Məhkəmə qərarları › İş №1(102)-686/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-686/2024

27.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-686/2024 27.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkumun və onun müdafiəçisi Mahmudov Vidadi Cəmil oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 noyabr 2023-cü il tarixli, 1(103)-1762/2023 nömrəli qərarından Məhkum müdafiəçisi Mahmudov Vidadi Cəmil oğlu tərəfindən ver ilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 1(101)-103/2023 nömrəli hökmü ilə (sədrlik edən E.H.İsmayılov, hakimlər C.İ.Hüseynov və və S.İ.Əliyevdən ibarət tərkibdə) xx xxxx 1984-cü il tarixdə Kəlbəcər rayonu, Almalıq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı, əvvəllər məhkum olunmamış, işləməyən, xqeydiyyatda olan və x binasında yaşamış, hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.3.2 və 178.3.2-ci maddələri ilə cinayət əməllərinin törədilməsində təqsirli bilinib 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının başlanğıcı nın 22 oktyabr 2021-ci ildən hesablanmış, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən Məhkum Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraət verilmişdir. Məhkəmənin hökmü ilə həmçinin zərərçəkmiş-mülki iddiaçı Şahid8 ona vurulmuş maddi ziyana görə 25.000 (iyirmi beş min) manat pul vəsaitinin təqsirləndirilən şəxs- mülki cavabdeh Məhkum tutulmaqla ona qaytarılması barədə mülki iddiası tam təmin edilərək həmin pul vəsaitinin Məhkum tutularaq zərərçəkmiş şəxs Şahid8 qaytarılması hökm edilmiş, zərərçəkmiş şəxslər -Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs1, X9, Zərərçəkmiş şəxs9, X5 və Zərərçəkmiş şəx s2 mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmiş, iş üzrə təqsirləndirilən şəxs Məhkum tərəfindən 26.500 manat ziyanın Zərərçəkmiş şəxs3, 32.000 manat ziyanın Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs2, 4.700 manat ziyanın isə X6 ödənilməsi nəzərə alınmışdır. Hökmdən Məhkum və müdafiəçisi Mahmudov Vidadi Cəmil oğlu, zərərçəkmiş şəxslər Şahid8, Zərərçəkmiş şəxs12 və Zərərçəkmiş şəxs9 tərəfindən verilmiş apellyasiya şikayətlərinə və Dövlət ittihamçısı2 tərəfindən verilmiş apelyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən E.H.Allahverdiyev, hakimlər C.V.Hüseyn və H.Ş.Məmmədovdan ibarət tərkibdə) 01 no yabr 2023-cü il tarixli, 1(103)-1762/2023 nömrəli qərarı ilə məhkum və onun müdafiəçisinin, zərərçəkmiş şəxslərin apellyasiya şikayətləri təmin edilməmiş, dövlət ittihamçısının apellyasiya protesti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum barəsində olan 21 iyun 2023-cü il tarixli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmiş, Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi məhkəmənin hökmündən xaric edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 noyabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Mahmudov Vidadi Cəmil oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.3.2, 178.3.2 və 32.4,312.2-ci maddələri ilə ittiham olunur ona görə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 2020-ci ilin mart ayında tanışı Zərərçəkmiş şəxs3 Binəqədi rayon İcra və probasiya şöbəsinin icra məmuru Şahid26 icraatında olan icra işi üzrə üzərinə həbs qoyulmuş "X2” markalı yük maşınının sonuncu tərəfindən guya hərraca çıxarılmadan dəyərindən ucuz qiymətə satılmasını təşkil edəcəyini Xırdalan şəhərində yerləşən "Xəzinə Palace” restoranın yanında görüşləri zamanı yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün icra məmuru Şahid26 xidməti vəzifəsinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs3 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə ilkin olaraq maddi nemət olan 15.000 (on beş) manat məbləği ndə pul vəsaitinin birbaşa yolla özü vasitəsilə rüşvət qismində verilməsinin zəruri olmasını sonuncunu aldadıb bildirməklə Zərərçəkmiş şəxs3 həqiqətdə olmayan texnikanı almağa razı salıb, sövdələşdikdən sonra həmin niyyətlə 2020-ci ilin aprel ayının əvvəllərində 10.000 manat pul vəsaitini cinayətdən xəbərsiz tanışı Şahid10 vasitəsi ilə Bakı şəhəri, "28 May” metrostansiyasının yaxınlığında, eyni niyyətlə 2020-ci ilin aprel ayının əvvəllərində 4.000 manat pul vəsaitini Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev 2 ünvanında yerləşən binanın qarşısında, eyni niyyətlə 2020-ci ilin aprel ayının sonlarında 11.300 manat manat pul vəsaitini Abşeron rayonu, Masazır qəsəbəsi, "Yeni Bakı” yaşayış massivində, eyni niyyətlə 2020-ci ilin aprel ayının sonlarında 4.000 manat pul vəsaitini Bakı şəhəri, Binə qədi rayon İcra və probasiya şöbəsinin Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 179 ünvanında yerləşən inzibati binasının yanında, eyni niyyətlə 2020-ci ilin may ayının əvvəllərində 4.000 manat pul vəsaitini Xırdalan şəhərində yerləşən "Xəzinə Palace” restoranının yanında, eyni niyyətlə 2020-ci ilin may ayının əvvələrində 5.000 manat pul vəsaitini Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən 12 nömrəli məktəbin qarşısında, eyni niyyətlə 2020-ci ilin may ayının əvvəllərində 5.000 manat pul vəsaitini Xırdalan şəhərində yerləşən "Xəzinə Palace” restoranı yanında Zərərçəkmiş şəxs3 şəxsən alıb həmin pulları şəxsi ehtiyacına xərcləməklə Zərərçəkmiş şəxs3 məxsus cəmi 43.300 manat pulu vahid niyyətlə ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs3 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu təhrik etmişdir. Bundan başqa, Məhkum təkrar, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 2020-ci ilin may ayının ortalarında tanışı Zərərçəkmiş şəxs4 dəyərindən ucuz qiymətə, yəni 7.000 manata "X2” markalı yük maşını satdığını aralarında olan telefon danışığı zamanı yalandan bildirib, sonuncunu həmin maşını almağa razı salıb sövdələşdikdən sonra Abşeron rayonu, Xırdalan şəhərində "Xırdalan dairəsi” adlanan yerin yaxınlığında yerləşən "Lukoil” yanacaqdoldurma məntəqəsinin həyətində 7.000 manat pul vəsaitini Zərərçəkmiş şəxs4 alıb, həmin pul vəsaitini şə xsi ehtiyaclarına xərcləməklə aldatma və etibardan sui-istifadə yolu ilə Zərərçəkmiş şəxs4 məxsus cəmi 7.000 manatı ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrar, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 01 sentyabr 2020-ci il tarixdə tanışı Zərərçəkmiş şəxs12 Binəqədi rayon İcra və probasiya şöbəsinin icra məmuru Şahid26 icraatında olan icra işi üzrə "Bağlan Group” MMC-yə məxsus üzərinə həbs qoyulmuş "asfaltbasan” texnikasının sonuncu tərəfindən guya hərraca çıxarılmadan dəyərindən ucuz qiymətə ona satılmasını təşkil edəcəyini aralarında olan telefon danışıqları zamanı yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün icra məmuru Şahid26 xidməti vəzifəsinin icrası ilə əlaqədar Zərərçək miş şəxs12 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə maddi nemət olan 20.000(iyirmi min) manat məbləğində pul vəsaitinin birbaşa yolla özü vasitəsilə rüşvət qismində verilməsinin zəruri olmasını sonuncunu aldadıb bildirməklə Zərərçəkmiş şəxs12 həqiqətdə olmayan texnikanı almağa razı salıb, sonuncu ilə sövdələşdikdən sonra 03 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayon İcra və probasiya şöbəsinin Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 179 ünvanında yerləşən inzibati binasının arxa tərəfində Zərərçəkmiş şəxs12la görüşərək 20.000 manat pul vəsaitini sonuncudan alıb, həmin pul vəsaitini şəxsi ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs12 məxsus 20.000 manatı ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmiş, təkrar vəzifəli şəxsə xidməti vəzifəsin in icrası ilə əlaqədar Zərərçəkmiş şəxs12 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu təhrik etmişdir. Bundan başqa, Məhkum təkrar, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 2020-ci ilin sentyabr ayının 15-20 tarixlərində tanışı Zərərçəkmiş şəxs5 dəyərindən ucuz qiymətə, yəni 5.000 manata yarımqoşqu satdığını aralarında olan telefon danışığı zamanı yalandan bildirib, sonuncunu həmin yarımqoşqunu almağa razı salıb sövdələşdikdən sonra 2020-ci ilin sentyabr ayının sonlarında Zərərçəkmiş şəxs5 yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, Sülh küçəsində yerləşən evində sonuncudan 3.000 manat, eyni niyyətlə iki gün sonra Abşeron rayonu, Xırdalan şəhəri ndə yerləşən "Vaz avtoservis dairəsi” deyilən yerdə Mehman Qəhramanlıdan 2.000 manat pul vəsaitini alıb şəxsi ehtiyaclarına xərcləyərək aldatma və etibardan sui-istifadə yolu ilə Zərərçəkmiş şəxs5 məxsus cəmi 5.000 manatı vahid niyyətlə ələ keçirib təkrar dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrar, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 2020-ci ilin sentyabr ayında tanışı Zərərçəkmiş şəxs9 Binəqədi rayon İcra və probasiya şöbəsinin icra məmuru Şahid26 icraatında olan icra işi üzrə üzərinə həbs qoyulmuş "Azərinşaatservis” MMC-yə məxsus yarımqoşqunun sonuncu tərəfindən guya hərraca çıxarılmadan dəyərindən ucuz qiymətə ona satılmasını təşkil edəcəyini aralarında olan telefon danışığı zamanı yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün icra məmuru Şahid26 xidməti vəzifəsinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs9 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə maddi nemət olan 6.750 (altı min yeddi yüz əlli) manat məbləğində pul vəsaitinin birbaşa yolla özü vasitəsilə rüşvət qismində verilməsinin zəruri olmasını sonuncunu aldadıb bildirməklə Zərərçəkmiş şəxs9 həqiqətdə olmayan texnikanı almağa razı salıb, sövdələşdikdən sonra 2020-ci ilin sentyabr ayının sonunda Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "Lido” restoranının yanında cinayətdən xəbərsiz tanışı Şahid10 vasitəsi ilə 6.750 manat pul vəsaitini alıb, həmin pul vəsaitini şəxsi ehtiyaclarına xərcləməklə, aldatma və etibardan sui-istifadə yolu ilə Zərərçəkmiş şəxs9 məxsus 6.750 (altı min yeddi yüz əlli) manat məbləğində pul vəsaitini ələ keçirib ona xe yli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmiş, təkrar vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə bağlı Zərərçəkmiş şəxs9 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət kimi verilməsinə sonuncunu təhrik etmişdir. Bundan başqa, Məhkum təkrar, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 2020-ci ilin oktyabr ayının əvvəlində tanışı Şahid8 Binəqədi rayon İcra və probasiya şöbəsinin icra məmuru Şahid26 icraatında olan icra işi üzrə "Bağlan Group” MMC-yə məxsus üzərinə həbs qoyulmuş 2 ədəd "X2” markalı yük maşınının sonuncu tərəfindən guya hərraca çıxarılmadan dəyərindən ucuz qiymətə ona satılmasını təşkil edəcəyini aralarında olan telefon danışığı zamanı yalandan bildirib, hə min məsələnin müsbət həlli üçün guya icra məmuru Şahid26 xidməti vəzifəsinin icrası ilə əlaqədar onun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə iki ədəd X2” markalı yük maşını üçün ümumilikdə 25.000 manat məbləğində maddi nemət olan pul vəsaitinin birbaşa yolla özü vasitəsilə rüşvət qismində verilməsinin zəruri olmasını aldadıb bildirməklə onu həqiqətdə olmayan maşınları almağa razı salıb, sövdələşdikdən sonra 2020-ci ilin oktyabr ayının əvvəllərində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Massivi, yüngül sənaye konstruksiyasının binasının həyətində hər dəfəsində 4.000 manat olmaqla, 2 dəfəyə cəmi 8.000 manat, 2020-ci ilin oktyabr ayının əvvəllərində Bakı şəhəri, Binəqədi rayon İcra və probasiya şöbəsinin Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti 179 ünvanında inzibati binasın ın yanında 2.000 manat, 2020-ci ilin oktyabr ayının ortalarında Abşeron rayonu, Xırdalan şəhərində yerləşən "Vaz avtoservis dairəsi” deyilən yerdə 15.000 manat pul vəsaitini Şahid8 alıb, əldə etdiyi həmin pul vəsaitlərini şəxsi ehtiyaclarına xərcləməklə aldatma və etibardan sui-istifadə yolu ilə Şahid8 məxsus cəmi 25.000 manatı xeyli miqdarda ziyan vurmaqla vahid niyyətlə ələ keçirib təkrar dələduzluq etmiş, təkrar vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə bağlı Şahid8 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu təhrik etmişdir. Bundan başqa, Məhkum təkrar, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 2020-ci ilin dekabr ayının sonlarında cin ayətdən xəbərsiz tanışı X7 vasitəsi sonuncunun tanışları Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs10 Binəqədi rayon İcra və probasiya şöbəsinin icra məmuru Şahid26 icraatında olan icra işi üzrə "Bağlan Group” MMC-yə məxsus üzərinə həbs qoyulmuş 1 ədəd sepli və 1 ədəd təkərli ekskovator texnikasının sonuncu tərəfindən guya hərraca çıxarılmadan dəyərindən ucuz qiymətə onlara satılmasının təşkil edilməsini X2 vasitəsilə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs10 yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün guya icra məmuru Şahid26 xidməti vəzifəsinin icrası ilə əlaqədar onların xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə hər bir texnika üçün 31.000 manat olmaqla iki ədəd ekskovator texnikası üçün ümumilikdə 62.000 (altmış iki min) manat məbləğində maddi nemət olan pul vəsaitinin birbaşa yolla özü vasitəsilə rüşvət qismində verilməsinin zəruri olmasını aldadıb bildirməklə onları həqiqətdə olmayan texnikaları şərikli almağa razı salıb, sövdələşdikdən sonra 2020-ci ilin dekabr ayının sonlarında Abşeron rayonu, Xırdalan şəhərində "Xırdalan dairəsi” adlanan yerin yaxınlığında yerləşən "Lukoil” yanacaqdoldurma məntəqəsinin həyətində 2.000 manat, 2021-ci ilin yanvar ayının 4-5 tarixlərində Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən "McDonalds” restoranının yaxınlığında 13.000 manat pul vəsaitini Zərərçəkmiş şəxs10 alıb, daha sonra qeyd edilən şəxsləri həqiqətən də pul vəsaitinin Şahid26 çatmasına əmin etmək, həmçinin törətdiyi cinayət əməlini pərdələmək məqsədi ilə 23 yanvar 2021-ci il tarixdə Zərərçəkmiş şəxs7la birlikdə cinayətdə n xəbərsiz Binəqədi rayonu İcra və probasiya şöbəsinin icra məmuru Şahid22 ilə Bakı şəhəri, Binəqədi rayonu İcra və probasiya şöbəsinin həyətində görüşərək, sonuncuya Şahid26 çatmalı olduğunu deyib Zərərçəkmiş şəxs7 selofan torbaya bükülmüş 46.000 manat pul vəsaitini Şahid22 verməsini tapşırıb pul vəsaitinin sonuncuya verilməsinə nail olduqdan 15 dəqiqə sonra geri qayıdaraq 46.000 manat pul vəsaitini Şahid22 alıb, əldə etdiyi həmin pul vəsaitlərini şəxsi ehtiyaclarına xərcləməklə aldatma və etibardan sui-istifadə yolu ilə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs10 məxsus cəmi 61.000 manat məbləğində pulu külli miqdarda ziyan vurmaqla vahid niyyətlə ələ keçirib təkrar dələduzluq etmiş, təkrar vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə bağlı Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs10 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncuları təhrik etmişdir. Bundan başqa, Məhkum təkrar, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 2021-ci ilin yanvar ayının ortalarında cinayətdən xəbərsiz tanışı X7 vasitəsi sonuncunun tanışları Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs2 Binəqədi rayon İcra və probasiya şöbəsinin icra məmuru Şahid26 icraatında olan icra işi üzrə "Bağlan Group” MMC-yə məxsus üzərinə həbs qoyulmuş 1 ədəd "Yükləyici Kon”, 1 ədəd "asfatlbasan katok” və 1 ədəd "təkərli ekskavator” texnikasının sonuncu tərəfindən guya hərraca çıxarılmadan dəyərindən ucuz qiymətə onlara satılmasının təşkil edilməsini X2 v asitəsilə Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs2 yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün icra məmuru Şahid26 xidməti vəzifəsinin icrası ilə əlaqədar onların xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə 61.000 (altmış bir min) manat məbləğində maddi nemət olan pulun birbaşa yolla özü vasitəsilə rüşvət kimi verilməsinin zəruri olmasını aldadıb bildirməklə onları həqiqətdə olmayan texnikaları şərikli almağa razı salıb, sövdələşdikdən sonra 07 fevral 2021-ci ildə saat 19 radələrində Abşeron rayonunda yerləşən "Qafqaz” Universitetinin yaxınlığındakı "Meh” restoranında 61.000 manat pul vəsaitini onlardan alıb, həmin pul vəsaitini şəxsi ehtiyaclarına xərcləməklə, aldatma və etibardan sui-istifadə yolu ilə Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs2 məxsus cəmi 61.000 manat pulu küll i miqdarda ziyan vurmaqla vahid niyyətlə ələ keçirib təkrar dələduzluq etmiş, təkrar vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs2 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncuları təhrik etmişdir. Bundan başqa, Məhkum təkrar, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 2021-ci ilin fevral ayının əvvəllərində cinayətdən xəbərsiz tanışı X7 vasitəsi sonuncunun tanışları Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs6 Binəqədi rayon İcra və probasiya şöbəsinin icra məmuru Şahid26 icraatında olan icra işi üzrə "Bağlan Group” MMC- yə məxsus üzərinə həbs qoyulmuş 1 ədəd "DOOSAN 420” markalı ekskovator və 1 ədəd "B OMAG 216D4” markalı vərdənə texnikasının sonuncu tərəfindən guya hərraca çıxarılmadan dəyərindən ucuz qiymətə onlara satılmasının təşkil edilməsini X2 vasitəsilə Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs6 yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün icra məmuru Şahid26 xidməti vəzifəsinin icrası ilə əlaqədar onların xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə maddi nemət olan 85.000 (səksən beş min) manat məbləğində pul vəsaitinin birbaşa yolla özü vasitəsilə rüşvət qismində verilməsinin zəruri olmasını aldadıb bildirməklə onları həqiqətdə olmayan texnikaları şərikli almağa razı salıb, əvvəlcədən 40.000 manat vermələrini bildirməklə razılaşıb, sövdələşdikdən sonra 12 fevral 2021-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri “Şamaxinka” deyilən ərazidə “Lukoil” yanacaqdoldurma mənt əqəsinin həyətində istifadəsində olan "x” markalı **-KL-*** dövlət qeydiyyat nömrəli avtomobildə 40.000 manat pul vəsaitini, eyni niyyətlə 17 fevral 2021-ci il tarixdə Binəqədi rayonu ərazisində yerləşən müəyyən edilməyən çayxananın qarşısında istifadəsində olan “x” markalı **-KL-*** dövlət qeydiyyat nömrəli avtomobildə 10.000 manat pul vəsaitini Zərərçəkmiş şəxs8 alıb, şəxsi ehtiyaclarına xərcləməklə, aldatma və etibardan sui-istifadə yolu ilə Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs6 məxsus cəmi 50.000 (əlli min) manat məbləğində pul vəsaitini xeyli miqdarda ziyan vurmaqla vahid niyyətlə ələ keçirib təkrar dələduzluq etmiş, təkrar vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs6 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü v asitəsilə maddi nemət olan pulların rüşvət kimi verilməsinə sonuncuları təhrik etmiş, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs6 aldadıldığını başa düşüb qalan pulu verməkdən imtina etdiklərindən bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib sonunculara məxsus qeyd edilən pul vəsaitini ələ keçirməyə nail olmayaraq aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs6 məxsus 85.000 manat vəsaiti onlara külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi Mahmudov Vidadi Cəmil oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən Məhkum törətmiş olduğu əməllərə düzgün qiymət verilməmiş, cinayət işi üz rə sübutlar düzgün qiymətləndirilməmiş, nəticədə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələbləri pozulmuşdur. Kassasiya şikayətinin müəllifi iddia edir ki, Məhkum dələduzluq əməlini törətməmiş, ibtidai istintaq qərəzli aparılmış, hüquqlarını müdafiə etdiyi şəxsin hüquqları kobud şəkildə pozulmuş, araşdırma obyektiv aparılmamış, Məhkum təqsirini sübut edən dəlillər, Məhkum təqdim etdiyi əsaslı dəlillər özünü müdafiə məqsədilə verilən kimi qiymətləndirilmiş, iş üzrə vəzifəli şəxslər tərəfindən rüşvət qismində alınan pullar, başqalarının mənimsədilkləri hamının əvəzinə yeganə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Məhkum təkbaşına vurduğu zərər kimi təqdim edilmişdir. Müdafiəçi V.C.Mahmudov kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellya siya Məhkəməsinin Cinayət Kollegiyasının 01 noyabr 2023-cü tarixli qərarının ləğv edilməsini, cinayət işini yeni apelyasiya baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqini n düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiəçi Mahmudov Vidadi Cəmil oğlu kassasiya şikayətində məhkəmələrin sübutetməyə dair cinayət-prosessual qanunun tələblərini pozduqlarını, o cümlədən Məhkum dələduzluq cinayətində təqsirli olması, əməlinin Cinayət Məcəlləsinin 29,178.3.2 və 178.3.2ci maddələri ilə hüquqi tövsifi barədə nəticələrini hərtərəfli araşdı rılmayan, qeyri-mötəbər sübutlarla əsaslandırdıqlarını iddia etməklə, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, cinayət işinin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.6 və 416.1.11-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, müdafiəçi Mahmudov Vidadi Cəmil oğlunun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görərək, bu şikayətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 noyabr 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Belə ki, Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbayc an Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsin ə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkum hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayət əməllərini törətməsi, müdafiəçinin kassasiya şikayətində iddia etdiyinin əksinə ola raq birinci və apellyasiya instansiyası məhkəmələrində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə, İnsan Hüquqları üzrə Avropa M əhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir. Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (məhkəmə baxışının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəməsi) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri o vaxt qəbul edilən hesab oluna bilər ki, verilmiş şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il). Məhkəmə kollegiyası müdafiə tərəfinin kassasiya şikayətində istinad etmiş olduqları dəlilləri nəzərdən keçirərək qeyd edir ki, onlar bütövlükdə apellyasiya instansiyası məhkəməsinin qərarında müvafiq ətraflı əsaslandırma verilməklə artıq cavablandırılmış və Məhkum kassasiya müraciətində göstərilənlərin əksinə olaraq, onun apellyasiya instansiyası məhkəməsinin qərarı ilə təqsirli hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayətkar hərəkətləri törətməsi, müvafiq olaraq da onun əməlində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq və külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etməyə cəhd etməsi cinayətinin tərkiblərinin olması apellyasiya məhkəməsi tərəfindən tədqiq və təhlil edilmiş bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edilmişdir. Həqiqətən də, kassasiya müraciətində iddia olunanların əksinə olaraq, baxılan cinayət işi üzrə məh kəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; apellyasiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, apellyasiya instansiyası məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum Məcəlləsinin 29,178.3.2 və 178.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli olması, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması barədə yekun nəticələr CPM-in 146 -cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Sübutlar hökmdə, eləcə də apellyasiya məhkəməsinin yekun qərarında təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətində irəli sürülmüş iddia ilə uzlaşan) dəlillərin araşdırılması və araşdırmanın nəticələrinin yoxlanılması üzrə müvafiq olaraq birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində məhkəmələrin çıxardıqları nəticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutl arı yenidən təsvir edib onları və kassasiya şikayətində göstərilənləri daha ətraflı şərh etmək, nə də ki, hökmü və apellyasiya məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür. Məhkəmə kollegiyası, həm də onu nəzərə alır ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum CM-in 29,178.3.2 və 178.3.2-ci maddələri ilə cəza təyin edilərkən və apellyasiya instansiyası məhkəməsi tərəfindən bu məsələ üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə yoxlanılarkən (CM-in 32.4, 312.2-ci maddəsi hökmdən xaric edilmiş) məhkəmələr tərəfindən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin təsbit etdiyi bütün hallar, o cümlədən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, cəzanı yün gülləşdirən hallar - himayəsində iki azyaşlı uşağın olması, cinayət nəticəsində ziyanın qismən ödənilməsi və ağırlaşdıran halların olmaması tarazlaşdırılmış şəkildə nəzərə alınmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanın məqsədlərinə (maddə 41), cəzanın təyin edilməsinin ümumi əsaslarına (maddə 58), cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara (maddələr 59, 61) dair müddəalarına əməl olunmuş, cinayət qanununun ədalət prinsipi (maddə 8) pozulmamışdır. Təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları apellyasiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmələr tərəfindən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.6, 416.1.11 və 416.1-ci maddəsinin digər müddəalarında təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Beləliklə, məhkəmə kollegiyası məhkumun müdafiəçisi Mahmudov Vidadi Cəmil oğlu tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, onun müdafiəçisinin və kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Mahmudov Vidadi Cəmil oğlunun kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 noyabr 2023-cü il tarixli, 1(103)-1762/2023 nömrəli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Müdafiəçi Mahmudov Vida di Cəmil oğlunun kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 29,178.3.2 və 178.3.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 noyabr 2023-cü il tarixli, 1(103)-1762/2023 nömrəli qərarı məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar