Məhkəmə qərarları › İş №1(102)-690/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-690/2025

15.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-690/2025 15.04.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Yusifov Şahin Yaşar oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun və məhkumun iştirakları ilə, xxxxx-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, 2-ci qrup əlilliyi olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hal-hazırda cəza çəkən Məhkum2 Azərbaycan Respublikasının Cinayət Mə cəlləsinin 234.4.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 aprel 2024-cü il tarixli, 1(103)-729/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli 1(101)-76/2024 nömrəli hökmü ilə (hakimlər: A.H.Tağıyev (sədrlik edən), E.A.Nuriyev və K.N.Muxtarov) Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 05 il 11 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hökmlə təyin edilmiş 05 il 11 ay müddətə azadlıqdan məhrum etmə cəzası Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 1(008 )-217/2021 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 03 ay 10 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirməklə və həmin Məcəllənin 68.1.11-ci maddəsinə əsasən çəkilməmiş 03 ay 10 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 02 günü 01 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq 01 ay 20 gün müddət nəzərə alınmaqla, ona qəti olaraq 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 02 mart 2022-ci il tarixdən hesablanmışdır. Həmin hökmlə həmçinin Məhkum1 da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir. Birinci instansiya mə hkəməsinin həmin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 aprel 2024-cü il tarixli qərarı ilə (hakimlər: Q.X.Babayev (sədrlik edən), İ.A.İbrahimli və A.V.Tanrıverdiyev) apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə və apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan Dövlət ittihamçısı2 tərəfindən kassasiya protesti verilmiş, Azərbaycan Respublikası Məhkəməsinin Cinayət Kollegiyasının 13 sentyabr 2024-cü il tarixli 1(102)-1818/2024 nömrəli qərarı ilə (hakimlər: T.A.Muxtarov (sədrlik edən), Ə.C.Seyidov və Ə.Ə.Novruzov) kassasiya protesti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 aprel 2024-cü il tarixli qərarından məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihama əsasən Məhkum1 satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib satmaq məqsədi ilə tanışı Məhkum2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında birləşərək aralarında aparılmış vəzifə bölgüsünə əsasən o, 17 fevral 2022-ci il tarixdə sosial şəbəkələr vasitəsilə tanış olduğu, İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı "x” adlı şəxsdən 50 manat pul müqabilində külli miqdarda, ümumi təmiz çəkisi 4,595 qram narkotik vasitə heroini və ümumi təmiz çəkisi 1,674 qram psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib 2022-ci ilin fevral ayında həmin narkotik vasitə heroinin Bakı şəhərində satışını həyata keçirməsi üçün bükümlərə ayıraraq 06 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,220 qram, 0,225 qram, 0,180 qram, 0,251 qram, 0,261 qram, 0,260 qram, ümumi təmiz çəkisi 1,397 qram hissəsini qrupun üzvü Məhkum2 verib qalan hissəsini isə üzərində saxlamaqla daşımış, 24 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 81 saylı binanın qarşısında tanışı Şahid1 01 ədəd bükümdə təmiz çəkisi 0,772 qram psixotrop maddə metamfetamin və 01 ədəd bükümdə təmiz çəkisi 0,381 qram olan narkotik vasitə heroini 30 manata satmış, 25 fevral 2022-ci il tarixdə, saat 12:30 radələrində Nizami RPİ-nin 24-cü PŞnin əməkdaşları tərəfindən Şahid1 ünvan 2 ünvanında şübhəli şəxs qismində saxlanılaraq Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilərək üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarının sağ yan kiçik cibindən 01 ədəd qırmızı rəngli sellofana bükülmüş onun satdığı təmiz çəkisi 0,772 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, 27 fevral 2022-ci il tarixdə, saat 13:20 radələrində Nizami RPİ-nin X5 şübhəli şəxs qismində saxlanılmış Şahid1 üzərinə keçirilmiş baxış zamanı əynində olan boz rəngli cins şalv arının sağ yan kiçik cibindən 01 ədəd qızılı rəngli kağız bükümdə onun satdığı təmiz çəkisi 0,381 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, 25 fevral 2022-ci il tarixdə, saat 15:50 radələrində ünvan 4 ünvanında şübhəli şəxs qismində saxlanılaraq Nizami RPİnin 24-cü PŞ-nin inzibati binasına gətirilib orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən 01 ədəd qırmızı rəngli polietilen bükümdə təmiz çəkisi 0,902 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, Nizami RPİ-nin NMB-nin əməkdaşları tərəf indən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qrupun üzvü Məhkum2 02 mart 2022-ci il tarixdə, saat 16:10 radələrində ünvan 6 ünvanda şübhəli şəxs qismində saxlanılaraq Nizami RPİ-nə gətirilərək üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,200 qram, 0,225 qram, 0180 qram, ümumi təmiz çəkisi 0,625 qram olan qəhvəyi rəngli maddə kütlələri kustar üsülla hazırlanmış narkotik vasitə heroin, həmin tarixdə saat 18:15 radələrində Məhkum2 yaşadığı ünvan 8 ünvana keçirilmiş baxış zamanı mənzilin qonaq otağında yerləşən masanın üzərindən 03 ədəd şəffaf sellofana bükülmüş bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,251 qram, 0,261 qram, 0,260 qram, ümumi təmiz çəkisi 0,772 qram olan qəhvəyi rəngli ma ddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd üzərində heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bundan başqa Məhkum1 qeyd edilən cinayət əməllərinə görə Nizami RPİ-nin İŞ-də istintaqı aparılan cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutularaq Nizami RPİ-nin X5 saxlanılarkən 17 may 2022ci il tarixdə sosial şəbəkələr vasitəsilə tanış olduğu, İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı "x” adlı şəxsdən 50 manat pul müqabilində satış məqsədilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitə heroinin 2,817 qram hissəsini üzərində saxlamaqla Nizami RPİ- nin MSY-nin 1 nömrəli kamerasına daşımış, 27 fevral 2022-ci il tarixdə saat 12:15 radələrində həmin idarənin əm əkdaşları tərəfindən kamerada aparılan baxış zamanı onun çarpayısının altından 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 2,817 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsi Məhkum2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma cinayətinin törətməsinin sübut olunmaması haqqında qənaətə gəlib, yekunda onu yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirli bilmişdir. Apellyasiya instansiyası məhkəməsi isə həmin nəticə ilə razılaşmışdır. Kassasiya şikayətinin dəlilləri: Məhkum2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən sübutlar düzgün tədqiq edilib-qiymətləndiril məmiş, nəticədə o, əsasız olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti versə də, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası ona aid hissədə hökmü dəyişdirilmədən saxlamışdır. Məhkum əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin tərkib əlamətləri olmadığı üçün Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 aprel 2024-cü il tarixli qərarını dəyişdirərək, onun əməlinin CM-nin 234.11-ci və ya 234.1-ci maddəsinə tövsif edilməsini və həmin maddənin sanksiyası həddində cəza təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya m üraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Ci nayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində əməlinin düzgün olmayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə tövsif olunduğunu, nəticədə onun əməlinə uyğun olmayan cəzaya məruz qaldığını iddia edərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsi onun əməlinin Cinayət Məcəlləsinin 234.1-1-ci və ya 234.1-ci maddəsinə tövsif edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdiril məsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 aprel 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlin də konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz ək sini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməld ə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkum2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin dispozisiyasına görə, həmin norma (hazırki işin konteksitndə) qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitənin və psixotrop maddənin əldə edilməsinə, saxlanılmasına, daşınmasına və CM-in 234.2-ci maddəsində göstərilən digər hərəkətlərə görə cinayət məsuliyyəti nəzərdə tutmuşdur. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz d aşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıql ı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Qanunun 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələri n əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarında izah olunur ki, “təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehl akçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır” (qərarın 9-cu bəndi). Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı hazırki qərarın “İşin halları” bölməsində təsvir olunmuş Məhkum2 narkotik vasitənin və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə bağlı olan hərəkətlərini yuxarıda qeyd olunan normalarla və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ilə müqayisə etdikdə, Məhkum2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsində göstərilən cinayətin tərkibinin olmaması haqqında iddiasının əsassız olduğu, onun əməlində qeyd olunan cinayət tərkibini səciyyələndirən əlamətlərin olması səbəbindən həmin maddələr ilə təqsirli bilinməsinin və cəzalandırılmasının əsaslı və qanuni olduğu müəyyən edilir. Məhkəmələrin həmin halların müəyyən edilmiş sayılmasına, yəni işin həqiqi hallarını təşkil etməsinə dair qənaətləri kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipinin (33-cü maddəsinin) müddəalarına, cinayətmühakimə icraatının digər prinsiplərinə, sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələblərinə müvafiq olaraq tədqiq edilmiş sübutlara, o cümlədən Məhkum2 və şahidlərin ifadələrinə, "şəxsi axtarışın keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokola, mənzilə baxış keçi rilməsi barədə eyni tarixli protokola, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 mart 2022-ci il tarixli, 6/1297 saylı ekspert rəyinə və digər istintaq hərəkətlərinin protokollarına əsaslanır (hökmdə və apellyasiya instansiyası məhkəməsinin yekun qərarında həmin sübutlar ətraflı təsvir edilib, onların həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, məhkəmə kollegiyası həmin sübutların hazırki qərarda yenidən təsvir edilməsini zəruri saymır). Odur ki, məhkəmə kollegiyası işin faktiki hallarının müəyyən edilməsi, həmin hallara cinayət qanunu normasının tətbiqi (əməlin hüquqi tövsifi), Məhkum2 Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməsi üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin çıxardıq ları nəticələri şübhə altına almaq üçün heç bir əsas görmür. Məhkum2 ona təyin olunmuş cəzanın törədilmiş cinayətə uyğun olmaması barədə mövqeyini, onun hərəkətlərində Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsində deyil, 234.1-1ci maddəsində göstərilən cinayətin tərkibinin olması haqqında dəlillə əsaslandırdığından, bu dəlilin əsassız olduğu isə kassasiya baxışı zamanı müəyyən edildiyindən, kassasiya şikayətində irəli sürülən Məhkum2 cəzasının yüngülləşdirilməsinə (hətta təqsirli bilindiyi maddə ilə belə) dair tələb də əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən, həm də onu nəzərə alır ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum2 cəza təyin edilərkən və apellyasiya instansiyası məhkəməsi tərəfindən bu məsələ üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə yoxla nılarkən məhkəmələr tərəfindən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin təsbit etdiyi bütün hallar, o cümlədən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, cəzanı yüngülləşdirən hallar – onun özünü qismən təqsirli bilməsi, ailəli olmaqla himayəsində bir yetkinlik yaşına çatmayan uşağının və 2-ci qrup əlil olması və cəzanı ağırlaşdıran halların olmaması nəzərə alınmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanın məqsədlərinə (maddə 41), cəzanın təyin edilməsinin ümumi əsaslarına (maddə 58), cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara (maddələr 59, 61) dair müddəalarına əməl olunmuş, cinayət qanununun ədalət prinsipi (maddə 8) pozulmamışdır. Təsvir olunanlar, ümumiyyət lə cinayət işinin materialları apellyasiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmələr tərəfindən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.15 və 416.1.21-ci maddələrində təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə qarşılıqlı tədqiq edərək, kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib belə qənaətə gəlir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 aprel 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şər h olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, məhkum tərəfindən verilmiş kassasiya şikayət təmin edilməməli, mübahisələndirilən qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 aprel 2024-cü il tarixli, 1(103)-729/2024 nömrəli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar