Məhkəmə qərarları › İş №1(102)-688/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-688/2021

04.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-688/2021 04.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum iştirakları ilə, Sumqayıt Şəhər Məhkəməsinin 07 avqust 2020-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcələsinin (bundan sonra mətndə CM-nin) 178.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 oktyabr 2020-ci il tarixli qərarından Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 07 avqust 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Hacıyev Pərviz Əhməd oğlu) Məhkum, xx xxxxxx 1980-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, Sumqayıt şəhər məhkəməsinin 24 avqust 2016-cı il tarixli hökmü ilə CM-nin 244-1.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının iyirmi faizi dövlət nəfinə tutulmaql a 01 (iki) il 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum olunmuş, 06 dekabr 2019-cu il tarixdə cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməsə də, CM-nin 18.4.4-cü maddəsinə əsasən əməlində cinayətlərin residivi olmayan, yaşayan, 1 ünvanda CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiyası məhkəməsinin hökmünə əsasən, Məhkum CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, o, özgə əmlakını ələ keçirmək məqsədi ilə 20.11.2020-ci il tarixdə saat 18:30 radələrində Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində yerləşən “Bərəkətli” mağazasına şələrək orada həm in mağazanı icarə əsasında işlədən Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək 21.11.2019-cu il tarixdə Sumqayıt şəhəri 1-ci mkirorayon ərazisində yerləşən “Love Palace” şadlıq sarayında keçiriləcək toy məclisi üçün alacağı malların pulunu toy məclisi qurtardıqdan sonra ödəyəcəyini yalan vəd verib aldadaraq 21.11.2019-cu il tarixdə saat 09:30 radələrində “Love Palace” şadlıq sarayının arxasında Zərərçəkmiş şəxs göndərdiyi hər birinin qiyməti 3 manat 45 qəpik olan 331 manat 20 qəpik dəyərində 96 ədəd "Giləzi” toyuğu, bir kiloqramının qiyməti 5 manat 80 qəpik olan 58 manat dəyərində 10 kiloqram «İslami kəsim» toyuğun döş əti (file), hər birinin qiyməti 2 manat 63 qəpik olan 52 manat 60 qəpik dəyərində 20 ədəd plastik qabda olan göbələk, bir kiloqramının qiyməti 32 manat 50 qəpik olan 79 2 manat 20 qəpik dəyərində 24 kiloqram 375 qram «syomka» balığ, hər kiloqramının qiyməti 4 manat 15 qəpik olan 145 manat 25 qəpik dəyərində 35 kiloqram «panqa» tikə balıq, bir kiloqrammm qyyməti 8 manat 20 qəpik olan 32 manat 80 qəpik dəyərində 4 kiloqram "servolat” kolbasa, bir kiloqramının qiyməti 10 manat 50 qəpik olan 52 manat 50 qəpik dəyərində 5 kiloqram “doktorskaya” kolbasa, hər birinin qiyməti 1 manat 8 qəpik olan 2 manat 16 qəpik dəyərində 1 banka "Bostan" xiyar turşusu, hər birinin qiyməti 8 manat 80 qəpik olan 35 manat 20 qəpik dəyərində 4 banka yaşıl zeytun, 1 ədəd 2 manat 48 qəpik dəyərində “Blendo” tomat pastası, hər birinin qiyməti 2 manat 87 qəpik olan 34 manat 44 qəpik dəyərində 12 banka yaşıl noxud, hər birinin qiyməti 2 manat 98 qəpik olan 35 manat 76 qəpik dəyərində 12 ədəd “Meçta 67 %” mayanez, hər birinin qiyməti 2 manat 5 qəpik olan 20 manat 50 qəpik dəyərində 10 ədəd “romaşka” smetan, hər birinin qiyməti 12 qəpik olan 7 manat 20 qəpik dəyərində 60 ədəd yumurta, hər birinin qiyməti 40 qəpik olan 2 manat 80 qəpik dəyərində 7 ədəd “Salyut” duz, hər birinin qiyməti 38 qəpik olan 2 manat 66 qəpik dəyərində 7 ədəd “Azərduz” markalı duz, bir qramının qiyməti 13.90 qəpik olan 2 manat 78 qəpik dəyərində 200 qram qara istiotu, bir qramının qiyməti 11.90 qəpik olan 3 manat 57 qəpik dəyərində 300 qram qurudulmuş nanə, bir qramının qiyməti 5.10 qəpik olan 1 manat 2 qəpik dəyərində 200 qram sarıkök, bir kiloqramının qiyməti 16 manat 90 qəpik olan 67 manat 60 qəpik dəyərində 4 kiloqram qoz ləpəsi, bir kiloqramının qiyməti 12 manat 90 qəpik olan 51 manat 60 qəpik d əyərində 4 kiloqram fındıq ləpəsi, bir kiloqramının qiyməti 4 manat olan 8 manat dəyərində 2 kiloqram ağ araxis, bir kiloqramının qiyməti 18 manat 90 qəpik olan 37 manat 80 qəpik dəyərində 2 kiloqram badam, bir kiloqramının qiyməti 6 manat 90 qəpik olan 13 manat 80 qəpik dəyərində 2 kiloqram sarı kişmiş, bir kiloqramının qiyməti 8 manat 20 qəpik olan 16 manat 40 qəpik dəyərində 2 kiloqram qara kişmişi. bir kiloqrammm qiyməti 5 manat 30 qəpik olan 17 manat 13 qəpik dəyərində 3 kiloqram 232 qram “Stavropol” yağ, bir litrinin qiyməti 2 manat 98 qəpik olan 20 manat 86 qəpik dəyərində 7 litr qarğıdalı yağı, bir kiloqramının qiyməti 8 manat olan 56 manat dəyərində 7 kiloqram “Holland” pendiri, bir kiloqramının qiyməti 4 manat 90 qəpik olan 29 manat 40 qəpik dəyərində 6 kiloqram “Təzəkənd” pendir i, bir kiloqramının qiyməti 7 manat 50 qəpik olan 15 manat dəyərində 2 kiloqram şabalıd, 7 manat 50 qəpik dəyərində 1 kiloqram qaysı, bir kiloqram 4 manat 45 qəpik dəyərində albuxara, bir kiloqramının qiyməti 1 manat 37 qəpik olan 2 manat 74 qəpik dəyərində 2 kiloqram kəllə qənd, bir kiloqramının qiyməti 5 manat 15 qəpik olan 10 manat 38 qəpik dəyərində 2 kiloqram “Corino” markalı şokalad, 1 qutu 11 manat 98 qəpik dəyərində 900 qramlıq “X12” markalı çay, 1 ədəd 3 manat 45 qəpik dəyərində 95 qramlıq “Neskofe” markalı kofe, bir kiloqramının qiyməti 3 manat 50 qəpik olan 24 manat 50 qəpik dəyərində 7 kiloqram “Tamaşa” düyüsü, hər birinin qiyməti 4 manat olan 120 manat dəyərində 30 ədəd “Şərab Golden” markalı 0.75 litirlik şampan, hər birinin qiyməti 3 manat 45 qəpik olan 124 manat 20 qəpik də yərində 36 ədəd “İvanovka” markalı 0.75 litirlik çaxır, hər birinin qiyməti 1 manat 10 qəpik olan 105 manat 60 qəpik dəyərində 96 ədəd "Qızı 1 quyu armud” markalı 0.75 litirlik limonad, hər birinin qiyməti 1 manat 10 qəpik olan 66 manat dəyərində 60 ədəd “Qızıl quyu tərxun” markalı 0.75 litirlik limonad, hər birinin qiyməti 1 manat 50 qəpik olan 108 manat dəyərində 72 ədəd “Natura” markalı 1 litrlik albalı meyvə qiyməti 1 manat 50 qəpik olan 108 manat dəyərində 72 ədəd “Natura” markalı 1 litrlik şaftalı meyvə şirəsi, hər birinin qiyməti 1 manat 30 qəpik olan 83 manat 20 qəpik dəyərinə 64 ədəd “Bağdan” markalı 1 litrlik feyxoa kampotu, hər birinin qiyməti 1 manat 30 qəpik olan 83 manat 20 qəpik dəyərində 64 ədəd “Bağdan” markalı 1 litrlik albalı kampotunu, hər birinin qiyməti 75 qəpik ola n 75 manat dəyərində 100 ədəd “Sirab” markalı 0.5 litrlik mineral qazlı su, hər birinin qiyməti 75 qəpik olan 36 manat dəyərində 48 ədəd “Slavyanka” markalı 0.5 litrlik mineral qazsız su, hər birinin qiyməti 75 qəpik olan 36 manat dəyərində 48 ədəd “Slavyanka” markalı 0.5 litrlik mineral qazlı su, hər birinin qiyməti 2 manat 20 qəpik olan 8 manat 80 qəpik dəyərində 4 ədəd “Arid” markalı yuyucu toz, hər qutusunun qiyməti 60 qəpik olan 28 manat 80 qəpik dəyərində içərisində 100 ədəd “Ernpak” markalı salfetka olan 48 qutu salfetka, hər qutusunun qiyməti 1 manat 44 qəpik olan 2 manat 88 qəpik dəyərində içərisində 200 ədəd “Sun” markalı salfetka olan 2 qutu salfetka, hər birinin qiyməti 2 manat 50 qəpik olan 15 manat dəyərində 6 ədəd “Fairy” markalı qab şampunu, hər birinin qiyməti 2 manat 50 q əpik olan 5 manat dəyərində 2 ədəd “Vanish” markalı yuyucu vasitəsi, hər birinin qiyməti 40 qəpik olan 1 manat 60 qəpik dəyərində 4 ədəd qab pastası, hər birinin qyiməti 15 qəpik olan 75 qəpik dəyərində 5 ədəd qab setkası, hər birinin qiyməti 10 qəpikolan 50 qəpik dəyərində 5 ədəd maçalka, hər birinin qiyməti 30 qəpik olan 1 manat 50 qəpik dəyərində 5 ədəd «Rixos» 90 qramlıq sabunu, hər birinin qiyməti 80 qəpik olan 1 manat 60 qəpik dəyərində 2 ədəd «Atra» maye sabunu, hər birinin qiyməti 1 anat 90 qəpik olan 3 manat 80 qəpik dəyərində 2 ədəd “Monopak” diş çöpünü, hər birinin qiyməti 1 manat 20 qəpik olan 2 manat 40 qəpik dəyərində 2 ədəd “Melodiya” markalı osvejitel, hər birinin qiyməti 4 manat 80 qəpik olan 9 manat 60 qəpik dəyərində 2 ədəd “Monopak” markalı stric, 1 metrinin qiyməti 30 qəpik olan 3 manat dəyərində 10 metr cuna, 1 manat 90 qəpik dəyərində 1 ədəd bez, 1 manat 40 qəpik dəyərində 1 litr xlor və hər birinin qiyməti 1 manat 44 qəpik olan 2 manat 88 qəpik dəyərində 2 ədəd ekonomik dispenseri alıb ələ keçirərək zərəçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 3050 manat 32 qəpik (üç min əlli manat otuz iki qəpik) məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Hökmdən Məhkum və onun müdafiəçisi Namazlı Fariz Mübariz oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əhmədov Elman Məmməd oğlu (sədrlik edən və məruzəçi), Rəhimov Elman Gülbaba oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə) 06 oktyabr 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilmiş, Sumqayıt şə hər Məhkəməsinin 07 avqust 2020-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum CM-nin 178.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, Məhkum 07 avqust 2020-ci il tarixdən 06 oktyabr 2020-ci il tarixədək həbsdə saxlanıldığı 1 (bir) ay 29 (iyirmi doqquz) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasının iki gününün azadlıqdan məhrum etmənin bir gününə hesablanmaqla 3 (üç) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası göstərilən qərarla ona təyin olunmuş 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla, məhkumun üzərində qəti olaraq 8 (səkkiz) ay 2 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Sumq ayət Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 oktyabr 2020-ci il tarixli qərarından zərərçəkmiş Zərərçəkmiş şəxs kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və Məhkum CM-nin 178.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin olunması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi məhkum barəsində əsassız qarar qəbul etmişdir. Belə ki, məhkəmə öz qərarında təqsirləndirilən şəxsə yüngül cəzanın təyin edilməsini onun zərərçəkmişlə barışıq əldə etməsinə cəhd göstərilməsi ilə əsaslandırmış və qeyd etmişdir ki, məhkəmənin qərarına görə təqsirləndirilən şəxsi və onun ailə üzvləri kassasiya şikayətinin müəllifi ola n zərərçəkmişə vurulmuş zərərin əvəzi kimi 1500 manat pulun ödənilməsini təklif etmiş, lakin zərərçəkmiş bu pulu qəbul etməkdən imtina etmişdir. Halbuki, ona, yəni Zərərçəkmiş şəxs göstəriln məbləğdə pulu heç kim təklif etməmiş, onun tərəfindən heç vaxt zərərin bütövlükdə ödənilməsi tələb olunmamış və o, Məhkum vəziyyətini başa düşərək 1500 manatın bir dəfəlik ödənilməsinə razılıq vermiş, qalan hissəsinin hissə -hissə ödənilməsinə razılaşmışdır. Lakin ona heç kim 1500 manatı verməmiş, bununla bağlı hər hansı bir danışıq aparmamışdır. Qeyd olunanları nəzərə alaraq zərərçəkmiş Zərərçəkmiş şəxs kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini və Məhkum CM-nin 178.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin o lunması haqqında qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında Zərərçəkmiş şəxs qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasında naməlum səbəblərdən iştirak etməmişdir. Məhkəmə kollegiyası cinayət prosesi iştirakçılarının bununla bağlı rəylərini dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin şikayətində Məhkum həddindən artıq yüngül cəzanın təyin edilməsini iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və Məhkum azadlıqdan məhrum etmə cəzasının cəza təyin edilməsi haqqında qərarın qəbul edilməsi barədə tələbini CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-nin 416.1.21-ci maddəsinin tələblərinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası zərərçəkmiş Zərərçəkmiş şəxs kassasiya şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakı ları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də vurğulamağı lazım bilir ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələr inin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətin i bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CP M-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Kassasiya şikayətinin məzmunundan görünür ki, iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Məhkum təqsirinin sübuta yetirilməsi və onun əməlinin hüquqi tövsifi kimi məsələlər zərər çəkmiş şəxs tərəfindən mübahisələndirilməmiş və buna görə məhkəmə kollegiyası da bu məsələlərin müzaki rə edilməsinə ehtiyac görmür. Kassasiya şikayətində Məhkum təyin edilmiş cəzanın yüngül olması qeyd edilərək həmin cəzanın ağırlaşdırılması barədə qərar qəbul edilməsini xahiş olunur. Məhkəmə kollegiyası həmin şikayətdə irəli sürülmüş tələbə cavab olaraq ilk növbədə qeyd edir ki, cinayət-prosessual qanunvericiliyinin, o cümlədən CPM-nin 419-cu maddəsinin tələblərinə və mənasına görə, kassasiya instansiyası məhkəməsi CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birini və ya bir neçəsini (apellyasiya instansiyası məhkəməsinin hökmünün və ya qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün müəyyən edilmiş əsaslar) aşkar etsə belə, məhkum olunmuş şəxsin vəziyyətinin hansısa şəkildə ağırlaşdırılması, məsələn onun əməlinin təqsirli bilindiyi CM-nin müvafiq maddəsindən daha ağır cinayətə görə məsuliyyət nəzərdə tutan maddə ilə tövsif edilməsi və ya ona təyin olunmuş cəzanın ağırlaşdırılması, yaxud nəzərə alınmamış cəzanı ağırlaşdıran halların nəzərə alınması, yaxud da təmin olunmamış mülki iddianın təmin edilməsi və sair belə məsələlərin kassasiya şikayətinə və ya kassasiya protestinə məhkəmə baxışı nəticəsində həll olunmasına dair qərar qəbul etmək səlahiyyətində deyil və bu kimi hallarda kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin hökmünün və ya qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi haqqında qərar qəbul edir. Qanunvericiliyin göstərilən tələbi isə ona dəlalət edir ki, kassasiya kollegiyası zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətində onun irəli sürdüyü tələbə uyğun olan qərar qəbul edə bilməz və m əhkumun barəsində onun vəziyyətini pisləşdirən qərarın qəbul edilməsi zərurəti müəyyən edildiyi halda apellyasiya instansiyası məhkəməsinin iş üzrə yekun qərarı ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin olunmalıdır. Bununla belə, CPM-nin 419.12.5-ci maddəsinin tələblərinə əsasən, kassasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edildikdə və iş yeni apellyasiya baxışına təyin edildikdə belə məhkəmə apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini qabaqcadan həll edə bilməz. Kassasiya müraciəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, faktları müəyyən edən məhkəmələr iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclasl arında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni Məhkum ifadələri ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə və işə əlavə edilmiş sənədlərə əsaslanaraq, CPM-nin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkumun əməlini CM-nin 178.1-ci maddəsi ilə düzgün tövsif etmişlər. Kassasiya şikayətinin məzmunundan görünür ki, iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Məhkum təqsirinin sübuta yetirilməsi və onun əməlinin hüquqi tövsifi kimi məsələlər zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən mübahisələndirilmədiyindən məhkəmə kollegiyası bu məsələlərin müzakirə edilməsinə ehtiyac görmür və həmin şikayətin dəlillərinə cavab verilmsi üçün əvvəla qeyd edir ki, cinayət qanunvericiliyinin tələblərinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə əməlləri törətmiş şəxs CM-nin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilir və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalarındırılır. Göründüyü kimi, CM-nin 15.2-ci maddəsinə əsasən Məhkum təqsirli bilinərək məhkum olunduğu, CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyas ına aiddir, həmin maddənin sanksiyasında isə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı digər alternativ cəzalar, o cümlədən azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, o cümlədən iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarını cinayət qanunvericiliyinin tələbləri ilə müqayisəli şəkildə yoxladıqda Məhkum barəsində seçilmiş cinayət hüquqi tədbirin yüngül olmasına dair kassasiya şikayətində göstərilən dəlillərin və həmin dəlillərə əsasən irəli sürülmüş tələbin qəbuledilməz olmasını müəyyən edir, məhkuma təyin olunmuş cəzanın – 8 (səkkiz) ay 2 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının yüngül hesab edilməsi və buna görə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması üçün isə əsaslar görmür. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət qanununun bu normasının mənasına görə, sanksiyasında alternativ cəzalar, yaxud da bir növ cəzanın aşağı və yuxarı hədləri müəyyən edilən CM-nin Xüsusi hissəinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxsin barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edə n məhkəmə çıxardığı hökmdə və ya qəbul etdiyi digər yekun məhkəmə aktında alternativ cəzalardan daha ağırını və ya nəzərdə tutulmuş cəzanın yuxarı həddində cəzanın təyin edilməli olmasını cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, cəzanın məqsədindən, təqsirləndirilən şəxsi xarakterizə edən məlumatlardan, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallardan, habelə işin digər hallarından çıxış edərək əsaslandırmalı və yalnız bundan sonra cəza təyini ilə bağlı müvafiq nəticəyə gəlməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən kassasiya qaydasında baxılmış işlərin təhlili göstərir ki, məhkəmələr baxdıqları işlər üzrə qəbul etdikləri yekun məhkəmə aktlarında, bir qayda olaraq, təqsirləndirilən şəxsə onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ağır cəzanın təyin edilməsinin mümkünsüzlüyünü deyil, daha yüngül cəzanın təyin edilməsinin məqsədə uyğunluğunu əsaslandırmağa çalışırlar, lakin CMnin 58.1-ci maddəsinin ikinci cümləsinin tələbləri baxımından heç bir əsaslandırma aparmırlar. Məhkəmə kollegiyası isə hesab edir ki, cəza təyin edilməsi hissəsində məhkəmənin hökmü (qərarı) o halda qanuni və əsaslı, təyin edilmiş cəza isə - ədalətli və qanuni hesab edilə bilər ki, bununla bağlı nəticə yuxarıda göstərilən qaydada, yəni CM-nin 58.1-ci maddəsinin bütövlükdə tələb etdiyi kimi əsaslandırılmış olsun. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, hab elə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanununda cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanı ağırlaşdıran hallar isə - CM-nin 61.1.1 və 61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Eyni zamanda CM-nin 59.2-ci maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 fevral 2012-ci il tarixli Qərarında göstərilir ki, CM-nin 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsi ndən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə, məhkum barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən apellyasiya instansiyası məhkəməsi düzgün olaraq törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, şəkərli diabet xəstəliyindən əziyyət çəkməsini, zərərçəkmiş şəxsə 2950 manat məbləğində dəymiş ziyanın yarısının (1500 manat) ödənilməsinə cəhd göstərməsini yüngülləşdirən hallar kimi qiymətləndirib həm bu halları, həm də cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almış və b u halların məcmusuna uyğun olaraq məhkuma onun təqsirli bilindiyi CM-nin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasından nisbətən yüngül cəzanın - azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini həm qanuni, həm də ədalətli hesab etmişdir. Kassasiya şikayətində göstərilən dəlillərlə bağlı məhkəmə kollegiyası həmçinin qeyd etməyi lazım bilir ki, cinayət törətmiş şəxs barəsində daha sərt cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı ağırlaşdıran hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud da məhkəmənin istinad edərək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi hallar şəxsin törətdiyi cinayətin ictmai təhlükəlilik dərəcəsini azaldan və bilavasitə cinayət törətmiş şə xsin özünün şəxsiyyətini səciyyələndirən hallara aid olmasın. Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, zərərçəkmiş şəxs həmin şikayətində bu məsələlərlə bağlı heç bir dəlil irəli sürməmiş və hər hansı əsaslandırma aparmamışdır. Zərərçəkmiş şəxs öz kassasiya şikayətində bildirir ki, Məhkum tərəfindən ona dəymiş ziyanın ödənilməsi ilə bağlı ödənişlər etmək təklif edilməmişdir. Lakin apellyasiya instansiyası məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli yekun baxış protokolundan görünür ki, sədrlik edən hakimin zərər çəkmiş şəxsə ödənişlərin edib-edilməməsi ilə bağlı sualına cavab olaraq Məhkum bildirmişdir ki, o, Zərərçəkmiş şəxs hal-hazırda nağd şəkildə 1500 manat məbləğində pulu ödəməyə hazırdır, zərərin qalan hissəsini tədricən hissə-hissə ödəyəcəyini vəd edir, lakin Zərərçəkmiş şəx s 1500 manatı qəbul etməkdən imtina edərək vurulmuş zərərin bir dəfəyə və bütövlükdə ona ödənilməsini tələb edir ki, buna da onun maddi imkanı yoxdur. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsinin cəzanın təyin edilməsnə təsir edən və cəzanı yüngülləşdirən hallar kmi qiymətləndirdiyi halların düzgün nəzərə aldığını və həmin məhkəmə tərəfindən CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün isə əsasların olmadığını göstərir. Belə olan halda məhkəmə kollegiyası Məhkum yüngül cəzanın təyin edilməsi və həmin cəzanın ağırlaşdırılmalı olması barədə kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və ape llyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi şərti ilə (CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş əsasla) həmin şikayətin təmin edilməsini mümkün bilmir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının və Məhkum çıxışlarını dinləyərək məhkəmə kollegiyası hesab edir ki, Zərərçəkmiş şəxs kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 oktyabr 2020-ci il tarixli qərarı isə kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cin ayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 oktyabr 2020-ci il tarixli qərarı Zərərçəkmiş şəxs kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar