Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-685/2023 12.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə x xxxx 1989-cu il tarixdə Balakən rayonu Talalar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olan, Balakən rayonu Talalar kəndində qeydiyyatda olmaqla, Balakən rayonu Mahamalar kəndində yaşamış, hal-hazırda həbsdə olan Məhkum1 Az ərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum verilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 aprel 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Cabbarlı Bəhruz Qənbər oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli hökmü ilə (hakimlər: R.Əliyev (sədrlik edən), B.Məmmədov (məruzəçi) və N.Mirzəyev ) Məhkum1 - Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib, 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasın ı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 22 oktyabr 2020-ci il tarixdən hesablanması, mülki iddiaçılar Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10 və Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş mülki iddiaların tam təmin edilməsi, mülki cavabdeh (təqsirləndirilən şəxs) Məhkum1 7000 AZN (yeddi min manat) tutularaq mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs14, 4250 AZN (dörd min iki yüz əlli manat) tutularaq mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs8, 8790 AZN (səkkiz min yeddi yüz doxsan manat) tutularaq mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs9, 1300 AZN (min üç yüz manat) tutularaq mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs10 və 2050 AZN (iki min əlli manat) tutularaq Zərərçəkmiş şəxs3 ödənil məsi hökm edilmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli qərarı ilə Məhkum3 və Məhkum2 Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirli bilinmələrinə dair cinayət təqibinə CM-in 73-1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Birinci instansiya məhkəməsinin qeyd olunan hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Şəki Apellyasiya məhkəməsinin Cinayət Kollegiyasının 15 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər: G.Q.Qasımov (sədrlik edən), A.M.Eyvazov və İ.H.Şükürov) apellyasiya protesti təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Məhkum1 CM-in 178.2.1, 178.2.2, 178.2.4 və 178.3.2-ci maddəl əri ilə ittiham verilmişdir ona görə ki, o, qəsdən, tamah niyyəti ilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə xeyli miqdarda və külli miqdarda özgənin əmlakını ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək bu məqsədlə 2018-ci ilin may ayının əvvəllərində Balakən rayon Şərif kənd sakini Zərərçəkmiş şəxs1 etibarından sui-istifаdə edib sonuncunu aldadaraq 349 manat məbləğində nağd pulunu Balakən rayon Qabaqçöl qəsəbəsində, 170 manat pulunu isə Balakən şəhərində, 13 may 2018-ci il tarixdə heyvan alqı-satqısı ilə məşğul olduğunu yalandan bildirərək pulunu sonradan verəcəyinə yalan vəd verib a ldadaraq vahid niyyətlə əhatə olunan cinayətkar qəsdlə Zərərçəkmiş şəxs1 təsərrüfatında olan 1600 manat dəyərində, bir baş, üç yaşlı, dişi cinsli, diri çəkisi təxminən 300 kq, xalis ət çəkisi təxminən 140 kq olan ağ-qara rəngli boğaz inəyini və 900 manat dəyərində 1 baş, bir yaş yarımlıq, dişi cinsli, diri çəkisi təxminən 200 kq, xalis ət çəkisi təxminən 100 kq olan ağ-qara rəngli inəyini zərərçəkmişə məxsus Balakən rayonu Şərif kəndində yerləşən evinin həyətində ələ keçirməklə, zərərçəkmiş şəxsin ümumilikdə 3019 (üç min on doqquz) manat dəyərində əmlakını dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa o, qəsdən, tamah niyyəti ilə, təkrarən 2018-ci ilin oktyabr ayında tanışı, Balakən şəhər sakini Zərərçəkmiş şəxs2 ondan 500 manat məbləğində borc pul istəməsindən sonra sonuncunun əmlakın ı dələduzluq yolu ilə ələ keçirmək qərarına gələrək bu məqsədlə qabaqcadan üzərinə götürdüyü öhdəlikləri icra etmək niyyətində olmadan, 2018-ci ilin oktyabr ayından başlayaraq 2020-ci ilin aprel ayına kimi keçən müddət ərzində Zərərçəkmiş şəxs2 avtomobili satması üçün təmir etməsi, satılması üçün avtomobilin sənədlərini qaydasına qoyması kimi həqiqətə uyğun olmayan yalan vədlər verməklə aldadaraq, həmçinin depozitə qoyulmuş qızıl-zinət əşyalarını və pulu götürüb birgə təsərrüfat quracaqlarına inandırıb etibarından sui-istifadə edərək vahid niyyətlə əhatə olunan cinayətkar qəsdlə sonuncunun külli miqdar hesab edilən, yəni ümumilikdə 52200 (əlli iki min iki yüz) manat məbləğində pulunu Balakən rayonu ərazisində istintaqla dəqiq müəyyən edilməyən tarixlərdə və yerlərdə dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa o, qəsdən, tamah niyyəti ilə, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə 2019-cu ilin mart ayında Balakən rayon Xalatala kənd sakini Zərərçəkmiş şəxs3 etibarından suiistifаdə edib heyvan alqı-satqısı ilə məşğul olduğunu yalandan bildirərək, pulunu sonradan verəcəyinə yalan vəd verib aldatmaqla sonuncunun təsərrüfatında olan 2200 (iki min iki yüz) manat dəyərində, bir baş, erkək cinsli, diri çəkisi təxminən 500 kq, xalis ət çəkisi təxminən 240 kq olan qara rəngli inəyini Zərərçəkmiş şəxs3 Balakən rayonu Xalatala kəndində yerləşən fərdi yaşayış evinin həyətində dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa, o, qəsdən, tamah niyyəti ilə, təkrarən etibardan sui-istifadə etmə və aldatma yol u ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə 2019-cu ilin avqust ayında Balakən şəhər sakini Zərərçəkmiş şəxs4 Məhəmmədhəsən oğlunun etibarından sui-istifаdə edib əvvəlcədən uydurduğu baldızı Şahid13 Türkiyə Cumhuriyyətinə yola salacağına, oradan pulu göndərdikdən sonra pulunu qaytaracağına, sonra isə Şahid13 guya göndərdiyi pulu poçtdan zərərçəkmişin şəxsi hesabına keçiriləcəyinə yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan cinayətkar qəsdlə, istintaqla dəqiq müəyyən edilməyən tarixlərdə, zərərçəkmiş şəxsin ümumilikdə 2200 (iki min iki yüz) manat məbləğində pulunu yaşadığı Balakən şəhərində yerləşən fərdi yaşayış evinin qarşısında və Zaqatala şəhərində dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa, o, qəsdən, tamah niyyəti ilə, təkrarən etibardan sui-i stifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə 2019-cu ilin sentyabr ayında Zaqatala rayon Dağlı kənd sakini Zərərçəkmiş şəxs5 etibarından suiistifаdə edib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə özünə məxsus avtomobili olmadığı halda yalandan Mahamalar kəndində müvəqqəti yaşadığı evin həyətində dayanmış özünə məxsus olduğunu bildirdiyi UAZ markalı avtomaşını göstərib həmin avtomobili satacağına yalan vəd verməklə sonuncunun ümumilikdə 2700 (iki min yeddi yüz) manat məbləğində pulunun 1000 (min) manatını müvəqqəti yaşadığı Mahamalar kəndində fərdi yaşayış evinin həyətində, qalan 1700 (min yeddi yüz) manatını isə Zaqatala rayonu ərazisində dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa o, qəsdən, tamah niyyəti ilə, təkrarən tanışları Məh kum2 və Məhkum3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə 13 aprel 2020-ci il tarixdə Balakən rayon Hənifə kənd sakini Zərərçəkmiş şəxs6 etibarından suiistifadə edib heyvan alqı-satqısı ilə məşğul olduqlarını yalandan bildirərək, pulunu sonradan verəcəklərinə yalan vəd verib aldatmaqla vahid niyyətlə əhatə olunan qəsdlə sonuncunun təsərrüfatında olan 900 manat dəyərində, bir baş, dişi cinsli, bir yaşlı, diri çəkisi təxminən 160 kq olan sarı rəngli dananı və 20 aprel 2020-ci il tarixdə 700 manat dəyərində, bir baş, dişi cinsli, 10 aylıq, diri çəkisi təxminən 120 kq olan qara rəngli dananı, ümumilikdə 1600 (min altı yüz) manat dəyərində əmlakı Zərərçəkmiş şəxs6 Balakən rayonu Hən ifə kəndində yerləşən fərdi yaşayış evinin həyətində dələduzluq yolu ilə ələ keçirmişlər. Bundan başqa, o, qəsdən, tamah niyyəti ilə, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə 04 may 2020-ci il tarixdə Balakən rayon Talalar kənd sakini Zərərçəkmiş şəxs7 etibarından suiistifаdə edib heyvan alqı-satqısı ilə məşğul olduğunu yalandan bildirərək, pulunu sonradan verəcəyinə yalan vəd verib aldatmaqla, sonuncunun təsərrüfatında olan 1700 (min yeddi yüz) manat dəyərində, bir baş, dişi cinsli, 5 yaşlı, diri çəkisi təxminən 300 kq, xalis ət çəkisi təxminən 150 kq, yanında 4 aylıq təxminən 80 kq diri çəkili buzovu olan şabalıdı rəngli inəyi Zərərçəkmiş şəxs7 faktiki yaşadığı Balakən rayonu Qazma kəndində yerləşən fərdi yaşayış evinin həyətində dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa, o, qəsdən, tamah niyyəti ilə, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə 17 may 2020-ci il tarixdə Zaqatala rayon Əliabad qəsəbə sakini Zərərçəkmiş şəxs8 etibаrındаn sui-istifаdə edib heyvan alqı-satqısı ilə məşğul olduğunu yalandan bildirərək, pulunu sonradan verəcəyinə yalan vəd verib aldatmaqla, vahid niyyətlə əhatə olunan qəsdlə sonuncunun təsərrüfatında olan 2050 manat dəyərində, bir baş, dişi cinsli, 5 yaşlı, diri çəkisi təxminən 400 kq, yanında 2 aylıq təxminən 30 kq çəkidə dişi cinsli balası olan inəyi və 2200 manat dəyərində, bir baş, dişi cinsli, 4 yaşlı, təxminən diri çəkisi 350 kq olmaqla, yanında 4 aylıq təxminən 60-70 kq çəkidə erkək b alası olan inəyi, ümumilikdə 4250 (dörd min iki yüz əlli) manat dəyərində əmlakı Zərərçəkmiş şəxs8 yaşadığı Zaqatala rayonu Əliabad qəsəbəsi ərazisində dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa, o, qəsdən, tamah niyyəti ilə, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə 02 iyul 2020-ci il tarixdə Balakən rayonu İtitala kənd sakini Zərərçəkmiş şəxs9 etibаrındаn suiistifаdə edib heyvan alqı-satqısı ilə məşğul olduğunu yalandan bildirərək, pulunu sonradan verəcəyinə yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə sonuncunun təsərrüfatında olan 3300 manat dəyərində, 15 baş, diri çəkiləri 35-40 kq, 8 aylıq və 1 yaşında erkək qoyunları (qoç), 1000 manat dəyərində, 5 baş, diri çəkiləri 35-40 kq, 8 aylıq və 1 yaşında dişi cinsli qoyunları və 04 iyul 2020-ci il tarixdə 200 manat dəyərində, 4 baş, 1 aylıq quzuları, 300 manat dəyərində, 3 baş, 4 aylıq quzuları və 3990 manat dəyərində, 19 baş, 3-4 yaşlarında, diri çəkiləri 40-45 kq ana qoyunları, ümumilikdə isə xeyli miqdar hesab edilən 8790 (səkkiz min yeddi yüz doxsan) manat dəyərində əmlakı Zərərçəkmiş şəxs9 Balakən rayonu İtitala kəndində yerləşən fərdi yaşayış evinin həyətində dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa, o, qəsdən, tamah niyyəti ilə, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə 09 avqust 2020-ci il tarixdə Balakən rayon Yeni Şərif kənd sakini Zərərçəkmiş şəxs10 etibarından sui-istifаdə edib heyvan alqı-satqısı ilə məşğul olduğunu yalandan bildir ərək, pulunu sonradan verəcəyinə yalan vəd verib aldatmaqla, sonuncunun təsərrüfatında olan 1300 (min üç yüz) manat dəyərində, bir baş, diri çəkisi təxminən 200 kq, 5 yaşlı, xalis ət çəkisi təxminən 100 kq olan, yanında qara rəngli, 3 aylıq, dişi cinsli, təxminən 70-80 kq çəkidə balası olan sarı rəngli inəyi Zərərçəkmiş şəxs10 Balakən rayonu Yeni Şərif kəndində yerləşən fərdi yaşayış evinin həyətində dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa, o, qəsdən, tamah niyyəti ilə, təkrarən, tanışları Məhkum2 və Məhkum3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə 13 avqust 2020-ci il tarixdə Balakən rayon Meşəşambul kənd sakini Zərərçəkmiş şəxs11 etibarından suiistifadə edib heyva n alqı-satqısı ilə məşğul olduğunu yalandan bildirərək, pulunu sonradan verəcəyinə yalan vəd verib aldatmaqla vahid niyyətlə əhatə olunan qəsdlə sonuncunun təsərrüfatında olan 1200 manat dəyərində, bir baş, diri çəkisi təxminən 300 kq, 8 yaşlı, xalis ət çəkisi təxminən 150 kq olan qara rəngli inəyi, 750 manat dəyərində, bir baş, diri çəkisi təxminən 150 kq, 1 yaşlı, xalis ət çəkisi 70 kq olan qara rəngli dananı, 1100 manat dəyərində, bir baş, dişi cinsli, 3 yaşlı, diri çəkisi təxminən 250 kq, xalis ət çəkisi təxminən 120 kq olan sarı rəngli inəyi və 900 manat dəyərində, bir baş, dişi cinsli, 2 yaşlı, diri çəkisi təxminən 200 kq, xalis ət çəkisi təxminən 100 kq olan qırmızı rəngli inəyi, ümumilikdə isə 3950 (üç min doqquz yüz əlli) manat dəyərində əmlakı Zərərçəkmiş şəxs11 Balakən rayonu Me şəşambul kəndində yerləşən fərdi yaşayış evinin həyətində dələduzluq yolu ilə ələ keçirmişlər. Bundan başqa, o, qəsdən, tamah niyyəti ilə, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə 18 avqust 2020-ci il tarixdə Balakən rayon Şambul kənd sakini Zərərçəkmiş şəxs12 etibаrındаn suiistifаdə edərək heyvan alqı-satqısı ilə məşğul olduğunu yalandan bildirib, pulunu sonradan verəcəyinə yalan vəd verib aldatmaqla, sonuncunun təsərrüfatında olan 1300 (min üç yüz) manat dəyərində, bir baş, diri çəkisi təxminən 250 kq, 6 yaşlı, xalis ət çəkisi təxminən 120 kq, yanında boz rəngli, 1 həftəlik, təxminən 40 kq diri çəkidə erkək balası olan inəyini Zərərçəkmiş şəxs12 Balakən rayonu Şambul kəndində yerləşən fərdi yaşayış evinin həyətin də dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa, o, qəsdən, tamah niyyəti ilə, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə 18 avqust 2020-ci il tarixdə Balakən rayon Şambul kənd sakini Zərərçəkmiş şəxs13 etibаrındаn suiistifаdə edərək heyvan alqı-satqısı ilə məşğul olduğunu yalandan bildirərək pulunu sonradan verəcəyinə yalan vəd verib aldatmaqla, sonuncunun təsərrüfatında olan 1700 (min yeddi yüz) manat dəyərində, bir baş, diri çəkisi təxminən 250 kq, 3 yaşlı, xalis ət çəkisi təxminən 120 kq, yanında sarı rəngli, 6 aylıq təxminən 120 kq diri çəkidə erkək balası olan inəyi Zərərçəkmiş şəxs13 Balakən rayonu Şambul kəndində yerləşən fərdi yaşayış evinin həyətində dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa, o, qəsdən, tamah niyyəti ilə, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək bu məqsədlə, 2020-ci ilin avqust ayının sonlarında Balakən rayon Yeni Şərif kənd sakini Zərərçəkmiş şəxs14 etibаrındаn sui-istifаdə edərək heyvan alqı-satqısı ilə məşğul olduğunu yalandan bildirərək, pulunu sonradan verəcəyinə yalan vəd verib aldatmaqla, vahid niyyətlə əhatə olunan qəsdlə sonuncunun təsərrüfatında olan 1700 manat dəyərində, bir baş, dişi cinsli, 4 yaşlı, təxminən diri çəkisi 320 kq, yanında 3 aylıq dişi balası olan inəyi, 2000 manat dəyərində, bir baş, dişi cinsli, 2 yaşlı, təxminən diri çəkisi 360-400 kq, yanında 10 günlük erkək balası olan inəyi və 2020-ci ilin sentyabr ayının ortalarında 2800 manat dəyərində, bir baş, dişi cinsli, 3 yaşl ı, təxminən diri çəkisi 360-370 kq, yanında 8 aylıq erkək balası olan inəyini və 500 manat məbləğində nəğd pulunu, ümumilikdə isə xeyli miqdar hesab edilən 7000 (yeddi min) manat dəyərində əmlakını özünün müvəqqəti yaşadığı Balakən rayonu Mahamalar kəndində fərdi yaşayış evinin həyətində dələduzluq yolu ilə ələ keçirmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması xahiş olunur. Protestdə qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mövcud sübutlar obyektiv və işin faktiki hallarına uyğun təhlil edilməyərək yanlış nəticəyə gəlinmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi biri digərini təkzib edən mövqe nümayiş etdirərək birinci instansiya məhkəməsinin gəldiyi aşağıdakı nəticə ilə razılaşmışdır: “İstintaq orqanı Məhkum1 Zərərçəkmiş şəxs2 52200 AZN miqdarında pulunu ələ keçirməsini qeyd etsə də, buna dair hər hansı bir sübut təqdim etməmiş, yalnız Zərərçəkmiş şəxs2 ifadəsində göstərdikləri ilə kifayətlənmiş, Zərərçəkmiş şəxs2 barəsində şikayət verdiyi şəxsə yenidən pul (14.200 manat) verməsini inandırıcı hesab etmir, bundan başqa zərər çəkmiş şəxs həmin halı təsdiq edən digər mötəbər sübutlar təqdim etməmişdir” kimi xüsusatlar qeyd etmiş, eyni zamanda “Məhkum1 Y.Əhmədovdan 25000 manat pulu öz orqanını satacağına dair ifadəsini də özünü müdafiə xarakterli ifadə kimi qəbul edir, məhkəmənin belə qənaətə gəlməsinə Məhkum1 digər şəxsləri d ə aldadaraq pullarını ələ keçirməsi və onun əvvəllər də dələduzluq əməlinə görə məhkum olunması kimi hallar əsas verir, Məhkum1 Zərərçəkmiş şəxs2 25000 manat məbləğində pul aldığını qəbul etmiş, Məhkum1 Zərərçəkmiş şəxs2 52200 AZN pulunu ələ keçirməsinə dair ittiham öz təsdiqini tapmadığına görə ittihamdan xaric edilməli, onun Zərərçəkmiş şəxs2 25000 AZN məbləğində pulunu ələ keçirməsi ona verilmiş ittihamda saxlanılmalıdır”. Dövlət ittihamçısının fikrincə, məhkəmə həm zərərçəkmişin ifadələrində göstərdiyi xüsusatlara, həm də təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatlara anlaşılmayan ziddiyyətli yanaşma nümayiş etdirməklə işin faktiki halları ilə məhkəmənin müəyyən etdiyi hallar arasında qeyri-müəyyənlik və kəskin ziddiyyət yaratmış, əsassız olaraq Məhkum1 CM-in 178.3.2-ci madd əsində nəzərdə tutulan cinayət əməlini CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyü nü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqəda r olaraq cinayət və cinayətprosessual normalarının tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Kassasiya protestində qeyd edilir ki, Məhkum1 əməlində ittiham edildiyi CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsiri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq məhkəmə həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun əməlini CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif etmişdir. Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə”yə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 178.2-ci maddəsinə əsasən: “Eyni əməllər: 178.2.1.qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən t örədildikdə; 178.2.2. təkrar törədildikdə; 178.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə — dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinə əsasən “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə”yə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.1 və ya 178.2-ci maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkəmə kollegiyası kassa siya protestində Məhkum1 ittihamına daxil olan epizodlardan yalnız biri – onun Zərərçəkmiş şəxs2 əmlakının dələduzluq yolu ilə ələ keçirməsinə dair epizodu üzrə əməlinin tövsifi mübahisələndirildiyindən və məhkəmə qərarı müdafiə tərəfindən mübahisələndirilmədiyindən, T,Abdullayevin ittihamına daxil olan digər epizodlara münasibət bildirməyi zəruri hesab etmir. İş materiallarından görünür ki, Məhkum1 CM-in 178.3.2-ci maddəsi ilə ittiham ona görə verilmişdir ki, o, qəsdən, tamah niyyəti ilə, təkrarən, 2018-ci ilin oktyabr ayında tanışı, Balakən şəhər sakini Zərərçəkmiş şəxs2 ondan 500 manat məbləğində borc pul istəməsindən sonra sonuncunun əmlakını dələduzluq yolu ilə ələ keçirmək qərarına gələrək bu məqsədlə qabaqcadan üzərinə götürdüyü öhdəlikləri icra etmək niyyətində olmadan, 2018-ci ili n oktyabr ayından başlayaraq 2020-ci ilin aprel ayına kimi keçən müddət ərzində Zərərçəkmiş şəxs2 avtomobili satması üçün təmir etməsi, satılması üçün avtomobilin sənədlərini qaydasına qoyması kimi həqiqətə uyğun olmayan yalan vədlər verməklə aldadaraq, həmçinin depozitə qoyulmuş qızıl-zinət əşyalarını və pulu götürüb birgə təsərrüfat quracaqlarına inandırıb etibarından sui-istifadə edərək vahid niyyətlə əhatə olunan cinayətkar qəsdlə sonuncunun külli miqdar hesab edilən, yəni ümumilikdə 52200 (əlli iki min iki yüz) manat məbləğində pulunu Balakən rayonu ərazisində istintaqla dəqiq müəyyən edilməyən tarixlərdə və yerlərdə dələduzluq yolu ilə ələ keçirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri düzgün olaraq belə nəticəyə gəlmişlər ki, istintaq orqanı Məhkum1 Zər ərçəkmiş şəxs2 52200 AZN miqdarında pulunu ələ keçirməsini qeyd etsə də, buna dair hər hansı bir sübut təqdim etməmiş, yalnız Zərərçəkmiş şəxs2 ifadəsində göstərdikləri ilə kifayətlənmişdir. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs2 istər məhkəməyədək icraat, istərsə də məhkəmə istintaqı zamanı ifadə verərək 2019-cu ilin may ayında Balakən Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək Məhkum1 onun 38000 manat məbləğində pulunu ələ keçirdiyini göstərmiş, onun ərizəsi əsasında araşdırılma aparıldığı dövrdə, yəni 2019-cu ilin yay aylarında əvvəl mövcud olan borc ona qaytarılmadan yenidən sonuncuya təxminən 14200 AZN məbləğində pul verdiyini bildirmişdir. Apellyasiya instansiya məhkəməsi haqlı olaraq Zərərçəkmiş şəxs2 barəsində şikayət verdiyi şəxsə, yəni Məhkum1 əvvəllər verdiyi ço x böyük məbləğ olan 38000 manat məbləğində pulu ona qaytarılmadan yenidən, kifayət qədər böyük məbləğ olan 14200 AZN məbləğində pul verməsini inandırıcı hesab etməmiş, bundan başqa zərərçəkmiş şəxs həmin halı təsdiq edən digər mötəbər sübutlar təqdim etməmişdir. Eyni zamanda, təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm aşağı instansiya məhkəmələrində Zərərçəkmiş şəxs2 cəmi 25000 manat məbləğində pul aldığını özü etiraf etmiş, həmin ifadəsini isə heç vaxt dəyişməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxsin ziddiyyətli ifadələrini Məhkum1 CM-in 178.3.2-ci maddəsi ilə təqsirinin sübut olunmuş hesab edilməsi üçün kifayət hesab etməməkdə apelyasiya instansiyası məhkəməsi haqlı olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 d ekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Həmin Qərarda həmçinin məhkəmələrə tövsiyə olunur ki: “23. Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-c ı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qayda lara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirini n sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq həmin protestin təmin edilməsi üçün əsaslar tapmır və buna görə də hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 aprel 2022-ci il tarixli qərarı əsaslı olduğundan, kassasiya protestində onun ləğvi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin. Məhkum1 barəsində Şəki Apellyasiy a Məhkəməsinin Cinayət Kollegiyasının 15 aprel 2022-ci il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-685/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-685/2023
12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver