Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-684/2025 15.04.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə xx.xx.1992-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, azərbaycanlı, məhkum olunmamış, subay, hazırda işləməyən, xxxxx ünvanda yaşayan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 9 oktyabr 2024-cü il tarixli, 1(106)-904/2024 nömrəli qərarından dövlət ittihamçısı Hüseynov Elnar Əli oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Xocavənd Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 1(069)-7/2024 nömrəli hökmü ilə (sədrlik edən hakim: İ.Y.Əliyev) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 22 avqust 2024-cü il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kolleg iyasının 29 oktyabr 2024cü il tarixli qərarı ilə, (hakimlər: İ.H.Əhmədov (sədrlik edən), Y.X.Həşimov və E.İ.Əliyev) apellyasiya şikayəti təmin edilmiş, Xocavənd Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il azadlıqdan məhrum etmə cəzasının müddəti 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, Məhkum xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) ay 07 (yeddi) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla 04 (dörd) ay 14 (on dörd) g ün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilib ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla Məhkum üzərində 01 (bir) il 07 (yeddi) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəzaçəkmə müddətinin başlanğıcının Probasiya orqanında qeydiyyata alındığı gündən hesablanması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 oktyabr 2024-cü il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. İşin halları: Hökmə əsasən Məhkum istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi döyüş sursatı hesab edilən 60 ədəd 5,45x39 mm kalibrli patronları idarə etdiyi SX markalı, sarı rəngli **-XD-*** dövlət qeydiyyat nişanlı avtomo bildə saxlamaqla daşımış, 18 mart 2024-cü il tarixdə Xocavənd rayonu ərazisində yerləşən stasionar polis postunda avtomobil nəzarət qaydasında saxlanılarkən avtomobildə qanunsuz əşya daşınıb-daşınmamasını müəyyənetmək üçün aparılan yoxlama zamanı avtomobilin sol qapısının saxlanc yerində (cib hissəsi) döyüş sursatı 5,45x39 mm kalibrli patronlar olması müəyyən edilmiş, bu barədə Xocavənd Rayon Polis Şöbəsinə verilmiş məlumat əsasında avtomobilə müvafiq qaydada baxışkeçirilərkən avtomobilin kabinasının sol yan qapısının saxlanc yerində 2 ədəd kağıza bükülmüş vəziyyətdə 1979 və 1981-ci illərdə keçmiş SSRİ-də zavod üsulu ilə istehsal edilmiş, 5,45x39 mm kalibrli 60 ədəd, həmin kalibrə malik Kalaşnikov konstruksiyalı “AK- 74”, “AKS-74”, “AKS-74U”, “AK-74M” avtomatlarda, “RPK-74” əl pulemyotları nda və sair uyğun kalibrli yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş atəşə yararlı döyüş sursatları aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi Məhkum cəzasını yüngülləşdirən hər hansı bir hal olmadığı vəziyyətdə birinci instansiya məhkəməsinin hökmü ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz etməklə ona şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan həddindən artıq yüngül cəza təyin etmişdir. Məhkəmə tərəfindən Məhkum cəza təyin edilərkən cinayət qanununun normalarının, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun qərarının tələblərinə, Ali Məhkəmənin Plen umunun qərarındakı tövsiyələrinə əməl edilməmiş, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, hadisənin baş vermə səbəbinə, şəraitinə, nəticələrinə, eləcə də onun şəxsiyyətinə əhəmiyyət verilməmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Proses sual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) old uqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində Məhkum cəzasını yüngülləşdirən əlavə hal olmadığı halda, şəxsiyyətinə, törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan həddindən artıq yüngül cəzanın təyin olunduğunu iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlə rinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 oktyabr 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Dövlət ittihamçısının istinad etdiyi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edi lməsi və yaxud dəyişdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca CPMin 399.1.5, 404-cü maddələrində göstərilən əsaslardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətlərə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin CPM-in 399.1.5, 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq mübahisələndirilən cəza “açıq-aydın” yüngül olduqda, apellyasiya məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüs usi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir. Hətta, kassasiya instansiyasında bu tələb apellyasiya instansiyası ilə müqayisədə daha sərt meyar kimi nəzərdən keçirilməli və cəzanın “açıq-aydın” yüngül hesab edilməsi üçün cəza ilə cəzanın təyin edilməsi zamanı nəzərə alınmalı olan hallar arasında uyğunsuzluq - daha böyük, pozuntu - daha kobud olmalıdır. Çünki, kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına baxır və hüquqi müəyyənlik prinsipi ona müstəsna hallarda, fundamental pozuntuları aradan qaldırmaq üçün məhkəmə qərarlarını ləğv etmək, apellyasiya icraatının təkrarlanmasına dair qərar qəbul etmək səlahiyyəti verir. Lakin, kassasiya protestində irəli sürülmüş də lillərə baxdıqda, bu dəlillərin Məhkum təyin olunmuş cəzanı açıq-aydın yüngül hesab etmək üçün əsas vermədiyi müəyyən olunur. Belə ki, Məhkum Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməli Cinayət Məcəlləsinin 15.3-cü maddəsində az ağır cinayət kimi təsbit edilmişdir. Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya iki ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkum isə apellyasiya məhkəməsi tərəfindən CM-in 228.1-ci maddəsinin sanksiyası daxilində - 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum CM-nin 228.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzası se çilməklə, həmin maddənin sanksiyası daxilində ədalətli cəza təyin edilmişdir. Belə ki, baxılan işdə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmiş, Məhkum cinayət əməlini etiraf etməsi, əməlindən peşman olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması birinci instansiya məhkəməsinin hökmü ilə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, məhkəmə Məhkum ilk dəfə məhkum edilməsini, yeni ailə qurmasını əlavə olaraq sonuncunun cəzasını yüngülləşdirən hallar kimi, həmçinin ondan aşkar edilənin odlu silahın özü deyil, döyüş sursatı olmasını nəzərə almış və nəticə olaraq adı çəkilən şəxsin cəzasını yüngülləşdirməklə, cəza növünün dəyişdirilməsini mümkün bilmişdir. Məhkəmə kolle giyası qeyd edir ki, qeyd olunan halların cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınması cinayət qanununun tələblərinə zidd olmamaqla, göstərilən yüngülləşdirici hallar həm ayrı-ayrılıqda, həmdə birlikdə götürülməklə nəzərə alındıqda, ağlabatanlıqla cəzanın növünün və müddətinin müəyyən edilməsinə təsiri olan yüngülləşdirici hallar kimi çıxış edilər. Digər tərəfdən məhkəmənin baxılan işdə cəzanı ağırlaşdıran halların olmamasına dair qənaəti də işin həqiqi hallarına və qanuna əsaslanan nəticədir. Çünki, baxılan işdə Cinayət Məcəlləsinin 61-ci maddəsinin müddəaları ilə uyğunluq təşkil edən (bu maddədə müəyyən edilmiş cəzanı ağırlaşdıran halların dairəsinə düşən) heç bir hal müəyyən edilməmişdir. Kassasiya protestində məhkuma daha ağır cəzanın təyin edilməsini tələb edən əsaslar kimi g ətirilən hallar da CM-in 61-ci maddəsinin müddəaları baxımından cəzanı ağırlaşdıran hallar kimi çıxış etmirlər. Qeyd olunan halların fonunda Məhkum apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin olunmuş cəza bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən halların, cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilməsinə və ailəsinin həyat şəraitinə təsirinin) tarazlaşdırılmış şəkildə nəzərə alınmasına əsaslanan tədbir kimi çıxış edir və bu səbəbdən Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, açıq-aydın yüngül cəza kimi qiymətləndirilə bilməz. Bütün bunlar kassasiya protestinə baxılması nəticəsi ndə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halın müəyyən edilmədiyini, yəni həmin müraciətin təmin edilməsi, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində 29 oktyabr 2024-cü il tarixli, 1(106)-904/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-cü maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Kassasiya protes ti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 oktyabr 2024-cü il tarixli, 1(106)-904/2024 nömrəli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-684/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-684/2025
15.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver