Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-691/2023 12.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Vidadi Cəfərov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri X13, bəraət almış şəxsin müdafiəçisi Müdafiəçi1, zərərçəkmiş şəxsin hüquqi varisi X8 və nümayəndəsi X18 iştirakları ilə, B akı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 oktyabr 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə, Zərərçəkmiş şəxs4 və onun nümayəndəsi Hacılı Ramiz İmran oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Mahmud Ağalarov (sədrlik edən və məruzəçi), Əliövsəd Abasov və Eldar Mikayılov) 20 oktyabr 2014-cü il tarixli, 1(101)137/2014 nömrəli hökmü ilə xx xxx 1958-ci ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, bina 49, mənzil 66/68-də qeydiyyatda olub, ünvan 2-da yaşamış Məhkum Azərbaycan Respublikası CM-in 120.2.5 və 120.2.7-ci maddələri i lə təqsirli bilinib ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını həbsxanada çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 24 may 2013-cü il tarixdən hesablanmışdır. İşin halları: İttihama əsasən Məhkum Bakı şəhərində mənzillərin alqı-satqısı və kirayəyə verilməsində qeyri-rəsmi vasitəçilik fəaliyyəti ilə məşğul olarkən, 2007-ci ilin yanvar ayında yaşadıqları evə kirayəçi tapmaq üçün müraciət etmiş, Zərərçəkmiş şəxs1 ilə tanış olmaqla, sonuncunun yaşadığı evə mütəmadi gedib-gələrək onunla qeyri-rəsmi ər-arvad münasibətində olmuş, bu münasibətdən istifadə edib Zərərçəkmiş şəxs1 adına sənədləşdirilmiş, faktiki olaraq isə bacısı Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 158 nömrəli binanın 26 saylı 04 otaqlı mənzili və Zərərçəkmiş şəxs1 yaşadığ ı ünvan 1 ünvanda olan evini ələ keçirib satmaq istədiyindən, onun bu hərəkətlərinə həmin mənzildə yaşayan Zərərçəkmiş şəxs1 bacısı X17 narazılıq etmiş, bacısı Zərərçəkmiş şəxs1 ondan ayrılmağı və evə gətirməməyi, evdən qovmasını tələb etməklə yanaşı, bu barədə Türkiyədə yaşayan bacısı Zərərçəkmiş şəxs4 telefonla zəng edib bildirmişdir. 2007-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs4 Bakı şəhərinə gəlmiş və bu hərəkətlərinə görə bacısı Zərərçəkmiş şəxs1 ilə mübahisə edib dalaşmış, onu isə evdən qovmuş və qanunsuz hərəkətləri barədə Bakı şəhəri Yasamal rayon polis idarəsinin 29-cu polis bölməsinə şikayət etmiş, bununla bağlı yoxlama aparılmış, Nazilə və İndira Yahyayeva bacıları, onlarla bir evdə yaşayan mərhum qardaşlarının qızı X9 onun bu qanunsuz hərəkətləri barədə izahatlar vermiş, araşdır ma zamanı ondan bir daha həmin evə getməmə barədə iltizam alınmasına baxmayaraq 2008-ci ilin avqust ayının sonlarında yenidən Zərərçəkmiş şəxs1 evinə gedib-gəlmiş və həmin vaxtı «kəskin sensor polineyropatiya və kəskin ağrı sindromu, bel-oma fəqərələrinin osteoxondrozu, bel-oma radikulopatiyası» diaqnozu ilə xəstələnmiş və 09 sentyabr 2008-ci il tarixdən 27 sentyabr 2008-ci il tarixədək Bakı şəhəri Əfəndiyev adına 4 saylı kliniki xəstəxananın sinir xəstəlikləri şöbəsində stasionar müalicədə olmuşdur. Nazilə və İndira Yahyayevalarının onu qəsdən öldürmək məqsədilə zəhərlədiklərinə yanlış qənaətə gəlməklə, onlardan qisas almaq və tamah məqsədi ilə Zərərçəkmiş şəxs1 adına sənədləşdirilmiş, lakin faktiki olaraq bacısı Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 158 n ömrəli binanın 26 saylı 04 otaqlı mənzili ələ keçirib satmaq üçün Samirə Yahyayeva və Zərərçəkmiş şəxs1 zəhərləyərək qəsdən öldürmə niyyəti ilə 2008-ci ilin oktyabr ayının təxminən 07-də istintaqla müəyyən edilməmiş mənbədən qanunsuz olaraq əldə etdiyi antidepressiv qrupuna aid «Finlepsin», «Amitriptilin» və digər naməlum etiologiyalı dərman preparatlarını Zərərçəkmiş şəxs1 yaşadığı evə gətirmiş, onları aldadaraq dərman preparatlarının qəbul edilməsi gecələr rahat yatmağa kömək etdiyini və özünün bu dərman preparatlarını qəbul etdiyini yalandan bildirmişdir. Samirə Yahyayeva və Zərərçəkmiş şəxs1 onun verdiyi dərman preparatlarını qəbul etdikdən sonra 10 oktyabr 2008-ci il tarixdə kəskin dərman zəhərlənməsi diaqnozu ilə Bakı şəhəri M.Əfəndiyev adına 02 saylı kliniki xəstəxanasının toksikolo giya mərkəzinə yerləşdirilmiş və Samirə Yahyayeva 14 oktyabr 2008-ci il tarixdə xəstəxananın reanimasiya şöbəsində ölmüş, Zərərçəkmiş şəxs1 isə səhhəti ağır olduğundan həkimlər 18 oktyabr 2008-ci il tarixdə reanimasiya şöbəsinə köçürmək istədikdə Məhkum özünü xəstənin qohumu kimi təqdim etməklə buna imkan verməmiş, Zərərçəkmiş şəxs1 səhhətinin ağır olduğundan öləcəyinə əmin olmuş və bundan tələsik istifadə edərək Zərərçəkmiş şəxs1 adına olan 175.000 manat dəyərində mənzili qohumu X5 150.000 ABŞ dollarına almasını təklif edib, sonuncunun razılığını aldıqdan sonra 16 oktyabr 2008-ci ildə axşam saatlarında Bakı şəhəri 19 saylı Notariat kontorunun dövlət notariusu X1 həmin xəstəxanaya aparıb Zərərçəkmiş şəxs1 mənzilə sərəncam vermək, satmaq, bağışlamaq və dəyişmək hüquqlarını ona etibar etməsi barədə etibarnamə almış və 17 oktyabr 2008-ci il tarixdə bu etibarnamə əsasında mənzili həmin dövrün rəsmi valyuta məzənnəsi ilə 120.000 manat təşkil edən 150.000 ABŞ dollarına qohumu X5 qeyri-rəsmi satmaqla, əldə etdiyi pulu şəxsi ehtiyacına xərcləmişdir. Lakin, Zərərçəkmiş şəxs1 21 oktyabr 2008-ci il tarixdə öldüyündən etibarnamənin qüvvəsinə xitam verilmiş və bu səbəbdən mənzili Mafəddin Sultanova satması barədə alqı-satqı müqaviləsini notariat qaydasında təsdiq edə bilmədiyindən, qanunsuz olaraq öz ailəsini həmin mənzilə yerləşdirmiş, bununla da iki şəxsi, yəni Samirə və Aidə Yahyayevləri tamah məqsədi ilə qəsdən öldürmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İlqar Murquzov (sədrlik edən), Mirzəli Abbasov və Qədim Babayev) 18 yanvar 2016-cı il tarixli, 1(1 03)17/2016 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2014-cü il tarixli 1(099)-137/2014 nömrəli hökmü dəyişdirilmədən saxlanmış, apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər İnqilab Nəsirov (sədrlik edən və məruzəçi), Fərhad Kərimov və Hafiz Nəsibov) 14 dekabr 2017-ci il tarixli, 1(102)-1529/2017 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 yanvar 2016-cı il tarixli, 1(103)-17/2016 nömrəli qərarı ləğv edilmiş, cinayət işi baxılması üçün yeni apellyasiya baxışına təyin edilmiş, kassasiya şikayəti qismən təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Əmir Bayramov (sədrlik edən), Əflatun Qasımov və Namiq Məmmədov) 16 aprel 2019-cu il ta rixli, 1(103)15/2019 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2014-cü il tarixli hökmü dəyişdirilmədən saxlanmış, apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Tahir Kazımov (sədrlik edən və məruzəçi), Şahin Yusifov və İlqar Qılıcov) 10 fevral 2021-ci il tarixli, 1(102)-295/2021 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 16 aprel 2019-cu il tarixli qərarı ləğv edilmiş, cinayət işi baxılması üçün yeni apellyasiya baxışına təyin edilmiş, kassasiya şikayəti qismən təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Kamran Əkbərov (sədrlik edən və məruzəçi), Elmar Rəhimov və Zəki Babayev) 27 oktyabr 2022-ci il tarixli, 1(103)-28/2022 saylı hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2014-cü il tarixli hökmü ləğv edilmiş, Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 120.2.5 və 120.2.7-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilmədiyindən, ona Azərbaycan Respublikası CM-in 120.2.5 və 120.2.7-ci maddələri ilə bəraət verilmiş, Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmişdir. Dövlət ittihamçısı2 kassasiya protesti verərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 oktyabr 2022-ci il tarixli hökmünün ləğv edilməsi və cinayət işi yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs4 və onun nümayəndəsi Hacılı Ramiz İmran oğlu kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 oktyabr 2022-ci il tarixli hökmünün ləğv edilməsi və cinayət işi yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı2 kassasiya protestini onunla əsaslandırmışdır ki, sübutlar Məhkum özünün də xəstəlikdən əziyyət çəkməsi və bununla əlaqədar zərərçəkmiş şəxslərə özünün istifadə etdiyi dərman preparatlarını verdiyi halını bir mənalı istisna edir. Həmçinin faktiki olaraq özünə məxsus olmayan mənzili Aidə Yəhyayevanın həm ölümündən əvvəl başlayaq ələ keçirdiyini, sonradan isə tam olaraq sahibləndiyini təsdiq edir. Belə ki, Məhkum tamah niyyəti ilə, zərərçəkmiş şəxsləri aldadaraq, onlara təqdim etdiyi dərman preparatların ın təyinatı və istifadə qaydaları barədə yanlış məlumatlar verərək onların ölümünə səbəb olmuş, sənədlər üzrə zərərçəkmiş şəxsə məxsus olan mənzili ələ keçirmək məqsədi ilə əvvəldən özündə formalaşmış niyyəti həyata keçirmək üçün Aidə Yəhyayevadan mənzilin satılması və digər şəxsin mülkiyyətinə keçirilməsi hüququ verən etibarnamə almış, həmin mənzilin satılması ilə əlaqədar Mafəddin Sultanovdan 150.000 ABŞ dolları pul almış, lakin Aidə Yəhyayevanın ölməsi səbəbindən mənzili onun adına sənədləşdirə bilməmiş, özü ailə üzvləri ilə birlikdə köçərək həmin mənzildə yaşamışdır. Məhkəmə kollegiyası bir konkret əsas göstərməyərək ümumilikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırkı işlə bağlı qəbul etdiyi qərarlarına istinad etməklə işin, ittihamın ayrı-ayrı tərəfləri barədə ümumi mülahizələ r yürüdərək məhkum edilmiş şəxsə bəraət vermişdir. Halbuki Azərbaycan Respublikası Ali Məhkəməsi hər iki qərarında hazırkı işi apellyasiya baxışına təyin edərkən məhkəmə istintaqının aparılmasının zəruriliyi barədə məsələlər göstərmiş, işin yenidən araşdırılaraq qiymət verilməsini göstərmişdir. Hazırkı işdə ölümün səbəbinə dair bir neçə məhkəmə tibbi ekspertizaları təyin edilib keçirilmişdir. Məhkəmə-tibb ekspertinin 21 noyabr 2008-ci il tarixli 146 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 ölümünə səbəb ağır metal olan qurğuşun duzu ilə zəhərlənmə olmuşdur. Məhkəmə-tibb ekspertinin 18 aprel 2013-cü il tarixli T 80/2013 nömrəli rəyində göstərilmişdir ki, Aidə Yəhyayeva ağır metal duzlardan ölə bilməzdi, o, çox güman ki, finlepsin və digər antidepressant preparatından zəhərlənmədən ölm üşdür. 19 may 2022-cİ il tarixli, 304/KEŞ saylı komisyon məhkəmə-tibbi ekspertizasının rəyi ilə müəyyən olunur ki, A.Y.Yəhyayevanın ölümünə səbəb antidepressant təsirli olan Finlepsin və naməlum etiologiyalı dərman preparatından baş vermiş kəskin zəhərlənmə olmuşdur. Aidə Yəhyayevanın ölümünün səbəbinin ağır metal olan qurğuşun duzu ilə zəhərlənmə olmasına münasibətdə ilkin tibbi ekspertizasının verdiyi nəticələrin əsassızlığı cinayət işində sübut olunmuşdur. Belə ki, həmin rəy verilərkən Aidə Yəhyayeva aid xəstənin stasionar tibb kartasına və digər əlaqədar sənədlər tibbi ekspertizaya təqdim edilməmiş, bu səbəbdən tibbi ekspertiza yarımçıq həyata keçirilmişdir. Həmçinin ekspertin Aidə Yəhyayevaya münasibətdə gəldiyi nəticələrin əsasını təşkil edən kimyəvi tədqiqatların (tük nümunələrinin tədqiqatı) keçirilmədiyi, Samirə Yəhyayevaya münasibətdə isə qan və daxili üzvlərdə bir sıra metalların üstünlük təşkil etməsinə dair daxili üzvlərin hissələrinin analiz aparılması üçün Milli Elmlər Akademiyasının Geologiya İnstitutuna daxil olmadığı və ümumiyyətlə analiz aparılmadığı müəyyən olunmuşdur. Bununla belə hələ məhkəmə tibb ekspertizasının 14 oktyabr 2008-ci il tarixli ilkin rəyinə əsasən də Samirə Yəhyayevanın ölümünə səbəbi antidepressant və digər naməlum etiologiyalı dərman preparatı olmuşdur. Yuxarıda göstərilən şübhə və ziddiyyətlərin aradan qaldırılması üçün komisyon təkrar məhkəmə-tibbi və kimyəvi ekspertizasının 18 aprel 2013-cü il tarixli T 80/2013 №-li rəyi keçirilmiş və müəyyən edilmişdir ki, X2 ölümünə səbəb antidepressiv qrupuna aid olan finlepsin və naməlum etiolog iyalı dərman preparatından kəskin zəhərlənmə olmuşdur. Zərərçəkmiş şəxs1 ölümünə səbəb çox güman ki, antidepressiv qrupuna aid olan finlepsin və digər dərman maddələri ilə zəhərlənmə olmuşdur. Sonuncu apellyasiya baxışı zamanı yenidən komisyon məhkəmə-tibbi ekspertizası keçirilmiş, alınmış 19 may 2022-ci il tarixli, 304/KEŞ saylı komisyon məhkəmə-tibbi ekspertizasının rəyi ilə A.Y.Yəhyayevanın ölümünə səbəb antidepressant təsirli olan Finlepsin və naməlum etiologiyalı dərman preparatından baş vermiş kəskin zəhərlənmə olması nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə bəraət verərkən yuxarıda sadalanan məhkəmə tibbi ekspertizasının, xüsusi ilə özünün keçirmiş olduğu məhkəmə tibbi ekspertizasının rəyinin əsassızlığını mübahislələndirməmiş, nəticədə hər iki zərərçəkmiş şəxsə münasibətdə ölümün səbəbinin məhz Finlepsin və naməlum etiologiyalı dərman preparatından baş vermiş kəskin zəhərlənmə olması ilə razılaşmışdır. Samirə Yəhyayevaya münasibətdə ölümün səbəbi ümumiyyətlə mübahisə mövzusu olmamışdır, həm 2008-ci il, həm 2013-cü il, həm də 2022-ci il tarixli yuxarıda qeyd edilən məhkəmə tibbi ekspertizasının rəyləri ilə birmənalı olaraq ölümün səbəbinin Finlepsin və naməlum etiologiyalı dərman preparatından baş vermiş kəskin zəhərlənmə olması göstərilmişdir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Məhkəmənin 27 oktyabr 2022-ci il tarixli hökmündə məhkəmə-tibbi ekspertizalarının yuxarıda göstərilən rəyləri ilə razılaşılmaması barədə hər hansı bir nəticə ifadə olunmamışdır. Bu səbəbdən ölümün səbəbinin məhz Məhkum tərəfindən verilən dərman preparatlarının təsirindən baş verməsi sübut olunmuşdur. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, hazırkı halda məhkəmə tibbi ekspertizalarını şübhə altına alarkən bu barədə kifayət qədər aydın, anlaşıqlı dəlillər irəli sürülməli idi. Eyni zamanda bütün cinayət işləri üzrə ölümün səbəbinə dair məhkəmə tibbi-ekspertizasının qəti rəyinin olması barədə fikir irəli sürülməsi də prosessual qanunvericiliyin tələblərinə uyğun deyil. Ekspertiza rəyləri həm qəti müəyyən olunmuş, həm də ehtimal xarakterli ola bilər. Belə rəylərin yekun olaraq qəbul edilib edilməməsi məhkəmənin qiymətləndirməsindən asılıdır. Rəy məhkəmə tərəfindən sübut kimi nəzərə alınmadıqda bu barədə məhkəmə tərəfindən konkret bir fikir irəli sürülməlidir. Yuxarıda sadalanmış məhkəmə-əczaçılıq və əmtə əşünaslıq ekspertizasının 23 iyul 2013-cü il tarixli 02/4782 saylı və 19 may 2022-ci il tarixli, 304/KEŞ saylı komisyon məhkəmə-tibbi ekspertizasının rəylərindən görünür ki, zərərçəkmiş şəxslərə verilmiş dərman preparatları yalnız xüsusi resept əsasında apteklərdə satışına icazə verilə dərman preparatlardır. Amitrptilinin ümumiyyətlə 16 yaşa qədər uşaqlar tərəfindən qəbuluna icazə verilmir. Doza həddinin aşılması halında dərman preparatlarının zəhərlənməyə səbəb olması, kəskin əlavə təsirlərə yol açması qaçılmazdır. Təqsirləndirilən şəxsə bəraət verilməsinə səbəb olan hallardan biri də cinayətin motivinə dair olan arqumentlərdir. Bu barədə olan fikirlər Ali Məhkəmənin 14 dekabr 2017ci il tarixli qərarının 26-30-cu bəndlərində əksini tapmış, sonradan Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 fevral 2021-ci il tarixli qərarının 7-ci səhifəsində, daha sonra isə Bakı Apellyasiya Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli hökmünün 20-ci səhifəsində əksini tapmışdır. Məhkəmə qərarlarında vurğulanır ki, təqsirləndirilən şəxs 07 oktyabr 2008-ci il tarixdə dərman preparatlarını verərəkən Aidə Yəhyayevadan etibarnamə almamışdı, ona görə də cinayətin obyektiv tərəfi icra edilərkən təqsirləndirilən şəxsin tamah niyyətinin olması qənaətinə gəlmək olmaz. Bundan əlavə həmin niyyətin nə vaxt yaranması zərərçəkmiş şəxsləri qəsdən öldürülməsinə yaxud, etibardan sui-istifadə etmək yolu ilə əmlakın ələ keçirilməsinə yönəlməsi müəyyən edilməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməlinin obyektiv tərəfini müəyyən edərkən işin faktiki hallarını diqqətlə nəzərdən keçirməmiş, qiymətləndirməni məhdud çərçivədə aparmışdır. Məhkəmə kollegiyasının irəli sürdüyü arqumentlərə münasibətdə qiymətləndirmə aparılması üçün ilkin növbədə hazırkı cinayət əməlinin obyektiv tərəfini təşkil edən hərəkətləri tarixi ardıcıllıqla nəzərdən keçirmək vacibdir. Yuxarıda sadalanan sübutlardan müəyyən olunan işin faktiki halları ondan ibarətdir ki, Məhkum 07 oktyabr 2008-ci il tarixdə finlepsin və amitriptilin dərman preparatlarını Samirə və Aidə Yəhyayevalarda ehtimal etdiyi xəstəliklərin müalicəsi məqsədi ilə onlara vermiş, yanlış olaraq özünün də həmin xəstəlikdən əziyyət çəkməsini və məhz həmin dərman preparatlarını qəbul edərək sağalmasını onlara bildirmiş, nəticədə zərərçəkmiş şəxslər həmin preparatlarını qəbul edərək zəhərlənmiş və xəstəxanaya yerləşdirilmi ş (10 oktyabr 2008-ci il). Aidə Yəhyayeva xəstəxanada olarkən ondan mənzilin satılmasına dair etibarnamə almış (16 oktyabr 2008-ci il), dərhal sonra faktiki olaraq mənzili satmış (17 oktyabr 2008-ci il), xəstəxanada vəziyyəti ağırlaşan Aidə Yəhyayevanın reanimasiyaya köçürülməsinə maneə olmuş (18 oktyabr 2008-ci il), bir neçə gün sonra Aidə Yəhyayeva ölmüşdür (21 oktyabr 2008-ci il). Belə ki, hazırkı işdə cinayətin obyektiv tərəfini təşkil edən hərəkətlərin yalnız dərman preparatını vermə deyil, etibarnamənin alınması, faktiki alqı-satqı edilməsi və sonradan reanimasiyaya köçürülməsinə maneə olmada ifadə olunmuşdur. Zərərçəkmiş şəxsin reanimasiyaya köçürülməsinə maneçilik törədilməsi təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin ölümünü arzulaması və bunun tezliklə baş verməsi üçün əlindən gə lən hərəkətləri etməsi deməkdir. Başqa sözlə, 18 oktyabr 2008-ci il tarixdə təqsirləndirilən şəxs etibarnaməni almış, artıq faktiki olaraq alqı-satqını həyata keçirmişdi və belə bir vəziyyətdə zərərçəkmiş şəxsin ölümünü arzulaması onun reanimasiyaya köçürülməsinə maneə olmaqda ifadə olunmuşdu. Əslində daha diqqətlə nəzərdən keçirilərsə, Məhkum qəsdən adam öldürmə niyyətinin məhz dərman preparatlarını verərkən yarandığı aydındır. Bu halın müəyyən edilməsi üçün dərman preparatlarının hansı niyyətlə verilməsinə aydınlıq gətirmək lazımdır. Məhkum ilkin ifadələrində Samirənin istifadə etməsi üçün, sonrakı ifadələrində isə həm Samirənin, həm də Aidənin istifadə etməsi üçün dərman preparatlarını verdiyi göstərmişdir. O, dərman preparatlarını hansı səbəbdən verməsini 2 formada izah edir: Həmin ə rəfədə o, özü də xəstələnmiş, həmin dərman preparatlarını istifadə etmişdir. Bu versiya həqiqətə uyğun deyil, cinayət işi üzrə Məhkum xəstələnməsi müəyyən olunsa da, onun zəhərlənməsi və həmin dərmanların təyin edilməsi təsdiqini tapmamışdır. Məhkum hesab etmişdir ki, o, Samirə və Aidə, İndira və Samirə Yəhyayevalar tərəfindən zəhərlənmişdir. Ona görə də həmin dərman preparatını onlara istifadə üçün vermişdir. Həmin dərman preparatları zəhərlənmə əleyhinə olmadığından, özü də həmin dərman preparatlarından istifadə etmədiyindən belə dərman preparatlarının verilməsi yalan məlumat verməklə (zəhərlənmə əleyhinə, yaxud yuxu fəaliyyətinin yaxşılaşdırılması üçün) baş vermişdir. Göründüyü kimi, Məhkum birbaşa aldatmaqla zərərçəkmiş şəxslərin dərman preparatlarını içməsinə nail olmuş, sonradan etib arnamə alaraq mənzilin satılmasını həyata keçirmişdir. Zərərçəkmiş şəxslər zəhərlənərkən onlara hər hansı bir qayğı göstərməmiş, üstəlik Aidə Yəhyayevanın reanimasiyaya köçürülməsinə maneə olmuş, daha sonra isə mənzili ələ keçirmişdir. Belə olduğu halda baş verən nəticələrdən çıxış edərək təqsirləndirilən şəxsin qəsdən adam öldürmədən başqa hər hansı bir niyyətlə dərman preparatlarını verməsi istisna olunur. Apellyasiya instansiyası məhkəməsində aparılmış məhkəmə istintaqı baxışı çoxsaylı kobud prosessual pozuntularla müşayiət olunmuş, belə pozuntular qəbul edilmiş yekun məhkəmə hökmünə də təsirsiz ötüşməmişdir. Məhkəmə qərarında olan qeyri-müəyyənliklər və fikir müxtəlifliyi, həmçinin fikir ardıcıllığının olmaması həmin qərarın mübahisələndirilməsi imkanlarını da məhdudlaşdırır. Məhkəmə q ərarında məhz hansı səbəbdən təqsirləndirilən şəxsə bəraət verilməsi aydın deyildir və bu bir daha məhkəmə qərarlarının əsaslandırılması tələbinə əməl edilmədiyini göstərir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs4 və onun nümayəndəsi Hacılı Ramiz İmran oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya məhkəməsinin bəraət hökmü qanunsuz, əsassız və ədalətsizdir, məhkəmə işə baxarkən hüquq məsələləri üzrə cinayət və cinayət prosessual qanunlarının normalarını ciddi şəkildə pozulmasına yol vermişdir. Məhkəmə kollegiyası hökmündə yalnız Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasinin 10 fevral 2021-ci il tarixli qərarında qeyd olunan, iş materialları ilə tam təkzib olunan dəlillərə əsaslanmış, Məhkum Samirə Yəhyayeva və Zərərçəkmiş şəxs1 tamah məqsədi lə zəhərləyərək qəsdən öldürmək niyyətini sübuta yetirən və ittihamın əsasını təşkil edən sübutları hərtərəfli və obyektiv araşdırmamış, apellyasiya şikayətində sadalanan dəlillərə və işin faktiki hallarına tənqidi və iş materiallarında olan bütün sübutların məcmusu ilə müqayisəli təhlil etməklə yanaşmamış, Məhkum əməlinə hüquqi qiymət verərkən subyektiv, əsası olmayan mülahizələrə əsaslanmışdır. Belə ki, bəraət hökmündə əsaslanmış həmin sübutlar Məhkum zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Samirə Yahyayevanı tamah məqsədilə qəsdən öldürməsində təqsirliliyini sübut edən və ittihamın əsasını təşkil edən mötəbər sübutların bir hissəsidir. Bəraət hökmündən görünür ki, məhkəmə kollegiyası tərəfindən Məhkum Aidə və Samirə Yahyayevanı tamah məqsədilə zəhərləyərək qəsdən həyatdan məhrum etməsi niyyətini gizlətmək, törətdiyi cinayətə görə aldığı ədalətli cəzanı çəkməkdən boyun qaçırmaq, məhkəmə kollegiyasını yanlış istiqamətə yönəltmək məqsədilə ziddiyyətli ifadələr verməsinin səbəbi araşdırılmamış və mötəbərliyi yoxlanılmamış, onun törətdiyi cinayətdən əvvəl və sonrakı hərəkətləri, zərərçəkmişlərlə hadisədən əvvəl münasibəti qiymətləndirilməmiş, hətta ondan məhkəmədə verdiyi sonuncu ifadəsində «Finlepsin», «Amitriptilin» dərmanlarının onun tərəfindən aparılıb Samirə və Aidəyə verməsini, Aidənin dərman qəbul etməsini inkar etməsi səbəbi belə soruşulmamış, ümumiyyətlə ifadəsini məhkəmə iclasında dəyişdirilməsi səbəbi araşdırılmamış, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə obyektiv qiymət verilməmişdir. Əgər hadisə yerindən götürülmüş dərman preparatları dəyişdirilmədən ekspertizaya təqdim olunsaydı, Məhkum Samirə və Aidəyə verdiyi dərmanların tərkibində zəhərli elementlərin olması öz təsdiqini də tapardı. Məhkəmə kollegiyası bəraət hökmündə göstərmişdir ki, Məhkum ittihamının əsas motivini tamah niyyəti üzrə Zərərçəkmiş şəxs1 adına olan evin ələ keçirilməsi təşkil edir. Lakin qeyd etmək lazımdır ki, Məhkum özü ev alverçisi idi və sənədləşməni yaxşı bilirdi. Ona görə də ona bəlli idi ki, Zərərçəkmiş şəxs1 ölümündən sonra o, evi öz adına sənədləşdirə bilməyəcəkdir”. Məhkəmə kollegiyasının bu məntiqsiz, heç bir konkret dəlil və fakta əsaslanmayan fərziyyəsi Məhkum əməlini sırf tamah motivi ilə törədilən əməl kimi qiymətləndirilməməyə yönəldilmişdir. Belə ki, məhkəmə kollegiyası iş materialları ilə tanış olmaq həvəsində olsaydılar, onlara tam aydın olardı k i, Məhkum ev alverçisi, alqı-satqısı ilə məşğul olmamışdır. O, mənzillərin alqı-satqısında, kirayə verilməsində vasitəçilik edən şəxs olmuşdur. İbtidai istintaq və birinci instansiya məhkəməsi baxışında təkzibolunmaz sübutlarla təsdiq olunmuşdur ki, ünvan 2 ünvanda yeni tikilmiş binada 4 otaqlı mənzili Zərərçəkmiş şəxs4 öz vəsaiti hesabına almış və bacısı Zərərçəkmiş şəxs1 adına sənədləşdirmiş, öz vəsaiti hesabına təmir etdirmişdir. Məhkum isə bu mənzilə ümumiyyətlə aidiyyəti olmamış, yalnız Aidə ilə tanış olduqdan sonra Aidə Nazilənin ona göndərdiyi pul vəsaiti ilə Məhkum vasitəsilə mənzildə təmir işlərinin aparılmasını təşkil etmişdir. Məhkum mənzil təmir olduqdan sonra mənzilin sahibi Nazilənin və bacısı Aidənin razılığı olmadan Aidənin sağlığında mənzili satıb pulunu ələ keçirmək qərar ına gəlmiş, mənzilə heç bir hüququ olmadığı halda bu məqsədlə qəzetdə elan vermiş, hətta Aidənin iştirakı olmadan mənzili almaq istəyən şəxslərə də mənzili göstərmiş, lakin mənzili alan olmamış, mənzili Aidə ölməmişdən iki ay əvvəl bacısı əri X5 160 000 ABŞ dollarına satmış, lakin mənzili Mafəddinin adına sənədləşdirə bilmədiyindən ailəsini qanunsuz olaraq həmin mənzilə yerləşdirmişdir. Göründüyü kimi, həmin təkzibolunmaz mötəbər sübutlarla tam sübut olunur ki, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 öz vəsaiti hesabına aldığı və bacısı Zərərçəkmiş şəxs1 adına sənədləşdirdiyi, öz vəsaiti hesabına təmir etdirdiyi ünvan 2 ünvanda yeni tikilmiş binada 4 otaqlı mənzili ələ keçirmək kimi konkret məqsədi qabaqcadan olmuş, lakin bu niyyətini Aidənin sağlığında həyata keçirə bilməmiş, həmin məqsəd inə nail olmaq üçün əsas və yeganə üsul kimi Aidəni və Samirəni zəhərləyərək həyatdan məhrum etmək olmuş, onları tamah məqsədilə həyatdan məhrum etdiyini dərk etmiş və onların ölümünü arzulamışdır. Məhkəmə kollegiyasının gəldiyi bu nəticə də məntiqsiz, heç bir sübutla təsdiqlənməyən fərziyyədir. Görünür məhkəmə kollegiyasının hakimləri iş materiallarında olan sübutlardan tamamilə xəbərsiz olmuş və yaxud Məhkum tərəfindən törədilmiş bu cinayətin mahiyyətini, motivini, törədilmə üsulunu dərk etməmiş, həmçinin Məhkum cinayəti törətməzdən əvvəl və sonrakı hərəkətlərini qiymətləndirmək qabiliyyətində olmamışlar. Belə ki, əgər Aydın tibb mütəxəssisi deyildisə, nə səbəbə Samirə və Aidənin qəbul etməsi üçün antidepressiv qrupuna aid «Finlepsin» və «Amitriptilin» dərmanlarını alıb gətirib onları al dadaraq yüksək dozada (bir dəfəyə 8 ədəd) içirtmişdir. Əgər onların ölməsini arzulamırdısa, nə səbəbə Samirə və Aidənin xəstəxanaya aparılması, həkim çağırması üçün təşəbbüs göstərməmişdir. Əksinə iş materialları ilə tam sübut olunmuşdur ki, Məhkum dərmanları qəbul etdikdən sonra Samirə və Aidənin səhhətinin tam ağırlaşmasına əmin olduqdan sonra oradan çıxıb getmiş, Samirə öldükdən sonra xəstəxanada da Aidənin ölməsi üçün müəyyən hərəkətlər etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini araşdırıb, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti və kassasiya şikayəti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Mə cəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilm əməsi yoxlanılır. Kassasiya protestinin və kassasiya şikayətinin başlıca dəlili Məhkum Azərbaycan Respublikası CM-in 120.2.5 və 120.2.7-ci maddələri ilə bəraət verilməsinin qanunsuz olmasıdır. Belə ki, kassasiya protesti və kassasiya şikayətində qeyd edilir ki, məhkum zərərçəkmiş şəxsləri tamah məqsədi ilə öldürmüşdür. Bu hərəkətləri ilə Məhkum Azərbaycan Respublikası CM-in 120.2.5 və 120.2.7-ci maddələri ilə nəzərdə tutulmuş cinayət törətmişdir. Məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzakirə edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyi n) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsinin dispozisiyasına əsasən digər şəxsi qəsdən həyatdan məhrum etmə qəsdən adam öldürmə cinayəti hesab olunur. Həmin əməlin tamah məqsədi ilə və iki və ya daha çox şəxsə qarşı törədilməsi CMin 120-ci maddəsində ağırlaşdırıcı tövsifedici əlamətlər qismində nəzərdə tutulur və əməlin müvafiq olaraq CM-in 120.2.5 və 120.2.7-ci maddələri ilə tövsif edilməsinə əsas olur. Azərbaycan Respublikası CM-in 120-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli həm birbaşa, həm dolayı qəsdlə törədilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə n əzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayə t Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbəd ə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Göründüyü kimi qanun tələblərinə görə əməlin düzgün tövsif edilməsi və şəxsin konkret cinayət əməlinin törədilməsində təqsirli olunmasına dair ittiham hökmünün çıxarılması üçün onun törətdiyi əməldə həmin cinayətin bütün əlamətlərinin olması məhkəmə iclasında qanunla müəyyən edilmiş qaydada tədqiq edilmiş mötəbər və mümkün sübutlar əsasında müəyyən edilməli, məhkəmənin gəldiyi nəticə hökmdə əsaslandırılmalıdır. İstintaq orqanı Məhkum Azərbaycan Respublikası CM-in 120.2.5 və 120.2.7-ci maddələri ilə təqsirli olmasını təsdiq etmək üçün məhkəməyə onun ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslərin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəylə ri, istintaq hərəkətlərinin protokolları və digər sübutlar təqdim etmişdir. Apellyasiya instansiyası məhkəməsi həmin sübutları məhkəmə iclasında tədqiq edib onlara qiymət verərək nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 120.2.5 və 120.2.7-ci maddələri ilə təqsirli olması sübuta yetirilməmişdir. Cinayət işindən göründüyü kimi apellyasiya instansiyası məhkəməsi Məhkum bəraət verilməsinə dair nəticəyə gələrkən istintaq orqanının topladığı sübutları məhkəmə iclasında tədqiq etmiş və onları Azərbaycan Respublikası CPM-in 144-145-ci maddəsinin tələblərinə uyğun olaraq yoxlamış və qiymətləndirmişdir. Məhkəmə kollegiyası işin hallarına və iş üzrə toplanmış sübutlara nəzər salıb nəticəyə gəlir ki, apellyasiya məhkəməsinin Məhkum barəsində çıxarılmış hökmü qanuni və əsaslıdır. Bel ə ki, «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı qərarına əsasən, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" 12 dekabr 2002-ci il tarixli 3 saylı Qərarının 9-cu bəndinə əsasən təqsirkarın əməli tamah məqsədilə qəsdən adam öldürmə kimi (120.2.5-ci maddə) o vaxt tövsif edilə bilər ki, bu əməl təqsirkarın özü və başqası üçün hər hansı maddi mənfəət (pul, əmlak, mənzil sahəsinə hüquq və s.) əldə etmək və ya maddi xərclərdən (borc qaytarmaqdan, aliment verməkdən və s.) yaxa qurtarmaq, yaxud sair tamah niyyəti ilə edilmiş olsun. Həmin Qərarının 11-c i bəndinə əsasən təqsirkar iki və ya daha çox şəxsi öldürməyə görə CM-in 120.2.7-ci maddəsi ilə o vaxt məsuliyyət daşıya bilər ki, onun hərəkətləri vahid qəsdlə əhatə olunsun və bir qayda olaraq eyni vaxtda törədilmiş olsun. Belə cinayət hərəkəti ayrı-ayrı vaxtlarda da törədilə bilər, bu şərtlə ki, təqsirkarın iki və ya daha çox şəxsi öldürməkdən ibarət niyyəti əvvəlcədən yaranmış olsun. Belə ki, şəxsin əməlinin Azərbaycan Respublikası CM-in 120-ci maddəsi ilə tövsif edilməsi üçün ən önəmli meyar onun niyyətinin məhz zərərçəkmiş şəxsi həyatdan məhrum etməyə yönəlməsinin müəyyən edilməsidir. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Cinayətin subyektiv cəhəti şəxsin ictimai təhlükəli əmələ və onun nəticəsinə olan daxili psixi münasibəti olub, motiv və məqsəddə, qəsd və ehtiyatsızlıqda ifadə olunur. Yuxarıda qeyd edilən qanun normalarının tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında verilmiş izahlara uyğun olaraq şəxsin Azərbaycan Respublikası CM-in 120.2.5 və 120.2.7-ci maddələri ilə təqsirli bilinməsi üçün onun qəsdən tamah məqsədi ilə iki və daha çox şəxsi öldürməsi məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla təsdiq edilməlidir. Cinayət işi üzrə müəyyən edilmişdir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X9 zəhərlənmədən ölmüşlər. Həmçinin müəyyən edilmişdir ki, zərərçəkmiş şəxslərin xəstəxanalara daxil olmasından iki-üç gün əvvəl Məhkum Zərərçəkmiş şəxs1 müalicə olunması üçün “Finlipsin” və “Amitriptilin” dərmanları vermiş, Zərərçəkmiş şəxs1 xəstəxanada müalicədə olan vaxtı Məhkum ondan sonuncunun adına olan mənzilin satılmasına dair etibarnamə almış, həmin mənzili satmağa cəhd etmiş, lakin Zərərçəkmiş şəxs1 ölümü ilə əlaqədar mənzili sata bilməmişdir. İstintaq orqanı işin bu hallarına əsaslanaraq nəticəyə gəlmişdir ki, Məhkum Zərərçəkmiş şəxs1 adına olan mənzili ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 və X6 zəhərləyib öldürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi sübutlara qiymət verib düzgün nəticəyə gəlmişdir ki, istintaq orqa nı tərəfindən Məhkum qarşı irəli sürülmüş ittiham konkret sübutlara əsaslanmır, fərziyə xarakteri daşıyır və işin halları ilə uzlaşmır. Belə ki, cinayət işi üzrə ibtidai istintaq zamanı və məhkəmədə dindirilmiş Məhkum ifadəsində göstərmişdir ki, onun Zərərçəkmiş şəxs1 ilə münasibətləri çox yaxşı olmuş, onlar faktiki ər-arvad münasibətlərində olmuşlar. 2008-ci ilin avqust ayının axırında o, özü xəstələnmiş və ev şəraitində və xəstəxanada stasionar müalicədə olmuşdur. 2008-ci ilin oktyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs1 və onun qardaşı qızı Samirə Yahyayeva xəstələnmişlər. Aidənin və Samirənin xəstəliyinin simptomları onun xəstəliyinin simptomları ilə eyni olmuşdur. Aidənin xahişi ilə 6 və ya 7 oktyabr 2008-ci il tarixdə həkim tərəfindən ona təyin edilmiş və özünün müalicəsi üçün istif adə edilmiş “Finlepsin” və “Amitriptilin” dərmanlarını aptekdə alıb onlara gətirmişdir. Dərmanları evə qoyub getmişdir. Dərmanları Aidəyə müalicə etmək üçün vermiş, həmin dərmanlarla özü də müalicə olunmuşdur. Həmçinin qeyd edilməlidir ki, İndira Yahyayevanın cinayət işi üzrə vermiş ilkin izahat və ifadəsində Aidənin və Samirənin xəstəxanaya aparılmalarından 10 gün əvvəl xəstələndiklərini göstərmişdir. Şahid qismində dindirilmiş 4 saylı X21 həkimi X22 da ifadəsində göstərmişdir ki, 10 oktyabr 2008-ci il tarixdə Samirəni evdən xəstəxanaya aparan zaman Zərərçəkmiş şəxs1 ona demişdir ki, özü və Samirə artıq 10 gün xəstələnmiş, qida qəbul etmirlər, evdən çıxmırlar. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs1 stasionar xəstənin tibbi kartasının surətindən görünür ki, o, 2008-ci ilin oktyabr a yının 10-dan 19-dək stasionar müalicədə olmuşdur. Müalicə vaxtı huşsuz vəziyyətdə olmamış, müalicə həkimləri və digər tibbi personalla ünsiyyətdə olmuşdur. Müalicə həkimləri tərəfindən xəstəliklə bağlı ondan anamnez toplanmışdır. Hətta 14 oktyabr 2008-ci il tarixdə həkim toksikoloqun müayinəsi də olmuşdur. Lakin nə anamnezdə, nə tibbi personalla ünsiyyətdə olduqda Zərərçəkmiş şəxs1 Məhkum tərəfindən ona zorla və ya aldatma yolu ilə hər hansı bir dərman verilməsi barədə heç nə deməmişdir. Özündə olan xəstəliyi məhz dərman qəbul edilməsi ilə əlaqələndirməmişdir. Cinayət işi üzrə məhkəmə tibbi-kimyəvi ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Məhkum tərəfindən Zərərçəkmiş şəxs1 vermiş “Finlepsin” və “Amitriptilin” adi dərman preparatlardır və onların tərkibində hər hansı zəhərləyici mad dələr yoxdur. Cinayət işinə Məhkum tərəfindən həmin dərman preparatlarının zərərçəkmiş şəxslərə zorla verilməsi və ya dərmanların qəbul etmə dozaları haqqında yalan məlumatların verilməsini təsdiq edən heç bir sübut əlavə edilməmişdir. Cinayət işinin materiallarında olan “Baxış keçirilməsi haqqında” 14 oktyabr 2008-ci il tarixli protokoldan görünür ki, iş üzrə zərərçəkmişlər Aida və Samirə Yəhyayevanın yaşadıqları ünvan 3 ünvanına baxış keçirilmiş və mənzildən 01 ədəd üzərində «Финлепсин» sözləri yazılmış dərman qutusu aşkar edilmişdir. Müəyyən edilmişdir ki, həmin qutuda olan həblərdən 08 ədədi atılmış, 02 ədədi isə qalmışdır. Həmçinin həmin masa üzərində «Амиптриптилин» sözləri yazılmış dərman qutusu aşkar edilmişdir. Müəyyən edilmişdir ki, həmin qutuda olan həblərdən 08 ədədi atılmış, 02 ədədi isə qalmışdır. Həmin qutular qablaşdırılaraq götürülmüşdür. İbtidai istintaq orqanı Məhkum onun və zərərçəkmiş şəxslərin keçirtdiyi xəstəliklərin simptomlarının eyni olması (Məhkum özünün xəstəliyini zəhərlənmə ilə əlaqələndirmişdir) ilə əlaqədar özünün müalicəsi üçün istifadə edilmiş dərmanların zərərçəkmiş şəxslərin müalicəsi üçün verilməsi barədə ifadəsinə qiymət verərək qeyd etmişdir ki, Məhkum zəhərlənmə ilə əlaqədar müalicə olunmamış, nevroloji xəstəlikdən müalicə olunmuşdur. Ona görə də istintaq orqanı Məhkum bu ifadəsini yalan, məsuliyyətdən yayınmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, istintaq orqanın Məhkum ifadəsini bu qaydada qiymətləndirməsi iş materialları ilə müəyyən edilmiş hallarla uzlaşmır. Belə ki, cinayət işin in materiallarında olan Məhkum stasionar xəstənin tibbi kartasının surətindən görünür ki, o, 2008-ci ilin sentyabr ayının 9-dan 27-dək “sensor polineyropatiya (naməlum etiologiyalı)” diaqnozu ilə sinir xəstəlikləri şöbəsində stasionar müalicədə olmuşdur. İşdə olan Zərərçəkmiş şəxs1 stasionar xəstənin tibbi kartasının surətindən görünür ki, o, 2008-ci ilin oktyabr ayının 10-dan 19-dək “polineyropatiya” diaqnozu ilə əsəb (sinir) xəstəlikləri şöbəsində stasionar müalicədə olmuşdur. Qeyd edilməlidir ki, məhkəmə-tibbi ekspertizalarının rəylərinə əsasən Zərərçəkmiş şəxs1 ölüm səbəbi finlepsin və naməlum etiologiyalı dərman preparatları ilə zəhərləmə olmuşdur. Lakin buna baxmayaraq xəstəliyin simptomlarına görə o, “polineyropatiya” diaqnozu ilə əsəb (sinir) xəstəlikləri şöbəsində stasionar müalic ədə olmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə sübutları tədqiq edib onlara qiymət verərək düzgün nəticəyə gəlmişdir ki, Məhkum “Finlepsin” və “Amitriptilin” adi dərman preparatları zərərçəkmiş şəxsləri müalicə etmək məqsədi ilə verilməsi barədə ifadələri cinayət işi üzrə toplanmış sübutlarla və işin halları ilə təkzib olunmur, onun həmin dərmanları zərərçəkmiş şəxsləri zəhərlənmək üçün verməsi və bunun üçün hər hansı bir konkret hərəkətlərin edilməsi mötəbər sübutlarla təsdiq olunmur, fərziyə xarakteri daşıyır. Apellyasiya instansiyası məhkəməsi hökmdə bununla əlaqədar qeyd etmişdir ki, “Beləliklə, Məhkum dərmanları zərərçəkənlərə zorla verməmiş və dərmanların zəhərləyə biləcəyini bilməmişdir. Ona görə də dərmanların Aydın tərəfindən verilməsinə istinad etməklə qəsdən adam öldürmə nəticəsinə gəlmək olmaz.” Bundan başqa, apellyasiya instansiyası məhkəməsi nəticəyə gəlmişdir ki, Məhkum qarşı irəli sürülmüş ittihamın cinayətin motivinə aid olan hissəsi, yəni Məhkum cinayət əməlini Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 158, mən 126 №-li mənzili ələ keçirib satmaq məqsədi ilə törətməsi həm mötəbər sübutlarla təsdiq olunmur, həm işin halları ilə uzlaşmır. Apellyasiya məhkəməsi tamamilə haqlı olaraq hökmdə qeyd etmişdir ki, Məhkum yuxarıda qeyd edilən mənzili ələ keçirmək üçün Samirə Yahyayevanın zəhərləməklə öldürməsi tamamilə məntiqsizdir. Belə ki, Samirə Yahyayeva həmin mənzilin mülkiyyətçisi olmadığından onun ölümü həmin əmlakın ələ keçirməsi üçün heç bir şərait yaratmır. Məhkum Samirə Yahyayevanın zəhərləməsi əməlini tamah məqsədi ilə törətməsi barədə istintaq orqanının gədiyi nəticə heç bir sübuta və iş halına əsaslanmır və anlaşılan deyil. Apellyasiya məhkəməsi Məhkum Zərərçəkmiş şəxs1 tamah məqsədi ilə zəhərləməklə öldürməsi də sübutlar əsasında müəyyən edilmiş iş hallarına uyğun gəlmir. Belə ki, cinayət işinin materiallarından açıq-aydın görünür ki, Məhkumla Zərərçəkmiş şəxs1 arasında münasibətlər çox yaxşı olmuş, onlar qeyri rəsmi ər-arvad münasibətlərində olmuşlar və bir-birinə kifayət qədər etibar etmişlər. Məhkum və Zərərçəkmiş şəxs1 sonuncunun doğma bacıları İndira və Zərərçəkmiş şəxs4ları ilə münasibətləri pis olmuşdur. Qeyd edilən əmlakla bağlı Zərərçəkmiş şəxs1 faktiki olaraq Məhkumla həmrəy də olmuşdur. İstintaq orqanın fərziyyəsinə görə Məhkum cinayət nəticəsində əldə etməyi planlaşdırdığı əmlak – mənzil Zərərçəkmiş şəxs1 adına rəsmiləşdirilmişdir. Göründüyü kimi, həmin daşınmaz əmlak Məhkum üçün yalnız Aidə Yəhyayevanın vasitəsilə əlçatan olmuş və onun tərəfindən yalnız Zərərçəkmiş şəxs1 vasitəsi ilə və sonuncunun köməyi ilə əldə edə və satıla bilərdi. Belə olan halda Məhkum həmin daşınmaz əmlakı əldə etmək və satmaq məqsədi ilə Zərərçəkmiş şəxs1 öldürmək üçün zəhərləməsi anlaşılan deyil. Xüsusi ilə qeyd etmək lazımdır ki, istintaqın fərziyyəsinə görə Məhkum Aidəni zəhərləməsi sonuncu tərəfindən ona mənzillə bağlı etibarnamə verilənədək baş vermişdir. Apellyasiya məhkəməsi bununla əlaqədar haqlı olaraq hökmdə qeyd etmişdir ki, Məhkum tibb sahəsində mütəxəssis deyil və zəhərləmədən sonra zərərçəkmişin sağlamlıq vəziyyətinin necə olacağını, ölümün nə v axt baş verəcəyini bilə bilməzdi. Ona görə də Məhkum Aidədən ona məxsus mənzil haqqında etibarnaməni almadan həmin mənzili əldə etmək məqsədi ilə onu zəhərləməsi məntiqsiz və anlaşılan deyil. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hökmdə göstərmişdir ki, Məhkum özü evlərin alqı-satqısı ilə məşğul olan şəxs olduğundan daşınmaz əmlakın sənədləşməsini bilmiş və ona bəlli idi ki, Zərərçəkmiş şəxs1 ölümündən sonra o, evi və ya mənzili öz adına sənədləşdirə və onlara sərəncam verə bilməyəcəkdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi sübutlara və işin hallarına qiymət verib əsaslı olaraq nəticəyə gəlmişdir ki, Məhkum cinayət əməlini tamah məqsədi ilə törətməsini nə mötəbər sübutlarla təsdiq olunmur, nə işin hallarına uyğ un gəlmir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi Məhkum ona qarşı elan edilmiş ittihamda təqsirinin sübuta yetirilməməsi barədə nəticəyə gələrkən qeyd etmişdir ki, Zərərçəkmiş şəxs1 finlepsin dərmanından zəhərlənməsi barədə məhkəmə-tibbi ekspertizasının rəyi ehtimalla verilmiş, cinayət işi üzrə keçirilmiş komisyon təkrar məhkəmə-tibbi ekspertizasının 21 fevral 2019-cu il tarixli T 80/2019 №-li rəyi Azərbaycan Respublikası CPM-in 267.3-cü maddəsinin tələblərinə zidd keçirildiyindən sübut kimi qəbul edilməmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası CPM-nin tələblərinə əsasən cinayət prosesi gedişində ölümün səbəbi, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri yalnız tibb sahəsində ekspertin rəyinin əvvəlcədən əldə edilm əsi və tədqiqi şərti ilə müəyyən edilə bilər (mad. 140.0.1). Azərbaycan Respublikası CPM-nin 267.2-ci maddəsinə əsasən ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır. Həmin Məcəllənin 267.3-cü maddəsinin tələblərinə görə təkrar ekspertizanın aparılması başqa ekspertə tapşırılır. Əvvəlki ekspertizanı aparmış ekspertlər təkrar ekspertizanın aparılmasında iştirak edə və izahlar verə bilərlər, lakin tədqiqat zamanı və rəy tərtib edilərkən onlar iştirak etmirlər. Qanunun tələbindən də göründüyü kimi ölümün səbəbi tibb sahəsində ekspert rəyi ilə müəyyən edilməlidir. Hazırki iş üzrə ekspert rəyləri əsasında kəski n ziddiyyətlər mövcuddur. Belə ki, məhkəmə-tibb ekspertinin 21 noyabr 2008-ci il tarixli 146 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 ölümünə səbəb ağır metal olan qurğuşun duzu ilə zəhərlənmə olmuşdur (cild 1,vərəqə 77-81). İbtidai araşdırma orqanının qərarı əsasında keçirilmiş komisyon təkrar məhkəmə tibbi və kimyəvi ekspertizasının 18 aprel 2013-cü il tarixli T 80/2013 nömrəli rəyində göstərilmişdir ki, Aidə Yəhyayeva ağır metal duzlardan ölə bilməzdi. Belə ki, qeyd edilən müayinə üçün material Milli Elmlər Akademiyasının Geologiya institutuna daxil olmamışdır. Onun adına tərtib edilmiş xəstəlik tarixində bunu təsdiq edən klinik əlamətlər müəyyən edilməmişdir. Mərhum Zərərçəkmiş şəxs1 ölümünə səbəb çox güman ki, antidepressant qrupuna aid olan finlepsin və digər dərman maddələri ilə zəhərlənmə olmuşdur. (cild 5,vərəqə 2-16). İş materiallarında olan, cinayət işinin apellyasiya baxışı zamanı təyin edilmiş komisyon təkrar-əlavə məhkəmə-tibbi və kimyəvi ekspertizasının 03 may 2018-ci il tarixli T 158/2018 №-li rəyində də göstərilmişdir ki, 1959-cu il təvəllüdlü Zərərçəkmiş şəxs1 adına tərtib olunmuş tibbi sənədlərdəki məlumatlara, onun meyitinin məhkəmə-tibbi ekspertizası rəyinə, meyitdən götürülmüş materialların məhkəmə-kimyəvi və məhkəmə-histoloji tədqiqatlarının nəticələrinə əsasən demək olar ki, mərhumun ölümünə səbəb, çox güman ki, antidepressant təsiri olan finlepsinin və ya analoji təsirli digər naməlum dərman maddəsinin təsiri nəticəsində baş vermiş kəskin zəhərlənmə olmuşdur. Bu, Zərərçəkmiş şəxs1 adına Bakı şəhəri 2 saylı klinik xəstəxanasında tərtib olunmuş 10 oktyabr 2008-ci il tarixli 497/5365 saylı stasionar tibbi kartasında xəstə X3 qeyd edilmiş oxşar klinik əlamətlərin (ümumi zəiflik, aşağı ətraflarda hərəkətsizlik, dəri və selikli qişaların kəskin avazıması, ətraflarda yaranan ağrıların getdikcə artması, udmanın və nitqin pozulması, aşağı ətraflarda bir qədər ödem, reflekslərin sağda sol ətraflara nisbətən aşağı olması, tetraparez) olması; hər iki meyitin müayinəsi zamanı mədə boşluğunda bozumtul-yaşılımtıl və çirkli yaşıl rəngli, tərkibi bilinməyən maye və duru möhtəviyatın aşkar edilməsi və meyitlərdən götürülmüş daxili üzv hissələrində analoji morfoloji dəyişikliklərin (baş beynin, miokard ödemi, miokardda, qaraciyərdə və böyrəkdə parenximatoz zülal distrofiyası, ağciyərdə atelektaz və emfızema ocaqları) aşkar olunması ilə təsdiq olu na bilər. Müdafiə tərəfinin vəsatəti əsasında apellyasiya instansiyası məhkəməsində yenidən komisyon təkrar-əlavə məhkəmə-tibbi və kimyəvi ekspertizası təyin edilmişdir. Ekspertlərin qarşısında qoyulan suallardan 1-ci belə olmuşdur: “İş üzrə xx.xx.2013-cü il tarixli T 80/2013 nömrəli və 03 may 2018-cü il tarixli T 158/2018 nömrəli rəylərində X10 ölümünün səbəbi ilə bağlı göstərilən “çox güman ki” ifadəsi nəyi ehtiva edir, X10 ölümünün səbəbinə münasibətdə hansı əhəmiyyəti kəsb edir?” Məhkəmə kollegiyası qeyd edir ki, həmin sualın məhkəmə-tibb və ya kimya sahəsində biliklərə malik olan ekspertlərin səlahiyyətlərinə heç bir aidiyyəti yoxdur. Apellyasiya instansiyası məhkəməsinin “çox güman ki” ifadəsinin anlamını müəyyən etmək üçün (əgər zərurət var idisə) dilçilik sahəsində biliklərə malik ekspertlərə müraciət etməsi zəruri idi. Bundan başqa, qeyd olunan rəyi vermiş ekspertlər X27, X11, X20, X7 və X4 hər biri ayrı-ayrılıqda məhkəmədə dindirilmişlər və ifadələrində rəydə göstərilən “çox güman ki” ifadəsinin Zərərçəkmiş şəxs1 rəydə göstərilən ölümünün səbəbini şübhə altına almadığını və ehtimal xarakterli olmadığını, “çox güman ki” ifadəsinin rəydə söz olaraq işlədilərək heç bir əhəmiyyət kəsb etmədiyini və rəylə gəlinmiş nəticəyə təsir etmədiyini göstərmişlər və onlardan rəy alınmasına ehtiyac yox idi. Həmçinin CPM-nin 267.3-cü maddəsinin tələbinə görə təkrar ekspertizanın aparılması başqa ekspertə tapşırılır. Əvvəlki ekspertizanı aparmış ekspertlər təkrar ekspertizanın aparılmasında iştirak edə və izahlar verə bilərlər, lakin tədqiqat zamanı və rəy tərtib edilərkən onlar işt irak etmirlər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müdafiə tərəfinin vəsatəti əsasında göstərilən xüsusatla bağlı təyin edilərək keçirilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X26 Təcrübi və Tədris Birliyi tərəfindən verilmiş 21 fevral 2019-ci il tarixli, T80/2019 nömrəli təkrar komisyon məhkəmə-tibbi ekspertizasının rəyində qeyd edilir ki, iş üzrə verilmiş 18 aprel 2013-cü il tarixli T 80/2013 nömrəli və 03 may 2018-ci il tarixli T15 8/2018 nömrəli rəylərdə mərhum X12 ölümünün səbəbinə münasibətdə işlədilmiş “çox güman ki” ifadəsi ölümün səbəbini şübhə altına almır, onun ehtimal xarakterli olduğunu göstərmir və söz olaraq işlədilmişdir. 1959-cu il təvəllüdlü X12 adına tərtib olunmuş tibbi sənədlərdəki məlumatlar, onun meyitinin məhkəmə-tibbi ekspertiza rəyləri, tədqiqatlarının nəticələri konkret olaraq bunu deməyə əsas verir ki, mərhum Zərərçəkmiş şəxs1 ölümünə səbəb antidepressant təsiri olan finlepsinin və ya analoji təsirli digər naməlum dərman maddəsinin təsiri nəticəsində baş vermiş kəskin zəhərlənmə olmuşdur. 18 aprel 2013-cü il tarixli T80/2013 nömrəli, 03 may 2018-ci il tarixli T 158/2018 və hazırki rəylər arasında mərhum Zərərçəkmiş şəxs1 ölümünün səbəbi ilə bağlı ziddiyyət yoxdur. Zərərçəkmiş şəxs1 meyitinin 21 oktyabr 2018ci il tarixdə keçirilmiş ilkin məhkəmə-tibbi ekspertizasına dair 146 nömrəli rəydə göstərilmiş ölümün səbəbinə gəldikdə, 18 aprel 2013-cü il tarixli T 80/2013 saylı rəydə qeyd edildiyi kimi, mərhumun ölümünə səbəb ağır metal duzu-qurğuşunla zəhərlənmə ola bilməzdi. Belə ki, qeyd olunan müayinə ü çün material Milli Elmlər Akademiyasının Geologiya İnstitutuna daxil olmamış və belə bir müayinə də aparılmamışdır. Həmçinin Zərərçəkmiş şəxs1 adına tərtib edilmiş xəstəlik tarixində ağır metal duzu-qurğuşunla zəhərlənməni təsdiq edən klinik əlamətlər də müəyyən edilməmişdir. Qeyd olunan rəy Azərbaycan Respublikası CPM-in 267.3-cü maddəsinin tələblərinə zidd olaraq 03 may 2018-ci il tarixli T 15 8/2018 nömrəli rəyi vermiş ekspertlər X27, X11, X20, X7 və X4 tərəfindən verildiyindən apellyasiya instansiyası məhkəməsi düzgün olaraq mötəbər sübut kimi qəbul edilməmişdir. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, təkrar komisyon məhkəmə-tibbi ekspertizalarının 18 aprel 2013-cü il tarixli və 03 may 2018-ci il tarixli rəylərdə göstərilmişdir ki, məhkəmə-kimyəvi müayinə zamanı Zərərçəkmiş şəx s1 qanında, beyində və daxili üzv hissələrində onun ölümünə səbəb olan dərman preparatları aşkar edilməmişdir. Ona görə də ekspertlər Zərərçəkmiş şəxs1 adına tərtib edilmiş stasionar tibb kartasında xəstə Samirə Yahyayevanın tibbi sənədlərində qeyd edilmiş oxşar klinik əlamətlərin və hər iki meyitdə analoji morfoloji dəyişikliklərin olmasına əsasən nəticəyə gəlmişlər ki, Zərərçəkmiş şəxs1 ölümünün səbəbi çox güman ki, antideprisant təsiri olan finlepsin və ya analoji zəhərlənmə olmuşdur. Həmin nəticəyə əsaslanaraq ekspertlər qeyd etmişlər ki, Zərərçəkmiş şəxs1 qanında, beyində və daxili üzv hissələrində onun ölümünə səbəb olan dərman preparatlarının aşkar edilməməsi onun stasionarda bir neçə gün ərzində aparılmış intensiv venadaxili dezintoksikasiya müalicə tədbirləri nəticəsində onun orqa nizmindən xaric olması ilə izah etmişlər. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Zərərçəkmiş şəxs1 stasionar xəstənin tibbi kartasının surətindən görünür ki, o, 2008-ci ilin oktyabr ayının 10-dan 19-dək “polineyropatiya” diaqnozu ilə əsəb (sinir) xəstəlikləri şöbəsində stasionar müalicədə olmuşdur. Həkim-toksikoloq tərəfindən Zərərçəkmiş şəxs1 kəskin dərman zəhərlənməsi inkar edilmiş, ona qoyulmuş “polineyropatiya” diaqnoza uyğun müalicə aparılmışdır. Epikrizdə qeyd olunmuşdur ki, xəstənin qanının zəhərləyici maddəyə reaksiya mənfidir. İşin apellyasiya instansiyası məhkəməsində icraatı zamanı keçirilmiş 19 may 2022ci il tarixli, 304/KEŞ saylı ekspert rəyindən görünür ki, böyüklər üçün “Amitriptilin 25mq” ilkin gündəlik doza 50-75mq (2-3 tablet), optimal gündəlik terapevtik doza olaraq 150200mq (6-8 tablet) təyin oluna bilər. Finlepsin 200mq istifadə təlimatına əsasən 15 yaşa qədər uşaqlara gündəlik doza olaraq 100-300mq (0,5- 1,5 tablet) təyin oluna bilər. Böyüklər üçün isə Finlepsin 200mq ümumi qəbul edilmiş doza gündə ***-**** mq (2-6 tablet) təyin oluna bilər. Yuxarıda qeyd olunduğu kimi işdə olan “Baxış keçirilməsi haqqında” 14 oktyabr 2008-ci il tarixli protokoldan görünür ki, iş üzrə zərərçəkmişlər Aida və Samirə Yəhyayevanın yaşadıqları ünvan 3 ünvanına baxış keçirilmiş və mənzildən 01 ədəd üzərində «Финлепсин» sözləri yazılmış dərman qutusu aşkar edilmişdir. Müəyyən edilmişdir ki, həmin qutuda olan həblərdən 08 ədədi istifadə olunmuşdur. Həmçinin həmin masa üzərində «Амиптриптилин» sözləri yazılmış dərman qutusu aşkar edilmişdir. Müəyyən edilmişdir ki, h əmin qutuda olan həblərdən 08 ədədi istifadə olunmuşdur. Məhkum ifadəsindən görünür ki, onun tərəfindən Amitriptilin və Finlepsin dərmanları Zərərçəkmiş şəxs1 6-7 oktyabr 2008-ci il tarixdə verilmişdir. Həmin sübutlardan görünür ki, zərərçəkmiş şəxslər 3-4 gün ərzində hər növ dərmandan 8 həbi istifadə etmişlər. Hər zərərçəkmiş şəxs hər növ dərmanın 4 həbi istifadə etsə, bu həmin dərmanların gündəlik dozasından azdır. Azərbaycan Respublikası CPM-in 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən sübutları və hallarını nəzərə alaraq hesab edir ki, apellyasiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, Zərərçəkmiş şəxs1 ölümünə səbəb ehtimalla müəyyən edilmiş və cinayət işi üzrə keçirilmiş komisyon təkrar məhkəmə-tibbi ekspertizasının 21 fevral 2019-cu il tarixli T 80/2019 nömrəli rəyi Azərbaycan Respublikası CPM-in 267.3-cü maddəsinin tələblərinin pozulması ilə keçirilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq nəticəyə gəlmişlər ki, Məhkum zərərçəkmiş şəxsləri tamah məqsədilə öldürməsi sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası işə baxan apellyasiya məhkəməsinin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, işin halları müəyyən edilərkən sübutların Azərbaycan Res publikası CPM-in 144146-cı maddələrinin tələblərinə uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Azərbaycan Respublikası CPM-in 42.2.4-cü maddəsində göstərilir ki, həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyi sübuta yetirilmədikdə və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıхarılmalıdır. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yarana n şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsi cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş, Məhkum təqsirinin sübuta yetirilməməsini müəyyən edərkən bunu kifayət qədər əsaslandırmışdır. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində hökmünün ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işindəki hüquqi mövqeyə görə təqsi rsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar. Sübut etmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hökmünü düzgün hesab edir. Beləliklə, kassasiya protesti və kassasiya şikayətində qeyd edilmiş dəlillər iş materialları ilə ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası kassasiya protesti və kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq protest və şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 oktyabr 2022-ci il tarixli hökmünün isə dəyişdirilmədən saxlanılma sını qanuni olmaqla əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 oktyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-691/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-691/2023
12.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver