Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-69/2020 19.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun iştirakı ilə xx xxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Cüdo idman növü üzrə məşqçi-müəllim işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hal hazırda həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 126.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2018-ci il tarixli hökmü ilə (hakimlər: E.Ə.Mikayılov (sədrlik edən), Ə.M.Abasov və M.M.Ağalarov) Təqsirləndirilən şəxs –Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək,04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CMnin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkk iz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının xx xxx 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə (hakimlər: F.A.Qasımov (sədrlik edən), S.A.Mirzəyev və E.Y.Şamayev) verilmiş apellyasiya şikayəti təmin edilmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2018-ci il tarixli hökmü dəyişdirilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 04 (dörd) ildən 03 (üç) ilə endirilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs xx xxxxxxx 2017-ci il tarixdə yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 105\35 saylı binanın həyətində idarə etdiyi özünə məxsus «BMW» markalı **-EH-*** qeydiyyat nişanlı avtomobilini qonşuluqda yaşayan Zərərçəkmiş şəxs həyətdə dayanmış “X3” markalı **-ZZ-*** qeydiyyat nişanlı avtomobilin arxasında saxlayıb onun hərəkətinə müvəqqəti çətinlik yaratdığı üçün bununla bağlı aralarında yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs sağ əli İlə yumruqla Zərərçəkmiş şəxs sol alın nahiyəsinə bir dəfə qəsdən vuraraq, ona b urun sümüyünün yerdəyişən sınığı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarət, əvvəlcədən özünə məxsus avtomobildən götürdüyü, küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşicikəsici xassəyə malik istintaqda müəyyən edilməmiş bıçaqla Zərərçəkmiş şəxs vuraraq ona alnının sol yan səthinin bir ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vuran xəsarət və Zərərçəkmiş şəxs döş qəfəsinin sol ön-yan səthindən vuraraq ona qarın boşluğuna nüfuz edən, böyük piyliyin və köndələn çənbəl bağırsağının müsariqəsinin zədələnməsi ilə müşayiət olunan yetirildiyi anda insan həyatı üçün təhlükəli olan bir ədəd deşilmiş-kəsilmiş yara kimi ağır dərəcəli bəd ən xəsarəti yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Kassasiya şikayətlinin dəlilləri: Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018ci il tarixli qərarının dəyişdirilməsi və barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növünün təyin edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, apellyasiya instansiya məhkəməsi onun barəsində cəza təyin edərkən məhkumun himayəsində 2 azyaşlı uşağının, şəkər xəstəsi olan anasının olmasını, ailənin yeganə qazanc gətirən şəxsi olmasını kifayət qədər nəzərə almayaraq məhkəmə qərarı qəbul etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, veri lmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Odur ki, məhkum kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və ədalətli qərarın çıxarılması haqqında tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası faktiki halların kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş sayılan faktiki halları rəhbər tutacaqdır. Cinayət işinin faktiki hallarına dair məhkəmələrin gəldikləri nəticələr isə iş materiallarından göründüyü kimi, qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair Azərbaycan Respublikası CPM-in 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, o cümlədən kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq məhkəmələr yekun qərarlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə məhkumun, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin alınması, ekspert rəyləri və işdə olan digər sənədlər, müxtəlif istintaq hərəkətlərinin aparılması zamanı, habelə digər sübutların toplanması zamanı ibtidai araşdırma orqanı qanunun tələblərinə tam şəkildə əməl etmiş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-in 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verilməmişdir. Kassasiya şikayətində məhkumun təqsirli olmasına dair müddəalar mübahisələndirilmədiyindən məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların şərh edilməsini zəruri hesab etmir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində barəsində təyin edilmiş cəzanın ağır olması mübahisələndirilir. Məhkum еdilmiş şəхs Təqsirləndirilən şəxs cəzа təyin еdilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəs ini, xarakterini, məhkumun şəxsiyyətini, könüllü gəlib təqsirini boynuna almasını, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini və əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi və cəzanı ağırlaşdıran halların olmamasını düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59, 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayə tin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsi nə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habe lə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum barəsində cəza təyin olunarkən cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, məhkumun ailə vəziyyəti, əvvəllər məhkum olunmamasını, cavan olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, Azərbaycan Respublikası “İdman ustası” dərəcəli veteran cüdoçu olmasını, cüdo idman növü üzrə Avropa çempionu, Respublikada keçirilən idman yarışlarında aktiv iştirakçı olmasını, könüllü gəlib təqsirini boynuna alması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmaması, yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsi və əməlindən səmimi peşman olması cəzasını yüngülləşdirən hallar kimi və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Belə ki, apellyasiya məhkəməsinin məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunması üçün əsaslar tapmamışdır. Odur ki, məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs barəsində daha yüngül cəzanın təyin edilməsini məqsədə müvafiq hesab etmir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi həmin iş üzrə cinayət təqibi ilə əlaqədar olaraq sübutları tam, hərtərəfli və obyektiv yoxlayaraq, mötəbər sübutları qiymətləndirməklə iş üzrə obyektiv nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlirki, məhkum Təqsirləndirilən şəxs elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir q anuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-cü maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-69/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-69/2020
19.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver