Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-689/2024 06.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim İmanovun iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 dekabr 2022-ci il tarixli qə rarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Novruz Kərimov (sədrlik edən və məruzəçi), Rasim Sadıxov və Azər Paşayev) 27 iyul 2022-ci il tarixli 1(101)-918/2022 nömrəli hökmü ilə 08 iyul 1990-cı ildə Abşeron rayonu, Məmmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Abşeron Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 1 (bir) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Abşeron rayonu, Məmmədli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bu ndan sonra CM-in) 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 6 (altı) il 2 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Rəhimov X1 Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzanın çəkilməmiş hissəsi 10 ay 4 gün hissəsi Azərbaycan Respublikası CM-in nəzərə 68.1.1-1-ci maddəsinə əsasən, 5 ay 2 gün azadlıqdan məhrumetmə cəzası ilə əvəzləşdirilib Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsi əsasında təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 6 il 6 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 12 dekabr 2021-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhk um 12 dekabr 2021-ci il tarixdə Bakı şəhərində başqa mənbədən, satış məqsədilə qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 4,564 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, həmin tarixdə də o, 12 dekabr 2021-ci il tarixdə saat 07 radələrində ünvan 1 ünvanının yaxınlığında Sabunçu RPİ-in Cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb, Sabunçu RPİ-nin 12-ci polis şöbəsinə gətirilərək, üzərində keçirilən şəxsi axtarış zamanı, onun əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd sellofan bükümün içərisində saxladığı təmiz çəkisi - 4,564 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər H əsən Əhmədov (sədrlik edən və məruzəçi hakim), Habil Məmmədov və İlqar Murquzov) 08 dekabr 2022-ci il tarixli 1(103)-1860/2022 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 iyul 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamışdır. Məhkumun Məhkum kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 dekabr 2022-ci il tarixli, 1(103)-1860/2022 nömrəli qərarının dəyişdirilərək, əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edilməsi və həmin maddənin sanksiyasında daxilində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkuym Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhk əməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, ittiham olduğu cinayət işi üzrə qeyd olunan narkotik vasitənin öz şəxs istehlakı üçün əldə etməsini ibtidai istintaq dövründə bildirmiş və qeyd olunan narkotik vasitənin başqa məqsədlə saxlamasını, istintaq oranı və məhkəmə tərəfindən heç bir əsaslı dəlillə sübuta yetirilmir. Apelyasiya məhkəməsinin barəsində çıxarmış olduğu qərar birinci instansiya məhkəməsinin hökmü ilə eyni məzmunlu və şablon sözlər əsasında çıxarılmışdır. Həmçinin, məhkəmə icraatı zamanı heç bir istintaq araşdırması aparılmamış, hal şahidləri dindirilməmişdir. Eləcə də, barəsində çıxarılmış hökm və qərarda cinayət əməli düzgün tövsif olunmamış, iş üzrə mövcud olan yüngülləşdirici hallar nəzərə alınmamışdır. O, həbs olunmamışdan bir müddət öncə narkotik vasitələrdən arada bir istifadə etmişdir. Lakin, narkotik vasitələrdən asılılığı olmamışdır. Sonuncu dəfə narkotik vasitə almağa imkanı olduğuna görə 4 qram almış və polis əməkdaşları tərəfindən saxlanılmışdır. O, səmimi etiraf etmişdir ki, narkotik vasitəni öz şəxsi istifadəsi üçün əldə etmişdir. Aparılan istintaq araşdırmaları zamanı onda aşkarlanan narkotik vasitəni başqa məqsədə saxlaması sübuta yetirilməyib.Himayəsində iki azyaşlı övladı, qoca yaşlarında olan xəstə ata-anası var. Ailədə fiziki işlə məşğul olan tək, qazanc gətirən tək üzvü odur. Ailəsinin sosial rifahi çox aşağıdır, onun göstərə biləcəyi köməkliyinə çox böyük ehtiyac var. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstə rilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini b ildirir. Məhkumun Məhkum kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkəmələr işin halları tam araşdırmamış, onun əməlini əsassız olaraq Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif etmişdir. Məhkumun fikrincə onun əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən görünür ki, həmin maddə ilə cinayət məsuliyyəti qanunsuz olaraq külli miqdarda narkoti k vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, daşıma və göndərmə ilə əlaqədar hərəkətlərin satış məqsədi ilə törədildiyi halda yaranır. Göründüyü kimi “satış məqsədi” və “külli miqdar” CM-in 234.4.3-cü maddəsinin cinayət tərkibində zəruri əlamətlər kimi çıxış edir. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmələr cinayət işi üzrə toplanmış sübutları məhkəmə iclasında tədqiq edərək nəticəyə gəlmişlər ki, həmin sübutlarla Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, birinci instans iya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutları, yəni Məhkum özünün qismən etiraf edici ifadələri ilə yanaşı, şahidlərin ifadələrini, “şəxsi axtarış və götürmə haqqında” protokolu, məhkəməkimyəvi ekspertizasının rəyini, işdə оlаn istintaq hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq etmiş və həmin sübutlara qiymət verərək, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliyinin tam sübuta yetirilməsinə dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, “təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. İşə baxan məhkəmələr tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edilmiş işin hallarını, o cümlədən Məhkum üzərindən aşkar olunmuş narkotik vasitə heroinin külli miqdarda üzərində daşımasının hansı zərurətdən irəli gəldiyini “ağlabatan” şəkildə izah edə bilməməsini, onun istifadəsində olan mobil telefonunda narkotik maddələrinin alğısatqı il ə bağlı daxil olmuş və göndərilmiş SMS-in mətnlərinin olmasını onun narkotik vasitəni satış məqsədi ilə əldə etməsini və saxlamasını təsdiq edən hal kimi qiymətləndirmiş və buna əsasən nəticəyə gəlmişdir ki, məhkumun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cinayət işi üzrə tədqiq edilmiş sübutlara Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının tövsiyələri baxımından qiymət verərək əsaslı olaraq belə nəticə gəlmişdir ki, Məhkum üzərində aşkar edilmiş narkotik vasitə olan heroini məhz satış məqsədi ilə əldə etmiş və saxlamış, Məhkum ona istinad olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində təsbit edilən cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları və işə baxan məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlarla müqayisəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət vermiş, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilərkən qanunsuz yolla əldə edil miş sübutlardan istifadə edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və çəkişmə prinsipinə riayət edilməklə ədalətli məhkəmə araşdırması aparılmış, istər işin ibtidai istintaqı zamanı, istərsə də məhkəmə araşdırmaları zamanı məhkumun müdafiə hüququ təmin edilmişdir. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin Məhkum əməlinin tövsifinə dair gəldiyi nəticə sübutların məcmusuna və iş materiallarına uyğun olduğu üçün bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum cinayət əməli məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Odur ki, məhkə mə kollegiyası məhkumun əməlinin düzgün tövsif edilməməsi barədə kassasiya şikayətinin dəlillərini əsassız olduğundan qəbul etmir, məhkəmələrin məhkumun əməllərinin tövsifinə dar gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Bundan başqa, apelyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin Məhkum təyin etdiyi cəzanın növü və həddi ilə əsaslı və ədalətli olduğundan razılaşır. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 dekabr 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayət inin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilməməsi, mübahisələndirilən qərarın dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L İ R: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-689/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-689/2024
06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver