Məhkəmə qərarları › İş №1(102)-692/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-692/2023

20.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-692/2023 20.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X10, zərərçəkmiş şəxsin hüquqi varisi X5, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi X6, cinayət məsuliyyətindən azad edilmiş şəxs Məhkum2 və Məhkum1 müdafiəçisi Müdafiəçi4, cinayə t məsuliyyətindən azad edilmiş şəxs Məhkum2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-960/2022 nömrəli, 24 oktyabr 2022-ci il tarixli qərarından Məhkum1 və cinayət məsuliyyətindən azad edilmiş şəxs Məhkum2 müdafiəçisi Müdafiəçi4 tərəfindən verilən kassasiya şikayətlərinə, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum1 xx xxxxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, Azərbaycan Beynəlxalq Bankının Problemli Kreditlərlə İş Departamentində Məhkəməyəqədər təqib şöbəsinin aparıcı mütəxəssisi vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamışdı r.

2. Cinayət məsuliyyətindən azad edilmiş şəxs Məhkum2 xx xxxxxx 1989-cı il tarixdə Bakı səhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər agentliyinin aqronomu işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşamışdır. 3. 28 avqust 2020-ci il tarixli ittiham aktına görə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 120.2.2, 120.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir ona görə ki, o, xuliqanlıq, yəni bir qrup şəxs halında təkrar olaraq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə şə xslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmiş, bundan başqa xuliqanlıq niyyəti ilə xidməti vəzifəsini yerinə yetirən şəxsi qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Ona verilmiş ittihama əsasən o, xx.xx.2019-cu il tarixdə, saat 11:30 radələrində qardaşı Məhkum2 ilə birlikdə, Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsindən Zığ şossesinə düşən Zeytun küçəsinin sağ tərəfində yerləşən "xxxx" MMC-nin nəzdində olan "xxxx" MMC-yə məxsus zeytun bağına gedərək zeytun yığarkən, MMC-nin işçiləri tərəfindən zeytun yığımına nəzarət edən həmin MMC-də sahə rəisi işləyən Zərərçəkmiş şəxs1, mühasib işləyən Zərərçəkmiş şəxs2 və fəhlə işləyən X1 onlara yaxınlaşaraq həmin ərazidə zeytun yığmağın qadağan olduğunu deyərək, ərazini tərk etmələrin i istədikdə Məhkum1 və qardaşı Məhkum2 sonunculara ərazini tərk etməyəcəklərini və zeytun yığmağa davam edəcəklərini sərt şəkildə bildirdiklərinə görə aralarında yaranmış mübahisə zəmnində o, qardaşı Məhkum2lə birlikdə bir qrup şəxs halında orada olan şəxslərə öz üstünlüyünü nümayiş etdirmək məqsədilə cəmiyyətdə insanlar arasında bərqərar olunmuş birgə yaşayış qaydalarını kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri edərək yumruqla və təpiklə Zərərçəkmiş şəxs1 zərbələr vurmağa başlamış, daha sonra isə o, cinayətkar niyyətini davam etdirib ümumi niyyətdən kənar çıxaraq heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə xidməti vəzifəsini yerinə yetirən Zərərçəkmiş şəxs1 başına yerdən götü rdüyü taxta dəyənəklə zərbə vuraraq ona baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma ilə müşayiət olunan baş beynin əzilməsi və ödemi, başın təpə nahiyəsinin əzilmiş yarası, sağ gicgah-təpə nahiyəsinin sağda yuxarı ənsə nahiyəsinin qançırları kimi sağlamlığa ağır zərər vurmanın əlamətinə malik olan və sağ diz oynağı nahiyəsinin sıyrığı kimi sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə qəsdən öldürmüş, bundan sonra xuliqanlıq əməllərini davam etdirərək qardaşı Məhkum2 dalaşdığı, Zərərçəkmiş şəxs1 döyüldüyünü görüb ictimai qaydanın pozulmasının qarşısını almaq məqsədi ilə sonuncuya köməklik etmək üçün onlara yaxınlaşan Zərərçəkmiş şəxs2 silah qismində istifadə etdiyi taxta dəyənəklə başın ənsə nahiyəsinin yumşaq toxumasının hematoması kimi sağlamlığa yüngül zərər vurmaya aid, h abelə sağlamlığa zərər vurmayan olduğundan dərəcələri təyin edilməyən sol kürək arası nahiyəsinin, sağ kürək nahiyəsinin, sağ bazunun orta-aşağı 1/3-nin ön səthinin və sağ saidin yuxarı 1/3-nin ön səthinin xətt şəkilli sıyrıqları kimi xəsarətlər yetirərək bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən təkrarən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Həmin ittiham aktına görə Məhkum2 Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir ona görə ki, o, xuliqanlıq, yəni bir qrup şəxs halında təkrar olaraq ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmişdir. Ona verilmiş ittihama əsasən o, xx.xx.2019-cu il tarixdə, saat 11:30 radələrində qardaşı Məhkum1 ilə birlikdə, Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsindən Zığ şossesinə düşən Zeytun küçəsinin sağ tərəfində yerləşən "xxxx" MMC-nin nəzdində olan "xxxx" MMC-yə məxsus zeytun bağına gedərək zeytun yığarkən, MMC-nin işçiləri tərəfindən zeytun yığımına nəzarət edən həmin MMC-də sahə rəisi işləyən Zərərçəkmiş şəxs1, mühasib işləyən Zərərçəkmiş şəxs2 və fəhlə işləyən X1 onlara yaxınlaşaraq həmin ərazidə zeytun yığmağın qadağan olduğunu deyərək, ərazini tərk etmələrini istədikdə Məhkum2 və qardaşı Məhkum1 sonun culara ərazini tərk etməyəcəklərini və zeytun yığmağa davam edəcəklərini sərt şəkildə bildirdiklərinə görə aralarında yaranmış mübahisə zəmnində o, qardaşı Məhkum1lə birlikdə bir qrup şəxs halında orada olan şəxslərə öz üstünlüyünü nümayiş etdirmək məqsədilə cəmiyyətdə insanlar arasında bərqərar olunmuş birgə yaşayış qaydalarını kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri edərək yumruqla və təpiklə Zərərçəkmiş şəxs1 zərbələr vurmağa başlamış, Məhkum1 isə cinayətkar niyyətini davam etdirib ümumi niyyətdən kənar çıxaraq heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə xidməti vəzifəsini yerinə yetirən Zərərçəkmiş şəxs1 başına yerdən götürdüyü taxta dəyənəklə zərbə vuraraq ona baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma ilə müşayiət olunan baş beynin əzilməsi və ödemi, başın təpə nahiyəsinin əzilmiş yarası, sağ gicgah-təpə nahiyəsinin sağda yuxarı ənsə nahiyəsinin qançırları kimi sağlamlığa ağır zərər vurmanın əlamətinə malik olan və sağ diz oynağı nahiyəsinin sıyrığı kimi sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə qəsdən öldürmüş, sonra təkrarən xuliqanlıq əməllərini davam etdirərək qardaşı Məhkum2 dalaşdığı, Zərərçəkmiş şəxs1 döyüldüyünü görüb ictimai qaydanın pozulmasının qarşısını almaq məqsədi ilə sonuncuya köməklik etmək üçün onlara yaxınlaşan Zərərçəkmiş şəxs2 silah qismində istifadə etdiyi taxta dəyənəklə bir neçə dəfə vuraraq ona başın ənsə nahiyəsinin yumşaq toxumasının hematoması kimi sağlamlığa yüngül zərər vurmaya aid, habelə sağlamlığa zərər vurmayan olduğundan dərəcələri təyin edilməyən sol kürək arası nahiyəsinin, sağ kürək nahiyəsinin, sağ bazunun orta-aşağı 1/3-nin ön səthinin və sağ saidin yuxarı 1/3-nin ön səthinin xətt şəkilli sıyrıqları kimi xəsarətlər yetirmiş, o isə sonuncuya sağ əlin İV barmağının əsas falanqasının arxa səthinin qançırı kimi sağlamlığa zərər vurmayan olduğundan dərəcələri təyin edilməyən xəsarət yetirərək bir qrup şəxs halında ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən təkrarən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. 4. 02 oktyabr 2020-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum1 və Məhkum2 cin ayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

5. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum1 xx.xx.2019-cu il tarixdə, saat 11:30 radələrində qardaşı Məhkum2lə birlikdə tanışları Şahid2 idarə etdiyi avtomaşınla Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsindən Zığ şossesinə düşən Zeytun küçəsinin sağ tərəfində yerləşən hasarı, mülkiyyətçisini bildirən və zeytunun yığılmasını qadağan olmasını bildirən məlumat lövhələrin olmadığı, avtomobil yolunun kənarında zeytun ağacları olan əraziyə gələrək ev üçün zeytun yığmağa başlamış, onları həmin ərazidə görən xüsusi geyimi və xidməti vəsiqəsi olmayan, mühafizəçi funksiyalarını daşımayan "xxxx" MMC-nin mühasibi ola n Zərərçəkmiş şəxs2 ondan və qardaşı Ramildən həmin ərazidə zeytun yığmağın qadağan olmasının, onların ərazini tərk etməsi tələbinə razı olmadıqlarını görərək "xxxx" MMC-də Zeytun bağlarının müdiri olan Şahid3 zəng edib məlumat vermiş, sonuncunun tapşırığı ilə "xxxx" MMC-nin digər işçilərini Kənan və Məhkum2ləri ərazidən çıxarmaq üçün telefon vasitəsi ilə köməyə çağırmış, bundan bir neçə dəqiqə sonra onların olduğu yerə yaxınlaşan mühafizəçi funksiyalarını daşımayan, vəsiqələri və xüsusi geyimləri olmayan "xxxx" MMC-də briqadir vəzifəsində işləyən Zərərçəkmiş şəxs1 və həmin MMC-nin fəhləsi olan Şahid1 Bayramqulu oğlunun Kənan və Məhkum2 ərazinin xüsusi qoruq olduğunu, yığdıqları, içində az miqdarda zeytun olan sellofan torbanı təhvil vermələri tələblərinə razı olmayan Məhkum1 üzərinə ged ən Zərərçəkmiş şəxs1 əlində olan taxta dəyənəyi ilə Məhkum1 başın təpə nahiyəsinin, sol əlin İV barmağını dırnaq falanqasının arxa səthinin, sol və sağ kürəküstü nahiyənin, sol budun yuxarı 1/3-nin bayır səthinin və sağ baldırın qançırları növündə sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilməyən zədələr yetirdiyindən Məhkum1 Zərərçəkmiş şəxs1lə əlbəyaxa olaraq ondan taxta dəyənəyi ala bilərək sonuncuya həmin taxta dəyənəyi ilə zərbə vuraraq baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma ilə müşayiət olunan baş beyin əzilməsi və ödemi, başın təpə nahiyəsinin əzilmiş yarası, sağ gicgah-təpə nahiyəsinin sağda yuxarı ənsə nahiyəsinin qançırları kimi sağlamlığa ağır zərər vurmanın əlamətinə malik olan və sağ diz oynağı nahiyəsinin sıyrığı kimi sağlamlığa zərər vurmayan xəsarətlər yetirdikdən sonra Zərərçəkmiş şəxs1 Məhkum1 aralanaraq kənara çəkilmiş, Məhkum1 isə 5-6 metr ondan aralıda Zərərçəkmiş şəxs2 qardaşı Məhkum2 yerə yıxıb üstündə oturaraq döydüyünü görərək qardaşı Məhkum2 kömək etmək məqsədilə Zərərçəkmiş şəxs2 yaxınlaşıb əlində olan taxta dəyənəyi ilə sonuncuya başın ənsə nahiyəsinin yumşaq toxumasının hematoması kimi sağlamlığa yüngül zərər vurmaya aid, habelə sağlamlığa zərər vurmayan digər xəsarətlər yetirmiş, həmin gün saat 11:45-də hadisə yerinə Şahid2 Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə etdiyi zəngə əsasən gələn Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nin PPXB-nin əməkdaşları tərəfindən dalaşmaya son qoyulmuş, münaqişənin iştirakçıları Kənan və Məhkum2lər, Bağır və Zərərçəkmiş şəxs2lər 35-ci PB-nə gətirilmiş, orada Zərərçəkmi ş şəxs1 səhhəti pisləşdiyi üçün PB-nə çağırılmış təcili tibbi yardım maşını ilə Zərərçəkmiş şəxs1 Bakı şəhəri 3 saylı Klinik xəstəxanasına aparılmış və orada Məhkum1 ona yetirdiyi xəsarətlərin təsirindən saat 13:10-da keçinmişdir. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Məhkum2 xx.xx.2019-cu il tarixdə, saat 11:30 radələrində qardaşı Məhkum1 ilə birlikdə tanışları Şahid2 idarə etdiyi avtomaşınla Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsindən Zığ şossesinə düşən Zeytun küçəsinin sağ tərəfində yerləşən hasarı, mülkiyyətçisini və zeytunun yığılmasını qadağan olunmasını bildirən məlumat lövhələrin olmadığı, avtomobil yolunun kənarında zeytun ağacları olan əraziyə gələrək ev üçün zeytun yığmağa başlamış, onları həmin ərazidə görən xüsusi geyim və xidməti vəsiqəsi olmayan, mühafizəçi funksiyalarını daşımayan "xxxx" MMC-nin mühasibi olan Zərərçəkmiş şəxs2 ondan və qardaşı Kənandan həmin ərazidə zeytun yığmağın qadağan olmasının, onların ərazini tərk etməsi tələbinə razı olmadıqlarını görərək "xxxx" MMC-də zeytun bağlarının müdiri olan Şahid3 zəng edib məlumat vermiş, sonuncunun tapşırığı ilə "xxxx" MMC-nin digər işçilərini Kənan və Məhkum2ləri ərazidən çıxarmaq üçün telefon vasitəsilə köməyə çağırmış, bundan bir neçə dəqiqə sonra onların olduğu yerə yaxınlaşan mühafizəçi funksiyalarını daşımayan, vəsiqələri və xüsusi geyimləri olmayan "xxxx" MMC-də briqadir vəzifəsində işləyən Zərərçəkmiş şəxs1 və həmin MMC-nin fəhləsi olan Şahid1 Kənan və Məhkum2 ərazinin xüsusi qoruq olduğunu, yığdıqları, içində az miqdarda zeytun olan sellofan torbanı təfil vermələri tələblərinə qardaşı və o razı olmadıqda Zərərçəkmiş şəxs1 qardaşı Məhkum1 üzərinə əlindəki taxta dəyənəklə gedərək əlbəyaxa olmuş, Zərərçəkmiş şəxs2 isə onunla əlbəyaxa olaraq onu yerə yıxıb üstünə oturub vuraraq ona sol gicgah nahiyəsinin, təpə nahiyəsinin sağ yan səthinin, sol və sağ kürəküstü nahiyəsinin, sağ kürəküstü nahiyəsinin, sol kürəkaltı nahiyənin qançırları, sağ kürəkaltı nahiyənin sıyrığı kimi sağlamlığa zərər vurmayan və dərəcələri təyin edilməyən xəsarətləri yetirdikdən sonra köməyinə gələn qardaşı Məhkum1lə birlikdə, o cümlədən qardaşının istifadə etdiyi taxta dəyənəklə Zərərçəkmiş şəxs2 başın ənsə nahiyəsinin yumşaq toxumasının hematoması kimi sağlamlığa yüngül zərər vurmaya aid, habelə sağlamlığa zərər vurmayan olduğundan dərəcələri təyin edilməyən sol kür ək arası nahiyəsinin, sağ kürək nahiyəsinin, sağ bazunun orta-aşağı 1/3-nin ön səthinin və sağ saidin yuxarı 1/3-nin ön səthinin, xətt şəkilli sıyrıqları kimi xəsarətlər yetirmişdir. Bundan sonra Şahid2 dava-dalaş barəsində Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə verdiyi məlumatla əlaqədar hadisə yerinə gələn Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nin PPXB-nin əməkdaşları dava-dalaşı dayandırıb, münaqişənin iştirakçıları olan Kənan və Məhkum2ləri, Bağır və Zərərçəkmiş şəxs2ləri 35-ci PB-nə gətirmişlər.

6. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-65/2022 nömrəli, 01 mart 2022-ci il tarixli hökmünə əsasən Məhkum1 Azərbaycan Respublikası CM-nin 120.1 və 128ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə 11 (o n bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası CM-nin 128-cü maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaların qismən toplamaq yolu ilə qəti olaraq 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 28 sentyabr 2019-cu il tarixdən hesablanması; Məhkum2 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2019-cu il tarixdə n xx.xx.2020-ci il tarixədək 10 ay müddətində həbsdə saxlanıldığı müddətin azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla cəzasının çəkmiş hesab olunduğu hökm edilmiş, hökmlə həmçinin digər məsələlər həll edilmişdir.

7. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən Dövlət ittihamçısı1 apellyasiya protesti verərək hökmün ləğv edilməsini, Məhkum1 Azərbaycan Respublikası CM-nin 120.2.2, 120.2.3 və 221.3-cü maddələri ilə, Məhkum2 isə Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilinib onlara həmin maddələrin sanksiyası həddində daha ağır cəza təyin edilməklə yeni hökmün çıxarılmasını xahiş etmişdir.

8. Həmin hökmdən təqsirləndirilən şəxs Məhkum1 müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini, Məhkum 1 barəsində bəraət hökmünün qəbul edilməsini, habelə Bakı şəhər prokuroru İlqar Abbasov, Bakı şəhəri Xətai rayon prokuroru Sərdar İmanov, Bakı şəhəri Xətai rayonun sabiq prokuroru Yusif İldırımzadə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT X18 direktoru Ədalət Həsənov, həmin birliyin ekspertləri Hafız Kərimov, Əmrah Yusifov və Seyfulla İskəndərov, Xətai rayon məhkəmə-tibbi ekspertizası şöbəsinin baş həkimi Seyidhəsən Ağalarov və şöbənin eksperti Ariz Quliyev, "xxxx" MMC-nin direktoru Şahid3, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və X12, Xətai RPİ-nin 35 saylı PB-nin rəis müavini Toğrul Əliyev barəsində xüsusi qərar, eləcə də Şahid3, Zərərçəkmiş şəxs2, X12, X2, X7 barəsində Azərbaycan Respublikası CMnin müvafiq maddələri ilə cinayət işinin başlanması üçün tədbirlərin gör ülməsinin təmin edilməsini xahiş etmişdir.

9. Həmin hökmdən təqsirləndirilən şəxs Məhkum2 müdafiəçisi Müdafiəçi2 digər təqsirləndirilən şəxs Məhkum1 müdafiəçisi Müdafiəçi3 ilə oxşar məzmunlu apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini, Məhkum2 barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etmişdir.

10. Həmin hökmdən zərərçəkmişin hüquqi varisi X5 nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini, təqsirləndirilən şəxslərdən Məhkum1 20 il, Məhkum2 isə 18 il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini xahiş etmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-960/2022 nömrəli, 24 oktyabr 2022-ci tarixli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti, təqsirləndirilən şəxs Məhkum1 müdafiəçis i Müdafiəçi3, təqsirləndirilən şəxs Məhkum2 müdafiəçisi Müdafiəçi2 və zərərçəkmişin hüquqi varisi X5 nümayəndəsi Nümayəndə tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-65/2022 nömrəli, 01 mart 2022-ci il tarixli hökmü dəyişdirilmiş, təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Məhkum1 həmin maddə ilə cəza təyin edilməmiş, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə və Azərbaycan Respublikası CM-nin 66.3cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməsinə dair göstəriş və müddəalar hökmdən xaric edilmiş, Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə olan əməli Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsinə tövsi f edilmiş və həmin maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməklə ona 10 (on) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi; Məhkum2 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Məhkum2 həmin maddə ilə cəza təyin edilməmiş, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cəza təyin edilməməsi və cəza təyin edilməsinə dair göstərişlərin hökmdən xaric edilməsi qərara alınmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum1 və cinayət məsuliyyətindən azad edilmiş şəxs Məhkum2 müdafiəçisi Müdafiəçi4 ayrıayrılıqda kassasiya şikayətləri vermiş dir.

13. Cinayət işinə kassasiya instansiya məhkəməsində mahiyyəti üzrə baxılanadək, Məhkum1 cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə ilə müraciət edib müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmiş, həmçinin cinayət məsuliyyətindən azad edilmiş şəxs Məhkum2 ərizə ilə müraciət edib müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir.

14. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından həmçinin dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

15. Dövlət ittihamçısı kassasiya protestində qeyd etmişdir ki, məhkəmələr təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 özün ü müdafiə xarakterli ifadələrinə tənqidi və iş materiallarında olan sübutların məcmusunun ilə müqayisəli təhlili ilə yanaşmamış, Məhkum1 mərhum Zərərçəkmiş şəxs1 xuliqanlıq niyyəti və xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar öldürməməsi, qardaşı Məhkum2 ilə bir qrup şəxs halında təkrar olaraq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə Filman və Zərərçəkmiş şəxs1 üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etməmələri haqda gəldiyi nəticənin hüquqi əsaslarının nədə ifadə olunduğunu göstərməmiş, onların əməllərinə hüquqi qiymət verərkən subyektiv mülahizələrə əsaslanmışlar. Nəticədə Məhkum1 əməllərini qəsdən adam öldürmə, sonra isə qəsdən sağlamlığa ağır zərə r vuran xəsarətlər yetirilməsində, digər zərərçəkmiş şəxsə münasibətdə isə qəsdən sağlamlığa yüngül zərər vurma kimi, Məhkum2 əməllərini isə qəsdən sağlamlığa yüngül zərər vurma kimi tövsif edilməsində səhvə yol vermişlər. Qeyd edilənlərə əsasən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-960/2022 nömrəli, 24 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir.

16. Zərərçəkmiş şəxsin hüquqi varisi X11 Məhkum1 və cinayət məsuliyyətindən azad edilmiş şəxs Məhkum2 müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş və cinayət işinə mahiyyəti üzrə baxılanadək geri götürülmüş kassasiya şikayətlərinə qarşı etiraz verərək, həmin şikayətlərin müdafiə xarakterli olduğu üçün rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

18. Məhkəmə kollegiyası ilk öncə Məhkum1 və cinayət məsuliyyətindən azad edilmiş şəxs Məhkum2 kassasiya şikayətlərinin geri götürmələri barədə verdikləri ərizələrinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 414.1ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir.

19. Eləcə də, Azərbaycan Respublikası CPM-nin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir.

20. Bu baxımdan, məhkəmə kollegiyası kassasiya şikayətlərinin geri götürülməsi barədə ərizələrlə bağlı proses iştirakçılarının çıxışlarında bildirdiyi mövqeləri nəzərə alıb və həmin ərizələri iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, yuxarıda qeyd edilən prosessual cinayət-hüquqi normalara əsaslanmaqla belə nəticəyə gəlir ki, ərizələr təmin edilməli, Məhkum1 və cinayət məsuliyyətindən azad edilmiş şəxs Məhkum2 müdafiəçisi Müdafiəçi4 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri geri qaytarılmalıdır.

21. Davam edərək məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzr ə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

22. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

23. Qanunvericiliyin bu tələbindən görün düyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

24. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

25. Dövlət ittihamçısı kassasiya protestində təqsirləndirilən şəxslərin əməlinin tövsifində səhvə yol verildiyini iddia edərək, xahişini Azərbaycan Respublikası CPMnin 416.1.2 və 416.1.15-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

26. Odur ki, məhkəmə kollegiyası kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-960/2022 nömrəli, 24 oktyabr 2022-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

27. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respu blikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

28. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

29. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi təl əb olunur.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin poz ulmasına gətirib çıxara bilər. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).

31. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi ittiham və müdafiə tərəfinin birinci instansiya məhkəməsinin hökmündən verdikləri apellyasiya şikayətlərinin və apellyasiya protestinin dəlillərini araşdırarkən, yuxarıda istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarını və mövcud məhkəmə təcrübəsini nəzərə almaqla ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat dövründə tədqiq edilmiş sübutları ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib haqlı olaraq belə nəticəyə gəlmişdir ki, Məhkum1 Azərbaycan Respublikası CM-nin 126.3-cü və 128-ci maddələrində, Məhkum2 isə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törətmələri faktı məhkumların özlərinin, zərərçəkmiş şəxsin hüquqi varisi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, aparılmış müxtəlif ekspertizaların rəyləri, DİN-nin 102 xidmətinə hadisə barədə edilən zənglərə dair məlumatlar, PPXnin əməkdaşlarının raportu, 35-ci PB-də hadisə ilə bağlı tərtib olunan sənədlər, cinayət hadisəsinin baş verdiyi ərazinin sahibliyində olduğu iddia edildiyi təşkilatların təsis sənədləri, müxtəlif şəxslərin vəzifə təlimatları və digər istintaq materialları ilə tam s übuta yetirilmişdir. Qeyd edilən sübutlara əsaslanmaqla apellyasiya instansiyası məhkəməsi cinayət hadisəsinin başvermə hallarını düzgün müəyyən edib qeyd etmişdir ki, Məhkum1 və Məhkum2 zeytun bağına zeytun yığmaq məqsədilə gəlib həmin ərazidə bağın mülkiyyətçisi barədə məlumatın olmadığını, ərazinin hasarlanmadığını və xüsusi lövhə ilə təchiz olmadığını, əraziyə gələn və özünü əraziyə sahiblik edən təşkilatın əməkdaşları kimi təqdim etməsinə baxmayaraq həmin şəxslərin bunu xidməti vəsiqə və yaxud xüsusi geyimlə təsdiq etmədiklərini aşkar etdikdə, zərərçəkmiş şəxslərin onlardan bağın ərazisinin tərk etmələrinə dair tələbini nəzərə almaqdan imtina etmiş, bundan sonra üzərilərinə mühafizəçi funksiyaları qoyulmamış mərhum Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 fiziki zor tətbiq etməklə məhku mları sahədən çıxarmağa cəhd etmiş, yaranmış münaqişə zamanı həm məhkumlar, həm də zərərçəkmiş şəxslər xəsarətlər almış - Zərərçəkmiş şəxs2 sağlamlığına yüngül zərər, Məhkum1 və Məhkum2 sağlamlığa dərəcəsi müəyyən edilməyən xəsarətlər yetirilmiş, Zərərçəkmiş şəxs1 aldığı xəsarətlərdən xəstəxanaya aparıldıqdan sonra orada ölmüşdür.

32. Apellyasiya instansiyası məhkəməsi Məhkum1 mərhum Zərərçəkmiş şəxs1 xəsarət yetirərkən niyyətinin məhz nəyə yönəlməsi məsələsini həll edilərkən işin bütün hallarını nəzərə alıb əsaslandırılmış nəticəyə gəlməklə hesab etmişdir ki, Məhkum1 hərəkətlərində Zərərçəkmiş şəxs1 öldürməsinə yönəlmiş istər birbaşa, istərsə də dolayı qəsdi olmamış, onun əməli ehtiyatsızlıqdan sonuncunun ölümünə səbəb olmuşdur.

33. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəld iyi qənaəti işin hallarının obyektiv araşdırılmasına, Cinayət-Prosessual Məcəlləsinin tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya protestində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin məhkumlar Məhkum1 əməlinin Azərbaycan Respublikası CM-nin 126.3 və 128-ci maddələri ilə, Məhkum2 isə əməlinin Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilməsi barədə qənaətini şübhə altına almaq üçün əsas görmür. Sübutlar apellyasiya instansiya məhkəməsinin qərarında ətraflı təsvir edildiyindən və hazırda mübahisələndirilən nəticələr isə həmin sübutların üzərində qurulduğundan, məhkəmə kollegiyası hazırk i qərarda sübutların yenidən ətraflı təsvir və şərh edilməsini zəruri saymır.

34. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsipləri ilə uzlaşan, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma və cinayət məsuliyyətindən azad edilmiş şəxsə müdafiəsini əlverişli qaydada təşkil etmələri və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirini təqdim etmələri üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayəthüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsin in 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

35. Zərərçəkmiş şəxsin hüquqi varisi X5 ərizəsinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, Məhkum1 və cinayət məsuliyyətindən azad edilmiş şəxs Məhkum2 müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətləri geri götürüldüyündən, həmin şikayətlərə dair hüquqi münasibətin bildirilməsi qeyrimümkündür.

36. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-960/2022 nömrəli, 24 oktyabr 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şə rh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 414, 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum1 və cinayət məsuliyyətindən azad edilmiş şəxs Məhkum2 ərizələri təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-960/2022 nömrəli, 24 oktyabr 2022-ci il tarixli qərarından Məhkum1 və cinayət məsuliyyətindən azad edilmiş şəxs Məhkum2 müdafiəçisi Müdafiəçi4 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri geri qaytarılsın. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-960/2022 nömrəli, 24 oktyabr 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar