Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-685/2021 04.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun zərər çəkmiş şəxsin hüquqi varisi X11, Məhkum və onun müdafiəçisi Əliyeva Sara Vaqif qızının i ştirakları ilə, Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 fevral 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 120.2.1, 120.2.4, 120.2.5, 120.2.9, 120.2.11, 181.3.3 və 326.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 iyul 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 fevral 2019-cu il tarixli hökmü ilə (hakimlər Bayramov Mayıl Abbas oğlu (sədrlik edən və məruzəçi), Salmanov Rahib Vaqif oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxx 1978-ci il tarixdə Xaçmaz rayonunun Nizova kəndində anadan olmuş, Azərbaycan Re spublikasının vətəndaşı, orta təhsilli, ailəli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olmuş, ünvan 1-də qeydiyyatda yaşamış, olmaqla ünvan 2-də CM-nin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.9, 120.2.11, 181.3.3 və 326.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.9, 120.2.11-ci maddələri ilə 18 (on səkkiz) il müddətə, CM-nin 181.3.3-cü maddəsi ilə 11 (on bir) il 03 (üç) ay müddətə, CM-nin 326.2-ci maddəsi ilə 09 (doqquz) ay müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 19 (on doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin X2 da CM-nin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.9, 120.2.11, 181.3.3 və 326.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 19 (on doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 31 may 2018-ci iltarixdə Xaçmaz rayonunda qabaqcadan əlbir olan bir qrup şəxs halında, özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə, silah qismində əşyalar tədbiq etməklə, yaşayış sahəsinə qanunsuz girməklə, hücuma məruz qalmış şəxsin həyatı üçün təhlükəli zorakılıq edərək basqın edib zərərçəkmiş şəxsin saglamlığına ağır xəsarət yetirməklə quldurluq cinayəti törətmiş; həmçinin qabaqcadan ə lbir olan bir qrup şəxs halında, tamah məqsədilə və quldurluqla əlaqədar, onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Bununla yanaşı Zərərçəkmiş şəxs pasportunu talamışdır. Belə ki, Məhkum tanışı X1 Xaçmaz şəhər sakini, 2-ci qrup əlil Zərərçəkmiş şəxs əvvəlcədən olan 4500 manat borcundan yaxa qurtarmaq və sonuncunun yaşadığı ünvan 1-də olan 5500 manat pulunu ələ keçirməklə tamah niyyəti ilə və quldurluq ilə əlaqədar sonuncunu qəsdən öldümək barədə Məhkum2 tərəfindən ona təklif olunmuş, onunla qabaqcadan cinayət əlaqəsinə girərək bir qrup şəxs halında Zərərçəkmiş şəxs öldürmək planı tərtib edərək guya özünə meşə torpağı lazım olduğunu bildirməklə sonuncunu Xaçmaz rayonu, Əbilyataq kəndi ərazisin də olan meşə massivinə apararaq orada öldürüb basdıraraq evində olan pulunu ələ keçirmək qərarına gəlmiş, 31.05.2018-ci il tarixdə, saat 12 radələrində Məhkum2 ilə birlikdə sonuncunun etibarnamə ilə idarə etdiyi “xxxxx” markalı, ******* dövlət qeydiyyat nişanlı avtomobil ilə Zərərçəkmiş şəxs Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsində meşə torpağı gətirmək bəhanəsi ilə sonuncunu aldadıb Məhkum2in idarə etdiyi avtomaşına mindirərək Xaçmaz rayonu, Əbilyataq kəndində yerləşən meşə massivinə gedərkən Xaçmaz rayonu, Qaraqurtlu kəndində olan mağazadan bir ədəd 0.5 litr araq, pivə və digər qida məhsulları, o cümlədən torpağı qazmaq üçün 2 ədəd bel və 10 ədəd kisə alaraq meşəyə getmiş, orada mağazadan aldıqları yeməkləri yedikdən sonra Məhkum2 və Zərərçəkmiş şəxs ilə birgə özləri ilə gətirdikləri bel vas itəsi ilə meşə ərazisində uzunluğu 175 sm, eni 75 sm, dərinliyi isə 90 sm olan quyu qazaraq torpağı gətirdikləri kisələrə yığmış, sol oturaq sinirinin odlu silah yaralanmasının qalıq əlamətləri, sol pəncənin plegiyası, ağrı sindromu diaqnozu səbəbindən çətin yeriyən, qaçmaq və alkoqol sərxoşluğu halında olaraq müqavimət göstərmək iqtidarında olmayan, yəni təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs öldürmək məqsədi ilə müstəsna qəddarlıq nümayiş etməklə sonuncuya xüsusi ağrılar yetirdiyini dərk edib, bunu arzulayaraq alkoqol sərxoşluğu vəziyyətində olub Məhkum2 ilə razılşaşdırdıqları plana əsasən Zərərçəkmiş şəxs söhbətə tutub danışdqları vaxt saat 13 radələrində əlbir olan bir qrup şəxs halında özləri ilə gətirdikləri balta və beli silah qisminəd tədbiq edib Zər ərçəkmiş şəxs məxsus yaşayış sahəsinə girmək və sonuncunun xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə sonuncunun həyatı üçün təhlükəli zorakılıq edərək basqın edib soyuq silah hesab edilməyən və məişət-təsərrüfat təyinatlı baltanın çapıcı hissəsi ilə Zərərçəkmiş şəxs başından bir neçə dəfə vuraraq onu qazdıqları quyuya salmış, bundan sonra həmin quyuda bir neçə dəfə belin iti işlək hissəsi ilə sonuncunun baş və boyun nahiyyələrindən vuraraq baş beyin toxuma və mədəciklərinə, onun qişaları altına qansızma ilə müşayiət olunmuş, sol gicgah nahiyəsində 11,5x2 sm ölçüdə, ənsənin sol tərəfində qulaq seyvanını kəsən 9x1,5 sm ölçüdə, ənsə nahiyəsində 3x0,7 sm ölçüdə, boyunun sol tərəfinin yuxarı üçdə birində 11,5x4,5 sm ölçüdə, boyunun sol tərəfinin orta üçdə birində 14,5x3,5 sm ölçüdə kən arları hamar, bucaqları nisbətən iti xətti formalı çapılmış yaralar və sol gicgah sümüyünün açıq, qəlpəli sınığı kimi həyat üçün təhlükəli olan sonuncunun ölümünə səbəb olmuş sağlamlığa ağır zərərvurmaya aid cəmi 5 ədəd xəsarət yetirməklə Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürmüş, Məhkum2 sonuncunun şalvarının cibindən onun yaşadığı mənzilin açarını götürmüş, meyiti isə cinayətin aləti olan balta, bel və torpaq kisələri ilə birgə qazdıqları quyuda basdırmış, sonra da vahid niyyətlərini başa çatdırmaq üçün Məhkum2 ilə birlikdə Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanına getmiş, Məhkum2 sonuncuya məxsus xeyli miqdar olan 5500 manat pul vəsaitini götürmüş, eyni zamanda törətdikləri həmin cinayəti ört-basdır etmək üçün Zərərçəkmiş şəxs xarici ölkələrə getməsi görüntüsünü yaratmaq məq sədilə sonuncunun evindən onun adına olan xxxxxxxx nömrəli ümumvətəndaş pasportunu talamış, hadisədən sonra Məhkum2 ilə birlikdə Bakı şəhərinə gedərkən yolda taladıqları pasportun vərəqlərini çıraraq məhv etmiş və pasportun hissələrini yol kənarına atmışdır. Hökmdən zərər çəkmiş şəxsin hüquqi varisi X13, məhkumlar Məhkum2 və Məhkum tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əhmədov Elman Məmməd oğlu (sədrlik edən və məruzəçi), Zeynallı Fərmayıl Gülmalı oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə) 04 iyul 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin hökmü isə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi nin Cinayət Kollegiyasının 04 iyul 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Əsasən iş üzrə toplanmış və məhkəmə iclaslarında aradırılmış sübutları şərh edərək işin faktiki hallarını mübahisələndirən Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi onun barəsindəki cinayət işinə baxarkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 416-cı maddəsində nəzərdə tutulan nöqsanlara yol vermiş, sübutları CPM-nin 143-146-cı maddələrində göstərilən tələblərə uyğun tətqiq etməmiş, onun əməlləri düzgün tövsif edilməmiş, nəticədə isə o, əsassız və qanunsuz olaraq törətmədiyi c inayətə görə təqsirli bilinib məhkum olunmuşdur. Məhkum öz şikayətində bildirir ki, o cinayət işi üzrə özünü qismən təqsirli bilir. Belə ki, o, Zərərçəkmiş şəxs qətlə yetirməmiş, onun evinə basqın etməmiş və ona məxsus olmuş xarici pasportu məhf etməmişdir. Məhkum öz kassasiya şikayətində həmçinin qeyd edir ki, Zərərçəkmiş şəxs Məhkum2in həyat yoldaşına əxlaqsız təkliflər etmiş, Məhkum2 buna dözməyərək Zərərçəkmiş şəxs qətlə yetirmişdir. X4 müraciət edərək mərhum Zərərçəkmiş şəxs meyitini gizlətməkdə ona kömək etməyi xahiş etmiş, o da sərxoş vəziyyətdə olduğu üçün Məhkum2ə kömək etmişdir. Qeyd olunanları nəzərə alaraq Məhkum kassasiya şikayətinin təmin edilməsini və barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Göründüyü kimi, Məhkum kassasiya şikayətinin əsas d əlili ondan ibarətdir ki, onun qəsdən adam öldürmə cinayətini törətməsi sübuta yetirilməmiş, məhkəmələr əhəmiyyətli sübutların tədqiqindən imtina etmiş, araşdırılmış, lakin ziddiyyətli sübutlara düzgün hüquqi qiymət verməmiş, məhkumun əməli CM-nin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.9, 120.2.11, 181.3.3 və 326.2-ci maddələri ilə düzgün tövsif edilməmiş və onun təqsiri sübuta yetirilmədiyi halda, əsassız və qanunsuz olaraq xüsusilə ağır cinayətin törədilməsinə görə təqsirli bilinib məhkum edilmiş, qəbul edilmiş yekun məhkəmə aktlarının əsasını isə yolverilməz sübutlar təşkil etmişdir. Bununla da, məhkum apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv olunmalı və barəsində ədalətli qərar qəbul edilməli olması haqqında tələblərini CPM-nin 416.1.1, 416.1.2, 416.1.3 və 416.1. 15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.1, 416.1.2, 416.1.3 və 416.1.15-ci maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.1. məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2. məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə; 416.1.15. məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum və Məhkum2in məhkum olunmalarına dair cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələbl ərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. B undan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sü butların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Eyni zamanda göstərilən konstitusiyon müddəa hər kəsin hər bir şəxsin cinayətkar qəsdlərdən qorunmasını, belə qəsdlərə məruz qalmış şəxslərin də bütün hüquqlarının təmin edilməsini, cinayət törətmiş şəxslərin isə qanunda nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilərək cəzalandırılmalırını nəzərdə tutur. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 1 0.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təq sirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirl i olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi) Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinə əsaslanaraq məhkəmə kollegiyası Məhkum kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması haqqında tələbinin əsaslılığını yoxlayarkən işin faktiki hallarının kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən olunmuş faktiki halları rəhbər tutacaqdır. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə müəyyən etdiyi faktiki hallar isə ondan ibarətdir ki, Məhkum 31 may 2018-ci il tarixdə Xaçmaz rayonunda qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah məqsədilə və quldurluqla əlaqədar, onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmiş, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında, özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə, silah qismində əşyalar tədbiq etməklə, yaşayış sahəsinə qanunsuz girməklə, hücuma məruz qalmış şəxsin həyatı üçün təhlükəli zorakılıq edərək basqın edib zərərçəkmiş şəxsin sağlamlığına ağır xəsarət yetirməklə quldurluq cinayəti törətmiş və Zərərçəkmiş şəxs pasportunu talamışdır. İş materiallarının təhlili göstərir ki, bu halları müəyyən edərkən, həm birinci, həm də apellyasiya instansiya sı məhkəməsi qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, məhkəmə iclaslarında isə hərtərəfli və obyektiv araşdırılmış sübutlara əsaslanmış, bu sübutların təsviri yekun məhkəmə aktlarında onlara qanuna müvafiq qaydada qiymət verilməklə əks etdirilmiş və kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq məhkəmələr yekun qərarlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə Məhkum, digər məhkum olumuş şəxsin, şahidlərin ifadələrinin, ekspertiza rəylərinin alınması, müxtəlif istintaq hərəkətlərinin aparılması, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl olunmuş və sübut ların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Halbuki, CPM-nin 125.2.1-125.2.10-cu maddələrinin tələblərinə görə, yalnız həmin maddədə göstərilən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; -sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. Cinayət işinin materialları ilə həmin hallardan hər hansı birinin mövcud olması müəyyən edilmir. Məhkəmə kollegiyası iş materiallarına əsaslanaraq belə qənaətə gəlir ki, işə baxan məhkəmələr CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-nin 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ona apellyasiya instansiyası məhkəməsinin qərarında istinad olunan cinayət əməllərinin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edil məsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. İş materialları ilə müəyyən edilir ki, Məhkum kassasiya şikayətində özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməsə də, ibtidai araşdırma zamanı, habelə birinci instansiya məhkəməsinin məhkəmə iclasında müdafiəçilərinin iştirakları ilə, heç bir təsir və ya təzyiq göstərilmədən hazırki qərarın “İşin halları” hissəsində təsvir edilən cinayət əməllərini törətməsini tamamilə etiraf etmiş və həm ibtidai araşdırma orqanı, həm də məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarına uyğun ifadələr vermişdir. Onun həmin ifadələrini həmçinin hazırki iş üzrə məhkum olunmuş Məhkum2 də təsdiq etmişdir. Cinayət işi üzrə qanuni üsullara toplanmış, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclaslarında tam, obyektiv və hərtərə fli araşdırılmış sübutların (hadisə yerinin müayinə edilməsinə, təqsirləndrilən şəxsin ifadələrinin yerində yoxlanılmasına dair protokollar, məhkəmə ekspertizalarının rəyləri, şahidlərin ifadələri və digər sübutlar) təhlili göstərir ki, həmin sübutlar da Məhkum ifadələri ilə üst-üstə düşür, onları tamamlayır və bu ifadələrin inkar edilməsi, yaxud da onlara başqa cür qiymət verilməsi üçün heç bir əsas yoxdur. Təsadüfi deyil ki, Məhkum birinci instansiya məhkəməsinin onun təqsirliliyi, ittiham olunduğu əməllərin sübuta yetirilməsi və hüquqi tövsifi barədə həmin məhkəmənin gəldiyi nəticə ilə razılaşaraq, hökmdən verdiyi apellyasiya şikayətində bu məsələləri deyil, yalnız ona təyin olunmuş cəzanın ağır olmasını mübahisələndirmiş və həmin cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Kassasiya ş ikayətində isə Məhkum bunun əksinə olaraq faktiki heç bir əsaslı dəlil gətirmədən və Zərərçəkmiş şəxs qəsdən öldürülməsi və ona qarşı quldurluq əməllərinin törədilməsi halların araşdırılmış sübutlarla təsdiq olunmayan hallar kimi nəzərdən keçirməyi və onun iddia etdiyi şəkildə əməllərinə hüquqi qiymət verilməsini təklif edir ki, məhkəmə kollegiyası da bunun üçün təkrar araşdırmanın aparılması, araşdırma zamanı məhkəmələrin gəldikləri nəticəni başqa cür təfsir edilməsi üçün heç bir zərurət görmür. Belə olan halda, məhkəmə kollegiyası Məhkum əməllərinin CM-nin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.9, 120.2.11, 181.3.3 və 326.2-ci maddələri ilə tövsif edilməsi barədə məhkəmələrin gəldikləri qənaətlə də razılaşaraq eyni zamanda vurğulayır ki, həmin qənaət məhz məhkəmə iclaslarında araşdırılmış sü butların məcmusuna, habelə sübut etməyə dair qanunun tələblərinə, cinayət mühakimə icraatının prinsip və şərtlərinə, ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsi ilə bağlı Hüquqları üzrə Avropa Məhkəməsinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarlarında əksini tapmış hüquqi mövqeyə və Ali Məhkəmənin tövsiyələrinə əsaslanmışdır. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində işə baxılarkən qəsdən ölüm hadisəsinin işin düzgün həllinə təsir edən bütün halları aydınlaşdırılmadıqda apellyasiya instansiyası məhkəməsi hökmdən verilən apellyasiya şikayəti və ya protestlərinə Azərbaycan Respublikası CPM-nin 392.1.1-ci maddəsinə uyğun olaraq məhkəmə istintaqı aparmaqla baxılması məsələsini müzakirə etməli və birinci instansiya məhkəmələrinin yol verdiyi nöqsanların aradan qaldırılması üçün bütün zəruri tədbirləri görməlidir. Bu zaman işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. Qəsdən adam öldürmə cinayətlərinə dair işlərə baxılarəkən vahid məhkəmə təcrübəsinin formalaşmasına xidmət edən həmin qərardakı Ali Məhkəmənin mövqeyi də hazırki iş üzrə məhkəmə kollegiyasının mövqeyi ilə üst-üstə düşür. Belə ki, qərarın 2-ci bəndində göstərilir ki, qəsdən adam öldürmə cinayəti CM-nin 120.2.1-ci ma ddəsi ilə tövsif edilməli olduğu hallarda nəzərə almaq lazımdır ki, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) anlayışları CM-nin 34-cü maddəsində şərh edilmişdir. Adam öldürmə cinayəti o zaman bir qrup şəxs tərəfindən törədilmiş hesab olunur ki, insanın həyatdan məhrum edilməsi qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilmiş olsun. Bu zaman mütləq deyildir ki, iştirakçılardan hər biri zərərçəkmişə onun ölümünə səbəb olan xəsarət yetirmiş olsun. Nəzərə almaq lazımdır ki, zərərçəkmişin həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak edənlər, onun müqavimətini qırmaqla, özünü müdafiə etmə imkanını aradan qaldırmaqla, yaxud məhdudlaşdırmaqla zərərçəkmişin həyatdan məhrum ed ilməsinə kömək etdiklərini dərk etmiş və bunu arzu etmiş, yaxud da belə nəticəni arzu etməsə də ona şüurlu surətdə yol vermiş şəxslər də cinayətin icraçıları sayılırlar. Bir şəxs tərəfindən həyata keçirilən qəsdən adam öldürmə prosesinin gedişində başqa şəxsin (şəxslərin) təqsirkara qoşulub zərərçəkmişi öldürmək məqsədilə ona kömək etməsi hallarında da bir qrup şəxs tərəfindən adam öldürmə cinayətinin törədilməsi mövcud olur. «Oğurluq, soycunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəsinin Plenimunun 3 mart 2005-ci il tarixli qərarının 23cü bəndində aşağıdakılar tövsiyə edilir: CM-nin 181.1-ci maddəsində «həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına z ərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə ifadə oluna bilər. Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-nin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün tahlükəli zorakılıqla bağlı basqın o zaman CM-nin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun.” Qeyd edi lən Qərarın 24-cü bəndində məhkəmələrə izah edilir ki, şəxs quldurluq basqını zamanı zərərçəkmişi öldürərsə, onun əməli CM-nin 120.2.11 və 181.3.3-cü maddələri ilə tövsif edilməlidir. Quldurluq basqını törətmiş şəxsin əməlində digər ağırlaşdırıcı hallar (məsələn, qabaqcadan əlbir olan bir qrup şəxs, yaşayış sahəsinə və s. yerlərə qanunsuz girmək, silah tətbiq etmək və s.) olarsa, quldurluğun bu obyektiv əlamətləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə, bütün yuxarıda geyd olunanlar işə mahiyyəti üzrə baxmış birinci və apellyasiya instansiyası məhkəmələrinin prosessual qanunvericiliyinin tələbləri ilə yanaşı maddi hüquq normalarının tətbiqində də, ümumilikdə isə CPM-nin 416-cı maddəsində sadalanan pozuntulara yol verilmədiyini göstəri r. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Məhkum kassasiya şikayətində göstərdiyi dəlillər heç bir sübuta söykənmir və bu dəlillər əsassız olaraq məhkum olunmuş şəxsin cinayət məsuliyyətinin yüngülləşdirilməsinə xidmət edən dəlillər kimi qiymətləndirilməlidir. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, baxılan işdə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və ya dəyişdirilməsini tələb edən CPM-nin 416-cı maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Kassasiya şikayətində Məhkum onun təqsirli bilindiyi maddələrlə təyin edilmiş cəzanın yüngülləşdirilməsinə dair qərarın qəbul edilməsi barədə tələb irəli sürmədiyindən, apellyasiya instansiyası məhkəməsi isə onun barəsində birinci instansiya məhkəməsinin seçdiyi cəza tədbiri ilə razı laşarkən iş üzrə müəyyən olunmuş bütün halları nəzərə alaraq bu məsələnin həlli zamanı da maddi hüquq normalarının tətbiqində pozuntuya yol vermədiyindən, məhkəmə kollegiyası göstərilən məsələnin təkrarən müzakirə edilməsinə ehtiyac görmür və kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq məhkuma təyin edilmiş cəzaların yüngülləşdirilməsi və ya həmin cəzaların şərti olaraq tətbiq edilməsi üçün əsaslar tapmır. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsini və ya ləğv edilməsini şərtləndirən CPM-nin 416-cı maddəsində nəzərdə tutumuş hər hansı halı müəyyən etməyərək və kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum və onun müdafiəçisi S.V.Əliyevanın, həmin şikayət inin təmin edilməməsi barədə isə zərərçəkmiş şəxsin hüquqi varisi X13un və dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli və Məhkum CM-nin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.9, 120.2.11, 181.3.3 və 326.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 iyul 2019-cu il tarixli qərarı Məhkum aid hissədə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmaladır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 fevral 2019-cu il tarixli hökmü ilə Məhkum A zərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.9, 120.2.11, 181.3.3 və 326.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə barəsindəki cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 iyul 2019-cu il tarixli qərarı Məhkum aid hissədə və onun kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-685/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-685/2021
04.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver