Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-685/2020 20.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, x1 müdafiəçisi-vəkil Qazıyeva Afət Aslan qızının iştirakları ilə, Bakı Ağır Cin ayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş x1 barəsində Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından x1 müdafiəçisi-vəkil Qazıyeva Afət Aslan qızı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə (hakimlər: N.A.Kərimov (sədrlik edən və məruzəçi) R.A.Allahverdiyeva və A.İ.Paşayev) x1- xx xxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 qeydiyyatda olan, ünvan 2-də yaşayan Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 206.3.2-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə 5 (beş) il 6 (altı) ay müddətinə, CM-nin 206.3.2-ci maddəsi ilə 5 (beş) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsi ilə cəzaları qismən tolanmaqla üzərində qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə,cəzaçəkmə müddətinin əvvəlinin xx xxxxxx 2017-ci il tarixdən hesablanması, barəsində narkomaniyadan məcburi müalicə təyin edilərək, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən x1 ona görə təqsirli bilinib məhkum edilmişdir ki, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixatrop maddə əldə etmə, saxlama, daşıma, göndərmə, satma, eləcə də qaçaqmalçılıqla Azərbaycan Respublikasına gətirmə barədə x2 və başqaları ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə x1 və x2 sifarişləri əsasında qrupun məlum olmayan digər üzvü tərəfindən qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhəddindən gizli, sənədlərdən və gömrük eyniləşdirməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” 1ci siyahısına daxil olan, kustar üsulla hazırlanmış təmiz çəkisi 0,039 qram sintetik kx3binoidlərə aid olan “AM-2201” adlı narkotik vasitə və “Azərbaycan Respublikasında dövriyyəsi qadağan ed ilən psixatrop maddələrin” 1-ci siyahısının 2-ci bəndinə daxil edilmiş kustar üsulla hazırlanmış, külli miqdarda, təmiz çəkisi 8,056 qram olan “N-etil MDA” adlı psixatrop maddə Çin Xalq Respublikasından “FedEx” beynəlxalq poçt xidmətinin Azərbaycan Respublikasındakı rəsmi nümayəndəsi olan “ARS Express & Logistics” şirkəti vasitəsilə Bakı şəhərinə göndərilmiş, x2 xx.xx.2017-ci il tarixdə həmin narkotik vasitəni və psixatrop maddəni qanunsuz əldə edib gələcəkdə sataraq əldə olunmuş gəliri bölmək məqsədi ilə 0,039 qram çəkidə AM-2201 adlı narkotik vasitəni x1 vermiş, külli miqdarda 8,056 qram çəkidə “N-etil MDA” adlı psixatrop maddəni isə satış məqsədi ilə üzərində qanunsuz daşımaqla saxlamışdır. x1 mütəmadi olaraq, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əşğul olması barədə Azərbaycan Respublikası DİN-nin Baş Nadkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş məlumata əsasən həmin idarənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində xx xxxxxx 2017-ci il tarixdə saat 18 radələrində x1 ünvan 1 ünvanının qarşısında saxlanılıb üzərinə keçirilmiş baxış zamanı əynindəki idman gödəkçəsinin sol iç cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üstündə saxlamaqla daşıdığı bir ədəd bükümdə, 0,039 qram çəkidə “AM-2201” adlı narkotik vasitə aşkar edilərək götürülmüşdür. Bundan sonra həmin tarixdə saat 22:30 radələrində əməliyyat-axtarış tədbirinin davamı olaraq, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən x2 ünvan 2 qarşısında saxlanıb üzərinə baxış keçirilərkən, əynindəki cins şalvarının sağ yan cibindən satış məqsədi ilə qanuns uz olaraq əldə edib saxlayıb daşıdığı bir ədəd şəffaf polietilen torbada külli miqdarda təmiz çəkisi 8,056 qram olan “N-etil MDA” adlı psixatrop maddə aşkar edilərək götürülmüşdür. Hökmdən x1 müdafiəçisi-vəkil Mehdiyev Əli Həsənqulu oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər: Ə.İ.Qasımov (sədrlik edən və məruzəçi), Ə.N.Bayramov və N.E.Məmmədovdan ibarət tərkibdə) xx xxxxxx 2018-ci il tarixli qərarı ilə apelyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından x1 müdafiəçisi-vəkil Qazıyeva Afət Aslan qızı kassasiya şikayəti verərək, qərarın dəyişdirilməsini, Azərbaycan Respublikası CM-nin 206.3.2-ci madd əsi ilə ona bəraət verilməsini, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmiş əməllərini CM-nin 234.1-ci maddəsinə tövsif edib, çəkdiyi cəza həddində cəza təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: x1 müdafiəçisi-vəkil Qazıyeva Afət Aslan qızı kassasiya şikayəti verərək bildirmişdir ki, məhkəmələr qərar qəbul edərkən işdə olan sübutlara deyil, öz fərziyyə və ehtimallarına əsaslanmış, istintaqdan gələn qərəzli mövqeni davam etdirərək heç bir sübut mövcud olmadığı halda x1u AR CM-nin 206.3.2, 234.4.1.və 234.4.3-cü maddələri ilə təqsirli bilmişdir. İttihamın əsasına qoyulmuş sübutlar işin faktiki hallarına uyğun deyildir və məhkəmə əldə edilən sübutların mötəbərliyini müəyyən etmədən həmin sübutları mötəbər sübut kimi qəbul edə bilməz di. x1 əməli səhv olaraq CM-nin 234.4.1. və 234.4.3-cü maddələrinə tövsif edilmişdir. Beləki, iş üzrə alıcı müəyyən edilmədiyi halda məhkəmələr istintaqdan gələn nəticəni təsdiqləyərək hesab etmişlər ki, x1 üzərinə baxış zamanı əynindəki idman gödəkcəsinin sol iç cibindən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib üstündə saxlamaqla narkotik vasitə götürülmüşdür. Lakin qeyd etmək istəyirəm ki, x1 yaşadığı mənzildən götürülmüşdür və yaşadığı mənzildən götürülən narkotik vasitə psiotrop maddə özünün istifadəsi üçün alınmışdır. İş materialları ilə sübut edilir ki, x1 narkomaniyadan əziyyət çəkir və onun məcburi müalicəyə ehtiyacı vardır. Alıcının müəyyən edilmədiyi, qabaqcadan əlbircilik sübut edilmədiyi halda məhkəmələr x1da qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən sa tış məqsədinin və tamah niyyətinin olması nəticəsinə gəlmişdir. x1 narkotik vasitənin və psixotrop maddənin x2 tərəfindən Çin Xalq Respublikasından gətizdirilməsi barədə məlumatı olmamışdır. İş materiallarından görünür ki, guya təqsirləndirilən şəxs x1 istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olaraq qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikası gömrük sərhədindən gizli, sənədlərdən gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə narkotik və psixotrop maddələri öllkəmizə gətirmişdir. Bunun əksi olaraq daha sonra qəbul etdikləri və yazdıqları sənədlərdən göstərirlər ki, istintaqa məlum olmayan həmin qaçaqmalçılıq cinayətinin iştirakçısının kimliyinin müəyyən olunması qeyd olunur. Çin Xalq Respublikasından “FedEx” Beynəlxalq poçt xidmətinin Azərbaycandakı rəsmi nümayəndəsi olan "ARS Express & Logistics" şirkəti vasitəsilə Bakı şəhərinə göndərilmişdir. Burdan belə bir nəticə alınır ki, Azərbaycan Respublikasının ərazisinə dövriyyəsi qadağan edilən narkotik və psixotrop maddələri keçirən naməlum şəxs “FedEx” Beynəlxalq poçt daşıma xidməti və onun Azərbaycan Respublikasındakı nümayəndəsi həmin ARS Express & Logistıcs" şirkətidir. Belə ki, narkotik psixotrop maddə Çin Xalq Respublikasında qablaşdırılaraq “FedEx” Beynəlxalq poçt daşıma xidmətinə təhvil verilmiş və həmin şirkət bağlamanı Azərbaycan Respublikası gömrük sərhədinə gətirmiş və məhz digər iştirakçı "ARS Express & Logistıcs" şirkəti həmin narkotik və psixotrop maddəni gömrük rəsmiləşdirilməsinə bəyan etmədən gömrükdən keçirmişdir. Beləliklə x1 narkotik və psixotrop maddənin sifarişindən son ra həmin maddənin gömrük sərhədindən hansı qaydada keçirilməsi, gömrük bəyx3mələrində bu barədə qeyd edilib-edilməməsi ilə əlaqədar heç bir cinayət əməlində iştirak etməmiş və həmin əməli törətməmişdir. Həmçinin iş üzrə əməliyyat-axtarış tədbirləri qanuna zidd həyata keçirilmiş, x1 üzərindən narkotik vasitəni götürərkən heç bir hal şahidi iştirak etməmişdir və iş üzrə saxta hal şahidlərinin kimliyi, nə vaxt, harada və hansı şəraitdə dəvət edilmələri araşdırılmamış və onların ifadələri əsasında x1 ağır cinayətləri törətməkdə təqsirli bilinmişdir. Belə ki, 1-ci instansiya məhkəməsi məhkəmə istintaqında tədqiq edilən sübutlara əsaslanmaq əvəzinə qanunsuz olaraq istintaq zamanı əldə edilən ziddiyyətlər əsasında ittiham hökmü çıxarmış, apelyasiya instansiyası məhkəməsi isə yuxarıda göstərdiyim xüsusatlara düzgün hüquqi qiymət vermədən həmin hökmü qüvvədə saxlamışdır. Göstərilənləri nəzərə alaraq Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarının dəyişdirib, x1na AR CM-nin 206.3.2-ci maddəsi ilə bəraət verilməsi və AR CM-234.4.1 və 234.4.3- cü maddələrini CM-nin 234.1-ci maddəsinə tövsif edib ona çəkdiyi cəza həddində cəza təyin edilməsini xahiş etmişdir Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. H üquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Mə hkəməsinin Cinayət Kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, məhkəmələrin cinayət işi üzrə gəldiyi nəticələr qanuni və əsaslı olduğindan kassasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikayətində x1 üzərində şəxsi axtarış aparılarkən hal şahidləri iştirak etməməsi göstərilmişdir. Cinayət işinin birinci cildinin 9-10-cu vərəqlərində olan əməliyyat tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə xx xxxxxx 2017-ci il tarixli protokoldan müəyyən edilir ki, həmin tarixdə 2 nəfər hal şahidlərinin və müdafiəçi Mirzəyev Ramiz Məmm əd oğlunun iştirakları ilə əməliyyat-axtarış tədbiri keçirərkən x1 ünvan 2 ünvanının yaxınlığında saxlanılarkən üzərində qanunsuz əşyanın olub-olmaması soruşulmuş və x1 üzərində olan bir bükümdə “spays” narkotik vasitəni təqdim etmişdir. İbtidai istintaq müddətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi zamanı hal şahidlərinin iştirak etməməsi barədə hər hansı şikayət və vəsatət daxil olmamışdır. Məhkəmə-bioloji ekspertizasının xx xxxxxx 2017-ci il tarixli 29113 saylı rəyindən müəyyən edilmişdir ki, x1ndan götürülmüş 36,27 qram bitki mənşəli kütlənin tərkibində 0,039 qram narkotik vasitə “AM2201” aşkar edilmişdir. Cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin məhkəmə iclas protokolundan və xx xxxxxx 2018-ci il tarixli hökmündən müəyyən edilmişdir ki, x1 cinayət əməlləri özünün və digər təqsirləndirilən şəxs x2in məhkəmə iclasında tədqiq olunmuş, məhkəmə iclasındakı qismən və ibtidai istintaqdakı tam etiraf ifadələri ilə eləcə də, həmin ifadələrin həqiqiliyini təsdiq edən bir-birini tamamlayan ekspertiza rəyləri, şahidlərin ifadələri və qanuna müvafiq keçirilmiş əməliyyat-axtarış tədbirlərinin nəticələri ilə tam sübut olunmuşdur. Təqsirləndirilən şəxslərin ifadələrindən müəyyən edilir ki, x1 əldə etdiyi narkotik vasitələrin bir qismini özü istehlak etsə də qalan hissəsini satmışdır. x1 ifadələrində göstərmişdir ki, Türkiyədə təhsil alarkən internet vasitəsilə tanış olduğu Çin Xalq Respublikasının vətəndaşı, internet saytında özünü “x3” və ya “x4” təxəllüsü ilə təqdim edən bir nəfər oğlan ilə tanış olmuşdur və həmin şəxs ilə ingilis dilində «Skype» proqramı vasitəsi ilə danışmışdır. Həmin şəxs ilə razılaşmışdır ki, həmin şəxs Çin Xalq Respublikasından sintetik tərkibli narkotik vasitə olan “AM-2201”-in (Spays) toz halında tərkibini göndərsin. Çin Xalq Respublikasının vətəndaşına pulu «Vestern Union» pul köçürmə sistemi vasitəsi ilə qabaqcadan göndərmişdir. Həmin şəxsdən narkotik vasitə olan “AM-2201”-i az alanda qramını 20 ABŞ dollarından, çox götürəndə isə 100 qramını 400 ABŞ dollarından almışdır. Həmin şəxs psixotrop vasitəni poçt vasitəsi ilə göndərmişdir və banderolda sadəcə olaraq, göndərdiyi əşyanı başqa ad ilə, baseyn təmizləyicisi və ya başqa ad ilə göndərmişdir. Türk Kiprində təhsil aldığı müddətdə ondan “N-etil MDA” adlı psixotrop vasitə almamışdır. Təxminən 2013-cü ildə o, Bakıya qayıtmış və bundan sonra da həmin Çin vətəndaşı ilə əlaqə sa xlamışdır. Bakıya gələndən sonra da həmin şəxs ona «FedEx» poçt vasitəsi ilə sintetik tərkibli narkotik vasitə “AM-2201”-i (Spays) göndərmişdir. Pulunu isə həmin şəxsin söylədiyi Çin Xalq Respublikasının Shijuashuang şəhərində yerləşən **********32 nömrəli bank hesabına göndərmişdir. İlk əvvəl həmin narkotik vasitələr «FedEx» poçtu vasitəsi ilə onun adına göndərilmişdir, sonradan isə şübhə yaranmasın deyə, müxtəlif şəxslərin adlarına göndərilmişdir. Hazırda həmin şəxslərin adlarını xatırlamır, səhv etmirsə, onlardan biri keçmiş tanışı x5 adlı qızın adına göndərilmişdir. Ancaq çoxdandır ki, o, x5 ilə əlaqə saxlamır və ona görə də onun anket məlumatlarını və ünvanını da xatırlamır. Təxminən 3-4 ayda bir dəfə 20 qramdan 100 qrama kimi narkotik vasitə olan “AM-2201” Çindən ona göndərilmişdir. Azərbaycana gələndən sonra narkotik vasitə olan “AM-2201”-i qeyd etdiyi formada hazırladıqdan sonra o, bir kibrit qutusunu təxminən 50 manata müxtəlif şəxslərə satmışdır. Hazırda həmin şəxslərin adlarını dəqiq xatırlamır. x2i iki ildən artıqdır ki, tanıyır. x2 ilə hansısa məclisdə tanış olmuşdur və söhbət əsnasında x2 bilmişdir ki, o, narkomaniyadan əziyyət çəkir və Çin Xalq Respublikasından istifadə etmək üçün, o cümlədən də, bir hissəsini satıb pul əldə etmək məqsədi ilə sintetik tərkibli narkotik vasitə olan “AM-2201”-i sifariş edir. Ona görə də x2 ondan xahiş etmişdir ki, onun üçün də sintetik tərkibli narkotik vasitə olan “AM-2201” və psixotrop vasitə “N-etil MDA” sifariş etsin. x2 bunun müqabilində təklif etmişdir ki, sifarişi o, etdiyi üçün sifariş olunan narkotik və psixotrop tər kibli vasitənin 20%-ni ona verəcək. Bu şərt də onu qane etmiş, çünki həmin ərəfədə maddi cəhətdən sıxıntısı olmuşdur. Beləliklə o, pul qoymamış, sadəcə sifariş etmiş və bunun müqabilində x2 özü gedib «FedEx» poçtdan sifariş olunan narkotik və ya psixotrop tərkibli maddəni götürürdü və onun payına düşən 20%-i ona verirdi. x1 özünün ifadələrindən görünür ki, narkotik və psixotrop maddələrin göndərilməsi üçün Çin Xalq Respublikası vətəndaşı ilə əlaqə yaratmış, həmin maddələri sifariş etmiş, onun pulunu qabaqcadan ödəmiş, bu maddələrin gömrük nəzarətindən gizlin keçirilməsini təmin etmək üçün onların başqa adlarla banderolda sadəcə olaraq basseyn təmizləyicisi və ya başqa ad ilə göndərilmiş, İlk əvvəl həmin narkotik vasitələr və psixotrop maddələr «FedEx» poçtu vasitəsi ilə onun adına göndəril miş, sonradan isə şübhə yaranmasın deyə, müxtəlif şəxslərin adlarına göndərilmişdir. Hazırda həmin şəxslərin adlarını xatırlamır, səhv etmirsə, onlardan biri keçmiş tanışı x5 adlı qızın adına göndərilmişdir. x1 ifadəsində göstərdiyi bu hallar məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilmişdir. Ona görə də onun əməlində Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsinin tərkibinin olmaması, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmiş əməllərini CM-nin 234.1-ci maddələrinə tövsif edilməsi barədə kassasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilməməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, məhkum x1 müdafiə və ədalətli məhkəmə araşdırması hüquqları nın pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: x1 müdafiəçisi-vəkil Qazıyeva Afət Aslan qızının kassasiya şikayəti təmin edilməsin. x1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 23 4.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-685/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-685/2020
20.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver