Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-687/2020 20.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, zərərçəkmiş şəxsin nümayəndəsi-vəkil Məmmədova Adilə İsa qızının iştirakları il ə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Əliyev Hikmət Vilayət oğlu və Zərərçəkmiş şəxs və nümayəndəsi-vəkil Məmmədova Adilə İsa qızı tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmü ilə (hakimlər: Ə.N.Hacıyev (sədrlik edən və məruzəçi), F.A.QƏribov və T.Q.Hüseynovdan ibarət tərkibdə) Məhkum - xx xxxxxx 1984-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkum olun mamış, ünvan 1 ünvanında qeydiyyatda olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxx 2018-ci il tarixdən hesablanmışdır. Zərərçəkmiş şəxs mülki iddiası qismən təmin edilmiş, 194.000 manat dəyərində olan ünvan 2 ünvanında yerləşən 68 saylı mənzilin Zərərçəkmiş şəxs mülkiyyətinə keçirilməsi vurulmuş ziyanın bir qisminin ödənilməsi kimi nəzərə alınmış. Məhkum 129.918 manat pul alınaraq Zərərçəkmiş şəxs verilməsi, mülki iddianın qalan hissədə təmin edilmədən rədd edilməsi hökm edilmişdir. İşin halları: Məhkum etibardan sui-istifadə və alda tma yolu ilə özgənin əmlakını ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, tanışı Zərərçəkmiş şəxs əmlakını ələ keçirmək məqsədilə onun etibarından sui-istifadə edərək Azərbaycan Respublikasında və xaricdə kosmetoloji məhsulların ticarəti ilə məşğul olub qazanc verəcəyi adı ilə aldadaraq ondan 2016-cı ilin oktyabr ayının 4-də ünvan 3 ünvanının qarşısında həmin dövrə olan məzənnəyə görə Azərbaycan Respublikasının milli pul vahidi ilə 64552 manat təşkil edən 40000 ABŞ dolları, 2016-cı ilin oktyabr ayının sonlarında bir dəfəyə ünvan 3 ünvanının qarşısında həmin dövrə olan məzənnəyə görə Azərbaycan Respublikasının milli pul vahidi ilə 65524 manat təşkil edən 40000 ABŞ dolları, xx xxxxxx 2016-cı il tarixdə ünvan 4 ünvanında yerləşən 21 saylı Notariat kontorunda həm in dövrə olan məzənnəyə görə Azərbaycan Respublikasının milli pul vahidi ilə 123354 manat təşkil edən 70000 ABŞ dolları və həmin gün ünvan 3 ünvanının qarşısında həmin dövrə olan məzənnəyə görə Azərbaycan Respublikasının milli pul vahidi ilə 70488 manat təşkil edən 40000 ABŞ dolları məbləğində pulu hissə-hissə alaraq vahid niyyətlə əhatə edilən qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs ümumilikdə 323918 manat, yəni külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Hökmdən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər: K.H.Əkbərov (sədrlik edən və məruzəçi), Q.X.Babayev və F.A.Qasımovdan ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx xxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Əliyev Hikmət Vilayət oğlu və Zərərçəkmiş şəxs və nümayəndəsi-vəkil Məmmədova Adilə İsa qızı tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Zərərçəkmiş şəxs kassasiya şikayəti verərək bildirmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin istinad edilən qərarının cəza təyini hissəsinin dəyişdirilmədən saxlanılması ilə razı deyildir. Hesab edirəm ki, hökmlə təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təyin edilmiş cəza onun törətdiyi əmələ münasibətdə çox yüngüldür.Onun tərəfindən vurulmuş ziyanın bir hissəsi qeyd edilən qaydada ödənilmiş hesab edilsə də, külli miqdarda ziyan ödənilməmişdir və həmin ziyanın ödənilməsi üçün heç bir cəhd də göstərməmişdir. Ona görə də şərh edilənlərə əsasən hesab edirəm ki,hökm qismən ləğv edilərək ona həmin maddənin sanksiyasının yuxarı həddində ağır cəza təyin edilməlidir. Məhkum etdiyi dələduzluq hərəkəti ilə ona maddi ziyanla yanaşı, həm də mənəvi ziyan vurmuşdur. Belə ki, onun təqsiri üzündən kommersiya fəaliyyətinin dayanması, həmçinin də küllü miqdarda pulunun aldatma yolu ilə ələ keçirilməsi nəticəsində keçirdiyi sarsıntılar nəticəsində ona 150000 (yüz əlli min) AZN məbləğində mənəvi ziyan dəymişdir. Məhkəmə isə qeyd edilən halları nəzərə almadan ona yüngül cəza təyin etmişdir. Apelyasiya məhkəməsi də ona təyin edilmiş yüngül cəza ilə razılaşmışdır. İş üzrə xx.xx.2018-ci il tarixli “S übutların qiymətləndirilməsi haqqında” qərarla Məhkum ünvan 2 ünvanında yerləşən 68 saylı mənzili Zərərçəkmiş şəxs mülkiyyətinə keçirməsi vurulmuş ziyanın bir qisminin könüllü olaraq ödənilməsi kimi qiymətləndirilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin sahibkarlıq fəaliyyəti olmaması sübuta yetirilməklə yanaşı müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxsin niyyəti hər hansı işin və ya xidmətin görülməsi deyil, mənim külli miqdarda əmlakını ələ keçirmək olmuş, bu niyyəti həyata keçilmək üçün isə özünü sahibkarlıq fəaliyyəti ilə məşğul olması kimi görüntü yaradaraq əvvəlcədən planlaşdırdığı niyyətini reallaşdıraraq bu üsulla külli miqdarda pul vəsaitini ələ keçirmişdir. Məhkəmə hökmdə Məhkum himayəsində xx.xx.2010 və xx.xx.2014-cü təvvəlüdlü iki az yaşlı uşağın olmasını, v urulmuş maddi zərərin könüllü olaraq qismən ödənilməsini, əvvəllər məhkum olunmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-in 59.1.4, 59.1.14 və 59.2-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirmişdir. Lakin onun mənə vurduğu külli miqdarda ziyanın tam ödənilməməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə almamışdır. Apelyasiya məhkəməsi də birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşaraq ziyanın ödənilməmiş hissəsinin külli miqdar olmasına əhəmiyyət verməmişdir. Hesab edirəm ki, törətdiyi əmələ görə R. Quliyevə məhkəmənin hökmü ilə təyin edilmiş cəza olduqca yüngüldür, bu baxımdan onun şəxsiyyətinə uyğun gəlmir. Məhkəmə ona yüngül cəza təyin edərkən nəzərə almamışdır ki, mənə dələduzluq yolu ilə vurduğu ziyanın bir hissəsi mə nzilin dəyərinə hesablansa da ziyanın ödənilməmiş hissəsi külli miqdar təşkil edir. Apelyasiya məhkəməsi də qeyd edilənləri nəzərə almadan qəbul etdiyi qərarla hökmün qanuni və əsaslı olması nəticəsinə gəlmişdir. Bu iş üzrə Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının qismən ləğv edilərək Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə məhkum edilmiş şəxs Məhkum həmin maddənin sanksiyasının yuxarı həddində daha ağır cəza təyin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Məhkum müdafiəçisi-vəkil Əliyev Hikmət Vilayət oğlu kassasiya şikayətində qeyd etmişdir ki, məhkəmələr iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış, dələduzluq niyyətinin olmasını heç nə ilə əsaslandırmamış, hətta şəxsin əməlində dələduzluq cinayətinin tərkibi olsa belə onun əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayaraq daha ağır cəza təyin etmişdir. Həmçinin, Məhkum Zərərçəkmiş şəxs adına sənədləşdirdiyi evin bazar qiymətinin mütəxəssislər tərəfindən 260.000 manat müəyyən edilməsinə və mütəxəssislərin bu rəyini də məhkəməyə təqdim etməyimizə baxmayaraq bu rəyi heç nəzərə almamış və əsassız olaraq evin bazar qiyməti 194.000 manat müəyyən edilmişdir. Bu da bir daha sübut edir ki, məhkəmənin gəldiyi nəticələr həqiqətən də işin faktiki hallarına uyğun deyil. İkinci halda, hətta məhkəmə Məhkum əməlində dələduzluq cinayətinin tərkib əlamətinin olması qənaətinə gəlibsə belə məhkəmə Məhkum vurulmuş zərəri könüllü olaraq ödəməsini, əvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində iki az yaşlı uşağının olmasını, barəsində cəzanı ağırlaşdıran halların olmadığını nəzərə almamış və Məhkum əməlinin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə uyğun olmayaraq ona ağır cəza təyin etmişdir. Məhkum əməlinin mülki xarakterli olduğunu, onun əməlində dələduzluq cinayətinin tərkib əlamətinin olmadığını nəzərə alaraq Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi və iş üzrə təqsirləndirilən şəxs Məhkum bəraət verilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, zərərçəkmiş şəxsin kassasiya şikayətinin təmin edilməsi, müdafiəçinin kassasiya şikayətinin təmin edilməməsi barədə zərərçəkmiş şəxsin nümayəndəsinin, kassasiya şikayətlərinin təmin edilməməsi barə də dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyy ən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Müdafiə tərəfinin kassasiya şikayətində cinayət əməlinin hüquqi tövsifi mübahisələndirilmiş, tərəflər arasındakı münasibətlərin mülki xarakterli olduğu və Məhkum əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin tərkibinin olmadığı göstərilmişdir. Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində dələduzluq, yəni etibardan sui-istifadə et mə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə külli miqdarda ziyan vurmaqla törədildikdə cinayət tərkibi nəzərdə tutulmuşdur. Bu qanunun mənasına görə özgənin əmlakının ələ keçirilməsi etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə həyata keçirilir. Məhkum elan edilmiş ittihama görə Zərərçəkmiş şəxs əmlakını ələ keçirmək məqsədilə onun etibarından sui-istifadə edərək Azərbaycan Respublikasında və xaricdə kosmetoloji məhsulların ticarəti ilə məşğul olub qazanc verəcəyi adı ilə aldadaraq ondan 2016-cı ilin oktyabr ayının 4-dən xx xxxxxx 2016-cı il tarixədək olan müddət ərzində pul məbləğlərini hissə-hissə alaraq vahid niyyətlə əhatə edilən qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs ümumilikdə 323918 manat, yəni külli miqdarda maddi ziyan vurmaqla dələd uzluq etmişdir. Göründüyü kimi Məhkum tərəfindən Zərərçəkmiş şəxs cəmi 323918 manat, yəni külli miqdar pul məbləğlərinin hissə-hissə ələ keçirilməsi Azərbaycan Respublikası CM-nin 178ci maddəsinin dispozisiyasında təsbit olunan əməlin əlamətlərinə uyğundur. Ona görə də tərəflər arasında mülki münasibətlərin olması barədə dəlillər tam əsassızdır və buna dəlalət edən hər hansı mötəbər sübutun məhkəməyə təqdim edilməsi halları müəyyən edilməmişdir. Kassasiya şikayətində də belə dəlillərə istinad edilmədiyindən kassasiya şikayətinin bu barədə dəlilləri əsassızdır. Birinci instansiya məhkəməsinin hökmündən müəyyən edilmişdir ki, məhkəmə Məhkum himayəsində iki nəfər azyaşlı uşağın olmasını, vurulmuş maddi zərərin könüllü olaraq qismən ödənilməsini, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-in 59.1.4, 59.1.14 və 59.2-ci maddəsinə əsasən Məhkum cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış Məhkum əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Bu hallar nəzərə alınmaqla sanksiyasında 5 ildən 10 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuş Azərbaycan Respublikası CMnin 178.3.2-ci maddəsi ilə Məhkum 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, yəni sanksiyanın orta həddində cəza təyin edilmişdir. Nəzərə alınmışdır ki, cinayət nəticəsində vurulmuş zərər tam aradan qaldırılmamışdır, zərərçəkmiş şəxsə ödənilməmiş pul məbləği qanunla müəyyən edilmiş külli miqdar həddindən artıqdır. Belə vəziyyətdə müdafiə tərəfi cəzanın yüngülləşdirilməsini və zə rərçəkmiş şəxs tərəf isə cəzanın ağırlaşdırılmasını xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu qanunun mənasına görə cəza törədilmiş əmələ görə qisas almaq məqsədi ilə tətbiq edilmir, cəza yalnız qanunda təsbit edilmiş məqsədlərə çatmaq üçün tətbiq edilir. Cəza təyini ilə bağlı tərəflərin dəlilləri apellyasiya instansiyası məhkəməsinin də baxış predmeti olmuş və apellyasiya instansiyası məhkəmə kollegiyası həmin dəlillərə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş cəzanı yüngülləşdirən hallara, cəzanı ağırlaşdıran halların olmamasına hüquqi qiymət vermişdir. Cinayət nəticəsində vurulmuş ziyanın tam ödənilməməsi Azərbaycan Respublikası CM-nin 61.1.1—61.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran halların sırasında müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 61.1.1—61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Ona görə də bu barədə zərərçəkmiş şəxsin kassasiya şikayətinin dəlili də əsassızdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum cəza təyin edilməsi ilə bağlı gəldiyi nəticələrin qanuni və əsaslı olduğunu qeyd edərək hesab edir ki, cəzanın yüngülləşdirilməsi barədə müdafiə tərəfinin və cəzanın ağırlaşdırılması barədə zərərçəkmiş şəxsin kassasiya şikayətlərinin dəlilləri təmin edilməməlidir. Mənəvi zərərin ödənilməməsi barədə zərərçəkmiş şəxsin kassasiya şikayətinin dəlilinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, məhkum tərəfindən törədilmiş dələduzluq cinayət əməli nəticəsində yalnız maddi ziyan vurulması və buna görə cinayət cəzası təyin edilməsi qanunla nəzərdə tutulduğundan, zərərçəkmiş şəxsə həmin maddi zərərlə yanaşı mənəvi ziyanın vurulmasını təsdiq edən sübutlar olmadığından bu barədə dəlillər də əsassız hesab edilir. Birinci instansiya məhkəməsinin hökmündən müəyyən edilmişdir ki, vurulmuş zərərin əvəzinə zərərçəkmiş şəxsə verilmiş mənzilin dəyəri qanuni sənədlərlə müəyyən edilmişdir. “xxxx” MMC-nin Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə Hesabatda göstərildiyi kimi mənzilin mövcud vəziyyəti, yerləşdiyi ərazi, ümumi sahəsi, tikilinin konstruksiyası, aşınması və.s xüsusiyyətlər nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə əsasən Zərərçəkmiş şəxs məxsus olan ünvan 2 ünvanında yerləşən 68 mənzilin xx xxxxxx 2018-ci il tarixinə bazar dəyəri 194 000 manat təşkil etmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarla Məhkum ünvan 2 ünvanında yerləşən 68 saylı mənzili Zərərçəkmiş şəxs mülkiyyətinə keçirməsi vurulmuş ziyanın bir qisminin könüllü olaraq ödənilməsi kimi qiymətləndirilmişdir. Həmin qərardan şikayət və protest verilməmişdir. Beləliklə yuxarıda göstərilənlərə əsasən kassasiya şikayətlərinin dəlilləri əsassız hesab edilərək təmin edilməməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması Məhkum müdafiə və əd alətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətlərinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum müdafiəçisi-vəkil Əliyev Hikmət Vilayət oğlu və Zərərçəkmiş şəxs və nümayəndəsi-vəkil Məmmədova Adilə İsa q ızı tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-687/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-687/2020
20.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver