Məhkəmə qərarları › İş №1(102)-690/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-690/2023

28.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-690/2023 28.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Nümayəndələr - “Arbitrium” Vəkil Bürosunun vəkili - Bağırov Namiq İmran oğlunun və Eyvazova Sevil Zahid qızının, Müdafiəçi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Ağazadə İlkin İlqar oğlunun iştirakları ilə, Tərtər Rayon Məhkəməsinin 02 fevral 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 oktyabr 2022-ci il tarixli qərarından Zərərçəkmiş şəxs və nümayəndəsi - vəkil Bağırov Namiq İmran oğlu tərəfindən birgə verilmiş kassasiya şikayətinə və nümayəndə Bağırov Namiq İmran oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Tərtər Rayon Məhkəməsinin 02 fevral 2022-ci il tarixli, 1(061)-06/2022 nömrəli (sədrlik edən Kamil Rzayev) hökmü ilə xx.xx.1989-cu il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, məhkumluğu olmayan, himayəsində bir azyaşlı uşağı olan, Vəli Axundov adına X3 X9 şöbəsində böyük laborant vəzifəsində işləmiş və hadisədən sonra öz ərizəsi ilə işdən çıxmış, hazırda fərdi sahibkarlıqla məşğul olan, xxx qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, cəzanın icrası müddəti Məhkum cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, onun üzərinə Bərdə rayonunun hüdudlarını tərk etməmək, Bərdə rayonunda yerləşən yaşayış yerini saat 22:00-dan 08:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmuşdur. Hökmdən Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə və apellyasiya şikayətinə əlavəyə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (Muxtarov Teyyub Asif oğlunun sədrliyi (məruzəsi) ilə, hakimlər Məmmədov Çingiz Böyükxan oğlu və Xasməmmədov Elçin İsgəndər oğlundan ibarət tərkibdə) 04 oktyabr 2022-ci il tarixli qərarı ilə apellasiya şikayəti və apellasiya şikayətinə əlavə təmin edilməmiş, Tərtər Rayon Məhkəməsinin 02 fevral 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apell yasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 oktyabr 2022-ci il tarixli qərarından Zərərçəkmiş şəxs və nümayəndəsi - vəkil Bağırov Namiq İmran oğlu tərəfindən birlikdə kassasiya şikayəti və nümayəndə Bağırov Namiq İmran oğlu tərəfindən kassasiya şikayətinə əlavə verilmişdir. İŞİN HALLARİ: Tərtər Rayon Məhkəməsinin 02 fevral 2022-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, 08 mart 2021-ci il tarixdə, saat 01:00 radələrində yaşadığı ünvan 2 ünvanında yerləşən ikimərtəbəli evin ikinci mərtəbəsindəki kiçik qonaq otağında 2019-cu ilin fevral ayından bəri tanıdığı Zərərçəkmiş şəxs ilə sonuncunun onun ailə üzvləri-anası X5 və atası X2 gözləri qarşısında barəsində guya özü də daxil olmaqla başqa şəxslərlə - əmisi oğlu Orxan Məmmədovla, sinif yoldaşı Bəxtiyar İsmayılovla, rəfiqəsi Kəmalə Novruzova ilə intim münasibətlərdə olması, Zərərçəkmiş şəxsla kəbin kəsdirməsi və uzun müddətdir ər-arvad münasibətlərində yaşamaları barədə rüsvayedici məlumatlar yayması və şantaj etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı həmin otaqda olan şüşə masanın üzərindəki içərisində yarısından çoxu istifadə edilmiş vəziyyətdə olan bir litrlik plastmas spirt qabına gözü sataşdığından əlinə götürüb, Zərərçəkmiş şəxs onun barəsində yalan danışan dilini yandırmaqla cəzalandırmaq qərarına gəlib və bu məqsədlə müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq göstərərək, əvvəlcə qabdakı tərkibində heç bir qarışıq olmayan, yüksək buxarlanma xassəsinə malik olduğundan neft məhsullarına nisbətən daha zəif alışma və yanma qabiliyyətinə malik olan 94,8%-li etil spirtini, ar dınca da stolun üzərindəki kibriti yandırıb təxminən bir metr məsafədən Zərərçəkmiş şəxs ağız nahiyəsinə doğru atmaqla sonuncuya alov təsirindən törənməyə xarakterik, müddəti xx.xx.2021-ci il tarixə uyğun gələn və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid üz, alın, hər iki əl, döş qəfəsi nahiyələrinin, boyun nahiyəsinin arxa səthinin İ dərəcəli termiki yanıqları, hər iki xarici qulaq nahiyəsinin ll-lll a dərəcəli termiki yanığı, boyun nahiyəsinin öndə İİİ a, b dərəcəli termiki yanığı və yuxarı tənəffüs yolunun yanığından ibarət xəsarətlər yetirmiş və dərhal ailə üzvlərinin və özünün müdaxiləsi ilə yanan vəziyyətdə olan Zərərçəkmiş şəxs mətbəxə aparıb su ilə baş nahiyəsindən töküb söndürərək yanmasının, xüsusilə də həyati təhlükəs inin qarşısını almaqla, Zərərçəkmiş şəxs sağlamlığına xüsusi amansızlıqla qəsdən az ağır zərər vurmuşdur. KASSASİYA ŞİKAYƏTİNİN, KASSASİYA ŞİKAYƏTİNƏ ƏLAVƏNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Zərərçəkmiş şəxs və nümayəndəsi Bağırov Namiq İmran oğlu tərəfindən birgə verilmiş kassasiya şikayəti və nümayəndə Bağırov Namiq İmran oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin qərarı ədalətsiz və qanunsuz olduğundan ləğv edilməli və işin yenidən araşdırılması üçün iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Belə ki, məhkəmə araşdırması müddətində məhkəmə xəttşünaslıq eksperatizasının keçirilməsi barədə xx.xx.2022-ci il tarixli vəsatət verilərək, ibtidai istintaq dövründə zərərçəkmişin və anasının izahat larını və imzalarını saxtalaşdırmış şəxslərin əməllərinin ifşa olunması üçün məhkəmə xəttşünaslıq ekspertizası təyin edilməsi xahiş edilmişdir. Lakin bu vəsatət əsassız olaraq təmin edilməmiş, bu imtinanın hansı əsasla bağlı olması əsaslandırılmamışdır. Halbuki, (cinayət işi 1-ci cild səhifə 11-də) şifahi məlumatların qəbulu barədə protokol ilə mən Məhkum törətdiyi əmələ görə yalnız onun cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişəm. Eləcə də, cinayət işinin 1-ci cild 12-ci səhifəsində baş təhqiqatçı Babək Nəsirov məndən izahat almış, sonda isə izahatımın baş təhqiqatçı tərəfindən yazılmasına etiraz etməməklə, sonda izahatı imzalamışam. Halbuki, mən həmin vaxt ağır dərəcəli yanıq xəsarətlərindən və Orxan adlı şəxs tərəfindən döyülməyim nəticəsində şokda olmuşam, aldığım xəsarətlərə g örə hər iki əlim və sifətim sarğıda olmuşdur. Bundan başqa, 1-ci cild səhifə 65-69-da müstəntiq Ruslan Əhədov guyaki məndən izahat alıb, həmin izahatı guyaki mənim anam da imzalayıb. Əslində isə müstəntiq həmin vaxt mənim yanımda olub kompüterdə mənim adımdan nəsə yazsa da, həmin izahatı nə mən, nədəki anam imzalamamışdır. Bundan əlavə, 1-ci cild səhifə 28-30-da olan anam Eyvazova Sevil Zahid qızı da hadisənin baş verdiyi gün, yəni 08 mart 2021-ci il tarixdə verdiyi izahatında mənim aldığım xəsarətlərdən vəziyyətimin ağır olması, oğlumun deməsinə görə bu hadisədə Natiq Məmmədov, Məhkum, Mərziyyə Məmmədova, Arzu adlı qadın və Orxan adlı şəxsin günahkar olmasını, həmin şəxslərin məsuliyyətə cəlb edilməsini müstəntiq Ruslan Əhədovdan xahiş etmişdir. Qeyd olunanlar onu sübut edir ki, zərərçəkə n şəxs və onun anası hadisə baş verdiyi andan hazırki vaxtadək eyni məzmunda izahatlar verməsinə baxmayaraq, onların hadisə ilə bağlı dedikləri araşdırma predmeti olmamış, istintaq birtərəfli qaydada aparılmış, sonda isə cinayətin iştirakçısı olan şəxslər müstəntiq tərəfindən işdən kənarlaşdırılmışdırlar. Zərərçəkmiş şəxs Məhkum əlində ət baltası olmasını bildirsə də, müstəntiq bir ədəd yağ bıçağını sübut kimi işə əlavə edib, Sevincin həmin bıçaqla mənə xəsarət yetriməsini bildirmiş, halbuki, həmin bıçaq düzünə vəziyyətdə kimisə xəsarət yetirə bilər, həmin bıçaqla əl və ya boğaz ksmək mümkün deyil. Sevinc ona qarşı istifadə etdiyi iti uclu ət baltası əvəzinə yağ bıçağını təqdim etmiş, müstəntiq də həmin bıçaqla ona ittiham verməmişdir. Guya ki, Sevinc özünü öldürmək üçün bıçağı boğazına tutmuşdur. Halbuki, ona dair işin 245-246-cı vərəqlərində mövcud olan ekspert rəyində Sevincin üzərində məhkəmə tibbi müayinəsi zamanı hər hansı bir xəsarətin müşahidə edilmədiyi müəyyən olunmuşdur. Odur ki, göstərilənləri nəzərə alaraq, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(104)-251/2022 saylı 04 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi, Məhkum və qeyrilərinin əməllərində daha ağır cinayətlərin tərkibi olduğuna görə, işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin etmək barədə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Zərərçəkmiş şəxs çıxış edərək, cinayət törədilən zaman orada olan digər şəxslərin də məsuliyyətinə cəlb edilməsini və məhkumun əməlində daha ağır cinayət tərkibi olduğuna görə Gəncə Apellyasiy a Məhkəməsinin Cinayət Kollegiyasının 04 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilib işin apellyasiya instansiya məhkəməsinə yenidən baxışa təyin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində zərərçəkmiş şəxsin nümayəndələri Bağırov Namiq İmran oğlu və Eyvazova Sevil Zahid qızı ayrı-ayrılıqda çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməsini və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilib işin apellyasiya instansiya məhkəməsinə yenidən baxışa təyin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Ağazadə İlkin İlqar oğlu çıxış edərək, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 oktyabr 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassasiya i nstansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 oktyabr 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassas iya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Zərərçəkmiş şəxs və nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə Məhkum və qeyrilərinin əməllərində daha ağır cinayətlərin tərkibi olduğu halda barələrində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.1 (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə), 416.1.2-ci (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini və kassasiya şikayətinə əlavəni CPM-in 419-c u maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 oktyabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 oktyabr 2022-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü ma ddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsini qərarı ilə Məhkum olunduğu Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsinin xüsusi amansızlıqla qəsdən sağl amlığa az ağır zərər vurma kimi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş xüsusi amansızlıqla qəsdən sağlamlığa az ağır zərər vurma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş məhkumun və zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət veri lməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Zərərçəkmiş şəxs tərəfdən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə Məhkum daha ağır ittiham (CM-nin 29,120-ci maddənin müvafiq bəndləri ilə) verilməsi, həmçinin ona qarşı cinayət törətmiş hadisə yerində olan digər şəxslərin də cinayət məsuliyyətinə cəlb edilməsi əsası ilə apellyasiya məhkəməsinin qərarını ləğv etməklə cinayət işinin yeni apellyasiya baxışına təyin edilməli olduğu iddia edilir. Kassasiya məhkəmə kollegiyası zərərçəkmiş tərəfin kassasiya şikayətində və ona əlavədə qeyd edilən dəlill əri öyrənərkən aydın görünür ki, irəli sürülən iddiaların əsasını cinayət əməli üzrə Məhkum ağır ittihamın verilməsi və istintaqa cəlb olunmamış Natiq Məmmədov, Məhkum, Mərziyyə Məmmədova, Arzu adlı qadın və Orxan adlı şəxslərin də cinayət əməlində iştirak etməsi barədə dəlillərin üzərində qurulmaqla məhkəmə baxışının hədlərinə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin müəyyən etdiyi hüdudlardan açıq-aşkar kənara çıxır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Qeyd olunan n ormaların tələblərinə və Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, istər birinci və apellyasiya instansiyası məhkəmələri, istərsə də kassasiya instansiyası məhkəməsi ittihamın hüdudlarından kənara çıxmaq, barəsində ittiham irəli sürülməyən, araşdırma aparmaq səlahiyyətində deyillər və bu səbəbdən də cinayətin məhkəməyə verilən (barəsində ittiham irəli sürülən) şəxsə daha ağır ittiham verməklə yanaşı, digərlərinin də cinayət törətməsi barədə dəlillərdən çıxış etməklə baxılan (məhkəmə baxışının predmetini təşkil edən) ittihama münasibətini müəyyənləşdirə, belə dəlilləri qərarlarının motivlərini formalaşdıran əsaslar kimi nəzərdən keçirə bilməzlər. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətində və ona əlavədə göstərilmiş qeyd edilən məhkuma ağır ittihamın verilməsi və onunla yanaşı başqa şəxslər tərəfindən də cinayət törədilməsinə dair dəlilləri və bu dəlillər üzərində qurulmuş kassasiya tələblərini əsaslı dəlil və tələblər kimi nəzərdən keçirməkdən imtina edir. Bundan əlavə kassasiya şikayətindən və əlavədən görünür ki, məhkumun adam öldürməyə cəhd etmə cinayətini törətdiyini iddia etməklə, qeyd olunan cinayətdə onun təqsirliliyinin müəyyən edilməsi haqqında qənaətini və bu qənaətdən irəli gələn apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsi və ləğv edilməsi haqqında tələblərini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur. Bu isə onu göstərir ki, məhkumlar kassasiya instansiyası məhkəməsini iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edirlər. K assasiya şikayətlərinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Azərbaycan Respublikası CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin sə lahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətində və əlavədə irəli sürülmüş məhkəmə qərarının dəyişdirilməsi və ləğv edilməsi barədə tələblərin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müəlliflərin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində və əlavədə gətirdikləri faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətində və ona əlavədə göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, bu şikayətin və ona əlavənin dəlilləri ilə eyni məzmunda olan dəlillər zərərçəkmiş şəxs tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, eləcə də cinayətin epizodlarını təşkil edən faktiki halların müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarın “İşin halları” bölməsində təsv ir edilmiş hərəkətlərindən, eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması haqqında nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən, kassasiya şikayətinin və ona əlavənin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum xüsusi amansızlıqla qəsdən sağlamlığa az ağır zərər vurma hər iki məhkəmə instansiyasında tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Məhkum ona hökmlə istinad edilən (apellyasi ya instansiyası məhkəməsinin də razılaşdığı) cinayət əməlini törətməsi kassasiya şikayətində və ona əlavədə iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə və ona əlavəyə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Kassasiya şikayətində və ona əlavədə cinayət və cinayət prosessual qanununun normalarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı həmin normalarla ziddiyyət təşkil etmir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tut ular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin və ona əlavənin dəlilləri isə əsassızdır. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məq sədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin və ona əlavənin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, verilmiş kassasiya ş ikayəti və kassasiya şikayətinə əlavə isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Zərərçəkmiş şəxs və nümayəndəsi - vəkil Bağırov Namiq İmran oğlu tərəfindən birgə verilmiş kassasiya şikayəti və nümayəndə Bağırov Namiq İmran oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əlavə təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin 02 fevral 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 oktyabr 2022-ci il tarixli qərarı kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar