Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-690/2024 20.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Mirzəyev Altay Soltanağa oğlunun, Məhkum iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1025/2022 nömrəli, 05 noyabr 2022-ci il t arixli qərarından məhkumlar Məhkum və Təqsirləndirilən şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə və və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Mirzəyev Altay Soltanağa oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxx 1995-ci il tarixdə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2anında yaşamışdır. Məhkum Təqsirləndirilən şəxs xx xxxxxx 1994-cü il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkumluğu olan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 13 avqust 2021-ci il tarixli i ttiham aktına görə Məhkum və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair ittiham elan edilmişdir. 3. 14 sentyabr 2021-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum və Təqsirləndirilən şəxs cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum əvvəllər qəsdən ağır cinayət törətdiyinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 dekabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib 03 il 03 ay 18 gün azadlıqdan məhrum etmə cəzasına məhkum olunub 03 il ş ərti sınaq müddəti təyin edilməsinə baxmayaraq, törətdiyi həmin cinayətə görə qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ödənilmədən yenidən qəsdən tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs, İran İslam Respublikasının vətəndaşı “Şəhram” adlı şəxs və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə “Şəhram” adlı şəxsin və qeyrilərinin İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirilməsinə və külli miqdarda psixotrop maddə və narkotik vasitənin Azərbayc an Respublikası ərazisində satışının təşkil edilməsinə qabaqcadan vəd verməklə köməklik etmiş, bu məqsədlə “Şəhram” adlı şəxsin və qeyrilərinin istintaqa məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdiyi 11,644 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda 6,689 qram çəkidə psixotrop maddə metamfetamini naməlum vaxtda, yerdə və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib külli miqdarda 4,126 qram çəkidə psixotrop maddə metamfetamini və 11,644 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı müvəqqəti yaşadıqları ünvan 4 ünvanında yerləşən “Happy İnn” otelinin 606 nömrəli otağına daşıyıb orada gizlətməklə saxlamış, qalan psixotrop maddəni aralarında bölməklə Məhkum 1,735 qram çəkidə psixotrop maddə metamfetamini, Təqsirləndirilən şəxs isə 0,828 qram çəkidə psixotrop maddə metamfetamini üzərilərində saxlamaqla ünvan 4 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 16 may 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum və Təqsirləndirilən şəxs həmin gün saat 21:00-da qeyd olunan ünvanda saxlanılaraq ünvan 5kotiklərlə Mübarizə İdarəsinə dəvət olunub üzərilərinə şəxsi axtarış keçirilərkən Məhkum əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,470 qram, 0,446 qram və 0,819 qram olmaqla ümumilikdə 1,735 qram çəkidə kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə eyni tərkibli 0,828 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq 17 may 2021-ci il tarixdə, saat 03:15-də keçirilən baxış zamanı saxlanılan şəxslərin müvəqqəti yaşadıqları ünvan 4 ünvanında yerləşən “Happy İnn” otelinin 606 nömrəli otağında olan dolabdan altı ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,852 qram, 0,931 qram, 0,446 qram, 0,431 qram, 0,993 qram və 0,473 qram olmaqla ümumilikdə külli miqdarda 4,126 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, eləcə də yeddi ədəd bükümdə və iki ədəd kibrit qutusunda olub ayrı-ayrı lıqda təmiz çəkiləri 3,745 qram, 5,698 qram, 0,377 qram, 0,293 qram, 0,250 qram, 0,431 qram, 0,339 qram, 0,240 qram və 0,271 qram olmaqla ümumilikdə 11,644 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.
5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-180/2022 nömrəli, 10 mart 2022-ci il tarixli hökmü ilə: Məhkum Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2-ci maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqd an məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla 8 il (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CMnin 71.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-930/2019 nömrəli, 12 dekabr 2019-cu il tarixli hökmü ilə Məhkum təyin olunmuş şərti məhkum etmənin ləğv edilməsi, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-930/2019 nömrəli, 12 dekabr 2019-cu il tarixli hökmü ilə ona təyin olunmuş 03 (üç) il 03 (üç) ay 18 (on səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının həmin hökm üzrə təyin edilmiş 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən bi rləşdirilməsi və qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 16 may 2021-ci il tarixdən hesablanması; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaqla qəti olaraq 7 il (yeddi) il 06 (altı) ay müddətə azadlıqd an məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 16 may 2021-ci il tarixdən hesablanması, həmçinin maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verib hökmün dəyişdirilməsi və barəsində təyin edilmiş cəzadan nisbətən daha yüngül cəza təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
7. Həmin hökmdən Təqsirləndirilən şəxs müdafiəçisi Mirzəyev Altay Soltanağa oğlu apellyasiya şikayəti verərək, hökmün Təqsirləndirilən şəxs aid hissədə ləğv edilməsi, əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməsi və qanunamüvafiq cəza təyin edilməsi barədə qərar qəb ul edilməsini xahiş etmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1025/2022 nömrəli, 05 noyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-180/2022 nömrəli, 10 mart 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.
9. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından məhkumlar Məhkum və Təqsirləndirilən şəxs ayrı-ayrılıqda kassasiya şikayəti, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Mirzəyev Altay Soltanağa oğlu kassasiya şikayətinə əlavə vermişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar
10. Məhkum kassasiya şikayətində törətdiyi cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinə səhv tövsif edildiyi iddia edib, apellyasiya instansiyası məhkəməsi nin qərarının ləğv edilməsini və əməlin Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinə tövsif edilməsini xahiş edir.
11. Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətində törədilən cinayət əməlinin səhv tövsif edilməsi iddia edilməklə, barəsində ədalətli qərar qəbul edilməsi xahiş edilir.
12. Müdafiəçi Mirzəyev Altay Soltanağa oğlu məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətinə əlavə verərək qeyd etmişdir ki, Məhkum şəxsi istehlak miqdarından artıq olmaqla 11,644 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı və külli miqdarda 6,689 qram çəkidə psixotrop maddə olan metamfetamini 15 may 2021-ci il tarixdə Xırdalan şəhəri ərazisində əldə edib, müvəqqəti yaşadığı otelin otağına daşıyıb gətirməsindən Təqsirləndirilən şəxs məlumatı olmamışdır. Buna görə də T.Ə. Seyfullayevə Məhkumlə qabaqcadan əlbir olub, bir qrup şəxs təşkil etməklə külli miqdarda psixotrop maddənin və narkotik vasitənin satışı ilə bağlı ittihamın verilməsi qanunsuzdur. Həmçinin, Məhkum tərəfindən əldə edilmiş narkotik vasitə və psixotrop maddənin Təqsirləndirilən şəxs tərəfindən satılacağı ilə bağlı hər hansı sübutun olduğu müəyyən edilməmiş və həmin xüsusatla bağlı ciddi şübhələr mövcuddur. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham kifayət qədər sübuta yetirilmədiyindən, onun cinayət törətməkdə təqsirli bilinməsi, ona qarşı verilmiş ittihamın əsası kimi qəbul edilə bilməz. Təqsirləndirilən şəxs götürülmüş psixotrop maddə olan metamfetaminin çəkisi də külli miqdarda deyildir. Bu onu təsdiq edir ki, o, göstərilən psixotrop maddəni kiməsə satmaq niyyəti ilə deyil, özü istifadə etmək məqs ədilə almışdır. Buna görə də əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilməli, cəzasını yüngülləşdirən hallar nəzərə alınmaqla həmin maddə ilə qanuna müvafiq cəza təyin edilməlidir. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi və ona göstərilən maddə ilə qanunamüvafiq cəza təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.
13. Kassasiya şikayətlərinə və əlavəyə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
14. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan son ra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
15. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
16. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş ver ib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
17. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
18. Məhkumlar Məhkum və Təqsirləndirilən şəxs ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərində törətdikləri cinayət əməllərinin tövsifini, müdafiəçi kassasiya şikayət inə əlavədə məhkumun törətdiyi cinayət əməllərinin tövsifini mübahisələndirməklə xahişlərini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişlər.
19. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1025/2022 nömrəli, 05 noyabr 2022-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
20. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azə rbaycan Respublikası CMnin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
21. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
22. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqs iri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).
24. Şərh edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası məhkumlar Məhkum və Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə kassasiya müraciətlərinin dəlillərini əsassız hesab edir.
25. Belə ki, ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutl ar hazırda mübahisəsi edilən qərarında apellyasiya instansiyası məhkəməsi tərəfindən istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrıayrılıqda və məcmu halında bir daha araşdırılmış, məhkəmə haqlı olaraq hesab etmişdir ki, Məhkum və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmələrinin təsdiqi onların özlərinin ibtidai araşdırma zamanı və məhkəmə istintaqı zamanı verdikləri ifadələri ilə yanaşı həmçinin şahidlərin ifadələri, ekspertiza rəyləri, baxış keçirilməsi və sair istintaq hərəkətlərinin aparılması haqqında protokollar, eləcə də iş materiallarında olan digər təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə gəldiyi nəticə məhkumların verdiyi apellyasiya şikayətlərində irəli sürdüyü dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum və Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə qənaəti şübhə altına almaq üçün əsas görmür.
27. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əl verişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.
28. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir.
29. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahis ələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
30. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayətləri və kassasiya şikayətinə əlavə təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1025/2022 nömrəli, 05 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkumlar Məhkum və Təqsirləndirilən şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Mirzəyev Altay Soltanağa oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əlavə təmin edilməsin. Bakı Apel lyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1025/2022 nömrəli, 05 noyabr 2022-ci il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.