Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-685/2019 07.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, məhkum Təqsirləndirilən şəxs iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 dekabr 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 152.1, 178.2.1, 178.2.2, 178.2.4, 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 20 avqust 2018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 dekabr 2017-ci il trarixli hökmü ilə (sədrlik edən: T.X.Nəsrullayeva, hakimlər: R.A.Allahverdiyeva və N.A.Kərimov) xx xxxx 1971-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1-də qeydiyyatda olmaqla yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1, 178.2.1., 178.2.2., 178.2.4 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əmə llərini törətməkdə təqsirli bilinib CM-in 152.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 178.2.1., 178.2.2 və 178.2.4-cü maddələri ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.3-cü maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplanmaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 21 sentyabr 2016-cı il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə həmçinin X10 da məhkum edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum Təqsir ləndirilən şəxs, zərərçəkmiş şəxslər X8 və Zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 20 avqust 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: M.S.Hüseynov, hakimlər: H.H.Əhmədov və İ.M.Murquzov) məhkum və zərərçəkmiş şəxslər tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 dekabr 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 20 avqust 2018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti verərək barəsində qanuni və ədalətli qərarın qəbul edilməsini xahiş edir. İşin halları: Məhkəmə hökmü ilə Təqsirləndirilən şəxs 15 avqust 2016-cı il, saat 01:30 radələrində Yevlax şəhər sakini aşkar surətdə 16 yaşına çatmamış 03 mart 2001-ci il tə vəllüdlü X2 “Kür çayı”nın sağ sahilinin Yevlax rayonunun Cırdaxan kəndinin ərazisindən keçən hissəsinə apararaq orada qarşılıqlı razılıq əsasında onunla cinsi əlaqədə olmuşdur. Bundan başqa o, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədilə tanışı X10 və digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında Zərərçəkmiş şəxs sonuncunun oğlu X9 şəhər X12 Yol Polisi bölməsinə Yol Polis Xidməti inspektoru vəzifəsinə bərpa etdirəcəklərinə vəd verib aldadaraq 04 iyun 2016-cı il tarixdə X2un yenidən tibbi müayinədən keçirilməsi adı ilə sonuncunun yaşadığı ünvan 1 evdə 4.000 manat, 09 iyun 2016-cı il tarixdə X2un kursa yazılacağı bəhanəsi ilə yenə həmin ünvanda 3.000 manat, 18 iyun 2016-cı il tarixdə DİN-in Kadr İdarəsinə çatdırılması adı ilə Yevlax şəh ərində yerləşən “AzPetrol” Yanacaq Doldurma məntəqəsinin yanında 3.000 manat, 23 iyun 2016-cı il tarixdə 'İşi düzəldən Arzu adlı şəxsə çatdırmaq bəhanəsi ilə Gəncə şəhərində yerləşən Elm Mərkəzinin yanında 3.000 manat, 25 iyun 2016-ci il tarixdə Azərbaycan Respublikası DİN-də rəhbər şəxsə verilməsi bəhanəsi ilə Yevlax şəhər avtovağzalında 3.000 manat, 26 iyun 2016-cı il tarixdə X2un kurs qiymətlərinin yazılması bəhanəsi ilə ünvan 1 ünvanda 3.000 manat, yenə də işi düzəldən şəxsə çatdırmaq adı ilə 28 iyun 2016-cı il tarixdə ünvan 2 ünvanda 2.500 manat, 09 iyul 2016-cı il tarixdə guya işin düzəlməsi ilə əlaqədar olaraq “şirinlik” adı ilə Yevlax şəhər avtovağzalında 1.000 manat, 19 avqust 2016-cı il tarixdə Zərərçəkmiş şəxs özünün Mingəçevir şəhər Telekoma müavin vəzifəsinə işə düzəldəcəyi bə hanəsi ilə ünvan 3 ünvanda 3.000 manat pulunu ələ keçirməklə, vahid qəsdlə əhatə olunmaqla ümumilikdə Zərərçəkmiş şəxs 25.500 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədilə tanışı X10 və şəxsiyytələri məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında X1 oğlu X6 şəhər, Mühafizə polisinə polis nəfəri vəzifəsinə işə düzəldəcəkləri barədə yalan vəd verib aldadaraq, 14 sentyabr 2016-cı il tarixdə Yevlax şəhəri, Çənlibel qəsəbəsi ərazisində yerləşən çayxanada 8.000 manat pulunu ələ keçirməklə zərərçəkmiş şəxs X4a xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, məlum olmayan mənbədən satış məqsədi və tamah niyyəti ilə qanu nsuz olaraq bir ədəd qara rəngli polietilen torbanın içərisində külli miqdarda, yəni 3005 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib üstündə saxlamaqla daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı o, 21 sentyabr 2016-cı il tarixdə, saat 23.00-da Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı kəndində yerləşən qəbristanlığın yaxınlığında saxlanılaraq onun icazəsi ilə üstünə baxış keçirilərkən sonuncunun sağ əlində daşıdığı və təqdim etdiyi qara rəngli polietilen torbada külli miqdarda - təmiz çəkisi 3005 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik v asitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin 20 avqust 2018-ci il tarixli qərarının ləğv edilməsi və yeni qanuni, əsaslı və ədalətli qərarın qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, məhkəmə işin konkret hallarını tam və hərtərəfli obyektiv araşdırmamışdır, onun zərərçəkmiş şəxs X5 ilə cinsi əlaqədə olması qarşılıqlı razılaşma əsasında baş verdiyini və bu barədə onun notarius tərəfindən təsdiq edilmiş ərizəsi nəzərə alınmamışdır. Ona istinad edilən cinayət əməlini törətməsi öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edi lməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 20 avqust 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məsəlləsinin (bundan sonra CPM-in) 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, bi rinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Təqsirləndirilən şəxsməhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmələr iş üzrə zərərçəkmiş şəxs v ə şahid ifadələrinə, habelə toplanmış digər sübutlara istinad etmişlər.Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Təqsirləndirilən şəxs verdiyi ifadələrini digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi qiymətləndirərək onları qəbul etməmişdir. Məhkum Təqsirləndirilən şəxs öz kassasiya şikayətində göstərmişdir ki, zərərçəkmiş şəxs X5 ilə qarşılıqlı razılıq əsasında cinsi əlaqədə olmuşdur. Lakin məhkumun əməli təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 152.1-ci maddə on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və seksual xarakterli digər hərəkətlər etməni əhatə edir. Bu cinayətin bilavasitə obyekti şəxsiyyətin cinsi toxunulmazlığıdır. Qeyd olunan maddədə ilə məsuliyyətin yaranması üçün 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya sekasual xarakterli hərəkətlər könüllü həyata keçirilməlidir. Belə hərəkətlərin könüllü deyil, zorakı üsullarla törədilməsi müvafiq əlamətlər üzrə CM-in 149-cu və ya 150-ci maddələri ilə cinayət məsuliyyətinə səbəb olur. Bu cina yəti subyektiv cəhətdən təqsirin birbaşa qəsd növü ilə xarakterizə olunur. Təqsirkar 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olduğunu və ya seksual xarakterli hərəkətlər etdiyini dərk edir və bunu arzu edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. İş materiallarından görünür ki, məhkum Təqsirləndirilən şəxs qeyd edilmiş cinayət əməlinin törədilməsində özünü təqsirli bilməsə də, onun etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq cinayətini törətməsi zərərçəkmiş şəxslərZərərçəkmiş şəxs, X3şahidlərƏhmədov Azər Əhməd o ğlunun, X7 və qeyrilərinin ifadələri və üzləşmə protokolları, habelə toplanmış digər sübutlarla məhkumun təqsiri tam sübuta yetirilmişdir. Cinayət qanunu normasının tələblərinə və “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı qərarına əsasən Azərbaycan Respublikası CM-in 178-ci maddəsində nəzərdə tutulan dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o, halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqların əldə edərkən hər hansı bir öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Subyektiv cəhətdən belə əməllər birbaşa qəsdlə törədilir, yəni həmin əməli törədən şəxs Azərbaycan Respublikası CM-in 25-ci maddəsinin tələblərinə əsasən öz əməlinin (hərəkət və hərəktsizliyinin) ictimai təhlükəli olduğunu dərk etməli, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görməli və bunları arzu etməlidir. Qanunun mənasından göründüyü kimi, dələduzluq cinayətinin törədilməsi zamanı şəxs əvvəlcədən öz qarşısına digər şəxsin əmlakını və əmlaka olan hüququnu ələ keçirmək məqsədini müəyyən edir, sonradan isə həmin məqsədinə nail olmaq üçün ya zərərçəkmiş şəxsin etibarından sui-istifadə etmiş olur, ya da ki, onu aldadır, nəticədə isə sonuncunun könüllü olaraq öz əmlakını və ya əmlaka olan hüququnun ona verilməsinə nail olur. Dələduzluğun törədilməsi zamanı aldatma üsulundan istifadə edən şəxs əmlakın sahibinə müəyyən faktlar barədə qəsdən yalan məlumatlar verir, yaxud da belə faktlar haqqında məlumatları qəsdən saxtalaşdırır və ya ümumiyyətlə heç bir məlumat vermir ki, son nəticədə əmlakın sahibi aldadılaraq öz əmlakını könüllü qaydada dələduzluq cinayətini törədən şəxsə verir. Etibardan sui-istifadə zamanı özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz ələ keçirmək və bunları qaytarmamaq məqsədini izləyən şəxs onunla mülkiyyətçi arasında olan etibarlı münasibətlərdən istifadə edir və əmlakın idarə olunması və ya ona sərəncam verilməsi ilə əlaqədar müəyyən vəzifələrin yerinə yetirilməsini üzərinə götürüb əmlakı ələ keçirdikdən sonra əmlakı qaytarmaq niyyətində olmayaraq və tamah niyyətində olaraq öz vəzifəsini qəsdən, heç bir üzrlü səbəb olmadan yerinə yetirmir. Göründüyü kimi, əməlin dələduzluq cinayəti kimi qiymətləndirilməsi üçün belə əməli törətmiş şəxsin əvvəlcədən əmlakı və ya əmlaka olan hüququ ələ keçirmək niyyətində olması müəyyən edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs cinayət əməli iş materiallarında olan zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, üzləşdirmə protokolları, sənədlər və iş üzrə qanuni üsullarla toplanmış digər sübutlarla tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunmasın ı, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək Apellyasiya Məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı sayır. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməkl ə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin 20 avqust 2018-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Kollegiyasının 20 avqust 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Cinayət
Məhkəmə qərarları › İş №1(102)-685/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-685/2019
07.05.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver