Məhkəmə qərarları › İş №1(102)-691/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-691/2025

08.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-691/2025 08.05.2025 ALİ MƏHKƏMƏ Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, Məmmədli Əleyman Məmməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X5 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 oktyabr 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfind ən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-439/2024 saylı, 29 may 2024-cü il tarixli (hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər X3 və X2 ibarət tərkibdə) hökmü ilə 18 avqust 1998-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edi lməsi, Məhkum ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə olduğu bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Məhkum təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının 30 mart 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Həmin hökmdən Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1906/2024 saylı, 17 oktyabr 2024-cü il tarixli (sədrlik edən və məruzəçi hakim X6, hakimlər X8 və X1 ibarət tərkibdə) qərarı ilə şikayət təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)439/ 2024 nömrəli 29 may 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Hüquqi məsələlər Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 oktyabr 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilərək Məhkum barəsində bəraət verici əsaslarla qərar qəbul edilməsi xahiş edilmişdir. 3 mart 2025-ci il tarixdə Məhkum Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına cəza çəkdiyi 17 saylı cəzaçəkmə müəssisəsindən ərizə ünvanlayaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 oktyabr 2024-cü il tarixli qərarından müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin baxılmadan geri qay tarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısının ərizənin təmin edilməsi barədə çıxışını dinləyərək belə hesab edir ki, məhkumun ərizəsi təmin olunmalı, kassasiya şikayəti baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Həmin məcəllənin 414.4-cü maddəsində göstərilir ki, müdafiəçi öz kassasiya şikayətini yalnız müdafiə etdiyi şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı ilə geri götürə bilər. Kassasiya icraatında cəlb edilmiş müdafiəçi cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə apellyasiya instansiyası məhkəməsində icraatda iştirak etmiş müdafiəçinin kassasiya şikayətinə yalnız məhkumun və ya bəraət almış şəxsin və onun qanuni nümayəndəsinin razılığı ilə əlavələr və dəyişikliklər etmək hüququna malikdir. Həmin Məcəllənin 414.5-ci maddəsində isə göstərilir ki, məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsi haqqında məhkumun ərizəsini nəzərə alıb cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq həmin şikayətin geri qaytarılmasını mümkün hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Məhkumun ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 oktyabr 2024-cü il tarixli qərarından Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti Məhkum özünün ərizəsinə əsasən baxılmadan geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar