Məhkəmə qərarları › İş №1(102)-69/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-69/2021

21.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-69/2021 21.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Zərərçəkmiş Nümayəndə1, şəxslərin nümayəndəsi, fərdi qaydada fəaliyyət göstərən vəkil Məhkum müdafiəçisi, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Qafarov Xanlar Əjdər oğlunun iştirakları ilə xx xxxxxx 1956-cı ildə Şamaxı rayonu Bağırlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vət əndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvanda qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2 və 320.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 yanvar 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Qafarov Xanlar Əjdər oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli hökmü ilə (hakimlər: N.A.Kərimov (sədrlik edən), R.A.Allahverdiyeva və A.İ.Paşayev) Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlin i törətməkdə təqsirli bilinərək 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 320.1-ci maddəsi ilə təqsirli bilinmiş, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə, yəni Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsində göstərilən əsaslarla həmin maddə ilə ona cəza təyin edilməmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin 12 oktyabr 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum və onun müdafiəçisi tərəfindən ayrıayrılıqda apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 yanvar 2019-cu il tarixli qərarı ilə (hakimlər: Ə.İ.Qasımov (sədrlik edən), Ə.N.Bayramov və N.E.Məmmədov) verilmiş apellyasiya şikayətləri təmin edi lməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmə hökmünə əsasən, Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2 və 320.1-ci maddələri ilə təqsirli bilinmişdir ona görə ki, o, özgəyə məxsus əmlakı etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədi ilə Bakı şəhər sakini olan tanışı Zərərçəkmiş şəxs1 və sonuncunun vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində mülkiyyət hüququna dair çıxarışla 3.0 ha torpaq sahəsini satacağını yalandan vəd edərək, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2la aralarında yaranmış münasibətlərə görə sonuncuların ona olan inam və etibarından sui-istifadə istifadə etməklə 2009-cu ilin avqust ayının sonlarında ünvan 2 ünvanda yerləşən «xxxx» MMC-nin ofisində 2.0 ha torpaq sahəsinə görə Zərərçəkmiş şəxs1 həmin dövrün rəsmi valyuta məzənnəsinə uyğun 241.200 manata bərabər 300.000 ABŞ dolları, Zərərçəkmiş şəxs2 1.0 ha torpaq sahəsinə görə həmin dövrün rəsmi valyuta məzənnəsinə uyğun 120.600 manata bərabər 150.000 ABŞ dolları pul alaraq, özünün etibarlı və vədinə əməl edən şəxs olması görüntüsünü yaratmaq məqsədi ilə həmin torpaq sahəsinin, guya, əvvəlcədən Zərərçəkmiş şəxs1 icarəsində olması barədə hüquq verən rəsmi sənədləri - Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi tərəfindən 3.0 ha torpaq sahəsinin kənd təsərrüfatı məhsulları istehsalı üçün Zərərçəkmiş şəxs1 icarəyə verilməsi haqqında 19 noyabr 2003-cü il tarixli müqaviləni, torpağın kənd təsərrüfatı məhsulları istehsa lı və sahibkarlığın inkişaf etdirilməsi üçün yararlılığı barədə 19 noyabr 2003-cü il tarixli aktı, torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədə dəyişiklik edilməsi ilə əlaqədar 27 mart 2007-ci il tarixli çağırış məktubunu və 01 yanvar 2004-cü il - 01 avqust 2006-cı illərə dair icarə haqqının ödənilməsi barədə avqust 2006-cı il tarixli, seriya BFİ 343188 nömrəli kassa mədaxil orderinin qəbzini istintaqa məlum olmayan şəraitdə qanunsuz hazırlayıb həmin sənədlərdə müəssisənin möhürünü, direktoru X4, aqronomu X2 və mühəndisi X3 imzalarını saxtalaşdırmaqla həmin saxta sənədləri Zərərçəkmiş şəxs1 təqdim etmiş, sonradan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xahişlərinə əsasən, onların hər birinə satdığı torpaq sahələrinə görə, yəni, guya, 2.0 ha torpaq sahəsinin Zərərçəkmiş şəxs1, 1.0 ha torpaq sahəsinin Zərərçəkmiş şəxs2 kənd təsərrüfatı məhsulları istehsalı üçün icarəyə verilməsi haqqında eyni tarixli saxta müqavilələri, torpağın kənd təsərrüfatı məhsulları istehsalı və sahibkarlığın inkişaf etdirilməsi üçün yararlılığı barədə aktları, torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədə dəyişiklik edilməsi ilə əlaqədar çağırış məktublarını və 01 yanvar 2004-cü il - 01 avqust 2006-cı illərə dair icarə haqqının ödənilməsi barədə avqust 2006-cı il tarixli seriya BFİ 343188 və BFİ 343183 nömrəli kassa mədaxil orderlərinin qəbzlərini istintaqa məlum olmayan şəraitdə qanunsuz hazırlayıb Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 təqdim edib sonunculara məxsus pulu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq et miş, hüquq verən rəsmi sənədləri istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla qanunsuz hazırlamışdır. Bundan başqa, o, təkrarən, eyni niyyətlə Bakı şəhər sakini olan tanışı Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi yaxınlığında 0.908 ha torpaq sahəsini satmaq haqqında razılığa gələrək, həmin sahəyə mülkiyyət hüququna dair çıxarış verəcəyini vəd edib aldadaraq, Zərərçəkmiş şəxs3 ona olan inam və etibarından istifadə etməklə sonuncudan 2013-cü ilin yay aylarından 2015-ci ilin sentyabr ayınadək Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində hissə-hissə olmaqla 93.500 manat məbləğində nağd pul, 6.500 manat dəyərində razılaşdıqları 1987-ci il buraxılışlı “BMW” markalı avtomobili, cəmi 100.000 manat pulunu alıb ona Abşeron rayon İcra Hakimiyyəti tərəfindən oğlu X5a Bakı ş əhəri, Qala qəsəbəsi yaxınlığında Abşeron rayonu, 3 nömrəli Qala Zeytunçuluq sovxozuna məxsus 0.28 ha torpaq sahəsinin kənd təsərrüfatı məqsədi ilə icarəyə verilməsi haqqında 26 aprel 2013-cü il tarixli, 292 nömrəli sərəncamı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin 30 aprel 2013 tarixli rəyini, icarə qaydasında kənd təsərrüfatı məqsədi ilə 99 il müddətinə torpaq sahəsi seçilməsi haqında tarixsiz aktı, tarixsiz və nömrəsiz icarə müqaviləsini, sahənin yer quruluşu planından çıxarışı və torpağın icarə hüquqlarına dair 13 iyul 2015-ci il tarixli, 7E-6922 reyestr nömrəli Bakı şəhəri 31 saylı notariat kontorunda verilmiş baş etibarnaməni təqdim edib Zərərçəkmiş şəxs3 məxsus əmlakı aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək, külli miqdarda ziyan vurm aqla, təkrarən, dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən eyni məqsədlə Bakı şəhər sakini olan tanışı Zərərçəkmiş şəxs5 Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi yaxınlığında xüsusi mülkiyyətdə olan 0.11 ha torpaq sahəsini satmaq haqqında razılığa gələrək, həmin sahəyə mülkiyyət hüququna dair çıxarış alacağını vəd edib aldadaraq, Zərərçəkmiş şəxs5lə X5 arasında 0.11 ha torpaq sahəsi üzərində icarə hüququnun alqı-satqısına dair 09 sentyabr 2013-cü il tarixli, 3M-4-1023 nömrəli müqavilə bağlanmasına nail olmaqla Zərərçəkmiş şəxs5 ona olan inam və etibarından istifadə edib sonuncudan 2013-cü ilin sentyabr ayında Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində Zərərçəkmiş şəxs4 vasitəsi ilə 11.000 manat pul alıb ona Abşeron rayon İcra Hakimiyyəti tərəfindən oğlu X21 rayonu, 3 nömrəl i Qala Zeytunçuluq sovxozuna məxsus torpaq sahəsinin icarəyə verilməsi haqqında 09 sentyabr 2013-cü il tarixli, 3M-4-1023 nömrəli icarə hüququnun alqı-satqısı müqaviləsini, reyestr nömrəsi **********90 olan 05 oktyabr 2013-cü il tarixli, RX seriyalı, ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışı, torpağın plan və ölçüsünün kserosurətlərini təqdim edib Zərərçəkmiş şəxs5 məxsus pulu aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirərək, xeyli miqdarda ziyan vurmaqla, təkrarən, dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən eyni niyyətlə Bakı şəhər sakini olan tanışı Zərərçəkmiş şəxs4 Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi yaxınlığında xüsusi mülkiyyətdə olan 0.36 ha torpaq sahəsini satmaq haqqında razılığa gələrək, həmin sahəyə mülkiyyət hüququna dair çıxarış alacağını vəd edib aldadaraq, Zərərçəkmiş şəxs4 oğlu X9lə oğlu X5 arasında Abşeron rayonu, 3 nömrəli Qala Zeytunçuluq sovxozuna məxsus 0.16 ha torpaq sahəsi üzərində icarə hüququnun alqı-satqısına dair 10 sentyabr 2013-cü il tarixli, 3M-42042 nömrəli, 0.20 ha torpaq sahəsi üzərində icarə hüququnun alqı-satqısına dair 10 sentyabr 2013-cü il tarixli, 3M-4-2043 nömrəli müqavilə bağlanmasına nail olmaqla Zərərçəkmiş şəxs4 ona olan inam və etibarından istifadə edib sonuncudan 2013-cü ilin sentyabr ayında Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində 0.36 ha torpaq sahəsi üçün 36.000 manat pul alıb Zərərçəkmiş şəxs4 həmin torpaq sahəsinin idarə hüququnun əldə edilməsinə dair oğlu X7 adına reyestr nömrəsi **********48 olan 02 oktyabr 2013-cü il tarixli, RX seriyalı, ******* nömrəli və re yestr nömrəsi **********86 olan 04 oktyabr 2013-cü il tarixli, RX seriyalı, ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışları, 01 oktyabr 2013-cü il tarixli ***** və ***** nömrəli plan və ölçüsünə dair sənədləri təqdim edib Zərərçəkmiş şəxs4 məxsus pulu aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirərək, xeyli miqdarda ziyan vurmaqla, təkrarən, dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən eyni məqsədlə Bakı şəhər sakini olan tanışı Zərərçəkmiş şəxs6 Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi yaxınlığında xüsusi mülkiyyətdə olan 0.06 ha torpaq sahəsi satma haqqında razılığa gələrək, həmin sahəyə mülkiyyət hüququna dair çıxarış verəcəyini vəd edib aldadaraq, Zərərçəkmiş şəxs6 ona olan inam və etibarından istifadə edib sonuncudan 2014-cü ilin payız aylarında Ba kı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində 7.200 manat pul alıb ona Abşeron rayon İcra Hakimiyyəti tərəfindən oğlu X5a Bakı şəhəri, Xəzər rayonu Qala qəsəbəsi yaxınlığında yerləşməklə Abşeron rayonu, 3 nömrəli Qala Zeytunçuluq sovxozuna məxsus 0.23 ha torpaq sahəsinin kənd təsərrüfatı məqsədilə icarəyə verilməsi haqqında 26 aprel 2013-cü il tarixli, 295 nömrəli sərəncamın, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin 30 aprel 2013 tarixli rəyinin, icarə qaydasında kənd təsərrüfatı məqsədilə 99 il müddətinə torpaq sahəsi seçilməsi haqında tarixsiz aktın, tarixsiz və nömrəsiz icarə müqaviləsinin, sahənin yer quruluşu planından çıxarışın kserosurətlərini və torpağın icarə hüquqlarına dair 15 yanvar 2015-ci il tarixli, ****** reyestr nömrəli Bakı şəhəri 31 saylı notariat k ontorunda verilmiş baş etibarnaməni təqdim edib Zərərçəkmiş şəxs6 məxsus pulu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək, xeyli miqdarda ziyan vurmaqla, təkrarən, dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, eyni məqsədlə Bakı şəhər sakini olan tanışı Zərərçəkmiş şəxs7 yüksək vəzifədə işləyən tanışlarının olmasını bildirib həmin tanışları vasitəsi ilə onu icra başçısı vəzifəsinə işə düzəldəcəyini yalandan vəd verib bu istiqamətdə müəyyən işlər gördüyünü deyərək, sonuncunun ona olan inam və etibarından sui-istifadə etməklə ondan 2015-ci ilin iyul-avqust aylarında Bakı şəhəri, Nərimanov rayonu, metropolitenin «Nərimanov» stansiyası yaxınlığında sürücüsü X5 vasitəsi ilə 21.000 manat pulu alıb Zərərçəkmiş şəxs7 məxsus pulu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ə lə keçirərək, xeyli miqdarda ziyan vurmaqla, təkrarən, dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, eyni məqsədlə Bakı şəhər sakini Zərərçəkmiş şəxs8 Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi yaxınlığında xüsusi mülkiyyətdə olan 1.2 ha torpaq sahəsini satmaq haqqında razılığa gələrək, həmin sahəyə mülkiyyət hüququna dair çıxarış verəcəyini vəd edib aldadaraq, Zərərçəkmiş şəxs8 ona olan inam və etibarında istifadə etməklə sonuncudan yaşadığı ünvanda - Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində 2015-ci ilin oktyabr ayında 3 dəfəyə - 04 oktyabr 2015-ci il tarixdə 25.000 manat, 07 oktyabr 2015-ci il tarixdə 7.500 manat və 25 oktyabr 2015-ci il tarixdə 5.000 manat olmaqla cəmi, 37.500 manat pul alıb ona Abşeron rayon İcra Hakimiyyəti tərəfindən oğlu X28 Tərəvəzçilik-Südçülük sovxozuna məx sus sahənin icarəyə verilməsi haqqında sərəncamın, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin torpaq sahəsi seçilməsi haqında 03 may 2013-cü il tarixli rəyinin, 08 may 2013 tarixli məktubun, torpağın seçilməsi haqında tarixsiz aktın, tarixsiz və nömrəsiz icarə müqaviləsinin, 1.26 ha torpaq sahənin yer quruluşu planından çıxarışın və 26.11.2015-ci il tarixli, ****** reyestr nömrəli Abşeron rayonu 2 saylı notariat kontorunda verilmiş baş etibarnamənin kserosurətlərini təqdim edib Zərərçəkmiş şəxs8 məxsus pulu aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirərək, xeyli miqdarda ziyan vurmaqla, təkrarən, dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegi yasının 31 yanvar 2019-cu il tarixli qərarının ləğv edilməsi və Məhkum ittiham olunduğu CM-nin 178.3.2 və 320.1-ci maddələri ilə bəraət verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, birinci və apelyasiya instansiyası məhkəmələrinin qərarları cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilmişdir. Belə ki, Məhkum zərərçəkmiş şəxslərdən biri olan Zərərçəkmiş şəxs1 təsisçisi olduğu “xxxx” MMC-də mühəndis işləmişdir. Zərərçəkmiş şəxs1 öz tanışı Zərərçəkmiş şəxs2 ilə birlikdə Məhkum vasitəsilə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində 3,0 ha torpaq sahəsini müvafiq sənədlər əsasında 99 il müddətinə icarəyə götürüb 450 min ABŞ dolları ödəyərkən bilmişlər ki, həmin torpaqlar kənd təsərrüfat təyinatlı torpaqlardır. Həmçinin, digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6 və X9 da icarəyə götürdükləri torpaqların kənd təsərrüfat təyinatlı torpaqlar olduğunu bilmişlər. Zərərçəkmiş şəxs1 və X7 icarəyə götürdükləri torpaqlara görə Məhkum ödəməli olduqları 600 min manatı ödəməkdən imtina etdiyindən, Məhkum onlardan şikayət etdiyindən ona qarşı şər-böhtan kampaniyası başladılmış və o, cinayət məsuliyyətinə cəlb edilmişdir. Müdafiəçi həmçinin qeyd edir ki, müqavilə üzrə ayrılmış torpaq sahələri hal-hazırda da zərərçəkmiş şəxslərin istifadəsindədir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi X.Qafarovun, kassasiya şikayətinin təmin edilməməsi barədə zərərçəkmiş şəxslərin nümayəndəsi Nümayəndə1 və dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası m əhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi mübahisə olunur və məhkuma ittiham olunduğu maddələr üzrə bəraət verilməsi xahiş olunur. Məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, hə min məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və Əsas Azadlıqları Haqqın da Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyriobyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə i clasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbayca n Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum verdiyi ifadələri digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşdur. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-nin 178.3.2 və 320.1-ci maddələri ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə – qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinay əti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarından görünür ki, Məhkum qeyd edilmiş cinayət əməllərinin törədilməsində özünü təqsirli bilməsə də, zərərçəkmiş şəxslər və mülki iddiaçılar Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs2 ifadələri ilə yanaşı, şahidlər X13, X10, X14, X8, X15 və X16 ifadələri, ilkin təhqiqat və istintaq hərəkətlərinin protokolları, qəbzlər, müqavilələr, eksper tiza rəyləri, işin digər halları və habelə toplanmış digər sübutlarla məhkumun təqsiri tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət qanunu normasının tələblərinə və “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı qərarına əsasən Azərbaycan Respublikası CM-in 178-ci maddəsində nəzərdə tutulan dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o, halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqların əldə edərkən hər hansı bir öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun.... Bu hüquq müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə əks oluna bilər. (məsələn etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) Subyektiv cəhətdən belə əməllər birbaşa qəsdlə törədilir, yəni həmin əməli törədən şəxs Azərbaycan Respublikası CM-in 25-ci maddəsinin tələblərinə əsasən öz əməlinin (hərəkət və hərəktsizliyinin) ictimai təhlükəli olduğunu dərk etməli, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görməli və bunları arzu etməlidir. Digər tərəfdən, dələduzluq cinayətini n obyektiv cəhətini özündə ehtiva edən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin dispozisiyasına əsasən, şəxsin əməli o halda dələduzluq cinayəti kimi qiymətləndirilə bilər ki, şəxs özgənin əmlakını və ya əmlak hüquqlarını əldə etmə niyyəti izləyərək etibardan sui-istifadə etmiş olsun və ya aldatma üsulundan istifadə etsin. Qanunun mənasından göründüyü kimi, dələduzluq cinayətinin törədilməsi zamanı şəxs əvvəlcədən öz qarşısına digər şəxsin əmlakını və əmlaka olan hüququnu ələ keçirmək məqsədini müəyyən edir, sonradan isə həmin məqsədinə nail olmaq üçün ya zərərçəkmiş şəxsin etibarından sui-istifadə etmiş olur, ya da ki, onu aldadır, nəticədə isə sonuncunun könüllü olaraq öz əmlakını və ya əmlaka olan hüququnun ona verilməsinə nail olur. Dələduzluğun törədilməsi zamanı aldatma üsu lundan istifadə edən şəxs əmlakın sahibinə müəyyən faktlar barədə qəsdən yalan məlumatlar verir, yaxud da belə faktlar haqqında məlumatları qəsdən saxtalaşdırır və ya ümumiyyətlə heç bir məlumat vermir ki, son nəticədə əmlakın sahibi aldadılaraq öz əmlakını könüllü qaydada dələduzluq cinayətini törədən şəxsə verir. Etibardan sui-istifadə zamanı özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz ələ keçirmək və bunları qaytarmamaq məqsədini izləyən şəxs onunla mülkiyyətçi arasında olan etibarlı münasibətlərdən istifadə edir və əmlakın idarə olunması və ya ona sərəncam verilməsi ilə əlaqədar müəyyən vəzifələrin yerinə yetirilməsini üzərinə götürüb əmlakı ələ keçirdikdən sonra əmlakı qaytarmaq niyyətində olmayaraq və tamah niyyətində olaraq öz vəzifəsini qəsdən, heç bir üzrlü səbəb olmadan y erinə yetirmir. Göründüyü kimi, əməlin dələduzluq cinayəti kimi qiymətləndirilməsi üçün belə əməli törətmiş şəxsin əvvəlcədən əmlakı və ya əmlaka olan hüququ ələ keçirmək niyyətində olması müəyyən edilməlidir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, Məhkum cinayət əməlləri iş materiallarında olan zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlarla tam sübuta yetirilir. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından məhkuma bəraət verilməsi məqsədə müvafiq deyildir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apell yasiya instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində cəza təyin olunarkən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, əvvəllər məhkum olunmaması, vurulmuş maddi ziyanın qismən ödənilməsi, zərərçəkmiş şəxslərə barışmağa və onlara dəymiş zərərin ödənilməsinə cəhd etməsi cəzasını yüngülləşdirən hal kimi, c əzasını ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi cinayət təqibi ilə əlaqədar olaraq sübutları tam, hərtərəfli və obyektiv yoxlayaraq, mötəbər sübutları qiymətləndirməklə iş üzrə obyektiv nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq a ğlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir k i, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 yanvar 2019-cu il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasın ın 31 yanvar 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar