Məhkəmə qərarları › İş №1(102)-686/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-686/2019

07.05.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-686/2019 07.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Məhkum, Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 sentyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-n in 263-1.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 11 dekabr 2018-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən: Sadıxov Rasim Əkrəm oğlu, hakimlər: Qəribov Fikrət Atlıxan oğlu və Hacıyev Əfqan Niyətulla oğlundan ibarət tərkibdə) 21 sentyabr 2018-ci il tarixli hökmü ilə xx xxxxxx 1997-ci ildə Qəbələ rayonu, Zirik kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvəllər məhkum olunmamış, Qəbələ rayonu, Zirik kəndində qeydiyyatda olan, ünvan 1də kirayə yaşamış Məhkum Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir Hökmdən məhkum və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: F.A.Qasımov (sədrlik edən və məruzəçi), S.A.Mirzəyev və K.H.Əkbərovdan ibarət tərkibdə) 11 dekabr 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 dekabr 2018-ci il tarixli qərarından məhkumun müdafiəçisi kassasiya şikayəti verərək Məhkum cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. İşin hal ları: Məhkəmənin hökmünə əsasən, Məhkum 14 fevral 2018-ci il tarixdə, saat 17:30 radələrində ünvan 1 ünvanın qarşısında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə zidd olaraq nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan özünə məxsus, texniki cəhətcə saz vəziyyətdə olan «QAZ 33021» markalı, «Bortlu-Tentli» 36BH217 dövlət qeydiyyat nişanlı yük avtomobilini «Yol hərəkətı haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərini pozmaqla arxada hərəkəti üçün heç bir maneənin olmamasına, hərəkətin digər iştirakçılarına maneə yaranmadığına, manevrin təhlükəsiz başa çatdırılacağına əmin olmadan bu kimi mümkün tədbirləri qabaqcadan görməli və yol-nəqliyyat hadisəsinin qarşısını almağa tex niki imkanı olduğu halda bunları etməyərək geriyə hərəkət etdirən zaman avtomobilin arxasında dayanmış piyada X3 vuraraq ona sol alın-təpə-gicgah sümüklərinin kəllə əsasına keçən qəlpəli, sol diz oynağı sümüklərinin qapalı, qəlpəli, sol tərəfli ıı-ııı-ıv-v-vı qabırğaların sınıqları, sol təpə nahiyyəsinin, alının sağ yarısının, sağ qulaq ətrafı nahiyyəsinin, sağ almacıq nahiyyəsinin sıyrıqları, sağ əlin arxa səthinin əzilmiş yarası kimi dərəcələrinə görə canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan, sağlamlığa AGİR zərər vurmanın əlamətlərini daşıyan xəsarətlər yetirməklə ehtiyatsızlıqdan piyada X1 ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçinin kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə mühüm əhəmiyyəti olan bütün f aktiki hallar aydınlaşdırılmamışdır. Məhkəmə Məhkum barəsində yüngülləşdirici halların mövcud olduğu, ağırlaşdıran halların isə olmadığını qeyd etsə də məhkuma ağir olmaqla, ədalətsiz cəza təyin etmişdir. Qeyd olunanlara əsasən müdafiəçi kassasiya şikayətinin təmin edilməsini və məhkumun cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, onun müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun norm alarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkumun müdafiəçisi kassasiya şikayətində Məhkum təyin olunmuş cəzanın ağırlığını mübahisələndirmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 sentyabr 2018-ci il tarixli hökmündən görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə uyğun olaraq onun zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq ödəməsini, etdiyi əməldən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirmişdir. Qanunun tələbinə və qanunla müəyyən edilmiş cəza təyin etmənin prinsiplərinə görə cəza təyin edilərkən təkcə bu hallar deyil, Azərbaycan Respublikası CM-n in 8.1-ci və 58.3-cü maddələrində təsbit edilmiş digər hallar, o cümlədən cinayətin ictimai təhlükəlilik dərəcəsini xarakterizə edən hallar da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həya t şəraitinə təsiri nəzərə alınır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini xarakterizə edən hallar və göstərilən cinayət qanunu normalarının tələbləri nəzərə alınmaqla Məhkum törətdiyi Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş ədalətli cəza təyin edilmişdir. Cəzanın daha da yüngülləşdirilməsi, yəni azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsi üçün hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 dekabr 2018ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən ka ssasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar