Məhkəmə qərarları › İş №1(102)-685/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-685/2025

23.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-685/2025 23.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 avqust 2024-cü il tarixli 1(103)-1825/2024 nömrəli qərarından xüsusi ittihamçı X8 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (sədrlik edən hakim Hafiz Kamranov) 20 iyun 2024-cü il tarixli 1(005)-14 0/2024 nömrəli hökmü ilə 17 iyul 1973-cü il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, ünvan 1ənzil ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 147.2 və 148-ci maddələri ilə verilmiş ittiham üzrə əməllərində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 42.1.2-ci maddəsinə əsasən bəraət verilmişdir. İşin halları: Xüsusi ittihamçı X10 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X1 Azərbaycan Respublikası CM-in 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətdiyinə görə onun cinayət məsuliyyətinə cəlb edilməsini və barəsində ittiham hökmü çıxarılmaqla azadlıqdan məhrum etmə cəzasına məhku m edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “Qafqazinfo.az” xəbər portalının yazarı Nizam Rza 11 may 2023-cü il tarixdə “Bakının Binəqədi rayon sakini A.Ağayev tanınmış tikinti şirkəti tərəfindən dələduzluqla üzləşdiyini iddia edir" başlıqlı yazı və “Oxu.az” xəbər portalının yazarı Nəzrin Vahid 06 iyun 2023-cü il tarixdə “Bakıda vətəndaş tam ödəniş edərək aldığı üç mənzilin şirkət rəhbərliyi tərəfindən mənimsənildiyini iddia edir” başlıqlı yazı ilə X2 xəbər saytında “Evrostroy-S.S" MMC-nin təsisçisi X10 barəsində böhtan xarakterli məlumatlar yazaraq (https://oxu.az/sociely/736977) hər iki xəbər portalının öz səhifəsində paylaşmışdır. "Qafqazinfo.az" və “Oxu.az" xəbər portalında A.X4 barəsində təhqir xarakterli, yalan və həqiqətə uyğun olmayan, təhqiramiz, xarakterl i, şərəf və ləyaqətinə toxunan, ictimaiyyət də işgüzar nüfuzunu aşağı salan və ləkələyən qərəzli məlumatlara yol vermişdir. Şəxsin əməlində CM-in 147.2 və 148-ci maddələrinin tərkibini yaradan hallar mövcuddur. Göründüyü kimi, barəsində şikayət verilən şəxs A.Ağayev xüsusi ittiham qaydasında şikayət verən barəsində yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları KİV-si sayılan xəbər portalında yayaraq ona böhtan ataraq və təqsirsizlik prezumpsiyasını pozaraq onu bir sıra cinayətlərdə, o cümlədən ağır cinayətlər törətməkdə (dələduzluq, mənimsəmə) ittiham etməklə Azərbaycan Respublikası CM-in 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. “Qafqazinfo.az” və “Oxu.az” xəbər portallarında X10 barəsində yaymış olduğu böhtan və t əhqir xarakterli məlumatlarla bağlı X6 barəsində CM-in 147.2 və 148-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə onun barəsində ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Həsən Əhmədov (sədrlik edən və məruzəçi), Əfqan Ələkbərov və Zaur Hüseynov) 15 avqust 2024-cü il tarixli 1(103)-1825/2024 nömrəli qərarı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli 1(005)-140/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, xüsusi ittihamçı X8 nümayəndəsi (vəkili) Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Xüsusi ittihamçı X8 nümayəndəsi Müdafiəçi1 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 avqust 2024-cü il tarixli 1(103)1825/2024 n ömrəli qərarının ləğv edilməsini və xüsusi ittiham qaydasında şikayət verilmiş X6 barəsində ittihamedici hökm çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Xüsusi ittihamçı X8 nümayəndəsi Müdafiəçi1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Bu səbəbdə də apellyasiya instansiyası məkhəməsinin qərarı ləğv edilməli X5 cinayət məsuliyyətinə cəlb edilməsi və nəzərdə tutulmuş sanksiya həddində cəza təyin edilməsinə dair yeni qərar çıxarılmalıdır. Birinci instansiya məhkəməsində dindirilmiş X6 özünü Azərbaycan Respublikası CMin 147.2 və 148-ci maddələri ilə təqsirli bilməmişdir. Lakin təqsirləndirilən şəxsin mövqeyi ondan ibarət olmuşdur ki, nə “oxu.az” da, nə də ki, “Qafqaz.in fo”da onun şəxsən çıxışı olmamış, həmin çıxışlar onun vəkili tərəfindən olmuşdur. O, evini və avtomobilini tələb edir orda yazılan yazıların onun tərəfindən deyil, vəkili tərəfindən edildiyini, vurgulayır və buna görə də özünü təqsirli bilməmişdir. Məqsədindən danışmır ki, bunu hansı məqsədlə etmişdir. Bu yazını paylaşanda isə məqsədi, şəxsin şərəf və ləyaqətini alçaltmaq olmuş və yaxud da dövlət orqanları tərəfindən işə daha obyektiv baxılması olmuşdur. Məhkəmə tərəfindən nəyə görə şəxsə bəraət verilməli olmasın, yuxarda qeyd edilən bir cumlə ilə ifadə etmişdir. Məhkəmənin hökmündə qeyd edilmişdir ki, şəxsin həmin məlumatı paylaşmaqda məqsədi X8 şərəf və ləyaqətini ləkələmək və ya nufuzdan salmaq deyil uzun illərdi həqiqət olduğuna inandığı və araşdırılmasını qanuni yollarla tələb etdiyi məsələnin həllini tapması, aidiyyəti dövlət orqanlarını iş üzrə araşdırma aparılaraq obyektiv həqiqətin üzə çıxarılmasına çağırışlar etmək, səsinin müvafiq dövlət orqanları tərəfindən duyulması olmuşdur. Bu təqsirləndirilən şəxsin subyektiv məsələsidir bu hərəkəti nəyə görə, hansı səbəbdən etməsi onun şəxsi mövqeyidir. Şəxs isə ifadə və izahatlarında buna dair bir cümlədə olsa qeyd etməmişdir. Sadəcə yuxarda da qeyd etdiyi kimi bildirmişdir ki, paylaşılan məlumatlar onun tərəfindən edilmişdir. Məhkəmənin isə mövqeyi ondan ibarətdir kı, həmin paylaşımlar təqsirləndirilən şəxs tərəfindən edilmiş olsa da burada şəxsin mövqeyi obyektiv həqiqətin üzə çıxarılmasından ibarət olmuşdur. Belə olduğu halda yenə də qanunvericilik yol vermir ki, hansısa obyektiv həqiqətin ortaya çıxarılması üçün digə r bir şəxsi qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadan sosial şəbəkələrdə onu dələduz adlandırsın. Belə olan halda məhkəmə tərəfindən hansısa xüsusi ittiham qaydasında işə baxılmasını mümkünsüz edər. Məhkəmənin obyektiv həqiqətin üzə çıxarılması üçün şəxsin şərəf və ləyaqətinin alçaldan məlumatların paylaşılmasını qanuni hesab etməsi bizdə böyük təəssüf hissi doğurmuşdur. Onda icratımızda olan bütün işlərdə eyni xarakterli məlumatlar sosial şəbəkələrdə hakimlər barəsində paylaşaq və sonrada qeyd edər ki biz istəyirdik ki, hakim işə ədalətli baxsın, obyektiv həqiqəti uzə çıxarsın, bu yol verilməzdir, məhkəmənin bu mövqeyi ilə yanaşılsa hər kəs digər barədə eyni xarakterli məlumatı paylaşmalı, adınıda qoymaldır ki, obyektiv həqiqəti üzə çıxarmaq istəyirdi və heçkimdə məsuliyyətə cəlb edilmə sin. Birincisi bu cinayət işi fakta görə başlanılmışdır, hər hansı bir şəxs təqsirəndirilən şəxs qismində cəlb edilməmiş, eyni zamanda Taleh Abbasov barəsində məlumatlar 11 may 2023-cü il tarixdə paylaşılmış, istinad edilən sənəd isə 02 noyabr 2023-cü ildə, yəni altı ay sonra çıxarılmışdır ki, buda məlumatların paylaşılması tarixdə belə bir sənəd ortada olmaması deməkdir. Belə bir qərar olmuş olsa belə yenədə şəxsin barəsində qeyd edilən məlumatların sosial şəbəkələrdə paylaşılmasına bəraət qazandırmamalıdır. Məhkəmə kollegiyası xüsusi ittiham qaydasında şikayət üzrə materialları öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, məruzəçini dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya Apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Xüsusi ittihamçı X8 nümayəndəsi Müdafiəçi1 kassasiya şikayətinin başlıca dəlili X1 barələrində bəraət hökmünün çıxarılmasının əsassız və qanunsuz olmasıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb nəticəyə gəlmişdir ki, kassasiya şikayətin dəlilləri əsassızdır. Belə ki, Аzərbаycаn Respublikası CM-in 147-ci maddəsinin dispozisiyasına əsasən böhtan dedikdə, yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma başa düşülür. Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma həmin maddədə tövsifedici əlamət kimi nəzərdə tutulur və əməlin CM-147.2-ci maddəsi ilə tövsif edilməsinə əsas kimi çıxış edir. Аzərbаycаn Respublikası CM-in 148-ci maddəsinin dispozisiyasında təhqir dedikdə, kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma başa düşülür. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinin tələblərinə müvafiq olaraq yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzr ə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-ci maddəsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət törədilməsində təqsiri yalnız məhkəmə istintaqında tədqiqi edilmiş sübutlara əsaslandıqda sübuta yetirilmiş hesab edilə bilər. Yuxarıda qeyd edilən qanun n ormalarının tələblərinə əsasən cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. Bu isə o deməkdir ki, şəxs CM-in 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə yalnız onun əməlində həmin maddələrlə nəzərdə tutulmuş bütün əlamətlərin mövcudluğu mötəbər sübutlarla təsdiq edildi yi halda cəlb edilə bilər. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilir ki, xüsusi ittiham qaydasında şikayətlər üzrə işlərə baxarkən məhkəmələr hər kəsin toxunulmazlığının, şərəf və ləyaqətinin, habelə Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş digər hüquqlarının məhkəmə müdafiəsinin təmin edilməsi üçün qanunvericiliyin tələblərinə əməl etməlidirlər. Həmin Qərarın 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüf uzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Qərarın 6-cı bəndində göstərilir ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsində istinad edilmiş 11 may 2023-cü il tarixli və 06 iyun 2023-cü il tarixli “Qafqazinfo.az” və “Oxu.az” internet səhifələrinə ünvanlamış şikayət ərizələrindən görünür ki, həmin ərizələrdə qeyd edilən hər bir məsələ ilə bağlı X6 hüquq-mühafizə orqanlarına müraciət etmiş, şikayətlərində istinad etdiyi hər bir halı prokurorluq orqanlarına ünvanladığı ərizələrdə də, hazırda məhkəmə istintaqı zamanı verdiyi ifadələrdə də göstərmişdir. Həmçinin, iş materiallarında olan sənədlərlə müəyyən olunmuşdur ki, X1 və qeyrilərinin şikayət ərizəsi əsasında Azərbaycan Respublikası Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılır. Həmin cinayət işi üzrə X6 zərərçəkmiş şəxs qismində tanınmışdır. X1 internet saytlarına ünvanlandığı şikayətlərin məzmunundan görünür ki, o, qısa şəkildə baş vermiş cinayətdən danışaraq bu barədə hüquq- mühafizə orqanlarına müraciət etdiyini bildirmiş, onun həmin müsahibəni verməkdə məqsədi cinayət işinin araşdırılması və ona dəymiş ziyanın ödənilməsi olmuşdur. Həmin şikayətlərdə “bizim şikayətimizə baxılmır və Baş Prokurorluğuna müraciət etdim. Müqavilə əlimdədir, heç nə edə bilmirəm” məzmunlu ifadələr işlətməsi özü də Allahverən Ağayevin həmin şikayətlərin hüquq mühafizə orqanları tərəfindən araşdırılmasını ictimai qaydada tələb etməsinə, müvafiq dövlət orqanlarının diqqətini bu işin araşdırılmasına cəlb etmək istəməsinə dəlalət edir. Məhkəmə istintaqı zamanı da verilmiş suallara cavab olaraq Ağayev Allahverənin sosial şəbəkələrə şikayətlər ünvanlamaqda məqsədinin dövlət orqanlarının diqqətini bu işə cəlb etmək, ona dəymiş zərərin ödənilməsinin təmin edilməsi olduğunu bildirmişdir. Həmç inin məhkəmə qeyd edir ki, Taleh Abbasov barəsində ünvanlandığı şikayətlərdə onun şərəf və ləyaqətini ləkələnməsi, həmçinin məqalənin məzmununda Taleh Abbasova təhqir hesab edilən, onun şərəf və ləyaqətini nalayiq formada alçaldan sözlərlə təhqir edilməsi, şəxsin ünvanına qarşı mənəvi-əxlaq dəyərlərinə və birgəyaşayış normalarına, ümumbəşəri prinsiplərə uyğun olmayan heç bir ifadə işlədilməmişdir. Kassasiya kollegiyası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinin tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin cinayət cinayətprosessual qanunlarının normalarına riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmi şlər. Məhkəmə kollegiyası X1 əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Belə ki, qanunun tələblərinə görə ittiham hökmü fərziyyələrə əsaslana bilməz və yalnız o şərtlə çıxarılır ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin cinayət törətməkdə təqsiri məhkəmə tərəfindən tədqiq edilmiş sübutların məcmusu ilə təsdiq edilsin. Böhtan yalnız birbaşa qəsdlə törədildiyi üçün şəxsi həmin cinayətdə təqsiri təsdiq etmək üçün hökmdə onun bu barədə niyyəti olduğunu təsdiq edən sübutlara və hallara istinad e tmək lazımdır. Bununla əlaqədar aradan qaldırılması mümkün olmayan şübhələr yarandıqda, onlar təqsirləndirilən şəxsin lehinə şərh edilməlidir. Şəxsin təqsirini sübut etmək, yəni qəsdi və yayılmış məlumatın yalan olması bildiyini sübut etmək vəzifəsi isə xüsusi ittihamçının üzərinə düşür. Məhkəmə kollegiyası toplanmış sübutların məcmusuna nəzər salıb hesab edir ki, məhkəmələr əsaslı olaraq nəticəyə gəlmişlər ki, həmin sübutlar barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X1 Azərbaycan Respublikasının CM-in 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli olmasına dair mötəbər və yekun nəticəyə gəlməyə imkan vermir. Aparılmış məhkəmə istintaqının nəticələrinə əsasən məhkəmələr əsaslı olaraq belə qənaətə gəlmişlər ki, barəsində xüsusi ittiham q aydasında şikayət verilən X3 qarşı Azərbaycan Respublikasının CM-in 147.2 və 148-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirin olması, yəni yalan olduğunu biləbilə xüsusi ittihamçını nüfuzdan salan məlumatları kütləvi çıxışlarda yayma əməlinin olması sübuta yetirilməmişdir. X1 əməldə CM-in 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibinin subyektiv cəhətin mövcud olmaması onun cinayət məsuliyyətini istisna edir. Bundan əlavə, nə birinci, nə də apellyasiya instansiyası məhkəməsi X3 qeyd edilən maddə üzrə barələrində bəraət hökmü çıxarılarkən sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə o lunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPMin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayət törədilməsində aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Göründüyü kimi hazırki xüsusi ittiham qaydasında şikayət üzrə icraat zamanı CPM-in 42.1-ci maddəsində göstərilən hallar müəyyən edilmişdir. İşə baxan məhkəmələr də haqlı olaraq X3 barələrində CM-in 147.2 və 148-ci maddələri üzrə bəraət hökmü çıx armışlar. Odur ki, kassasiya şikayətinin bu barədəki dəlilləri əsassızdır. Kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CPM-in 416.1.1416.1.22-ci maddələrində nəzərdə tutulmuş hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin X6 barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 avqust 2024-cü il tarixli 1(103)-1825/2024 nömrəli qərarının dəy işdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: X3 Azərbaycan Respublikası CM-in 147.2 və 148-ci maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 avqust 2024-cü il tarixli 1(103)-1825/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar