıdakı təfsirdə əksini tapmış şərtlərin heç biri mövcud olmamış və bu vaxt hər hansı hücuma məruz qalmayan Məhkum özünü müdafiə vəziyyətində olmamış, və şüurlu şəkildə ona qarşı irəli sürülmüş və təqsirli bilindiyi itihamda əksini t apmış cinayət əməllərini törətmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, işə mahiyyəti üzrə baxmış məhkəmələr əsaslı olaraq Məhkum əməllərini CM-nin 29, 120.1 və 126.1-ci maddələri ilə düzgün tövsif etməklə yanaşı onun həmin əməllərini zəruri müdafiə vəziyyətində, yaxud zəruri müdafiə həddini aşmaqla törədilmiş cinayətlər kimi qiymətləndirməkdən imtina etmiş və eyni zamanda onun barəsində hər hansı əsasla bəraət hökmünün çıxarılmasını, əməllərinin isə CM-nin Xüsusi hissəsinin digər maddələr ilə tövsif edilməsini mümkün bilməmişlər. Ümumiyyətlə isə, məhkəmə kollegiyası kassasiya şikayətinə məhkəmə baxışının yekunu olaraq belə qənaətə gəlir ki, məhkumun müdafiəçisinin həmin şikayətində göstərdiyi dəlilləri işdə olan sübutlarla təkzib olunur və buna görə onun bu dəlilləri məhkum o lunmuş şəxsin cinayət məsuliyyətindən yayındırılmasına xidmət edən dəlillər kimi qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası məhkumun müdafiəçisi A.M.Məmişovun kassasiya şikayətinin dəlillərini qəbul edilməz sayaraq həmin şikayətə baxılması nəticəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416.1.1416.1.3, 416.1.11 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini qeyd edir, bu isə kassasiya şikayətinin təmin olunması, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının isə ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Məhkum həddindən artıq sərt cəzanın təyin edilməsi haqqında kassasiya şikayətinin, həmin cəzanın həddindən artıq yüngül olması barədə isə kassasiya protestinin dəlillərinə cavab verilməsi üçün məhkəmə kollegiyası yenə də cinayət işinin materiallarına və həmin iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına müraciət eməyi zəruri bilir və ilk növbədə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Hazırki cinayət işinin mateiallarından, o cümlədən birinci instansiyası məhkəməsinin hökmündən və bu hökmlə razılaşan apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, məhkəmələr Məhkum təqsirli bilindiyi CM-nin 29, 120.1 (CM-nin 120.1-ci maddəsinin sanksiyasında doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur) və 126.1-ci maddələri ilə (CM-nin 126.1-ci maddəsində isə həmin maddələrin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cə zası nəzərdə tutulmuşdur) və CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməsi məsələsini həll edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, CM-nin 59.2-ci maddəsinin tələbinə uyğun olaraq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirdiyi halı – məhkum olunmuş şəxsin yaşayış yeri müsbət cəhətdən xasiyyətləndirilməsini, onun cəzasını ağırlaşdıran halların isə müəyyən edilməməsini nəzərə almış, bununla da iş üzrə yekun nəticəyə gəlmək üçün əhəmiyyətli olan digər məsələlərin həllində olduğu kimi, məhkumun barəsində cəza tədbirinin seçilməsi məsələsini də müzakirə edib həll edərkən cinayət qanunvericiliyinin tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra Qərarlarında əksini tapmış hüquqi mövqeyə və Ali Məhkəmənin Plenumunun Qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələrə tam əməl etmişlər. Belə ki, CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsində təsbit edilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılm asından ibarətdir. CM-nin 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, t əqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddəslərində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası vurğulayır ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-nin 60.1-ci maddəsinin tələblərindən görünür ki, bu Məcəllənin 59.1.8, 59.1.1059.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar (cinayətin zərərçəkmiş şəxsin qanun suz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi, şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması) mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həc mi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Eyni zamanda CM-nin 61.2-ci maddəsində müəyyən edilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. CPM-nin 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdırıcı hallar barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşıma malıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsinin, CM-nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin IV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumnun 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün y alnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyət ini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və onun törətdiyi cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarı ilə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41 -ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədil miş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cə zanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsind ən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, istər müdafiəçi A.M.Məmişov, istərsə də dövlət ittihamçısı A.M.Abdullayev öz kassasiya müraciətlərində, birincisi – Məhkum təyin olunmuş cəzanın ağır olmasını, dövlət ittihamçısı isə - həmin cəzanın yüngül olmasını iddia etsələr də, bu iddialarla bağlı hər hansı əsaslı dəlil irəli sürməmiş və bu iddalarını təsdiq edən mötəbər sübutlara istinad etməmişlər. Dövlət ittihamçısının irəli sürdüyü yeganə dəlil isə Məhkum yaşayış yeri üzr ə müsbət xasiyyətləndirilməsinin əsassız olaraq cəzanı yüngülləşdirən hal kimi nəzərə alınması ilə bağlıdır ki, məhkəmə kollegiyası bu dəlilə cavab olaraq əvvəla qeyd edir ki, həmin hal iş materiallarına əlavə edilmiş xasiyyətnamə ilə təsdiq olunur. Digər tərəfdən məhkəmə kollegiyası onu da vurğulamağı lazım bilir ki, işə baxılması zamanı dövlət ittihamını müdafiə etmiş prokurorlar, o cümldən kassasiya protestinin müəllifi bu xasiyyətnamənin sübutlar siyahısından xaric edilməsi, eyni zamanda xasiyyatnamə üzrə hər hansı araşdırmanın aparılması barədə təşəbbüslə çıxış etməmiş və məhkəmələr də həmin sənəddə əksini tapmış halların Məhkum müsbət xasiyyətləndirilməsinə dəlalət etməsini hesab edərək tamamilə düzgün olaraq təhlil edilən halı cəzanı yüngülləşdirən hal kimi qiymətləndirməkdə hər han sı qanun pozuntusuna yol verməmişlər. Eyni zamanda, məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən kassasiya qaydasında baxılmış bir çox işlər üzrə qəbul edilmiş yekun məhkəmə aktlarının öyrənilməsi göstərir ki, həmin yekun məhkəmə aktlarında da məhkum olunmuş şəxslərin onların barəsində yaşayış yerlərindən, təhsil müəssisələrindən və ya iş yerlərindən verilmiş xasiyyətnamələrdə müsbət cəhətdən xaratkerizə olunmaları əks etdirildikdə, məhkəmələr CM-nin 59.2-ci maddəsinə əsaslanıb bu halı bir qayda olaraq cəzanı yüngülləşdrən hal kimi qiymətləndirməklə cəza təyin etmə zamanı nəzərə almış və bu nəticə heç vaxt dövlət itihamçıları tərəfindən mübahisələndirilməmişdir. O, ki qaldı Məhkum törətdiyi əməlləri etiraf etməyərək səmimi peşmançılıq çəkməsini bildirməməsi kimi halın ona cəza təyin edilərkən məhkəmələr tərəfindən nəzərə alınmaması və bu halın da ona daha ağır cəzanın təyin edilməsinə əsas verməsi barədə kassasiya protestinin dəlilinə məhkəmə kollegiyası vurğulayır ki, işin halları barədə özünə sərf edən şəkildə ifadələr vermək və ya ümumiyyətlə ifadə verməkdən imtina etmək təqsirləndirilən şəxsin prosessual qanunvericilikdə nəzərdə tutulmuş ayrılmaz hüququdur və onun bu hüquqdan istifadə etməsi heç də məhkəmələrə ona qarşı sərt mövqedən çıxış edərək bu cəzanı ağırlaşdıran hesab edilməyən bu hala görə ağır cəza təyin etmələrinə əsasən vermir, belə olduqda isə ədalətlilik, humanizm, qanun qarşısında bərabərlik və cinayət qanunvericiliyinin digər prinsipləri pozulmuş olur. Buna görə, formalaşmış məhkəmə təcrü bəsinə, digər tərəfdən isə cinayət qanunvericiliyinin tələblərinə əsaslanan məhkəmə kollegiyası hazırki iş üzrə qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya protestinin, eyni ilə kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və həmin dəlilləri qəbuledilməz sayaraq Məhkum təyin olunmuş cəzanın istər yüngülləşdirilməsi, istərsə də ağırlaşdırılması üçün əsaslar görmür. Kassasiya müraciətlərində Məhkum həm təqsirli bilindiyi maddələrlə, həm də cinayətlərin məcmusu üzrə cəzaların təyin edilməsi ilə bağlı irəli sürülmüş dəlillərlə bağlı məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri bilir ki, cinayət törətmiş şəxs barəsində daha sərt, yaxud da daha yüngül cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı ağır laşdıran hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud da məhkəmənin istinad edərək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi hallar şəxsin törətdiyi cinayətin ictmai təhlükəlilik dərəcəsini azaldan və bilavasitə cinayət törətmiş şəxsin özünün şəxsiyyətini səciyyələndirən hallara aid olmasın, digər tərəfdən isə iş üzrə müvafiq sübutlarla təsdiq olunan cəzanı yüngülləşdirən hallar göstərilən məsələni həll edən məhkəmə tərəfindən nəzərindən qaçırılmış olsun. İstər müdafiəçi, istərsə də dövlət ittihamçısı Məhkum müvafiq cəzaların təyin edilməsi ilə əlaqədar məhkəmələrin gəldikləri nəticəyə əks olan qənaətlərini öz kassasiya müraciətlərində həm kifayət qədər əsaslandıra, həm də kassasiya instansiyası məhkəməsini buna inandıra bilməmişdir. Bütün yuxarıda qeyd olu nanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən həmçinin CPM-nin 416.21-ci maddəsində də nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, ümumiyyətlə isə apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Belə olan halda məhkəmə kollegiyası kassasiya şikayətinin və kassasiya protestin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, kassasiya şikayətin təmin edilməməsi və kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı H.B.İmranovun və zərər çəkmiş şəxslərin nümayəndəsi Nümayəndə, kassasiya protestinin təmin edilməməsi və kassasiya şikayətinin təmin edilməsi haqda isə Məhkum və müdafiəçisi A.M.Məmişovun çıxışlarını dinləyərə k belə nəticəyə gəlir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-nin 29,120.1 və 126.1-ci maddəlləri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 oktyabr 2022-ci il tarixli qərarı isə həmin kassasiya müraciətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D I: Kassasiya şikayəti və kassasiya protesti təmin edilməsin. Məhkumnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1 və 126.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 oktyabr 2022-ci i l tarixli qərarı kassasiya şikayətinə və kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar