Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-687/2023 12.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə xx xxx 1995-ci il tarixdə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki həmin ünvanda yaşayan bəraət almış şəxs Azərbaycan Respub likası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 noyabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Cabbarlı Bəhruz Qənbər oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 iyun 2022-ci il tarixli hökmü ilə (hakimlər: R.Ə.Əliyev (sədrlik edən), N.N.Mirzəyev (məruzəçi) və B.M.Məmmədov) bəraət almış şəxs - Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərə findən apellyasiya protesti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 noyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: A.M.Eyvazov (sədrlik edən), G.Q.Abbasov və İ.H.Şükürov) apellyasiya protesti təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 iyun 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən bəraət almış şəxs qarşı CM-in 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ki, o, Balakən Rayon Məhkəməsinin 27 fevral 2018-ci il tarixli hökmünə əsasən CM-in 221.2.1 və 234.2-ci maddələri ilə təqsirli bilinərək 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdən və 11 mart 2021-ci il tarixdə cəzasının sonu ilə azad edildikdən sonra məhkumluğu qanunla ödənilmədiyi və götürülmədiyi halda qəsdən istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 7,465 qram çəkidə külli miqdarda narkotik vasitə heroini əldə edib hər birində müvafiq olaraq 4,515 qram və 2,950 qram olmaqla iki bükümdə qablaşdırmaqla üzərində qanunsuz saxlayaraq daşımış, bəraət almış şəxsun külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqa Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, 30 iyul 2021-ci il tarixdə saat 19:30-da Balakən şəhəri, Heydər Əliyev prospekti 40 ünvanının qarşısında saxlanılaraq Balakən Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib inzibat i otaqların birində saat 20:20-dən etibarən bəraət almış şəxsun üzərində keçirilmiş şəxsi axtarış zamanı onun qanunsuz olaraq əldə etməklə satış məqsədi ilə əynində olan göy rəngli cins şalvarının ön sağ yan cibində saxladığı 2 ədəd bükümdə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olan, ayrı-ayrılıqda çəkiləri 4,515 qram və 2,950 qram olmaqla, ümumi təmiz çəkisi külli miqdar - 7,465 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 noyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya instansiya məhkəməsində yenidən baxılmağa təyin edilməsi xahiş olunur. Protest müəllifi qe yd edir ki, apellyasiya instansiyası məhkəməsi bəraət almış şəxsa bəraət verilməsinə dair birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayarkən ittiham tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdiyindən, işdəki sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilib qiymətləndirilmədiyindən məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyildir. Dövlət ittihamçısəının fikrincə, ibtidai araşdırma orqanı tərəfindən bəraət almış şəxsun barəsində olan cinayət işinin istintaqı zamanı cinayət prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla toplanmış sübutlarla onun Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzə rdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmiş və məhkəmələr əsassız olaraq həmin sübutları mötəbər hesab etməyərək bəraət almış şəxsun təqsililiyinin sübuta yetirilməməsi nəticəsinə gəlmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayar aq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz müna sibətini bildirir. Protestdə qeyd edilir ki, bəraət almış şəxsun əməlində ittiham edildiyi cinayətin törədilməsində təqsiri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq məhkəmələr həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində bəraət hökmü çıxarmışlar. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən: “İ. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. İİ. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İİİ. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borc lu deyildir. İV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz.” Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, ittihamm sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh e dilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə kollegiyası kassasiya protestində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri haqlı olaraq bəraət almış şəxsa bəraət vermiş, bu vaxt cinayət və cinayət-prosessual qanunvericiliyinin normaları düzgün tətbiq edilmiş, tam əsaslı olaraq iş üzrə aradan qaldırılması mümkün olmayan ziddiyyətləri təqsirləndirilən şəxsin xeyrinə həll etmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarında iş üzrə əməliyyat axtarışı tədbirni keçirmiş vəzifəli şəxslər tərəfindən yol verilmiş qanun pozuntuları və ibtidai araşdırma orqanı tərəfindən həmin pozuntuların aradan qaldırılmaması ilə əlaqədar geniş şərh veri lmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin qərarında verilən şərhlərlə razılaşır və həmin xüsusatların təkrar şərh olunmasını zəruri hesab etməsə də, bəzi məqamların qeyd edilməsi qənaətindədir. Cinayət işinin materiallarında olmaqla ibtidai istintaq orqanı tərəfindən bəraət almış şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsasını təşkil edən və ittiham aktında öz əksini tapmış sübutlar – cinayət işi başlamamışdan qabaq əməliyyat-axtarış fəaliyyətinin subyekti tərəfindən həyata keçirilən tədbir nəticəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş bəraət almış şəxsun üzərindən maddi sübutun (2 büküm heroinin) aşkar olunduğu xx.xx.2021-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokol, habelə məhkəmə fiziki-kimyəvi ekspertizası nın xx.xx.2021-ci il tarixli 6/3199 №-li rəyi, Balakən Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli 5(019)62/2021 saylı qərarı, ambulator məcburi narkoloji tibbi yoxlamanın 10 noyabr 2021-ci il tarixli 4385 nömrəli rəyi, X7 ibtidai istintaq zamanı iş üzrə təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadəsi və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olan Şahid1, Şahid3 və Şahid2 iş üzrə şahid ifadələri olmuşdur. Belə ki, cinayət işinin materiallarında olan və iş üzrə sənədləşmənin aparıldığı rəsmi məlumatlardan görünür ki, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə “bəraət almış şəxs” adlı şəxsin qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narko tik vasitə və psixotrop maddələr əldə etməsi, özündə saxlayaraq daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, əməliyyat araşdırması ilə həmin şəxsin xx.xx.1995-ci il tarixdə Balakən rayonunda anadan olmuş, subay, əvvəllər məhkum olunmuş, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan X11 olması müəyyən edilmiş, həmin tarixdə əməliyyat axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilməklə həmin idarənin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmış və qrup üzvləri elə həmin tarixdə Balakən rayonuna ezam olunmuşdur. xx.xx.2021-ci il tarixdə saat 19:30-da X4 şəhəri Heydər Əliyev prospekti 40 ünvanının yaxınlığında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış, saxlanılarkən üzərində şəxsi axtarış aparılmasına yerin də şərait olmadığına görə bəraət almış şəxsla bağlı prosessual hərəkətlərin aparılmasından ötrü o, Balakən Rayon Polis Şöbəsinə gətirilmiş, daha sonra həmin tarixdə saat 20:10-da müdafiəçi ilə təmin olunmaqla şübhəli şəxs qismində tutulmuş, həmin tarixdə saat 20:20-dən saat 20:33-dək olan zaman kəsiyində onun üzərinə videoçəkilişlə müdafiəçinin də iştirakı ilə şəxsi axtarış keçirilmiş və iş üzrə maddi sübut kimi tanınan, həmçinin hazırkı ittihamın əsasını təşkil edən 2 büküm olmaqla 7,465 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroin ondan aşkar olunaraq götürülmüşdür. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin gəldikləri nəticə ilə razılaşaraq qeyd edir ki, cinayət işinin materiallarında olan rəsmi sənədlərdə bəraət almış şəxsun polis əməkdaşları tərəfindən saxlanılma va xtı kimi, yəni azadlığının faktiki məhdudlaşdırıldığı vaxt kimi, habelə şübhəli şəxs kimi faktiki tutulduğu vaxt kimi xx.xx.2021-ci il saat 19:30 göstərilsə də, məhkəmə istintaqı ilə əslində onun azadlığının faktiki məhdudlaşdırılmasının, yəni polis əməkdaşları tərəfindən saxlanmasının hazırkı iş üzrə rəsmi sənədlərdə göstərilənlərdən bir neçə saat öncə, yəni xx.xx.2021-ci il tarixdə günorta saat 12 radələrində olduğu müəyyən olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs bəraət almış şəxs ifadəsində xx.xx.2021-ci il tarixdə səhər saatlarında əvvəldən tanıdığı X10 adlı Balakən Rayon Polis Şöbəsinin əməkdaşının onu Balakən rayonunda yerləşən Heydər Əliyev adına parkın qarşısına çağırdığını, onun da razılaşaraq həmin tarixdə saat 11 radələrində deyilən yerə gəldiyini, sö zügedən parkın qarşısında olan vaxt Balakən Rayon Polis Şöbəsinin digər əməkdaşlarının ona yaxınlaşaraq rayon ərazisində baş verən oğurluq cinayətləri ilə bağlı sorğu-sual etmək üçün onu Balakən Rayon Polis Şöbəsinə dəvət etdiklərini və həmin tarixdən faktiki saxlanıldığını, onun saxlanılmasından 4-5 saat keçdikdən sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının gələrək özlərini təqdim etdiklərini və onu Bakı şəhərinə apardıqlarını bildirmiş, onun ifadəsində göstərdiyi bu xüsusatları məhkəmə istintaqı zamanı iş üzrə əlavə şahid qismində dindirilən Balakən Rayon Polis Şöbəsində Post Patrul Xidmətində tağım komandiri vəzifəsində çalışan və sözügedən tarixdə saat 11-12 radələrində X18 rayonunda yerləşən Heydər Əliyev adına parkın qarşısında görüş təyin etməklə sonuncun un həmin yerə gəlişini təşkil etmiş X16 öz ifadəsi ilə təsdiq etmiş, həmçinin saat 11-12 radələrində görüş yerinə gəlib bəraət almış şəxsu görmədiyi üçün ona zəng etdiyini, lakin bəraət almış şəxsun telefonunun söndürülmüş olduğu üçün onunla danışa bilmədiyini, bir müddət sonra isə Balakən Rayon Polis Şöbəsinə gəldikdə bəraət almış şəxsun polis şöbəsində olduğunu və narkotik vasitə ilə bağlı saxlanıldığını öyrəndiyini qeyd etmiş, habelə məhkəmə istintaqı zamanı iş üzrə əlavə şahid qismində dindirilən X6 da ifadəsində bəraət almış şəxsun həqiqətən sözügedən tarixdə günorta saat 11-12 radələrində Balakən rayonunda yerləşən Heydər Əliyev adına parkın qarşısında olduğunu, həmin vaxtı ona Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının yaxınlaşdığını, daha sonra bəraət almış şəxsun onların gəldi yi ağ rəngli cip markalı avtomobilə əyləşərək getdiyini gördüyünü bildirmişdir. Həmçinin, təqsirləndirilən şəxs X7 qeyd etdikləri cinayət işinin materiallarına əlavə olunmaqla məhkəmə istintaqı zamanı tədqiq edilən Balakən rayon prokurorluğunun xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarında həmin ərəfədə Balakən Rayon Polis Şöbəsində Cinayət Axtarış Bölməsinin rəisi vəzifəsində çalışmış X8 əks olunmuş izahatı, habelə həmin şəxsin məhkəmə istintaqı zamanı şahid qismində verdiyi sərbəst ifadəsində göstərdikləri ilə də təsdiq olunmuşdur. Belə ki, X7 məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən döyülməsi ilə bağlı bildirdiyi xüsusatlar əsasında müvafiq araşdırma aparılması üçün cinayət barəd ə məlumat məhkəmə tərəfindən aidiyyəti üzrə Balakən rayon prokurorluğuna göndərilmiş və həmin xüsusatla bağlı araşdırılan material üzrə müvafiq prokurorluğa çağırılaraq izahatı alınmış Balakən Rayon Polis Şöbəsində Cinayət Axtarış Bölməsinin rəisi vəzifəsində çalışmış X3 izahatında göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə X2 miqdarda narkotik vasitənin satışı ilə məşğul olması barədə məlumat əsasında DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin adını xatırlamadığı əməkdaşları Balakən rayonuna ezam olunmuşlar. Onlarla birlikdə bəraət almış şəxsun saxlanılması barədə tədbirdə iştirak etmişdir. Həmin tarixdə saat 12-13 radələrində BMCMİ-nin əməkdaşları ilə birlikdə polis maşını ilə Balakən rayon icra hakimiyyətinin qarşısına getmişlər. bəraət almış şəxs icra hakimiyyətinin qarş ısında dayanmış, maşından düşüb bəraət almış şəxsa yaxınlaşdıqda sonuncu da ona tərəf gəlmişdir. bəraət almış şəxs onu əvvəlcədən tanımış, çünki onun polis əməkdaşı olduğunu bilmişdir. bəraət almış şəxsa şübhəli olduğunu, ona görə də şöbəyə getməli olduğunu bildirmiş, bəraət almış şəxs polis maşınına əyləşmiş və sonuncunu şöbəyə gətirmişlər. Eyni zamanda, sözügedən şahid X11məhkəmədə sərbəst ifadəsində Balakən Rayon Polis Şöbəsində çalışdığı zaman Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Balakən rayonunda əməliyyat tədbiri keçirildiyini, özünün də həmin tədbirdə iştirak etdiyini və tədbir zamanı rayon sakini X1, X7 Balakən Rayon Polis Şöbəsində döyülməsi ilə bağlı Balakən rayon prokurorluğunda aparılan araşdırma materialı üzrə vermiş olduğu izahatı təsdiq e tdiyini bildirmişdir. Bundan başqa, məhkəmə istintaqı zamanı tələb edilərək cinayət işinin materiallarına əlavə olunmuş Azercell Telekom MMC və Bakcell MMC tərəfindən verilmiş bəraət almış şəxsun istifadəsində olan mobil nömrə və iş üzrə əlavə şahid qismində dindirilən X10 istifadəsində olan mobil nömrə ilə bağlı məlumatlar araşdırılarkən müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə X10 istifadəsində olan (055) ***-**-** saylı nömrədən saat 11:21-də, saat 12:02-də, saat 12:09-da və saat 12:18-də bəraət almış şəxsun istifadəsində olan (050) ***-**-** saylı nömrəyə zənglər olunmuş, müəyyən müddət danışıq aparılmış, hər dəfəsində zəng (055) ***-**-** nömrəni işlədən abonentdən, yəni X10 daxil olmuş, saat 12:18-dən sonra isə bəraət almış şəxsun istifadəsində olan (050) ***-**-** saylı nömrə dən heç bir istiqamətdə zənglər edilməmiş, həmin nömrəyə zənglər gəlməmiş, SMS-lər göndərilməmiş, həmin nömrənin olduğu anten dairə barədə məlumat müəyyən olunmamış qalmışdır. Dolayısı ilə müəyyən olunmuşdur ki, həmin vaxtdan sonra həmin nömrə aktiv olmamışdır, yəni telefon söndürülmüşdür. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, məhkəmələr həm əlavə şahid qismində dindirilən X10 məhkəmədə verdiyi ifadəsini, həm də əlavə şahid X15 rayon prokurorluğunda verdiyi izahatı və məhkəmədə verdiyi sərbəst ifadəsini əsaslı sayaraq bəraət almış şəxs elan olunan bəraətin əsasına qoymuşlar. Beləliklə məhkəmə istintaqı ilə gəlinən nəticə və müəyyən olunan hal ondan ibarət olmuşdur ki, bəraət almış şəxs xx.xx.2021-ci il tarixdə saat 19:30-da deyil, həmin tarixdə məhz sa at 12 radələrində polis əməkdaşları tərəfindən saxlanılmış, yəni faktiki olaraq tutulmuşdur. Azərbaycan Respublikasının CPM-nin 153.1-ci maddəsinə əsasən, hər hansı bir şəxs tutulduğu halda, onun hüquqi statusundan asılı olaraq, bu Məcəllədə şübhəli və yaxud təqsirləndirilən şəxs üçün nəzərdə tutulmuş hüquqlarını təmin edilməli və Məcəllənin 153.2-ci maddəsinə əsasən tutulan şəxsin hüquqlarının təmin olunması məqsədi ilə cinayət prosesini həyata keçirən orqanın və ya müvəqqəti saxlama yerinin əməkdaşları tutulmadan dərhal sonra şəxsə tutulmanın əsaslarını bildirməlidir, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqlarını izah etmək, tutulan şəxsi təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirməli, tutul ma faktını qeydə almalı, protokollaşdırmalı, tutulan şəxsi tutulma protokolu ilə tanış etməli, hər bir tutulma faktı müvəqqəti saxlama yerində qeydiyatdan keçirildikdən dərhal sonra müvafiq təhqiqat orqanının rəhbərinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verməli, habelə tutulma ilə əlaqədar digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 28-ci bəndində göstərilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən m əhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvvəqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1. 125.2.1 və 125.2.7-ci maddələri nə uyğun olaraq həll etməlidir. Təqsirləndirilən şəxs bəraət almış şəxsun məhkəmə istintaqı nəticəsində Balakən Rayon Polis Əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə məhz saat 12 radələrində saxlanılması, yəni azadlığının faktiki məhdudlaşdırılması müəyyən olunsa da, cinayət işinin materiallarından göründüyü kimi, onun şübhəli şəxs qismində tutulması xx.xx.2021ci il tarixdə saat 20:10-da rəsmiləşdirilmiş, protokolda həmin tarixdə saat 19:30-da faktiki saxlanılması qeyd edilməklə azadlığının faktiki məhdudlaşdırıldığı vaxt olaraq məhz 19:30 götürülmüş, yəni onun şübhəli şəxs kimi sözügedən saatdan tutulması qəbul edilmişdir. İş materiallarından görünür ki, məhkəmə istintaqı zamanı gəlinən qənaətə əsasən bəraət almış şəxs polis əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə saat 12 ra dələrində saxlanılmaqla həmin saatdan etibarən şübhəli şəxs statusunda olmuş, buna baxmayaraq həmin tarixdə 19:30-adək qanunla ona tanınan fundamental hüquqlardan istifadə edə bilməmiş, ona belə bir şərait yaradılmamış, yəni özünə və yaxın qohumlarına qarşı ifadə verməmək və müdafiəçinin yardımından istifadə etmək hüquqları izah edilməmiş, tutulması barədə yaxınlarına xəbər vermək, müdafiəçi ilə təmin olunmaq və s. hüquqları təmin edilməmiş (yaxınlarına təxminən 8 saat sonra, yəni yalnız saat 20:15-də telefonla məlumat verilmiş), habelə təxirə salınmadan polis və ya digər təhqiqat orqanlarının müvəqqəti saxlamayerlərinə gətirilməmiş, tutulma faktı qeydə alınmamış, protokollaşdırılmamış, tutulması rəsmiləşdirildikdən sonra müvafiq təhqiqat orqanının rəhbərinə və ibtidai araşdırmaya proses sual rəhbərliyi həyata keçirən prokurora məlumat verilməmişdir. Həmçinin iş materiallarından görünür ki, bəraət almış şəxs xx.xx.2021-ci il tarixdə saat 12 radələrində Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Balakən rayonunda yerləşən Heydər Əliyev adına parkın qarşısında saxlanılaraq Balakən Rayon Polis Şöbəsinə gətirilmiş, həmin tarixdə saat 19:30-dək orada heç bir hüququ təmin edilmədən, saxlanılma faktı qeydiyyata alınmadan saxlanılmış, həmin tarixdə saat 20:10da barəsində şübhəli şəxs qismində tutulması barədə protokol tərtib olunmuş, saat 20:20dən saat 20:33-dək üzərinə vəkilin də iştirakı ilə şəxsi axtarış keçirilərkən üzərindən narkotik vasitə olan 2 büküm heroin aşkar olunmuşdur. Həmçinin məhkəmə kollegiyası onu da qeyd edir ki, bəraət almış şəxsun üzərində axtarış on un saxlanıldığı vaxt deyil, saxlanılmasından 7-8 saat sonra aparılmış, bu vaxt ərzində X19 Rayon Polis Şöbəsində olmaqla tamX10ə polisin nəzarəti altında olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 14 sentyabr 2021-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarında da xüsusilə vurğulamışdır ki, hüquqtətbiqedici tərəfindən mübahisə doğurmayan qanunvericilik normasının yanlış təfsir edilərək başqa qaydada tətbiq olunması hüquqi müəyyənlik prinsipinin pozulmasına gətirib çıxara bilər. Cinayət mühakimə icraatında cinayət prosesini həyata keçirən orqanların hər bir prosessual hərəkətləri qanunvericilikdə dəqiq və birmənalı tənzimlənmişdir. Hüquqi müəyyənlik prinsipi onu da tələb edir ki, bu orqanlar cinayət-prosessual qanunvericiliyindən kənar hərəkətlərə yol verməməli, cinayət təqibi zamanı qanunvericilikdə müəyyən olunmuş cinayət prosesi mərhələlərinin xüsusiyyətlərinə, ardıcıllıqlarına, təyinatına, prosessual həddlərinə və s. dəqiq riayət etməlidirlər. Cinayət prosesinin hər bir mərhələsinin qarşısında duran vəzifələrin düzgün yerinə yetirilməsi nəticə etibarı ilə cinayət mühakimə icraatının vəzifələrinin həyata keçirilməsinə xidmət etməklə, hər kəsin hüquqlarının müdafiəsinə təminat vermiş olur. Azərbaycan Respublikasının CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, bəraət almış şəxs elan edilmiş ittihamda iş üzrə toplanmış və məhkəməyə təqdim edilmiş sübutların məcmusuna daxil olan hər bir sübut ayrı-ayrılıqda və məcmu halında yaranma mənbəyinə, mötəbərliyinə, mümkünlüyünə əsaslı şübhələr yarandığından bu şübhələri aradan qaldırmaq mümkün olmadığından ittihamın sübut olunmasında yaranan şübhələr X7 xeyrinə təfsir edilməlidir. Məhkəmə ha qlı olaraq hesab etmişdir ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar, bəraət almış şəxsun özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ziddiyyətli ifadələri, ibtidai istintaq materiallarında olan sənədlərin cinayət-prosessual qanunvericiliyə riayət olunmadan tərtib edilməsi əsasında bəraət almış şəxsun satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlama cinayətini törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq bəraət almış şəxsun əməlində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittihamda nəzərdə tutulan cinayət əməlində təqsirinin sübuta yetirilməməsi əsası ilə ona bəraət vermişdir. Belə ki, iş materiallarından görünür ki, bəraət almış şəxsun əməlində həqiqətən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi və saxlama cinayətinin törədilməsində təqsirini təsdiq edən sübutlar kifayət qədər deyildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildi yi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.2-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəli llərini də əsassız hesab edir. Ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq bəraət almış şəxsun satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib və saxlaması cinayətini törətməkdə təqsirinin sübuta yetirilməməsi əsası ilə ona bəraət verilmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 noyabr 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla, əsassız olduğundan, protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin. X11 barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 noyabr 2020-ci il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlan
Məhkəmə qərarları › İş №1(102)-687/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-687/2023
12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver