Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-690/2020 30.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Ələkbərli Pərvanə İsmayıl qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəll əsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi Nuriyev İlham Qubad oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim S.Ə.Məmmədov) xx.xx.1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 il 09 ay müddətə azadlıqdan məhrum etmə növündə cəzasına məhkum olunmuş dur. Hökmdən məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim M.Ə.Abbasov, hakimlər E.E.Rəhimov və V.Ə.Mursaqulovdan ibarət tərkibdə) xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü cəza hissəsində dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə təyin olunmuş 02 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 01 il 06 aya endirilmiş, apellyasiya şikayəti qismən təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli tarixli qərarından Məhkum müdafiəçisi Nuriyev İlham Qubad oğlu kassasiya şikayəti verərək, apel lyasiya məhkəməsinin qərarını ləğv etməklə Məhkum əməlinin CM-nin 128ci maddəsinə tövsif edilməsi və barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, xx xxxxxx 2018-ci il tarixdə saat 18:20-də ünvan 2 ünvanda yerləşən Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində müstəntiq Zərərçəkmiş şəxs2 35 saylı xidməti otağında Zərərçəkmiş şəxs1 ilə aralarında yaranmış mübahisə zamanı heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs1 sifətinə sağ əli ilə bir dəfə yumruq zərbəsi vuraraq, sonuncuya sağ yanaq və sağ gözaltı nahiyələrinin yumşaq toxumalarının şişkinlik halında əzilməsi-hematoması iç səthinin əzi lmiş yarası, üst çənə mərkəzində sağa Vİİİ dişin travmatik laxlaması ilə müşayət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vuran xəsarət yetirməklə, Zərərçəkmiş şəxs1 1-ci Qarabağ müharibəsi zamanı Vətən uğrunda şəhid olmuş atası Mövsüm Mirzəyevin ünvanına nalayiq ifadələr işlətmiş, istintaq Şöbəsinin normal iş rejimini və orada olan başqa şəxslərin rahatlıqlarını 15 dəqiqə müddətində pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ictimai qaydanı kobud surətdə pozan və şəxslərin üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Bundan başqa, Məhkum, təkrarən, xx xxxxxx 2018-ci il tarixdə, saat 11.30-da ünvan 4 ünvanda yerləşən Nərimanov Rayon Polis idarəsinin inzibati binasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə şahid qismində dindirildikdən sonra, həmin binanın 3-cü mərtəbəsində istintaq və Təhqiqat Şöbəsinin yerləşdiyi dəhlizində olarkən heç bir əsaslı səbəb olmadan ucadan polisin ünvanına və iş üzrə Zərərçəkmiş şəxs1 nalayiq ifadələrlə söymüş, sağ ayağı ilə Nərimanov RPİ-nin balansında olan üç seksiyalı oturacağı sındırmaqla yararsız hala salaraq Nərimanov Rayon Polis idarəsinə 829,54 manat maddi ziyan vurmuş, həmin mərtəbədə xidmət aparan müstəntiqlərin, təhqiqatçıların və digər polis əməkdaşlarının 15-20 dəqiqə ərzində normal iş rejimini və rahatlıqlarını pozan zaman şöbənin təhqiqatçıları, müstəntiqləri, həmçinin polis mayoru Zərərçəkmiş şəxs2 qanuni tələ blərinə məhəl qoymayaraq sonuncunu nalayiq söyüşlərlə söyüb, üzərinə hücum çəksə də, Məhkum qanunsuz hərkətlərinin qarşısı alınmış və bununla da o, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ümumi birgə davranış qaydalarına zidd olaraq şəxslərin üzərində zortətbiq olunması ilə və ya belə zorun tətbiq ediməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən, ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə xuliqanlıq etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum müdafiəçisi Nuriyev İlham Qubad oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum şəxsi münasibətlər zəminində, ona ingilis dilində haz ırlıq kursu keçən müəlliminə qarşı söyüşlər söymüş və ona sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Polis əməkdaşları onu sakitləşdirmişlər. Məhkum polis əməkdaşlarına qarşı hər-hansı müqavimət göstərməmişdir. Ona görə də, onun bu hərəkətləri xuliqanlıq kimi qiymətləndirilməməlidir. Məhkum törətdiyi əməl Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan cinayətə görə məsuliyyət nəzərdə tutan müvafiq maddəsi, yəni CM-nin 128-ci maddəsi ilə tövsüf olunmalıdır. Müdafiə tərəfi məhkəmələrin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, onun təqsirli bilindiyi maddələrin sanksiyasında azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalar nəzərdə tutulmasına baxmayaraq, o azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, bunun səbəbləri isə hökmdə əsaslandırılmamış, yalnız ümumi sözlərlə cəzanın məqsədlərinin Məhkum Azərbaycan Respublikası CM-nın 221.2.1 və 221.2.2-ci maddəllərinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə biləcəyini göstərmişdir. Məhkum təyin edilmiş cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun deyildir. Məhkum gəncdir, 14 yaşında atasını itirməklə tək anasının himayəsində böyümüşdür, anasının ondan başqa digər övladı yoxdur, hazırda anası tək yaşamaqla oğlu Məhkum köməyinə və dəstəyinə ciddi ehtiyacı vardır. Nərimanov Rayon Polis İdarəsinə vurulmuş 829.54 manat maddi ziyan tam olaraq ödənilmişdir, həmin xüsusatla bağlı Polis İdarəsinin Məhkum heç bir şikayəti və tələbi yoxdur. Məhkum əvvəllər məhkum olunmamışdır, yaşadığı yer üzrə müsbət xarakterizə olunur, törətdiyi cinayəti səmimi etiraf e tməklə dərin peşimançılıq hissi keçirir. Odur ki, göstərilənləri nəzərə alaraq, apellyasiya məhkəməsinin qərarını ləğv etməklə Məhkum əməlinin CM-nin 128-ci maddəsinə tövsif edilməsi və barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlilləri ndən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkəmə kol legiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkəmələr yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Kassasiya şikayətində məhkumun əməlinin məhkəmələr tərəfindən düzgün tövsif olunmadığı, əməlin CM-nin 128-ci maddəsi ilə tövsif edilməli olduğu, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi iddia edilir və buna dair dəlillərə istinad olunur. Belə dəlillər məhkumun müdafiəçisinin apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında həmin dəlillərlə və əməlin tövsifi ilə əlaqədar göstərilmişdir ki, “...Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən aparılan məhkəmə istintaqı zamanı verilmiş ifadələrin mötəbərliyi şübhə doğurmadığından və iş üzrə toplanmış digər sübutlar la öz təsdiqini tapdığından, Məhkum ittiham olunduğu maddə üzrə cinayət əməlini törətməsi tamamilə sübuta yetirilir. Belə ki, məhkum edilmiş şəxs Məhkum tərəfindən ittihamla ona qarşı irəli sürülmüş cinayət əməllərini təqsirli olaraq törətməsi birinci instansiya məhkəməsi tərəfindən aparılan məhkəmə istintaqı zamanı özünün qismən etirafedici ifadəsi, zərər çəkmiş şəxslərin və zərər çəkmiş hüquqi şəxsin nümayəndəsinin və dindirilmiş şahidlər X1, X2, X3, X4, X5, X6, X7, X8, X9və X10 ış üzrə digər şahid X2 ifadələri, məhkəmə istintaqlı zamanı tətqiq edilmiş istintaq hərəkəti protokolu, məhkəmə-tibbi ekspertizasının rəyi və iş üzrə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunduğundan onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə düzgün töv süf edilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Məhkum əməlinin tövsif olunması üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyası cinayət qanunvericiliyin tələblərini nəzərə alaraq məhkum edilmiş şəxs Məhkum təyin olunmuş cəza məsələsini müzakirə etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən onun ilk dəfə cinayət əməli törətməsini, əməlini qismən etiraf etməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını nəzərə aldığını hökmdə qeyd etsə də, cəzasını yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halların isə olmamasını, ona törədilmiş cinayətin xarakterinə ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğun olmayan ağır cəza təyin etmişdir. Azərbaycan Respublikası Daxili işlər Nazirl iyi Bakı şəhəri Nərimanov Rayon Polis idarəsi tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli arayışdan görünür ki, məhkum edilmiş şəxs Məhkum tərəfindən həmin idarəyə vurulmuş 829,54 manat maddi ziyan tam ödənildiyindən ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə kollegiyası eyni zamanda Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən bir epizod üzrə zərər çəkmiş şəxslə barışıq əldə edilməsini, Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən ona dəymiş zərəri tamamilə ödəməsini və bununla bağlı heç bir şikayət və tələbin olmamasını, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən apelyasiya baxışı zamanı digər zərər çəkmiş şəxsdən üzr istəyərək barışmağa cəhd etməsini yüngülləşdirici hallar kimi, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, məhkum edilmiş şəxs Məhkum təyin edilmiş cəza yüngülləşdirilməlidir....”. Göründüyü kimi, apellyasiya məhkəməsi özünün iş üzrə mövqeyini (gəldiyi nəticəni) işin hallarına, qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin mövqe (nəticə) iş materiallarına və qanunun tələblərinə uyğun olduğuna görə məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya şikayətinin dəlilləri də həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Bundan başqa, iş materiallarından görünür ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişlər. Bu məsələlər həll olunarkan Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Azərbaycan Respublikası CPM- nin 143.1-ci maddsəinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Daha sonra CPM-nin 145-ci maddəsinin tələbinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət ver ilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Nəhayət, həmin Məcəllənin sübutların kifayət etməsi ilə bağlı 146-cı maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş şəxslərin üzərində zor tətbiq edilməsi ilə, özgə əmlakının məhv edilməsi ilə müşayiət edilən, ictimai qaydaın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərməklə, təkrarən xuliqanlıq hərəkətləri etməsi ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin yuxarıda qeyd olunan 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Bu səbəbdən qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Kassasiya şikayətində məhkumun əməlinin düzgün tövsif olunmadığı, əməlin CM-nin 128-ci maddəsi – qəsdən sağlamlığa yüngül zərər vurma maddəsi ilə tövsif olunmalı olduğu iddia edilir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, həmin dəlillər əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarına görə, cinayə tin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli 1 N-li Qərarının 3-cü maddəsində qeyd edilmişdir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissiilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma vəb u kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxuq başqacinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. İş materialları, birinci instansiya və apellyasiya məhkəməsi tərəfindən tədqiq olunmuş mötəbər sübutlarla bir daha təsdiq olunur ki, məhkumun əməlində qəsdən sağlamlığa yüngül zərər vurma maddəsinin mövcudluğu istisna olunur. Belə ki, Məhkum zərəçəkmiş şəxslə aralarında yaranmış mübahisə zamanı heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti il ə ictimai yerdə, özünün şəxsiyyətini sonuncunun şəxsiyyətinin fövqündə qoymaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etmişdir. Qeyd olunanlar məhkumun məhkəmələrin sübutları düzgün qiymətləndirməmələri, onu əsassız olaraq CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilmələri, onun əməlinin hüquqi tövsifində səhvə yol vermələri və bunun nəticəsi kimi onu həqiqi əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan həddindən artıq ağır cəzaya məhkum etmələri, yəni cinayət-prosessual qanunun 416-cı maddəsində nəzərdə tutulmuş pozuntulara yol vermələri barədə iddialarının əsassız olduğunu göstərir. Məhkəmə kollegiyası məhkuma cəza təyin olunma sı məsələsinə də qiymət verərək hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar (bir epizod üzrə zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, dəymiş zərəri tamamilə ödəməsini və bununla bağlı heç bir şikayət və tələbin olmamasını, apellyasiya baxışı zamanı digər zərərçəkmiş şəxsdən üzr istəyərək barışmağa cəhd etməsini) iş üzrə cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apelyasiya məh kəməsi tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Bu baxımdan da qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Proses sual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Nuriyev İlham Qubad oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı Məhkum müdafiəçisi Nuriyev İlham Qubad oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-690/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-690/2020
30.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver