Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-688/2018 12.04.2018 ALİ MƏHKƏMƏ İş№ 1(102)-688/2018 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ 12 aprel 2018-ci il Bakışəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), İlqar Səyyad oğlu Qılıcov və X4 ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrəşöbəsinin prokuroru, ədliyyə müşaviri X3 iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respubli kası Cinayət Məcəlləsinin 120.1 və 128-ci maddələriilə təqsirli bilinib məhkum olunmuş R barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2017-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinəəsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, M ÜƏ Y Y Ə N ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xx 2017-ci il hökmü ilə (sədrlik edən hakim X9, hakimlər X12 və X2 ibarət tərkibdə), R, xx xx 1975-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində 1 (bir) azyaşlı uşağı olan, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Salyan rayonunun ünvan1 qeydiyyatda olmaqla orada yaşamış, xx xx 2016-cı il tarixdən həbsdə olan, Azərbaycan Respubl ikası Cinayət Məcəlləsinin 120.1 və 128-ci maddələri ilə təqsirli bilinib, CM-in 120.1-ci maddəsi ilə 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 128-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinəəsasən təyin olunmuş cəzaları qismən toplanmaqla cinayətlərin məcmusu üzrə ona qəti olaraq 13 (on üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsindəçəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının xx xx 2016-cı il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünəəsasən, təqsirləndirilən şəxs Məhkum xx xx2016cı ildə saat 11 radələrində yaşadığı Salyan rayonu, Xurşud kəndində yerləşən istifadəsiz məktəb binas ındakı mənzildə oğlanları Ə, ƏN və qızı F ilə birlikdə səhər yeməyi yeyərkən bir neçə gün əvvəl evdən çıxıb atası evinə getmiş arvadı X1 ünvanına söyüş söymüş, qızı F bu hərəkətinə görə ona iradını bildirdikdə bu zəmində aralarında baş vermiş mübahisə zamanı qəsdən Fnin bədəninin müxtəlif nahiyələrinəəli ilə zərbələr vurmaqla və həmin vaxt masanın üzərində olan qaynar çayı başına tökməklə F Əsədovaya sol bazu nahiyəsində sıyrıq, başının təpə nahiyəsinin İİ dərəcəli yanığı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmişdir. Bundan başqa, o, xx xx 2016-cı ildə gecə saat 01 radələrində yaşadığı Salyan rayonu, Xurşud kəndində yerləşən istifadəsiz məktəb binasındakı mənzildə qızı F Əsədovanın mobil telefonla şəxsiyyəti müəyyən edilməyə n şəxslə danışdıqdan sonra evdən çıxmasını görüb, onun kiminləsə görüşəcəyindən şübhələnərək Fni öldürmək qərarına gəlmiş, bu məqsədlə mətbəxdən məişət-təsərrüfat təyinatlı, soyuq silah hesab edilməyən bıçağı götürərək sonuncunu izləmiş, Fnin həyətdən bayıra çıxaraq tanımadığı bir nəfər şəxslə söhbət etdiyini görmüş, həmin şəxs onu görüb qaçdıqdan sonra Fnin saçından tutaraq onu həyətə gətirmiş, özü ilə götürdüyü bıçaqla qısqanclıq zəminində qəsdən öldürmək məqsədilə sonuncunun döş qəfəsinin sol nahiyəsinə bir zərbə vuraraq ona sağlamlığa ağır zərərvurmaya aid xəsarət yetirmiş, həmin zərbədən sonra gələrək yatağına uzanan Fnin ölmədiyini görüb, cinayətkar niyyətini başa çatdırmaq üçün qısqanclıq zəminində onu qəsdən öldürmək məqsədi iləəlindəki bıçaqla onun döş qəfəsinin sol ön-yuxarı səth indən daha bir zərbə vuraraq ona döş boşluğuna nüfuz edən, eyni səviyyədə ağciyəri vəürəyin sağ qulaqcığını dəlib keçən, ölümünə səbəb olan sağlamlığa ağır zərərvurmaya aid xəsarət yetirməklə öldürmüşdür. Hökmdən Məhkum tətəfindən verilmiş apellyasiya şikayətinəəsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim X6, hakimlər X7 vəƏhmədov İsmayıl Həmid oğlundan ibarət tərkibdə) xx xx2017-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xx 2017-ci il hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx2017-ci il tarixli qərarından məhkum R tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini n dəlillərini əsaslandıraraq qeyd etmişdir ki, birinci və apellyasiya instansiyası məhkəmələri onun barəsində cəzanın ağırlığı baxımından ədalətsiz hökm və qərar qəbul etmişlər. Kassator göstərmişdir ki, o, 3-cü qrup Qarabağəlilidir, onun himayəsində ikisi azyaşlı olmaqla 4 övladı vardır. Kassatorun qənaətinə görə, işüzrə cəzanı yüngülləşdirən hallar işə baxan məhkəmələr tərəfindən nəzərə alınmamış və ona ağır cəza təyin edilmişdir. Kassator yuxarıda göstərilənlərəəsasən, barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2017-ci il tarixli qərarının ləğv edilməsini və ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarınıöyrənib kassasiya şikayətinin dəlillərini mü zakirə edərək, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısı C çıxışını dinləyərək hesab edir ki, aşağıdakıəsaslara görə kassasiya şikayəti təmin edilməməli və məhkum R barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2017-ci il tarixli qərarıdəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinəəsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hərhansıbirfaktınbaşveribverməməsinimüəyyən etmir və y alnızhəmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinəözmünasibətinibildirir. Kassator kassasiya şikayətindəəməlin tövsifi məsələsini mübahisələndirməmiş, işə baxan məhkəmələr tərəfindən işüzrə cəzanı yüngülləşdirən halların nəzərə alınmadığını və ona ağır cəza təyin edildiyini göstərərək barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2017-ci il tarixli qərarının ləğv edilməsini və ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.21-ci maddəsi apellyasiya instansiyası məhkəməsi tərəfindən məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar nəzərə alınmadan cəza təyin edildikdə kassa siya instansiyası məhkəməsinin apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malik olduğunu təsbit edir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə aktlarından görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri işin hallarını müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Məhkəmə kollegiyası vurğulayır ki, işə baxan məhkəmələr sübutları CPM-in 143-146cı maddələrinin tələblərinə uyğun olaraq hərtərəfli, tam və obyektiv surətdə tədqiq etmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi nəzərə alınmaqla düzgün qiymət vermiş, Məhk um istinad edilən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1 və 128-ci maddələrində təsbit edilən cinayət əməllərinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə qərarlarında göstərilmişdir. (məhkəmələr məhkumun təqsirlilik məsələsini həll edərkən zərərçəkmişşəxsin hüquqi varisinin vəşahidlərin bir-birinə uyğun olan ifadələrinə, ekspertiza rəylərinə və digər sübutlara əsaslanmışlar). Birinci və apellyasiya instansiya məhkəmələrinin Məhkum cinayət əməllərinin sübuta yetirilməsinə və tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası da bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum cinayət əməlləri məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cina yət Məcəlləsinin 120.1 və 128-ci maddələri ilətövsif edilmişdir. Bundan başqa kollegiya qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının vəƏsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, işüzrə açıq vəədalətli məhkəmə araşdırması aparılmış, həm ibtidai istintaq, həm də məhkəmə araşdırılmaları zamanı məhkumun müdafiə hüququ təmin edilmiş, çəkişmə prinsipi təmin edilməklə tərəflərə bərabər şərait yaradılmışdır. Məhkəmə kollegiyası kassatorun işə baxan məhkəmələr tərəfindən ona cəza təyin edilərkən himayəsində 2 azyaşlı uşağının olmasının və 3-cü qrup Qarabağəlili olmasının nəzərə alınmaması barədə dəlillərinə münasibət bildirərək qeyd edir ki, birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum cəz a təyin edərkən onun himayəsində bir azyaşlı uşağının olmasını, törətdiyi cinayət əməlini etiraf etməklə cinayətin törədilməsində istifadə etdiyi bıçağı istintaq orqanına təqdim etməsini, himayəsində arvadı və bir yetkinlik yaşına çatmayan uşağının olmasını işüzrə cəzanı yüngülləşdirən hallar kimi, əməlində cinayətlərin təhlükəli residivinin olmasını cəzanı ağırlaşdıran hal nəzərə almış, həmçinin törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini də nəzərə alaraq Məhkum təqsirli bilindiyi CM-in 120.1 və 128-ci maddələrinin sanksiyaları həddində qəti olaraq ona 13 (on üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Apellyasiya i nstansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gədiyi nəticənin qanuni vəəsaslı olması nəticəsinə gələrək məhkəmənin hökmünü dəyişdirmədən saxlamışdır. Göründüyü kimi məhkəmə məhkuma cəza təyin edərkən onun himayəsində bir azyaşlı uşağının olmasını, törətdiyi cinayət əməlini etiraf etməklə cinayətin törədilməsində istifadə etdiyi bıçağı istintaq orqanına təqdim etməsini, himayəsində arvadı və bir yetkinlik yaşına çatmayan uşağının olmasını işüzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə almışdır. Kollegiya qeyd edir ki, məhkumun himayəsindəşikayətdə göstərilən kimi iki deyil, bir azyaşlı uşağı vardır. Bundan başqa cinayət işinin materiallarında məhkumun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşərək 3-cü qrup əlil olması barədə cinayət işinin materiallarında heç bir sə nəd yoxdur və Məhkum nə istintaq, nə də məhkəmə araşdırmaları zamanı verdiyi ifadələrində bu barədə heç nə bildirməmiş və ya heç bir sənəd təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası kassatorun dəlillərini heç bir fakta və sübuta söykənmədiyiondən qəbul etmir və onlarıəsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinəəsasən, cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələbinəəsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də b aşqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinəəsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il xx xx tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Odur ki, istər göstərilən qanun müddəalarının tələbləri baxımından, istərsə də Ali Məhkəmənin qeyd edilən Plenum qərarının tövsiyyələri baxımından yanaşdıqda belə nəticə hasil olur ki, işə baxan məhkəmələr tərəfindən Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını qanunsuz vəəsassız hesab etmək olmaz. Bundan başqa kollegiya qeyd edir ki, «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair» xx xx 2011-ci il tarixli qərarında Azərbaycan Respublkasının Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əs aslı bağlılıq olmalıdır. Konstitusiya Məhkəməsi həmin qərarında daha sonra qeyd edir ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cəza tətbiq edilməsi yolu ilə sosial ədalətin bərpası aşağıdakıları nəzərdə tutur: dövlət cinayət törətmiş şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini cinayət cəzanövlərini tətbiq etməklə təmin edir; - cəmiyyət dövlətin cinayət törətmiş şəxsi cəzalandırmağa qadir olmasına inanır. Kollegiya vurğulamağı məqbul hesab edir ki, Məhkum ifadələrində törətdiyi əməldən peşman olmadığını bildirmişdir. Məhkəmə kollegiyası belə hesab edir ki, Məhkum onun törətdiyi cinayətin xarak teri və ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, həmçinin iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmaqla kifayət qədər ədalətli cəza təyin edilmişdir. Beləliklə, kassasiya kollegiyası Məhkum törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, onun əməlində cinayətlərin təhlükəli residivinin olmasını, habelə təyin olunmuş cəzanın məhkumun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, eləcə də məhkum və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq və cəzanın qanunla müəyyən olunmuş məqsədini təmin etmək üçün Məhkum təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsini mümkün hesab etmir və apell yasiya instansiyası məhkəməsinin qərarının qanuni, əsaslı və ədalətli olması qənaətinə gəlir. Belə olan halda, məhkəmə kollegiyası cinayətişininmateriallarını və cinayət-prosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq məhkum R.Ə.X5 Məhkəməsinin Cinayət kollegiyasının xx xx2017-ci il tarixli qərarından verdiyi kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilmədən, göstərilən qərarın isə dəyişdirilmədən saxlanılmasıəsaslı və məqsədə müvafiqdir. Şərh edilənlərəəsasən və Azərbaycan Rəspublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 128-ci maddələriilə təqsirli bilinib məhkum olunmuş R barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Ali Məhkəmənin hakimi İnqilab Nəsirov
Məhkəmə qərarları › İş №1(102)-688/2018
Ali Məhkəmə Qərar — İş №1(102)-688/2018
12.04.2018 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver