Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-69/2023 11.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Şahvələdov Ümid Nadir oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 və Məhkum müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Re spublikası Cinayət Məcəlləsinin 244.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2022-ci il tarixli qərarından Məhkum və müdafiəçisi Müdafiəçi2 tərəfindən birgə verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (sədrlik edən hakim X2) 24 fevral 2022-ci il tarixli hökmü ilə xx.xx.1984-cü ildə Xanlar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olub faktiki olaraq ünvan 2 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadl ıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkməsinin əvvəlinin 24 fevral 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinin ləğv edilməsi, «həbs» qətimkan tədbirinin seçilməsi və məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına təqdim edilməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Abdulov Rəşad Məhərrəm oğlunun sədrliyi və məruzəsi ilə, X7 və X4 ibarət tərkibdə) 25 may 2022-ci il tarixli qərarı ilə məhkum edilmiş şəxs, onun müdafiəçisi Müdafiəçi2 və digər Müdafiəçi1 məhkum edilmiş şəxslə birgə verdiyi apellyasiya şikayətləri təmin edilməmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.2.1-ci maddəsi ilə məhkum olunmasına dair 24 fevral 2022-ci il tarixli, 1(006)-28/2022 saylı hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum 2019-cu ilin mart ayından 28 dekabr 2019cu il tarixədək olan müddət ərzində vahid niyyətlə əhatə olunmaqla fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etməklə saxlamaq və bu məqsədlər üçün ünvan 3 ünvanında yerləşən kirayə götürdüyü mənzilin yataq otağını cinsi əlaqədə olmaq üçün çarpayı və yataq dəsti ilə təchiz edib fahişəliklə məşğul olmaq üçün istifadəyə yararlı vəziyyətə saldıqdan sonra qeyd edilən dövr ərzində müştəriləri Şahid9 şəxsiyyəti isintaqa məlum olmayan fahişəliklə məşğul olan qadınla, eyni zamanda Şahid8 fahişəliklə məşğul olan Şahid1 ilə mənzildə cinsi əlaqədə olmaları üçün şərait yaratmaqla bunun müqabilində hər dəfə 25-30 manat pul almaqla qeyd edilən mənzildə fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuva təşkil edib saxlamış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən 28 dekabr 2019-cu il tarixdə saat 16 radələrində ünvan 3 ünvanında keçirilmiş əməliyyat- axtarış tədbiri nəticəsində Məhkum qeyd olunan mənzili müştərisi Şahid13 və sonuncu ilə cinsi əlaqədə olmaq üçün gəlmiş fahişəliklə məşğul olan Rusiya Federasiyasının vətəndaşı Amiraslanova Sevindzh-ə cinsi əlaqədə olmaları üçün 30 manat pul müqabilində bir neçə saatlıq təqdim etdik dən sonra saxlanılmış, həmçinin Məhkum qeyd edilən mənzildə əxlaqsızlıq yuvası təşkil edib saxladığına görə Şahid13 aldığı və polis əməkdaşlarına könüllü olaraq təqdim etdiyi 30 manat məbləğində pul götürülmüşdür. Bundan başqa, o, təkrarən 2020-ci ilin sentyabr ayından 06 noyabr 2020-ci il tarixədək olan müddət ərzində vahid niyyətlə əhatə olunmaqla fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etməklə saxlamaq və bu məqsədlər üçün ünvan 4 ünvanında yerləşən kirayə götürdüyü mənzilin yataq otağını cinsi əlaqədə olmaq üçün çarpayı və yataq dəsti ilə təchiz edib fahişəliklə məşğul olmaq üçün istifadəyə yararlı vəziyyətə saldıqdan sonra daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən 06 noyabr 2020-ci il tarixd ə saat 16 radələrində ünvan 4 ünvanında keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum qeyd olunan mənzili müştərisi Şahid4 və sonuncu ilə cinsi əlaqədə olmaq üçün gəlmiş fahişəliklə məşğul olan Şahid5 cinsi əlaqədə olmaları üçün 30 manat pul müqabilində bir neçə saatlıq təqdim etdikdən sonra saxlanılmış, həmçinin Məhkum qeyd edilən mənzildə əxlaqsızlıq yuvası təşkil edib saxladığına görə Şahid4 verdiyi 30 manat məbləğində pul götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində göstərilir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.2.1-ci maddəsi ilə təqsirli bilinməsi və cəza verilməsi, əsassız, ədalətsiz, həm də cinayət və cinayət prosessual qanunvericiliyin normalarına tamamilə ziddir və ona cəza verilərkən belə onun cəzasını yüngülləşdirən bir sıra hallar nəzərə alınmamışdır. Belə ki Məhkum himayəsində - biri yetkinlik yaşına çatmayan epilepsiya xəstəliyindən əziyyət çəkən, digəri isə heç yerdə işləməyən, 18 yaşı yenicə tamam olmuş iki övladı vardır. Tək qadın olmasını, maddi durumunun ağır olmasını, xəstə olduğu üçün heç yerdə iş tapa bilməməsini, ailənin yeganə gəlir gətirəninin olmasını, həmçinin onda epilepsiya xəstəliyi olduğundan sağlamlığı ilə əlaqədar hər hansı işlə məşğul ola bilməməsini nəzərə alaraq, barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza verilməsini xahiş etmişdir. Məhkum Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, təqsirə görə məsuliyyət prinsipi baxımında n məhkəmələr hesab etmişdir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməli olması ilə bağlı hökm verilmişdir. Məhkəmələr müdafiəçisi olduğu Məhkum ədalətsiz və əsassız olaraq Azərbaycan Respublikası CM-in 244.2.1-ci maddələsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab etmiş, onun barəsində cəza təyin edilərkən CM-in 62 və ya 70-ci maddələrinin tətbiq edilməsini məqsədəmüvafiq hesab etməmişdir. Bakı Apellyasiya Məhkəməsi qərarında Məhkum cəzasını yüngülləşdirən bir sıra əhəmiyyətli halları n əzərə almamış, onda epilepsiya xəstəliyi olduğundan həyatı təhlükədə olmasını, biri yetkinlik yaşına çatmayan (epilepsiya xəstəliyindən əziyyət çəkən), digəri isə yenicə yetkinlik yaşına çatan uşaqları təkbaşına böyütdüyündən həmin uşaqlar artıq sahibsiz qalmasını, göstərilən cinayət hadisəsinin ağır həyat şəraitinin nəticəsi olaraq törədildiyindən ailənin həyat şəraiti daha ağır vəziyyətə düşməsini, bununla da verilən cəzanın isə onun şəxsiyyətinə və ailə vəziyyətinə uyğun gəlməmişdir. Məhkum qanunları bilməsə belə ilkin olaraq əməlindən peşman olduğunu bildirərək ittihamda göstərilənlərin əksinə olaraq əxlaqsızlıq yuvası deyil, kənddən gələn, həkim müayinəsinə ehtiyacı olan və ev tapmayan şəxslərə kirayə ev vermək niyyətini ifadəsində tam təsdiq etdi. Məhkum daimi yaşayış yerinin olması, yaşayış yerindən müsbət xarakterizə olması, istintaq zamanı rolu, onun davranışı ilə bağlı müstəsna hallar, habelə əməlin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar -Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmaması, himayəsində biri yetkinlik yaşına çatmamış epilepsiya xəstəliyindən əziyyət çəkən uşağının olmasının, digərinin isə 19 yaşına təzəcə qədəm qoymuş övladlarının olması, tək qadın olması, ailənin yeganə gəlir gətirəni olması, xəstə olduğu üçün heç yerdə iş tapa bilməməsi və digər xüsusatlar onun şəxsiyyətini xarakterizə edən hallardır. Kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarının dəyişdirilərək Məhkum CM-in 244.2.1-ci maddəsinin sanksiyası həddində təyin olunmuş cəzanın CM-nin 70-ci maddəsinə əsasən şərti tətbiq olunması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə müdafiəçinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti ü zrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla ka ssasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası məhkum və müdafiəçinin birgə verdikləri kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını k assasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyası çərçivəsində təyin olunmuş və kassasiya şikayətində mübahisələndirilən cəzaya dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü ma ddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəmə si Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv a raşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 3cü bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şə xs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Göstərilən qərarın 25-ci bəndinə əsasən şərti məhkum etmə haqlarında yalnız CMnin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxım ından məqsədəuyğun olması izah edilməlidir. Cinayət Məcəlləsinin 70.1 və 70.2-ci maddələrinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Qeyd olunan maddi hüquq norması və qərarın məna və mahiyyətinə görə, şəxs barədə şərti məhkum etmənin tətbiqi üçün məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü, törədilmiş cinayətin xarakteri və icti mai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar araşdırılmalıdır. Həmçinin şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə müstəsna hallarda, şəxsin təyin olunmuş cəzanı real çəkməsi məqsədəmüvafiq olmadıqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 8 dekabr 2021-ci il il tarixli qərarında göstərilir ki, şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəy yən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Məhkum münasibətdə cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən halları, həmçinin cəzasını yüngülləşdirilən halların olmadığını, cəzanı ağırlaşdıran halı əməlindən səmimi peşman olmasını, təqsirini etiraf etməsini və himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını) nəzərə alaraq onun Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkuma azadlıqdan məhrumetmə cəzası təyin edərkən məhz sosial ədalətin bərpasını və təyin olunmuş cəzanın onun ailəsinin həyat şəraitinə təsirini düzgün qiymətləndirmiş, cəza təyin edilərkən humanizim, ədalətlilik, cəzanın fərdiliyi və cəzanın törədilmiş cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğunluğunu nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq onun bu mövqeyi ilə razılaşmışdır. Apellyasiya məhkəməsi həmçinin düzgün olaraq qeyd etmişdir ki, Məhkum barəsində cinayət təqibi üzrə icraatın davam etməsinə baxmayaraq, o, bu vəziyyətdə belə öz cinayətkar əməlindən əl çəkməmiş, bu dəfə isti ntaq orqanının diqqətindən kənar qalmaq məqsədilə fərqli ünvanda, lakin eyni cinayət əməlini təkrarən törətmişdir ki, bu da şəxsin cinayət təqibi üzrə icraatın yekununda cəzalanmalı olmasına və bunun təqsirkar tərəfindən şüurlu şəkildə dərk edilməsinə baxmayaraq, cinayət qanununa saymazyana və laqeyd münasibətinin göstəricisidir. Bununla yanaşı, məhkum edilmiş şəxs öz apellyasiya şikayətində ona təyin edilmiş cəzanı mübahisələndirsə də, şikayətin məzmununda ittihamda göstərilənlərin əksinə olaraq əxlaqsızlıq yuvası deyil, kənddən gələn, həkim müayinəsinə ehtiyacı olan və ev tapmayan şəxslərə kirayə ev vermək niyyətində olduğunu göstərmişdir ki, bu da məhkum edilmiş şəxsin törətdiyi cinayət əməlinə tənqidi yanaşmamasının, əksinə özünün cinayətkar əməllərinə qanuni don geyindirməyə çalışması nın, öz əməlinin ictimai təhlükəliliyini dərk etməməsinin, hələ də məsuliyyətdən yayına biləcəyinə dair gümanlarının olmasının göstəricisi kimi qiymətləndirilməlidir. Bütün bu xüsusatlar məhkum edilmiş şəxsin islah olunmasının, öz əməlinin ictimai təhlükəliliyini dərk etməsinin yalnız ona təyin edilmiş cəzanı real olaraq çəkməklə mümkün olmasına dəlalət edir Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin göstərilən mövqeyini əsaslı hesab edərək qeyd edir ki, Məhkum barəsində Cinayət Məcəlləsinin 70ci maddəsinin tətbiqi üçün əsaslar mövcud deyil və onun cəza çəkmədən islah olunmasının mümkünlüyü halları müəyyən edilməmişdir. Belə ki, Məhkum təyin olunmuş cəzanın şərti tətbiq olunması onun islah olunması məqsədinə cavab vermədiyindən onun cəzanı real çəkməsi məqsədəmüvaf iqdir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən azadlıqdan məhrum etmə cəzası və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ailəsinin həyat şəraitinə təsiri baxımından onun islah olunması məqsədinə cavab verir. Məhkəmə kollegiyası Məhkum təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının şərti olaraq tətbiq olunmasının məqsədəmüvafiq olmadığını qeyd edir və hesab edir ki, kassasiya şikayətinin bu barədə dəlilləri əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işi nin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 may 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respubli kası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum və müdafiəçisi Müdafiəçi2 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.2.1-ci maddəsi ilə məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 may 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-69/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-69/2023
11.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver