Məhkəmə qərarları › İş №1(102)-693/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-693/2019

07.05.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-693/2019 07.05.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)693-19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin CinayətKollegiyasının Q Ə R A R İ 07 may 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, Samirə Cavid qızı Nəsibovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və Məhkum iştirakları ilə, Goranboy rayon Məhkəməsinin 21 noyabr 2018-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 yanvar 2019cu il tarixli qərarından Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Goranboy rayon Məhkəməsinin 21 noyabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim X10) Məhkum – xx.xx.1991-ci ildə Kəlbəcər rayonunun ********* kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, bitərəf, Goranboy Rayon Məhkəməsinin 12 aprel 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 259.2.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 (üç) min manat miqdarında cərimə cəzasına, CM-nin 128-ci mad dəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat cərimə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla qəti olaraq 3100 (üç min yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, CM-nin 69.4-cü maddəsinə əsasən 04 (dörd) ay 23 (iyirmi üç) gün həbsdə və ev dustaqlığında olması nəzərə alınaraq ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilib 500 (beş yüz) manata endirilmiş, “28 May-Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli qərarının 1.8-ci bəndi tətbiq edilməklə cəzadan azad edilmiş, məhkumluğu ödənilmiş, Goranboy rayonu ********* kəndində qeydiyyatda olan və faktiki Goranboy rayonu Qaraçinar kəndində yaşayan, Azərbaycan Respublikası Cinayət Məcəllə sinin 263-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Hökmə əsasən Məhkum "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndini pozmaqla nəqliyyat vasitələrini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan idarə etdiyi QB 415113 nömrəli nəqliyyat-vasitəsinin müddəti keçmiş qeydiyyat şəhadətnaməsinə əsasən X3 adına olan “QAZ-69” markalı, 87-42-AZ (köhnə) dövlət qeydiyyat nişanlı avtomobili 08 mart 2018-ci il tarixdə saat 09:40 radələrində Goranboy rayonu, ********** * kəndinin mərkəzindən Aşağı Ağcakənd qəsəbəsi istiqamətinə Goranboy-Ağcakənd yolunun 28-ci km-də idarə edərkən hərəkətin təhlükəsizliyini təmin etmək üçün qadağan olunan yerdə, yəni “QAZ-69” markalı avtomobilin ayaqqoyulan yerində adam daşımamaqla hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, buna əməl etməyək “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 56-cı maddəsinin 9-cu hissəsinin 1-ci bəndinin tələblərini pozmaqla Zərərçəkmiş şəxs avtomobilin ayaqqoyulan yerində aparmış, avtomobil hərəkətdə olarkən Zərərçəkmiş şəxs həmin yerdən yolun ehtiyat hissəsinə, yəni yerə yıxılması nəticəsində ehtiyatsızlıqdan sonuncunun açıq-kəllə beyin travması, beyin kontuziyası, epidural hematoma, göz yuvası qövsündə keçən alın sümüyünün və oççibital nahiyəsinə qədər gedən sınıqları ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər almasına səbəb olmuşdur. Hökmdən məhkum tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan GəncəApellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X4 (sədrlik edən və məruzəçi), X8 və X1 ibarət tərkibdə) 17 yanvar 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, hökm dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təyin edilmiş 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası azaldılaraq 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il 6 (altı) ay müddətinə endirilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 yanvar 2019-cu il tarixli qərarından Müdafiəçi kassasiya şikayəti verərək məhkumun cəzasının yüngülləşdirilməsini və məhkumun barəsində şərti məhkum etmənin tətbiq edilməsini xahiş etmişdir. Kassasiyaşikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Gəncə Apellyasiya Məhkəməsi cəza təyin edərkən Məhkum törətdiyi əməli etiraf etməklə əməlindən peşman olmasını, özünü təqsirli bilməsini, himayəsində 2 azyaşlı uşağının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmişin ona qarşı heç bir şikayət və tələbi olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əvvəllər olan məhkumluğunun ödənilməsini, eyni zamanda onun əməlində CM-nin 61-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə almadan onun şəxsiyyətinə uyğun cəza təyin etməmişdir. Qeyd olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 yanvar 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şi kayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Müdafiəçinin kassasiya şikayətində cəzanın yüngülləşdirilməsi xahiş edilmiş, cinayət əməlinin hüquqi tövsifi mübahisələndirilməmişdir. Cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən onun ailəli olmasını, himayəsində iki azyaşlı övladının olmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onuncəzasınıyüngülləşdirən hallar kimi nəzərə almış, cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin b ərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Qanunun mənasına görə cəza təyini zamanı cəzanı yüngülləşdirən hallarla yanaşı qanunda sadalanan digər hallar da, o cümlədən cinayətin ictimai təhlükəliliyini xarakterizə edən hallar da nəzərə alınmalı, eləcə də təyin edilmiş cəza cəzanın məqsədi barədə qanunun tələbinə də uyğun olmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin edilmiş və sonradan apellyasiya instansiya məhkəməsi tərəfindən endirilmiş cəza cəza təyin etmənin ümumi prinsipləri və cəzanın məqsədi barədə qanunun tələbinə uyğundur. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməs i məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı cinayət işi üzrə müəyyən edilmiş yuxarıda sadalanan halların məcmusu cinayətin törədilməsi zamanı və bundan sonra Məhkum davranışı ilə bağlı müstəsna halların, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa halların mövcudluğuna əsas verməmişdir. Ona görə də, cinayət işinə baxan məhkəmələr tərəfindən Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiqi üçün əsaslar müəyyən edilmədiyindən bu barədə kassasiya şikayətinin dəlili təmin edilməməlidir. Azərbaycan Respublikası CM-nin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət işi üzrə Məhkum cəza çəkmədən islah olunacağına əsas verə biləcək hallar müəyyən olunmadığından məhkəmələr düzgün olaraq onun barəsində şərti məhkum etmə tətbiq etməmişlər. Cəzanın daha da yüngülləşdirilməsi üçün cinayət işinin materiallarında başqa qanuni əsasların mövcudluğu müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi və Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin azaldılmasına və ya ona təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsinə əsas verən Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum edilməsi barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 yanvar 2019-cu il tarixli qərarı məhkumun kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür Ali Məhkəmənin hak

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar