Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-688/2023 06.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-370/2021 nömrəli, 16 dekabr 2021-ci il tarixli qərarından məhkumlar Məhkum1 və Məhkum3 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum1 10 dekabr 1969-cu il tarixdə Ağdaş rayonunun Movdut kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 yaşamışdır.
2. Məhkum3 xx xxx 1979-cu il tarixdə Ağdaş rayonunun Ləki kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 2 yaşamışdır. 3. 14 yanvar 2021-ci il tarixli ittiham aktına görə Məhkum1 və Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 234.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmi şdir. 4. 28 yanvar 2021-cu il tarixdə Şəki Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum1 və Məhkum3 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
5. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum1, Məhkum3 və Məhkum2 satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək həmin narkotik vasitənin istintaqa bəlli olmayan bir hissəsini Naftalan rayon sakini Şahid2, bir hissəsini isə şəxsiyyətləri istintaqa bəlli olmayan şəxslərə satmaq və əldə etdikləri gəliri öz aralarında bölmək üçün qabaqcadan razılaşaraq əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girmiş, aralarında olan razılaşmaya, ü mumi cinayətkar niyyətə və vəzifə bölgüsünə uyğun olaraq Məhkum1 tərəfindən Məhkum2 verilən sifariş əsasında sonuncunun istintaqa məlum olmayan mənbədən əldə etdiyi narkotik vasitə olan qurudulmuş marixuananı ondan götürüb sifarişçiyə çatdırmaq və əldə etdiyi pulun 500 manatını Məhkum2 göndərmək üçün xx.xx.2020-ci il tarixdə saat 17 radələrində Məhkum3 taksi fəaliyyəti ilə məşğul olan tanışları Şahid1 idarə etdiyi «Kia Sephia» markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Məhkum2 yaşadığı Yevlax rayonu, Qaraoğlan kəndinə getmiş, Məhkum3 Şahid1 idarə etdiyi avtomobillə həmin tarixdə saat 17 radələrində Məhkum2 yaşadığı Yevlax rayonu, Qaraoğlan kəndinə gedib orada bir ədəd şəffaf sellofana qablaşdırılmış, təmiz çəkisi 79,33 qram çətənə bitkisindən kustar üsülla hazırlanmış narkotik vasitə olan - qurudulmuş marixuananı qanunsuz olaraq satış məqsədi ilə alıb sərnişin qismində əyləşdiyi Şahid1 avtomobilinin sağ qabaq oturacağının ayaq altında gizlətməklə orada saxlayıb özü ilə daşımış, xx.xx.2020-ci il tarixdə saat 18 radələrində Mingəçevir Şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, H.Əliyev prospekti Kür komputer zavodunun yaxınlığında yerləşən avtomobil təmiri sexinin yanında Şahid1 məxsus avtomobil saxlanılaraq Mingəçevir Şəhər Polis Şöbəsinin həyətinə gətirilib, həmin avtomobilə baxış keçirilən zaman ümumi təmiz çəkisi 79,33 qram miqdarda narkotik vasitə qurudulmuş marixuana avtomobilin sağ qabaq oturacağının ayaq altından aşkar edilərək götürülmüşdür.
6. Şəki Ağır Ci nayətlər Məhkəməsinin 1(091)-89/2021 nömrəli, 29 iyul 2021-ci il tarixli hökmü ilə: Məhkum1 Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 13 sentyabr 2020-ci il tarixdən hesablanması; Məhkum3 Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 13 sentyabr 2020-ci il tarixdən 15 sentyabr 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətinin ona təyin olunan cəzadan çıxılmaqla üzərində 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzasının saxlanılması, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 29 iyul 2021-ci il tarixdən hesablanması hökm edilmiş, hökmlə maddi sübutlara və məhkəmə məsrəflərinə dair məsələlər də həll edilmişdir.
7. Həmin hökmlə həmçinin Məhkum2 təqsirli bilinərək məhkum edilmişdir.
8. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxs Məhkum1 apellyasiya şikayəti verib, ona və digər təqsirləndirilən şəxs Məhkum3 təyin edilmiş cəzanın daha yüngül cəza ilə əvəz edilməsini xahiş etmişdir.
9. Hökmdən təqsirləndirilən şəxs Məhkum1 müdafiəçisi Müdafiəçi4 apellyasiya şikayəti verib, hökmün ləğv edilməsini, məhkəmə Məhkum1 əməlinin Azərbaycan Respubli kası CM-nin 234.4.1-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməklə sonuncuya Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi barədə hökmün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayət belə əsaslandırılmışdır ki, Məhkum1 əldə etmək istədiyi narkotik vasitəni özü üçün istifadə etmək istəmiş, həmin narkotik vasitəni kiməsə satmaq fikrində olmamışdır. Eyni zamanda, Məhkum1 Məhkum2 ona verdiyi narkotik vasitənin satışı barədə həm onunla, həm də qeyri şəxslə qabaqcadan heç bir razılığa gəlməmiş, narkotik vasitənin satışından mənfəət əldə etməmişdir. X9 Cinayətlər Məhkəməsi bu halların heç birini araşdırmamış, ibtidai istintaq orqanının verdiyi ittiham əsasında ona cəza təyin etmişd ir.
10. Hökmdən təqsirləndirilən şəxs Məhkum3 apellyasiya şikayəti verib, ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi və cəzasının şərti tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-370/2021 nömrəli, 16 dekabr 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-89/2021 nömrəli, 29 iyul 2021-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
12. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından məhkumlar Məhkum1 və Məhkum3 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri, etirazlar
13. Məhkum1 kassasiya şikayətində törətdiyi əməlin tövsifinin Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə dəyişdirilməsini və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddində cəzalanması barədə qərar qəbul edilməsini xahiş edir.
14. Məhkum3 kassasiya şikayətində ona təyin edilmiş cəzanın daha yüngül cəza ilə əvəz edilməsini xahiş edir.
15. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
16. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
17. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predme tini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
18. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-pr osessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
19. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
20. Məhkumlar Məhkum1 verdiyi kassasiya şikayətində törətdiyi əməlin tövsifini mübahisələndirməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.15-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtlənd irən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
21. Məhkum3 verdiyi kassasiya şikayətində ona təyin edilən cəzanı mübahisələndirməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdilər.
22. Odur ki, məhkəmə kollegiyası hər iki kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərin dəlilləri ilə əlaqəli şəkildə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-370/2021 nömrəli, 16 dekabr 2021-ci tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
23. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CMnin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
24. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
25. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəs inin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması nı, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).
27. Şərh edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum1 əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.
28. Belə ki, ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat dövründə tədqiq edilmiş sübutlar ha zırda mübahisələndirilən qərarda apellyasiya instansiyası məhkəməsi tərəfindən istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha araşdırılmış, məhkəmə haqlı olaraq hesab etmişdir ki, Məhkum1 Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkumların özlərinin, digər məhkum edilmiş şəxs Məhkum2 və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və işdə olan digər sübutlarla tam sübuta yetirilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü yoxlayıb sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bi r pozuntu aşkar etməmiş, Məhkum1 hazırki qərarın işin hallarına aid hissəsində təsvir edilmiş hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsinin dispozisiyasından, eləcə də Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Azərbaycan Respublikası CM-nin ittiham edildiyi maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
30. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə gəldiyi nəticə Məhkum1 və onun müdafiəçisinin apellyasiya şikayətlərində irəli sürdükləri dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyekt iv araşdırılmasına, apellyasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum1 cinayət əməlinin hüquqi tövsifi barədə apellyasiya instansiyası məhkəməsinin qənaətini şübhə altına almaq üçün əsas görmür.
31. Məhkəmə kollegiyası həmçinin Məhkum3 kassasiya şikayətinin ona yüngül cəzа təyin edilməsi ilə bağlı dəlillərini müzakirə edərək, məhkəmələrin həmin məsələyə aid mövqeyi ilə razılaşır və hesab edir ki, onların bu hissədə qəbul etdiyi qərar maddi və prosessual cinayət-hüquqi normalarına uyğundur. Məhkəmələr Məhkum3 cəza təyin edərkən törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən hal kimi onun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və qadın olmasını, həmçinin cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının ən aşağı həddində cəza müddəti seçməklə cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Cinayət Məcəlləsinin 8, 41.2, 58.3cü maddələrinin tələblərinə tam riayət etmişlər. Məhkəmə kollegiyası Məhkum3 barəsində yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.
32. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsipləri ilə uzlaşan, ağlabatan müddətlərdə keçirilmiş, məhkumlara müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci m addəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
33. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, hər iki kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-370/2021 nömrəli, 16 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkumlar Məhkum1 və Məhkum3 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-370/2021 nömrəli, 16 dekabr 2021-ci il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.