Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-69/2025 07.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, zərər çəkmiş şəxsin hüquqi varisi X5 nümayəndəsi Nümayəndə və Məhkum müdafiəçisi Əkbərov Tərlan X anəli oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 120.2.2 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 mart 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi T.X.Əkbərov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli hökmü ilə (hakimlər Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən və məruzəçi), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə) Məhkum, xx xxxx 1996-cı il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmuş, ünvan 2-də qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşamış CM-in 120.2.2 və 221.3-cü maddələri ilə təqsirli bilinərək, CM-in 120.2.2-ci maddəsi ilə 16 (on altı) il 6 (altı) ay müddətə, CM-in 221.3-cü maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə qəti olaraq 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs1 CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətə, X10 isə CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. İşin hallar ı: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum 4 yanvar 2023-cü il tarixdə, saat 22:15 radələrində dostluq münasibətlərində olduğu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə idarə etdiyi “VAZ 2107” markalı **-RD-*** dövlət nömrə nişanlı avtomobil ilə Bakı şəhərinin Ziya Bünyadov prospekti ilə Heydər Əliyev prospekti istiqamətində hərəkətdə olan zaman qarşısında hərəkət edən “Toyota Prius” markalı avtomobil manevr edərək geriyə dönərkən qəza şəraiti yaratdığından arxada hərəkətdə olan “Opel Astra” markalı **-LB-*** dövlət nömrə nişanlı avtomobili idarə edən Zərərçəkmiş şəxs2 qəzanın qarşısını almaq məqsədi ilə onun sağ tərəfindən keçməsinə əsassız irad bildirmək üçün avtomobili sürətlə idarə edərək Zərərçəkmiş şəxs2 idarə etdiyi həmin avtomobilin sağ tərəfindən keçib qarşısında avtomobilin əyləcindən istifadə edib sürətini azaltmış, Zərərçəkmiş şəxs2 onun bu hərəkətinin səbəbi ilə bağlı əli ilə işarə etdikdə o, Zərərçəkmiş şəxs2 avtomobili sağda saxlamasını işarə edib yolun sağ tərəfində, Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə Böyük İpək Yolu küçəsinin kəsişməsində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinin qarşısında avtomobili dayandıraraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə avtomobildən düşmüşlər. Onlar “Opel Astra” markalı avtomobili idarə edən Zərərçəkmiş şəxs2 və həmin nəqliyyat vasitəsində olan qardaşı Zərərçəkmiş şəxs1 ilə avtomobillərin qarşısında dayanmış, Məhkum Zərərçəkmiş şəxs1 avtomobil ilə manevr edərək onun idarə etdiyi avtomobili sağ tərəfdən keçməsini irad bildirib Təqsirləndir ilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında ətrafda olan şəxslərə öz üstünlüklərini nümayiş etdirmək məqsədilə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik göstərərək Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə mübahisə etmiş, Zərərçəkmiş şəxs1la əlbəyaxa olaraq sonuncuya yüngül zərərvurmaya aid sağ və sol göz ətrafı nahiyənin hematomaları, sağ və sol üst-alt gözaltı qapaqlarının qançırları, burun tağının sıyrıqları xəsarətlərini yetirmiş, ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs1 xuliqanlıq niyyəti ilə qəsdən öldürmək qərarına gələrək, məişət təyinatlı qatlanan cib bıçağını kənarda olan gödəkçəsinin iç sol cibindən çıxarıb açaraq cinayətkar niyyətini həyata keçirmək üçün ictimai qaydanı və nəqliyyat vasitələrinin hərəkətini kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək ətrafda olan insanlara məhəl qoymayaraq silah qismində istifadə etdiyi həmin bıçaqla xuliqanlıq hərəkətləri etməklə Zərərçəkmiş şəxs1 onun ünvanına nalayiq ifadə işlətməsini cüzi bəhanə edib qəsdən öldürmək məqsədilə sonuncuya tərəf gedərək həyati vacib orqanların yerləşdiyi döş qəfəsinin sol yarısına bir dəfə zərbə endirərək kəskin qanitirmə və hemopnevmotoraks və sol İİ qabırğanın sınığı ilə müşayiət olunan döş qəfəsinin ön səthində plevra boşluğuna nüfuz edən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bir ə dəd deşilmiş-kəsilmiş yara xəsarətini yetirərək Zərərçəkmiş şəxs1 qəsdən öldürmüş, bununla da o, bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan xuliqanlıq etmiş, eləcə də silah qismində istifadə olunan əşyadan istifadə etməklə xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli hökmündən zərər çəkmiş şəxsin hüquqi varisi X5in nümayəndəsi Nümayəndə, məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Abasov Zaur Vaqif oğlu və Məhkum müdafiəçisi T.X.Əkbərov tərəfindən verilmiş apellyasiya şikayətlərinə əs asən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 mart 2024-cü il tarixli qərarı ilə (hakimlər Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), İbrahimli İbrahim Adil oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə) apellyasiya şikayətləri təmin edilməmiş, hökm Təqsirləndirilən şəxs1 aid hissədə dəyişdirilmiş, həmin hökmlə ona CM-in 221.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 2 (iki) il 6 (altı) ayadək endirilmiş, hökm sonuncuya, Məhkum və Təqsirləndirilən şəxs2 aid qalan hissələrdə isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 mart 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi T.X.Əkbərov kassasiya şikayəti verərək həmin qərarın hüquqlarını müdafiə etdiyi şəxsə münasibətdə d əyişdirilməsini, onun əməlinin CM-in 120.2.2 və 221.3-cü maddələrindən CM-in 126.3-cü maddəsinə tövsif edilməsini və həmin maddənin sanksiyası həddində ona ədalətli cəza təyin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) və CM-in bir sıra maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumlarının bəzi Qərarlarına, Məhkum barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək işin müəyyən edilmiş faktiki hallarını mübahisələndirən müdafiəçi T.X.Əkbərov həmin şikayətini onunla əsaslandırmışdır ki, əməlin tövsifi ilə bağlı istintaq orqanının mövqeyi birmənalı olmamışdır. Bel ə ki, zərər çəkmiş tərəfin aqressiv davranışı, istintaqa qanunsuz təsirləri səbəbindən Bakı şəhər prokurorluğu Məhkum əməlinin tövsifinin ağırlaşdırılmasına göstəriş vermiş və sonuncunun əməli əsassız olaraq həm xuliqanlıq, həm də xuliqanlıq niyyətilə qəsdən adam öldürmə kimi qiymətləndirilmişdir. Halbuki, işə məhkəmələrdə baxılarkən müəyyən edilmişdir ki, Məhkum xuliqanlıq hərəkətləri törətməmiş və zərər çəkmiş şəxsi də xuliqanlıq niyyətilə deyil, şəxsi münasibətlər zəminində öldürmüş, onların arasında mübahisə isə zərər çəkmişin təşəbbüsü ilə başlamışdır. Həmçinin, ibtidai istintaq orqanının qərəzli mövqedən çıxış etməsi və hadisəyə obyektiv qiymət verməməsi onda ifadə olunur ki, xuliqanlıq əməlini törətmiş mərhumun qardaşı Zərərçəkmiş şəxs 2 xuliqanlıq cinayəti törətməsinə heç bir qiymə t verilməmiş və o, cinayət məsuliyyətinə cəlb olunmamışdır. Göründüyü kimi, eyni münaqişənin bir tərəfi cinayət məsuliyyətinə cəlb edilmiş, digər tərəfi isə məsuliyyətdən kənarda saxlanmışdır. İşin hallarından müəyyən edilir ki, tərəflər arasındakı sözlü mübahisə zamanı məhz mərhum Zərərçəkmiş şəxs1 Məhkum vurmuş, sonradan bu mübahisə əlbəyaxa davaya keçmiş, qarşı tərəfdən münaqişədə iştirak edən şəxslər fiziki cəhətdən daha üstün olduqlarından onlar Məhkum və onun dostlarını döymüş, bu vaxt Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini xilas etmək üçün hadisə yerindən qaçıb uzaqlaşmış, Sənan isə qaça bilmədiyindən döyülüb yerdə qalmış, qalxmaq istədikdə isə mərhum Zərərçəkmiş şəxs1 onu söyərək yenə də vurmaq istədikdə Sənan kənarda, yerdə olan, əynindən çıxarılmış gödəkçəsinin cibindəki bıçağı götürüb Zərərçəkmiş şəxs1 qorxutmaq, ondan əl çəksin deyə bir dəfə qolundan vurmaq istəmiş, lakin sonuncu hərəkətdə olduğu üçün zərbə onun çiyninin ön səthinə dəymişdir. Məhkum ibtidai istintaq zamanı verdiyi ifadələrdən, müstəntiqin suallarına verdiyi cavablardan və birinci instansiya məhkəməsinin məhkəmə iclasında göstərdiklərindən görünür ki, onunla mərhum Zərərçəkmiş şəxs1 arasında heç kim olmamış, onları kimsə ayırmamış, ona təkrar-təkrar bıçaq zərbələri vurmaq imkanı olmuş, buna hər hansı maneə olmamışdır, lakin onun məqsədi yalnız özünü müdafiə etmək üçün qarşı tərəfi ondan əl çəksin deyə qorxutmaq olmuşdur. Bu halda hücuma məruz qalanın özünü müdafiə etmək haqqı yaranır və belə hərəkət xuliqanlıq kimi qiymətləndirilə bilməz. İş materiallarından göründüyü kimi, M əhkum mərhum Zərərçəkmiş şəxs1 hər hansı bir bəhanə ilə deyil, sonuncunun təşəbbüsü ilə aralarında baş vermiş dalaşma zamanı ondan əl çəksin deyə bıçaqla bir dəfə vurmuşdur. Lakin buna baxmayaraq, Məhkum, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətləri düzgün olmayaraq xuliqanlıq kimi qiymətləndirilmişdir. Müdafiəçi hesab edir ki, hüquqlarını müdafiə etdiyi şəxsə qarşı irəli sürülmüş ağır ittiham öz təsdiqin tapmamış, onun özünü müdafiə etməsinə və müdafiə tərəfinin digər dəlillərinə hüquqi müəyyənlik prinsipinə əsasən ədalətli hüquqi qiymət verilməli, bunun nəticəsi kimi iş üzrə yeni ədalətli qərarın qəbul edilməsi təmin olunmalı və bu zaman nəzərə alınmalıdır ki, Məhkum 28 yaşlı bir cavandır, yaşayış yeri üzrə müsbət xarakterizə edilir, atası X ikinci dərəcəli gözdən əlil ol maqla müharibə veteranıdır, anası ağır dərəcəli şəkər xəstəsi olmaqla ikinci dərəcəli əlildir, Məhkum atası X dəfələrlə zərər çəkmiş şəxsin hüquqi varisi ilə və zərər çəkmiş şəxslə barımağa cəhdlər etmiş, lakin sonuncular barışmaqdan qəti şəkildə imtina etmişlər. Odur ki, müdafiəçi T.X.Əkbərov qeyd olunanlara və kassasiya şikayətində daha ətraflı irəli sürdüyü dəlillərə əsaslanaraq onun həmin şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Cinayət prosesinin iştirakçıları kassasiya şikayətinə baxılmasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 və zərər çəkmiş şəxsin hüquqi varisi X5 məhkəmə iclasına gəlməmişlər, Məhkum isə məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla əlaqədar proses iştirakçılarının rəylərini dinləyib CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 və zərər çəkmiş şəxsin hüquqi varisi X5un iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüq uqi məsələlər: Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 7 yanvar 2025-ci il tarixli iclasına təyin edilmiş və işə kassasiya instansiyası məhkəməsi tərəfindən baxılanadək Ali Məhkəməyə Məhkum ərizəsi daxil olmuşdur. Həmin ərizə məhkumun cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi tərəfindən imzalanmış 25 noyabr 2024-cü il tarixli 3-16-17/27/2-5226/2024 saylı məktubu ilə müşaiyət edilmişdir. Ərizədə Məhkum kassasiya şikayətinə baxılmadan həmin şikayətin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Məhkum müdafiəçisi T.X.Əkbərov da eyni məzmunda ərizə ilə kassasiya instansiyası məhkəməsinə müraciət edərək məhkəmə iclasında hər iki ərizənin təmin ed ilərək kassasiya şikayətinin baxılmadan geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti kassasiya instansiyası məhkəməsində baxılanadək həmin şikayəti vermiş şəxs onu geri götürmək hüququna malikdir. CPM-in 414.4-cü maddəsində təsbit edilmişdir ki, müdafiəçi öz kassasiya şikayətini yalnız müdafiə etdiyi şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı ilə geri götürə bilər. CPM-in 414.5-ci maddəsinin müddəalarına görə, məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. CPM-in 414.8-ci maddəsinin tələblərindən görünür ki, kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs öz kassasiya tələblərindən imtina etdikdə v ə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayəti və ya kassasiya protesti olmadığı halda məhkəmə kassasiya şikayətinə və ya kassasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Məhkum və onun müdafiəçisi T.X.Əkbərovn ərizələrini nəzərdən keçirib həmin ərizələrin təmin edilərək kassasiya şikayətinin geri qaytarılması barədə müdafiəçi T.X.Əkbərovun, zərər çəkmiş şəxsin hüquqi varisi X5un nümayəndəsi Nümayəndə və dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək, habelə qanunvericiliyin yuxarıda təsvir edilən tələblərinə əsaslanaraq hesab edir ki, CM-in 120.2.2 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 m art 2024-cü il tarixli qərarından onun müdafiəçisi T.X.Əkbərov tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalı və həmin kassasiya müraciəti üzrə icraata xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1 və 414.8-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum və onun müdafiəçisi T.X.Əkbərovun ərizələri təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 mart 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi T.X.Əkbərov tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın və həmin kassasiya şikayəti üzrə icraata xitam verilsin.
Məhkəmə qərarları › İş №1(102)-69/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-69/2025
07.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver