Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-689/2025 04.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkum - Məhkum2, Müdafiəçilər – “Pro Bono” Vəkil Bürosunun vəkili Nəsirov Hikmət Nəsir oğlunun və “Kredo” Vəkil Bürosunun vəkili Kə rimov Aqşin Əflatun oğlunun iştirakları ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 və Məhkum2 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 oktyabr 2024-cü il tarixli hökmündən Məhkum1 müdafiəçisi Kərimov Aqşin Əflatun oğlu və Məhkum2 müdafiəçisi Nəsirov Hikmət Nəsir oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 may 2024-cü il tarixli 1(099)-44/2024 nömrəli (hakimlər: Əhmədov Vüqar İkram oğlu (sədrliyi ilə), Hüseynov Nahid Nəsir oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə 7 noyabr 1984-cü ildə Beyləqan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində azyaşlı uşaqları olan, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olmuş, xxx-də qeydiyyatda olmaqla orada yaşamış Məhkum1 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə CM-in 234.4.1-ci maddəsi ilə bəraət verilmiş, Məhkum1 CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək, onun 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 67 və 68.1.1-1-ci maddələrinə əsasən bu hökm üzrə təyin edilmiş cəzaya ona Beyləqan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 1 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi, yəni 7 (yeddi) günü azadlıqdan məhrum etmənin bir gün ünə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla qismən birləşdirilərək, ona qəti cəza 3 (üç) il 3 (üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin onun tutulduğu gündən, yəni 15 iyul 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, yaşadığı ərazi narkoloji kabinetində qeydiyyata alınması və cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb olunması; 8 aprel 1992-ci ildə Beyləqan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, xxx-də qeydiyyatda olmaqla orada yaşamış Məhkum2 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcə lləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilmiş, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilərək, Bakı İstintaq Təcridxanasında dərhal həbsdən azad edilməsi, CPM-in 55-63-cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsinin mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququnun tanınması və ona izah edilməsi müəyyən edilmiş, hökmlə həmçinin, maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi həll edilmişdir. Hökmdən dövlət ittihamçısı Emin Musayev tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 oktyabr 2024-cü il tarixli 1(106)-600/2024 nömrəli (hakimlər: Əhmədov İsmayıl Həmid oğlu (sədrlik edən və məruzəçi), Həşimov Yaşar Xanoğlan oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə apellyasiya protesti təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 may 2024-cü il tarixli hökmü apellyasiya protestinə əsasən ləğv edilmiş, Məhkum1 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 15 iyul 2022-ci il tarixdən hesablanması, yaşadığı ərazi narkoloji kabinetində qeydiyyata alınması və cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb olunması, Məhkum2 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, 6 (al tı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən 8 aprel 2023-cü il tarixdən 10 may 2024-cü il tarixədək həbsdə saxlanıldığı 1 il 1 ay 2 gün həbs müddətinin təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 4 il 10 ay 28 gün azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 29 oktyabr 2024-cü il tarixdən hesablanması, dərhal məhkəmə zalından həbs edilməsi müəyyən edilmiş, maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi həll edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 dekabr 2024-cü il tarixli 1(106)-600/2024 nömrəli (hakimlər: Əhmədov İsmayıl Həmid oğlu (sədrlik edən və məruzəçi), Həşimov Yaşar Xanoğlan oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 oktyabr 2024-cü il tarixli hökmünün “Müəyyən etdi” hissəsinin ilk cümləsinin “Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 may 2024-cü il tarixli 1(099)-44/2024 saylı hökmü (sədrlik edən hakim Əhmədov Vüqar İkram oğlu)” kimi oxunması, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 oktyabr 2024-cü il tarixli hökmünün nəticə hissəsinə “Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirli bilinərək 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin.” cümləsindən sonraya “Məhkum1 hazırkı hökmlə təyin edilmiş cəzaya ona Beyləqan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Mə cəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməklə təyin edilmiş 1 il 11 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 7 (yeddi) gündən ibarət olan hissəsi, azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla 3 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib CM-in 67.1-ci maddəsinə əsasən həmin cəza hazırkı hökmlə təyin edilmiş cəza ilə tam birləşdirilərək Məhkum1 7 (yeddi) il 3 (üç) gün müddətə azadlıqdan məhrum etmə qəti cəzası təyin edilsin.” cümləsinin əlavə edilməsi müəyyən edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 oktyabr 2024-cü il tarixli hökmündən Məhkum1 müdafiəçisi Kərimov Aqşin Əflatun oğlu və Məhkum2 müdafiəçisi Nəsirov Hikmət Nəsir oğlu tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən Məhkum1 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham irəli sürülmüşdür, ona görə ki, o, 2022-ci ilin təxminən iyul ayının ortalarında qəsdən tamah niyyəti ilə, yəni qazanc əldə etmək üçün tanışı Məhkum2 ilə satış məqsədilə qanunsuz olaraq narkotik vasitənin və külli miqdarda psixotrop maddənin Beyləqan şəhərinə gətirilərək şəxsiyyəti istintaqa məlum olmayan şəxsə satılması barədə razılaşaraq cinayət əlaqəsinə girib, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək aralarında olan razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq içərisində istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən Məhkum2 qanunsuz olaraq satış məqsədilə əldə etdiyi istintaqa məlum olmayan miqdarda narkotik vasitə olan qurudul muş marixuana və külli miqdarda psixotrop maddə metamfetamin olan bir ədəd bağlama Məhkum2 tərəfindən 15 iyul 2022-ci il tarixdə istintaqa məlum olmayan vaxtda Bakı şəhərindən Şahid5 vasitəsilə sonuncunun idarə etdiyi “Great-Wall C-30” markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Beyləqan şəhərinə göndərilmiş, Məhkum1 Beyləqan şəhəri, Magistral küçəsində Şahid5la görüşüb, həmin bağlamanı əldə edərək qanunsuz olaraq daşıyıb XXX-də yerləşən yaşadığı evin yataq otağında gizlətmiş, 15 iyul 2022-ci il tarixdə, saat 19 radələrində Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum1 Beyləqan şəhəri, Sərdar İmrəliyev küçəsi ərazisində saxlanılaraq onun XXX-də yerləşən yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman həmin ev in yataq otağındakı güzgülü şkafın üzərindən onun Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə edərək şəxsiyyəti istintaqa məlum olmayan şəxsə satılması üçün aldığı 4 ədəd şəffaf rəngli sellofan bükümdə ayrı-ayrılıqda çəkiləri 0.566 qram, 0.626 qram, 0.684 qram, 0.737 qram olmaqla ümumi təmiz çəkisi 2,613 qram olan külli miqdarda kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin və 1 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 7,66 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Eyni zamanda ibtidai istintaq orqanı tərəfindən Məhkum2 CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham irəli sürülmüşdür, ona görə ki, o, 2022-ci ilin təxminə n iyul ayının ortalarında qəsdən tamah niyyəti ilə, yəni qazanc əldə etmək üçün tanışı Məhkum1 ilə satış məqsədilə qanunsuz olaraq narkotik vasitənin və külli miqdarda psixotrop maddənin Beyləqan şəhərinə gətirilərək şəxsiyyəti istintaqa məlum olmayan şəxsə satılması barədə razılaşaraq cinayət əlaqəsinə girib, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək aralarında olan razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq içərisində istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədilə əldə etdiyi istintaqa məlum olmayan miqdarda narkotik vasitə olan qurudulmuş marixuana və külli miqdarda psixotrop maddə metamfetamin olan bir ədəd bağlamanı 15 iyul 2022-ci il tarixdə istintaqa məlum olmayan vaxtda Bakı şəhərindən Şahid5 vasitəsilə sonuncunun idarə et diyi “Great Wall C-30” markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Məhkum1 verilməsi üçün Beyləqan şəhərinə göndərmiş, Məhkum1 Beyləqan şəhəri, Magistral küçəsində Şahid5la görüşüb, həmin bağlamanı əldə edərək qanunsuz olaraq daşıyıb XXX-də yerləşən yaşadığı evin yataq otağında gizlətmiş, 15 iyul 2022-ci il tarixdə, saat 19 radələrində Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum1 Beyləqan şəhəri, Sərdar İmrəliyev küçəsi ərazisində saxlanılaraq onun XXX-də yerləşən yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman həmin evin yataq otağındakı güzgülü şkafın üzərindən onun Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə edərək şəxsiyyəti istintaqa məlum olmayan şəxsə s atılması üçün göndərdiyi 4 ədəd şəffaf rəngli sellofan bükümdə ayrı-ayrılıqda çəkiləri 0.566 qram, 0.626 qram, 0.684 qram, 0.737 qram olmaqla ümumi təmiz çəkisi 2,613 qram olan külli miqdarda kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin və 1 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 7,66 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Aşağı instansiya məhkəmə kollegiyaları isə yuxarıda qeyd olunmuş nəticələrə gəlmişdirlər. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum1 müdafiəçisi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, istintaq orqanı və Şirvan Apellyasiya Məhkəməsi tərəfindən Məhkum1 əməli düzgün tövsif edilməmiş, məhkəmənin gəldiyi nət icə işin faktiki hallarına uyğun olmamış, məhkəmənin gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilməmiş, Məhkum1 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyini təsdiq edən sübutlar olmadığı halda, Şirvan Apellyasiya Məhkəməsi gəldiyi nəticəni yalnız və yalnız ehtimallarla əsaslandırmışdır. Prosessual qanunvericiliyin müvafiq müddəalarında hər hansı şəxsin cinayətin törədilməsində təqsirliliyinin mötəbər sübutlarla və həmin mötəbər sübutların məcmusu ilə təsdiq olunması mütləq şərt kimi göstərilmişdir. Lakin hazırkı cinayət işi üzrə prosessual qanunvericiliyin həmin müddəasının tələbi pozulmuş, qeyd olunan hökm cinayət prosessual qanunvericiliyinin təməl prinsiplərindən olan təqsirsizlik prezumpsiyası prinsipinin pozulması ilə qəbul edilmiş və məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. Belə ki, cinayət işinin materiallarından görünür ki, Məhkum1 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsi üçün ibtidai istintaq orqanının və Şirvan Apellyasiya Məhkəməsinin istinad etdiyi sübutlar CPM-in 125-ci maddəsində sadalanan tələblərə cavab vermir. Birinci instansiya məhkəməsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 4/85 nömrəli ekspert rəyi ilə şahidlər Şahid8 və Şahid7 dindirmə protokollarının və 15 iyul 2022-ci il tarixli “baxış keçirilməsi və götürmə haqqında” protokolun istintaq orqanı tərəfindən məhkəməyədək icraat zamanı CPM-in tələbləri kobud pozulmaqla saxtalaşdırıldığı müəyyən edilmişdir. Qeyd e dilən sübutlar mötəbər sübutlar sayıla bilməz və belə sübutlar əsasında Məhkum1 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham edilə bilməz. İbtidai istintaq orqanı Məhkum1 əvvəllər psixotrop maddələr və ya narkotik vasitələrin satışı ilə məşğul olmasını, üzərindən aşkar edilmiş psixotrop maddəyə və narkotik vasitəyə münasibətdə başqa istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya satış niyyətində olmasına dair hər hansı məlumat (məsələn, istifadəsində olmuş mobil nömrəyə dair telefon danışıqları haqqında), metamfetaminin hazırlanması və çəkilib xırda bükümlərə bölünməsi üçün hər hansı avadanlıq (məsələn, elektron tərəzi) və ya digər sübut növü aşkar edə bilməmişdir. Həmçinin, cinayət işinin materiallarından görünür ki, Məhkum1 Məhkum2 və ya başqa şəxslə qabaqcadan əlbir olub narko tik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı danışıqlar aparmamış, aralarında heç bir sövdələşmə olmamış, narkotik və psixotrop maddələri satan şəxslə və ya şəxslərlə onların satışı barədə əvvəlcədən razılığa gəlməmiş və heç bir vaxt, heç kimə narkotik vasitə satmamışdır. Lakin istintaq orqanı və Şirvan Apellyasiya Məhkəməsi Məhkum1 Məhkum2 ilə əlbir olmasını təsdiq edən heç bir sübut olmadan qərar qəbul edərkən ehtimallara əsaslanmışdır. Odur ki, göstərilənlərə əsasən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 oktyabr 2024-cü il tarixli hökmünün Məhkum1 aid hissədə ləğv edilərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 may 2024-cü il tarixli hökmünün qüvvədə saxlanılmnası barədə qərar qəbul edilməsini xahiş edir. Məhkum2 müdafiəçisi kassasiya şikayətini onunla əsaslandırmı şdır ki, istintaq orqanı və Şirvan Apellyasiya Məhkəməsi tərəfindən Məhkum2 əməli düzgün tövsif edilməmiş, məhkəmənin qərarı Azərbaycan Respublikası Konstitusiyasının, CinayətProsessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarılmamışdır. Həmçinin, Şirvan Apellyasiya Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli hökmündən görünür ki, məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, məhkəmənin gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilməmiş, Məhkum2 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyini təsdiq edən sübutlar olmadığı halda, ittihamın qurama olmasına və Məhkum2 qarşı sifarişli olaraq həyata keçirilməsinə, istintaq orqanı tərəfindən sübutların saxt alaşdırılmasına baxmayaraq, Şirvan Apellyasiya Məhkəməsi gəldiyi nəticəni yalnız ehtimallarla əsaslandırmışdır. Belə ki, cinayət işi üzrə istintaq orqanının və apellyasiya məhkəməsinin əsaslandığı sübutlardan biri Beyləqan rayon polis şöbəsinin əməkdaşları - Şahid2, Şahid4 və Şahid1 şahid ifadələridir. Şahid qismində dindirilən Beyləqan RPŞ-nin əməkdaşları Şahid1, Şahid2 və Şahid4 ifadələrinin Məhkum1 evinə baxış keçirərkən aşkar edilmiş psixotrop maddə və narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələrin ona tanışı Məhkum2 tərəfindən Bakı şəhərindən X adlı taksi sürücüsü vasitəsi ilə göndərildiyini bildirməsinə dair hissəsi məhkəmə iclasında dindirilmiş digər şahidlər Şahid7, Şahid8, Şahid6 və qeyrilərinin ifadələri ilə, eləcə də təqsirləndirilən şəxs Məhkum1 ifadəsi ilə öz təsdiqi ni tapmadığına görə, həmçinin həmin polis əməkdaşlarının istintaq aparan orqanda müxtəlif vəzifələrdə fəaliyyət göstərərək vəzifə baxımından bir birindən asılı olduqlarına görə onların istintaq hərəkətləri barəsində verdikləri ifadələr ittihamın təsdiqi üçün yararlı olan mötəbər sübut olmadığından, təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübutlar kimi qəbul oluna bilməz, bu ifadələr ilə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 4/85 nömrəli ekspert rəyi ilə 15 iyul 2022-ci il tarixli “baxış keçirilməsi və götürmə aparılması haqqında” protokolda hal şahidləri Şahid8 və Şahid7 ad və soyadları qarşısında olan imzaların, eləcə də şahidin dindirilməsi haqqın da protokollarda olan imzaların və əlyazmaların Şahid7 və Şahid8 tərəfindən icra edilmədiyi müəyyən edilmişdir. Bununla da həmin 15 iyul 2022-ci il tarixli “baxış keçirilməsi və götürmə aparılması haqqında” protokol və həmin baxış və götürmə istintaq hərəkəti nəticəsində götürülmüş maddi sübutlar, yəni ümumi təmiz çəkisi 2,613 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və təmiz çəkisi 7,66 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Hesab edirəm ki, Şirvan Apellyasiya Məhkəməsi əsassız olaraq 15 iyul 2022-ci il tarixli “baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan ittiha mın sübut olunmasında istifadə etmişdir. Cinayət işinin materiallarından görünür ki, Məhkum2 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsi üçün ibtidai istintaq orqanının və apellyasiya məhkəməsinin istinad etdiyi sübutlar CPM-in 125-ci maddəsində sadalanan tələblərə cavab vermir. Qeyd edilən sübutlar mötəbər sübutlar sayıla bilməz və belə sübutlar əsasında Məhkum2 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham edilə bilməz. Həmçinin, cinayət işinin materiallarından görünür ki, Məhkum2 Məhkum1 və ya başqa şəxslə qabaqcadan əlbir olub narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı danışıqlar aparmamış, aralarında heç bir sövdələşmə olmamış, narkotik və psixotrop maddələri satan şəxslə və ya şəxslərlə onların satışı barədə əvvəlcədən razılığa gəlməmiş və heç bir vaxt, heç kimə narkotik vasitə satmamışdır. Lakin istintaq orqanı və apellyasiya məhkəməsi Məhkum2 Məhkum1 ilə əlbir olmasını təsdiq edən heç bir sübut olmadan qərar qəbul edərkən ehtimallara əsaslanmışdir. Odur ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 oktyabr 2024-cü il tarixli hökmünün Məhkum2 aid hissədə ləğv edilərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 may 2024-cü il tarixli hökmünün qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Kərimov Aqşin Əflatun oğlu çıxış edərək, sübutların ittihamı təkzib etdiyini, Məhkum1 narkotik vasitələrin satışı ilə məşğul olmasının heç cür sübuta yetirilmədiyini, evdən tapılan narkotik vasitənin isə şəxsi istifadə üçün əldə edildiyini bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Nəsirov Hikmət Nəsir oğlu kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Məhkum2 çıxış edərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətlərinin təmin edilməməsini və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 oktyabr 2024-cü il tarixli hökmünün dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azər baycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələb lərinə uyğun olaraq apellyasiya məhkəməsinin hökmünün qanuniliyini kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Verilmiş kassasiya şikayətlərində Məhkum1 və Məhkum2 barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə hökmünün kassasiya qaydasında ləğv edilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə), 416.1.6 (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlərlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 oktyabr 2024-cü il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükə li əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törə dilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən on un tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarix li Qərarı). Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci mad dələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğu n olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tələblərinə müvafiq cinayət işinin materiallarını araşdırıb, kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətləri təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 oktyabr 2024-cü il tarixli hökmü isə kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkumlar Məhkum1 və Məhkum2 verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və ps ixotrop maddələri əldə etmə, saxlama və daşıma ilə bağlı ittiham apellyasiya instansiyası məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, iş üzrə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Məhkum1 və Məhkum2 əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Verilmiş kassasiya şikayətlərində məhkumların əməllərində cinayət tərkibinin olmasını təsdiq edən sübutların müəyyən olunmadığı, əsassız olaraq təqsirli bilindikləri, müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilir. Belə ki, iş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkən Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olu nur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirərək, Məhkum1 onlara elan olunmuş ittiham üzrə cinayət əməlini törətmələri özünün istər ibtidai istintaq zamanı, istərsə də 28 iyul 2023-cü il və 24 oktyabr 2023-cü il tarixlərdə keçirilən məhkəmə iclasında vermiş olduğu ifadələri, şahid qismində dindirilmiş Şahid5, Şahid1, Şahid2, Şahid4, Şahid7 və Şahid8 ifadələri, “Baxış keçirilməsi haqqında” 15 iyul 2022-ci il tarixli protokol, “Kompleks məhkəmə-kimyəvi və məhkəmə bioloji” ekspertizanın 16 iyul 2022-ci il tarixli 18/759-760 nömrəli rəyi, məhkəmə-narkoloji ekspertinin 15 sentyabr 2022ci il tarixli 5240 nömrəli rəyi, üzləşdirmə protokolları, həmçinin iş üzrə toplanmış digər sübutlar ilə öz təsdiqini tapdığını müəyyən edir. Belə ki, təqsirləndirilən şəxs Məhkum1 ibtidai istintaq zamanı ziddiyyətli ifadələr vermiş, 17 iyul 2022-ci il tarixli ifadəsində, 15 iyul 202 2-ci il tarixdə yaşadığı ünvan 1 ünvanında yerləşən evindən aşkar edilmiş psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan qurudulmuş marixuananı ona Məhkum2 X adlı taksi sürücüsü ilə göndərdiyini, ***-***-**-** saylı mobil nömrənin Məhkum2 istifadəsində olmasını, 15 iyul 2022-ci il tarixdə saat 18 radələrində Məhkum2 ona zəng edərək içərisində narkotik vasitə olan bağlamanı ***-***-**-** nömrəli mobil nömrəsi olan taksi sürücüsü ilə göndərdiyini bildirib, həmin şəxslə əlaqə saxlayıb bağlamanı ondan götürməsini bildirdiyini, həmin gün saat 18 radələrində X adlı taksi sürücüsü ilə Beyləqan şəhəri Magistral küçəsində görüşüb, Məhkum2 göndərmiş olduğu bir ədəd bağlamanı təhvil aldığını və Məhkum2 zəng edərək göndərdiyi bağlamanı götürdüyünü bildirdiyini göstərmişdir. Cinayət işinin m ateriallarına əlavə edilmiş “Baxış keçirilməsi haqqında” 15 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Məhkum1 yaşadığı XXX-də yerləşən evə Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən baxış keçirilərkən evin yataq otağında olan güzgülü şkafın üzərindən 4 ədəd şəffaf rəngli sellofan bükümdə ayrı-ayrılıqda çəkiləri 0.73 qram, 0.82 qram, 0.74 qram, 0.73 qram olmaqla eyni tərkibli psixotrop maddə metamfetamin və 1 ədəd şəffaf rəngli sellofan bükümdə qablaşdırılmış çəkisi 9, 22 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş “Kompleks məhkəmə-kimyəvi və məhkəmə bioloji” ekspertizanın 16 iyul 2022-ci il tarixli 18/759-760 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Məhkum1 yaşadığı evin yataq otağında..psixotrop maddəyə bənzər kütlə...” sözləri yazılmış kağız paketdə 4 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi - 0,566 qram, 0, 684 qram, 0,737 qram, ümumi çəkisi -2, 613 qram olan maddələr kustar üsulla hazırlanmış, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “Məhkum1 yaşadığı evin yataq otağından.. narkotik vasitəyə bənzər kütlə..” sözləri yazılmış kağız paketdə 1 ədəd bükümdə təmiz çəkisi - 7,66 qram olan bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuanadır. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum1 və Məhkum2 təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhk əmə araşdırması zamanı müəyyən olundu ki, kassasiya şikayətlərində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, apellyasiya məhkəməsinin hökmü çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş, Məhkum1 və Məhkum2 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirliliyi barədə yekun nəticə CPMin 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid o lan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Belə ki, Məhkum1 məhkəmədə Məhkum2 tərəfindən ona hər hansı narkotik vasitə göndərilməməsi, narkotik vasitəni sosial şəbəkədən istifadə etməklə əldə etməsi, istintaq zamanı isə ilkin izahat və ifadələrində, o cümlədən üzləşdirmə zamanı narkotik vasitələrin Məhkum2 tərəfindən Şahid5 adlı taksi sürücüsü vasitəsi ilə göndərilməsinin təfsilatı barədə ətraflı ifadələr verməsi, digər bir üzləşmədə isə əksini göstərməsindən yaranmış ziddiyyəti düzgün həll etmək üçün apellyasiya baxışı zamanı Məhkum1 Məhkum2 ilə onun narkotik vasitələri göndərməsi barədə üzünə qarşı dediyi və əksinə, narkotik vasitənin onun tərəfindən göndərilmədiyini göstərdiyi üzləşmə istintaq hərəkətlərinin videogö rüntülərinə baxmışdır. Məhkəmə kollegiyası Məhkum1 Məhkum2 üzünə onun narkotik vasitə göndərməsi ilə bağlı dediklərində daha inamlı və dediklərinin birmənalı olduğunu müəyyən etmişdir. İşin faktiki hallarından görünür ki, Məhkum1 2022-ci ilin iyul ayında Məhkum2 ilə satış məqsədilə qanunsuz olaraq narkotik vasitənin və külli miqdarda psixotrop maddənin Beyləqan şəhərinə gətirilərək şəxsiyyəti məlum olmayan şəxsə satılması barədə razılaşaraq cinayət əlaqəsinə girmiş, aralarında olan razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq Məhkum2 qanunsuz olaraq satış məqsədilə əldə etdiyi qurudulmuş marixuana və külli miqdarda psixotrop maddə metamfetamini bir ədəd bağlamada 15 iyul 2022-ci il tarixdə Beyləqan şəhərinə Məhkum1 göndərmiş, sonuncu həmin bağlamanı əldə etdikdən sonra yaşadığı e vin yataq otağında gizlətmiş, həmin gün saat 19 radələrində Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum1 yaşadığı evə baxış keçirilən zaman Məhkum2 göndərmiş olduğu 4 ədəd şəffaf rəngli sellofan bükümdə ümumi təmiz çəkisi 2,613 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 1 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 7,66 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkum1 saxlandığı 15 iyul 2022-ci il tarixdən başlamaqla həmin gün yaşadığı Beyləqan şəhəri S.İmrəliyev küçəsi ev 51-də yerləşən fərdi yaşayış evinə baxış keçirilib narkotik vasitələr aşkar edilərkən verdiyi izahatında, həmin tarixdə ve rdiyi ətraflı izahatında, 16 iyul 2022-ci il tarixdə şübhəli şəxs kimi verdiyi ifadəsində, 17 iyul 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində ifadə verərkən narkotik vasitə və psixotrop maddənin Məhkum2 tərəfindən ona göndərilməsinin təfsilatı, göndərilmiş marixuananın onun özü üçün göndərilməsi, metamfetamini isə Məhkum2 sonradan deyəcəyi yerə qoymalı olması, onların hər ikisinin qiyməti, onların pulunun Məhkum2 hansı qaydada çatdırılması barədə ətraflı və eyni məzmunlu ifadələr vermişdir. Məhkum1 bu ifadələrində Məhkum2 onunla danışıqlarını ***-***-**-** saylı telefonla zəng etməklə apardığını bildirmişdir. Məhkum2 ifadələrində Məhkum1 heç bir narkotik vasitə göndərmədiyini, 15 iyul 2022-ci il tarixdə Beyləqandan Bakıya və Bakıdan Beyləqana sərnişin daşıyan taksi sürücüsü Şahid5 z əng edərək Beyləqana bağlama göndərəcəyini bildirsə də sonradan işi alınmadığı üçün bağlamanı göndərə bilmədiyini, Şahid5la və Məhkum1la görüşmədiyini bildirmişdir. Lakin Bakı şəhərindən Məhkum1 göndərilmiş bağlamanı Məhkum1 çatdırmış taksi sürücüsü Şahid5 16 iyul 2022-ci il tarixdə üzərində şəxsi axtarış aparılarkən verdiyi izahatında və həmin tarixdə şübhəli şəxs qismində verdiyi ifadəsində bağlamanı ona Məhkum2 vermiş olduğunu bildirmişdir. Bundan əlavə iş məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində 15 iyul 2022-ci il tarixdə yaşadıqları evin yataq otağından aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri əri Məhkum1 haradan və kimdən alması barədə heç bir məlumatı olmadığını, 15 iyul 2022-ci il tarixdə polis əməkdaşları yaşadıqları evə baxış keçirən zaman ****** *** saylı ev telefonlarına zəng edən şəxsin Məhkum2 deyil, başqa tanımadığı şəxs olduğunu göstərmişdir. Məhkəmələr hesab etmiş ki, şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadələri də ziddiyyətlidir və işin faktiki halları ilə uyğun gəlmir. Belə ki, ibtidai istintaq zamanı Şahid6 2 aprel 2023-cü il tarixli ifadəsində isə 15 iyul 2022-ci il tarixdə saat 19 radələrində polis əməkdaşları yaşadıqları evə baxış keçirən zaman ********* saylı ev telefonlarına zəng gəlməsi, telefona cavab verdikdə zəng edən şəxsin səsindən Məhkum2 olmasını bildiyini, göstərmişdir. Kassasiya şikayətlərinin yeni faktiki hallar müəyyən edilməsinə dair dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının h üdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracətləri olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cin ayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiə tərəflərinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətlərində gətirdikləri faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətlərində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ond an irəli gəlir ki, apellyasiya məhkəməsi qarşısında irəli sürülmüş dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlamış, eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum1 və Məhkum2 hərəkətlərində Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddələr ilə onların təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətlərində qeyd edilmiş, məhkumların aşkar edilmiş narkotik vasitələrin satışı ilə məşğul olmasını, onlarla əlaqələrinin olmasını təsdiq edən hər hansı bir sübutun olmaması barədə dəlillərini yuxarıda göstərilənlərə əsasən tamamilə əsassız hesab edir. O cümlədən, məhkuma təyin edilmiş cəzalara münasibətdə kassasiya məhkəmə kollegiyası onu qeyd edir ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. İş materiallarından görünür ki, apellyasiya instansiyas ı məhkəməsi tərəfindən Məhkum1 və Məhkum2 cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onların törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətləri, cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzaların onların ailələrinə, həyat şəraitlərinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum1 və Məhkum2 islah olunmaları məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya hökmünün ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətlərinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin hökmü əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, verilmiş kassasiya şikayətləri isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum1 müdafiəçisi Kərimov Aqşin Əflatun oğlu və Məhkum2 müdafiəçisi Nə sirov Hikmət Nəsir oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 və Məhkum2 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 oktyabr 2024-cü il tarixli hökmü kassasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-689/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-689/2025
04.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver