Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-684/2020 11.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə xx xxxxxx 1981-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, 3 azyaşlı uşağı olan, məhkum olunmamış, işləməyən, ünvan qeydiyyatda olan, ünvan 1-də yaşamış, hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsi nin (bundan sonra CM-in) 120.1ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi, “Verdiktum” Vəkil Bürosunun vəkili Ağayeva Nüşabə Fərman qızı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmünə əsasən (hakimlər: A.Ə.Məcidov (sədrlik edən), Z.Q.Ağayev və S.S.Hüseynov) Məhkum CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək 12 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının xx xxxxxx 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsini n yuxarıda qeyd edilən hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: V.Ə.Mursaqulov (sədrlik edən), M.Ə.Abbasov və F.A.Qasımov) verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum əri Zərərçəkmiş şəxs sonuncunun qanunsuz hərəkətlərinin təsiri nəticəsində qəsdən öldürərək həyatdan məhrum etmişdir. Belə ki, o, xx xxxxxx 2018-ci il tarixdə, saat 01 radələrində, kirayə yaşadıqları ünvan 1 ünvanında əri Zərərçəkmiş şəxs ona məxsus mobil telefonda X5 ilə mesajlaşmasını görməsinə görə iradını bildirməsi ilə bağlı aralarında şəxsi münasibətlərin pozulm ası zəminində yaranmış mübahisə zamanı, Zərərçəkmiş şəxs onun sifət nahiyəsinə yumruqla zərbələr vuraraq burun belinin şişkinliyi və sıyrığı, sol almacıq nahiyəsinin, hər iki gözaltı nahiyənin, kürək nahiyəsinin qançırları ilə nəticələnən, sağlamlığa zərər vurmayan xəsarətlər yetirməsi ilə əlaqədar həmin evin qonaq otağında əlləri ilə Zərərçəkmiş şəxs qarşılıqlı zərbələr yetirərək, sonuncuya sol üst göz qapağının, sağ üst dodağın sıyrıqları ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlər yetirmiş, həmin vaxt otağa daxil olan övladları X3 onları ayırmasına baxmayaraq, əri Zərərçəkmiş şəxs onu döyməsi ilə əlaqədar ərinin zərbələrindən qorunmaq məqsədilə mətbəxə qaçaraq oradan götürdüyü mətbəx bıçağını götürərək, yenidən qonaq otağına qayıdıb, Zərərçəkmiş şəxs ondan aralaşmamasını və təqibini davam etməsini görərək, dalaşma zamanı mətbəxdən götürdüyü bıçaqla sağa-sola hərəkətlər edərək həmin bıçaqla Zərərçəkmiş şəxs arxa kürək hissəsinə bir zərbə vuraraq ölümünə səbəb olmaqla həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid döş qəfəsinin arxa səthində plevra boşluğuna nüfuz edən sol ağ ciyərin zədələnməsi ilə müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yaraları kimi xəsarət yetirməklə qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının dəyişdirilməsi, Məhkum əməlinin CM-nin 120.1-ci maddəsindən həmin Məcəllənin 122.1-ci maddəsinə tövsif edilməsi və həmin maddə ilə cəza verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi hesab edir ki, müdafiə etdiyi şəxs barəsində apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz, ədalətsiz və əsassızdır. Belə ki, məhkəmə işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, təqsirləndirilən şəxsin əməlini düzgün tövsif etməmişdir. Müdafiəçinin fikrincə, Məhkum əməli CM-nin 122.1-ci maddəsinə, yəni qəflətən baş vermiş güclü ruhi-həyəcan vəziyyətində qəsdən adam öldürməyə tövsif edilməli və həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilib cəzalandırılmalıdır. Belə ki, işin hallarından aydın olur ki, Məhkum əri Zərərçəkmiş şəxs qanunsuz hərəkətlərinin təsiri nəticəsində vurub öldürmüşdür və məhkəmə də bunu qəbul etmişdir. Cinayət işinin materiall arından aydın olur ki, Məhkum mütəmadi olaraq dəfələrlə mərhum əri Zərərçəkmiş şəxs tərəfindən zorakılığa və ağır təhqirlərə məruz qalmış, onun tərəfindən müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Bununla əlaqədar məhkəmə qərarları da mövcuddur. İş kassasiya instansiya məhkəməsində baxılanadək Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 04 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, ərizə ilə bağlı dövlət ittihamçısı A.Hüseynlinin çıxışını dinləyərək hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş k assasiya şikayəti geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum kassa siya şikayətinin geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara alır: Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-684/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-684/2020
11.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver