Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-692/2024 14.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X9, Dövlət – ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun X11 üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində X11 və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Bəraət almış şəxs X4 iştirakları ilə, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 234.1-1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 sentyabr 2023-cü il tarixli, 1(103)-1875/2023 nömrəli qərarından dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X11 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X11 üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Bəraət almış şəxs X8 18 fevral 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 86-da qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi ev 23, mənzil 24-də yaşayır.
2. Bəraət almış şəxs X6 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda narkotik vasitə heroin əldə edərək üzərində saxlamaqla daşımış, 30 sentyabr 2022-ci il tarixdə Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 10:00-da Bakı şəhəri, Suraxanı rayonu, Hovsan Hovsan qəsəbəsi, Dənizkənarı küçəsində nömrəsiz evin qarşısında saxlanılıb Suraxanı RPİ-nin 30-cu PŞ-nin İnzibati binasına aparılaraq üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd şəffaf selofan bükümündə təmiz çəkiləri 1,701 qram və 0,902 qram olmaqla ümumi təmiz çəkisi 2,603 qram olan, kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkar edilərək götürülmüşdür.
3. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X17 (sədrlik edən), X13 və X14 ibarət məhkəmə təkibində) 26 iyul 2023-cü il tarixli, 1(101)-1058/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə ittiham olunan X7 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsiri sübuta yetmədiyinə görə bəraət verilməsi, barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbirinin ləğv edilməsi, bəraət alması ilə əlaqədar ona cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olmasının izah olunması müəy yən edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.
4. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin A.A.Kazakov barəsində olan 26 iyul 2023-cü il tarixli bəraət hökmünün ləğv edilərək onun Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cinayət qanunvericiliyinin müddəalarına uyğun azadlıqdan məhrum etmə cəzası təyin edilməklə ittiham hökmü çıxarılmasını xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər:: X18 (sədrlik edən və məruzəçi), X16 və X2 ibarət məhkəmə tərkibində) 19 sentyabr2023-cü il tarixli, 1(103)-1875/2023 nömrəli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməm əsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin A.A.Kazakova Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə bəraət verilməsinə dair 1(101)-1058/2023 saylı, 26 iyul 2023-cü il tarixli hökmünün apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
6. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X11 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X11 üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı2 tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya protestinin dəlilləri və etirazlar:
7. Dövlət ittihamçısı kassasiya protestində cinayət işi materiallarında öz əksini tapan sübutlar siyahısına və bir sıra qanunvericilik aktlarına istinadlar edərək, protestini onunla əsa slandırmışdır ki, məhkəmələr A.Kazakovun satış məqsədi olmadan külli miqdarda narkotik vasitə olan heroin əldə etməsini təsdiqləyən cinayət işi materiallarında olan konkret sübutlara, yəni heroini Anar adlı şəxsdən şəxsi istifadəsi üçün 30 manata almasına dair izahatı, həmin narkotik vasitə olan heroinin aşkar edilməsinə dair şahid ifadələri, iş üzrə məhkəmə-kimyəvi ekspertizasının rəyi, şahidlərlə A.Kazakov arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti protokolu, A.Kazakovda narkomaniya xəstəliyinin aşkar olunmasına dair ambulator məhkəmənarkoloji ekspertizasının rəyini yekun qərar qəbul edərkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CPM-in və ya CPM-in) 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməmiş və b unun nəticəsi olaraq Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə X7 əsassız bəraət vermişdir.
8. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirməklə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 sentyabr 2023-cü il tarixli, 1(103)-1875/2023 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi xahiş edilmişdir.
9. Qərardan bəraət almış şəxs tərəfindən kassasiya şikayəti verilməmişdir.
10. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Proses iştirakçılarının çıxışları:
11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya protestini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.
12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən bəraət almış şəxs X8 kassasiya protestinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. IV.Hüquqi məsələlər:
13. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
14. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protes tinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”.
15. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
16. Dövlət ittihamçısı kassasiya protestində birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrini n tələblərini pozmaqla X4 Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, ona həmin maddə ilə bəraət verdiyini, apellyasiya məhkəməsinin isə əsassız və qanunsuz olaraq bəraət hökmünü dəyişdirilmədən saxladığını iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.
17. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 sentyabr 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
18. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”.
19. Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır.
20. Azərbay can Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
21. Birinci instansiya məhkəməsi isə belə nəticəyə gəlmiş və apellyasiya instansiyası məhkəməsi onunla razılaşmışdır ki, X4 satış məqsədi olmadan külli miqdarda təmiz çəkisi 2,603 qram olan narkotik vasitə heroini əldə edib, üzərində saxlamaqla daşıması sübuta yetirilməmişdir.
22. Bakı Ağır Cinayətlər Məhkəməsi həmin nəticəyə gələrkən, apellyasiya instansiyası məhkəməsi bəraət hökmünü dəyişdirilmədən saxlayarkən aşağıdakı əsaslarla çıxış etmişlər.
23. Belə ki, bəraət almış şəxs X8 məhkəmə istintaqı zamanı ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikasının vətəndaşı olduğuna baxmayaraq, özü rus milliyətindəndir və orta məktəbi rus dilində təhsil alaraq bitirmişdir. O, kiril əlifbası ilə rus sektoru üzrə təhsil aldığından latın qrafikalı azərbaycan əlifbasında oxumağı bilmir. O, yalnız kiril qrafikalı əlifbanı bilir. Onun ailə üzvləri evdə rus dilində danışırlar. O, 6 ay əvvələ kimi narkotik vasitələrdən istifadə etmişdir. O, ünvan 1 ünvanında X15 və 10 yaşında azyaşlı övladı Aliyə Kazakova ilə birlikdə yaşayır. Anası X15 anlaqlı şəxsdir. O, 29 sentyabrda tutulmuşdur. Həmin gün anası və qızı evdə imiş. O, heç vaxt evə gec gəlməmişdir. Hər axşam saat 22:00-da qızı və anası tək qalmasın deyə mütləq evdə olmalıymış. O, 29 sentyabr 2022-ci il tar ixdə axşam saat 20:30-da Hövsan qəsəbəsində “KATV” kabel televiziyası yaxınlığında yol ilə gedirmiş. Həmin saatlarda Hövsan qəsəbəsində polis əməkdaşları əməliyyat tədbiri həyata keçirmişdir. Hövsan qəsəbəsində “KATV” kabel televiziyası yaxınlığında yerləşən kafenin arxasında bir evin darvazası açıq imiş və ordan bir nəfər onu çağıraraq yaxınlaşmağını demişdir. O, yaxınlaşan zaman həmin şəxs onu darvazadan hansısa evin içərisinə keçirmiş və o orada polis əməkdaşları tərəfindən 3 nəfər şəxsin dizləri üstə yerdə saxlanıldığını görmüşdür. O və onun arxasınca gələn 3 nəfər şəxs də polis əməkdaşları tərəfindən saxlanılmışdır. Ümumən polis əməkdaşları həmin axşam 8 nəfər şəxsi saxlamışlar. Onlar saxlanılan evin sahibi də tutulmuşdur. O, sonradan bilmişdir ki, ev sahibi həmin onlar saxlanılan evd ə narkotik vasitələrin satışı ilə məşğul olurmuş. O, onunla birlikdə saxlanılan şəxslərin heç birini tanımır. O, ittiham aktında qeyd olunan 30 sentyabrda yox, 29 sentyabr 2022-ci il tarixdə təqribən saat 20.30 radələrində saxlanılmışdır. O ittiham aktında qeyd olunan “Xanməmmədov” küçəsində saxlanılmamışdır. Onlar saxlanılarkən həmin evin həyətində polis əməkdaşları onun üzərini axtarmışlar. Bir polis əməkdaşı telefonla videoçəkiliş aparmışdır. Polis əməkdaşları onun üzərindən bank kartları, evinin açarı, telefon çıxarmışlar. Üzərində heç bir narkotik vasitə çıxmamışdır. Onları 29 sentyabr 2022-ci il tarixində 20:30-dan 21:00-a kimi bir “Hyundai” markalı və digər avtomobillərlə 4 maşına 2 nəfər olmaqla yerləşdirib 30-cu Polis Bölməsinə aparmışlar. Polis Bölməsində yenidən üzərinə baxış ke çirilərkən videoçəkiliş aparılmamışdır. Lakin üzərindən heç bir narkotik vasitə çıxarılmamışdır. Onun evə zəng etməyinə rəis icazə verməmiş və səhərə kimi müvəqqəti saxlama yerində saxlanılmışlar. 30 sentyabr səhər saatlarında ona deyilmişdir ki, bu əməliyyat bir sifarişdir və başının ağrımağını istəmirsə masanın üzərindəki narkotik vasitəni cibinə qoyub onun olduğunu desin, əgər o bunu boynuna götürməsə narkotik vasitənin miqdarı və çəkisi artırılacaq. Hətta demişlər ki, nə etsə də, xeyri yoxdur, 8 nəfər hamısı həbs olunacaq. Lakin, o, narkotiki öz üzərinə qəbul etməmiş və yenidən onukameraya aparmışlar. Tutulan şəxslərdən biri demişdir ki, narkotik vasitəni almadığı üçün polis əməkdaşları onu döyür və o, artıq dözə bilmədiyi üçün narkotik vasitəni qəbul edəcək. O, polislər tərəfindən yen idən kabinetə aparılmışdır. İçəridə 3 nəfər polis əməkdaşı olmuşdur. Onlardan yaşlı olan polis əməkdaşı əlində bükümü uzadıb demişdir ki, əgər narkotiki boynuna götürsə sadəcə 48 saat həbs olunacaq və sonra azad olunacaq, sonra o, öz işini “aşırda” biləcək. O, yenə də etiraz etmişdir. Polislər demişdir ki, təkrar müvəqqəti saxlama yerinə qaytarılsa qayıdanda artıq narkotik vasitənin miqdarı 50 qram olacaq. O, yenidən müvəqqəti saxlama yerinə aparılmış və geri gətiriləndə həqiqətən də dedikləri kimi narkotik vasitənin miqdarı artırılmışdır. Ona polis əməkdaşları demişlər ki, narkotik vasitə onun olmasa da o bunu boynuna götürməlidir, nə etsə də axırda onsuz da boynuna qoyacaqlar. Ona fiziki və psixoloji təsir olmuşdur. O, psixi və fiziki təzyiqlərə dözməyib axırda məcbur olub narkotik vas itələri boynuna götürmüşdür. Polis əməkdaşı narkotik vasitəni şalvarının sağ cibinə qoymuş və narkotik vasitəni şalvarından çıxarıb başqa yerə atmamağı, yaxud ağzına qoyub udaraq yoxa çıxarmamağı üçün yanında dayanmışlar. Bundan sonra videoçəkiliş aparılmışdır. Videoçəkiliş zamanı onun yanında müdafiəçi yoximiş, içəridə sadəcə 2 və yaxud 3 nəfər polis əməkdaşı var imiş. Ona saxlanılarkən, axtarış və götürmə zamanı tərcüməçi təqdim olunmamışdır. O ilk dəfə məhkəmə zalında tərcüməçi görür. Çəkiliş bir neçə dəfə aparılmış və onu demək olar ki, məcbur etmişlər ki, əzbər polislərin dediklərini kamera qarşısında təkrar etsin. Videoçəkilişdən sonra, yəni, 30 sentyabr günorta saatlarında ona müdafiəçi təqdim olunmuşdur. Protokol isə 30 sentyabr saat 12:00-da tərtib olunmuşdur. Müdafiəçi protokol t ərtib olunarkən də yoximiş. O, dindirilərkən müstəntiqə narkotik vasitənin onun olmadığını demişdir. O, şəxsi axtarış və götürmə protokoluna təzyiqlərə məruz qalıb imza çəkmişdir.
24. Aleksandr Kazakovun ibtida istintaq zamanı “etiraf edici” ifadələrinin işin faktiki halları ilə uzlaşmadığından və işin gerçək hallarını əks etdirmədiyindən birinci və apellyasiya instansiyası məhkəmələri A.Kazakovun məhkəməyədək vermiş olduğu ifadələrinə şübhə ilə yanaşmış və bu ifadələrin ittihamı təsdiq edən sübut kimi qəbul etməkdən imtina etmişlər.
25. Məhkəmələrin Aleksandr Kazakovun məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrini daha inandırıcı və mötəbər qəbul etmələri ilə bağlı qənaətləri “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarı nda təqsirləndirilən şəxsin müxtəlif məzmunlu ifadələrin tədqiqinin xüsusiyyətləri ilə verilmiş izahları ilə də üst-üstə düşür.
26. Belə ki, adı çəkilən Qərarda qeyd olunur ki, cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla ə saslandırmalıdır.
27. Göründüyü kimi, birinci instansiya məhkəməsi Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarında verilən tövsiyələrdən çıxış edərək sübutların ədalətli qiymətləndirilməsini həyata keçirmiş və X8 həm ibtidai araşdırma dövründə, həm də məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələrini qarşılıqlı təhlil etmiş və sonuncunun məhkəmə iclasında vermiş olduqları ifadələri cinayət iş materiallarında olan digər sübutlarla uzlaşmasını əsas tutaraq daha mötəbər hesab etmiş, apellyasiya instansiyası məhkəməsi isə sübutların bu cür təhlil və tədqiqi ilə razılaşmışdır.
28. Digər tərəfdən məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, Aleksandr Kazakov məhkəmə iclasında dindirilərkən özünü elan edilmiş ittihamda təqsirli bilməmiş, narkotik vasitənin polis əməkdaşları tərəfindən qoyulmasını, milliyətcə rus olmasını, rus dilində təhsil almasını, latın qrafikalı Azərbaycan əlifbası ilə oxuya bilmədiyini, yalnız kiril əlifbasını bildiyini, evdə rus dilində danışdıqlarını göstərmiş, ana dilində və bildiyi dildə ifadə vermək, tərcüməçinin köməyindən istifadə etmək və müdafiə hüququnun pozulmasını bildirmiş, müvafiq olaraq da qeyd edilən nüansların cinayət işi materialları ilə əlaqəli şəkildə tədqiqi həyata keçirilərək apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşıb və hesab etmişdir ki, X4 prosessual hüquqları ibtidai istintaq orqanı tərəfindən kobud pozulmuş, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsin ana dilində və ya tərcüməçinin köməyindən istifadə etmək hüququnun olduğu halda, istint aq orqanı sonuncunu tutduğu gündən, yəni protokola əsasən 30 sentyabr 2022-ci il tarixdən tərcüməçi ilə təmin etməmiş, onun üzərində axtarış və baxış aparılan zamanı nə tərcüməçi, nə də ki müdafiəçinin iştirakı təmin edilməmiş, nəticədə onun prosessual hüquqları kobud şəkildə pozulmuşdur. Hətta, şübhəli şəxsin ekspertiza təyin olunmasına dair qərarla, ekspert rəyi ilə və cinayət işinin materialları ilə tanış edilməsi tərcüməçinin iştirakı ilə keçirilməmişdir.
29. Məhkəmələr bu qənaətini həmçinin onunla əsaslandırmışlar ki, Aleksandr Kazakov məhz tərcüməçi ilə təmin edildiyi andan ifadələrində üzərində narkotik vasitə olmadığını, polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu göstərmişdir. Bu hal da, Aleksandr Kazakovun ilkin izahatının mahiyyətini anlamaması barədə iddiasının əsaslı oldu ğunu göstərmişdir.
30. Digər tərəfdən məhkəmədə müəyyən edilmişdir ki, Aleksandr Kazakov tutulandan sonra ərizə ilə (latın dilində yazılmışdır) müraciət edərək maddi imkanının olmaması səbəbindən ona dövlət hesabına müdafiəçi təyin olunmasını xahiş etmiş, 30 sentyabr 2022-ci il tarixdə saat 11:00-da təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş və təhqiqatçının qərarı ilə dövlət hesabına müdafiəçi qismində Bakı şəhəri 9 saylı Vəkil bürosunun vəkili Hacıbalayev Hücəddin təyin edilmiş, təqsirləndirilən şəxsə təqdim edilmiş və sonuncunun razılığı ilə müdafiəçi qismində işə buraxılmışdır. Müdafiəçinin iştirakı ilə Aleksandr Kazakov şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edilmiş və etiraz edilə bilən şəxslər barədə məlumat verilmiş, bu barədə müvafiq protokollar tər tib edilmişdir. Həmin prosessual hərəkətlərdən faktiki olaraq dərhal sonra şübhəli şəxs Aleksandr Kazakovun üzərində şəxsi axtarış keçirilmiş, narkotik vasitə aşkar edilmiş, lakin müdafiəçi axtarışda iştirak etməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Aleksandr Kazakovun 30 sentyabr 2022-ci il tarixli ərizəsində qeyd edilmişdir ki, o, müdafiəçinin axtarışda və götürmədə iştirak etməməsinə etiraz etmir. Ərizə latın dilində yazılmaqla kompüter vasitəsi ilə tərtib edilmiş və Aleksandr Kazakov tərəfindən imzalanmışdır.
31. Bununla da, müəyyən edilir ki, şübhəli şəxs Aleksandr Kazakovun üzərində şəxsi axtarış və götürmə həmçinin, müdafiəçinin iştirakı təmin edilməməklə onun müdafiə hüququnun pozulması ilə keçirilmişdir.
32. Ümumiyyətlə, hesab edilir ki, müdafiəçinin axtarışda və göt ürmədə iştirak etməməsinə etiraz etməmə barədə ərizə latın dilində yazılmaqla kompüter vasitəsi ilə tərtib edildiyindən təqsirləndirilən şəxsin həmin ərizənin mahiyyəti barədə məlumatlı olmaması barədə iddiası inandırıcı olmuşdur.
33. Digər tərəfdən məhkəmədə müəyyən edilmişdir ki, cinayət işi üzrə digər bir prosessual pozuntu isə Kazakov Aleksandrın tutulduğu tarix, məhkəməyədək icraat zamanı Suraxanı Rayon Pİnin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən sənədlərdə rəsmiləşdirildiyi kimi – 30 sentyabr 2022-ci il saat 10.00 radələri deyil, əslində 29 sentyabr 2022-ci il tarixdə saat 21 radələri olması ilə bağlıdır.
34. Belə ki, təqsirləndirilən şəxslərin saxlanılması ilə baxışın keçirilməsi arasında xeyli müddətin keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlı q yaratmış, çünki həmin müddət təqsirləndirilən şəxslər tamamilə polisin nəzarəti altında olmuşdur. Təqsirləndirilən şəxs tutulduqdan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyildir. Şahid ifadələri ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmə prosesində iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, X4 üzərinə baxış və axtarış müdafiəçinin iştirakı ilə baş tutmuş və X8 üzərində olan bükümləri könüllü təqdim edən zaman müdafiəçi iştirak edirdi. Lakin, cinayət işinin 32-33-cü vərəqələrində olan 30 sentyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış və götürmə zamanı müdafiəçinin iştirakı təmin edilməmişdir.
35. Sadalanmış hallar A.Kazakovun hə qiqətən də, 29.9.2022-ci il tarixdə saat 21 radələrində tutularaq Bakı şəhəri Surxaanı RPİ-nin 30-cu Polis Şöbəsinə aparılmasını, faktiki olaraq həmin tarixdən etibarən həmin İdarədə qanunsuz olaraq saxlanılıdığını, həmin müddət ərzində prosessual statusu müəyyən edilmədən tamamilə polis əməkdaşlarının nəzarəti altında olduğunu təsdiq etməklə yanaşı, ittiham tərəfinin israrla iddia etdiyi 2,603 qram marixuananın sonuncudan götürülməsi faktının ciddi şübhə altına alınması üçün əsas olmuşdur.
36. Kassasiya kollegiyası sadalanan halları, həmçinin cinayət işi materiallarında olan, birinci instansiya və apellyasiya instansiya məhkəmələri tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılaraq müəyyən edilmiş həmin hallara istinadən dövlət ittihamçısının kassasiya protestinə münasibətdə qeyd edir k i, X3 alınmış “etirafedici” izahat və ifadələrə, şahidlər polis əməkdaşları olan Şahid2, Şahid1, X10 vermiş olduqları “ifşaedici” məlumatlara ciddi şübhələr olduğu vəziyyətdə, məhkəmələrin həmin izahat və ifadələri, 30 sentyabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə barədə” protokolu, bu tədbirin gedişində əldə olunan predmeti sübut kimi qəbul etməmələri cinayət prosesi tərəfinin təqdim etdiyi sübutlardan əsassız olaraq imtina etmə kimi şərh edilə bilməz.
37. Çünki, Azərbaycan Respublikası CPM-in 125.2.1-ci maddəsinə əsasən (125.1-ci maddəsi ilə birlikdə götürülməklə) insan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və onları məhdu dlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir.
38. CPM-in 144-cü maddəsinə əsasən “cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərətərfli və obyektiv yoxlanılmalıdır. Cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirlir”.
39. Məhkəmələrin yuxarıda şərh edilən sübutlar barədə qənaətlərinin CPM-in 125.2.1 və 144-cü maddələri ilə müqayisəsindən görünür ki, həmin sübutların yolverilməzliyinə dair nəticəyə gəlməklə məhkəmələr qeyd olunan normaların tələblərini pozmamışlar.
40. Cinayət təqibi orqanının təqdim e tdiyi digər sübutlardan məhkəmə-kimyəvi ekspertizasının 1 oktyabr 2022-ci il tarixli 6/5641 nömrəli rəyinə gəldikdə, ekspert rəyi narkotik vasitənin məhkəmə-kimyəvi tədqiqatının nəticələrini əks etdirməklə, bilavasitə cinayət əməli – Aleksandr Kazakovun narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dəlalət edə biləcək (“axtarış-baxış və götürmə” protokolunun əhatəsindən kənarda olan) hərəkətləri barədə məlumat vermir.
41. Belə olan halda, məhkəmələrin təqdim olunmuş sübutların Aleksandr Kazakovu ona istinad edilən cinayət əməlini törətməkdə təqsirli bilmək üçün kifayət etməməsi, onun təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlmələri sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulması ilə əldə edilmiş qənaət kimi qiymətləndirilə bilməz.
42. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir.
43. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə “şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır” (maddə 28.5).
44. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yo lverilməzdir (maddə 33.4).
45. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3).
46. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). 47. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnamələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
48. X4 verdiyi məlumatların həqiqiliyi təkzib olunmadığı vəziyyətdə birinci instansiya məhkəməsinin A.K.Kazakova Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verməsi, apellyasiya məhkəməsinin isə həmin nəticə ilə razılaşması Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə, cinayət-prosessual qanunun yuxarıda təsvir edilən normalarının tələblərinə cavab v erən, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydaya uyğun gələn nəticə kimi özünü göstərir.
49. Qeyd olunanlar dövlət ittihamçısının kassasiya protestinə baxılması nəticəsində məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1.2-416.1.3-cü maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməsinin müəyyən olunmadığını, yəni kassasiya protestinin təmin olunması, apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
50. Belə olan halda məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi haqqında dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızının, həmin protestin təmin edilməməsi barədə isə bəraət almış şəxs X4 çıxışlarını dinl əyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli və X1 təqsirliliyi sübuta yetirilmədiyinə görə ona CM-nin 234.1-1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 sentyabr 2023-cü il tarixli, 1(103)-1875/2023 nömrəli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır.
51. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 sentyabr 2023-cü il tarixli, 1(103)-1875/2023 nömrəli qərarı Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə mün asibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.