Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-684/2023 26.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 iştirakı ilə, Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 avqust 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci ma ddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 oktyabr 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə və Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim: X18, hakimlər: X15 (məruzəçu) və X6 ibarət tərkibdə) 23 avqust 2021-ci il tarixli hökmü ilə xx.xx.1985-ci ildə Zaqatala rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkumluğu olmayan, orta təhsilli, işləməyən, Zaqatala rayonu Aşağı Tala kəndində qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməli ni törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunan cəzalar az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona qəti olaraq 01 (bir) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin başlanğıcının 12 mart 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X3 (sədrlik edən və məruzəçi), X11 və X7 ibarət tərkibdə) 18 yanvar 2022-ci il tarixli qərarı ilə Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti və təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 1(091)-31/2021 nömrəli hökmü verilmiş apellyasiya protestinə və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası (hakimlər X12 (sədrlik edən və məruzəçi), X16 və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə) 30 iyun 2022-ci il tarixli qərarı ilə kassasiya protesti və kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 yanvar 2022-ci il tarixli, 1(107)14/2022 nömrəli qərarı ləğv edilmiş, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X21 (sədrlik edən və məruzəçi), X13 və X8 ibarət tərkibdə) 11 oktyabr 2022-ci il tarixli qərarı ilə Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti və təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 1(091)-31/2021 nömrəli hökmü verilmiş apellyasiya protestinə və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihama əsasən, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 5,929 qram çəkidə psixotrop maddə olan metamfetamini, eləcə də bir ədəd 1957-ci ildə keçmiş SSRİ-də "İjevsk” zavodunda istehsal olunmuş, T-3405 nömrəli, 12 kalibrli, İJ-54 modelli, çaxmaqsız, hamar qoşa lüləli, texniki cəhətdən saz, atəşə yararlı, yivsjz odlu silah hesab edilən lüləsi, qundağı kustar üsulla kəsilməklə hazırda öz təyinatını itirmişyivsiz ov tüfənginin kəsiyini qanunsuz əldə etmiş, metamfetamini üç ədəd bükümə bölüb üzərində, qeyd edilən odlu silahı isə gəzdirib özünə məxsus “BMW’ markalı, **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində saxlamaqla Zaqatala şəhəri, B.Kiçikxanlı küçəsi ilə V.İsmayılov küçəsinin kəsişməsinə qanunsuz daşımışdır. Bu barədə da xil olmuş məlumat əsasında Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 12 mart 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat- axtarış tədbiri zamanı Məhkum həmin gün, saat 22 radələrində yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Zaqatala Rayon Polis Şöbəsinə gətirilmiş, orada 13 mart 2020-ci il tarixdə saat 00:12-dən keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki qış gödəkçəsinin sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı üç ədəd şəffaf rəngli sellofan bükümlərdə ayrılıqda çəkiləri 2,101 qram, 2,336 qram və 1,492 qram olmaqla ümumilikdə külli miqdarda - 5,929 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Tədbirin davamı olaraq Zaqatala Rayon Polis Şöbəsinin həyətində Məhkum məxsus “BMW” markalı, 99- XL676 dövlət qeydiyyat nişanlı avtomobilə 13 mart 2020-ci il tarixdə, saat 00:45-dən keçirilən baxış və götürmə zamanı qanunsuz olaraq əldə edib gəzdirərək avtomobilin arxa yük yerində saxlamaqla daşıdığı bir ədəd 1957-ci ildə keçmiş SSRİ-də “İjevsk” zavodunda istehsal olunmuş, T-3405 nömrəli, 12 kalibrli, İJ-54 modelli, çaxmaqsız, hamar qoşa lüləli, texniki cəhətdən saz və atəşə yararlı, yivsiz odlu silah hesab edilən lüləsi və qundağı kustar üsulla kəsilmiş, hazırda öz təyinatını itirmiş yivsiz ov tüfənginin kəsiyi aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestində göstərmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 oktyabr 2022-ci il tarixli qər arı məhkəmənin Məhkum əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunmasına dair gəldiyi nəticə işin faktiki hallarına uyğun olmadığından mübahisə doğurur. Məhkum CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi ibtidai araşdırma və məhkəmələrdə aparılmış məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs Məhkum ibtidai istintaq dövründə vermiş olduğu ifadələrində qanunla dövriyyəsi qadağan edilmiş psixotrop maddə olan metamfetaminin ona məxsus olmasını etiraf etmiş, yalnız məsuliyyətdən yaxa qurtarmaq və CM-in 234.4.3-cü maddəsinin sanksiyasında daha ağır cəza nəzərdə tutulduğundan bunun yerinə CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərədə tutulmuş daha yüngül cəzaya məruz qalmaq məqsədilə özünün CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilmədiy ini göstərmişdir. Təqsirləndirilən şəxs Məhkum ibtidai istintaq dövründə sonrakı ifadələrində özünü müdafiə etmək məqsədilə ifadələrində dəyişikliklər edərək polis əməkdaşları tərəfndən ona qarşı fiziki zor tətbiq edildiyini və edilmiş fiziki və psixi təsirlərin nəticəsində etirafedici ifadələr verməsini bildirsə də, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 02 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Məhkum DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən təhdid olunması və təsirlərə məruz qalması ilə bağlı göstərdiyi xüsusat üzrə Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Lakin həmin qərardan CPM-in tələblərinə əsasən məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq təqsirləndirilə n şəxs və müdafiəçisi bu qərarla razılaşmaqla hər hansı şikayət verməməmişlər. Göründüyü kimi şahidlərin ifadələri və sənədlərə əsasən müəyyən edilir ki, Məhkum narkotik vasitə, psixotrop maddə və onların prekursorlarını əldə etməsi, özündə saxlamaqla daşıması və satması barədə daxil olmuş məlumat əsasında əməliyyat tədbirləri həyata keçirilmişdir. Məhkum üzərində aşkar edilmiş və üzərində daşıdığı narkotik vasitə və psixotrop maddənin alqı-satqısı ilə məşğul olması sübuta yetirilmişdir. Cinayət təqibi üzrə toplanmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, narkomaniya xəstəliyindən əziyyət çəkməyən, deməsinə görə istifadə etməyən Məhkum səliqəli sellofan paketdə qablaşdırılmış 03 ədəd sellofan bükümdə ayrı-ayrılıqda çəkiləri 2,101 qram, 2.336 qram, 1,492 qram, ümumilikdə külli miqdar da - 5,929 qram çəkidə psixotrop maddə metamfetamini üzərində saxlamaqla daşımışdır. Qeyd edilən hallar, yəni gündəlik təlabat malı olmayan, məişətdə mütəmadi istifadə olunmayan qeyd edilən çeşiddə və çəkidə olan narkotik vasitə heroini və psixotrop vasitə olan metamfetaminin Məhkum tərəfindən satış niyyəti ilə daşımasını ehtiva edir. Məhkəmə bu xüsusatlara da tənqidi yanaşmamış, sübutları bir-biri ilə müqayisə etməyərək təhlil etməmiş, cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamamış, narkotik vasitələri yaymaqla əhalinin sağlamlığının təhlükəsizliyinin təmin edən ictimai münasibətlərə xələl gətirən Məhkum əməlini psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan əldə etməklə daşıması və saxlaması nəticəsinə gəlməkdə səhvə yol vermişdir. Şərh edilənlər lə yanaşı, məhkəmə təqsirləndirilən şəxs Məhkum cəza təyin edərkən cəzalarını yüngülləşdirən halları kifayət qədər nəzərə almış, lakin əvvəllər məhkum edilməsini, 3 ədəd sellofan bükümdə ayrı-ayrılıqda çəkiləri ayrı-ayrılıqda çəkiləri 2,101 qram, 2.336 qram, 1,492 qram, ümumilikdə külli miqdarda - 5,929 qram psixotrop maddə metamfetamini üzərində saxlamaqla daşımasını, həmçinin üzərində 12 kalibrli, İJ-54 modelli, çaxmaqsız, hamar qoşa lüləli, texniki cəhətdən saz, atəşə yararlı, yivsiz odlu silah hesab edilən lüləsi, qundağı kustar üsulla kəsilməklə hazırda öz təyinatını itirmiş yivsiz ov tüfənginin kəsiyini özünə məxsus avtomobildə daşımasını, eləcə də onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi şəraitini, cinayət əməlini törətdikdən sonrakı dav ranaşını, özünü təqsirli bilməməklə islah yolunda olmamasını nəzərə almadan aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə təqsirləndirilən şəxs Məhkum əməlini əsassız olaraq CM-nin 234.4.3- cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edib törətdiyi cinayətin kateqoriyasına, ictimai-təhlükəlilik dərəcəsinə, xarakterinə və şəxsiyyətinə açıq-aşkar uyğun olmayan aşağı həddə cəza təyin etməklə cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin tələblərinin həyata keçirilməsini təmin etməmişdir. Kassasiya protestində Məhkum Azərbaycan Respublikası CM-in 228.1 və 234.4.3-cü maddələri itə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 oktyabr 2022-ci il tarix li qərarını ləğv edərək, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Müdafiəçi kassasiya şikayətində göstərmişdir ki, cinayət işinin materiallarına əlavə edilmiş hüquqlarını müdafiə etdiyi Məhkum tərəfindən BMCMİ-nin müstəntiqinə yazılmış müdafiəçidən imtina etməsi barədə 13 mart 2020-cı il tarixli ərizənin müdafiəçi Şahid3 tərəfindən imzalandığı görünür. Hüquqlarını müdafiə etdiyi Məhkum ilə aparılan danışıqlar zamanı məlum olmuşdur ki, sonuncu həmin ərizəni imzalamağa vadar edilmiş və həmin zaman onun müdafiəçisi Şahid3 yanında olmamışdır Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmündə şahidlər X19, X9, X17 və X1 vermiş olduqları ifadələrdə əsas xüsusat qeyd edilməmişdir. X19, X9, X17 və X4 ifadələrində Məhkum DİN Bas Mütəşəkkil Cinayə tkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən zorla öz avtomobillərinə mindirilməsi və Məhkum avtomobilinin isə sonuncunun nəzarətindən kənar qayda DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən idarə olunması xüsusatı bilərəkdən qeyd edilməmişdir. İşin həmin halını məhkəmə iclasının audio və video yazılan ilə müəyyən etmək mümkündür. İbtidai istintaq orqanı qəsdən hüquqlarını müdafiə etdiyi Məhkum hansı səbəbdən özünü təqsirli bilməməsi sualını ünvanlamamışdır. Bununla yanaşı, Məhkum müdafiəçisi olmuş Zabil Qurbanov da, müdafiə etdiyi şəxsin nəyə görə özünü təqsiri bilməməsini müəyyən etməmiş və bu barədə təqsirləndirilən şəxsə sual ünvanlamamışdır. Müdafiəçi kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 oktyabr 2022-ci il tarixli, 1(107)-336/2022 nömrəli hökmünü ləğv edərək, işin yenidən apellyasiya məhkəməsində baxılmasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsin ə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində Məhkum törətdiyi cinayət əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi barədə məhkəmələrin gəld iyi nəticənin səhv olması, kassasiya şikayətində isə şəxsin təqsirlilik məsələsi mübahisələndirilir. Məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini və müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsa slanmalıdır. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təq sirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkumun əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticənin əsaslı olması qənaətinə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İbtidai araşdırma orqanı tərəfindən Məhkum CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamın mahiyyəti ondan ibarət olmuşdur ki, o, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq ümumilikdə 5,929 qram çəkidə külli miqdarda psixotrop maddə-metamfetamini satış məqsədi ilə əldə edib daşıyaraq üzərində saxlamışdır. Apellyasiya məhkəməsində Məhkum birinci instansiya məhkəməsində göstərdiyi xüsusatlarla bağlı oxşar məzmunda ifadə verərək bildirmişdir ki, 2020-ci ilin mart ayının 12-də, saat 22 radələrində Zaqatala şəhəri B.Kiçikxanlı küçəsi ilə V.İsmayılov küçəsinin kəsişməsində avtomaşınını saxlayıb dayanmış, həmin vaxt Zaqatala rayon X23 X34 iki nəfər əvvəldən tanıdığı və birinin adı Ruslan olan əməkdaşı yaxınlaşaraq o na məxsus BMV markalı avtomaşını satıb-satmaması ilə maraqlanmış, həmin söhbət zamanı avtomaşının müxtəlif yerlərinə, o cümlədən yük yerinə baxmışlar. Sonradan avtomaşının qabaq tərəfində dayanan zaman Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları oraya yaxınlaşaraq onu özlərinə məxsus olan avtomaşına mindirib Zaqatala rayon Polis Şöbəsinə aparmışlar. Orada da ona narkotik vasitəni və silahı etiraf etməli olduğunu bildirmişlər. O da götürməyəcəyini bildirmişdir. Əməliyyat qrupunun rəisi də ona əgər götürməzsə gedib evində götürəcəyini demişdir. Zaqatala rayon Polis Şöbəsindən çıxanda o yalnız silahı etiraf edəcəyini demişdir. Lakin, onunla razılaşmayaraq hamısını etiraf etməli olduğunu bildirmişlər. Onlar onun evinə getmək istəyəndə isə evində 3 azyaşlı uşağının və ankoloj i xəstə olan anasının narahat olacağını nəzərə alaraq onların dedikləri ilə razılaşmışdır. Cinayət işinin materiallarında olan və aşağı instansiya məhkəmələrində məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-kimyəvi ekspertizasının 13 mart 2020-ci il tarixli 6/178 saylı rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs: Məhkum üzərindən aşkar edilmiş 03 ədəd şəffaf bükümdə...” yazısı olan zərfdə 3(üç) ədəd şəffaf polietilen paketlərdə ayrı-ayrılıqda təmiz çəkisi 2,101 qram, 2,336 qram, 1,492 qram, ümumi təmiz çəkisi 5,929 qram ağ rənli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; Məhkəmə-narkoloji ekspertizasının 06 iyul 2020-ci il tarixli 1848 nömrəli rəyində gö stərilmişdir ki, hal-hazırda Məhkum müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Məhkum narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur.” "Şəxsi axtarış və götürmə aparılması haqqında” və "Baxış və götürmə aparılması haqqında” 13 mart 2020- ci il tarixli protokola və həmin protokollara əlavə edilmiş video görüntünün olduğu CD diskdən görünür ki, Məhkum üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki qış gödəkçəsinin sağ yan cibindən üç ədəd şəffaf rəngli sellofan bükümdə psixotrop maddə metamfetamin, "BMW” markalı **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerindən isə bir ədəd lüləsi və qundağı kustar üsulla kəsilmiş ov tüfəngi aşkar edilərək götürülmüşdür. Apellyasiya məhkəməs i qeyd etmişdir ki, şübhəli şəxs qismində tanınmış Məhkum əvvəlki müdafiəçidən imtina etməsi özünün könüllü iradəsi əsasında olmuş, bu barədə xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edərək dövlət hesabına təyin edilmiş vəkil Şahid3 hüquqi yardımından könüllü olaraq imtina etməsi və cinayət işində dövlət hesabına hüquqlarını müdafiə edəcək başqa müdafiəçi ilə təmin edilməsini xahiş etmişdir. Araşdırma zamanı təqsirləndirilən şəxs həmin ərizəyə və "Şübhəli şəxsin müdafiəçidən imtina etməsi haqqında” xx.xx.2020-ci il tarixli protokola şəxsən özü imza etdiyini bildirmişdir. Bundan sonra şübhəli şəxs Məhkum 13 mart 2022-ci il tarixli protokolla müdafiəçi tutmaq hüququ izah olunmuş, "Yusifbəyli və partnyorları” Vəkil Bürosunun vəkillərinin siyahısı sonuncuya təqdim edilmişdir. Məhkum bu pr otokolla da tanış olaraq imza etmişdir. Şübhəli şəxs qismində tanınmış Məhkum heç də müdafiə hüquqndan kənarda qalmamış, bütün ərizə və protokolları öz iradəsi əsasında imza edərək, dövlət hesabına dəvət edilmiş yeni müdafiəçiyə etiraz etməmişdir. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, düzgün olaraq Məhkum istintaqa mə lum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak maiqdarından artıq miqdarda 5,929 qram çəkidə psixotrop maddə olan metamfetamini, eləcə də, hazırda öz təyinatını itirmiş yivsiz ov tüfənginin kəsiyini qanunsuz əldə etməsi, metamfetamini üç ədəd bükümə bölüb üzərində, qeyd edilən odlu silahı isə gəzdirib özünə məxsus "BMW” markalı, 99-XL- 676 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində saxlamaqla Zaqatala şəhəri, B.Kiçikxanlı küçəsi ilə V.İsmayılov küçəsinin kəsişməsinə qanunsuz daşıması barədə nəticəyə gəlmişdir. Belə ki, Məhkum şübhəli şəxs qismində tutulduqdan sonra verdiyi ilkin izahatında bildirmişdir ki, 22 yanvar 2022-ci il tarixdə saat 18:00 radələrində Sumqayıt şəhəri 2-ci məhəllə yaxınlığında piyada hərəkət edən zaman 3 nəfə r mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Ona külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Barəsində olan əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu Sumqayıt ŞPİ-nin 4-cü PB-nə dəvət etmişlər. Üzərinə bölmədə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən 01 ədəd sellofan bükümdə narkotik vasitə olan heroin, 2 ədəd mobil telefon, şəxsiyyət vəsiqəsi və 01 ədəd elektron tərəzi aşkar edilmişdir. Bundan başqa heç bir qanunsuz əşya və predmet üzərindən aşkar edilməmişdir. Şifahi soruğu zamanı bildirmişdir ki, üzərindən aşkar olunmuş 01 bükümdə narkotik vasitəni öz şəxsi istifadəsi üçün 20 Yanvar metrostansiyasının yaxınlığından 150 manata almışdır. Elektron tərəzini narkotik istifadə edən zaman miqdarından çox istifadə etməmək üçün üzərində gəzdirmişdir. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən cinayət əməli (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama) formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əs asən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir, nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzumu aradan qalxır. Hazırki cinayət işi üzrə Məhkum oğluna külli miqdarda psixotrop maddəni satış məqdəsi ilə qanunsuz olaraq əldə edib saxlaması və daşıması barədə verilən ittihamla bağlı ilk növbədə təqsirkar şəxsin məqsədinin əldə etdiyi və üzərində daşıyaraq saxladığı narkotik vasitəni satmağa yönəldiyi sübuta yetirilməli, həmin maddəni məhz satış məqsədi ilə əldə edib daşımasını təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməli idi. «Narkotik vasitələrin, psixotrop maddələrin və onlarin prekursorlarının dövriyyəsi haqqında» Az ərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlama Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlidir ki, qeyd olunan bu əməl də «Narkotik vasitələrin, psixotrop maddələrin və onlarin prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinin təsiri altına düşən hərəkətlərdəndir. Həmçinin Azə rbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarının 9cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin dispozisiyasına görə narkotik vasitələrin və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etma, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işi üzrə müəyyən olunmuş hallardan göründüyü kimi, təqsirkar şəxsin psixotrop maddəni məhz satış məqsədi ilə əldə edib daşımasını təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi kimi hallar müəyyən edilməmişdir ki, bu isə öz növbəsində Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə vermiş ittihamın ehtimallar və fərziyyələr əsasında qurulması barədə aşağı instansiya məhkəmələrinin gəldiyi nəticənin əsaslı olmasını təsdiq edir. Apellyasiy a məhkəməsi qeyd etmişdir ki, Məhkum əməlində CM-in 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayətin əlamətlərinin mövcud olması işin faktiki halları, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübütlar, o cümlədən, şahid ifadələri, şəxsi axtarış və baxış protokolları, ekspertiza rəyləri və iş üzrə toplanmış digər təkzibolunmaz sübutlarla təsdiq olunur. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini əsaslı sayir və həmçinin qeyd edir ki, cinayət işinin materiallarından göründüyü kimi, istintaq orqanı tərəfindən Məhkum psixotrop maddəni saxlamaqda niyyətinin və məqsədinin məhz satış olmasını təsdiq edən hər hansı sübut təqdim edilməmiş, təqsirkar şəxsin özünün bu maddənin satışından mənfəət əldə edib etməməsi halları araşdırılmamışdır. Təqsirləndirilən şəxs tərəfindən psixotrop maddəni satacağı istehlakçı ilə razılığın əldə edilməsi, satılacaq narkotik vasitənin müqabilində Məhkum hansı məbləğdə pul vəsaiti alması və həmin məbləği kimdən alması, yaxud hansısa gəlir əldə etməsi işin halları ilə müəyyən edilməmişdir. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, Məhkum psixotrop maddənin satışı ilə məşğul olmasını təsdiq edə biləcək hər hansı bir sübutun olmadığından onun tərəfindən məhz satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni əldə edilməsi, saxlanması və daşıması qənaətinin əsassız olması barədə apellyasiya instansiya məhkəməsinin mövqeyi düzgün və əsaslıdır. Eyni zamanda cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olub-olmamasını müəyyən etmək məqsədi i lə əməliyyat tapşırığı vermiş, həmin əməliyyat tapşırığına Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən verilmiş cavabda isə Məhkum narkotik vasitələrdən istifadə etməklə onun narkotik vasitəni kənar şəxslərə satmasının müəyyən edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Məhkum narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edəcək hər hansı bir sübutun olmadığı halda, onun tərəfindən satış məqsədi ilə narkotik vasitələrin əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün deyil. Göstərilən halları nəzərə alan apellyasiya instansiyası məhkəməsi düzgün olaraq Məhkum üzərində aşkar edilmiş psixotrop maddəni saxlamaqla hər hansı mənfəət əldə edilməsi təsdiq edilmədiyi üçün, onun əməlini psixotrop maddəni satma kimi deyil, satış məqsədi olmadan psixotrop mad də əldə etmə kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin əməlin tövsifi ilə bağlı mövqeyini əsaslı sayaraq qeyd edir ki, göstərilən məhkəmə cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, Məhkum külli miqdarda psixotrop maddəni məhz sa tış məqsədi ilə qanunsuz olaraq əldə edərək saxlamasının birbaşa və ya dolayı yolla hər hansı sübutla təsdiq olunmaması barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif et mək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını A zərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual q anunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və ha lları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında vurğulayır ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhə miyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarında müəyyən olunan hallar əsasında cinayət əməlinin tövsifi barədə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Məhkum törətdiyi cinayət əməlinin tövsifində səhvə yol verməmiş, kassasiya prote stinin bu barədə dəlilləri əsassızdır. Göstərilən nəticə kassasiya protestində iddia olunanların əksinə olaraq məhkəmələr tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, bu dəlillərlə istintaq orqanı tərəfindən fərdin fundamental hüquqları olan - müdafiə və şəxsi toxunulmazlıq hüquqlarının təmin edilib-edilməməsi şübhə altına qoyulmuş, məhkumun müdafiəçisi müvafiq iddialarını yetərli dərəcədə əsaslandırmışdır. Cinayət işinin materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsində aparılan icraat dövründə Azərbaycan Respublikası CPM-nin 92.12-ci maddəsi ilə müəyyən edilən qaydanın təmin edilməsinin müəyyən edilməsi məqsədilə məhkəməyə ünvanladığı vəsatətdə Məhkum müdafiəçisi BMCMİ-in müstəntiqinə yazılmış 13 mart 2020-ci il tarixli ərizədə və "Şübhəli şəxsin müdafiəçidən imtina etməsi haqqında” 13 mart 2020-ci il tarixli protokolda müdafiəçi Şahid3 imzalarının sonuncu yox, müstəntiq Zabil Qurbanov tərəfindən icra edildiyini iddia edib, həmin imzalara dair məhkəmə xəttşünaslıq ekspertizasının təyin edilməsini xahiş etsə də, məhkəmə həmin vəsatəti protokol qaydasında rədd etmişdir. Apellyasiya məhkəməsi cinayət işi üzrə müəyyən edilmiş hallara və araşdırılmış sübutlara əsasən qeyd etmişdir ki, ibtidai istintaq dövrü bütün prosessual hərəkətlər (şübhəli şəxsin hüquq və vəzifələri barədə bildirişin surətini təqdim edilməsi, cinayət prosesi iştir akçılarına etiraz haqqında protokol, dindirmə, ekspertizların təyin edilməsi barədə protokollar, təqsirləndirilən şəxs qismində cəlb edilmə barədə qərar, ittiham elan edilmə, cinayət işinin materialları ilə tanış olma və s. prosessual sənədlər) məhz Məhkum və müdafiəçi Kamal Əliyevin birgə iştirakı ilə keçirilmişdir. Hətta cinayət işinin 115-ci səhifəsində olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından da göründüyü kimi təqsirləndirlən şəxs Məhkum barəsində qətimkan tədbirinin seçilməsi məsələsinə baxılarkən onun hüquqlarını məhkəmədə müdafiəçi Kamal Əliyev müdafiə etmişdir.Təqsirləndirilən şəxs yalnız məhkəmə proseslərində digər vəkill, yəni Müdafiəçila müqavilə bağlamışdır. Göründüyü kimi təqsirləndirilən şəxs istər tutulan anda, istər ibtidai istint aq dövrü, istərsə də məhkəmə proseslərində müdafiə hüququndan məhrum edilməmiş, onun bu hüququna xususi diqqət yetirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Kassasiya şikayətinin bu barədə dəlilləri heç bir hüquqi əsasa söykənməyən, əsassız dəlillərdir. Məhkəmə kollegiyasının kassasiya protestinin məhkum edilmiş şəxsə təyin edilən cəzanın yüngül olması barədə dəlillərinə münasibətdə qeyd edir ki, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhk əməsi tərəfindən cəzadan da yüngül cəzanın təyin edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Qeyd olunan hüquq normalarının mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğu nu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi şəxsin törətdiyi cinayət əməlinin tövsifini, onun barəsində cəzanın növünü və həddini müəyyən edərkən, maddi və prosessual qanunvericiliyin müddəalarını, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdır an halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır. Apellyasiya məhkəməsi də haqlı olaraq bu mövqe ilə razılaşaraq Məhkum Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təyin edilmiş cəzanın növü və həddini qanuni, əsaslı və ədalətli hesab etmişdir. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin məhkumun əməlinin tövsifi, həmçinin CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinməsi və ona cəza təyin edilməsi ilə bağlı gəldikləri nəticə ilə razılaşaraq hesab edir ki, kassasiya protestinə və kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar mövcud deyildir. Göstərilənlərə əsasən, kass asiya protestinin və kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 oktyabr 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində və kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişikliksiz saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti və Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 oktyabr 2022-ci il tarixli qərarı kassasiya protestinə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-684/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-684/2023
26.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver