Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-687/2025 11.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum və onun müdafiəçisi Məmmədov Zaur Məmmədağa oğlunun iştirakları ilə, Cəlilabad Rayon Məhkə məsinin 13 iyul 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 noyabr 2023-cü il tarixli qərarı ilə isə CM-in 731.2-ci maddəsinə əsasən hökmün Məhkum CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunması hissəsində ləğv edilərək bu maddələrlə cinayət təqibinə xitam verilməsinə və onun cinayət məsuliyyətindən azad edilməsinə, hökmün isə qalan hissələrdə dəyişdirilmədən saxlanılmasına dair cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin həmin qərarından məhkumun müdafiəçi Z.M.Məmmədov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: C əlilabad Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli hökmü ilə (sədrlik edən hakim hakim Cəbrayılov Vüsal Adil oğlu) Məhkum, xx xxxx 1983-cü il tarixdə Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, Cəlilabad rayon Göytəpə şəhəri V.Mürsəlov adına 1 saylı orta məktəbdə ingilis dili müəllimi işləyən, əvəllər məhkum olunmamış, ünvan 1də qeydiyyatda olan və yaşayan, CM-in 179.2.3, 179.2.4 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə CM-in 46.2-ci maddəsi tətbiq edilməklə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında, o cümlədən kommersiya və qeyri-kommersiya təşkilatlarında rəhbər vəzifə tutma və həmin fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in CM-in 313-cü maddəsi ilə 1 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında, o cümlədən kommersiya və qeyri-kommersiya təşkilatlarında rəhbər vəzifə tutma və həmin fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 66.2 və 66.4-cü maddələrinə əsasən isə təyin olunmuş əsas və əlavə cəzaları tamamilə toplamaq yolu ilə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında, o cümlədən kommersiya və qeyri-kommersiya təşkilatlarında rəhbər vəzifə tutma və həmin fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 308.1-ci maddəsi isə ona qarşı irəli sürülmüş ittihamdan xaric olunmuşdur. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və israfetmə yolu ilə talamış, vəzifəli şəxs olaraq tamah və sair şəxsi niyyətilə rəsmi sənədlərə və informasiya resursuna bilə-bilə yalan məlumatlar daxil etməklə vahid niyyətlə vəzifə saxtakarlığı etmiş, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə vahid niyyətlə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə Cəlilabad rayon Göytəpə şəhər V.Mürsəlov adına 1 saylı tam orta məktəbin qanunla qorunan hüquq və mənafelə rinə, habelə dövlətin və cəmiyyətin elm və təhsil sahəsində həyata keçirdiyi siyasətlə bağlı qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, Məhkum 7 oktyabr 2021-ci ildən 29 iyun 2022-ci il tarixədək Cəlilabad rayonu Göytəpə şəhər V.Mürsəlov adına 1 saylı tam orta məktəbin direktoru vəzifəsini icra edərkən “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa, “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının “20” dekabr 2017-ci il tarixli, 18-1 nömrəli qərarına, “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli 103 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 sentyabr 2020-ci il tarixli, 361 nömrəli Qərarına, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2011-ci il tarixli, 5 nömrəli Qərarına, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən 30 iyun 2010-cu il tarixdə təsdiq edilmiş “Azərbaycan Respublikası ümumtəhsil məktəbləri üçün müəssisədaxili nümunəvi intizam qaydaları”na əsasən, məktəb direktoru kimi əmək funksiyalarına uyğun dövlət tərəfindən məktəbə ayrılan vəsaitin səmərəli, məqsədyönlü istifadəsinə, dərs planı və praktiki iş normalarının yerinə yetirilməsinə, habelə dərsdənkənar və fakültativ məşğələlərin, dərnəklərin keçirilməsinə nəzarət etməli, tarifləşmə cədvəlinin (tarifikasiyanın) düzgün təsdiq olunmasını təmin etməli, icbari ümumi orta təhsilin həyata keçirilməsini təmin etməli, müəssisənin təsərrüfat fəaliyyətini, avadanlığın uçotunu və mühafizəsini, onlardan təlim-tərbiyə prosesində düzgün və səmərəli istifadə olunmasını təmin etməli, dövlət tərəfindən ayrılan, habelə müəssisənin büdcəsinə qanunla qadağan edilməyən digər mənbələrdən daxil olan büdcədənkənar vəsaitin səmərəli, məqsədyönlü istifadəsini təmin etməli, məktəbdə siniflərin komplektləşdirilməsini düzgün təşkil etməli olan təşkilati-sərəncamverici və inzibatitəsərrüfat funksiyalarına malik maddi məsul vəzifəli şəxs kimi direktor səlahiyyətlərini icra etdiyi dövrdə, vahid qəsdlə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq tamah və sair niyyətlə istifadə edib rəhbərlik etdiyi məktəbdə müəllimlər üçün əlavə dərs saatları ayırıb daha artıq əmək haqqı almalarına şərait yaratmaqla özünün onların yanında nüfuzunu yüksəltmək, habelə dövlət əmlakı olan büdcə vəsaitini vahid niyyətlə, əvəzsiz və qanunsuz olaraq öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə yolu ilə talamaq məqsədi ilə Cəlilabad rayonu Vüqar Mürsəlov adına Göytəpə şəhər 1 saylı tam orta məktəbdə evdə təhsilə cəlb edilmiş sağlamlıq imkanları məhdud olan şagirdlərə rus dili fənni üzrə dərslər həmin fənn müəllimləri – Şahid6 və Şahid5 tərəfindən tədris edilmədiyi halda Şahid6 855,25 manat, Şahid5 370,14 m anat olmaqla, cəmi 1225,39 manat, habelə həmin müddətdə bir sıra siniflərdə ayrılmış dərsləri və dərsdənkənar məşğələləri keçmədikləri halda özünün, eləcə də həmin dərs və dərsdənkənar məşğələlərin tədris edilməsi adlarına rəsmiləşdirilmiş müəllimlərin adlarını əmək haqqının ödəniş cədvəllərinə daxil edib bütün dərslərin və dərsdənkənar məşğələlərin tədris edilməsinə dair qeydlər etməklə rəsmi sənədə tamah və sair şəxsi niyyətlə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı edib, vahid niyyətlə özünə 224,07 manat, Şahid17 213,96 manat, Şahid21 18,84 manat, Şahid39 53,35 manat, Şahid6 91,50 manat, Şahid4 308,80 manat, Şahid24 251,61 manat, Şahid25 34,31 manat, Şahid19 263,04 manat, Şahid1 76,13 manat, Şahid10 477,44 manat, Şahid16 339,06 manat, Şahid9 42,68 manat, Şahid7 35,11 manat, Şahid20 74,69 manat, Şahid23 10,67 manat, Şahid2 240,18 manat, X12 944,47 manat, Şahid3 196,07 manat, Şahid8 İskəndər qızına 69,28 manat və Şahid11 50,53 manat olmaqla, cəmi 4073,01 manat məbləğində pul vəsaitinin köçürülməsini və həmin şəxslər tərəfindən əmək haqqı olaraq alınmasını təmin etməklə, habelə tədris ilinin ikinci yarısında informatika, rus dili, fiziki tərbiyə və ingilis dili fənnləri üzrə dərslər müvafiq siniflər üzrə vahid qrupda tədris edilməli olduğu halda qruplara bölünmə formasında dərslərin davam etdirilməsi nəticəsində qeyd olunan dərsləri tədris etmiş müəllimlərə cəmi 6781,02 manat əmək haqqı köçürülməsini təmin etməklə, ümumilikdə 12079,42 manat (on iki min yetmiş doqquz manat qırx iki qəpik) məbləğində dövlət əmlakı olan büdcə vəsaitini özünün və üçüncü şəxs lərin qanunsuz və əvəzsiz olaraq mülkiyyətinə keçirməklə ona etibar edilmiş özgənin əmlakını öz qulluq mövqeyindən istifadə edib vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə yolu ilə talamış, vəzifəli şəxs olmaqla qəsdən tamah və sair şəxsi niyyətlə vəzifə saxtakarlığı etmiş və Cəlilabad rayon Göytəpə şəhər Vüqar Mürsəlov adına 1 saylı tam orta məktəbin qanunla qorunan hüquq və mənafelərinə, habelə dövlətin və cəmiyyətin elm və təhsil sahəsində həyata keçirdiyi siyasətlə bağlı qanunla qorunan mənafelərinə mühüm ziyan vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli hökmündən Məhkum müdafiəçisi Z.M.Məmmədov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayə t Kollegiyasının (hakimlər Abdullayev İlkin Qismət oğlu sədrlik edən və məruzəçi), Xasməmmədov Elçin İsgəndər oğlu və Bağırov Məhəmməd Ənvər oğlundan ibarət tərkibdə) 21 noyabr 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, hökm Məhkum CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə məhkum edilməsinə dair hissədə ləğv edilmiş, CM-in 73-1.2-ci maddəsinə əsasən zərər çəkmiş şəxslə barışıq əldə etdiyi və ona dəymiş maddi ziyanı tamamilə ödədiyi, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyi üçün Məhkum barəsində CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət təqibinə xitam verilmiş və o, bu maddələrlə cinayət məsuliyyətindən azad olunmuş, hökmdən Məhkum CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə, eləcə də CM-in 66.2 və 66.4-cü maddələrinə əsasən cinayətlərin məcmusu üzrə cəzaların təyin edilməsinə dair müddəalar xaric edilmiş, onun üzərində yalnız CM-in 313-cü maddəsi ilə təyin edilmiş 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında, o cümlədən kommersiya və qeyrikommersiya təşkilatlarında rəhbər vəzifə tutma və həmin fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanımış, hökmü qalan hissədə isə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 noyabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Z.M.Məmmədov kassasiya şikayəti verərək göstərilən qərarın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cəza verilməsi hissəsində ləğv etməklə ona həmin maddə ilə bəraət verilməsi i lə əlaqədar cinayət işinin apellyasiya qaydasında yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində CM-in və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bir sıra maddələrinə, qüvvədən düşmüş “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1997-ci il tarixli Qərarına, iş üzrə toplanmış bəzi sübutlara və məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək işin faktiki hallarını mübahisələndirən Məhkum müdafiəçisi Z.M.Məmmədov öz müraciətini onunla əsaslandırmışdır ki, Məhkum qarşı CM-in 313-cü maddəsi ilə irəli sürülmüş ittihama münasibətdə birinci və apellyasiya instansiya məh kəmələrinin gəldikləri nəticə qeyriobyektiv olmaqla, mötəbər sübutlarla təsdiqini tapmamış və o, qanunsuz və əsassız olaraq həmin maddə ilə təqsirli bilinərək məhkum olunmuşdur. Belə ki, Məhkum həm ibtidai araşdırma zamanı, həm də məhkəmə iclaslarında özünü CM-in 313-cü maddəsi ilə təqsirli bilməyərək həmin maddədə nəzərdə tutulmuş cinayəti törətməməsini göstərmiş və onun bu haqda verdiyi ifadələri toplanmış və araşdırılmış sübutlarla təkzib edilməmişdir. İbtidai araşdırma orqanı Məhkum CM-in 313-cü maddəsi ilə ittiham elan edərkən, məhkəmələr isə onu həmin maddə ilə də nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilərkən zərər çəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş şəxslərin ifadələrinə istinad etmiş, halbuki həmin ifadələrdə həqiqətin əks etdirilmədiyinə diqqət yetirməmiş və on ların qərəzli olmasını nəzərə almamışlar. Belə ki, həmin ifadələrdə zərər çəkmiş şəxsin nümayəndələri Azərbaycan Respublikası Təhsil Nazirliyinin 20 avqust 2021-ci il tarixli, F-415 nömrəli əmri ilə təsdiq edilmiş “Tədris planlarına dair qeydlərin” 7 nömrəli əlavəsinin 23 bəndinə istinad edərək tədris ilinin birinci yarısında sinifdə şagirdlərin sayının azalmasının tədris planı ilə müəyyən edilmiş müvafiq fənlərin tədrisində sinifin iki qrupa bölünməsinə məhdudiyyət yaratmadığını göstərmiş, sonra isə özlərinin mülahizələrinə və şərhlərinə görə həmin fənlər üzrə birinci yarım il ərzində şagird kontingentinin sayının azalması, ikinci yarım il üzrə yenidən qiymətləndirilməli və sinif tərkibi təlimatla müəyyən edilmiş minimum şagird sayından az olduqda həmin fənlər üzrə bölünmənin dayandırılma lı olduğunu qeyd etmiş, lakin bunu hər hansı normativ-hüquqi akta istinad etməklə əsaslandırmamışlar. Halbuki Azərbaycan Respublikası Təhsil Nazirliyinin 20 avqust 2021-ci il tarixli, F-415 nömrəli əmri ilə təsdiq edilmiş “Tədris planlarına dair qeydlərin” 7 nömrəli əlavənin 23 bəndində və ümumiyyətlə qeyd olunan əlavədə həmin fənlər üzrə birinci yarım il ərzində şagird kontingentinin sayının azalması ikinci yarım il üzrə yenidən qiymətləndirilməli və sinif tərkibi təlimatla müəyyən edilmiş minimum şagird sayından az olduqda həmin fənlər üzrə bölünmənin dayandırılmalı olması barədə heç bir göstəriş yoxdur. Həmin göstəriş Azərbaycan Respublikası Təhsil Nazirliyinin 12 iyul 2019-cu il tarixli, F-415 nömrəli əmrinə 8 nömrəli əlavənin 21.5-ci bəndi ilə tənzimlənir ki, bu da keçmiş ilə aid oldu ğundan 2021/2022-ci tədris illərinə tətbiq edilə bilməzdi. Beləliklə də, ibtidai və məhkəmə araşdırmaları Məhkum tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsini, habelə onun göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlər etməsini təsdiq edən heç bir sübut əldə edilmədiyi halda o, CM-in 313-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmiş, bu haqda nəticəyə gələn məhkəmələr isə araşdırılmış sübutlara düzgün qiymət verməmiş və qanunun tələblərinə zidd olan yekun məhkəmə aktları qəbul etmiş, bununla da CPM-in 416.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol vermişlər. Müdafiəçinin qənaətinə görə, belə olan halda Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegi yasının 21 noyabr 2023-cü il tarixli qərarı ləğv edilməli və hüquqlarını müdafiə etdiyi şəxsə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilməsi üçün cinayət işi yeni apellyasiya baxışına təyin olunmalıdır. Şərh olunan dəlillərə əsaslanaraq müdafiəçi onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesinin iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılsa da, zərər çəkmiş hüquqi şəxsin – Azərbaycan Respublikası Təhsil Nazirliyinin LənkəranAstara Regional Təhsil İdarəsinin nümayəndəsi naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası bununla əlaqədar proses iştirakçılarının rəylərini dinləyib CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayə tinə zərər çəkmiş hüquqi şəxsin - Azərbaycan Respublikası Təhsil Nazirliyinin Lənkəran-Astara Regional Təhsil İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Müdafiəçi Z.M.Məmmədovun kassasiya şikayətinin məzmunundan göründüyü kimi, o, öz müraciətində apellyasiya instansiyası məhkəməsi t ərəfindən iş üçün mühüm əhəmiyyət kəsb edən sübutların araşdırılmamasını, araşdırılmış sübutlara düzgün qiymət verilməməsini və buna görə hüquqlarını müdafiə etdiyi şəxsin CM-in 313-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilmədiyi halda onun əsassız olaraq həmin maddə ilə təqsirli bilinib məhkum edilməsini, onun barəsindəki yekun məhkəmə aktlarının əsasını isə yolverilməz sübutlar təşkil etdiyini iddia edir və həmin məhkəmənin 21 noyabr 2023-cü il tarixli qərarının ləğv edilərək işin yeni apellyasiya baxışına təyin olunması haqqında kassasiya tələbini 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrində göstərilən pozuntularla əlaqələndirir. CPM-in 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrinə əsasən isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə m üvafiq olaraq sübutları tədqiq etmədikdə, məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə, habelə məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçi Z.M.Məmmədovun kassasiya şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən kassasiya qaydasında mübahisələndirilən apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhk əmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni, apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyət lərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zama nı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı, Konstitusiyanın təsvir edilən tələbləri həmçinin hər bir insanın və ümumilikdə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını, hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvafiq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini, digər tərəfdən isə cinayətkar qəsdlərdən zərər çəkmiş şə xslərin də pozulmuş hüquqlarının bərpa edilməsini, o cümlədən, belə qəsdlər nəticəsində onlara vurulmuş zərərin ödənilməsi və ya aradan qaldırılması üçün cinayət təqibini həyata keçirən orqanlar və məhkəmələr tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsini də nəzərdə tutur. Konstitusiyanın 63-cü maddəsinin tələbinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu de yildir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını deyil, cinayət prosesinin iştir akçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitus iyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçi nin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CM-in 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizli yi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüs usi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınması, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması, cəzanın düzgün olmayan tətbiqi, bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulması ilə nəticələnə bilər. Bu hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da ifadə olunmuşdur. Həmin Qərara görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ ver ilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Məcəlləsinin qeyd olunan prinsiplərinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törət diyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-in 10.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinin tələblərindən isə görünür ki, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məc buriyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1-ci maddəsinin müddəaları cinayət prosesini həyata keçirən orqanlardan cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etmələrini tələb edir. Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə uyğun olaraq cinayət mühakimə icraatında bu icraatın təməl prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyası prinsipi eyni cür təsbit edilmiş CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, ci nayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən ş əxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi belə təsbit edilmişdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-in 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçiril ərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərar ı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair CPM-in 125.2.1-125.2.10-cu maddələrinin tələblərinə görə, aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vət əndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət tə qibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; - sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. CPM-in 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyala r hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. CPM-in 125.7-ci maddəsinin müddalarından görünür ki, cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyrimümkünlüyünü, habelə onlardan məhdud istifadə edilməsinin mümkünlüyünü prosesi aparan orqan öz təşəbbüsü və ya cinayət prosesi tərəflərinin vəsatəti ilə müəyyən edir. CPM-in 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb o lunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət q anunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Qanunvericiliyin bu müddəalarından görünür ki, hər bir sübutun yuxarıda qeyd olunan 3 me yar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsi tələb olunur. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). CPM-in 349.5-ci maddəsinə əsasən aşağıdak ı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-in 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı za manı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəz sizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlara və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qəraralrında da əksini tapmışdır. Belə ki, kassasiya protestində də istinad olunan “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələbl ərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericili yin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) təqsirsizlik prezumpsiyası ilə bağlı “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü mə sələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Göründüyü kimi, qanunvericiliyin normalarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra məsələlər üzrə verdiyi şərhlərinin ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərlərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarında araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı və yalnız bundan sonra əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. Bu vəzifənin yerinə yetirilməməsi və ya natamam yerinə yetirilməsi nəticəsində məhkəmənin iş üzrə çıxardığı yekun məhkəmə a ktı əsaslı və qanuni hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsindən, “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin və cinayət-prosessual qanunvericiliyinin tələblərindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, hökmün və apellyasiya instansiyası məhkəməsinin qərarının əsasını təşkil etmiş sübutların yenidən araşdırılması deyil, məhkəmələrin müvafiq nəticəyə gələrkən prosessual hüquq normalarının tələblərinə əməl olunub-olunmamasını, törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiya məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun hökmdə və hazırki qərarın “İşin halları” hissəsində təsvir edilən və CM-in 179.2.3, 179.2.4 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, lakin onun CM-in 308.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ibtidai araşdırma orqanının gəldiyi nəticə ilə razılaşmayraq və Məhkum vəzifəli şəxs kimi öz qulluq mövqeyindən ist ifadə edərək ona etibar edilmiş özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə yolu ilə talama əməlini məhz xidməti vəzifələrinin icrası ilə əlaqədar törətmiş olduğundan, əməlinin əlavə olaraq CM-in 308.1-ci maddəsi ilə tövsif edilməməsi və verilmiş ittihamdan CM-in 308.1-ci maddəsinin xaric edilməsini mümkün bilmişdir. Bu haqda birinci instansiya məhkəməsinin 13 iyul 2023-cü il tarixli hökmündən verilmiş apellyasiya şikayətinə baxılarkən isə Məhkum xeyli miqdarda özgə əmlakını mənimsəmə və israf etmə yolu ilə mənimsəmə, yəni CM-in 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsini etiraf edərək bu cinayət nəticəsində 12079,42 manat məbləğində vurduğu ziyanı tam həcmdə zərər çəkmiş hüquqi şəxsin – Azərbaycan Respublikası Təhsilı Nazirliyi nin Lənkəran-Astara Regional Təhsil İdarəsinin hesabına ödəyərək sonuncu ilə barışıq əldə etmiş, eləcə də onun tərəfindən vurulmuş ziyanın iyirmi beş faizi miqdarında – 3020 manat məbləğində dövlət büdcəsinə ödəniş edilmişdir. Müvafiq sübutlarla təsdiq olunan bu halları nəzərə alan apellyasiya instansiyası məhkəməsi düzgün olaraq CM-in 73-1.2-ci maddəsinin tələblərindən çıxış edib Məhkum CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinərək cəzalandırılması hissədə birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini və onun bu maddələrlə cinayət məsuliyyətindən azad edilməsi, onun CM-in 313-cü maddəsi ilə təqsirli bilinməsi hissədə isə hökmün dəyişdirilmədən saxlanılmasını mümkün bilmişdir. İş materiallarından göründüyü kimi, müdafiə tərəfi apellyasiya instansiyası məhkəməsinin bu nəticəsi ilə qismən razılaşmış və kassasiya şikayətində də Məhkum CMin 313-cü maddəsi ilə əsassız olaraq təqsirli bilinib məhkum olunması iddia olunur. Lakin, məhkəmə kollegiyası müdafiəçinin Z.M.Məmmədovun bununla bağlı kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayaraq ona qeyd edir ki, cinayət işinin materialları ilə (iş üzrə qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlarla) müəyyən edilir ki, Məhkum həm özgə əmlakını xeyli miqdarda mənimsəmə və israf etmə, həm də vəzifə saxtakarlığı cinayətlərini törətməsinə dair təqsirliliyi heç bir şübhə doğurmayan, CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla tam təsdiq olunmuş, həmin sü butların hər birisi ayrı-ayrılıqda birinci instansiya məhkəməsinin 13 iyul 2023-cü il tarixli hökmündə və apellyasiya instansiyası məhkəməsinin 21 noyabr 2023-cü il tarixli qərarında da ətraflı şərh olunmuşdur. Belə qənaəti ilə bağlı məhkəmə kollegiyası ilk növbədə ona diqqət yetirməyi zəruri bilir ki, Məhkum qarşı ibtidai araşdırma orqanı tərəfindən CM-in 179.2.3, 179.2.4 və 313cü maddələri ilə ittiham irəli sürülərkən, birinci instansiya məhkəməsi tərəfindən isə o, həmin maddələrlə təqsirli bilinərək məhkum edilərkən nəzərə alınmışdır ki, sonuncu cinayət əməllərini törətdiyi dövrdə - 7 oktyabr 2021-ci ildən 29 iyun 2022-ci il tarixədək Cəlilabad rayonu Göytəpə şəhər V.Mürsəlov adına 1 saylı tam orta məktəbin direktoru vəzifəsini icra etmiş, yəni o vəzifəli şəxs olmuş və normativ-hüquqi a ktlarla və qeyri normativ sənədlərlə onun üzərinə müəyyən vəzifələr qoyulmuş, həmin dövrdə isə o, üzərinə düşən qulluq vəzifələrindən istifadə edərək özgə əmlakını mənimsəmə və israf etmə cinayətini hər hansı başqa üsulla deyil, məhz tamah məqsədilə rəsmi sənədlərə həqiqətə uyğun olmayan məlumatları daxil etməklə, yəni vəzifə saxtakarlığı etməklə törətmişdir. Məhkəmə kollegiyası belə nəticəni əsaslı hesab edərək onu da qeyd edir ki, Məhkum müvəqqəti icra etdiyi vəzifəyə görə başqa səlahiyyətlərlə yanaşı həmçinin qanunvericiliyin tələblərinə əsasən mühasibatlıq sənədlərini də imzalamaq vəzifəsini daşımış və həmin sənədlərdə onun imzası olmadığı halda hər hansı mühasibatlıq əməliyyatlarının, o cümlədən müəllimlərə aylıq əmək haqqının ayrılması və verilməsi mümkün olmamışdır. İş materialların dan görünür ki, Məhkum orta məktəb direktoru vəzifələrini icra etdiyi dövrdə digər sənədlərlə yanaşı həm də tədris edilməyən dərslərə görə müəllimlərə müvafiq məbləğlərdə əmək haqqının verilməsinə dair mühasibatlıq sənədlərini öz imzası ilə təsdiq etmiş, həmin sənədlər maliyyə qurumuna təqdim olunmuş və bu sənədlərə əsasən həm onun özünə, həm də məktəbin bəzi müəllimlərinə müxtəlif məbləğlərdə pul vəsaiti ödənilərək o, bu yolla xeyli miqdarda həmin pul vəsaitlərinin mənimsənilməsinə və israf edilməsinə nail olmuşdur. İş materiallarının təhlili göstərir ki, bütün bu hallar ibtidai araşdırma zamanı və birinci instansiya məhkəməsinin məhkəmə iclasında dindirilmiş çoxsaylı şahidlərin ifadələri ilə və iş materiallarına əlavə edilmiş sübut əhəmiyyətli sənədlərlə tam təsdiq edilir. Apellyasiya icraatına aid olan sənədlərdən və kassasiya qaydasında mübahisələndirilən qərardan göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi də Məhkum CM-in 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və onun barəsindəki cinayət təqibinə hər hansı bəraət verici əsasla deyil, CM-in 73-1.2-ci maddəsinin tələblərinə uyğun olaraq, yəni məhkumun vurduğu ziyanı tam həcmdə zərər çəkmiş hüquqi şəxsə ödədiyinə, onunla barışıq əldə etməsi və eyni zamanda dövlət büdcəsinə vurduğu ziyanın iyirmi beş faizi miqdarında ödəniş etdiyinə görə xitam vermiş və eyni zamanda həmin məhkəmə də belə qənaətə gəlmişdir ki, o, bu cinayəti məhz vəzifə saxtakarlığı etməklə törətmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hü quq nəzəriyyəsinə və formalaşmış istintaq və məhkəmə təcrübəsinə görə, təqsirkara tapşırılmış özgə əmlakını mənimsəmə və ya israf etmə cinayəti müxtəlif üsullarla, məsələn, həmin əmlakı əldə etdikdən sonra onu gizlətməklə və ya zərər çəkmiş şəxsə məlumat vermədən belə əmlaka istədiyi kimi sərəncam verməklə (satmaqla, hədiyyə etməklə və s.) törədilə bilər. Bu cinayət həmçinin təqsirkar tərəfindən rəsmi və ya qeyri rəsmi sənədlərin saxtalaşdırılması, yəni həmin sənədlərdə həqiqətə uyğun olmayan məlumatların daxil edilməsi, yaxud da sənədlərdə əksini tapmış məlumatlarda düzəlişlər edilərək onların təhrif olunması yolu ilə də törədilə bilər. Bu kimi əməllər vəzifəli şəxs tərəfindən törədildikdə isə belə şəxs həm qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını mənimsəməyə və ya israf etməyə, həm də vəzifə saxtakarlığı cinayətini törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və onun əməlləri cinayətlərin məcmusu üzrə CM-in 179-cu və 313-cü maddələri ilə tövsif edilməlidir. Cinayət işinin materiallarından və kassasiya şikayətinin məzmunundan göründüyü kimi, Məhkum CM-in 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi barədə ibtidai araşdırma orqanının və məhkəmələrin gəldikləri nəticə ilə son olaraq müdafiə tərəfi də razılaşmış, bu nəticə kassasiya şikayətində də mübahisələndirilməmiş, toplanmış və araşdırılmış sübutlarla isə Məhkum bu cinayəti başqa üsullarla törətməsi müəyyən edilməmiş və müdafiəçi Z.M.Məmmədov öz müraciətində bu məsələyə aid olan heç bir dəlil irəli sürülməmişdir. Bu hallardan və cinayət qanununun normasına verdiyi təfs irdən çıxış edərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Məhkum ona istinad olunan mənimsəmə və israf etmə cinayətini yalnız bir üsulla – vəzifə saxtakarlığı etməklə törətmiş və buna görə o, tamamilə qanuni və əsaslı olaraq CM-in 313-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçi Z.M.Məmmədovun kassasiya şikayətində irəli sürdüyü tələbin - apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılaraq həmin qərarın ləğv edilməklə Məhkum barəsindəki cinayət işinin ona bəraət verilməsi üçün yeni apellyasiya baxışına təyin olunması haqqında tələbi əsassız sayır və bu tələbin təmin edilməsi üçün heç bir əsas görmür. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iş materiallarına əsasən, Məhkum CM-in 313-cü maddəsi ilə təqsirli bilinərək mə hkum olunması barədə məhkəmələrin gəldikləri nəticənin əsasında duran sübutlar qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-in 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, o cümlədən kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq məhkəmələr yekun məhkəmə aktlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə Məhkum, zərər çəkmiş hüquqi şəxsin nümayəndələrinin, şahidlərin dindirilmələri, müxtəlif istintaq hərəkətlərinin aparılması zamanı, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl etmiş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-in 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yo l verməmişlər. Bundan başqa, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının, o cümlədən Məhkum hüquqlarının pozulmasına yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları zamanı həmçinin “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxslərin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqların pozulmasına da yol verilməmiş, nəticə etibarı ilə isə birinci instansiya məhkəməsi ibtidai araşdırma orqanı tərəfindən Məhkum əməlinin CM-in 1 79.2.3, 179.2.4 və 313-cü maddələri ilə tövsif edilməsi ilə razılaşmış, apellyasiya instansiyası məhkəməsinin də mövqeyi də bu nəticəyə uyğun olmuşdur. Bütün təsvir edilənlərə əsaslanaraq məhkəmə kollegiyası müdafiəçi Z.M.Məmmədovun kassasiya şikayətinin dəlillərini, o cümlədən apellyasiya instansiyası məhkəməsində işə baxılarkən müdafiəçi tərəfindən işin hərtərəfli, tam və obyektiv baxılması üçün məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatətinin təmin edilməsindən əsassız imtina edilməsi barədə dəlilini qəbul edilməz sayaraq kassasiya şikayətinin təmin edilməsini mümkün bilmir, bu müraciətdə təsvir olunmuş dəlilləri isə məhkum olunmuş şəxsin cinayət məsuliyyətindən yayındırılmasına xidmət edən dəlillər kimi qiymətləndirir. Buna görə məhkəmə kollegiyası hazırki iş üzrə ap ellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 416.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı pozuntuya yol verilmədiyini qeyd edərək həmin məhkəmə tərəfindən qəbul edilmiş yekun məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar da görmür. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları və qanunvericiliyinin tələbləri ilə müqayisəli şəkildə bir daha təhlil edərək və həmin şikayətin təmin edilməsi haqqında Məhkum və onun müdafiəçisi Z.M.Məmmədovun, kassasiya şikayətinin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməklə Cəlilabad Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli hökmü ilə Məhkum CM-in 179.2.3, 179.2.4 və 313-cü maddələri i lə təqsirli bilinərək məhkum olunmasına, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 noyabr 2023-cü il tarixli qərarı ilə isə CM-in 73-1.2-ci maddəsinə əsasən hökmün Məhkum CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunması hissəsində ləğv edilərək bu maddələrlə cinayət təqibinə xitam verilməsinə və onun cinayət məsuliyyətindən azad edilməsinə, hökmün isə qalan hissələrdə dəyişdirilmədən saxlanılmasına dair cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin həmin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Cəlilabad R ayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli hökmü ilə Məhkum CM-in 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 noyabr 2023-cü il tarixli qərarı ilə isə CM-in 73-1.2-ci maddəsinə əsasən hökmün Məhkum CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunması hissəsində ləğv edilərək bu maddələrlə cinayət təqibinə xitam verilməsinə və onun cinayət məsuliyyətindən azad edilməsinə, hökmün isə qalan hissələrdə dəyişdirilmədən saxlanılmasına dair cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin həmin qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-687/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-687/2025
11.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver