Məhkəmə qərarları › İş №1(102)-689/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-689/2023

06.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-689/2023 06.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-514/2022 nömrəli, 06 oktyabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxx 1975-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işsiz, məhkumluğu olan, ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla Bakı şəhəri, “Çermet” qəsəbəsində yaşamışdır. 2. 05 may 2022-ci il tarixli ittiham aktına əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 234.4.3-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir ona görə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən tamah və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 2,642 qram kustar üsulla hazı rlanmış psixotrop maddə olan metamfetamin, ümumi təmiz çəkisi 1,633 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən tiryək və təmiz çəkisi 1,559 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini əldə edib üzərində daşımaqla saxlamış, 25 yanvar 2022-ci il tarixdə, saat 13:40 dəqiqədə Göygöl rayonu, Çaylı kəndi ərazisində tanışı Şahid4 Zülfüqar oğlunun idarə etdiyi “VAZ 21099 minik” markalı, 66BM626 dövlət qeydiyyat nişanlı avtomobildə yolun kənarında dayanıb narkotik vasitə qəbul edən zaman həmin ərazidə xidmətdə olan Göygöl rayon polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin əməkdaşlarının ona yaxınlaşmasını görüb avtomobildən düşərək üzərində qanunsuz olaraq satış məqsədi ilə daşıyaraq saxladığı iki ədəd iç-içə vəziyyətdə olan sellofan bükümlərdə təmiz çəkisi 1,559 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, iki ədəd mavi rəngli sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,843 qram, 0,790 qram ümumi təmiz çəkisi 1,633 qram çəkidə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək, iki ədəd ağ rəngli sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,381 qram, 2,261 qram ümumi təmiz çəkisi külli miqdar hesab edilən 2,642 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini yerə ataraq ərazidən qaçmağa cəhd etmiş, lakin polis əməkdaşları tərəfindən saxlanılaraq iştirakı ilə onun üzərindən yerə atdığı həmin narkotik vasitələr və psixotrop maddə aşkar edilərək götürülmüşdür. 3. 19 may 2022-ci il tarixdə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hazırlıq ic lasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 2,642 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini, ümumi təmiz çəkisi 1,633 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən tiryəki və təmiz çəkisi 1,559 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini əldə edib üzərində daşımaqla saxlamışdır. 25 yanvar 2022-ci il tarixdə, saat 13:40 dəqiqədə o, Göygöl rayonu Çaylı kəndi ərazis ində tanışı Şahid4 Zülfüqar oğlunun idarə etdiyi “VAZ 21099 minik” markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobildə yolun kənarında dayanıb narkotik vasitə qəbul edən zaman həmin ərazidə xidmətdə olan Göygöl rayon polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin əməkdaşlarının ona yaxınlaşmasını görüb avtomobildən düşərək üzərində daşıyaraq saxladığı iki ədəd iç-içə vəziyyətdə olan sellofan bükümlərdə təmiz çəkisi 1,559 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, ümumi təmiz çəkisi 1,633 qram çəkidə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki, ümumi təmiz çəkisi 2,642 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini yerə ataraq ərazidən qaçmağa cəhd etmiş, lakin polis əməkdaşları tərəfindən saxlanılaraq onu n iştirakı ilə yerə atdığı həmin narkotik vasitələr və psixotrop maddə aşkar edilərək götürülmüşdür.

5. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-281/2022 nömrəli, 22 iyun 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 25 yanvar 2022-ci il tarixdən hesablanması hökm edilmiş, hökmlə həmçinin maddi sübutlara və məhkəmə məsrəflərinə dair məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı apellyasiya protesti verərək hökmün ləğv edilməsini, təqsirləndirilən şəxs Məhkum Azərb aycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməklə ona həmin maddənin sanksiyası həddində cəza təyin olunması barədə yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Dövlət ittihamçısı apellyasiya protestini onunla əsaslandırmışdır ki, Məhkum aşkar edilmiş metamfetaminin miqdarı şəxsi istehlak miqdarından təxminən 18 dəfə, külli miqdardan isə 1,3 dəfə, heroinin miqdarı şəxsi istehlak miqdarından 10 dəfə, tiryəkin miqdarı şəxsi istehlak miqdarından təxminən 3 dəfə çox olması, həmin narkotik vasitə və psixotrop maddənin 2 ədəd bükümlərə ayrılması, müxtəlif növdə olması, Məhkum işsiz olub əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı məhkum olunması, qeydiyyatda olduğu və faktiki yaşadığı ərazidən kənarda - Göygöl rayonu ərazisində polis əməkdaşları tər əfindən ifşa olunması, metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əziyyət çəkməsi və psixotrop maddənin və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı məhkəmənin gəldiyi nəticələrin əsassız olduğunu təsdiq edir.

7. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-514/2022 nömrəli, 06 oktyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-281/2022 nömrəli, 22 iyun 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Kassasiya protestinin dəlilləri ilə apellyasiya protestinin dəliləri eynidi r, dövlət ittihamçısı onları təkrarlamaqla qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi əsassız olaraq işin faktiki hallarına uyğun gəlməyən qərar qəbul etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun tövsiyələrini nəzərə almadan, işdə olan satışa dair sübutları digər sübutlarla qarşılıqlı müqayisə edib yoxlamadan və bir sübutun qəbul, digərinin təkzib edilməsinin motivlərini göstərmədən Məhkum əməlini Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təsdiq etmişdir. Qeyd edilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 143-146-cı maddələrinin tələblərinin pozuntusu kimi qəbul etməklə, Məhkəmə k ollegiyasından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-514/2022 nömrəli, 06 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi xahiş edilir.

10. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların düzgün qiymətləndirilmədiyini, nəticədə Məhkum törətdiyi əməlin hüquqi tövsifində səhvə yol verildiyini iddia edərək, kassasiya xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

16. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-514/2022 nömrəli, 06 oktyabr 2022-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.

17. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Res publikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.

18. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o ha lda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).

19. Məhkəmə kollegiyası kassasiya protestində göstərilən dəlilləri nəzərdən keçirərək qeyd edir ki, onlar apellyasiya protestində qaldırılan iddialardan fərqlənmir, kassasiya protestinin müəllifi apellyasiya instansiyası məhkəməsinin qərarında müəyyən edilən və hazırda mübahisələndirilən nəticələri təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etmir və həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmır. Məhkəmə kollegiyası bu halı kassasiya protestinin əsassız olduğuna dəlalət edən kimi qəbul edir və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarında kassasiya protestində mübahisələndirilən məsələlərə dair müvafiq ətraflı ə saslandırma verilmişdir. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr protest müəllifinin dəlillərinin obyektiv araşdırılmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların və formalaşmış məhkəmə təcrübəsinin düzgün təfsirinə əsaslandığından, kassasiya protestində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin yekun qənaətini şübhə altına almaq üçün əsas görmür. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya protestində qeyd ed ilən mahiyyətcə eyni dəlillər üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.

20. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesi ədalət mühakiməsinin prinsiplərinə uyğun keçirilmiş, faktları araşdırıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və qanuni yekun qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndiri lən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

21. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-514/2022 nömrəli, 06 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Təsvir edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-514/2022 nömrəli, 06 oktyabr 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar