Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-692/2025 12.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası CM-in 29,234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət ko llegiyasının 2024-cü il 1 may tarixli, 1(103)-1023/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (X7 (sədrlik edən və məruzəçi), Telman Hüseynov və Fərid Namazovdan ibarət tərkibdə) 2024-cü il 14 mart tarixli, 1(101)506/2024 nömrəli hökmü ilə, xx xxxx 1974-cü il tarixdə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Ağstafa rayonu, Köçəsgər kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası CM-in 29,234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən, ibtidai istintaq zamanı 24 yanvar 2023-cü il tarixdən 26 yanvar 2023- cü il tarixədək və 16 iyun 2023-cü il tarixdən 18 iyun 2023-cü il tarixədək həbsdə saxlanıldığı ümumilikdə 4 gün ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 3 il 5 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin 12 iyul 2023-cü il tarixdən hesablanmış, barəmdə narkomaniyadan məcburi müalicə təyin edilmişdir. Hökmdən məhkum S. Abbasov apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X8 (sədrlik edən və məruzəçi), Sabit Bəhrəmzadə və Murad Məmməd ovdan ibarət tərkibdə) 2024-cü il 1 may tarixli, 1(103)-1023/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, hökm apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İttiham aktına əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə etmiş, saxlamış, daşımışdır. Belə ki, ibtidai istintaq orqanının gəldiyi qənaətə əsasən, Məhkum xx.xx.2023-cü il tarixdə saat 22 radələrində internetdə "İnstagram” sosial şəbəkəsində tanış olduğu, özünü İran islam Respublikasının vətəndaşı "Məhəmməd” adı ilə təqdim etmiş, istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə almaq barədə razılaşıb internet vasitəsilə 180 manat ödəniş köçürəndən sonra, 24 yanvar 2023-cü il tarixdə saat 12:50-də, Məhəmməd adlı şəxsin ona telefon vasitəsilə göndərdiyi ünvan məlumatlarından istifadə edərək psixotrop maddəni qoyulduğu Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsində yerləşən "Tosoil YDM”-nin yaxınlığındakı marketin yanından götürüb üzərində saxladıqdan sonra, orada xidmət aparan Daxili İşlər Nazirliyinin X9 Alayının Suraxanı rayonu ərazisində xidmət aparan 7-ci bölüyünün polis nəfərləri tərəfindən psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılaraq, ünvan 2 ünvanında yerləşən Suraxanı RPİ-nin 32-ci PB-nin inzibati binasına aparılmış və orada videoçəkiliş aparılmaqla üzərində keçirilmiş şəxsi axtarış və g ötürmə zamanı əynindəki tünd göy rəngli qış gödəkcəsinin sağ yan cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofanda külli miqdarda - təmiz çəkisi 6,444 qram çəkidə həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Hökmə əsasən? birinci instansiya məhkəməsi Məhkum əməlini CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 29,234.1-1-ci maddəsinə tövsif edərkən belə nəticəyə gəlmişdir ki, ilk növbədə təqsirləndirilən şəxs Məhkum tərəfindən psixotrop maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsini təsdiq edən sübut aşkar olunmamışdır. Habelə, Məhkum əməlində psixotrop maddəni əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əlamətləri özünü büruzə verməmişdir. Göründüyü kimi, Məhkum psixotrop maddəni əldə etmək niyyətində olsa da, onu öz iradəsindən asılı olmayan səbəblərdən əldə edə bilməmiş, yəni, polis əməkdaşları tərəfindən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞİ: Məhkum kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, 23 yanvar 2023-cü il tarixdə saat 23 radələrində Bakı şəhər, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yol keçərkən 4 nəfərdən ibarət polis patrulunun dayandığını görmüş, yaxınlaşaraq Fatmeyi Zəhra məscidinə necə gedəcəyini soruşmuş, onlar yolu düz gəlmədiyini bildirərək ona maşına oturmağı təklif etmişlər və üzərində axtarış aparmışlar. Axtarış zamanı onun üzərindən heç nə aşkar edilməmişdir. Buna baxmayaraq ona narkotik istifadəçisi olduğunu demişlər, daha sonra tanışlarına zəng vurma sını və kartlarına pul vurulması müqabilində buraxacaqlarını bildirmişlər, əks halda şöbəyə aparacaqlarını demişlər. O, məcburiyyət qarşısında qalaraq Binə qəsəbəsində yaşayan tanışına zəng vurmuş, telefona zəng çatmamış, polis əməkdaşları istifadələrində olan patrul maşını ilə onu həmin tanışının evinə aparmışlar və evdə heç kim olmadığını gördükdən sonra onu Qaraçuxur qəsəbəsinə gətirərək polis şöbəsinin yaxınlığında olan uşaq bağçasının yanında bir yerdə saxlayaraq onun telefonundan onun tanışlarına zəng vurmuşlar. Bunu onun tanışı Əmiraslanov Faiq də təsdiq edə bilər. Çünki onun tanışı F.Əmiraslanov polislərə onu buraxın səhər görüşək demişdir. Polis əməkdaşları saat 4-5 radələrinə qədər gözlədilər, heç bir tanışının pul vermədiyini gördükdən sonra onu döyərək polis şöbəsinə gətirmiş lər və orada 1 gün saxladıqdan sonra 1 bağlama gətirərək onun olduğunu demişlər əks halda 1 meşok olacağını bildirmişlər. İlk öncə ona fiziki və psixi təsir göstərərək video çəkiliş aparmışlar, daha sonra dövlət hesabına vəkil təyin edildikdən sonra yenidən çəkiliş edərkən narkotik vasitənin ona aid olmadığını bildirmiş və narkotik vasitənin polislər tərəfindən gətirildiyini bildirmişdir. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 1 may tarixli, 1(103)-1023/2024 nömrəli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli Məhkum kassasiya şikayətinin təmin edilməməs ini, onun CM-in 29,234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 1 may tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Hə min Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hall ara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkum kassasiya şikayətində əməlinin tövsifini mübahisələndirərək, təqsirsiz olduğunu bildirərək və ona bəraət verilməli olduğunu iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitus iyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməlidir. Belə ki, cinayət işinin materiallarından görünür ki, istintaq orqanı tərəfindən Məhkum bitmiş cinayət əməlinə görə CM-in 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüş, birinci instansiya məhkəməsi tərəfindən onun əməli CM-in 29, 234-1.1-ci maddəsinə tövsif edilmiş və Məhkum CM-in 29, 234-1.1-ci maddəsi ilə, cinayət törətməyə cəhdə görə təqsirli bilinərək məhkum edilmiş, əməlin tövsifi ittiham tərəfindən mübahisələndirilməmiş, məhkumun apellyasiya şikayəti əsasında i şə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Məhkəmələrin mövqeyi ondan ibarət olmuşdur ki, Məhkum narkotik vasitəni əldə etməyə cəhd etmiş, lakin öz iradəsindən asılı olmayaraq, həmin narkotik vasitəni əldə edə bilməmiş, öz cinayətkar niyyətini yerinə yetirə bilməmişdir. Lakin məhkəmələr bu zaman nəzərə almamışlar ki, cinayət işinin materiallarına əlavə edilmiş 24 yanvar 2023-cü il tarixli şəxsi axtarış və götürmə protokolunda narkotik vasitənin Məhkum üzərindən aşkar edilərək götürüldüyü müəyyən edilir və məhkəmələr də bu sübuta heç bir qiymət verməmiş, həmin sübutu mötəbər sübut kimi qəbul edibetməmələrinə heç bir münasibət bildirməmişlər. Göründüyü kimi, istintaq orqanı tutularkən narkotik vasitənin Məhkum üzərində olması iddias ını irəli sürmüş, lakin məhkəmələr ittiham tərəfinin bu mövqeyi ilə razılaşmamışlar. Ümumiyyətlə, məhkəmələr tərəfindən hazırkı cinayət işi üzrə aparılan araşdırmalar yarımçıq, natamam olmuş, cinayət işi üzrə mövcud olan çoxsaylı ziddiyyətli məqamların heç birinə aydınlıq gətirilməmiş, ittiham tərəfinin mövqeyi ilə müdafiə tərəfinin mövqeyi fərqli olmasına baxmayaraq, ittiham tərəfinin sübutlarına istinad edilməklə şəxs məhkum edilmişdir. Belə ki, ittiham tərəfinin mövqeyinə görə Məhkum telefonunda olan məkan (konum) göstəriciləri üzrə psixiotrop vasitəninin yerini müəyyən edərək götürmüşdür. Lakin həmin telefon polis əməkdaşlarının sahibliyində olmasına baxmayaraq, həmin telefonda belə bir məkan şəklinin olub-olmaması araşdırılmamış, həmin məkan məlumatlarını göndərən telefonun sahibi müə yyən edilməmişdir. Halbuki bu məlumatların əldə edilməsi nəticəsində psixotrop vasitəni satan şəxsi müəyyən edərək ifşa etmək mümkün idi. Bundan əlavə, ittiham tərəfinin iddiasına görə Məhkum 180 manat pul ödəməklə psixotrop vasitəni almışdır. Lakin belə olan halda həmin məbləğin köçürüldüyü bank kartının nömrəsi məlum olmalı olmasına baxmayaraq bununla bağlı istintaq orqanı tərəfindən heç bir araşdırma aparılmamış, məhkəmələr də bu ciddi məsələyə heç bir münasibət bildirməmiş, bununla bağlı heç bir araşdırma aparmamış, istintaq orqanının məkanla bağlı və ödənilən pul məbləği ilə bağlı irəli sürdükləri iddialara heç bir münasibət bildirməmiş, belə faktların, həqiqətən də, mövcud olub-olmamasını araşdırmamışlar. Bundan başqa, Məhkum 24 yanvar 2023-cü il tarixdə deyil, 23 yanvar 2023-cü il tarixdə geçə saatlarında polislər tərəfindən saxlanıldığını bildirmiş, lakin işin talehini həll edə biləcək bu mühüm məsələ məhkəmə araşdırmasından kənarda qalmışdır. Bununla bərabər, Məhkum birinci instansiya məhkəməsində ifadə verərkən göstərmişdir ki, onu saxlayan polis əməkdaşları ondan 200-300 manat pul istəmişlər. Daha sonra polislər onun tanışları İlham Əhmədov və Faiq Əmiraslanova zəng edərək danışmışlar. Tanışları da geçə olduğunu, yalnız səhəri günü gələ biləcəklərini demişlər. Lakin işin bu mühüm halı da məhkəmələr tərəfindən araşdırılmamışdır. Halbuki bu halın araşdırılması nəticəsində Məhkum tutulması tarixni və vaxtını dəqiqi müəyyən etmək və həmçinin məhkumdan pul tələb edilib-edilməməsini, bu ifadəni verərkən Məhkum nə qədər səmimi olmasını müəyyən etmək mümkündür. Bundan əlavə, cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs Məhkum müstəntiq tərəfindən xx.xx.2023-cü il tarixdə məktub göndərilərək İstintaq şöbəsinə gəlməsi bildirilmişdir. (bax: cild 1, i.v.84). Lakin həmin məktubun, həqiqətən də, real olaraq göndərilməsini təsdiq edən heç bir rəsmi sənəd (reyestr, post qəbzi, xəbərnamə və s.) cinayət işinin materiallarına əlavə edilməmişdir. xx.xx.2023-cü il tarixdə “Məcburi gətirmə haqqında” müstəntiq tərəfindən qərar qəbul edilmişdir. (bax: cild 1, i.v. 91) Lakin həmin qərarın “qərara verdim” hissəsində konkret olan kimin məcburi gətirilməli olması göstərilməmişdir. Həmin qərarın da icra üçün, həqiqətən də, real olaraq təqdim edilməsinə dair cinayət işinə heç bir sübut əlavə edilməmişdir. İşə formal olaraq göndərmə məktubu əlavə edilsə d ə, lakin həmin məktubun üzərində qərarın icra üçün təhvil alındığını təsdiq edən heç bir qeyd yoxdur. (i.v.92). xx.xx.2023-cü il tarixdə cinayət işi üzrə icraat dayandırılmışdır.(i.v.94-95). xx.xx.2023-cü il tarixdə Məhkum barəsində axtarış elan edilmiş və xx.xx.2023-cü il tarixdə, o tutulmuşdur. (i.v. 104-105 və 110) Lakin məhkəmələr tərəfindən Məhkum istər polis şöbəsinə dəvət edilərkən, istər barəsində “Məcburi gətirmə haqqında” qərar qəbul edilərkən, istərsə də cinayət işi üzrə icraat dayandırılarkən CPM-in tələblərinə əməl edilib-edilməməsi yoxlanılmamış, qeyd edilən hərəkətlərin real və ya formal olub-olmaması araşdırılmamış, bu məsələyə qiymət verilməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi “X2rşı”, “X3rşı”, “Ermi İtaliyaya qarşı” məhkəmə işləri üzrə Qərarlarında dövlətin pozitiv öh dəlikləri prinsipindən çıxış edərək göstərmişdir ki, müdafiənin əslində ilk növbədə təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən həyata keçirilməsinə baxmayaraq, ədalətliliyin əsas təminatçısı qismində məhkəmələr çıxış edirlər. Xüsusilə qeyd olunması vacibdir ki, həqiqətin müəyyən edilməsi vəzifəsi birinci instansiya məhkəməsi ilə yanaşı həm də işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsinə də aiddir. Belə ki, CPM-nin 397.1 və 397.2-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar, yalnız, apellyasiya şikayətin in və ya apellyasiya protestinin hüdudlarında, cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi isə apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Yuxarıda qeyd edilən Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, apellyasiya icraatı qanuni qüvvəyə minməmiş yekun qərarın (o cümlədən hökmün) qanuniliyinin və əsaslılığının tam və ya qismən yoxlanılması yolu ilə həmin qərarın işin faktiki hallarına və (və ya) cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğunluğu baxımından yenidən araşdırılmasını nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin yekun qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Qərarda daha sonra vurğulanır ki, cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Məhz buna görə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya müraciətində müvafiq dəlillər olmadığı hallarda da cinayət və cinayət prosessual qanunvericiliyin normalarının tətbiqinin dü zgünlüyünün yoxlanılmasına dair CPM-in 397.2-ci maddəsinin müddəaları çox əhəmiyyətlidir. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları cinayət mühakimə icraatının vəzifələrindən çıxış edərək cinayət prosesini həyata keçirən orqanların, xüsusən məhkəmələrin üzərinə vəzifələr qoyur ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsirliliyinə dair mötəbər sübutlar olmadan cinayət təqibinə və cəzaya məruz qalmasın, şəxsi mülahizələr əsasında məsuliyyətə cəlb edilməsin və cinayət törətməkdə ittiham olunan hər bir şəxsin təqsiri yalnız qanunla müəyyən edilmiş qaydada sübuta yetirildikdə cinayət məsuliyyətinə cəlb edilsin. Hazırki işə yenidən apellyasiya instansiyası məhkəməsində baxılarkən qərarın əsaslandırıcı hissəsində istinad edilən ziddiyyətli məqamların ətraflı ar aşdırılması, şəxsin təqsirliliyi ilə bağlı məsələnin həllində mühüm əhəmiyyətə malik olan sübutlar qiymətləndirilərkən CPM-in 419.1.12-ci maddəsinin tələblərinə uyğun olaraq CPM-in 21, 25, 28, 33 və 145-ci maddələrinin tələblərinə ciddi əməl edilməsi tövsiyyə olunur. CPM-in 419.12-ci maddəsinə əsasən bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbər sizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli və cinayət işi apellyasiya instansiya məhkəməsində yenidən baxılmağa təyin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən v erilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 14 mart tarixli, 1(101)-506/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 1 may tarixli, 1(103)-1023/2024 nömrəli qərarı ləğv edilsin və cinayət işi apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-692/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-692/2025
12.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver