Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-685/2024 30.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Müdafiəçi - Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Qasımov Rövşən Əliqasım oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkə məsinin 18 iyul 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 avqust 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Qasımov Rövşən Əliqasım oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 iyul 2022-ci il tarixli 1(101)-311/2022 nömrəli (hakimlər: Ağalarov Mahmud Muradxan oğlu (sədrliyi ilə), Hacıyev Siyavuş Həbib oğlu və Salmanov Rahib Vaqif oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xxxx-ci il tarixdə x rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyat da olmaqla, xxx nömrəsiz evdə yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməsi və ona 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 6 may 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Məhkum ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması hökm edilmişdir. Hökmdən Məhkum müdafiəçisi Qasımov Rövşən Əliqasım oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Əhmədov Həsən Hüseyn oğlu (sədrliyi və məruzəsilə), Məmmədov Habil Çingiz oğlu və Murquzov İlqar Mustafa oğlundan ibarət məhkəmə tərkibində) 9 avqust 2023-cü il tarixli 1(103)-81/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin olunmamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 iyul 2022-ci il tarixli hökmü “Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməsi və ona 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi” hissəsində dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək təyin edilmiş 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası 8 (səkkiz) il 6 (altı) aya endirilmiş və hökm qalan hissələrdə dəyişdirilmədən s axlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 avqust 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Qasımov Rövşən Əliqasım oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 iyul 2022-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinmişdir, ona görə ki, o, şəxsiyyəti istintaqa məlum olmayan X adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 6 may 2021-ci il tarixə keçən gecə əvvəlcədən aralarında olan razılaşmaya əsasən X adlı İran İslam Respublikası vətəndaşı tərəfindən ünvan 3 ünvanının yaxınlığında yerləşən «Rahat1» marketin arxa tərəfində olan ağacın dibində gizlədilmiş satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 1005 qram (1 kq 5 qr) çəkidə narkot ik vasitə heroin əldə edib daşıyaraq üzərində saxlamış, 6 may 2021-ci il tarixdə saat 00:30 radələrində Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, ünvan 4 ünvanda yerləşən «X» oteli yaxınlığında saxlanılaraq Bakı şəhəri Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanda yerləşən 4-cü Polis şöbəsinə gətirib üzərinə keçirilmiş şəxsi axtarış zamanı sağ əlində tutduğu üzərində «Levis» yazısı olan göy rəngli 1 ədəd sellofan paketdə təmiz çəkisi 1005 qram (1 kq 5 qr) olan qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi də qeyd olunan nəticə ilə razılaşmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAK ÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum müdafiəçisi Qasımov Rövşən Əliqasım oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hüquqlarını müdafiə etdiyi şəxs barəsində çıxarılmış ittiham hökmü ədalətsiz olmaqla yanaşı, həmçinin əsassız və qanunsuzdur. Belə ki, işin araşdırılması zamanı məhkum edilmiş şəxs X10 müdafiə hüququ pozulmuş, şübhəli şəxs kimi şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı dövlət hesabına Məhkum hüquqlarını müdafiə etməyə borclu olan X11 müdafiədən imtina etmiş, təhqiqatçı isə müdafiəçi X7 iştirakına xitam verib yeni müdafiəçi dəvət etməli olduğu halda bunu etməmiş, istintaq zamanı da müdafiəçi olaraq X1 və yenə də vəkil olaraq öz peşə borcunu yerinə yetirməmiş, Məhkum hüquqlarını müdafiə etməmiş, birinci və apellyasiya instansiyalarında maddi və prosessual hüquq norm alarının pozulması davam etmişdir. Məhkəmənin qərarında məhkəmədə aparılan araşdırma tam təhlil olunmamış, iş üzrə araşdırmalara obyektiv qiymət verilməmiş, məhkum edilmiş Məhkum tam müdafiə hüququnun qanun tələblərinə uyğun həyata keçirilməsi təmin edilməmiş, təqsirləndirlən şəxsin müdafiə hüququnun təmin edilməsi barədə verilmiş vəsatətlərə qərəzli mövqedən yanaşılmış, iş üzrə məhkəmə iclasında əlavə şahid kimi dindirilən təhqiqatçının məhkəmə zamanı verdiyi ifadə olduğu kimi yazılmamışdır. Müdafiə tərəfinin vəsatətinə əsasən iş üzrə təhqiqat aparmış təhqiqatçı və təhqiqat zamanı Məhkum hüquqlarını dövlət hesabına müdafiə etmiş vəkil Bakı Apellyasiya Məhkəməsinə əlavə şahid kimi dəvət edilmişdir. Təhqiqatçının əlavə şahid qismində dindirilməsi təmin edilsə də, müdafiəçi - vəkil X7 iştira kı təmin edilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 iyul 2022-ci il tarixli hökmündən verilmiş apellyasiya şikayətinə baxan məhkəmə tərkibinə verilmiş üç etiraz hakimlər tərəfindən baxılmamış saxlanmışdır. Etirazı baxılmamış saxlama hüququndan istifadə edən hakimlər verilmiş əsaslı üç etirazı heç bir əsas olmadan baxılmamış saxlamaqla Bakı Apellyasiya Məhkəməsinin sədrinə verməkdən imtina etmişlər. Qeyd olunanlara əsasən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 avqust 2023-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yenidən araşdırılması üçün yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Qasımov Rövşən Əliqasım oğlu kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, veri lmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 avqust 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tət biqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun təqsirsiz olduğu halda məhkəmələr tərəfindən barəsind ə qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-nin 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasi ya Məhkəməsinin Cinayət Kollegiyasının 9 avqust 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə laz ımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda a ydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tələblərinə istinadən cinayət işinin materiallarını araşdırıb, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının və müdafiəçinin məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı A pellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 avqust 2023-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin əldə edilməsi, saxlanılması və daşınması ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci in stansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün məhkəmələr tərəfindən tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Müdafiəçi kassasiya şikayətində müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prossesual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilmişdir. Belə ki, iş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qi ymətləndirmişdir. Bu məsələlər həll olunarkən Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə topl anmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirərək, Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsi, məhkəmədə şahid qismində dindirilmiş şəxslərin ifadələri, habelə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübutlar, həmçinin iş üzrə toplanmış digər sübutlarla öz təsdiqini tapdığını müəyyən edir. Belə ki, cinayət işinin materiallarında olan protokoldan görünür ki, 6 may 2021-ci il tarixdə Binəqədİ RPİ-nin 4-cü Polis şöbəsinin təhqiqatçısı X15 tərəfindən Məhkum üzərində şəxsi axtarış və götürmə aparılarkən video çəkilişin yazıldığı diskə baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, diskdə 2 ədəd videofayl vardır. Müddəti 14 dəqiqə 22 saniyə olan videofayla baxıldıqda görünür ki, 4-cü Polis şöbəsinin təhqiqatçısı X özünü təqdim edir və məlumat verir ki,...... Məhkum 6 may 2021-ci il tarixdə saat 00:30-da 4-cü Polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri zamanı Binəqədİ rayonu M.Ə.Rəsulzadə qəsəbəsi, F.Rüstəmov küçəsində yerləşən «İron» otelin yaxınlığında saxlanılaraq Polis şöbəsinə gətirilmişdir. Təhqiqatçı Məhkum üzərində olan əşyaları könüllü təqdim etməyi təklif edir. Məhkum sağ əlində tutduğu göy rəngli üzərində «Levis» yazısı olan sellofan paketi stolun üzərinə qoyur. Həmçinin Məhkum əynində olan cins şalvarı nın yan ciblərindən bir ədəd ağ rəngli «Samsung» markalı mobil telefonu, 27 manat pulu və bir ədəd bank kartını çıxarıb masanın üzərinə qoyur. Həmin sellofan paket açıldıqda orada üzərində «1 kq» yazısı olan yapışqan lentlə bağlanmış bağlama olduğu məlum olur. Təhqiqatçı Məhkum həmin bağlamada nə olduğunu soruşur. Məhkum bildirir ki, İran vətəndaşı ilə «Watsap» proqramı vasitəsilə danışmış, İran vətəndaşı ona demişdir ki, həmin bağlama «X» otelin yaxınlığında «Rahat» marketin yanında ağacın dibinə qoyulub və oradan götür. Bağlama açıldıqda onun içərisində qəhvəyi rəngli tozşəkilli maddə olduğu məlum oldu. Daha sonra Məhkum üzərində şəxsi axtarış aparılır və başqa heç bir əşya aşkar edilmir. Təhqiqatçı Məhkum təqdim etdiyi bağlamanı ağ zərfə qoyub möhürləyir və zərfin üzərinə iştirakçılar i mza edirlər........ Müddəti 1 dəqiqə 26 saniyə olan ikinci videofayla baxıldıqda görünür ki, təhqiqatçı iştirakçılar tərəfindən video çəkilişə baxıldığını və heç bir etiraz və qeyd daxil olmadığını bildirir. Daha sonra iştirakçılar tərtib olunmuş protokolu imzalayırlar və təhqiqatçı istintaq hərəkətinin başa çatdığını elan edir. Həmçinin cinayət işinin materiallarında olan «Azercell» şirkətindən daxil olmuş Məhkum adına və istifadəsində olan 050 *** ** ** və 050 *** ** ** saylı mobil nömrələrinə 1 yanvar 2020-ci il tarixdən 7 may 2021-ci il tarixə kimi daxil olan, həmin nömrələrdən çıxan zənglərin siyahısına, mesajların məzmununa və həmin nömrələrin sahiblərinin anket məlumatlarına baxış keçirilmiş və Məhkum istifadəsində olan mobil nömrələrə daxil olan və həmin nömrələrdən çıxan onun müx təlif şəxslərlə narkotik vasitə və ya psixotrop maddə ilə bağlı pərdələnmiş ifadələrdən istifadə etməklə yazışdığı aşağıdakı mesajlar aşkar edilmişdir: xx/xx/2020, 05:42:54, **********67, **********24, Bidene 05 duzeler qardaş yana təmiz 05 xx/xx/2020, 05:42:54, **********67, **********24, Gör qardasun nə deyir xx/xx/2020, 05:43:54, **********24, **********67, Brat duzelerendeyrsen mawn tapırıram axi yarm sata zada gele bilsen gel gele bilmesen gunortdan sora gel yatacam xx/xx/2020, 00:47:32, **********67, **********16, Qaqa onu 1 eleki mən buları yola salım sende razı salımda xx/xx/2020, 00:51:17, **********67, **********07, 15 deyqiye senle gorusecem xx/xx/2020, 01:09:13, **********67, **********07, Yada çekmeye nəyinsə olar xx/xx/2020, 01:09:13, **********67, **********07, Bey utaniramd a vallah belke nese qalar sende çox pis vezyetde qaldım xx/xx/2020, 01:09:13, **********67, **********07, Yada çekmeye nəyinsə olar xx/xx/2020, 01:10:00, **********67, **********07, Sen menim qardasimsan meni başa düşərsən. O cümlədən cinayət işinin materiallarında olan 8 may 2021-ci il tarixli protokoldan görünür ki, Məhkum saxlanılarkən üzərində olan «Samsung» markalı mobil telefona baxış keçirilmiş və məlum olmuşdur ki, telefonun üzərində 050 *** ** ** saylı nömrə vardır. Telefonun «Watsap» proqramına daxil olduqda Məhkum adı «emiriranu» kimi qeyd edilmiş +**********37 saylı nömrə ilə 5 may 2021-ci il tarixdə çoxlu sayda danışıq və yazışmalar apardığı müəyyən edildi. Telefonun ekranı çatlamış vəziyyətdə olduğundan ekrandan istifadə etməklə onun proqramlarına daxil olunması mümkün olma dığı üçün telefon USB naqili vasitəsilə «HP» markalı kompüterə qoşuldu. Yaddaşa baxış zamanı müəyyən edildi ki, 5 may 2021-ci il tarixdə həmin telefona narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli xeyli miqdarda maddənin «İMG-20210505-WA0025.jrg» nömrəli fotoşəkil, bundan əlavə Məhkum götürülmüş içərisində narkotik vasitə heroin olan göy rəngli salafan paketin «Rahat» marketin arxa tərəfində ağacın dibinə qoyulduğunu göstərən «İMG-20210505WAO144.jrg», «İMG-20210505-WA0145jrg», «İMG-20210505- WA0147.jrg», «İMG20210505- WAO148.jrg» nömrəli fotoşəkillər göndərilmişdir. Həmin şəkillər çap edilərək protokola əlavə edildi. Bundan başqa telefonun «Whatspp» proqramında iş üçün əhəmiyyət kəsb edən aşağıdakı səsli mesajlar müəyyən edildi: -«PTT-20210505-WA0118» adlı səsli mesajda Məhkum X adlı şəxs ə səsli mesaj göndərərək bildirir ki, ondan götürdüyü malı gərək kiməsə verib pulunu alsın ki, onun da pulunu göndərsin. O, öz uşağının boğazından kəsib pul göndərə bilməz, çünki malı götürüb kiməsə verib pul almalıdır, malı ondan götürəcək şəxslər isə onu aldatmaq istəyirlər. O da həmin şəxslərə demişdir ki, pulu versinlər, sonra malı versin. Məhkum X-lə qardaş olduğunu deyir. – «PTT-20210505-WA0119» adlı səsli mesajda bir nəfər Məhkum bildirir ki, gedib mal götürə bilərsən, mənim pulumu nə vaxt vura bilərsən. – «PTT-20210505-WA0120» adlı səsli mesajda bir nəfər Məhkum bildirir ki, mal qalıb, get onu götür, əlində nə olsa onu vur, mal çoxdur. – «PTT-20210505-WA0121» adlı səsli mesajda bir nəfər bildirir ki, bizə inanmırsansa get malı götür, sonra pulu vur, get götür, sən yaxşı adamsan. –« PTT-20210505-WA0122» adlı səsli mesajda Məhkum bildirir ki, dayıcan sənə inanmayan kafirdir, mal hardadısa yerin deyin, gedib malın yanına çatıram, əlimi malın üstünə qoyuram, nə istəyirsiz sizin üçün edirəm, hardadı yerin deyin. – «PTT-20210505-WA0123» adlı səsli mesajda Məhkum bildirir ki, qardaşım onlar gəlincə «20 yanvara», mən 4-cü mikrorayona dəyib dala qayıdacam, qayıdanda «20 yanvar»dan keçəcəm və nə lazımdırsa həll edəcəm, narahat olma, orda da iki yerə, «toçkaya» atacam, götürərlər. Cinayət işinin materiallarında olan və məhkəmə tədqiq olunmuş protokoldan cinayət işi üzrə alınmış məhkəmə kompüter-texniki ekspertizasının 4 avqust 2021-ci il tarixli, 5/270 nömrəli rəyinə əlavə edilmiş üzərində «Verbatim» yazısı olan DVD-R diskə baxış keçirilmiş və iş üçün əhəmiyyət kəsb edən aşağıd akı məlumatlar müəyyən edilmişdir: -Məhkum oğlunun 050 *** ** ** saylı nömrəsi ilə «Watsap» proqramı vasitəsilə telefonun yaddaşında adı «emiriranu» kimi qeyd edilmiş +**********37 saylı nömrə arasında 16 aprel 2021-ci il tarixdə saat 12:47-dən əlaqə yaranmışdır. Müəyyən edildi ki, +**********37 saylı nömrədən Məhkum 050 *** ** ** saylı nömrəsinə narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli xeyli miqdarda maddənin «İMG-20210505-WA0025.jrg» nömrəli fotoşəkli 5 may 2021-ci il tarixdə saat 10:57 AM-də, bundan əlavə Məhkum götürülmüş içərisində narkotik vasitə heroin olan göy rəngli salafan paketin «Rahat» marketin arxa tərəfində ağacın dibinə qoyulduğunu göstərən «İMG-20210505-WA0144.jrg», «İMG20210505- WA0145.jrg», «İMG-20210505-WA0147.jrg», «İMG-20210505-WAG148.jrg» nömrəli fotoşəkillər isə 5 may 2021-ci il tarixdə saat 7:44 PM-dən 7:51 PM-dək olan aralıqda göndərilmişdir. Həmin şəkillər çap edilərək protokola əlavə edildi. Bundan başqa müəyyən edildi ki, Məhkum X adlı İran İslam Respublikası vətəndaşının göndərdiyi narkotik vasitəni götürəcəyi yer, pulunu nə vaxt verməsi, götürdüyü narkotik vasitəni hara qoyacağı ilə bağlı ona göndərdiyi və ondan aldığı «PTT-20210505- WA0118», «PTT20210505-WA0119», «PTT-20210505-WAG120», «PTT-20210505- WAG121», «PTT20210505-WA0122» və «PTT-20210505-WA0123» adlı səsli mesajlar 5 may 2021-ci il tarixdə saat 5:17 PM-dən 5 may 2021-ci il tarixdə saat 6:47 PM- dək olan aralıqda göndərilmişdir. Qeyd olunan səsli mesajların məzmunu cinayət işinin materiallarında olan 8 may 2021-ci il tarixli baxış protokolunda göstərilmişdir. Məhkum mobil telef onunda «Watsap» proqramında adı «emiriranu» kimi qeyd edilmiş +**********37 saylı nömrə ilə onun arasında yazışma, zəng, səsli mesaj və fotoşəkil göndərmə kimi əlaqələrin siyahısı 44 vərəqdə çap edilərək protokola əlavə edilmişdir. Disk yenidən qablaşdırılıb iş materiallarına əlavə edilmişdir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, Məhkum məhkəmə istintaqında verdiyi ifadələri özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, apellyasiya məhkəmə kollegiyası da haqlı olaraq Məhkum məhkəmə baxışı zamanı verdiyi ifadələrini işdə olan digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək şahidlərin verdikləri ifadələrin obyektiv həqiqəti əks etdirməsi, Məhkum iranlı X tərəfindən onun götürməsi üçün qoyulmuş sellofan torbanın içində 1005 qram miqdarda narkotik vasitə heroinin olmasından məlumatının olmaması, narktoik vasitələrin satışı ilə məşğul olmaması, həmin sellofan torbada yalnız öz istifadəsi üçün 1 qram metamfetaminin olmasını zənn etdiyi barədə ifadəsini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə özünümüdafiə xarakterli ifadə kimi qəbul etmiş və bu ifadəni sübut növü kimi qəbul edilməməli olması barədə nəticəyə gəlmişdir. İşin məhz məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktiki hallarından çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmi ş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmənin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar apellyasiya instansiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Şəxsə bəraət verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası CPM-nin 42ci maddəsi ilə tənzimlənir. Həmin normada (CPM-nin 42.1-ci maddəsində) nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Sübutların bu normanın tələbləri və kassasiya şikayətinin dəlilləri baxımından təhlili göstərir ki, həmin normada sadalanan, Məhkum bəraət veri lməsinə əsas verən hallar iş üzrə mövcud deyildir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansi yası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələblərin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməs ini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər müdafiəçi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlamış, eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddələr i lə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların (ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, ağır ailə vəziyyəti, himayəsində bir azyaşlı uşağının olması, ailəsinin yeganə qazanc gətirən üzvü olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması) olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalı, Məhkum müdafiəçisi Qasımov Rövşən Əliqasım oğlunun kassasiya şika yəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Qasımov Rövşən Əliqasım oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 iyul 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayə t Kollegiyasının 9 avqust 2023-cü il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-685/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-685/2024
30.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver