Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-684/2021 21.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İlqar Səyyad oğlu Qılıcov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, 04 avqust 1959-cu ildə Tərtər rayonunun Borsunlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli “Qarabağ” Sudan istifadə edənlər Assosasiyasının direktor u vəzifəsində işləmiş, məhkum olunmuş, Tərtər rayonunun Borsunlu kəndində qeydiyyatda olan və hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.3, 178.2.4 və 313-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 fevral 2018-ci il tarixli qərarından kassasiya şikayəti verilməsindən ötrü prosessual müddətin bərpasına dair vəsatətin təmin edilməməsinə dair Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 sentyabr 2020-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinin 06 iyul 2017-ci il tarixli, 1(060)-180/2017 saylı hökmü ilə, Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.3, 178.2.4 və 313-cü maddələri ilə təqsirli bilinib, CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə 4(dörd) il müddətə, CM-nin 313cü maddəsi ilə 1 (bir) il müddətə dövlət yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplanılmaqla ona 1 (bir) il müddətinə dövlət yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-nın 69.4-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində saxlanıldığı 12 avqust 2016-cı il tarixdən 14 avqust 2016-cı il tarixə qədər olan müddət ümumi cəza müddətinə hesablanılmaqla üzərində 4 (dörd) il 5 (beş) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən Məhkum Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 25 iyul 2019-cu il tarixli hökmü ilə təyin olunmuş şərti məhkum etmə ləğv edilmiş, CM-nin 67.1-ci maddəsinə əsasən həmin hökmlə ona təyin edilmiş 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona 1 (bir) il müddətinə dövlət yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 16 may 2017-ci il tarixdən 06 iyul 2017- ci il tarixə kimi həbsdə saxlanıldığı müddət, yəni 1 (bir) ay 20 (iyirmi) gün təyin olunmuş cəza müddətinə hesablanmaqla, üzərində qəti olaraq 1 (bir) il müddətinə dövlət yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 9 (doqquz) il 4 (dörd) ay 10 (on) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş əsas cəza olan 9 (doqquz) il 4 (dörd) ay 10 (on) gün müddətə azadlıqdan məhrum etmə cəzası 3 (üç) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 fevral 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: Ə.M.Əhmədov, hakimlər: N.R.Mövsümov və H.Ə.Nəbiyev) Sumqayıt Şəhər Məhkəməsinin 06 iyul 201 8-ci il tarixli hökmündən zərərçəkmiş şəxs X4 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 06 iyul 2017-ci il tarixli hökmünün apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkum Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 fevral 2018ci il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair vəsatətlə məhkəməyə müraciət edərək, qərardan kassasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 sentyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər: M.Ə.Rzayev (sədrlik edən), E.G.Rəhimov və E.M.Əhmədov) Sumqayıt Apelyasiya Məhkəməsinin Cina yət Kollegiyasının 13 fevral 2018-ci il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilməsindən ötrü prosessual müddətin bərpasına dair vəsatət təmin edilməmişdir. Apellyasiya Məhkəməsinin həmin qərarından məhkumun Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Həmin şikayətdə Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 fevral 2020-ci il tarixli qərarının ləğv edilməsi xahiş olunur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı Y.Əliyevanın çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası C inayət Prosessual Məcəlləsinin 410.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti, onu vermək hüququna malik olan şəxslər tərəfindən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından-onların çıxarıldığı, 18 (on səkkiz) ay müddətində verilir (2020-ci il iyul ayının 15-dək qüvvədə olan redaksiyada) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 411.1-ci maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protes tinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 411.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: “411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; 411.2.2. bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsində n asılı olmayan digər hal baş verdikdə.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 411.3-cü maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi məsələsi apellyasiya instansiyası məhkəməsinin yekun qərar çıxarmış məhkəmə tərkibi (bu mümkün olmadıqda, digər hakimlərdən ibarət məhkəmə tərkibi) tərəfindən həll edilir. Həmin Məcəllənin 411.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi müddətinin bərpa olunması haqqında vəsatəti rədd etdikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiya məhkəməsinin iş üzrə qəbul etmiş ol duğu məhkəmə qərarı elan olunduğu andan qanunla müəyyən edilmiş müddətlərdə kassasiya protesti və ya şikayəti verilə bilər. Həmin müddətin axımı qərarın elan olunduğu vaxtdan hesablanmağa başlayır. Həmin müddətdən sonra kassasiya şikayəti və ya protesti verilərsə, prosessual müddətin bərasına dair vəsatət də verilməlidir. Kassasiya şikayətinin (protestinin) verilmə müddəti üzrlü səbəblərə görə buraxıldıqda prosessual müddət bərpa edilməlidir. Buna görə də kassasiya şikayətini (protestini) verən şəxs vəsatətində prosessual müddətin bərpasına dair vəsatətində müddətin buraxılmasının üzrlü səbəblərini göstərməli və əsaslandırmalıdır ki, onun iradəsindən asılı olmayan səbəblərdən müddət buraxılmışdır. Çünki buraxılmış müddətin bərpa edilməsi üçün əsas kassasiya şikayəti vermək hüququ olan şəxs in səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulmalı və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti vermək imkanı olmamalı, yaxud da fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verməli idi. Bu iki haldan hər hansı birinin baş verməsi kassasiya şikayəti verilməsi müddətinin bərpasının üzrlü hesab edilməsi üçün əsasdır. Şəxsin iradəsindən asılı olmayan halın olması, şəxs həmin müddət ərzində özündən asılı olmayan səbəblərə görə kassasiya şikayəti vermək imkanının olmamasını ehtiva edir. İş materiallarından göründüyü kimi Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 fevral 2018-ci il tarixli qərarından kassasiya şikayəti vermə müddəti 14 avqust 2019-cu il tarixdə bitmişdir. İş mate riallarından isə görünür ki, Məhkum kassasiya şikayəti verilməsi üçün müddətin bərpasına dair ərizəsi Bakı İstintaq Təcridxanası tərəfindən 25.06.2020-ci il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Beləliklə, müəyyən olunur ki, kassasiya şikayəti qanunla müəyyən edilmiş 18 ay ərzində deyil, həmin müddətdən təxminin 10 ay keçdikdən sonra verilmiş və bununla da kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət buraxılmışdır. Məhkəmə kollegiyası məhkumun həbsdə olması və 20 oktyabr 2018-ci il tarixindən xəstə olduğuna görə qərardan vaxtında kassasiya şikayəti verə bilməməsi barədə dəlillərini müddətin üzrlü səbəblərdən buraxılmasını təsdiq edən dəlillər kimi qəbul etmir. Belə ki, apelyasiya instansiya məhkəməsi tərəfindən ona qərarın qanuni qüvvəyə min məsi və ondan şikayət vermə qaydasının izah edilmiş, bununla bağlı müddəalar Sumqayıt Apelyasiya Məhkəməsinin 13 fevral 2018-ci il tarixli qərarının nəticə hissəsində əks olunmuşdur. Ona görə də qeyd edilən dəlillər əsaslı hesab edilə bilməz. Qanunvericiliyin şərh olunan normalarına və prosessual müddətlərə dair ümumi müddəalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 fevral 2018-ci il tarixdə qərarından qanunla müəyyən edilmiş müddət ərzində, yəni 18 ay müddətində kassasiya şikayəti vermək hüququ olmuş, lakin həmin müddəti üzrsüz səbəbdən buraxmaqla kassasiya şikayəti verildiyindən və iş materialları onun müddəti üzrlü səbəbdən buraxması müəyyən olunmadığından Məhkum kassasiya şikayəti verilməsi üçün buraxılmış müddə tin bərpası barədə vəsatətinin dəlilləri əsassızdır və ona görə də rədd edilməlidir. Həmin müddət yalnız üzrlü səbəbdən buraxıldıqda bərpa edilməsi mümkündür. Lakin iş materiallarında müddətin üzrlü səbəbdən buraxılmasını əks etdirən hər hansı bir sənəd mövcud deyildir. Məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə bildirir ki, cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 313-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 fevral 2018-ci il tarixli qərarından məhkum tərəfindən kassasiya şikayəti verilməsindən ötrü prosessual müddətin bərpasına dair vəsatətin təmin edilməməsinə dair Sumqayıt Apelyasiya Məhkəməsinin Cin ayət Kollegiyasının 10 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-684/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-684/2021
21.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver